Məhkəmə qərarları › İş №1(021)-150/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-150/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-150/2023 25.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1955-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (2 övlad), 714 saylı apteki icarə əsasında işlədən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından gprünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının” Azərbaycan Respublikası Qanunu siyahısının 79-cu bəndinə əsasən, ümumi təmiz çəkisi 1 (bir) qram olan zavod üsulu ilə hazırlanmış üzərində "tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 10 (on) ədəd 2 ml-lik ampulalarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol hidroxlorid dərman preparatını işlədiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "714” saylı aptekdə qanunsuz əldə edərək saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 13 radələrində həmin aptekdə 1 (bir) ədəd üzərində "tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 2 ml-lik ampulada 0,1 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol hidroxlorid dərman preparatını X10 13 (on üç) manata satmış, həmin tarixdə saat 18 radələrində X22 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən Əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd üzərində "tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 2 ml-lik ampulada 0,1 qram zavod üsulu ilə hazırlanmış narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir eden madde olan tramadol hidroxlorid dərman preparatı aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı zamanı 20 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus "714" saylı aptekə baxış və götürülmə keçirilmiş, baxış zamanı həmin aptekdən 9 (doqquz) ədəd üsulu ilə hazırlanmış narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü üzərində "tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 2 ml-lik ampulalarda zavod tesir eden maddə olan tramadol dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, 2 övladı var. Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "714" saylı psixotrop maddələr, həmçinin güclü təsirə malik olan dərmanlardan istifadə etməmişdir. 20 fevral 2023-cü il tarixdə saat 20 radələrində o, işlədiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən 714 saylı aptekdə olarkən polis əməkdaşları aptekə yaxınlaşaraq, işlətdiyi aptekdə güclü təsirə malik olan dərman preparatlarını satmağı ilə bağlı məlumat aldıqlarını, bununla bağlı aptekə baxış keçirəcəklərini dedilər. O, baxış keçirilməsinə etirazının olmadığını dedikdən sonra polis əməkdaşları ona hüquq və vəzifələrini elan etdikdən sonra onun iştirakı ilə aptekə baxış keçirməyə başladılar. Baxış zamanı o, 1 nəfər əvvəllər tanımadığı şəxsə 6 manat mübaqilində 1 ədəd ampula 100 ml-lik tramadol dərmanını satdığını, hazırda isə 9 ədəd 100 ml-lik ampulada tramadol dərmanının aptekdə olduğunu demiş və polis əməkdaşlarına təqdim etmişdir. Həmin 9 ədəd tramadol ampulaları zərfə qoyularaq qablaşdırılmış, daha polis əməkdaşları pul dolabına qoyduğu 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq, 7 ədəd isə bir manatlıq əskinasları maddi sübut olaraq qablaşdırıb götürmüşlər. Ona məxsus aptekdən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, polis əməkdaşlarına aptekdən aşkar edilən tramadol ampulalarını 2-3 gün qabaq əvvəllər tanımadığı ankoloji xəstəliyi olan qadından 10 manata aldığın demişdir. Belə ki, həmin qadın ona dərman almağa pulunun olmadığını, "Tamaksafen" dərmanına ehtiyacı olduğunu, ona görə tramadolları satdığını demiş və o həmin qadından 10 ədəd tramadol ampulalarını götürərək əvəzində 10 manat pul vermişdir. Daha sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulacağı üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və dövlət hesabına ona müdafiəçisi Müdafiəçi təqdim edilmiş, 20 fevral 2023-cü il tarixdə saat 21 radələrində müdafiəçisinin Müdafiəçi iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, ilkin olaraq təhqiqatçı tərəfinən hüquq və vəzifələri ona elan olunmuş, daha sonra ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya güclü təsir edən dərmanı könüllü olaraq təqdim etmişdir. O, isə polis əməkdaşlarına üzərində hər hansı qanunsuz əşya olmadığını demişdir. Baxış zamanı üzərində olan 1 ədəd Nokia markalı mobil telefon istintaqa təqdim olunması üçün götürülmüşdür. O, tutularkən, ona məxsus aptekǝ və üzərinə baxış və şəxsi axtarış keçirilərkən heç bir qanunsuzluğa məruz qalmamışdır. O, rayon ərazisində 25 ildən çoxdur ki, aptek işlədir və dəfələrlə xəstə insanlara köməklik göstərmişdir. Rkomanların qanlarının yuyulması üçün dəfələrlə köməklik etmişdir. 1 ampulanı satdığı adam anasının onkoloji xəstə olmasını deyəndə ona yazığı gəlmişdir. Çünki onun həyat yoldaşı həmin xəstəlikdən dünyasını dəyişmişdir. Həmin xəstəlik zamanı yaranan aörılar şiddətli və dözülməz olur. Ona görə də yazığı gələrək həmin ampulanı ona vermişdir. O, ümumiyyətlə heç bir zaman qanunsuz əməllərlə məşğul olmamışdır. Etdiyi əməli səmimi etiraf etmiş, özünü təqsirli bilmişdir. Şəkər xəstəsidir, yaşlı və kimsəsiz insandır. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində göstərmişdir ki, o, Zəngilan şəhərində anadan olub, hazırda ailə üzvlərilə birlikdə ünvan 4 ünvanında kirayədə yaşayır. Ali təhsilli, hazırda o, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkilli vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 20 fevral 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə X5 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə üzərində gəzdirməsi barədə məlumatlar olduğu üçün Murad Eyyubovun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 20 fevral 2023-cü il tarixdə saat 18 radələrində adı çəkilən şəxsin Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində olması müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bərdə rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin əraziyə getmişdirlər. O, Şahid3 və Şahid2 ilə birlikdə Bərdə şəhəri, H.Əliyev prospektində Murad Əyyubovu görərək ona yaxınlaşmışdırlar. Bundan sonra X10 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirərək Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş və Murad Əyyubov heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Bərdə rayon Polis Şöbəsinin inzibati binasında Murad Əyyubova hüquqlarının müdafiəsi üçün dövlət hesabına X11 müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra yenidən şübhəli şəxs Murad Əyyubova təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildi və X13 hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs X10 təklif olundu ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman X5 masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində "Tramadol 100" sözləri yazılmış ampulanı qoyaraq Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində olan Yuriy adlı şəxsdən 13 manat qarşılığında aldığını bildirmişdir. Bir ədəd üzərində "Tramadol 100" sözləri yazılmış ampula prosses iştirakçıları ilə polis əməkdaşları müvafiq qaydada 01 ədəd zərfdə qablaşdıraraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim edilməsi üçün üzərinə imza etmişdirlər. X5 üzərinə polis baş leytenantı Şahid3 tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra keçirilmiş şəxsi axtarış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmışdır. Bundan sonra Bərdə Bərdə rayon Polis Şöbəsinin CAB-in Əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bərdə rayon Polis Şöbəsinin CAB-in Əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus apteke yollanmışdırlar. Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Ü.Hacıbəyov küçəsində üzərində "714" sözləri yazılmış aptek kimi fəaliyyət göstərilən obyektə şüşə və metaldan ibarət giriş qapısından daxil olduqdan sonra vət. Təqsirləndirilən şəxs X5 polis əməkdaşları tərəfindən saxlanılması və onun üzərindən bir ədəd "tramadol 100" ampulası aşkar olunması bildirilmiş, bu səbəbdən onun aptekinə baxış keçirilməsi zərurəti yarandığı izah olunmuşdur. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edərək, əvvəllər tanımadığı bir nəfər şexse 6 manata "tramadol 100" ampulasını satdığını etiraf etmiş və Aptekinə baxış keçiriləsinə heç bir etirazı olmamasını bildirmişdir. Bundan sonra Bərdə Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə Bərdə RPŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən "714" saylı sözlə yazılmış aptekǝ videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub- olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus aptekin arxa hissəsində, yəni yaşayış yeri kimi istifadə etdiyi otağa daxil olaraq otağın giriş qapısından sağ tərəfdə olan divanın baş hissəsində yerdə olan iki ədəd listin içərisində olan 5 və 4 saylarda olan ümumilikdə 9 ədəd üzərində "tramadol 100" sözləri yazılan anpulaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin qeyd olunan anpulalar təhqiqatçı tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, 94 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuş ki, tramadol sataraq əldə etdiyi pulları təqdim etsin, aptekin giriş otağında olan zərfdə olan 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq pul əksinaslarını təqdim etmiş qeyd olunan pulları bir ədəd zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Aptekə baxış zamanı orada başqa hər hansı qanunsuz əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuş ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya predmet olmadığını bildirmiş və masaya doğru yaxınlaşaraq üzərində olan bir ədəd kibrit qutusunu, bir ədəd siqaret qutusu, iki ədəd acar və bir ədəd "Nokia" markalı mobil telefonu stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə polis baş leytenantı Şahid3 tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bir ədəd "Nokia" markalı mobil telefon istintaq orqanına təqdim olunması üçün prosses iştirakçılarının iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdıraraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim edilməsi üçün üzərinə imza etmişdirlər. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Şahid1 ifadəsində əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs rayonda hər hansısa bir qanunsuz fəaliyyətlə məşğul olması barədə, eləcə də cinayət faktı ilə bağlı əməliyyat məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində doğulmuş, evli və ali təhsillidir. 2013-cü il tarixdən DİO-da xidmət edir. 2019-cu ildən isə Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Ü.Hacıbəyov küçəsində üzərində "714" sözləri yazılmış aptek kimi fəaliyyət göstərilən obyektə şüşə və metaldan ibarət giriş qapısından daxil olduqdan sonra vət. Təqsirləndirilən şəxs X5 polis əməkdaşları tərəfindən saxlanılması və onun üzərindən bir ədəd "tramadol 100" ampulası aşkar olunması bildirilmiş, bu səbəbdən onun aptekinə baxış keçirilməsi zərurəti yarandığı izah olunmuşdur. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edərək, əvvəllər tanımadığı bir nəfər şexse 6 manata "tramadol 100" ampulasını satdığını etiraf etmiş və Aptekinə baxış keçiriləsinə heç bir etirazı olmamasını bildirmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə Bərdə Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən "714" saylı sözlə yazılmış aptekǝ videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub- olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus aptekin arxa hissəsində, yəni yaşayış yeri kimi istifadə etdiyi otağa daxil olaraq otağın giriş qapısından sağ tərəfdə olan divanın baş hissəsində yerdə olan iki ədəd listin içərisində olan 5 və 4 saylarda olan ümumilikdə 9 ədəd üzərində "tramadol 100" sözləri yazılan anpulaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin qeyd olunan anpulalar təhqiqatçı tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, 94 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuş ki, tramadol sataraq əldə etdiyi pulları təqdim etsin, aptekin giriş otağında olan zərfdə olan 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq pul əksinaslarını təqdim etmiş qeyd olunan pulları bir ədəd zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Aptekə baxış zamanı orada başqa hər hansı qanunsuz əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bərdə Bərdə rayon X19 İmanova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuş ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya predmet olmadığını bildirmiş və masaya doğru yaxınlaşaraq üzərində olan bir ədəd kibrit qutusunu, bir ədəd siqaret qutusu, iki ədəd acar və bir ədəd "Nokia" markalı mobil telefonu stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə polis baş leytenantı Şahid3 tərəfindən baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bir ədəd "Nokia" markalı mobil telefon istintaq orqanına təqdim olunması üçün prosses iştirakçılarının iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdıraraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim edilməsi üçün üzərinə imza etmişdirlər. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Şahid2 ifadəsində əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs rayonda hər hansısa bir qanunsuz fəaliyyətlə məşğul olması barədə heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin CAB-in Əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus apteke yollanmışdırlar. Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Ü.Hacıbəyov küçəsində üzərində "714" sözləri yazılmış aptek kimi fəaliyyət göstərilən obyektə şüşə və metaldan ibarət giriş qapısından daxil olduqdan sonra vət. Təqsirləndirilən şəxs X5 polis əməkdaşları tərəfindən saxlanılması və onun üzərindən bir ədəd "tramadol 100" ampulası aşkar olunması bildirilmiş, bu səbəbdən onun aptekinə baxış keçirilməsi zərurəti yarandığı izah olunmuşdur. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edərək, əvvəllər tanımadığı bir nəfər şexse 6 manata "tramadol 100" ampulasını satdığını etiraf etmiş və Aptekinə baxış keçiriləsinə heç bir etirazı olmamasını bildirmişdir. Bundan sonra Bərdə Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən "714" saylı sözlə yazılmış aptekǝ videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub- olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus aptekin arxa hissəsində, yəni yaşayış yeri kimi istifadə etdiyi otağa daxil olaraq otağın giriş qapısından sağ tərəfdə olan divanın baş hissəsində yerdə olan iki ədəd listin içərisində olan 5 və 4 saylarda olan ümumilikdə 9 ədəd üzərində "tramadol 100" sözləri yazılan anpulaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin qeyd olunan anpulalar təhqiqatçı tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, 94 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuş ki, tramadol sataraq əldə etdiyi pulları təqdim etsin, aptekin giriş otağında olan zərfdə olan 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq pul əksinaslarını təqdim etmiş qeyd olunan pulları bir ədəd zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Aptekə baxış zamanı orada başqa hər hansı qanunsuz əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bərdə rayon X19 İmanova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuş ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya predmet olmadığını bildirmiş və masaya doğru yaxınlaşaraq üzərində olan bir ədəd kibrit qutusunu, bir ədəd siqaret qutusu, iki ədəd acar və bir ədəd "Nokia" markalı mobil telefonu stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bir ədəd "Nokia" markalı mobil telefon istintaq orqanına təqdim olunması üçün prosses iştirakçılarının iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdıraraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim edilməsi üçün üzərinə imza etmişdirlər. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Şahid3 ifadəsində əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs rayonda hər hansısa bir qanunsuz fəaliyyətlə məşğul olması barədə heç bir məlumat olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertiza Mərkəzinin X9 daxil olmuş 21 fevral 2023- il tarixli 18/248 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində X5 üzərindən aşkar edilmiş bir ədəd ampula sözləri yazılmış kağız paketin içərisində üzərində "Tramadol 100 mq/2 ml...10.20.26" göstəriciləri olan 1 (bir) ədəd 2ml-lik ampula zavod üsulu ile hazırlanmış tramadol dərman preparatıdır. (beynəlxalq adına görə Tramadol hidroxlorid). Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs məxsus paketin içərisində üzərində "Tramadol 100 mq/2 ml..10.20.26" göstəriciləri olan 9 (doqquz) 714 saylı aptekdən aşkar edilmiş 09 ədəd tramadol sözləri yazılmış ampulalar" olan kağız (beynəlxalq adına görə Tramadol hidroxlorid). Təqdim olunmuş üzərində "Tramadol ədəd 2 ml-lik ampulalar zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır. 100mq/2ml.."yazısı olan eyni göstəricili 10 ədəd dərman ampulundakı mayenin tərkibində ümumilikdə 1 qram tramadol (1 ampulda 0,1 qram) maddəsi müəyyən edildi. Tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketlərdə olan üzərində "tramadol 100 mq/2ml.." yazısı olan eyni göstəricili 10 (on) ədəd ampullar xarici əlamətlərinə (rəngi, dərman forması, üzərindəki göstəricilərə və s.) və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tramadol 18 mart 2016cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 01 may 2023cü il tarixli 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin inzibati binasının xidməti otağında, müdafiəçi X4 iştirakı ilə X5 üzərində şəxsi axtarış aparılmış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan "Tramadol 100" ampulası aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd "DVD" diskə köçürülməklə cinayət İşinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "714" saylı aptekə baxış keçirilmiş, baxış zamanı həmin aptekdən 9 ədəd Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan "Tramadol 100" ampulaları aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd "DVD" diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin inzibati binasının xidməti otağında, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd "DVD" diska köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli diske baxış keçirilməsi haqqında protokoldan görünür ki, X10 müdafiəçisi X11, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 İştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə RPŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs X13 heç bir etirazı olmadığını bildirdi. Bundan sonra X10 təklif olundu ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman X5 masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində tramadol 100 sözləri yazılmış ampulanı qoyaraq Bərdə şəhəri Ü. Hacıbəyov küçəsində olan Yuriy adlı şəxsdən 13 manat qarşılığında aldığını bildirdi. Bir ədəd üzərində tramadol 100 sözləri yazılmış ampula prosses iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdıraraq DİN-nin 94 saylı möhürü ilə möhürləndi, ekspertizaya təqdim edilməsi üçün üzərinə imza etdilər. X5 üzərinə polis baş leytenantı Şahid3 baxış keçirildi lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Ü.Hacıbəyov küçəsində üzərində "714" sözləri yazılmış aptek kimi fəaliyyət göstərilən obyektdir. Aptekin giriş qapısı şüşə və metal çərçivədən ibarətdir. Aptekə daxil olduqdan sonra vǝt. Təqsirləndirilən şəxs X1 onun üzərindən bir ədəd "tramadol 100" ampulası aşkar olunması bildirildi, bu səbəbdən onun aptekinə baxış keçirilməsi zərurəti yarandığı izah olundu. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bir nəfər şəxsə 6 manata "tramadol 100" satdığını etiraf etdi. Aptekine baxış keçiriləsinə heç bir etirazı olmamasını bildirdi. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X8 iştirakları ilə Bərdə rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən "714" saylı sözlə yazılmış apteka videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirdi. Bu zaman ona məxsus aptekin arxa yəni yaşayış yeri kimi istifadə etdiyi otağa daxil olaraq otağın giriş qapsından sağ tərəfdə olan divanın baş hissesində yerdə olan iki ədəd listin içərisində olan 5 və 4 saylarda olan ümumilikdə 9 ədəd üzərində "tramadol 100" sözləri yazılan anpulaları könüllü olaraq taqdim etdi.həmin qeyd olunan anpulalar polis əkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılıb 94 saylı möhürlə möhürlənərək zərfin üzəri iştirakçıları imza etdilər. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon icra başçısının Bərdə şəhər ƏD üzrə nümayəndəliyindən daxil olmuş 28 aprel 2023-cü il tarixli 2020 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının DİN BƏSİİ-nin 18 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir və onun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə 18 mart 2016-cı il tarixli "Güclü təsir edən maddələrin və onların külli miqdarının" Azərbaycan Respublikası Qanunu siyahısının 79-cu bəndinə əsasən, ümumi təmiz çəkisi 1 (bir) qram olan zavod üsulu ilə hazırlanmış üzərində “tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 10 (on) ədəd 2 ml-lik ampulalarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol hidroxlorid dərman preparatını işlədiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən "714" saylı aptekdə qanunsuz əldə edərək saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 13 radələrində həmin aptekdə 1 (bir) ədəd üzərində “tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 2 ml-lik ampulada 0,1 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol hidroxlorid dərman preparatını X10 13 (on üç) manata satmış, həmin tarixdə saat 18 radələrində X22 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində "tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 2 ml-lik ampulada 0,1 qram zavod üsulu ilə hazırlanmış narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol hidroxlorid dərman preparatı aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı zamanı 20 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus "714" saylı aptekə baxış və götürülmə keçirilmiş, baxış zamanı həmin aptekdən 9 (doqquz) ədəd üzərində "tramadol 100 mq/ 2 ml..10.20.26" göstəriciləri olan 2 ml-lik ampulalarda zavod üsulu ilə hazırlanmış narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol dərman preparatları aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, yaşlı və xəstə olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, ahıl yaşlı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində aptekdən aşkar edilmiş 9 ədəd 2 milliqramlıq ampulalarda "Tramadol 100" dərman preparatı, həmçinin X5 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd 2 milliqramlıq ampulada “Tramadol 100" dərman preparatı olan 1 ədəd möhürlənmiş zərf və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə mаddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs icarə əsasında İşlətdiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində aptekdən aşkar edilmiş 9 ədəd 2 milliqramlıq ampulalarda "Tramadol 100" dərman preparatı, həmçinin X5 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd 2 milliqramlıq ampulada “Tramadol 100" dərman preparatı olan 1 ədəd möhürlənmiş zərf hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs icarə əsasında İşlətdiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində aptekdən aşkar edilmiş 9 ədəd 2 milliqramlıq ampulalarda "Tramadol 100" dərman preparatı, həmçinin X5 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd 2 milliqramlıq ampulada “Tramadol 100" dərman preparatı olan 1 ədəd möhürlənmiş zərf hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar