Məhkəmə qərarları › İş №1(021)-152/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-152/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-152/2022 20.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1989-cu il tarixdə Ağdam rayonu Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası 263.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla həbs edilənədək ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci və 204.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təqsirləndirilir оndаn ötrü ki, о, satış məqsədilə saxta pul əldə edərək satmış və təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 3 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgənin əmlakını ələ keçirmək məqsədilə Samux rayonu Qiyaslı kəndində yaşayan Zərərçəkmiş şəxs3 290 manat pul müqabilində aldığı 1 baş xırdabuynuzlu heyvan olan qoçun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 10 manat pul alaraq Zərərçəkmiş şəxs3 300 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Samux rayonu Qiyaslı kəndində yaşayan Zərərçəkmiş şəxs4 200 manat pul müqabilində aldığı 2 baş xırdabuynuzlu heyvan olan keçinin əvəzində aldatma yolu ilə sonuncuya satıb Zərərçəkmiş şəxs4 200 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs5 140 manat pul müqabilində aldığı 1 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 60 manat pul alaraq Zərərçəkmiş şəxs5 200 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 21 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 7 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə İmişli rayonu Qızılkənd kəndində yaşayan Zərərçəkmiş şəxs8 685 manat pul müqabilində aldığı 5 baş xırdabuynuzlu heyvan olan quzunun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 13 manat pul alaraq Zərərçəkmiş şəxs8 698 manat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, 21 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 3 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu Nərimankənd kəndində yaşayan Zərərçəkmiş şəxs9 230 manat pul müqabilində aldığı 2 baş xırdabuynuzlu heyvan olan quzunun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 70 manat pul alaraq Zərərçəkmiş şəxs9 300 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 23 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində Beyləqan rayonu İkinci Aşıqalı kəndi ərazisində yerləşən “Oskar” adlı yanacaqdoldurma məntəqəsində istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 1 ədəd D14065316 nömrəli 200 Azərbaycan manatı nominallı saxta pul əskinasını özgə əmlakını ələ keçirmək məqsədilə idarə etdiyi “VAZ-2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10 litr “Aİ-92” markalı benzin doldurmaq qarşılığında həmin yanacaqdoldurma məntəqəsində operator işləyən Beyləqan rayonu Sarısu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 satıb qalıq qismində 190 manat pul alaraq Zərərçəkmiş şəxs7 200 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 23 dekabr 2021-ci il tarixdə saat 05:00 radələrində Beyləqan rayonu Eyvazlılar kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 5 ədəd D14065316 nömrəli 200 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Ağcabədi rayonu Yeni Qaradolaq kəndində yaşayan X3 1090 manat pul müqabilində aldığı 8 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb Tuqay Səfərzadəyə 1000 manat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 24 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Yevlax rayonu Malbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs2 aldığı 7 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb Zərərçəkmiş şəxs2 1200 manat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 24 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Əyricə kəndində yaşayan Zərərçəkmiş şəxs1 оğlundаn aldığı 10 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb Zərərçəkmiş şəxs1 2700 mаnat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 178.2.2 və 204.1-ci maddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs оğlu ona Аzərbаycаn Rеspublikаsı CM-in 178.2.2 və 204.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir və adətən Bərdə, Göygöl, İmişli və Beyləqan rayonlarında təşkil olunan mal-qara bazarlarına gedib ucuz qiymətə aldığı xırdabuynuzlu heyvanları baha qiymətə satmaqla ailəsini dolandırır. 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı qəsəbə sakinlərinin birindən uşaqlıqdan “Çolpa” ləqəbi ilə tanıdığı Səbuhinin saxta pul satmasını eşitmişdir. Elə həmin gün Səbuhiyə mobil telefon vasitəsilə zəng edib saxta pulu olub-olmadığını soruşmuşdur. Səbuhi, əvvəlcə, heç bir saxta pulu olmadığını desə də, onun “Düzüb-qoşa bilərsən?” sualına müsbət cavab vermiş və özündə saxta pul olmasa da, düzüb-qoşacağını demişdir. Bir qədər sonra Səbuhi onunla əlaqə saxlayaraq 4000 manat saxta pul tapdığını bildirmiş və həmin pulu verməsi müqabilində ondan 200 manat pul istəmişdir. Bunun üçün yalnız 190 manat verə biləcəyini dedikdə, Səbuhi bununla razılaşmışdır. Bundan sonra Bərdə şəhərində yerləşən “Aran Market”in qarşısında Səbuhi ilə görüşüb 200 manat pul vermişdir. Səbuhi ona 10 manat pul qaytarıb “Hazır ol, mən deyən kimi gedib götürərsən” deyərək çıxıb getmişdir. Həmin gün axşamtərəfi Səbuhi zəng edib “Bərdə Market”in qarşısındakı dayanacağa getməsini, dayanacağın arxasında yerdə olan kağızı tapıb götürməsini demişdir. O, dərhal “VAZ- 2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin dayanacağa yollanaraq Səbuhinin dediyi yerdən qatlanmış kağız tapmış və kağızı götürüb cibinə qoyduqdan sonra “Təzə bazar” deyilən yerə getmişdir. Yolda kağızı açıb içərisində olan 4000 manat saxta pul əskinaslarını götürmüşdür. Axşam saatlarında yaşadığı qəsəbədə yaşayan Nicatla rastlaşmış və Nicata mal-qara bazarına gedəcəyini, köməyə ehtiyacı olduğu üçün birlikdə getməyi təklif etmişdir. Nicat getməyə razılaşdığı üçün 24 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Bərdə rayonunda təşkil olunan mal-qara bazarına yollanmışlar. Bazarda xırdabuynuzlu heyvanların satıldığı tərəfə gedərək Nicatla birgə orada heyvan satan şəxslərdən birinə yaxınlaşıb heyvanları neçəyə satdığını soruşmuş və almaq istədiyini bildirmişdir. 7 baş heyvanı 1200 manat pul qarşılığında almağa razılaşdığı üçün heyvan satan şəxsə 6 ədəd 200 manatlıq saxta pul əskinasları verib heyvanları götürməklə oradan uzaqlaşmışdır. Bundan sonra Nicatla birlikdə avtomobilinə əyləşərək heyvanları Bərdə şəhər stadionunun ərazisinə aparmışlar. Oraya çatıb Nicatın köməyi ilə heyvanları avtomobildən düşürdükdən sonra Nicata onları aparıb əmisi Sadiqin tövləsinə yığmasını və orada gözləməsini tapşırmışdır. Daha sonra tək şəkildə yenidən mal-qara bazarına qayıdaraq heyvan satan şəxslərdən birinə yaxınlaşıb heyvanları neçəyə satdığını soruşmuş və almaq istədiyini bildirmişdir. 10 baş heyvanı 2700 manat pul qarşılığında almağa razılaşdığı üçün heyvan satan şəxsə 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq saxta pul əskinasları vermişdir. Ardınca adını bilmədiyi qoşqulu “QAZ-31” markalı avtomobilin sürücüsünü 25 manat pul qarşılığında heyvanları daşımağa razı salmışdır. Heyvanları satan şəxsin köməyi ilə onları avtomobilin qoşqusuna yüklədikdən sonra sürücüyə Bərdə şəhərinə gedəcəklərini demişdir. Bərdə şəhəri 4 nömrəli tam orta məktəbin qarşısına çatanda sürücüdən avtomobili saxlamasını istəmiş və heyvanları qoşqudan düşürüb qabağına qatmaqla əmisi Sadiqin yaşadığı stadionun ərazisinə aparmışdır. Yolda olarkən cibində qalan 1 ədəd 100 manatlıq saxta pul əskinasını cırıb atmışdır. Sadiqin yaşadığı yerə çatdıqdan sonra heyvan aldığını, avtomobilinin xarab olduğunu, heyvanları sallaqxanaya aparıb satmaq üçün avtomobilini verməsini istəmişdir. Sadiqin “VAZ-21015” markalı avtomobilini təhvil alaraq heyvanların 7 başını Nicatla birlikdə sözgedən ət kəsimi məntəqəsinə aparmışdır. Nicat ondan nə üçün “VAZ-21015” markalı avtmobillə getdiklərini soruşduqda, o, öz avtomobilinin xarab olduğunu demiş və Nicata 25 manat pul verərək kömək etməsini, yenə də pul verəcəyini söyləmişdir. Ancaq Nicat istəmədiyini, ağrıdığını bildirməklə çıxıb getmişdir. Heyvanları satmaqla bağlı kəsim məntəqəsində işləyən Arzuman adlı şəxslə razılaşdıqdan sonra yenidən gedib heyvanların qalanını kəsim məntəqəsinə gətirmişdir. Elə bu vaxt Bərdə rayon Polis Şöbəsinin əməkdaşları oraya gəlib onu polis şöbəsinə dəvət etmişlər. Heç kimə saxta pul əskinaslarından istifadə etməsini deməmişdir. Bərdə rayonundan başqa Gəncə şəhəri, İmişli və Beyləqan rayonları ərazisində təşkil olunan mal-qara bazarlarında tanımadığı şəxslərə qarşı analoji əməllər törətmişdir. Tutulmazdan təxminən 10-15 gün əvvəl Bərdə şəhər stadionunun ərazisində yaşayan tanışı Vüsal ona Səbuhidə 600 manat saxta pul olduğunu, həmin pulu 60 manat qarşılığında sata biləcəyini söyləmiş, o, buna razılıq verdiyi üçün Vüsal həmin saxta pulları Səbuhidən alıb stadionun yaxınlığında yerləşən “Kral” restoranının qarşısında ona satmışdır. Ertəsi gün Bərdə rayonunda təşkil olunan mal-qara bazarından çıxarkən təsadüfən Səbuhi ilə rastlaşmış, Səbuhi ondan Vüsalı görüb-görmədiyini soruşanda o, Səbuhidən nə üçün Vüsalı axtarması ilə maraqlanmış, bu zaman Səbuhi mobil telefon vasitəsilə apardığı çəkilişi göstərib Vüsalın 60 manat pul verməli olduğunu və əgər Vüsalı görsə, borcunu qaytarmasını bildirməsini demişdir. Ardınca Səbuhi saxta nə vaxt pul lazım olarsa, zəng edə biləcəyini söyləmişdir. Saxta pul almaq məqsədilə Səbuhiyə zəng edən zaman Səbuhi 1000 manat saxta pul olduğunu demiş, lakin həmin pulu əldə etmək üçün bəri-başdan pul ödəməsini istəmişdir. Səbuhi ilə razılaşıb yaşadığı qəsəbənin qarşısında yerləşən “Aran Market”in yaxınlığında Səbuhi ilə görüşüb 1000 manat saxta pul almış, qarşılığında Səbuhiyə 100 manat pul vermiş, Səbuhi isə ona 20 manat pul qaytarmışdır. Təxminən 2 gün sonra Səbuhi yenidən mobil telefonuna zəng edərək pul lazım olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, “Təzə bazar” deyilən yerdə pərdə tikdirmişdir. Səbuhi əlində 4000 manat saxta pul olduğunu və ona 200 manata sata biləcəyini demişdir. Pula ehtiyacı olduğunu bildirsə də, Səbuhi 200 manat pul verib saxta pulları götürməsini, özünün ona 20 manat pul qaytaracağını söyləmişdir. Buna görə də həmin gün Səbuhi ilə “Bolmart” adlı marketin qarşısında görüşərək 200 manat pul vermiş, Səbuhi isə vədinə əməl etməyib 20 manat deyil, yalnız 10 manat pul qaytarmış və həmin gün axşam saxta pulları götürən zaman saxta pulun üzərinə 10 manat qoyacağını, zəng edən kimi qəsəbəyə gəlməsini demişdir. Bir neçə saat sonra Səbuhiyə zəng edib gecə mal-qara bazarına gedəcəyini bildirmiş və saxta pulları çatdırmasını istəmişdir. Səbuhi ona saxta pulu götürəcəyi şəxsə yalnız bir dəfə zəng edə bildiyini, yenidən zəng edə bilməyəcəyini demiş və harada olduğunu soruşmuşdur. Bu zaman o, Səbuhiyə “Qarabağstroy”da qayınanasıgildə olduğunu və təxminən 15-20 dəqiqə sonra özünü qəsəbəyə çatdıra biləcəyini söyləmişdir. Bundan sonra avtomobillə yaşadığı qəsəbəyə gəlmiş, həmin vaxt qəsəbədə yaşayan Nicat da avtomobildə olmuşdur. Nicata Səbuhidən pul alacağını, başını aşağı əyməsini, Səbuhinin başqa şəxsi görəcəyi halda pulu verməyəcəyini söyləmişdir. Nicatın onun Səbuhidən alacağı pulların saxta olmasından xəbəri olmamışdır. Qəsəbəyə çatıb Səbuhiyə zəng edəndə Səbuhi qəsəbənin yaxınlığından keçən dəmiryolu keçidinə gedib yolu keçməsini və dayanacağın qarşısında avtomobili saxlamasını, daha sonra yerə düşüb dayanacağın arxasına keçməsini bildirmişdir. Səbuhinin dediyi yerə gedib orada heç kimin olmadığını görəndə, Səbuhiyə bu barədə məlumat vermişdir. Bu zaman Səbuhi ona yerə baxmasını, yerdə üzərinə daş qoyulmuş kağız olduğunu və götürüb açmaqla içərisində olan pulları saymasını bildirmişdir. Həmin kağızı götürüb açaraq içərisində 200 manatlıq əskinasların olduğunu görmüş və sayaraq 4000 manat dəyərində olmalarını müəyyənləşdirmişdir. Ardınca Səbuhidən nə üçün pulları oraya qoyduqlarını soruşanda, Səbuhi “Onlar qıraqdan sənə baxırlar” demişdir. “Onlar”ın kim olduqlarını bilmək istəsə də, Səbuhi onluq olmadığını, pulu sayıb götürdükdən sonra sakitcə çıxıb getməsini istəmişdir. Həmin saxta pullarla ertəsi gün Bərdə rayonunda təşkil olunan mal-qara bazarına gedib alver etdikdən sonra qalan saxta pulları əvvəlcə alışqan vasitəsilə yandırmaq istəsə də, alışqanı yanmadığı üçün pulları cırıb xatırlamadığı yerə tullamışdır. Bundan başqa əvvəllər bir dəfə də Səbuhinin özündən əlbəəl ya 600, ya da 700 manat saxta pul almış, həmin pullarla da alver etdikdən sonra qalanını məhv etmişdir. Həmçinin bildiyi qədəri ilə Səbuhi ondan başqa “Qara” adlı şəxsə də saxta pul satmışdır. Səbuhidən aldığı saxta pul əskinasları ilə Göygöl rayonunda təşkil olunan mal-qara bazarından da heyvan almışdır. Belə ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Bərdə rayonu mal-qara bazarından çıxarkən təsadüfən Səbuhi ilə qarşılaşmış, həmin vaxt Səbuhi bazardan alıb apardığı heyvanların arıq olduğunu bildirdikdə, o, pulu olmadığına görə bu cür heyvanlar aldığını demişdir. Bu zaman Səbuhi lazım olsa, ona pul verə biləcəyini bildirmişdir. Həmin gün Səbuhi ilə əlaqə saxlayıb pula ehtiyacı olduğunu demiş, Səbuhi ertəsi gün axşam saatlarında gəlib pulu götürə biləcəyini söyləmişdir. Həmin gün Səbuhi ilə yaşadığı qəsəbənin yaxınlığındakı “Aran Market”in arxa tərəfində görüşmüşdür. Səbuhi ona 700 manat saxta pul vermiş və qarşılığında 40 manat pul almışdır. Pulu götürdükdən sonra 19 dekabr 2021-ci il tarixdə özünə məxsus olan “VAZ-2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonunda təşkil olunan mal-qara bazarına yollanmışdır. Bazarda tanımadığı şəxslərə yaxınlaşıb onlara Səbuhidən aldığı saxta pulları verməklə 300 manata 1 baş qoç, ardınca 200 manata 2 baş keçi, sonra isə 140 manata 1 baş qoyun almışdır. Aldığı qoçu elə bazarda tanımadığı şəxsə satdıqdan sonra keçiləri və qoyunu avtomobilinə yükləyərək Bərdə rayonuna qayıtmışdır. Sonrakı günlərdə aldığı heyvanları Bərdə rayonunda tanımadığı şəxslərə satmışdır. Səbuhidən pul alan zaman yanlarında başqa heç kim olmamış, pulların saxta olduğunu əvvəlcədən bilmişdir. 2021-ci ilin dekabr ayında əksər vaxt bazarlara birlikdə getdiyi tanışı Orxan Bərdə rayonu mal-qara bazarından aldıqları xırdabuynuzlu heyvanları satıb pulunu ələ keçirmişdir. Buna görə də alver etmək üçün dövriyyədə olan təxminən 1100 manat pulu Orxanda qalmışdır. 21 dekabr 2021-ci il tarixdə qonşusu Səbuhidən 6 ədəd 200 manatlıq saxta pul əskinasları almışdır. Həmin vaxt pulların qarşılığında Səbuhiyə 40 manat pul vermişdir. Bundan sonra tanışı Nicatla birlikdə 23 dekabr 2021-ci il tarixdə saat 02:00 radələrində idarə etdiyi “VAZ-2107” markalı **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu mal-qara bazarına getmişdir. Yolda olarkən Ağcabədi rayonunda yaşayan bibisioğlu Şahid5 da kömək üçün özü ilə götürmüşdür. Beyləqan rayonuna çatanda üzərində Səbuhidən aldığı 6 ədəd 200 manatlıq əskinasdan başqa pul olmamışdır. Avtomobilində yanacaq azaldığı üçün həmin gün saat 04:00 radələrində “Oskar” adlı yanacaqdoldurma məntəqəsinə daxil olmuş və cibində olan 200 manatlıq əskinası orada işləyən operatora verib 10 litr benzin doldurmasını istəmişdir. Operatora pul verən zaman Nurlan ön oturacaqda yatmışdır. Operator yuxulu olduğu üçün diqqət yetirmədən 200 manatlıq əskinası qəbul edib 10 litr benzinin pulunu çıxmış və ona 190 manat pul qaytarmışdır. Daha sonra yanacaqdoldurma məntəqəsindən çıxıb mal-qara bazarına getmişdir. Bazarda satılan heyvanlara baxaraq qiymətlərlə maraqlandıqdan sonra bir nəfər tanımadığı şəxsin 8 baş xırdabuynuzlu heyvan satdığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb satacağı quzuların qiyməti ilə maraqlanmış və yekunda həmin şəxslə 8 baş quzunu 1090 manata almaqla bağlı razılığa gəlmişdir. Buna görə cibindəki 5 ədəd 200 manatlıq pul əskinasını və yanacaqdoldurma məntəqəsində qalıq olaraq qaytarılan həqiqi 1 ədəd 100 manatlıq, 4 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinası heyvan alacağı şəxsə verməklə cəmi 1090 manat pul qarşılığında heyvanları almışdır. Hava qaranlıq olduğundan həmin şəxs pula diqqət yetirmədən sayıb cibinə qoymuşdur. Daha sonra aldığı heyvanları az sonra həmin bazarda tanımadığı şəxsə satmış və Bərdə rayonuna qayıtmışdır. Sonra 21 dekabr 2021-ci il tarixdə gecə saatlarında tanışı Nicatla birlikdə İmişli rayonunda təşkil olunan mal-qara bazarına getmiş, saat 03:00 radələrində bazara çatıb avtomobili saxlamış, Nicat avtomobildə yatacağını dediyi üçün tək şəkildə gəzərək xırdabuynuzlu heyvanlar satılan yerə getmişdir. Orada 5 baş xırdabuynuzlu heyvan satan, əvvəllər tanımadığı şəxsə yaxınlaşıb heyvanların qiyməti ilə maraqlanmışdır. Həmin şəxs ona heyvanların 1 başını 150 manat pula satdığını desə də, onlar 5 baş heyvanı 685 manata almaqla bağlı razılığa gəlmişlər. Daha sonra heyvanları satan şəxsə 7 ədəd 100 manatlıq saxta pul əskinasları vermiş, həmin şəxs isə ona pulun qalığı qismində 15 manat pul qaytarmalı olsa da, xırda pulu olmadığına görə 13 manat pul qaytarmışdır. Ardınca aldığı heyvanlardan 3 başını elə bazarda satmış və yenidən xırdabuynuzlu heyvan almaq qərarına gəlib bazarı gəzməyə başlamışdır. Bu məqsədlə 2 baş xırdabuynuzlu heyvan satan, əvvəllər tanımadığı başqa şəxsə yaxınlaşıb heyvanların qiyməti ilə maraqlanmışdır. Həmin şəxsin heyvanları 240 manat pula satdığını deməsinə baxmayaraq, o, yalnız 230 manat pul verə biləcəyini söyləmişdir. Beləcə, həmin şəxsi kənara çəkib 300 manat pul vermiş və pulun qalığı qismində 70 manat almışdır. Aldığı heyvanları avtomobilinin yanına aparıb arxa qoruyucusuna bağladığı 2 baş heyvanla birlikdə yük yerinə yığmışdır. Həmin gün aldığı heyvanları Bərdə rayonuna gətirmiş və sonrakı günlərdə tanımadığı şəxslərə satmışdır. Əvvəllər hər dəfə bazara gedəndə müxtəlif şəxsləri 10-15 manat pul qarşılığında fəhlə kimi aparsa da, sonuncu dəfə İmişli rayonunda yerləşən mal-qara bazarında tək olmuş, həmin vaxt üzərində yalnız 1000 manat saxta pul olmuş, əvvəlki ifadələrində Səbuhidən aldığı pulların saxta olduğunu bilmədiyini bildirsə də, əslində həmin pullardan istifadə edərkən onların saxta olduqlarını bilmiş, Səbuhidən aldığı pulları ətraf rayonlarda təşkil olunan mal-qara bazarlarında xərcləmiş, qalanını isə cırmaqla məhv etmişdir. Hazırda şəxslərə vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir və əməlindən çox peşmandır, ailəli və azyaşlı övladlarının olmasını, yoldaşının əlil olmasını və özünün şəhid övladı olmasını bildirmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifаdəsində göstərdi ki, 19 dekabr 2021-ci il tarixdə saat 05:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs4 ilə birlikdə yaşadıqları kənddən çıxaraq özünə məxsus xırdabuynuzlu heyvan olan 1 baş qoçu satmaq məqsədilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarına getmişlər. Həmin gün Ramil də özünə məxsus xırdabuynuzlu heyvan olan 2 baş keçini satmaq üçün bazara aparmışdır. Bazarda olarkən saat 06:00 radələrində tanımadığı şəxs onlara yaxınlaşıb, əvvəlcə, ona məxsus 1 baş qoçun qiyməti ilə maraqlanmış, o da qoçu 300 manata satdığını demişdir. Həmin şəxs ona qiyməti bir az aşağı salmasını demiş və qoçu 290 manata almağa razılaşmışdır. Daha sonra həmin şəxs ona 3 ədəd 100 manatlıq pul əskinası vermiş, o isə qulun qalığı olaraq həmin şəxsə 10 manat pul qaytarmışdır. Bundan sonra həmin şəxs Ramildən keçiləri neçəyə satdığını soruşmuş, Ramil keçilərin ikisini 220 manata satdığını desə də, sonradan heyvanları 200 manata satmağa razılaşmışdır. Ardınca həmin şəxs Ramilə 2 ədəd 100 manatlıq pul əskinası verib keçiləri almışdır. Bundan sonra həmin şəxs xırdabuynuzlu heyvanları götürüb oradan getmişdir. Heyvanları satdıqdan sonra qoyun almaq istədiyi üçün bazarda bir qədər gəzmiş, saat 08:00 radələrində bir nəfər şəxslə razılaşıb 260 manata qoyun alarkən tanımadığı şəxsin verdiyi pulu qoyun satan şəxsə uzatmış, sonuncu pulun saxta olduğunu deyib qəbul etməmişdir. Bundan sonra o və Ramil qoçu və keçiləri alan şəxsin verdiyi pul əskinaslarının saxta olduğunu bilmişlər. Həmçinin o, ifadəsində qoçu alan şəxsin arıq bədən quruluşlu, alçaq boylu olduğunu, pul əskinaslarının saxta olduqlarını bildikdən sonra heç kimə vermədiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etmişdir ki, 19 dekabr 2021-ci il tarixdə saat 05:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşadıqları Samux rayonu Qiyaslı kəndindən çıxaraq özünə məxsus xırdabuynuzlu heyvan olan 2 baş keçini satmaq məqsədilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarına getmişlər. Həmin gün Bəndər də özünə məxsus xırdabuynuzlu heyvan olan 1 baş qoçu satmaq üçün bazara aparmışdır. Bazarda olarkən saat 06:00 radələrində tanımadığı şəxs onlara yaxınlaşıb, əvvəlcə, Bəndərə məxsus 1 baş qoçun qiyməti ilə maraqlanmış, Bəndər qoçu 300 manata satdığını demişdir. Həmin şəxs Bəndərə qiyməti bir az aşağı salmasını demiş və qoçu 290 manata almağa razılaşmışdır. Daha sonra həmin şəxs Bəndərə 3 ədəd 100 manatlıq pul əskinası vermiş, Bəndər isə qulun qalığı olaraq həmin şəxsə 10 manat pul qaytarmışdır. Bundan sonra həmin şəxs ondan keçiləri neçəyə satdığını soruşmuş, o, keçilərin ikisini 220 manata satdığını desə də, sonradan heyvanları 200 manata satmağa razılaşmışdır. Ardınca həmin şəxs ona 2 ədəd 100 manatlıq pul əskinası verib keçiləri almışdır. Bundan sonra həmin şəxs xırdabuynuzlu heyvanları götürüb oradan getmişdir. Heyvanları satdıqdan sonra qoyun almaq istədiyi üçün bazarda bir qədər gəzmiş, saat 08:00 radələrində Bəndər bir nəfər şəxslə razılaşıb 260 manata qoyun alarkən tanımadığı şəxsin verdiyi pulu qoyun satan şəxsə uzatmış, sonuncu pulun saxta olduğunu deyib qəbul etməmişdir. Bundan sonra onlar qoçu və keçiləri alan şəxsin verdiyi pul əskinaslarının saxta olduğunu bilmişlər. Həmçinin o, ifadəsində keçiləri alan şəxsin arıq bədən quruluşlu, alçaq boylu olduğunu, pul əskinaslarının saxta olduqlarını bildikdən sonra heç kimə vermədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs1 оğlunun istintaqda verdiyi ifаdəsindən görünür ki, o, Bərdə rayonu Əyricə kəndində yerləşən əmisi Qardaşxana məxsus fermanın ərazisində yaşayır. Özünə məxsus olan 40 baş xırdabuynuzlu heyvanı vardır. 24 dekabr 2021-ci il tarixdə səhər saatlarında tanışı Həsrətlə birlikdə həmin heyvanlardan 10 başını satmaq üçün Bərdə rayonunun mal-qara bazarına aparmışdır. Bazarda yer tapıb alverə başladıqdan sonra tanımadığı müştərilər gəlib heyvanlara baxmış, lakin hər biri ilə müxtəlif səbəblərdən alqı-satqıya razılaşmamışdır. Bir qədər sonra əvvəllər görmədiyi bir nəfər balacaboy şəxs gəlib heyvanları neçəyə satdığını soruşmuş və almaq istədiyini bildirmişdir. Qiymətdə razılığa gəldikləri üçün həmin şəxsdən 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq kağız əskinaslar şəklində ümumilikdə 2700 manat pul almışdır. Heyvanları ondan 2700 manat pul qarşılığında alan, sonradan adının Elmir olmasını bildiyi şəxs bazarda olan qoşqulu “QAZ-31” markalı avtomobilin adını bilmədiyi sürücüsü ilə heyvanları daşımaq üçün 25 manata razılığa gəlmişdir. Heyvanları həmin avtomobilin qoşqusuna yükləməyə kömək etmiş və həmin şəxs avtomobilə əyləşərək çıxıb getmişdir. Bir qədər sonra bazarda alver edən əmisioğlu Fehruza olan borcunu ödəmək üçün yanına getmiş və Elmir adlı şəxsin verdiyi pullardan 100 manatlıq əskinası cibindən çıxarıb Fehruza vermişdir. Fehruz pulu görən kimi saxta olduğunu bildirmiş, o, dərhal digər pulları cibindən çıxarıb baxan zaman həqiqətən də hamısının solğun rəngdə olduğunu görmüşdür. Buna görə də Bərdə rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifаdəsindən məlum olur ki, o, Yevlax rayonu Malbinəsi kəndində məskunlaşmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir və mal-qara alveri ilə məşğul olmaqla ailəsini dolandırır. 24 dekabr 2021-ci il tarixdə səhərin erkən saatlarında özünə məxsus olan 7 baş xırdabuynuzlu heyvanı satmaq üçün qonşusu Natiqin avtomobili ilə Bərdə rayonu mal-qara bazarına aparmışdır. Bazarda yer tapıb alverə başladıqdan sonra tanımadığı müştərilər gəlib heyvanlara baxmış, lakin hər biri ilə müxtəlif səbəblərdən alqısatqıya razılaşmamışdır. Bir qədər sonra əvvəllər görmədiyi bir nəfər balacaboy şəxs gəlib heyvanları neçəyə satdığını soruşmuş və almaq istədiyini bildirmişdir. Qiymətdə razılığa gəldikləri üçün həmin şəxsdən 6 ədəd 200 manatlıq kağız əskinaslar şəklində ümumilikdə 1200 manat pul almışdır. Sonradan adının Elmir olmasını bildiyi şəxs heyvanları alıb oradan uzaqlaşmışdır. Həmin vaxt hava alaqaranlıq olduğu üçün Elmir adlı şəxsin verdiyi pullara nəzər yetirmədən onları cibinə qoymuşdur. Ertəsi gün - 25 dekabr 2021-ci il tarixdə yaşadığı kənd ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin filialına gedib alış-veriş etmişdir. Kassaya yaxınlaşıb kassirə pulu təqdim etdikdə kassir ona pulun saxta olduğu bildirilmişdir. Dərhal digər pulları cibindən çıxarıb baxan zaman həqiqətən də hamısının solğun rəngli kağızda çap edildiklərini və seriya nömrələrinin eyni olduğunu görmüşdür. Buna görə də 26 dekabr 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadə verərək qeyd etmişdir ki, 19 dekabr 2021-ci il tarixdə saat 05:00-06:00 radələrində yaşadığı Samux rayonu Ağasıbəyli kəndindən çıxaraq özünə məxsus 1 baş xırdabuynuzlu heyvanı satmaq üçün Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarına getmişdir. Bazarda olarkən tanımadığı şəxs ona yaxınlaşıb 1 baş qoyunun qiyməti ilə maraqlanmış, həmin şəxsə heyvanı 140 manata satdığını demişdir. Həmin şəxs heyvanı almağa razılaşıb şalvarının cibindən 2 ədəd 100 manatlıq pul əskinasları çıxararaq ona vermişdir. O, pulun qalığı qismində həmin şəxsə 60 manat qaytarmışdır. Pulu alarkən hava qaranlıq olduğundan saxta olmasını bilməmiş, bir az sonra hava işıqlanan zaman pulun saxta olduğunu görüb əsəbiləşərək 100 manatlıq əskinasların birini cırıb atmış, digərini isə özündə saxlamışdır. 25 dekabr 2021-ci il tarixdə saat 21:00 radələrində televiziyada yayımlanan xəbər verilişlərinin birində Bərdə rayonu ərazisində saxta pul əskinaslarından istifadə edən şəxsin tutulduğunu görmüş və dərhal Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət etmişdir. Həmçinin o, ifadəsində alan şəxsin arıq bədən quruluşlu, alçaq boylu olduğunu, pul əskinaslarının saxta olduqlarını bildikdən sonra heç kimə vermədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə zərərçəkmiş şəxs X4 nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, o, X4 atasıdır. Tuqay yaşadıqları X25 kəndində fərdi əməklə məşğul olur. Tuqayın şəxsi təsərrüfatında özünə məxsus 8 baş xırdabuynuzlu heyvanı olmuş, həmin heyvanları satmaq üçün 23 dekabr 2021-ci il tarixdə tanışı Dağıbəyi Məmmədov ilə birlikdə Beyləqan rayonunda təşkil olunan mal-qara bazarına getmişdir. Həmin gün Tuqay heyvanları 1090 manata satıb evə qayıtmış, heyvanları satmaqla əldə etdiyi pulu özündə saxlamışdır. 27 dekabr 2021-ci il tarixdə həmin pulu xərcləmək üçün saxladığı yerdən götürüb baxarkən 200 manatlıq əskinasların üzərində olan nömrələrin eyni olduğunu görmüşdür. Həmin vaxt Tuqay bazarda xırdabuynuzlu heyvanları alan şəxsin verdiyi 5 ədəd 200 manatlıq əskinasların saxta olduğunu bilmişdir. Daha sonra Tuqay bu barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o, oğlu heyvanları satarkən tanışı Dağıbəyinin yanında olduğunu, əldə etdiyi pulu istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs7 ifadəsindən görünür ki, o, Beyləqan rayonu İkinci Aşıqalı kəndində yerləşən “Oskar” adlı yanacaqdoldurma məntəqəsində operator işləyir. 23 dekabr 2021-ci il tarixdə gecə növbəsində olan zaman saat 04:00 radələrində ağ rəngli, “VAZ-2107” markalı, üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobil yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur. Həmin avtomobilin ön oturacağında əyləşmiş tanımadığı sərnişin avtomobilə 10 litr benzin doldurmasını bildirmiş, həmin avtomobilə benzin doldurduqdan sonra qeyd olunan sərnişin ona 200 manatlıq əskinas verib benzinin pulunu çıxaraq qalan 190 manat pulu qaytarmasını istəmişdir. O, həmin şəxsdən xırda pul əskinası verməsini xahiş etsə də, sərnişin xırda pul əskinasının olmadığını bildirdiyi üçün məcbur qalıb 200 manatlıq əskinası qəbul etmiş və satdığı benzinin pulu olan 10 manat pul çıxıb həmin şəxsə 190 manat pul qaytarmışdır. Həmin şəxslər getdikdən 3-4 dəqiqə sonra o, 200 manatlıq əskinası diqqətlə nəzərdən keçirdikdə saxta olduğunu müəyyən etmişdir. Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, o, 21 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində oğlu Kərimlə birlikdə satmaq üçün İmişli rayonunda təşkil olunan mal-qara bazarına motosikleti ilə 5 baş xırdabuynuzlu heyvan aparmışdır. Bazarda olarkən tanımadıqları 2 nəfərə şəxs onlara yaxınlaşaraq heyvanlarla maraqlanmış və həmin şəxslərdən biri 5 baş heyvan üçün 685 manat pul verəcəyini demişdir. O, razılaşdığı üçün həmin şəxs oğluna 700 manat pul vermiş, o isə həmin şəxsə pulun qalığı qismində 13 manat pul qaytarmışdır. Pulu verdikdən sonra heyvanları motosikletdən düşürərək həmin şəxslərə vermiş və bazardan çıxıb siqaret almaq üçün mağazaya getmişdir. Aldığı siqaretin pulunu ödəyərkən satıcı ona verdiyi 100 manatlıq əskinasın saxta olduğunu demişdir. Satıcıya həmin puldan başqa 100 manatlıq əskinas təqdim etdikdə satıcı həmin pulun da saxta olduğunu bildirmişdir. Beləliklə, o, heyvan alan şəxsin verdiyi 700 manat pulun hamısının saxta olduğunu müəyyən etmişdir. Bundan başqa o, pul verən şəxslərdən birinin balacaboy, arıq, qarayanız, çəlimsiz, digərinin isə sarıbəniz olduğunu, ancaq ağızlarında maska və başlarında papaq olduğu üçün sifətlərini görə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs9 ifadəsindən görünür ki, 21 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində özünə məxsus olan 5 baş xırdabuynuzlu heyvanı satmaq üçün İmişli rayonunda təşkil olunan mal-qara bazarına getmişdir. Saat 06:00 radələrində heyvanların 3 başını tanımadığı şəxsə 310 manata satmış, bundan sonra tanımadığı şəxs ona yaxınlaşaraq 2 baş xırdabuynuzlu heyvanı almaq istədiyini demişdir. O, həmin şəxsə heyvanları 240 manata satdığını demiş, həmin şəxs isə 230 manat verə biləcəyini söyləmişdir. Onlar razılığa gəldikdən sonra həmin şəxs onu kənara çəkib 300 manat pul vermiş, o da pulun qalığı qismində 70 manat pul qaytarmışdır. Hava aydınlandıqdan sonra o, pulları cibindən çıxarıb saymış və 3 ədəd 100 manatlıq əskinasların saxta olmasından şübhələnmişdir. Buna görə də dərhal Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu 588 yerlik qəsəbədə yaşayır. Ağdam rayonu Baş Qərvənd kəndi 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra ailə üzvləri ilə birgə müxtəlif ünvanlarda yaşamış, sonradan onlara ünvan 3işdir. Rəsmi olaraq heç bir yerdə işləmir və yaşadığı qəsəbədə yerləşən İntiqam adlı şəxsə məxsus “İki qardaş” adlı çay evində ofisiant işləyir. Bundan başqa Bərdə rayonu Alpoud kəndində təşkil olunan mal-qara bazarında arabir fəhləlik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs 20 ildən çoxdur tanıyır. Əvvəllər Elmir ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Elmir Gəncə şəhərində, Bərdə, İmişli və Beyləqan rayonlarında təşkil olunan mal-qara bazarlarına gedib xırdabuynuzlu heyvanlar almaqla onların alveri ilə məşğul olur. 2021-ci ilin dekabr ayının əvvəllərində Elmirdən nisyə ət almış, bir neçə gün sonra həmin ətin pulu olan 10 manatı Bərdə şəhərində yerləşən “Bolmart” adlı marketin qarşısında Elmirə qaytarmışdır. Bundan başqa Elmirlə arasında heç bir haqq-hesab olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində ifadə vermiş X10 öz ifadəsində göstərdi ki, Yevlax rayonu Malbinəsi kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun qonşusudur. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında İman ona ertəsi gün özünə məxsus olan 7 baş xırdabuynuzlu heyvanı satmaq üçün “VAZ-21073” markalı avtomobili ilə Bərdə rayonunda təşkil olunacaq mal-qara bazarına aparmağı xahiş etmişdir. O, İmanla razılaşıb 24 dekabr 2021-ci il tarixdə səhərin erkən saatlarında heyvanları avtomobilin yük yerinə yığaraq İmanla birgə Bərdə rayonunda təşkil olunan mal-qara bazarına yollanmışdır. Bazarda yer tapıb alverə başladıqdan sonra tanımadıqları müştərilər gəlib İmanın heyvanlarına baxmış, lakin hər biri müxtəlif səbəblərdən alqısatqıya razılaşmamışdır. Bir qədər sonra əvvəllər görmədiyi bir nəfər balacaboy şəxs gəlib İmandan heyvanları neçəyə satdığını soruşmuş və almaq istədiyini bildirmişdir. Sonradan adının Elmir olmasını bildiyi həmin şəxs İmanla qiymətdə razılığa gəldikləri üçün 6 ədəd 200 manatlıq kağız əskinaslar şəklində ümumilikdə 1200 manat pul verib heyvanları almış və qarşısına qatmaqla oradan uzaqlaşmışdır. Heyvanları satdıqdan sonra onlar Yevlax rayonu Malbinəsi kəndinə qayıtmışlar. Ertəsi gün İman onunla əlaqə saxlayıb marketdə alış-veriş edən zaman Elmir adlı şəxsin verdiyi pulların saxta olmasını öyrəndiyini və bununla bağlı Bərdə rayon Polis Şöbəsinə gedib ərizə ilə müraciət edəcəyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X6 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu 588 yerlik qəsəbədə yaşayır. Xocalı rayonu Cəmilli kəndi 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra ailə üzvləri ilə birgə müxtəlif ünvanlarda yaşamış, sonradan onlara ünvan 3işdir. Rəsmi olaraq yaşadığı qəsəbədə yerləşən Ağdam rayon 11 saylı köçkün tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Atası Elman isə həmin qəsəbədə “İki qardaş” adlı kafeni işlətməklə ailələrini dolandırır. Şahid1 uşaqlıqdan tanıyır. Onlar üçüncü sinifdən etibarən eyni sinifdə təhsil almışlar. Təqsirləndirilən şəxs isə uzun müddətdir tanıyır. Əvvəllər Səbuhi və Elmir ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Bildiyi qədəri ilə Elmir mal-qara bazarlarına gedib xırdabuynuzlu heyvanlar almaqla onların alveri ilə məşğul olur. Səbuhi isə təxminən 4-5 aydır atasına məxsus kafedə günəmuzd işləməklə ailəsini dolandırmışdır. Əvvəllər Səbuhinin kiməsə saxta pul əskinasları satmasını eşitməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Elmirin saxta pul əskinaslarından istifadə etmələrinə görə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Səbuhi kafedə olan zaman mülki geyimdə olan polis əməkdaşları kafeyə gələrək Səbuhini ona məlum olmayan səbəbdən polis şöbəsinə dəvət etmişlər. Ancaq onun Elmir və Səbuhinin konkret olaraq kimlərə saxta pul vermələri barədə məlumatı olmamışdır. Məhkəmə CPM-in 126-cı maddəsinə əsaslanmaqla iş üzrə şahid qismində məhkəmə iclasında dindirilmiş X10 və X2 verdiyi ifadələrə əsasən onların törədilmiş cinayət hadisəsinin birbaşa şahidi olmadıqlarını və verdikləri ifadələrin yalnız digər şəxslərdən əldə etdikləri məlumatlara əsaslandığını qeyd edərək həmin şahid ifadələrinin sübut əhəmiyyəti kəsb etmədiyini və mötəbər sübut kimi istifadə edilə bilməməsini və buna görə CPM-in 323.7-ci maddəsinə uyğun olaraq öz təşəbbüsü ilə həmin şahidlərin ifadələrinin sübutlar siyahısından çıxarılmalı olduğu qənaətinə gəlir. Belə ki, CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. CPM-in 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. CPM-in 323.7-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə şahidlərin məhkəmə iclasına çağırılması, ekspertizanın təyin edilməsi, başqa sübutların tələb edilməsi, habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317 və 329-cu maddələrinə əsasən, şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5, X8 və X11 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmiş və həmin ifadələri məhkəmə iclasında elan edərək tədqiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu Əyricə kəndində yaşayır. İş üzrə Zərərçəkmiş şəxs1 onun əmisioğludur. Rəsmi olaraq heç bir yerdə işləmir və arabir Bərdə rayonunda təşkil olunan mal-qara bazarına gedib heyvan alıb-satmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında Şahin ona ertəsi gün özünə məxsus olan 10 baş xırdabuynuzlu heyvanı satmaq üçün Həsrətin “QAZ-31” markalı avtomobili ilə Bərdə rayonunda təşkil olunacaq mal-qara bazarına gedəcəklərini və onlarla birlikdə gedib kömək etməsini xahiş etmişdir. O, Şahinlə razılaşıb 24 dekabr 2021-ci il tarixdə səhərin erkən saatlarında heyvanları avtomobilin yük yerinə yığaraq Şahin və Həsrətlə birgə Bərdə rayonunda təşkil olunan mal-qara bazarına yollanmışdır. Bazarda yer tapıb alverə başladıqdan sonra tanımadıqları müştərilər gəlib Şahinin heyvanlarına baxmış, lakin hər biri müxtəlif səbəblərdən alqı-satqıya razılaşmamışdır. Bir qədər sonra başqa işləri olduğunu görə Şahingildən kənarlaşıb bazarın ərazisində dolanmağa başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra Şahin əvvəllər ondan aldığı pul borcunu ödəmək üçün yanına gəldi və heyvanları sataraq əldə etdiyini bildirdiyi 100 manatlıq əskinası ona vermişdir. O, pulu görən kimi solğun rəngdə olmasından və kağızın materialından saxta olduğunu bilmişdir. Şahin dərhal digər pulları cibindən çıxarıb baxan zaman həqiqətən də hamısının solğun rəngdə olduğunu görmüşdür. Bundan sonra Şahin bu barədə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edəcəyini deyərək çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Rəsmi olaraq heç bir yerdə işləmir və arabir Bərdə rayonunda təşkil olunan mal-qara bazarına gedib heyvan alıb-satmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında Şahin ona ertəsi gün özünə məxsus olan 10 baş xırdabuynuzlu heyvanı satmaq üçün ona məxsus olan “QAZ-31” markalı avtomobillə Bərdə rayonunda təşkil olunacaq mal-qara bazarına aparmağı və onunla birlikdə gedib kömək etməsini xahiş etmişdir. O, Şahinlə razılaşıb 24 dekabr 2021-ci il tarixdə səhərin erkən saatlarında heyvanları avtomobilin yük yerinə yığaraq Şahin və əmisioğlu Fehruzla birgə Bərdə rayonunda təşkil olunan mal-qara bazarına yollanmışdır. Bazarda yer tapıb alverə başladıqdan sonra tanımadıqları müştərilər gəlib Şahinin heyvanlarına baxmış, lakin hər biri müxtəlif səbəblərdən alqı-satqıya razılaşmamışdır. Bir qədər sonra əvvəllər görmədiyi bir nəfər balacaboy şəxs gəlib Şahindən heyvanları neçəyə satdığını soruşmuş və almaq istədiyini bildirmişdir. Qiymətdə razılığa gəldikləri üçün həmin şəxs Şahinə 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq kağız əskinaslar şəklində ümumilikdə 2700 manat pul vermişdir. Heyvanları Şahindən 2700 manat pul qarşılığında alan, sonradan adının Elmir olmasını bildiyi şəxs bazarda olan qoşqulu “QAZ-31” markalı avtomobilin adını bilmədiyi sürücüsü ilə heyvanları daşımaq üçün 25 manata razılığa gəlmişdir. O və Şahin heyvanları həmin avtomobilin qoşqusuna yükləməyə kömək etmiş və həmin şəxs avtomobilə əyləşərək çıxıb getmişdir. Bir qədər sonra Şahin əmisioğlu Fehruza olan borcunu ödəmək üçün heyvanları alan şəxsin verdiyi 100 manatlıq əskinasın saxta olduğunu bildirmişdir. Daha sonra Şahin digər pulları cibindən çıxarıb baxan zaman həqiqətən də hamısının solğun rəngdə olduğunu görmüşdür. Bundan sonra Şahin bu barədə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edəcəyini deyərək çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Şahid4 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Bərdə rayonu Mirzalıbəyli kəndinə gedən yolun sağ tərəfində yerləşən ət kəsimi məntəqəsində işləyərək ailəsini dolandırır. Həmin kəsim məntəqəsində müxtəlif şəxslərdən iribuynuzlu və xırdabuynuzlu heyvanlar alınmaqla ət kəsilir və qəssabxanalara və iaşə obyektlərinə paylanılması həyata keçirilir. Təqsirləndirilən şəxs 20 ildən çoxdur ki tanıyır. Əvvəllər Elmirlə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Bildiyi qədəri ilə Elmir Gəncə şəhərində, Bərdə, İmişli və Beyləqan rayonlarında təşkil olunan mal-qara bazarlarına gedib xırdabuynuzlu heyvanlar almaqla onların alveri ilə məşğul olur. Əvvəllər dəfələrlə Elmirdən xırdabuynuzlu heyvanlar almış, bununla bağlı heç bir problem yaranmamışdır. 24 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində Elmir, sonradan adının Nicat olmasını bildiyi şəxslə birlikdə “VAZ-21015” markalı avtomobillə kəsim məntəqəsinə 7 baş xırdabuynuzlu heyvan gətirib satmaq istədiyini bildirmişdir. O, Elmirdən gətirdiyi heyvanların oğurluq olub-olmadığını soruşduqda, Elmir heyvanları Bərdə rayonunda malqara bazarından aldığını və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Heyvanlara baxıb onları almağa razılaşdıqdan sonra Elmir heyvanları məntəqəyə boşaltmaqla yenidən gedib daha 10 baş heyvan gətirəcəyini demişdir. Ancaq o, hələ heyvanların hamısı məntəqəyə gətirilmədiyindən Elmirə hər hansı məbləğdə pul verməmişdir. Elmir avtomobillə gedib ikinci dəfə heyvan gətirən zaman mülki geyimdə olan polis əməkdaşları kəsim məntəqəsinə daxil olmuşlar. Elmir onları görən kimi qaçmaq istəsə də, ayağı ilişib yerə yıxılmışdır. Bundan sonra polis əməkdaşları Elmiri saxlayaraq oradan aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Şahid5 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıoğludur. Əvvəllər Elmirlə arasında heç bir düşmənçilik və ya ədavət olmamış, birlikdə ətraf rayonlarda təşkil olunan mal-qara bazarlarına gedib heyvan alqı-satqısı ilə məşğul olmuşlar. Sonuncu dəfə 23 dekabr 2021-ci il tarixdə saat 02:00 radələrində Elmir mobil telefon vasitəsilə ona zəng edərək Beyləqan rayonunda baş tutan mal-qara bazarına gedəcəyini demiş, köməklik üçün birlikdə getməyi xahiş etmişdir. O, Elmirlə razılaşmış, az sonra Elmir “VAZ-2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı Ağcabədi rayonu Hüsülü kəndində yerləşən evə gələrək onu götürmüş və onlar birlikdə Beyləqan rayonuna yollanmışlar. Həmin vaxt özü avtomobilin ön oturacağında, Elmirin tanışı Nicat isə arxa oturacaqda əyləşmişdir. Avtomobilin yanacağı azaldığı üçün Elmir əvvəlcə Beyləqan rayonu ərazisində yerləşən “Oskar” adlı yanacaqdoldurma məntəqəsinə daxil olmuş və orada işləyən operatora 10 litr benzin doldurmasını bildirmişdir. Operator 10 litr benzin doldurduqdan sonra Elmir cibindən 200 manatlıq əskinas çıxarıb operatora verməsi üçün ona vermişdir. O, Elmirdən pulu alıb operatora verərək yanacağın pulunu çıxmasını, qalan 190 manat pulu qaytarmasını istəmişdir. Operator ondan xırda pul verməsini xahiş etdikdə, Elmir xırda pulu olmadığını dediyindən operator 200 manatlıq əskinası götürüb ona 190 manat pul qaytarmış, o da həmin pulu öz növbəsində Elmirə vermişdir. Bundan sonra onlar mal-qara bazarına getmiş, bazara daxil olduqdan bir qədər sonra Elmir Ağcabədi rayonu Qaradolaq kəndində yaşayan bir nəfər şəxsdən 8 baş xırdabuynuzlu heyvan almışdır. Elmir heyvanları aldığı şəxsə 5 ədəd 200 manatlıq əskinas və 90 manat xırda pul olmaqla ümumilikdə 1090 manat pul vermişdir. Ardınca Elmir və Nicat heyvanları avtomobilin salonuna və yük yerinə yükləmişlər. Sonra onlar bazardan çıxıb Bərdə rayonuna qayıtmışlar. Həmin vaxt Elmirin yanacaqdoldurma məntəqəsində və mal-qara bazarında xərclədiyi əskinasların saxta olmasından onun xəbəri olmamışdır. Elmirin Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını öyrəndikdən sonra onun xərclədiyi pulların saxta olduğunu bilmişdir. Onun Elmirin başqa hansı yerlərdə saxta pul əskinaslarından istifadə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə şahid X8 ibtidai istintaqda ifadəsi alınarkən göstərmişdir ki, X4 dostudur. Rəsmi olaraq heç bir yerdə işləmir və arabir Beyləqan rayonunda təşkil olunan mal-qara bazarına gedib heyvan alıb-satmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 22 dekabr 2021-ci il tarixdə axşam saatlarında Tuqay ona ertəsi gün özünə məxsus olan xırdabuynuzlu heyvanları satmaq üçün Beyləqan rayonunda təşkil olunacaq mal-qara bazarına aparacağını və birlikdə gedib kömək etməsini xahiş etmişdir. O, Tuqayla razılaşıb 23 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində heyvanları satmaq üçün Tuqayla birgə Beyləqan rayonunda təşkil olunan mal-qara bazarına yollanmışdır. Bazarda olarkən tanımadığı 2 nəfər şəxs onlara yaxınlaşmış və heyvanlara baxıb neçəyə satdıqlarını soruşmuşlar. Həmin vaxt Tuqay heyvanların 1 başını 140 manata satdığını demişdir. Həmin şəxslərdən biri Tuqayla danışıb heyvanların hamısını 1090 manata almaqla bağlı razılığa gəlmişdir. Daha sonra həmin şəxs Tuqaya 5 ədəd 200 manatlıq, 4 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslar verib heyvanları aparmışdır. Bir neçə gün sonra o, Tuqayla kənddə görüşən zaman Tuqay heyvanları alan şəxsin verdiyi 200 manatlıq əskinasların hamısının saxta olduqlarını və bu barədə ərizə ilə müraciət etdiyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə şahid X19 ibtidai istintaq zamanı dindirilərkən göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs8 onun atasıdır. 21 dekabr 2021-ci il tarixdə atası Hikmət ilə birlikdə 5 baş xırdabuynuzlu heyvanı satmaq üçün İmişli rayonunda təşkil olunan mal-qara bazarına getmişdir. Bazarda 2 nəfər şəxs onlara yaxınlaşaraq heyvanlarla maraqlanmış və həmin heyvanları almaq üçün 685 manat pul verə biləcəklərini demişlər. Atası həmin şəxslərlə razılaşmış, bu zaman onlardan biri cibindən 700 manat pulu çıxarıb ona vermiş, o isə pulu sayıb cibinə qoymuşdur. Daha sonra atası heyvanları həmin şəxslərə vermiş və siqaret almaq üçün bazardan çıxıb mağazaya getmişdir. Mağazadan aldığı siqaretin pulunu ödəmək üçün satıcıya 100 manatlıq əskinas uzatdıqda satıcı pulun saxta olduğunu demişdir. Daha sonra həmin 700 manat puldan 100 manatını çıxardıb satıcıya vermişdir. Satıcı yenə həmin 100 manatın da saxta olduğunu dedi. Beləliklə atası müəyyən etmişdir ki, həmin şəxsin ona verdiyi 700 manat pulun hamısı saxtadır. Şahid daha sonra bildirmişdir ki, 700 manat pul bazarın giriş hissəsində verilmişdir. Hava qaranlıq olduğu üçün pulları alarkən onların saxta olub olmadığına baxmamışlar. Həmçinin həmin pullar və 5 baş xırdabuynuzlu heyvanlar atasına məxsus olmuş, o, atasına kömək etmək üçün bazara getmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 27 dekabr 2021-ci il tarixli 5/1440 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektlər və Zərərçəkmiş şəxs2 təqdim etdiyi 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı əskinasına oxşar obyektlər axınlı çap qurğuda hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Həmin obyektlərin kağızı pul əskinaslarının hazırlanmasında istifadə olunan kağızdan kimyəvi tərkibə və fiziki xüsusiyyətlərə görə fərqlənirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 17 yanvar 2022-ci il tarixli 5/36 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 1 ədəd A65097117 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar obyekt müvafiq nominalda olan pul əskinasından rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır və həqiqi 100 nominal Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 04 mart 2022-ci il tarixli 5/209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 3 ədəd A65097117 nömrəli 100 nominal Azərbaycan manatı və Zərərçəkmiş şəxs4 təqdim etdiyi 2 ədəd A65097117 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar obyektlər müvafiq nominalda olan pul əskinasından rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır və həqiqi 100 nominal Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 24 yanvar 2022-ci il tarixli 5/42 nömrəli rəyindən görünür ki, X4 təqdim etdiyi 5 ədəd 2018-ci il buraxılışlı A14065316 nömrəli 200 Azərbaycan manatına oxşar obyekt fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamışdırlar, müvafiq nominal həqiqi pul əskinası ilə eynilik təşkil etmirlər və həqiqi pul əskinaslarından surəti çıxarılaraq axınlı çap üsulu ilə rəqəmsal reproqrafik çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmışdır və müvafiq olaraq eyni nominallı həqiqi pul əskinasından xüsusi cihaz olmadan aşkar şəkildə fərqlənmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 24 yanvar 2022-ci il tarixli 5/43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 1 ədəd 2018-ci il buraxılışlı A14065316 nömrəli 200 Azərbaycan manatına oxşar obyekt fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamışdır, müvafiq nominal həqiqi pul əskinası ilə eynilik təşkil etmir və həqiqi pul əskinaslarından surəti çıxarılaraq axınlı çap üsulu ilə rəqəmsal reproqrafik çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmışdır və müvafiq olaraq eyni nominallı həqiqi pul əskinasından xüsusi cihaz olmadan aşkar şəkildə fərqlənmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 31 yanvar 2022-ci il tarixli 5/90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 təqdim etdiyi 10 ədəd D09206723 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar obyektlər müvafiq nominalda olan pul əskinasından rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır və həqiqi 100 nominal Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etmir. Həmin obyektlər eyni nominallı həqiqi pul əskinasından açıq-aşkar formada fərqlənir. Cinayət işinin materiallarına əlavə edilmiş təqdim edilən əşyaya baxış keçirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş təqdim edilən əşyaya baxış keçirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 1 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekti istintaqa təqdim etmiş, həmin obyekt istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 3 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq, eyni zamanda videogörüntülər 01 ədəd “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq, eyni zamanda videogörüntülər 01 ədəd “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 28 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X9 5 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 28 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X1 rayonu mal-qara bazarının giriş hissəsini göstərərək ona saxta pul əskinaslarının məhz həmin yerdə verildiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 Beyləqan şəhərində “Görüş” deyilən yerdə yerləşən “Oskar” adlı yanacaqdoldurma məntəqəsini göstərərək ona saxta pul əskinasının məhz həmin yerdə verildiyini bildirmiş, 1 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekti istintaqa təqdim etmiş, həmin obyekt istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqdim edilən əşyaya baxış keçirilməsi haqqında 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 7 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqdim edilən əşyaya baxış keçirilməsi haqqında 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 3 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa təqdim etmiş, həmin əskinaslara baxış keçirən zaman onların hamısının seriya və nömrələrinin eyni olduğu müəyyən edilmiş, həmin obyektlər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs aid fotoşəkli tanıyıb onun 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu ərazisində yerləşən mal-qara bazarında özünə məxsus 1 baş xırdabuynuzlu heyvan olan qoçu alan və saxta pul əskinasları təqdim edən şəxs olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs aid fotoşəkli tanıyıb onun 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu ərazisində yerləşən mal-qara bazarında özünə məxsus 2 baş xırdabuynuzlu heyvan olan keçi alan və saxta pul əskinasları təqdim edən şəxs olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ona təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs aid fotoşəkli tanıyıb onun 19 dekabr 2021-ci il tarixdə saat 07:00 radələrində Göygöl rayonu ərazisində yerləşən malqara bazarında özünə məxsus 1 baş xırdabuynuzlu heyvan alan və saxta pul əskinasları təqdim edən şəxs olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 təqdim edilmiş şəxslərdən Təqsirləndirilən şəxs tanıyıb əli ilə onu göstərərək 21 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində İmişli rayonu ərazisində yerləşən mal-qara bazarında ona 7 ədəd 100 Azərbaycan manatı nominallı saxta pul əskinasları verən şəxs olduğunu və boyundan, sifət quruluşundan, yaş həddindən, dərisinin rəngindən, sol əlinin üzərində olan döyməsindən tanıdığını, həmin döyməni bazarda pul sayıb verərkən gördüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 31 dekabr 2021ci il tarixli protokoldan görünür ki, Bərdə rayonu Mirzalıbəyli kəndi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən ət kəsimi məntəqəsinə baxış zamanı Şahid4 17 ədəd xırdabuynuzlu heyvan təqdim edərək onların 24 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən gətirildiyini və sonuncu polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan orada qaldıqlarını bildirmiş, həmin heyvanlar müvafiq qaydada götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 15 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 27 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 16 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 16 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs5 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş 16 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs6 05 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs7 05 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs8 01 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs9 01 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Ağasıbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, 326 saylı arayışdan görünür ki, Samux rayonu, Ağasıbəyli kənd sakini Zərərçəkmiş şəxs5 hal-hazırda Ağasıbəyli kəndində yaşamır və Gəncə şəhər Ruhi-Əsəb Dispanserində müalicə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 may 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 04 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2626 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İstintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs1 təqdim etdiyi 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 1 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 3 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, X4 təqdim etdiyi 5 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 1 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 7 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı və Zərərçəkmiş şəxs9 təqdim etdiyi 3 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinasları, Zərərçəkmiş şəxs1 məxsus olan 10 baş və Zərərçəkmiş şəxs2 məxsus olan 7 baş xırdabuynuzlu heyvanlar 04 iyul 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Bərdə Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs оğlu barəsində ilk dəfə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş qərarlardan görünür ki, iş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən birinci dəfə 17 mart 2022-ci il tarixdə 02 ay, yəni 29 mart 2022-ci il tarixədək, ikinci dəfə isə 19 may 2022-ci il tarixdə 02 ay, yəni 29 iyul 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, Bərdə rayon məhkəməsinin (hakim Qamət Əbilov) 25 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti birinci dəfə 29 may 2022-ci il tarixədək, həmçinin Bərdə rayon məhkəməsinin (hakim Elsun Əhmədov) 23 may 2022-ci il tarixli qərarı ilə ikinci dəfə 29 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon MKİS-in rəisi tərəfindən təqsirləndirilən şəxs barəsində verilmiş Xasiyyətnamədən görünür ki, xx.xx.1989-cu ildə Ağdam rayon Seyidli kəndində anadan olmuş Təqsirləndirilən şəxs hal-hazırda Bərdə rayonu, 588 yerlik qəsəbə, bina 2, mənzil 41-də 2015-ci il tarixdən ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşmışdır. Təqsirləndirilən şəxs orta təhsillidir, ailəlidir, iki övladı var, heç bir dini cərəyan və dini təriqətin üzvü deyil, qəsəbədə yaşadığı müddətdə qonşuları və qəsəbə ictimaiyyəti arasında müsbət xarakterizə olunmuş, qəsəbədə keçirilən ictimai tədbirlərdə fəal iştirak etmişdir. O, xaraktercə sadə və təvazökardır, vətənpərvərdir. Yaşadığı binada tərbiyəsi və yaxşı davranışı ilə əhali arasında daima seçilir. İş materiallarına əlavə edilmiş 12 iyul 2013-cü il tarixli nikah haqqında, xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X22 ilə xx.xx.2013-cü il tarixdə nikah bağlamışlar və birgə nikahdan xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X15 adlı övladları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqına şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və Ağdam rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən ermənilər tərəfindən döyüş zamanı ölmüş elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən suiistifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 19-cu bəndinə əsasən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmaq üçün şəxs saxta sənədlərdən istifadə etdikdə, ödəniş vasitəsi kimi saxta pulla hesablaşdıqda, vəzfəli şəxsin səlahiyyətlərini mənimsədikdə, ümumiyyətlə belə əmlak ziyanı vurma halları digər cinayət xarakterli əməllərin törədilməsi ilə müşayiət olunduqda, şəxsin (cinayət məsuliyyətini şərtləndirən bütün zəruri əlamətlər olduğu təqdirdə) Cinayət Məcəlləsinin müvafiq olaraq 320.2, 204, 310-cu maddələri və yaxud CMin Xüsusi hissəsinin müvafiq əməli nəzərdə tutan digər maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 3 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgənin əmlakını ələ keçirmək məqsədilə Samux rayonu Qiyaslı kəndində yaşayan Zərərçəkmiş şəxs3 290 manat pul müqabilində aldığı 1 baş xırdabuynuzlu heyvan olan qoçun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 10 manat pul alaraq Zərərçəkmiş şəxs3 300 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Samux rayonu Qiyaslı kəndində yaşayan Zərərçəkmiş şəxs4 200 manat pul müqabilində aldığı 2 baş xırdabuynuzlu heyvan olan keçinin əvəzində aldatma yolu ilə sonuncuya satıb Zərərçəkmiş şəxs4 200 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 19 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs5 140 manat pul müqabilində aldığı 1 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 60 manat pul alaraq Zərərçəkmiş şəxs5 200 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 21 dekabr 2021-ci il tarixdə saat 03:00 radələrində İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 7 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə İmişli rayonu Qızılkənd kəndində yaşayan Zərərçəkmiş şəxs8 685 manat pul müqabilində aldığı 5 baş xırdabuynuzlu heyvan olan quzunun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 13 manat pul alaraq Zərərçəkmiş şəxs8 698 manat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, 21 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 3 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu Nərimankənd kəndində yaşayan Zərərçəkmiş şəxs9 230 manat pul müqabilində aldığı 2 baş xırdabuynuzlu heyvan olan quzunun əvəzində aldatma yolu ilə sonuncuya satıb qalıq qismində 70 manat pul alaraq Zərərçəkmiş şəxs9 300 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, 23 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində Beyləqan rayonu İkinci Aşıqalı kəndi ərazisində yerləşən “Oskar” adlı yanacaqdoldurma məntəqəsində istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 1 ədəd D14065316 nömrəli 200 Azərbaycan manatı nominallı saxta pul əskinasını özgə əmlakını ələ keçirmək məqsədilə idarə etdiyi “VAZ-2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10 litr “Aİ-92” markalı benzin doldurmaq qarşılığında həmin yanacaqdoldurma məntəqəsində operator işləyən Beyləqan rayonu Sarısu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 satıb qalıq qismində 190 manat pul alaraq Zərərçəkmiş şəxs7 200 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 23 dekabr 2021-ci il tarixdə saat 05:00 radələrində Beyləqan rayonu Eyvazlılar kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 5 ədəd D14065316 nömrəli 200 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Ağcabədi rayonu Yeni Qaradolaq kəndində yaşayan X3 1090 manat pul müqabilində aldığı 8 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb Tuqay Səfərzadəyə 1000 manat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 24 dekabr 2021-ci il tarixdə saat 06:00 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Yevlax rayonu Malbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs2 aldığı 7 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb Zərərçəkmiş şəxs2 1200 manat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 24 dekabr 2021-ci il tarixdə saat 08:00 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə etdiyi 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinaslarını özgə əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Əyricə kəndində yaşayan Zərərçəkmiş şəxs1 оğlundаn aldığı 10 baş xırdabuynuzlu heyvan olan qoyunun əvəzində aldatma yolu ilə sonuncuya satıb Zərərçəkmiş şəxs1 2700 mаnat dəyərində maddi ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 178.2.2 və 204.1-ci maddələrində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 178.2.2 və 204.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının CM-in 178.2.2.-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 204.1.-ci maddəsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə isə Cinayət Məcəlləsinin 204.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və sonda CMnin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli hesab edilə bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X27rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hallara onun himayəsində azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi daxildir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs оğlunun etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, şəhid övladı olması onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının CM-in 178.2.2. və 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə kifayət qədər şübhəli olduğundan 29 dekabr 2021-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan yəni, 29 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlu ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 1 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 3 ədəd A65097117 nömrəli 100 Azərbaycan nominallı, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, X4 təqdim etdiyi 5 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 1 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 7 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı və Zərərçəkmiş şəxs9 təqdim etdiyi 3 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs1 məxsus olan 10 baş və Zərərçəkmiş şəxs2 məxsus olan 7 baş xırda buynuzlu heyvanların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 6798 manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 434 (dörd yüz otuz dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ 34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 29 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 13 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı və 1 ədəd D18064865 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 6 ədəd A03805093 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 1 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 3 ədəd A65097117 nömrəli 100 Azərbaycan nominallı, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 2 ədəd A65097117 nömrəli 100 Azərbaycan manatı nominallı, X4 təqdim etdiyi 5 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 1 ədəd A14065316 nömrəli 200 Azərbaycan manatı nominallı, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 7 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı və Zərərçəkmiş şəxs9 təqdim etdiyi 3 ədəd D09206723 nömrəli 100 Azərbaycan manatı nominallı saxta pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus olan 10 baş və Zərərçəkmiş şəxs2 məxsus olan 7 baş xırda buynuzlu heyvanların sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 6798 (altı min yeddi yüz doxsan səkkiz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 434 (dörd yüz otuz dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar