Məhkəmə qərarları › İş №1(021)-151/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-151/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-151/2021 13.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ruslan oğlunun, Müdafiəçi Mürşid oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bərdə rayon Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1985-ci il tarixdə Bərdə rayon, Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs adam oğurluğu məqsədi olmadan qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 04.06.2021-ci il tarixdə, saat 17:30-da Bərdə rayonu, Hüseynalılar kəndi ərazisində yerləşən babası Şahid3 məxsus fərdi yaşayış evinə gələn atası Zərərçəkmiş şəxs ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək sözlə mübahisə yaratdığı üçün həmin evdə yaşayan dayısı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək atası Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək qərarına gəlmiş, bu niyyətlərini reallaşdırmaqdan ötrü sonuncunu evin həyətində döyərək ona “sağ dirsək oynağı, sağ said, sol dirsək oynağı, alın, sol baldır nahiyyələrinin sıyrıqları, sağ dirsək oynağı, sağ bazu, sağ gözyuvasıüstü, sol gözyuvasıaltı, sol bazu nahiyyələrinin qançırları, sol gözün ağlı qişasına-bayır bucağına qansızma, alt dodaq nahiyyəsinin selikli qişasının qansızmaları” dan ibarət olan dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra onu yerə yıxıb dizini kürək nahiyyəsinə qoymaqla müqavimətini təmamilə qırdıqdan sonra Təqsirləndirilən şəxs1lə birlikdə kəndirlə sonuncunun əllərini və qollarını həyətdə olan ağaca bağlamış və nəticədə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulan azadlıq hüququndan təxminən 40 dəqiqədən artıq müddətdə məhrum etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs adam oğurluğu məqsədi olmadan qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 04.06.2021-ci il tarixdə, saat 17:30-da Bərdə rayonu, Hüseynalılar kəndi ərazisində yerləşən atası Şahid3 məxsus fərdi yaşayış evinə gələn keçmiş yeznəsi Zərərçəkmiş şəxs ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək sözlə mübahisə yaratdığı üçün bacısı oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək qərarına gəlmiş, bu niyyətlərini reallaşdırmaqdan ötrü sonuncunu evin həyətində döyərək ona “sağ dirsək oynağı, sağ said, sol dirsək oynağı, alın, sol baldır nahiyyələrinin sıyrıqları, sağ dirsək oynağı, sağ bazu, sağ gözyuvasıüstü, sol gözyuvasıaltı, sol bazu nahiyyələrinin qançırları, sol gözün ağlı qişasına-bayır bucağına qansızma, alt dodaq nahiyyəsinin selikli qişasının qansızmaları” dan ibarət olan dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yerə yıxıb dizini kürək nahiyyəsinə qoymaqla sonuncunun müqavimətini təmamilə qırdıqdan sonra o evdən kəndir gətirib sonuncunun əllərini və qollarını həyətdə olan ağaca bağlamış və nəticədə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulan azadlıq hüququndan təxminən 40 dəqiqədən artıq müddətdə məhrum etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. X2 ilə 2019-cu il tarixdə boşanmışlar. 04.06.2021-ci il tarixdə, saat 17 radələrində örüş sahəsindən iri buynuzlu heyvanları gətirən zaman kənd ərazisində körpünün yanında Maisin Nicatı döydüyünü görmüş, dayısına kömək etmək üçün atası Maisi kənara itələyib onun qarın boşluğundan yumruqla vurmuş, Mais oradan uzaqlaşıb getmişdir. Daha sonra qabaqda o, arxada isə dayısı Nicat evə doğru getmişlər. Həyətə daxil olduqda Mais qollarını göstərərək “sizin hər ikinizin bu qolları yıxmağa gücünüz çatmaz” demişdir. O atasına yaxınlaşıb çıxıb getməyini demişdir. Həmin vaxt o söyüşlər söydüyü üçün diz nahiyyəsi ilə onun qarın nahiyəsinə vurmuşdur. Daha sonra Mais onu yerə yıxıb qabırğa nahiyyəsindən yumruqla vurmuşdur. Elə bu zaman dayısı Nicat Maisi üstündən kənara itələyib yerə yıxmış və onu vurmağa başlamışdır. O, yerə yıxılmış atasının kürək nahiyyəsinə dizini qoyub onun müqavimətini qırmış, daha sonra atasının əllərini bağlaması üçün Nicata kəndir gətirməyini demişdir. Dayısı Nicatla birlikdə atasının əllərini və qollarını ağaca bağladıqdan sonra sonuncu bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 30-40 dəqiqə sonra babası Abbas həyətə daxil olmuş, Maisin əllərinin və qollarının bağlı olduğunu görmüşdür. O nə üçün belə etdiklərini soruşduqda atası Maisin evə basqın etdiyi üçün əllərini və qollarını bağladığını demişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları həyətə daxil olmuş, Maisin həyətdə olan ağaca kəndirlə bağlandığını görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 bildirmdi ki, Təqsirləndirilən şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək Maisin əlində olan ağacla evlərinə hücum etdiyini demiş, sonuncu evə basqın edən zaman sərxoş olmamış, əlində bıçaq olmamış, həmçinin baş verən hadisə zamanı babası Abbas orada iştirak etməmişdir. Nicatla birlikdə Maisi bağlamaqda niyyətləri ondan canlarını qurtarmaq olmuşdur. Maisin boğazına spirt tökməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ona yetirdiyi xəsarət üzrə şikayət və tələbi olmamışdır. Hazırda əməlindən peşman olduğunu, zərərin bir qiminin ödənilməsini, məhkumluğunun olmamasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 04.06.2021-ci il tarixdə, saat 17:50 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Azərbycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərək Zərərçəkmiş şəxs sərxoş halda evinə basqın etməsi barədə məlumat versə də, sonuncunun əlində bıçaq olması barədə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs bacısı Ceyran Əliyevanın keçmiş əridir. Sonuncu Maislə 2019-cu ildə boşandıqdan sonra aralarında mülki qaydada mübahisə olmuşdur. 04.06.2021-ci il tarixdə, saat 17 radələrində o kənd ərazisində körpünün kənarında oturan zaman Mais ona yaxınlaşıb təpiklə qabırğa nahiyyəsindən vurmuş, daha sonra onu yerə yıxıb boğmaq istəyən zaman həmin vaxt ərazidən keçən bacısı oğlu Ruslan (Maisin oğlu) ona köməkyə gəlmiş, Maisi üzərindən kənara itələmişdir. Mais həmin vaxt oradan uzaqlaşmışdır. Daha sonra qabaqda Ruslan arxasıyla o evə getmişdir. O, həyətə daxil olduqda Maisin Ruslanı yerə yıxıb döydüyünü görmüşdür. Həmin vaxt evdə olan anası Səhiyyə, bacısı Mehparə olmuşdur. O, Ruslana kömək etmək üçün Maisin boynundan tutub onu kənara çəkmiş, sonuncu daha sonra yumruqla onun qarın nahiyyəsinə vurmuşdur. Mais onun üzərin yaba atmış, yaba ona dəyməmiş ağaca batmışdır. Aralarında olan mübahisə zamanı o sahə müvəkkili polis əməkdaşı Ceyhuna zəng edərək məlumat verdikdə sonuncu ona Bakı şəhərində olduğundan DİN-nin 102 xidmətinə zəng etməyini demişdir. Daha sonra Maisi sakitləşdirmək üçün Ruslanla birlikdə onu döymüş, daha sonra Ruslan Maisi yerə yıxıb dizini onun kürək nahiyəsinə qoymuş, o isə həyyətdəki yellənçək kimi istifadə olunan kəndir gətirib Maisin əl-qolunu bağlamışdır. Daha sonra əlləri bağlı vəziyyətdə Maisi ağaca doğru aparıb qollarını ağaca bağlamışlar. O, saat 17:50-də Maisin onların evinə basqın etməyi barədə DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 40-45 dəqiqə sonra polis əməkdaşları onların yaşadıqları evə gəlmişdir. Polis əməkdaşları gəlməmişdən bir neçə dəqiqə öncə atası Abbas həyətə daxil olmuşdur. Polis əməkdaşları həyətə daxil olduqda Maisin əllərinin bağlı vəziyyətdə ağaca kəndirlə bağlandığını görmüşlər. Polis əməkdaşları ondan nə üçün Maisin əl-qolunu bağladıqlarını soruşduqlarında Maisin yaşadığı həyətə basqın etdiyi üçün əl-qolunu bağladıqlarını demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bildirdi ki, o DİN-nin 102 xidmətinə zəng edərək Maisin əlində olan ağacla evlərinə hücum etdiyini demiş, sonuncu evə basqın edən zaman əlində bıçaq olmamış, həmçinin baş verən hadisə zamanı babası Abbas orada iştirak etməmişdir. Ruslanla birlikdə Maisi bağlamaqda niyyətləri ondan canlarını qurtarmaq olmuşdur. Maisin boğazına spirt tökməmiş, onun əlindən telefonunu almamışdır. Bundan başqa Zərərçəkmiş şəxs ona yetirdiyi xəsarət üzrə şikayət və tələbi olmamışdır. Hazırda əməlindən peşman olduğunu, zərərin bir qiminin ödənilməsini, məhkumluğunun olmamasını, nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun təqsirli olmaları özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o arvadı Ceyran Əliyeva ilə 2019-cu il tarixdə boşanmış, aralarında nikah dövründə alınan iri buynuzlu heyvanların bölünməsi ilə bağlı mülki qaydada mübahisə olmuşdur. Qeyd olunan iribuynuzlu heyvanlar hazırda arvadı və onun qardaşının həyətindədir. 04.06.2021-ci il tarixdə, saat 17:00 radələrində ona məxsus iribuynuzlu heyvanları telefonla videoya çəkərək məhkəmə prosesində sübut kimi təqdim etmək üçün örüş sahəsinə getmişdir. Örüş sahəsində olan iribuynuzlu heyvanları telefonla videoaya çəkib evinə qayıdan zaman körpünün yanında oğlu Ruslan arxadan əlləri ilə boğazından tutaraq onu boğmuş, keçmiş qaynı Nicat isə əlindən telefonunu alıb qarşısına keçmiş, yumruqla sağ və sol göz nahiyyəsindən vuraraq onu yerə uzatmışdır. Daha sonra Abbas həmin yerə gəlmiş və yerdə ola-ola qarın nahiyyəsindən təpiklə vurmuşdur. O, yumruq və təpiklərin ağrısından arabir huşunu itirmiş, huşu özünə gəldikdə qollarının kəndirlə arxadan bağlandığını və Nicatın kəndiri əlində bərk-bərk tutduğunu görmüşdür. Daha sonra Abbas qarşıda, Ruslan isə onun boğazından əlləri ilə tutmuş vəziyyətdə, Nicat isə əllərində kəndirlə onu evlərinə aparmışdır. Hadisə baş verən yer yəni kənd ərazisindən keçən kanalın üzərindən keçən körpü ilə onların evləri arasında təxminən 100 metr məsafə olmuşdur. Həyətə daxil olduqda hər üç şəxs birlikdə onun əllərini ağaca bağlamış, Ruslan əli ilə onun boğazından tutaraq digər əlində olan çəngəllə ağzını açmaq üçün boğazına salmış, Nicat isə 90% olan etil spirtini ağzına tökmək istəmişdir. O, başını o tərəf bu tərəfə çevirib spirtin boğazına getməyinə imkan verməmişdir. Oğlu və Nicatın ağzına spirt tökməkdə məqsədi guya spirtli içki qəbul edib sərxoş vəziyyətdə onların evlərinə hücum etməyi barədə yalan məlumat vermək olmuşdur. Onun əlləri bağlı vəziyyətdə olduqdan sonra Nicat mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək onun sərxoş vəziyyətdə, əlində olan olan bıçaqla evlərinə hücum etdiyini, bu səbəbdən əllərini bağladıqları barədə məlumat vermişdir. O spirtli içki içməmiş və əlində bıçaq olmamışdır. Onların polis əməkdaşlarına məlumat verməkdə məqsədi onun yalandan şərləyərək tutdurmaq olmuşdur. Çünki Ruslan və Nicat aralarında “gəl polisə məlumat verək ki, guya Mais onların həyətlərinə basqın edib, sərxoş olub, əlində ağac olub, özlərini qorumaq üçün onu ağaca bağladıq söhbət etmişlər. Təxminən 40 dəqiqədən sonra həyətə polis əməkdaşları gəlmiş və əllərini ağaca bağlı vəziyyətdə olduğunu görüb hadisə yerində olan şəklini çəkib əllərini açmışlar. O, Ruslan, Nicat və Abbasa hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs1 onun əlindən mobil telefonunu alsa da, hələ də qaytarmamışdır. Həmçinin o istintaqda və məhkəmədə notarial qaydada barışıq ərizəsi təqdim etsə də bildirdi ki, məhkəmə istintaqı gedən müddətdə ona 6 ədəd inək və 1600 manat pulu qaynatası Abbas vermişdir ki, o barışıq versin ki, oğlu və nəvəsinə cəza verilməsin. Həmin ərizələri mülki iddiası olduğundan vermişdir. Hazırkı cinayət işinə həmin ərizələrin aidiyyəti yoxdur, onları bağışlamır, onlara ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində iştirak etmiş Şahid6 ifadəsində göstərdi ki, 04.06.2021-ci il tarixdə saat 17:50 radələrində Növbətçi Hissənin məsul növbətçisi Şahid4 Bərdə rayonu, Hüseynalılar kənd sakini Təqsirləndirilən şəxs1 mobil telelfonla zəng edərək qohumu olan Zərərçəkmiş şəxs sərxoş halda əllərində olan bıçaqla onlara xəsarət yetirmək üçün evlərinə gəldiyini, bu səbəbdən onun əl-qolunu bağladığını, əraziyə gedərək hadisəyə müdaxilə etmələrini demişdir. Həmin gün Şahid5 və Şahid7la birlikdə Bərdə rayonu, Hüseynalılar kəndinə getmiş, kənd sakinlərindən Şahid3 evinin ünvanını soruşaraq evə gəlmişlər. Sonuncunun həyətinə daxil olduqda onun özü, oğlu Təqsirləndirilən şəxs1 və nəvəsi Təqsirləndirilən şəxs2 olmuşdur. Həyətə daxil olduqda Zərərçəkmiş şəxs əllərinin arxadan bağlı vəziyyətdə ağaca bağlandığını, üst başının palçıq olduğunu, bədəninin gözlə görünən müxtəlif nahiyyələrində qansızma və qançırlar olduğunu, kəndirin əlllərini və qollarını kəsdiyini, gözünün qızardığını, döyülməkdən nəfəs ala bilmədiyini, sonuncunun qanunzsuz azadlıqdan məhrum edildiyini görmüşlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onların evlərinə sərxoş vəziyyətdə basqın etdiyini bu səbəbdən Təqsirləndirilən şəxs2la birlikdə onu həyətdə olan ağaca bağladıqlarını demişdir. O Nicat və Ruslandan bıçağın harada olduğunu soruşduqda hər iki şəxs heç bir cavab verə bilməmişdir. Daha sonra həyətə baxış zamanı da iş üzrə əhəmiyyət kəsb edən, DİN-nin 102 xidmətinə verdikləri məlumatda qeyd edilən bıçaq aşkar edilməmişdir. Onlar Zərərçəkmiş şəxs əllərini açaraq onu sərbəst buraxmışlar. Daha sonra Nicat və Ruslan öz səhvlərini düzəldərək Maisin guya əlində olan ağac parçası ilə hücum etdiyini desələr də, həmin ağac parçasını da araşdırmaya təqdim edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Şahid3, Təqsirləndirilən şəxs2 tanıyır, onlar münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Onların aralarında bir neçə dəfə mübahisə olmuşdur. Hətta Zərərçəkmiş şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. 04.06.2021-ci il tarixdə, axşam saat təxminən 16-17 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxsla aralarında sözlə mübahisə yarandığını, bu səbəbdən onu gəlib aparmağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 04.06.2021-ci il tarixdə Alpoud kəndi ərazisində özünə məxsus pay torpağına getmiş, həmin gün axşam saat təxminən 18:30 radələrində evinə qayıdan zaman həyətdə kürəkəni Maisin ağaca bağlandığını görmüşdür. Həmin vaxt həyətdə nəvəsi Ruslan olmuşdur. Sonuncudan nə baş verdiyini soruşduqda atası Maisin həyətə gələrək söyüşlər söyüdyünü, ona və dayısı Nicata yumruq atdığını, bu səbəbdən əlini və qolunu bağlayaraq polisə məlumat verdiyini demişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları həyətə daxil olmuşdur. O həmçinin bildirdi ki, oğlu və nəvəsini bağışlaması üçün Maisə 6 inək və 1600 manat pul vermiş, lakin Mais məhkəməyə barışıq ərizəsi təqdim etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadələr verərək 04.06.2021-ci il tarixdə axşam saat təxminən 17:30 radələrində Zərərçəkmiş şəxs onların yaşadığı evin həyətinə gələrək nalayiq söyüşlər söydüyünü, mal otarmaqda olan Ruslan və Nicatın həyətə daxil olaraq Maislə aralarında sözlə mübahisə yarandığını, daha sonra qarşılıqlı olaraq bir-birilərini döydüklərini, Ruslanın Maisi yerə yıxıb dizini kürəyinə qoyduğunu, daha sonra Nicatla birlikdə kəndirlə onun əl-qolunu ağaca bağladıqlarını, həmin hadisə zamanı Abbas Əliyevin orada olmadığını, 40-45 dəqiqə sonra polis əməkdaşlarının həyətə gələrək Maisin qollarını açdığını bildirdilər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 04.06.2021-ci il tarixdə Bərdə RPŞ-də əməliyyat qrupunda xidmət edən zaman saat 17:50 radələrində Növbətçi Hissənin məsul növbətçisi Şahid4 Bərdə rayonu, Hüseynalılar kənd sakini Təqsirləndirilən şəxs1 mobil telelfonla zəng edərək qohumu olan Zərərçəkmiş şəxs sərxoş halda əllərində olan bıçaqla onlara xəsarət yetirmək üçün evlərinə gəldiyini, bu səbəbdən onun əl-qolunu bağladığını, əraziyə gedərək hadisəyə müdaxilə etməyimizi demişdir. Həmin gün əməliyyat qrupunda olan əməliyyat müvəkkili Şahid6 və sahə rəisi Şahid7la birlikdə Bərdə rayonu, Hüseynalılar kəndinə getmiş, kənd sakinlərindən Şahid3 evinin ünvanını soruşaraq evə gəlmişlər. Sonuncunun həyətinə daxil olduqda onun özü, oğlu Təqsirləndirilən şəxs1 və nəvəsi Təqsirləndirilən şəxs2 olmuşdur. Həyətə daxil olduqda Zərərçəkmiş şəxs əllərinin arxadan bağlı vəziyyətdə ağaca bağlandığını, üst başının palçıq olduğunu, bədəninin gözlə görünən müxtəlif nahiyyələrində qansızma və qançırlar olduğunu, kəndirin əlllərini və qollarını kəsdiyini, gözünün qızardığını, döyülməkdən nəfəs ala bilmədiyini, sonuncunun qanunzsuz azadlıqdan məhrum edildiyini görmüşlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onların evlərinə sərxoş vəziyyətdə basqın etdiyini, əlində bıçaq olduğunu, bu səbəbdən Təqsirləndirilən şəxs2la birlikdə onu həyətdə olan ağaca bağladıqlarını demişdir. O Nicat və Ruslandan bıçağın harada olduğunu soruşduqda hər iki şəxs heç bir cavab verə bilməmişdir. Daha sonra həyətə baxış zamanı da iş üzrə əhəmiyyət kəsb edən, DİN-nin 102 xidmətinə verdikləri məlumatda qeyd edilən bıçaq aşkar edilməmişdir. Onlar Zərərçəkmiş şəxs əllərini açaraq onu sərbəst buraxmışlar. Daha sonra Nicat və Ruslan öz səhvlərini düzəldərək Maisin guya əlində olan ağac parçası ilə hücum etdiyini desələr də, həmin ağac parçasını da araşdırmaya təqdim edə bilməmişlər. Həmin vaxt onların Maisi şərləyərək tutdurmaq istədikləri məlum olmuş, sonuncunun əllərini açdıqdan sonra onu xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şahid Bərdə RPŞ-nin sahə rəisi Şahid7 və NH-nin məsul növbətçisi vəzifəsində işləyən Şahid4 Şahid5la eyni məzmunlu ifadəni vermişlər. Cinayət işinin 79-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 121-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 145.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 147-148-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)59/2021 saylı 19 iyun 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 145.2.4cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 200-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 216-cı vərəqəsində olan Bərdə rayon İHB-nın Hüseynalılar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 60-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 145.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 144-145-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)60/2021 saylı 19 iyun 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 145.2.4cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 244-245-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 145.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 198-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 214-cü vərəqəsində olan Bərdə rayon İHB-nın Hüseynalılar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 220-ci vərəqəsində olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onlara qarşı cinayət işinə və digər istintaq tədbirlərinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 04.06.2021-ci il tarixli 474 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağı, sağ said, sol dirsək oynağı, alın, sol baldır nahiyyələrinin sıyrıqları, sağ dirsək oynağı, sağ bazu, sağ gözyuvasıüstü, sol gözyuvasıaltı, sol bazu nahiyyələrinin qançırları, sol gözün ağlı qişasına-bayır bucağına qansızma, alt dodaq nahiyyəsinin selikli qişasının qansızmalarıdan ibarət olan dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər olmuşdur. Cinayət işinin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 04.06.2021-ci il tarixli 470 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müainəsi zamanı aşkar olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmur və müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 04.06.2021-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinəsi zamanı aşkar olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmur və müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın az bir qismi ödənilmişdir, onlarla barışmaq üçün ona dəymiş ziyanın tam ödənilməsini tələb edir, şikayət ərizəsinə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsi yoxdur. Onların əməli bir qurup şəxs tərəfindən törədilən cinayətdir ki, o da ittihamda göstərilən maddənin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsinin dispozisiyasında yer alır. Buna görə də əməlin tövifinə zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, gənc olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayətin ailə üzvünə qarşı törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 iyun 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 145.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, gənc olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 iyun 2021-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 145.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut hesab edilən 01 ədəd kəndir sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 145.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 145.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab edilən 01 ədəd kəndir sahibinə qaytarılsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar