Məhkəmə qərarları › İş №1(021)-150/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-150/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-150/2025 16.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X23 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, xüsusi ittihamçı X6 nümayəndəsi (vəkili) Nümayəndə, təqsirləndirilən şəxs X10 iştirakları ilə, 16 may 1962-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mollalı kəndində qeydiyyatda olan və yaşayan X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X14 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 1962-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X10 onun barəsində təşəkkül tapmış etik davranış qaydalarına zidd olaraq ədəbsiz, onun şəxsiyyətini alçaldan və nalayiq ifadələr yaydığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, eyni zamanda onu polis orqanlarına şikayət edərək əsassız olaraq onu ağır cinayətin törədilməsində ittiham edərək böhtan xarakterli məlumatları kütləvi şəkildə yaydığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X14 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən mayor rütbəsində olan zabitdir. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X18 onun həmkəndlisidir. Artıq uzun müddətdir ki, X10 əsassız, qərəzli və mənəvi işgəncə xarakterli hərəkətlərinə məruz qalır. Həmin şəxs dəfələrlə - xüsusilə 20 iyul 2024-cü il tarixdə və 07 avqust 2024-cü il tarixdə polis orqanlarına müraciət etmiş, guya onu “hədələmişdir, söymüşdür, təhqir etmişdir” deyə barəsində şikayət etmişdir. Hətta yeni olaraq da əsassız müraciətlər etmişdir. Onun silah oğurladığını, Ermənistanla iş birliyində olduğunu əsassız olaraq hər bir orqana yazmışdır. Lakin hər dəfə aidiyyəti orqanlar bu müraciətləri araşdıraraq cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Bu fakt bir daha sübut edir ki, İsa Məmmədovun şikayətləri tamamilə əsassız və böhtan xarakterlidir. Bununla belə, İsa Məmmədov dayanmır, onu davamlı olaraq izləyir, əsassız müraciətlər etməklə həm özünə, həm də ailəsinə psixoloji təzyiq göstərir. İşinə gedəndə də, ailəsinin yanında olanda da, daim narahat olur ki, bu şəxs yenidən onun haqqında şikayət edəcək, adını batıracaq. Bu, artıq onun həyatında dözülməz hala çevrilmişdir. Həmin şəxs onun şərəf və ləyaqətini alçaldan, qeyri-etik, nalayiq və təhqiramiz ifadələr işlədərək onu mənəvi baxımdan nüfuzdan salmağa yönəlmiş ifadələrlə hədəfə almışdır. Yuxarıda qeyd edilən işin hallarından müəyyən edilir ki, barəsində şikayət verilən şəxs onun şərəfini, ləyaqətini, insan kimi nüfuzunu alçaltmışdır. İsa Məmmədovun təkrar-təkrar böhtan xarakterli şikayətləri ucbatından cəmiyyətdə, işdə və ailə içində başıaşağı vəziyyətə düşmüşdür. Onun ailəsi bu əsassız ittihamlar səbəbindən narahat olur, ailəsində sülh və sakitlik pozulur. Onun iş mühitində də nüfuzuna zərbə vurulur. Onun səbri artıq tükənmişdir. Bu cür ifadələr onun şəxsi və ictimai nüfuzuna xələl gətirməklə yanaşı, həm də ictimai qaydalar və etik normalarla ciddi ziddiyyət təşkil edir. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X18 onun barəsində nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini, nüfuzunu ləkələdiyindən və onu təhqir etdiyindən, Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Barəsində şikayət verilmiş şəxs İsa Məmmədovun onun haqqında etdiyi şikayətləri kütləvi nümayiş etdirilmiş yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və onun barəsində ittiham xarakterli çıxış onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. İsa Məmmədov barəsində yalan, həqiqətə uyğun olmayan, nüfuzunu ləkələyən məlumatları yaymış və beləliklə də barəsində böhtan xarakterli məlumatları qərəzli şəkildə yaymaqla Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələrinin dispozisiyasında ehtiva olunan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X6 nümayəndəsi (vəkili) Nümayəndə şikayətdə göstərdiklərinə uyğun ifadə verərək şikayətinin təmin edilməsini və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X18 ona qarşı verilmiş ittihamı qəbul etməyərək göstərdi ki, Rəşad Məmmədovun ata evi onun qonşuluğundadır. Rəşad Məmmədov məzuniyyətdə olduğu vaxt, atası, anası və özü ona hücum etmişlər. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və həmin məlumat əsasında araşdırma aparılmışdır. O, şikayətlərində heç vaxt deməmişdir ki, Rəşad Məmmədov ermənilərə işləyir. Rəşad Məmmədov beş dəfə onun barəsində şikayətlər etmiş, barəsində araşdırmalar aparılmışdır. Rəşad Məmmədov ona deyir ki, “mən hərbiçiyəm, mənim arxam var, heç kim mənə heç nə edə bilməz. Sən Laçınlısan, torpaqdan çıx”. Həmin həyət əslində ona deyil, anasına məxsusdur, o, vərəsədir. Rəşad Məmmədovun hərəkətləti barədə Prezident aparatına, Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa yazmışdır. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng edəndə X19 Muxtar Respublikasında işləmişdir. Rəşad Məmmədov onun barəsində Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Ekologiya Nazirliyinə şikayətlər etmişdir. Sonuncunun yazdıqları böhtandır. O, özünü müdafiə etmək, eyni zamanda hüquqlarının qorunmsı üçün şikayət etmişdir. Rəşad Məmmədov hər dəfə onu hədələyir. Polis şöbəsinə şikayət etməmiş, Rəşad Məmmədov da onun barəsində şikayətlər etmişdir. Sonuncu onun üstünə hücum edəndə bir dəfə DİNnin 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. O, Rəşad Məmmədovun barəsində etdiyi şikayətlərində heç vaxt deməmişdir və yazmamışdır ki, Rəşad Məmmədov ermənilərə işləyir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X14 xx.xx.1991ci ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuşdur, Naxçıvan şəhərində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X18 xx.xx.1962ci ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuşdur, Bərdə rayonu Mollalı kəndində qeydiyyatdadır. “Yaşayış yeri və qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X14 12 dekabr 2016-cı ildən Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri hərbi şəhərcik-1, ev Z.Y 1, mənzil 113-də qeydiyyatdadır. Bərdə Rayon Polis X4 təhqiqatçısı X7 “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 17 avqust 2024-cü il tarixli qərarından görünür ki, X15 və X14 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Bərdə rayonu Mollalı kəndində yaşayan X18, X15 və onların digər ailə üzvləri arasında gələcəkdə hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə proflaktiki söhbətlər aparılması üçün qərarın surətinin Bərdə Rayon Polis X1 Bölməsinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, Bərdə rayonu Mollalı kəndində yaşayan X18 07 avqust 2024-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi X15 və X6 onu söyüb təhqir etməsi və sözlə hədə-qorxu gəlməsini bildirmişdir. Müdafiə Nazirliyi 1-ci Təhqiqat Bölməsinin təhqiqatçısı X8 “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan X6 xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində vətəndaş X12 qarşı nalayiq ifadələr işlədərək hədə-qorxu gəlməsi faktı öz təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əssən cinayət işinin başlanmasının rədd ediməsi qərara alınmışdır. Ağdam Hərbi Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Müdafiə Nazirlininin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor X6 vətəndaş X13 və ailə üzvlərini silah tətbiq edərək öldürməklə hədələməsi və onları təhqir etməsi öz təsdiqini tapmadığından, yəni cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanmasının Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli əlillik haqqında arayışdan görünür ki, X18 “Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14), Diabetik nefropatiya, böyrəklərin funksiyasının pozulması ilə. Diabetik agiopatiya, hər iki aşağı ətrafın xroniki işemiyası. Arterial çatmamazlıq İİ-İİİ dərəcə. Stenokardiyanın digər formaları, ÜİX. Stabil stenokardiya. LVEF-50%. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Hipertoniya, İİ st, “B” faza.” Diaqnozu ilə xəstədir və ümumi xəstəlikdən İİ qrup əlildir. Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxs X10 əməlində Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsi olmadığından CM-nin 147.2 və 148-ci maddələri ilə verilən ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, xüsusi ittihamçı Rəşad Məmmədov şikayətində İsa Məmmədovun ağır cinayətdə ittiham etməklə ona böhtan atdığını qeyd etsə də, bu barədə şikayətinə mötəbər sübutlar əlavə etməmiş, məhkəməyədə belə sübutlar təqdim edə bilməmişdir. İşin hallarından da görünür ki, İsa Məmmədov öz hüquqlarının müdafiəsi üçün Bərdə Rayon Polis Şöbəsinə və Müdafiə Nazirliyinin qaynar xəttinə zəng edərək, Rəşad Məmmədovun onu söyüb təhqir etməsi, hədə-qorxu gəlməsi barədə şikayətlər etmişdir. İsa Məmmədovun öz şikayətlərində Rəşad Məmmədovu ağır cinayətdə ittiham etməklə onlara böhtan atması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Göründüyü kimi, CM-nin 147.2-ci maddəsinin dispozisiyasına görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma, CM-nin 148-ci maddəsinin dispozisiyasına görə isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyətini yaradır. Məhkəmə istintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan hər hansı birinin olması öz təsdiqini tapmamışdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxs İsa Məmmədovun əməlində CMnin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olması məhkəmə istintaqında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. O cümlədən, xüsusi ittihamçı qeyd edilən halları sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 72-ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnsan Hüquqlarının və X9 X2 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X16rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X11rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002- İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının CPM-nin: 1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. 12.1-ci maddəsində göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 124.2-ci maddəsinə görə, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnsan Hüquqlarının və X9 X3 6-cı maddəsinin ikinci hissəsinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) göstərmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Taxqet Belçikaya qarşı” iş üzrə 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 58-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.2-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “əməldə cinayət tərkibinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir əməldə cinayət tərkibinin mövcud olmamasını ehtiva edir.” Məhkəmə yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının, beynəlxalq aktların məzmununa əsasən, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsa Məmmədovun əməlində Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından onun barəsində həmin maddələr ilə bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin: 41.5-ci maddəsinə əsasən, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. 42.1 və 42.1.2-ci maddələrinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2 və 42.2.2-ci maddələrinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 55.2-ci maddəsinə görə, haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. 55.3-cü maddəsinə görə, haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. 350.1-ci maddəsinə görə, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.3-cü maddəsinə görə, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, İsa Məmmədovun xüsusi ittihamçı Rəşad Məmmədova ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması öz təsdiqini tapmadığından həmin epizodlar üzrə onun barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X10 əməlində cinayət tərkibi olmadığına görə ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X12 izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar