Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-149/2024 30.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd “Prima” adlı siqaret qutusunda təmiz çəkisi xeyli miqdarda, yəni 6,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 04 iyun 2024-cü il tarixdə saat 18:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvanlı kənd ərazisində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Prima” adlı siqaret qutusunda təmiz çəkisi 6,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Şirvanlı yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. O, 2011-ci ilin fevral ayında X4 ilə ailə həyatı qurmuş, 2011-ci ilin noyabr ayının 22-də X11 və 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. O, əvəllər narkotik vasitə istifadə etdiyinə görə Bakı şəhərində yerləşən Narkoloji Reabiltasiya mərkəzində müalicədə olmuşdur. O, narkotik vasitə hesab edilən “marixuana” istifadəçisidir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, yaşadığı Bərdə rayonu, Şirvanlı kəndinin kənarında yerləşən otlaq sahəsinin kənarı ilə piyada gedərkən yolun kənarında 1 (bir) ədəd Prima markalı siqaret qutusu tapmış və həmin siqaret qutusuna baxdıqda içərisində marixuana olduğunu görmüş, buna görə də o, həmin siqaret qutusunu içərisində olan kütlə ilə birgə yerdən götürüb cibinə qoymış və öz şəxsi istifadəsi üçün həmin siqaret qutusunun içərisində olan kütləni saxlamış, daha sonra piyada öz yaşadığı evə getmişdir. Sonradan 04 iyun 2024-cü il tarixdə, saat 18 radələrində o, yaşadığı evdən çıxarkən özü ilə birlikdə tapdığı «Prima» markalı siqaret qutusunu içərisində olan kütlə ilə birlikdə özü ilə götürmüş və əynində olan şalvarın sağ yan cibinə qoyüb yaşadığı kənd ərazisində yolun kənarı ilə piyada gedərkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin vaxt qeyd olunan 2 nəfər şəxslər Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib ona hardan gəlib hara getdiyimi soruşduqda o, mağazaya getdiyini və siqaret aldıqdan sonra öz yaşadığı evə getmək istədiyini demişdir. Həmin vaxt 2 nəfər şəxslər özlərini polis əməkdaşı olduqlarını bildirib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və saxlanılması ilə bağlı məlumat əldə etdikləri barədə məlumat vermişlər. Həmin vaxt bir gün əvvəl 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunda narkotik vasitə hesab edilən marixuana tapması və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün öz üzərində saxladığını demişdir. Həmin vaxt polis əməkdaşları ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da etiraz etməyib polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olan zaman ona vəkil təqdim olunmuş və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində boz rəngli şalvarın sağ yan cibində gəzdirdiyi 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunda olan marixuananı cibindən çıxardaraq təqdim edib həmin siqaret qutusunda olan narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan başqa o, əynində olan boz rəngli şalvarın sağ cibindən 11 manat pulunu çıxardaraq masanın üzərinə qoymuşdur. O, üzərində olan həmin 1 (bir) ədəd «Prima» siqaret qutusunda olan marixuanadan başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını demişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunda olan marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisi 12,04 qram olması müəyyən edilmişdir. Həmin «Prima» markalı siqaret qutusunun içərisində olan qurudulmuş marixuana ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra isə onun üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş 11 manat pul isə onun özünə geri qaytarılıb verilmişdir. O, üzərindən aşkar olunmuş 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunda olan marixuana ona məxsus olmuş və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni olan qurudulmuş marixuanadan başqa digər yerlərdə narkotik vasitə saxlamamış və narkotik vasitə gizlətməmişdir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni 03 iyun 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Bərdə rayonu, Şirvanlı kəndinin kənarında yerləşən otlaq sahəsinin kənarı ilə piyada gedərkən yolun kənarından yerdən tapmışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təziq və zor tədbiq olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunda olan marixuana ona məxsus olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə verməmiş və heç kimə satmamışdır. O, mobil telefon işlətmədiyindən istifadəsində hər hansı bir mobil nömrəsi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparlması haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 04 iyun 2024-cü il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18:10 dəqiqədə Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şirvanlı kəndi ərazisində tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasında şübhəli olduğundan əməliyyat məlumatının daxil olması barədə qərarla tanış edib üzərinə rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Bərdə RPŞ-nin X1 baş inspektoru, polis kapitanı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən 11 (on bir) manat pulu və 01 (bir) ədəd «Prima» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt baş X6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd “Prima” markalı siqaret qutusunun içərisində hansı əşyanın olması barədə şifahi sorgu edən zaman Təqsirləndirilən şəxs həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması və öz şəxsi istifadəsi üçün üzərində saxlaması barədə məlumat vermişdir. X6 tərəfindən həmin 1 (bir) ədəd “Prima” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Bərdə rayonu, Şirvanlı kəndinin kənarında yerləşən otlaq sahəsinin kənarı ilə piyada gedərkən yolun kənarında 1 (bir) ədəd «Prima» markalı siqaret qutusu tapdığını, həmin siqaret qutusunun içərisinə baxdıqda içərisində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu görüb götürdüyünü, öz şəxsi istifadəsi üçün həmin siqaret qutusunun içərisində olan qurudulmuş marixuananı üzərində saxladığını, lakin istifadə etmədiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Prima” markalı siqaret qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 12,04 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Prima” markalı siqaret qutusu ağ rəngli kağız zərfin içərisinə qoyulduqdan sonra üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi barədə qeydlər aparılmışdır. Zərfin üzəri imzalarla təsdiqləndikdən sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilsə də Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 11 manat pul isə iş üçün sübut əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılıb verilmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəlcədən hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxananı haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı yoxdur. Lakin bu istiqamətdə tərəfindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən narkotik vasitə olan qurudulmuş mariuxananı xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Bərdə rayonu, Şirvanlı kəndinin ərazisindən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq məqsədi isə olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsini təsdiq etmişdirlər. Cinayət işinin 1-ci vərəqəsində olan 05 iyun 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 3-48-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlamasında və istifadəsində şübhəli bilinən Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Bərdə rayonu, Şirvanlı kəndində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Prima” maraklı siqaret qutusunda təmiz çəkisi 6,34 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 13-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 04 iyun 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 60-61-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-78-ci vərəqələrində olan 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 06 iyun 2024-cü il tarixli 434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 05 iyun 2024-cü il tarixli, 16/647 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Bərdə rayon Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd Prima markalı siqaret qutusunun içərisində ilk görünüşdən marixuanaya bənzər kütlə..» yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd «Prima» adlı siqaret qutusunda təmiz çəkisi 6,34 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuna təmiz çəkisi 6,34 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-6.32 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2024-cü il tarixli, 1317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 99-cu vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-nin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 92-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Şirvanlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 116-125-ci vərəqələrində olan cinayət şi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd «Prima» adlı siqaret qutusunda qalıq təmiz çəkisi 6,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Həmçinin cinayət işində olan təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış aparılması və götürülməsi haqqında protokol, həmin şəxsi axtarış və götürmə keçirilməsi ntaq hərəkətlərini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk, məhkəməbioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi tanınıb qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, himayəsində iki övadının olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixində saat şübhəli şəxs kimi tutulmuş, 06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 iyun 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək)nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 6,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixindən 06 iyun 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-149/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-149/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver