Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-15/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi6, X3, Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi5, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayonu qızıl mədənində qazmaçı köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Şurabad kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Alaçadırlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 263.2 və 264-cü maddələri xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.4-cü maddələri xx.xx.1995-ci ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəza müddətinin çəkilməmiş qalan 02 il 07 ay 08 gün hissəsi 01 il azaldılmış, 01 il 07 ay 08 gün çəkilməmiş cəzası qalmış, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.1997-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Təbriz küçəsi ev 84-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 30 dekabr 2020-ci il tarixdə saat 2150 radələrində, atası Şahid5 məxsus Mersedes Benz-220 markalı 10 UA-247 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında etibarnamə olmadan Bərdə şəhərəri, H.Əliyev prospektindən keçən şəhərarası avtomobil yolu ilə idarə edib, həmin yolun sağ kənarında yerləşən “Tayfun“ marketin qarşısından keçən yol hissəsi ilə Bərdə rayonunun Lək kəndi istiqamətinə təxminən 70-80 km saat sürətlə hərkətdə olarkən, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, tələblərini cinayətkarcasına özünəgüvənib ehtiyatsızlıq edib pozaraq, yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilomoteridən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, saatda 70-80 km saat sürətilə hərəkət etdirərək, hadisə ərəfəsində piyada X7 yolu soldan sağa düz istiqamətdə sakit yerişlə addımlayıb keçərkən, hərəkəti üçün təhlükə yarandığını gördüyü andan, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməyərək, avtomobilini həmin sürətlə idarə edərək, piyada Məhəmmədəli Cavadova çatana qədər onun yolu soldan sağa tam keçib qurtaracağına, avtomobili ilə vurmayacağına ehtiyatsızlıq edib özünəgüvənərək hərəkətdə olduğundan və son halda piyadaya çatma ərəfəsində əyləcdən istifadə etməsinə baxmayaraq, sonuncunu yolun sağ hərəkət hissəsinin başlanğıcından sola doğru 5 metr məsafə həddində avtomobilinin sol yan güzgüsü ilə vurulduğundan, Məhəmmədəli Cavadova başın alın nahiyəsinin əzilmiş yarası, təpə, ənsə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, alt çənə sümüyünün açıq sınığı, sağ baldır nahiyəsinin qançırı ilə müşayət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuraraq, ”Yol hərəkəti haqqında“ Qanunun 37ci maddəsinin 4-cü hissəsinin tələblərini, yəni hadisə yerində qalıb zərərçəkmiş şəxsə yardım göstərməli olduğu halda yardım göstərməyərək, müvafiq hakimiyyət orqanlarına hadisə barədə xəbər verməli olduğu halda xəbər verməyərək, şəxsiyyəti barədə zərərçəkmiş şəxs tərəfə məlumat verməli olduğu halda belə bir məlumat verməyərək, zərərçəkmiş şəxs Məhəmmədəli Cavadova həmin xəsarətləri avtomobilini ehtiyatsızlıq edib idarə etməklə vurduqdan sonra, qəsdən yol-nəqliyyat hadisəsi yerində qalmayıb avtomobilini idarə edib, hadisə yerindən qaçmış, nəticədə X7 hadisə yerindən Bərdə rayon Polis şöbəsinin əmıkdaşları tərəfindən Bərdə MRX-na gətirilmiş, hadisə nəticəsində sonuncuya vurmuş olduğu xəsarətlərdən:- başın küt travması ilə ələqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma səbəbindən Məhəmmədəli Cavadov 31.12.2020ci i tarixdə gecə saat 01 radələrində Bərdə MRX-da ölmüşdür. Bundan başqa o, özgənin əmlakını qanunsuz və açıq yolla həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib tamah niyyəti ilə ələ keçirib talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 20 fevral 2021 ci il tarixdə saat 20 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində sonuncunun idarə etdiyi VAZ-2109 markalı 90 TB-152 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, avtomobilin içərisində sərnişin qismində olmuş həmkəndlisi Zərərçəkmiş şəxs1 sifət sifət nahiyəsinə yumuruqla bir dəfə yüngül zərbə ilə vuraraq, ona sol gözün iç və bayır bucağı nahiyəsinin, alt dodağın sağ yarısında diş səthinin və dodaq naşiyəsinin səthi əzilmiş yarası ilə nəticələnən və sağlamlığna zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət, yəni həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs1 əlindən 1 ədəd 420 manat qiymətində “Samsung Galaxy A- 51” markalı mobil telefonu açıq yolla ələ keçirib talayaraq sonuncuya maddi ziyan vurmaqla soyğunçuluq etmidir. Bununla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.4, 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və açıq yolla həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib tamah niyyəti ilə ələ keçirib talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 20 fevral 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində idarə etdiyi VAZ- 2109 markalı 90 TB-152 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, avtomobilin içərisində sərnişin qismində olmuş həmkəndlisi Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumuruqla bir dəfə yüngül zərbə ilə vuraraq, ona sol gözün iç və bayır bucağı nahiyəsinin, alt dodağın sağ yarısında - diş səthinin və dodaq naşiyəsinin səthi əzilmiş yarası ilə nəticələnən və sağlamlığna zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət, yəni həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, Zərərçəkmiş şəxs1 əlindən 1 ədəd 420 manat qiymətində “Samsunq Galaxy A- 51” markalı mobil telefonu açıq yolla ələ keçirib talayaraq sonuncuya maddi ziyan vurmaqla soyğunçuluq etmidir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Mehdiyev Nicat Famil oğlu və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonunun Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub, həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs halında birləşərək, 07 mart 2021 ci il tarixdə saat 14 radələrində Bərdə rayonunun Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq qapını açaraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub, həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində « Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs6, Mehdiyev Nicat Famil oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonunun Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs5 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 oğlu və Təqsirləndirilən şəxs2 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021 ci il tarixdə saat 14 radələrində Bərdə rayonunun Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A- 4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs6 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs4, Mehdiyev Nicat Famil oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021 ci il tarixdə saat 14 radələrində Bərdə rayonunun Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onların həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, atası Şahid5 “Mersedes 220” markalı 10 UA-247 dövlət qeydiyyat nişanlı avtomobili var. Onun həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olsa da, avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Avtomobili həmişə atası idarə edir. Özü də hərdən həmin avtomobili idarə edir. 30 dekabr 2020-ci il tarixdə saat 2105 radələrində yaşadıqları evdən atasının Mersesdes markalı 10 UA-247 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Bərdə şəhərinə gəlmişdir. Bir nəfər tanımadığı şəxs ona əl etmiş, özü də maşını saxlamışdır. Oğlan ondan xahiş etmişdir ki, onu taksi kimi aparıb evlərinə düşürsün. Saat 2150 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti ilə “Saray dairəsi“ deyilən yerdən saatda 70-80 km.saat sürətlə Bərdə rayonu Lək kəndi istiqamətinə hərəkətdə olarkən prospektdə yolun sağ kənarında olan “Tayfun“ marketin qarşısına çatıb həmin yolla hərəkətdə olarkən adını sonradan bildiyi Məhəmmədəli Cavadovun yolun solundan sağına düz istiqamətdə keçdiyini görüb, düşünmüşdür ki, ona çatana qədər yolu keçib gedəcək. Məhəmmədəlinin çatdığını görüb ayağını əyləcə bassa da onu avtomobilinin sol gözgü hissəsi ilə vurmuş, Məhəmmədəli yerə yıxılmışdır. Güzgü Məhəmmədəlinin başından dəymişdir. Həyacanlı olduğundan maşınını saxlamayıb sürüb hadisə yerindən getmişdir. Tanımadığı şəxsi aparıb evinə düşürüb, sonra maşını evlərinə qoyub bir taksi maşını ilə yenidən hadisə yerinə gəlmişdir ki, Məhəmmədəlini xəstəxanaya aparsın. Gəlib baxarkən Məhəmmədəlinin orada olmadığını görmüşdür. Qorxduğu üçün Gəncə şəhərinə gedib orada tanışının evinə qalmışdır. Hadisə ilə bağlı heç kimə heç nə deməmişdir. 02.01.2021ci il tarixdə özü könüllü Bərdə rayon Polis şöbəsinə gəlib özünü təqdim etmişdir. Hadisə zamanı içkili olmamış, avtomobili saz vəziyyətdə olmuşdur. Bərdə rayonu Alaçadırlı kənd sakini Zərərçəkmiş şəxs1 5 il olar ki, tanıyır. Təqsirləndirilən şəxs2 Miri oğlunu isə 15-16 yaşlarından tanıyır. Əvvəllər nə Əlişlə və nə də ki, Orxanla aralarında heç bir narazılığı olmamışdır. 20 fevral 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Alaçadırlı kəndinin girəcəyində yolun kənarında yerləşən “Ekonom“ marketin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dayanıb söhbət etmişdir. Əliş siqaret almaq üçün mağazaya tərəf getmiş, özü isə Əlişin idarə etdiyi avtomobildə əyləşmişdir. Əliş mağazanın girəcəyində həmkəndlisi Zərərçəkmiş şəxs1la görüşmüş və sonrada mağazaya girdiyini görmüşdür. 2-3 dəqiqə sonra Əliş mağazadan çölə çıxanda Orxan ondan üstündə narkotik olub-olmamasını soruşmuşdur. Əlişin də Orxana pis işlərlə məşğul olmadığını bildirmişdir. Əliş maşına əyləşmiş, Orxan maşının pəncərəsinə yaxınlaşıb Əlişə sabah narkotikin pulunu çatdıracağını bildirmişdir. Əliş də Orxana gedib öz işi ilə məşğul olmasını, onların narkotik alverçisi olmadıqlarını demişdir. Bundan sonra Əliş maşını işə salmış və bir-neçə metr gedəndən sonra Orxana gəlib maşında arxa sol oturacaqda əyləşməsini onunla söhbəti olduğunu demişdir. Orxan da gəlib maşında əyləşmişdir. Həmin vaxt onlar Orxandan soruşmuşlar ki, camaatın yanında niyə onlardan narkotik istəyir. Orxanda cavabında həmkəndlilərindən heç bir problem yaranmaz cavabını vermişdir. Bundan sonra Orxanın sol göz nahiyəsndən yumuruğu ilə bir dəfə vurmuşdur. Bir az sonra Əliş də Orxanın ağzından yumuruqla bir dəfə vurmuşdur. Əliş avtomobili Alaçadırlı kənd qəbirstanlığına tərəf sürmüş və saxlamışdır. Orada özü, Əliş və Orxan maşından yerə düşmüşlər. Orxan maşından yerə düşən kimi yumuruq və təpiklə onu döyməyə başlamışdır. Sonra da Əliş Orxanı döymüşdür. Təqsirləndirilən şəxs3 isə bu işə qarışmamışdır. Həmin vaxt Əliyev X25 yanında qalmış, sonra Əlişlə sonuncunun idarə etdiyi avtomobillə getmişlər. Əliş onu evinə düşürərkən görmüşlər ki, Orxanın mobil telefonu maşında ayaq altına düşüb qalmışdır. Əliş telefonu aparıb Orxanın atası Əlişə verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş ziyanı ödədiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan şəxslər kimi tanıyır. 17 fevral 2021-ci il tarixdə Bərdə şəhər sakini Şahid9 və Şahid4 VAZ- 2109 markalı 90 TB-152 dövlət qeydiyyat nişanlı avtomobili 3700 manata almışdır. Həmin avtomobilə görə ilkin ödəniş olaraq 1500 manata razılaşmışlar. Həmin tarixdə pulun 1100 manatını Anar və Vasifə verib 400 manatını isə 1 həftəyə verəcəyinə söz vermişdir. Bundan başqa 10 ay müddətində hər ay 225 manat kredit ödəyəcəyinə söz vermişdir. 20.02.2021-ci il tarixdə saat 20 radələrində Alaçadırlı kəndinin girəcəyində yerləşən “Ekonom“ marketin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə dayanıb söhbət etmişlər. Siqaret almaq üçün mağazaya girəndə, mağazanın qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs1la rastlaşmışdır. Mağazaya girib çıxandan sonra Orxan ondan üzərində narkotik olub-olmamasını soruşmuşdur. Orxana belə şeylərdən qurtardığını demişdir. Orxanın sifətinə bir dəfə yumuruq vurub maşnına əyləşmək istəyərkən Orxan ona nalayiq söyüş etmişdir. Sonuncuya demişdir ki, gəlib maşına otursun gedib söhbət etsinlər. Zərərçəkmiş şəxs1 maşında sol arxa oturacaqda əyləşmişdir. Həmin vaxt Ataş da maşında qabaq sağ oturacaqda oturmuşdur. Özü də, Ataş da Orxana demişlər ki, kənd adamlarının içində onlarda belə şey, yəni narkotik olmaya-olmaya niyə ondan narkotik istəyir. Orxan isə həmkəndlilərinin yanında belə deməyin heç bir problemi olmadığını bildirmişdir. Ataş yumuruqla Orxanın sifətindən bir dəfə vurmuşdur. Orxan irəliyə əyləndə dirsəyi ilə Orxanın sifətindən vurmuş və sonuncuya imkan verməsini, maşın sürdüyünü demişdir. Orxanla Ataş maşında dartışdıqlarından maşınını Alaçadırlı kənd qəbirstanlığının yanında saxlamışdır ki, onlar sakitləşdirsin. İlk öncə maşından Ataş, sonra isə Orxan düşmüşdür. Onlar dalaşmağa başlamış, Təqsirləndirilən şəxs3 isə maşından düşüb onları aralaşdırmağa başlamışdır. Özü də maşından düşüb Orxanı və Ataşı maşına əyləşdirmək istəmişdir. Ataş və Aqil maşına əyləşsələr də Orxan əyləşməmişdir. Bundan sonra Aqili evlərinə düşürüb Ataşla birlikdə 588 saylı qəsəbəyə doğru getmişlər. Ataşı evlərinə düşürmək üçün getmiş, düşürən vaxt Orxanın mobil telefonunun maşında ayaq altına düşüb qaldığını görmüşlər. Mobil telefonu Orxana çatdırması üçün qardaşı Fəqana verəcəyini bildirmişdir. Anası Xuraman xəstələndiyindən onu taksi ilə Gəncə şəhərinə, xəstəxanaya aparmışdır. Etdiyi hərəkətinə görə qorxub 07 mart 2021-ci il tarixə səhərə kimi xəstəxanada anasının yanında qalmışdır. 07 mart 2021-ci il tarixdə səhər saatlarında anası Xuramanı Bərdə rayonuna Alaçadırlı kəndinə evlərinə gətirmişdir. 08 mart 2021-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Bundan başqa Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs6 tanıyır. Ülfətlə onun heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs4 isə 4-5 il olar ki, tanıyır. Onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs3 da uşaqlıqdan tanıyır, sonuncu onun həmkəndlisidir. Onunla da heç bir ədavət və düşmənçilyi yoxdur. 07 mart 2021-ci il tarixdə saat 1330 radələrində Təqsirləndirilən şəxs3 ona, Ülfətə, Nicata və Dünyaminə bildirmişdir ki, birlikdə Türkmən kəndində bir yer var, gedib oradan oğurluq edib gəlsinlər. Aqil həmin evdə kimsə olmadığını, oğurluq üçün münasib vaxt olduğunu bildirmişdir. Özləri də Aqillə razılaşmışlar. Təqsirləndirilən şəxs4 idarə etdiyi qırmızı rəngli VAZ-2106 markalı maşına əyləşmişlər. Dünyamin maşını idarə edib onları Türkmən kəndinə gətirmişdir. Razılaşmışlar ki, evdən nə oğurlasalar aralarında bölsünlər. Onlar gəlib Türkmən kəndində sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 evinin həyt darvazası qarşısına çatanda belə razılaşmışlar ki, evə oğurluğa o və Təqsirləndirilən şəxs3 girsinlər. Dünyamin, Ülfət və Nicat da çöldə maşında qalıb gözləsinlər və kimsə gələrsə onlara telefonla xəbər versinlər və bir də onlar evdən nə oğurlasalar darvazanın yanına gətirib oradan onlara versinlər ki, maşına yığsınlar. Hardasa 10-15 dəqiqə ərzində onlar Nərgizin evinə girib oradan 6 ədəd kamaz akkmuluyatorlarını, 1 ədəd televizoru, 1 ədəd kondinsonerin iç blokunu götürüb gətirib evin həyət darvazasının arxasına qoymuşlar. Dünyamin maşının sükanı arxasında oturmuş maşından yerə düşməmişdir. Sonra isə düşüb bildirmişdir ki, akkmulyatorları maşının yük yerinə deyil, arxa və ön oturacağa qoysunlar. Maşından Ülfət və Nicat yerə düşüb onun və Təqsirləndirilən şəxs3 verdiyi 06 ədəd akmulyatorlardan 4 ədədini maşının arxa oturacağına və həm də 1 ədəd kondinsoneri və 01 ədəd televizoru maşının arxa oturacaq yerinə qoymuşlar. 2 ədəd akkmuluyatoru isə maşının qabaq oturacağına qoyub yerlşdirmişlər. Maşında yer olmadığından, Ülfət, Aqil, Nicat yol ilə ötüb keçən tanımadığı avtomobili saxladıb, onunla Bərdə şəhəri, Sənaye küçəsinə gəlmişlər. Həmin vaxt Dünyamini oğurladığıları həmin şeylərlə yola salarkən Ülfət Dünyaminə bildirmişdir ki, maşını, yəni oğurladıqları əşyaları Sənaye küçəsinə “bağçılıq“ deyilən yerə, onun təsərüfatla məşğul olduğu yerdə olan daxalın yanına aparsın. Onlar da başqa bir maşın tutub arxasınca gələcəklər. Razılaşmışlar ki, oğurladıqları həmin əşyaları həmin yerə aparıb orada olan daxalda gizlədib sonra isə satıb pulunu da aralarında bölsünlər. 6 ədəd akkumulyatorları maşından düşürüb Ülfətin daxalına qoymuşlar. 1 ədəd LG markalı televizoru özü götürmüş və öz payna düşəni götürdüyünü bildirmişdir. Kondisionerin iç blokunun necə olduğunu bilmir. Onların söhbətləri belə olmuşdur ki, oğurladıqları əşyaları satıb pulunu da bölsünlər. Ancaq polis onları bu oğurluğu etdiklərinə görə ifşa etdiyindən həmin əşyaları satıb pulunu bölə bilməmişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, sonuncuların omdan şikayət və tələbinin olmadığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, oğurluğu imkansızlığı ucbatından etmişdir. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6 uşaqlıqdan tanıyır. Onlarla əvvəllər heç bir ədavəti, düşmənçilyi və qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs4 1-2 il olar ki, tanıyır. Onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. X11 da uşaqlıqdan tanıyır. Onunla da heç bir ədavət və düşmənçilyi yoxdur. 07 mart 2021-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Alaçadırlı kəndinin yaxınlığında yerləşən N saylı hərbi hissənin yanında olarkən, Təqsirləndirilən şəxs2 zəng etmiş, harada olduğunu soruşmuşdur. Sonuncuya kəndlərində N saylı hərbi hissənin yanında olduğunu bildirmişdir. Əliş onunla işi olduğunu, gözləməsini, yanına gələcəyini demişdir. Özü də həmin yerdə Əlişi gözləmişdir. 5-10 dəqiqqə sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ- 2106 markalı, qırmızı rəngli avtomobili ilə gəlib onun yanında dayanmışdır. Maşında qabaq sağ oturacaqda Təqsirləndirilən şəxs6, arxa oturacağında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 əyləşmişlər. Özü də arxada sağ oturacaqda oturmuşdur. Əlişə bildirmişdir ki, Bərdə rayonu Türkmən kəndinə, Zərərçəkmiş şəxs2 evinə oğurluğa getsinlər, Nərgiz evdə yoxdur. Onlar Dünyaminin maşını ilə hərəkət edib Nərgizin yaşadığı evin həyət darvazası qarşısına gəlib çatmışlar. Belə razılaşmışlar ki, Ülfət, Nicat və sürücü Dünyamin maşında qalıb gözləsinlər, kimsə gəlsə onlara xəbər versinlər. Odur ki, o və Təqsirləndirilən şəxs2 maşından düşüb evin həyət darvazasının sol tərəfindən orada olan dəmir listi kənara qoyub oradan Nərgizin evinin həyətinə daxil olmuşlar. Həmin vaxt qapıda bir böyük bir də balaca çubuş it olsa da itlər hürməmişdir. Evin qapısını itələyən kimi açılmış və Əlişlə evə daxil olmuşlar. Evdən divardan 1 ədəd plazma televizorunu, yerdən stolun yanından 6 ədəd kamaz akmulyatorlarını, 1 ədəd kondinsonerin iç blokunu götürüb gətirib həyət darvazasının içəri tərəfinə yerə qoymuşlar. Sonra isə həmin yerdə darvaza qarşısında onları gözləyən Dünyaminin maşınında olan Nicat və Ülfət maşından düşüb onların darvazadan onlara verdikləri 06 ədəd kamaz maşını üçün akkmulyatorları, 1 ədəd plazma televizorunu və 1 ədəd kondinsonerin iç blokunu götürmüşlər. Onlarda həmin əşyalardan 1 ədəd plazma televizorunu, 06 ədəd akkmulyatorları maşının arxa oturacaq yerinin ayaqaltına yığmışlar. Sürücü Dünyamin maşının yük yerinin işləmədiyini, oğurladıqları həmin şeyləri maşının içərisinə yığmağı təklif etdiyindən 4 ədəd kamaz akmuluyatorlarını maşının arxa oturacağının üstünə qoymuşlar. Plazma televizorunu da arxa oturacaqda 2 ədəd akmulyatorları da maşının qabaq sağ oturacağın yerinə qoyub yerləşdirmişlər. Kondinsonerin iç blokunu isə maşın çıxıb getdiyindən maşına qoya bilməmişlər. Sonra isə 80-100 metr gedib həmin yerə yol kənarına kondinsonerin iç blokunu atmışdır. Dünyaminin maşınnda yer olmadığından Dünyaminə Ülfətgil demişlər ki, həmin oğurladıqları əşyaları aparıb Bərdə şəhəri, Sənaye küçəsində “Bağçılıq” deyilən yerdə olan Ülfətin işlətdiyi daxala boşaltsın. Razılaşmışlar ki, həmin əşyaları satıb pulunu da bölsünlər. Özləri tanımadığı taksi ilə Sənaye küçəsinə gəlmişlər. Taksi çıxıb getmiş və onlar piyada Ülfətin daxalının yanına gəlmişlər və akkmulyatorları orada olan daxala yığmışlar. Sonra hərə öz evinə getmişdir. Həmin əşyalardan plazma televizorunu Təqsirləndirilən şəxs2 götürmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs4 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 hadisədən 2 gün əvvəl tanımışdır. Sonuncunu Təqsirləndirilən şəxs3 yanında görüb tanımışdır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Etibarnamə əsasında VAZ-2106 markalı 99 SJ-087 dövlət qeydiyyat nişanlı avtomobili idarə edib taksi fəaliyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs6 3 ay olar ki, tanıyır. Onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. X11 da 4-5 ay olar ki, tanıyır. Onunla da heç bir ədavət və düşmənçilyi yoxdur. 07 mart 2021-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs3 ona zəng edərək taksi lazım olduğunu bildirmişdir. Bərdə-Tərtər priyezdinin yanında yerləşən “Çənlbel” kafesinin yanına gedib oradan onun dediyi 3 nəfəri “Xaçı” ləqəbli Mizəzadə Əliş Miri oğlunu, Təqsirləndirilən şəxs6 və X11 götürüb, Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən N saylı hərbi hissənin yanına gəlib Təqsirləndirilən şəxs3 də götürmüşdür. Aqildən haraya gedəcəklərini soruşmuş, sonuncu Bərdə rayonu Türkmən kəndinə oğurluq etməyə getdiklərini bildirmişdir. Əvvəlcə razılaşmamış, daha sonra pula ehtiyacı olduğundan razılaşmışdır. Maşını həmin kəndə sürüb Aqilin dediyi yerə çatmağa hardasa 50 metr qalmış maşını Aqiligilin dediyi yerdə saxlamışdır. Əliş və Aqil maşından düşüb qapısında qıfıl olan göy rəngli həyət darvazasının sol böyür tərəfindən həmin yerə qoyulmuş dəmir listi kənara qoyub həmin yerdən həyətə, içəri keçmişlər. Ülfət, Nicat və bir də özü maşında qalmışdır. Əlişlə Aqil maşının arxa yük yerinə bir ədəd kamaz akmulyatoru qoymaq istəmişlər. Sonunculara avtomobilinin arxa yük yerinin işləmədiyini bildirmişdir. Ülfət və Nicat da maşından düşüb 4 ədəd akmuluyatorları maşının arxa oturacağının üstünə qoymuşlar. Maşının qabaq sağ oturacağının üstünə isə 2 ədəd kamaz akmulyatoru qoymuşlar. 1 ədəd LG markalı televizoru da maşının arxa oturacağına yerləşdirmişlər. Ülfətgil əşyaları Bərdə şəhəri, Sənaye küçəsində “bağçılıq“ deyilən yerə sürüb aparıb onları orada gözləsin. Maşında yer olmadığından onlar başqa bir maşınla arxadan gəlmişlər. Özü də onların dediyi yerə maşını sürüb bir daxalın qarşısına yaxın yerdə maşını saxlamış, Ülfəti, Nicatı, Əlişi və Aqili gözləməyə başlamışdır. Sonuncular onun yanına gəlmişlər. Maşınından 06 ədəd akmulyatoru, 1 ədəd televizoru düşürmüşlər və orada olan balaca daxlın içinə qoymuşlar. Razılaşmışlar ki, akkumulyatorları və televizoru satıb pulunu da aralarında böləcəklər. Bundan sonra Bərdə şəhərinə gəlib müşdəri daşımaqla məşğul olmuşdur. Onlar həmin evdən kondinsoneri götürsələr də onun maşınına kondinsoner qoyulmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs5 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onlar bir-birini tanıdıqlarından münasibətləri də olmuşdur. Əlişlə heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs6 7-8 il olar ki, tanıyır, onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs4 isə hardasa 4-5 il olar ki, tanıyır. Onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs3 da uşaqlıqdan tanıyır, onunla da heç bir ədavət və düşmənçilyi yoxdur. 07 mart 2021-ci il tarixdə saat 1330 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona 06.03.2021- ci il tarixdə satmış olduğu Mİ-8 markalı mobil telefonunun 200 manat pulunu istəmişdir. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 da olmuşlar. Əliş ona demişdir ki, uşaqlarla birlikdə Türkmən kəndinə bir yer var gedib oraya oğurluq edib gəlsinlər. Özü də razılaşmışdır. Təqsirləndirilən şəxs4 idarə etdiyi qırmızı rəngli VAZ-2106 markalı maşınında qabaq sağ oturacaqda Təqsirləndirilən şəxs6 əyləşmişdir. Arxa oturacaqda o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əyləşmişlər. Dünyamin maşını idarə edib Türkmən kəndinə çatarkən onların söhbətindən bir daha başa düşmüşdür ki, Türkmən kəndinə oğurluğa getdikləri evdə kimsə yoxdur. Onlar gəlib Türkmən kəndində Zərərçəkmiş şəxs2 evinin həyt darvazası qarşısına çatanda belə razılaşmışlar ki, darvazanın qarşısında Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 düşüb evə girib evdən oğurluq etsinlər, onlar da Dünyaminin maşınında onları gözləsinlər, gələn olsa xəbər versinlər. Ona görə də bir az aralıda maşını saxlayıb gözləmişlər ki, kimsə şübhələnməsin. Hardasa 10-15 dəqiqə sonra Əliş və Aqil evdən oğurladıqları 6 ədəd kamaz akmuluyatorlarını, 1 ədəd televizoru, 1 ədəd kondinsoneri gətirib evin həyət darvazasının arxasına qoymuşlar. Dünyamin maşının sükanı arxasında oturmuş, maşından düşməmişdir. Sonra isə düşüb demişdir ki, akkmulyatorları maşının yük yerinə deyil, arxa və ön oturacağa qoysunlar. Təqsirləndirilən şəxs6lə maşından düşüb Təqsirləndirilən şəxs3 və Əlişin onlara verdikləri 06 ədəd akmulyatorları, 1 ədəd kondinsoneri və 01 ədəd televizoru maşının arxa oturacaq yerinə qoymuşlar. Maşında yer olmadığından Əliş, Aqil, Ülfətlə yol ilə ötüb keçən bir sürücüsünü saxladıb Bərdə şəhəri, Sənaye küçəsinə gəlmişlər. Həmin vaxt bilirmişdir ki, oğurluq əşyaları Sənaye küçəsinə “bağçılıq“ deyilən yerə Ülfətin orada olan daxalına aparılacaq. 6 ədəd akkmulyatirları maşından düşürüb Ülfətgilin daxalına qoymuşlar. 1 ədəd LG markalı televizoru Təqsirləndirilən şəxs2 evlərinə aparmışdır. Razılaşmışlar ki, oğurladıqları əşyaları satıb pulunu da bölsünlər. Ancaq polis onları bu oğurluğu etdiklərinə görə tutduğundan həmin əşyaları satıb pulunu bölə bilməmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs6 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs4 isə 4-5 il olar ki, tanıyır, onunla da heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Təqsirləndirilən şəxs3 da uşaqlıqdan tanıyır, onunla da heç bir ədavət və düşmənçilyi yoxdur. 07 mart 2021-ci ildə saat 1330 radələrində tanışı Təqsirləndirilən şəxs2 Nicat Mehtiyev bildirmişdir ki, 06.03.2021-ci il tarixdə satmış olduğu Mİ-8 markalı mobil telefonunun 200 manat pulunu versin. Əliş pulu olmadığını bildirmiş, onlara yəni, ona, Dünyaminə, Nicata, Aqilə demişdir ki, Türkmən kəndinə bir yer var gedib oradan oğurluq edib gəlsinlər. Özü də razı olmuşdur. Təqsirləndirilən şəxs4 idarə etdiyi qırmızı rəngli VAZ-2106 markalı maşınında qabaq sağ oturacaqda o, arxa oturacaqda Nicat, Aqil və Əliş əyləşmişlər. Dünyamin isə maşını idarə etmişdir. Onlar gəlib Türkmən kəndinə çatarkən söhbətdən başa düşmüşdür ki, Türkmən kəndinə oğurluğa getdikləri evdə kimsə yoxdur. Razılaşmışlar ki, evdən nə oğurlasaq aralarında bölsünlər. Onlar gəlib Türkmən kəndində sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 evinin həyət darvazası qarşısına çatanda belə razılaşmışlar ki, darvazanın qarşısında Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 düşüb evə girib evdən oğurluq etsinlər, onlar da Dünyaminin maşınında onları gözləsinlər və gələn olsa xəbər versinlər. Ona görə də maşında Nicatla o, və bir də sürücü Dünyamin qalmışlar. Dünyamin kimsə şübhələnməsin deyə maşını bir az irəli verib təzədən həmin oğurluq olan darvazanın qarşısına qayıdıb saxlamışdır. 10-15 dəqiqə sonra Əliş və Aqil evdən oğurladıqları 6 ədəd kamaz akkmuluyatorlarını, 1 ədəd televizoru, 1 ədəd kondinsonerin iç blokunu gətirib evin həyət darvazasının arxasına qoymuşlar. Dünyamin maşından düşüb demişdir ki, akkmulyatorları maşının yük yerinə deyil , arxa və ön oturacağa qoysunlar. Nicatla maşından yerə düşüb Təqsirləndirilən şəxs3 və Əlişin onlara verdikləri 06 ədəd akmulyatorlardan 4 ədədini maşının arxa oturacağına, 2 ədədini isə qabaq oturacağına qoymuşlar. 1 ədəd kondinsoneri və 01 ədəd televizoru maşının arxa oturacaq yerinə qoymuşlar. Maşında yer olmadığından Əliş, Aqil, Nicatla yol ilə ötüb keçən bir sürücüsünü saxladıb onunla Bərdə şəhəri, Sənaye küçəsinə gəlmişlər. Dünyaminə maşını Sənaye küçəsinə “bağçılıq“ deyilən yerə sürməsini bildirmişlər. 6 ədəd akkumulyatorları maşından düşürüb onun daxalına qoymuşlar. 1 ədəd LG markalı televizoru Təqsirləndirilən şəxs2 götürmüş və demişdir ki, öz payna düşəni götürmüşdür. Kondisionerin iç blokunun necə olduğunu bilmir. Onlar belə razılaşmışlar ki, oğurladıqları əşyaları satıb pulunu da bölsünlər. Ancaq polis onları oğurluq etdiklərinə görə ifşa etdiyindən həmin əşyaları satıb pulunu bölə bilməmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mərhum X7 onun atasıdır. 30.12.2021-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhərində yaşadığı evində olarkən, bacısı Sevincin oğlu Aslan ona zəng vurub atası Məhəmmədəlinin yol-nəqliyyat hadisəsi nəticəsində vurulduğunu, vəziyyətinin ağır olduğunu bildirmişdir. Dərhal tanımadığı taksi maşını ilə Bərdə şəhərinə gəlmişdir. 31.12.2020-ci il tarixdə gecə saat 05 radələrində Bərdə rayon mərkəzi xəstəxanasına gəlib çıxmışdır. Orada olan qohumlarından nə baş verdiyini soruşmuş, onlar ona hadisə barədə danışaraq atasını 30.12.2020-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Mersedes markalı avtomobilin vurduğunu, atası Məhəmədəlinin 31.12.2020-ci il tarixdə saat 01 radələrində xəstəxanada öldüyünü bildirmişlər. Sonra isə atası Məhəmmədəlini evlərinə aparıb dəfn etmişlər. Təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləri kimi tanıyır. Təqsirləndirilən şəxs3 oğlu isə onun qonşusudur. 20 fevral 2021-ci il tarixdə təxminən saat 20 radələrində Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki çayxanadan çıxıb, piyada yaşadığı ünvana getməyə başlamışdır. Həmkəndlilləri Təqsirləndirilən şəxs2 və “Totu” ləqəbli Təqsirləndirilən şəxs1 onu görmüşlər. Onlar ona “gəl səni aparıb düşürək“ demişlər. Yağış yağdığından Təqsirləndirilən şəxs2 idarə etdiyi qara rəngli VAZ-2109 markalı 90 TB-152 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdən arxa oturacağında əyləşmişdir. Həmin vaxt avtomobildə sağ arxa oturacaqda qonşusu Təqsirləndirilən şəxs3 oturduğunu görmüşdür. Avtomobil hərəkət edəndən bir- neçə dəqiqqə sonra Təqsirləndirilən şəxs1 arxaya çönərək əlindən ona məxsus “Samsung A 51” markalı telefonu götürüb “telefon getdi” sözlərini demişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 zarafat etdiyini düşünmüşdür. Sonuncuya mobil telefonunu qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona cavabında “pula ehtiyacımız var, telefondan əlini üz“ demişlər. Təqsirləndirilən şəxs1 əlindən telefonunu götürmək istəyəndə Təqsirləndirilən şəxs1 yumuruqla bir dəfə onun sol göz nahiyəsindən vurmuşdur. Yenidən Təqsirləndirilən şəxs1 mobil telefonunu geriyə almaq istəyəndə bu dəfə sürücü “Xası” ləqəbli Təqsirləndirilən şəxs2 yumuruqla onun ağız nahiyəsindən bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs2 onu yumuruqla vurduqdan sonra “getdik indi sənə göstərəcəm bizdən telefon almaq necə olar“ demişdir. Təqsirləndirilən şəxs2 avtomobili idarə edib onu Alaçadırlı kəndinin qəbirstanlığına aparmışdır. Qəbirstanlığın girəcəyində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qonşusu Təqsirləndirilən şəxs3 avtomobildən yerə düşmüşlər. Əliş və Ataş ondan avtomobildən yerə düşməsini tələb etmişlər. Avtomobildən yerə düşən kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu təxminən 15 dəqiqqə döydükdən sonra onun yerə yıxıldığını görüb avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs3 də avtomobilə əyləşmişdir. Avtomobil bir qədər irəlləmişdir ki, qəflətən avtomobil arxaya doğru onun istiqamətinə doğru gəlmişdir. Kənara çəkilməyəcəyi halda avtomobilin altında qalacaqdı. Onlar çıxıb gedəndən sonra piyada yaşadığı ünvana gəlmişdir. Ataşı Əlişə məxsus mobil telefonla DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Məmmədov Ruslan Firdovsi oğlu ilə qeyrirəsmi olaraq ər-arvad kimi yaşayır. Şahid2 onun qardaşıdır. Onlar birlikdə Bərdə rayonu Türkəmən kəndində yerləşən evlərində yaşayırlar. Ruslan kamaz markalı akkmulyatorlar alıb satmışdır. X23 oğlu narkotik üstündə həbs olunduğundan o, Gəncə 2 saylı İT-da saxlanılmışdır. 07 mart 2021-ci il tarixdə saat 11 radələrində Nuru adlı şəxsin Mersedes markalı avtomobili ilə qardaşı Şahid2la və Ruslanın tanışı Rəhim Həsənovla birlikdə Gəncə şəhər 2 saylı İT-na Rulanla görüşmək və həm də ona yemək vermək üçün getmişlər. Onlar gedəndə evin qapısını açarla bağlamışlar və açar qardaşı Orxanda olmuşdur. Evin iki taylı həyət darvazsına isə asma qıfıl vurmuşlar. Onlar gedib Ruslanla görüşüb yaşadıqları evlərinə gəlmişlər. Həyət darvazası qarşısına çıxanda görmüşdür ki, darvazının sol kənarında olan həyətə daxil olmaq üçün maneə kimi qoymuş 1 ədəd dəmir list həyətin içəri tərəfinə aşırılmışdır. Həyətə daxil olub evin qapısına yaxınlaşanda görmüşlər ki, qapı açıq vəziyətdədir. Dərhal başa düşmüşdür ki, onların evdə olmamağından istifadə edən kimlərsə evə daxil olub oğurluq etmişlər. Evə daxil olub baxanda görmüşdür ki, evdən 1 ədəd 1200 manat qiymətində LG markalı 82 diaqanallı plazma televizoru, bir ədədinin qiyməti 200 manat olan 06 ədəd kamaz markalı maşın üçün akkmuluyatorlar, 1 ədəd 600 manat dəyərində 4,5 qram çəkidə Rusiya istehsalı qızıl qolbağısı, 1 ədəd 800 manat qiymətində üzərində adı pozulmuş halda olan işlənmiş kondinsonerinin ön hisssini (iç bloku), yəni mator hissəsi istisna olmaqla oğurlanmışdır. Dərhal Azərbaycan Respublikası DİN- nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Polisin araşdırması nəticəsində ona məlum olmuşdur ki, onun evinə oğurluğa girmiş şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, X18, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 olmuşlar. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödədiklərindən onlardan şikayət və tələbi yoxdur, onların tutulmasını istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşıdır. Onlar Bərdə rayonunun Alaçadırlı kəndində yaşayırlar. 07 mart 2021-ci il tarixdə saat 16-17 radələrində qardaşı Təqsirləndirilən şəxs2 yaşadıqları evə gələrkən özü ilə bir ədəd LG markalı 82 diaqanallı plazma televizoru da gətirmişdir. Qardaşı Əlişdən həmin televizoru haradan əldə etdiyini soruşduqda Əliş televizoru bir nəfərin ucuz qiymətə satdığına görə pul verib aldığını bildirmişdir. 08 mart 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin işçilərinin araşdırması nəticəsində həmin televizorun oğurluq olduğu və Bərdə rayonu Türkmən kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olduğu müəyyən olunmuşdur. Bu barədə qardaşından soruşanda sonuncu həmin televizoru Türkmən kəndindən Aqil, Nicat, Dünyamin və Ülfətlə birlikdə oğurladığını və ona oğurladıqları əşyalardan televizor düşdüyünü demişdir. Dərhal televizoru götrüb Bərdə rayon Polis şöbəsinə gəlmiş və polis əməkdaşlarına təhvil vermiş, sahibinə verilməsini xahiş etmişdir. Bundan başqa qardaşı Təqsirləndirilən şəxs2 Orxana məxsus mobil telefonu sonuncunun əlindən məcbur almasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 telefonu evə gətirmiş, sonuncunun telefonu Orxanın əlindən məcbur aldığını bildikdən sonra Orxanın atasını çağırmış və telefonu sonuncuya təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Raqif oğlu ifadə verərək göstərmişdir ki, 2014-cü ildən Bərdə rayon Polis şöbəsinin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında düşmənçilik və ədavət olmamışdır. 30.12.2021-ci ildə səhər saat 09-dan 31.12.2020-ci il saat 09-dək növbə üzrə qrafika uyğun olaraq Bərdə rayon Polis şöbəsinin DYPB-nin YPXB-nin inspektoru Şahid8 Arzu oğlu ilə birlikdə 99 YP-543 dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşlar. 30.12.2020-ci il tarixdə saat 22 radələrində xidmətdə olarkən Bərdə şəhəri, H.Əliyev prospektində “Tayfun” marketin qarşısından keçən yol hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadissinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal aidiyyəti üzrə Bərdə rayon Polis şöbəsinin növbətçi hissəsinə xüsusi rabitə vasitəsi ilə məlumat verdikdən sonra hadisə baş verən yerə getmişlər. Həmin vaxt Ağdam rayonu istiqamətində yolda sonradan adını bildiyi piyada X2 huşsuz vəziyətdə yerdə uzanmasını görərək, hərəkət zolağında yerdə qan izlərinin olduğunu aşkar etmişlər. Onlar dərhal Bərdə rayon TTYS- na məlumat vermişlər. Onlar hadisə yerində olarkən orada piyadanı vurub qaçan avtomobil və sürücüsü olmamışdır. Sürücü avtomobili ilə birlikdə hadisə yerindən yayınmışdır. Daha sonra hadisə yerinə müstəntiq tərəfindən baxış keçiriləndən sonra onlar aidiyyəti üzrə xidmət etdikləri yerlərinə qayıdaraq xidmətlərini davam etdirmişlər. Sonradan hadisə nəticəsində xəsarətlənmiş piyadanın almış olduğu xəsarətlərdən xəstəxanada öldüyünü eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid6 Raqif oğlunun ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1490 saylı 09 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 2021-ci ilin mart ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1925,00 manat müəyyən edilmiş, ayrı-ayrılıqda qiymətləti: 1 ədəd “LG-32 N541 U, ** LN *** U-28: AC 100-240 v 50/60 mz1.3. A, 30 SRUEBL566 yazısı olan, 82 diaqanallı plazma televizorun dəyəri 160 manat, 1 ədəd üzərində “Panasonic CS-YE 12 MKE/CU-YE-12 MKE 35_2-metrlik markalı yazıları olan kondisionerin iç bloku (yəni kondisionerin motor hissəsi deyil otaqda olan ön hissəsi nəzərdə tutulur) 160 manat dəyərində, 6 ədəd istifadə olunmamış, üzərində “Курский Аккумулятор 6 СТ-190 Т 12 В- 190 А-4 325 мин 1250 А (СС А) 6 СТ-190 № 3” yazılar olan akkumulyatorların hər biri 200 manatdan 1200 manat dəyərində, 1 ədəd 750 əyarlı Rusiya istehsalı olan 4,5 qram çəkidə qızıl qolbağının dəyəri 405 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/276 saylı 24 fevral 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Mersedes-Benz 220 markalı, 10 UA-247 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs1 avtomobili sürücülük hüququ əsasında etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs1 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4280 saylı 12 iyul 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, “Samsung” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İntegral” firmasının məlumatına və Bakı şəhərində yerləşən “Worid telecom” və “Kontakt home“ şirkətlərinə məxsus ticarət şəbəkələrində ( Bakı şəhəri, Səbail rayon, Nizami küçəsi; Nəsimi rayonu, R.Behbudov küçəsi) və işlənmiş mobil telefon alqısatqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ortada olmayan “Samsung Galaxy A- 51” markalı mobil telefon aparatının hazırki işlənmiş vəziyyətdə, daxili yaddaşının həcmi 64 GB- olduğu halda, 2021-ci ilin fevral - mart aylarına, istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlılığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə qiyməti təxminən 420.00 manat müəyyən olunur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X8 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 31 dekabr 2021-ci il tarixli 90 saylı rəyindən müəyyən edilir ki, X1 adına yazılmış Bərdə MRX-nın tərtib etdiyi 0284422-saylı xəstəlik tarixində qeyd olunanlara və meyitinin məhkəmə-tibbi ekspertizasına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirik: X1 meyitinin bədənində aşağıdakı xəsarətlər- başın alın nahiyəsinin əzilmiş yarası, təpə, ənsə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, alt çənə sümüyünün açıq sınığı, sağ baldır nahiyəsinin qançırı vardır. -Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə - yəni 30.12.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. -X1 ölümünə səbəb başın küt travması ilə ələqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına,qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. -X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 9-12 saat olar baş vermişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X8 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 22 fevral 2021-ci il tarixli 140 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözün iç və bayır bucağı nahiyəsinin, alt dodağın sol yarısında-diş səthinin və dodaq haşiyəsinin qançırları, alt dodağın sol yarısında-diş səthinin və dodaq haşiyəsinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 20.02.2021-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan BC 250925 saylı sürücülük vəsiqəsi surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 “B1, B, C1, C” katiqoriya sürücülük hüququ vardır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 30 dekabr 2020-ci il tarixdə saat 2150 radələrində, atası Şahid5 məxsus Mersedes Benz-220 markalı 10 UA-247 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında etibarnamə olmadan Bərdə şəhərəri, H.Əliyev prospektindən keçən şəhərarası avtomobil yolu ilə idarə edib, həmin yolun sağ kənarında yerləşən “Tayfun“ marketin qarşısından keçən yol hissəsi ilə Bərdə rayonunun Lək kəndi istiqamətinə təxminən 70-80 km saat sürətlə hərkətdə olarkən, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, tələblərini cinayətkarcasına özünəgüvənib ehtiyatsızlıq edib pozaraq, yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilomoteridən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, saatda 70-80 km saat sürətilə hərəkət etdirərək, hadisə ərəfəsində piyada X7 yolu soldan sağa düz istiqamətdə sakit yerişlə addımlayıb keçərkən, hərəkəti üçün təhlükə yarandığını gördüyü andan, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməyərək, avtomobilini həmin sürətlə idarə edərək, piyada Məhəmmədəli Cavadova çatana qədər onun yolu soldan sağa tam keçib qurtaracağına, avtomobili ilə vurmayacağına ehtiyatsızlıq edib özünəgüvənərək hərəkətdə olduğundan və son halda piyadaya çatma ərəfəsində əyləcdən istifadə etməsinə baxmayaraq, sonuncunu yolun sağ hərəkət hissəsinin başlanğıcından sola doğru 5 metr məsafə həddində avtomobilinin sol yan güzgüsü ilə vurulduğundan, Məhəmmədəli Cavadova başın alın nahiyəsinin əzilmiş yarası, təpə, ənsə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, alt çənə sümüyünün açıq sınığı, sağ baldır nahiyəsinin qançırı ilə müşayət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuraraq, ”Yol hərəkəti haqqında“ Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini, yəni hadisə yerində qalıb zərərçəkmiş şəxsə yardım göstərməli olduğu halda yardım göstərməyərək, müvafiq hakimiyyət orqanlarına hadisə barədə xəbər verməli olduğu halda xəbər verməyərək, şəxsiyyəti barədə zərərçəkmiş şəxs tərəfə məlumat verməli olduğu halda belə bir məlumat verməyərək, zərərçəkmiş şəxs Məhəmmədəli Cavadova həmin xəsarətləri avtomobilini ehtiyatsızlıq edib idarə etməklə vurduqdan sonra, qəsdən yol-nəqliyyat hadisəsi yerində qalmayıb avtomobilini idarə edib, hadisə yerindən qaçmış, nəticədə X7 hadisə yerindən Bərdə rayon Polis şöbəsinin əmıkdaşları tərəfindən Bərdə MRX-na gətirilmiş, hadisə nəticəsində sonuncuya vurmuş olduğu xəsarətlərdən:- başın küt travması ilə ələqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma səbəbindən Məhəmmədəli Cavadov 31.12.2020ci i tarixdə gecə saat 01 radələrində Bərdə MRX-da ölməsi; -bundan başqa onun, özgənin əmlakını qanunsuz və açıq yolla həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib tamah niyyəti ilə ələ keçirib talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 20 fevral 2021 ci il tarixdə saat 20 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində sonuncunun idarə etdiyi VAZ-2109 markalı 90 TB-152 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, avtomobilin içərisində sərnişin qismində olmuş həmkəndlisi Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumuruqla bir dəfə yüngül zərbə ilə vuraraq, ona sol gözün iç və bayır bucağı nahiyəsinin, alt dodağın sağ yarısında - diş səthinin və dodaq naşiyəsinin səthi əzilmiş yarası ilə nəticələnən və sağlamlığna zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət, yəni həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs1 əlindən 1 ədəd 420 manat qiymətində “Samsung Galaxy A- 51” markalı mobil telefonu açıq yolla ələ keçirib talayaraq sonuncuya maddi ziyan vurmaqla soyğunçuluq etməsi; Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və açıq yolla həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib tamah niyyəti ilə ələ keçirib talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 20 fevral 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Alaçadırlı kəndi ərazisində idarə etdiyi VAZ-2109 markalı 90 TB-152 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, avtomobilin içərisində sərnişin qismində olmuş həmkəndlisi Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumuruqla bir dəfə yüngül zərbə ilə vuraraq, ona sol gözün iç və bayır bucağı nahiyəsinin, alt dodağın sağ yarısında - diş səthinin və dodaq naşiyəsinin səthi əzilmiş yarası ilə nəticələnən və sağlamlığna zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət, yəni həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, Zərərçəkmiş şəxs1 əlindən 1 ədəd 420 manat qiymətində “Samsunq Galaxy A- 51” markalı mobil telefonu açıq yolla ələ keçirib talayaraq sonuncuya maddi ziyan vurmaqla soyğunçuluq etməsi; -bundan başqa onun, təkrarən özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Mehdiyev Nicat Famil oğlu və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub, həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasonic CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi; -Təqsirləndirilən şəxs3 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs halında birləşərək, 07 mart 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq qapını açaraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub, həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş Kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi; Təqsirləndirilən şəxs4 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs6, Mehdiyev Nicat Famil oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonunun Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi; Təqsirləndirilən şəxs5 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021 ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş Kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi; Təqsirləndirilən şəxs6 özgənin əmlakını qanunsuz və gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 oğlu, Təqsirləndirilən şəxs4, Mehdiyev Nicat Famil oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək, 07 mart 2021-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Türkmən kəndində yerləşən X4 məxsus yaşayış sahəsinə sonuncunun və onun ailə üzvülərinin yaşayış sahəsində olmamasından istifadə edərək, yaşayış sahəsinin qapısının bağlandığı açar yerini sındıraraq yaşayış sahəsinə qanunsuz və gizli daxil olub həmin yerdən otaqdan onun 1 ədədinin qiyməti 200 manat olan 6 ədəd cəmi 1200 manat qiymətində iştifadə olunmamış təzə halda olan “6 CT -190 T 12 B-190 A-4 325 min 1250 A» markalı Rusiyada istehsal olunmuş Kamaz markalı avtomobillərdə istifadə edilən akkmulyatorlarını, 01 ədəd 160 manat qiymətində «Panasoniç CS-YE12 MKE\CU-YE12 MKE 35-2“ markalı kondinsonerinin iç blokunu, 01 ədəd 160 manat qiymətində 82 diaqanallı, LG markalı plazma televizorunu, 01 ədəd 750 əyarlı 4,5 qram çəkidə 405 manat qiymətində Rusiya istehsalı olan qızıl qolbağısını qanunsuz və gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1925 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.4, 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini onlara ittiham edilmiş Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilməmələrinə hüquqi qiymət verərək hesab edir ki, bu məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 və Şahid1, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 oğlunun vermiş olduğu ifadəsi ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsinin verdiyi 35 saylı 06 yanvar 2021-ci il tarixli arayışdan və Bərdə şəhər İcra Nümayəndəliyinin verdiyi 14 yanvar 2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonundan məcburi köçkündür, hazırda Bərdə rayonu Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşıb yaşayır. Ağayev X14 qəsəbəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuların ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 01 yanvar 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət hadisəsini qoca, yaşlı şəxsə qarşı törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli AZ-İİ 248377 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 atası X19 03.03.2022-ci ildə ölmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 11 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 08 aprel 2021-ci il tarixli 729 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Təqsirləndirilən şəxs3 Bərdə rayonu Alaçadırlı kəndində rəsmi qeydiyyatdadır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 11 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X29 Bakı Hərbi Məhkəməsinin 12.12.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 330.2.1-ci maddəsinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. -Təqsirləndirilən şəxs3 Bərdə Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 29 iyul 2019-cu ildə cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. - Təqsirləndirilən şəxs3 Ağdam Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünə əsasın Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, məhrum Təqsirləndirilən şəxs3 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilərək cəza müddətinin çəkilməmiş qalan 02 il 07 ay 08 gün hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 23 fevral 2022-ci il tarixli 67/01 saylı məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs3 20.10.2020-ci il tarixdən 10.03.2021-ci il tarixədək cəzasının 04 ay 18 gününü çəkmiş və 01 il 07 ay 08 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 2039 saylı 19 mart 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 Bərdə şəhəri, M.Cəfərov küçəsi ev 52-də yaşayır. Ailə üzvləri: arvadı-1998-ci il təvəllüdlü X10, oğlu- 2017-ci il təvəllüdlü X5 ibarətdir. Təqsirləndirilən şəxs4 Bərdə şəhəri, M.Cəfərov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 qardaşı X20 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xəsarət almışdır. Xəstəliyinin diaqnozu: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması. Sağ diz nahiyyəsinin kor qəlpə yaralanması. Sağ bud sümüklərinin lateral konditusunun qeyri düzgün bitişmiş, qopmuş sınığı. Sağ perinal sinirin postravmatik neyropatiyası. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə qazi olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 11 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 688 saylı 02 aprel 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 Bərdə rayonu Kələntərli kənd İƏD üzrə icra nümayəndəliyinin Alaçadırlı kəndində rəsmi qeydiyyatdadır və hal-hazırda Bərdə şəhəri, Təbriz küçəsində yaşayır. Təqsirləndirilən şəxs5 Bərdə rayonu Alaçadırlı kəndində yaşadığı müddətdə özünü nizamlı gənc kimi aparmış, qonşular və kənd sakinlərinin hörmətini qazanmışdır. Bərdə rayonu Kələntərli kənd İƏD üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs5 haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs5 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 11 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs5 əməlində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 2449 saylı 13 aprel 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 Bərdə şəhəri, S.Vurğun küçəsi 6/3-də yaşayır. Təqsirləndirilən şəxs6 Bərdə şəhəri, S.Vurğun küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli AZ-İV 601056 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 16 iyul 2021-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Təqsirləndirilən şəxs6 qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs6 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 11 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs6 əməlində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin cəzalarını yüngülləşdirən halları, həmçinin Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halı nəzərə alaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin təqsirləndirildikləri maddələrnin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 isə təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin sankiyasında nəzərədə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 02 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 02 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2021-ci ildə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 02 yanvar 2021-ci il tarixdən 04 yanvar 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hökmün icrasının təmin edilməsi üçün onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 08 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 08 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2021-ci ildə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən, xx xxxxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin 08 dekabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdə tutularaq Gəncə 2 saylı istintaq təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 07(yeddi) ay 08(səkkiz) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 09(doqquz) ay 19(on doqquz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 08 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 08 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti başa çatdığından həbsdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 08 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 08 iyun 2021-ci il tarixdə başa çatdığından həbsdən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 08 mart 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən, xx xxxxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin 27 dekabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 27 dekabr 2021-ci il tarixdə tutularaq Gəncə 2 saylı istintaq təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 08 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 08 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 mart 2021-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina barədə Bərdə Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 4(021)-28/2021 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 08 iyun 2021-ci il tarixədək müəyyən edilmiş, Təqsirləndirilən şəxs4 dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından barəsində qətimkan tədbirinin seçilməsi barədə 08 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 08 iyun 2021-ci il tarixdə başa çatdığından onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən, xx xxxxxxxx 1997-ci ildə Bərdə şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Bərdə şəhəri, M.Cəfərov küçəsi ev 52-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin 11 dekabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 11 dekabr 2021-ci il tarixdə tutularaq Gəncə 2 saylı istintaq təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 08 mart 2021-ci ildən 08 iyun 2021-ci ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı və 11 dekabr 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 08 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 08 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 10 mart 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 08 mart 2021-ci ildən 10 mart 2021-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən, xx xxxxxxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 6, mənzil 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs6 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin 18 yanvar 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs6 17 yanvar 2022-ci il tarixdə tutularaq Gəncə 2 saylı istintaq təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 17 yanvar 2022-ci ildən 30 mart 2022-ci ilədək həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 09 aprel 2021-ci il tarixli 9/1490 nömrəli, 24 fevral 2021-ci il tarixli 8/276 nömrəli, 12 iyul 2021-ci il tarixli 9/4280 nömrəli bildirişlərdən müəyyən edilir ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın 100(bir yüz) manatı Təqsirləndirilən şəxs1, 100(bir yüz) manatı isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 06 ədəd “Kamaz” markalı avtomobillərdə istifadə edilən akkumulyatorun və 01 ədəd 82 diaqanallı “LG” markalı plazma televizorun Zərərçəkmiş şəxs2 sahibliyinə, 01 ədəd “Samsug A-51” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 sahibliyinə və “Mersedes- Benz 220” markalı 10 UA -247 dövlət qeydiyyat nişnlı avtomobilin Təqsirləndirilən şəxs1 sahibliyinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.4, 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 263.2ci maddəsi ilə 02(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03(üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə 01(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla ona qəti olaraq 02(iki) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05(beş) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 02(iki) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05(beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Аzərbaycan Рespublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 03(üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 07(yeddi) ay 08(səkkiz) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 09(doqquz) ay 19(on doqquz) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəza ilə qismən birləşdirilməklə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 03(üç) ay müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 02(iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 08 mart 2021-ci ildən 08 iyun 2021-ci ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03(üç) ay və 11 dekabr 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03(üç) ay 20(iyirmi) gün, cəmi 06 (altı) ay 20(iyirmi) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01(bir) il 01(bir) ay 10(on) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 10(on) ay 20(iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs6 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 17 yanvar 2022-ci ildən 30 mart 2022-ci ilədək həbsdə saxlanıldığı 02(iki) ay 13(on üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) ay 26(iyirmi altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 07(yeddi) ay 04(dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs6 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-15/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-15/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver