Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-15/2024 01.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə saat 23 radələrində tanışı Şahid2 yaşadığı Bərdə şəhəri Bakı küçəsində yerləşən Texnologiya kollecinin həyətində yerləşən ünvansız yaşayış evinin qarşısına gəlib, tanışı Bərdə rayonu Cəyirli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə sonuncunun onun icarəyə götürdüyü Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən Təzə bazar ticarət mərkəzində yerləşən ayaqqabı satışı mağazasının qarşısına döşəmə daşlarının döşənməsi ilə bağlı təmir işlərinin düzgün etməməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə onun sifət nahiyəsinə vurmasına və ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşərək özü ilə gətirdiyi istintaqla müəyyən olunmayan kəsici əşya ilə Zərərçəkmiş şəxs boyun nahiyəsinə qəsdən bir dəfə vuraraq ona boyun nahiyəsinin sol yarısında sol çənəaltı nahiyəni əhatə etməklə kəsilmiş yarası xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, orta təhsillidir, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerdə icarə əsasında “Uşaq aləmi” və “Ayaqqabı” mağazasını işlədərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs 2 ildən çox müddətdir ki, məsciddən tanıyır, onunla əvvəllər münaqişə və nifaqı olmamışdır. Arzuman ona məxsus işlətdiyi Bərdə rayonu Güloğlular kəndində yerləşən mağazasının girişində yerə kafel vurmuş, həmin kafeli yaxşı vurmadığı üçün kafellər çatlamış, o, dəfələrlə Arzumana və Arzumanın dostu Teymura kafeli yenidən vurmasını bildirsədə, Arzuman müxtəlif bəhanələr edib, kafeli yenidən vurmaqdan yayınmışdır. 23 may 2023-cü il tarixdə saat 23 radələrində tanışı Şahid1 mobil telefon vasitəsilə ona zəng edərək, Arzumanın dostu Teymurgildə olduğunu, onu ora çağırdığını demiş, o, əvvəllər tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Məqsəd ilə birlikdə Səddamı Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən yaşadığı evin qarşısından götürüb, Arzumanın dostu Teymurun evinə getmişlər. Bərdə şəhəri Bakı küçəsində yerləşən Texnologiya kollecinin həyətində yaşayan Teymurun yaşadığı evin həyətinə daxil olduqlarını, Arzumana “nə olub niyə çağırmısız?”-dediyini, Arzuman ona “gəl söhbət edək”-dediyini, o, ailə uşaq olduğunu deyib, yaşayış evinin qarşısına çıxmağı təklif etdiyini, həmin vaxtı Arzuman qəfildən onun sinəsindən itələdiyini, cavabında təpiklə onun sağ ayağına vurduğunu, Arzuman ona 2 dəfə yumruqla alın nahiyəsinə zərbə endirdiyini, Teymur və Səddama “məni davaya çağırmısız? Mənim belimdə qrija var”-dediyini, Arzuman yenidən onun üzərinə gəlmək istəyəndə onu üzərində olan divar kağızı bıçağı ilə boyun nahiyəsinə bir dəfə vurduğunu, Arzuman yerə yıxıldığını, sonra piyada Bakı küçəsinə hərəkət edərək, orada gözləyən taksi sürücüsü Məqsədin avtomaşınına əyləşib, oradan uzaqlaşdığını, yolda olarkən Səddam ona zəng edərək, onu da aparmasını xahiş etdiyini, taksi ilə qayıdıb, Səddamı “Sultan” şadlıq sarayının qarşısından götürüb yaşadığı Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində düşürtdüyünü, taksi sürücüsü Məqsədin hadisə zamanı kənarda dayandığını, Səddamım ona kömək etmədiyini, Səddam və Teymur onları aralaşdırdığını, hadisə zamanı ətrafa insanların toplaşmadığını, Arzumana xəsarət yetirməkdə məqsədi ona söyüş söyməsi və onu cəzalandırması olduğunu bildirmişdir. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Kəlbəcər rayonu Bozlu kəndində anadan olmuş, hazırda Bərdə rayonu Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 2 övladı var, ailəsini fərdi əməklə məşğul olmaqla dolandırır, belə ki, evlərdə bütün növ usta işlərini görür. Təqsirləndirilən şəxs və Şahid1 2023-cü ilin mart ayının ortalarından tanıyır, hər ikisi ilə əvvəllər münaqişə və nifaqı olmamışdır. 2023-cü ilin əvvəllərində Şahid1 ona zəng edərək, Təqsirləndirilən şəxs yaşadığı ünvanda hörgü işi olduğunu, buna görədə Səddam ilə Namiqin yaşadığı ünvanda hörgü işi gördüyünü, gördüyü işə görə haqqını aldığını, 2023-cü ilin mart ayında Səddam yenidən zəng edərək, Bərdə rayonu Güloğlular kəndində yerləşən Namiqə məxsus “Ayaqqabı” mağazasının qarşısına metlax vurulmalı olduğunu dediyini, onunla razılaşıb, usta tanışı İlqar ilə birlikdə 2023-cü ilin mart ayının sonlarında təxminən mağazanın içi və qarşısı olmaqla ümumilikdə 100 kvadrat metr əraziyə metlax vurduğunu, metlaxı vurmağına görə Namiq ona 500 manat xidmət haqqı verdiyini, metlaxın yerə vurulmasını yekunlaşdıran zaman Namiq ona yaşadığı ünvanda döşəmə yondurmaq istədiyini dediyini, təxminən 2 gün Namiqin yaşadığı ünvanda 110 kvadrat polu usta yoldaşları İlqar və Hafiz ilə birlikdə yonduqlarını, lakin Namiq onların əziyyət haqqını vermədiyini, Namiq onlara 440 manat pul verməli olduğunu, lakin o, müxtəlif bəhanələr gətirərək, əziyyət pulunu vermədiyini, 23 may 2023cü il tarixdə Bərdə şəhəri Bakı küçəsində yerləşən Texnologiya kollecinin həyətində yaşayan dostu Teymurgilə getdiyini, Teymur həmin vaxt ona Namiqin mağazasının qarşısında sınmış metlaxı düzəltməyə çağırdığını dediyini, Teymura Namiqlə küsülü olduğunu, metlaxı vurmaq üçün İlqar ilə onu caladığını dediyini, həmin günü saat 23 radələrində Səddama zəng edərək Namiqin yaxşı adam olmadığını, problemli adam olduğunu söyüş göndərdiyini və onun uzaqlaşmasını dediyini, Səddam ondan Teymurun ünvanını soruşduğunu, ünvanı onlara dediyini, onlar yəni Namiq, Səddam və yanında tanımadığım şəxs Teymurun yaşadığı ünvana gəldiklərini, Namiqin bel kəmərində qara rəngli oboy bıçağını gördüyünü, bunların onunla söhbət etməyə deyil, mübahisə edib dalaşmağa gəldiklərini anladığını, həmin vaxtı Namiq ona nalayiq ifadə işlətdiyini, Namiqə Teymurun ailəsi eşitdiyini və həyətdən bayıra çıxmasını dediyini onlar həyətdən bayıra çıxdıqlarını, Səddam onun qoluna girdiyini, Namiq isə təpiklə onun xaya və qarın nahiyəsinə zərbə endirdiyini, özünü müdafiə etmək üçün yumruqla Namiqin sifət nahiyəsinə yumruq atdığını, həmin vaxtı Namiq ona yaxınlaşıb, əlində olan divar kağızı bıçağı ilə onun sol boyun nahiyəsinə qəsdən zərbə endirib boynunu kəsərək xəsarət yetirdiyini, Namiq onu divar kağızı bıçağı ilə vurduqdan sonra Səddama “burax boynunu kəsdim öləcək”- dediyini, avtomobilə doğru surətlə hərəkət etməyə başladığını, Namiq onu vuran kimi boynundan qan onun üzərinə fışqırdığını, Namiq avtomobilə əyləşdiyini, Səddam isə onun qollarını təxminən 5-10 saniyə saxladığını, daha sonra Səddam əlini buraxıb avtomobilə əyləşdiyini, sonra öz mobil telefonu ila DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zəng edib çağırdığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbininin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, hazırda ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 3 övladı var, ailəsini fərdi əməklə məşğul olaraq dolandırır, belə ki, evlərdə malyar usta kimi çalışır. Zərərçəkmiş şəxs 4-5 il bundan qabaq Bərdə şəhər Məscidindən tanıyır. Onunla aralarında nifaq və münaqişə olmamışdır. Təqsirləndirilən şəxs da 3-4 il müddət olar ki, Bərdə rayon Məscidindən tanıyır. Onunla da aralarında münaqişə və nifaq olmamışdır. Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı bildirmək istəyir ki, Zərərçəkmiş şəxs Namiqin anası Yasəmən Mehtiyevaya məxsus Bərdə rayonu Təzə bazarda yerləşən mağazasının girişində yerə kafel vurmuşdur. Arzuman həmin kafeli keyfiyyetsiz vurduğu üçün, kafellər çatladığı üçün Namiq ilə aralarında münaqişə baş vermişdi. Arzuman ilə Namiq bir-birlərini danışdırmırdılar. Teymur isə Arzumanın adından kafellər yenidən vuracağına Namiqə dil olmuşdu. 23 may 2023-cü il tarixdə saat 23 radələrində Arzuman ona zəng edərək, Namiqin ünvanına nalayiq ifadələr işlətmiş və ondan həmin nalayiq küçə söyüşlərini Namiqə deməyini bildirmiş, Arzumana “niyə söyürsən ki, lazım deyil söyüş söymək gəlin oturun barışın” – demişdir. Arzuman ona Teymurgildə olduğunu ora gəlməyini demiş, Namiqə zəng eləyib, “Arzuman mənə zəng edib, Teymur gildədi, gəl gedək oturaq söhbət edək”- demişdir. Namiq təxminən 15 dəqiqə sonra əvvəllər tanımadığı taksi ilə yaşadığı ünvandan onu götürüb Bərdə şəhəri Bakı küçəsində yerləşən Molbulak kredit evinin yaxınlığında, Teymurun yaşadığı ünvana getmişlər. Teymurgilin ünvanının içərisində Arzuman Namiqə salam vermiş, Namiq isə Arzumanın əlini çevirərək “görüşmürəm”demiş, Arzuman isə Namiqə “cəhənnəmə görüş”-demiş, Namiq Arzumana “özün cəhənnəmə get”-demişdir. Arzuman Namiqi itələmiş, Namiq Teymurun ünvanından çölə çıxaraq “bunlar bizi davaya çağırıb”-demişdir. Namiq taksiyə əyləşib getmək istəyəndə Arzuman kənardan “şərəfsizsən, peysərsən”-sözləri demiş, Namiq avtomobildən düşüb, Arzumanın üzərinə gedərək əlbəyaxa dalaşmağa başlamışlar. Namiq və Arzumana birbirlərini yumruq və təpiklərlə vurmuşlar. Namiq Arzumanı nəsə ilə vurmuş, Arzuman yerə yıxılmışdır. Namiq taksiyə əyləşib, oradan uzaqlaşmış, Arzuman ayağa qalxanda boğaz nahiyəsinin kəsildiyini, qanadığını görmüşdür. Arzuman “Namiq məni bıçaqla vurdu”-deyə qışqırmış, Namiqin Arzumanı vurmasını görmüş, lakin Namiqin əlində kəsici alət olduğunu görməmiş, çünki Teymurgilin evinin qarşısı qaranlıq olmuşdur. O, hadisə zamanı Namiqə kömək etmədiyini, Arzumanın qolundan tutmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Bakı küçəsində Texnologiya kollecinin yaxınlığında yaşayır, evlidir, 2 övladı var, rəsmi olaraq Rikon firmasında sürücü vəzifəsində çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs Bərdə şəhərindən uzun müddətdir ki, tanıyır, onunla əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Zərərçəkmiş şəxs da uzun müddətdir tanıyır aralarında münaqişə və nifaq olmamışdır. Arzuman Namiqin anası Yasəmən Mehtiyevaya məxsus mağazanın giriş hissəsinə metlax düzmüşdür. Həmin metlaxı səliqəsiz düzmüş, Namiq həmişə Arzumana metlaxları yenidən düzəltməyi demişdir. 23 may 2023-cü il tarixdə günorta saatlarında Arzuman yeni aldığı VAZ 2107 markalı avtomobili onun yaşadığı ünvanın qarşısında saxlamışdı. Həmin vaxt Arzumandan nə səbəbə Namiqin anası Yasəmən Mehtiyevaya məxsus mağazanın qarşısındakı metlaxı düzəltmədiyini soruş, Arzuman Namiqlə danışmadığını, həmin metlaxı İlqar adlı ustanın düzəldəcəyini Namiqə dedidiyini demiş, həmin tarixdə saat 23 radələrində Arzuman ilə birlikdə çay içən zaman Namiq ilə Səddam yaşadığı evə gəlmiş, Namiq ilə Səddam həyətə daxil olmuş, Arzuman və Namiq onun yaşadığı ünvanın qarşısına çıxmışlar. Arzuman Namiqi görən kimi bir birlərinin ünvanına söyüşlər söymüşlər. Arzuman Namiqin sinəsindən yumruqla vurmuş, Namiq təpiklə Arzumana zərbə endirmişdir. Səddam ilə onları aralaşdırmış, daha sonra Namiq ilə Arzuman yenidən əlbəyaxa olmuşlar, Namiq əlindəki dəqiq görmədiyi əşya ilə Arzumanın boyun nahiyəsinə vurmuş, zərbə endirdikdən sonra Namiq piyada hərəkət edərək uzaqlaşmış, Səddam ilə birlikdə Arzumana yaxınlaşıb halını soruşanda, Arzumanın boyun nahiyəsinin qanadığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşayır, evlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 825 taksi şirkətində sürücü işləyir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onunla əvvəllər münaqişə və nifaqı olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisə ilə bağlı bildirir ki, 24 may 2023-cü il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs zəng edərək, onu Texnikumun aralığına aparmağını demiş, Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakı küçəsində yerləşən Texnologiya kollecinin aralığına gətirmiş, Təqsirləndirilən şəxs avtomobildən enib, “gözlə gəlirəm”-deyib avtomobildən enib getdikdən sonra avtomobili yol istiqamətinə tərəf sürmüş və avtomobili saxlayıb, avtomobildən enib Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əlbəyaxa dalaşdıqlarını görmüşdür. Səddam ilə Teymur onları aralaşdırmış, qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs Arzumanı hansı əşya ilə vurub xəsarət yetirməsini dəqiq görməmişdir. Arzuman yerə yıxıldıqdan sonra Namiq avtomobilə tərəf gəlmiş, avtomobil ilə hərəkət etməyə başlamış, yolda olarkən Namiqə kimsə zəng eləmiş, Namiq ona geri qayıtmağı bildirmiş, geri qayıdıb, “Sultan” sarayın qarşısından Səddamı götürərək, Səddamı Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinə düşürtdükdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana düşürtmüşdür. O, Namiqə hadisə vaxtı kömək etmədiyini, kənarda dayandığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Cəyirli kəndində yaşayır, evlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini evlərin təmir-tikinti işləri ilə məşğul olan şəxslərin yanında fəhləlik edərək dolandırır, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Bərdə şəhərindən uzun müddətdir ki, tanıyıram, onunla əvvəllər nifaqım və münaqişəm olmamışdır. Zərərçəkmiş şəxs evlərin təmir-tikinti işləri ilə məşğul olur və özü ilə fəhlə kimi aparır və birlikdə iş görürlər. 2023-cü ilin mart ayında Arzuman, İlqar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Xəqani küçəsində yerləşən yaşayış evində otaqların döşəməsini aparat vasitəsi ilə yonmuşlar. Hafiz həmin vaxtı fəhlə kimi işləmiş və haqqına 150 manat pul verilməli olduğunu, Namiqin evinə döşəməni yonduqdan sonra bizə 440 manat pul alınmalı olduğunu, lakin Namiq həmin pulu onlara verməmişdir. Buna görə də Arzuman ilə aralarında mübahisə baş vermişdir. Onun Namiq ilə Arzuman arasında olan dava-dalaşdan xəbəri olmadığını, sonrdan Arzumanın Namiq tərəfindən divar kağızı kəsən bıçaqla xəsarət yetirdiyini öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid5 Mail oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Cəyirli kəndində yaşayır, evlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, evlərin təmir-tikinti işləri ilə məşğul olub ailəsini dolandırır, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Bərdə şəhərindən uzun müddətdir ki, tanıyıram, onunla əvvəllər nifaqım və münaqişəsi olmamışdır. Zərərçəkmiş şəxs evlərin təmir-tikinti işləri ilə məşğul olur və birlikdə iş görürlər. 2023-cü ilin mart ayında Arzuman ilə birlikdə Namiqin Təzə bazarda yerləşən “Ayaqqabı” mağazasının qarşısına kafel-metlax vurmuşlar. Həmin vaxtı Namiq onlara yəni Bərdə şəhərində yerləşən yaşayış evinin otaqlarının döşəməsini yonmağı bildirmiş və onlar Namiqlə razılaşaraq Namiqin yaşadığı Bərdə şəhəri Xəqani küçəsində yerləşən yaşayış evində otaqların döşəməsini aparat vasitəsi ilə yonmuşlar. Arzuman Namiqlə bu işlərə görmələrinə görə 440 manat pul verəcəyini, lakin işi tamamladıqdan sonra Namiq həmin pulu verməmişdir. Buna görə də Arzuman ilə aralarında mübahisə baş vermişdir. Onun Namiq ilə Arzuman arasında olan dava-dalaşdan xəbəri olmadığını, sonrdan Arzumanın Namiq tərəfindən divar kağızı kəsən bıçaqla xəsarət yetirdiyini öyrəndiyini bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 05 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış və həmin tarixdə icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 3-22-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb, 23 may 2023-cü il tarixdə Bərdə şəhəri Bakı küçəsində yerləşən Texnologiya kollecinin yanında Bərdə rayonu Cəyirli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə əvvəllər tanıdğı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu divar kağızı bıçağı ilə qəsdən vuraraq boyun nahiyəsinin sol yarısında sol çənəaltı nahiyəni əhatə etməklə kəsilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığna qəsdən yüngül zərər vurması faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 67-68-ci vərəqələrində olan 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 21-22-ci vərəqələrində MTE və PA ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 23 iyun 2023-cü il tarixli 363 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibb müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyun nahiyəsinin sol yarısında sol çənəaltı nahiyəni əhatə etməklə kəsilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 104-107-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(021)145/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 112-117-ci vərəqəsində olan Gəncə Apelyasiya Məhkəməsinin 16.01. 2014-cü il tarixli 1(104)-26/2014 nömrəli qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)145/2013 saylı hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70 maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. Cinayət işinin 59-60-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bərdə rayon Məhkəməsinin hökmü dəyişdirilərək AR CM-nin 70 maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti təyin edilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-15/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-15/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver