Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-153/2021 14.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1982-cı il tarixdə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Ağdam rayonu 95 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən, məhkumluğu olmayan, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus “Toyota Camry” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 03 iyun 2021-ci il tarixdə saat 00:40 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə şəhəri Heydər Əliyev prospekti ərazisindən keçən hissəsində Bərdə rayonu Əliyanlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş yolu soldan sağa keçən piyada X6 vuraraq, ehtiyatsızlıqdan sonuncuya təpə nahiyəsinin əzilmiş yaraları, alın, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsi nahiyəsinin qançırı, döş qəfəsinin sağ çiyin nahiyələrinin sıyrıqları, sağ körpücük, İİİ, İV, V, sol İ, İİ qabırğaların sınıqları, sol baldır ayaq oynağı nahiyəsinin qançırı, sıyrıqları, sol baldır sümüklərinin qapalı sınığı, sol dirsək oynağı sümüklərinin açıq sınığı, sol əlin V barmağının qapalı sınığı, bədən səthinin əzilmiş yaraları, qançırları və sıyrıqları ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək zərərçəkmiş şəxs Yaşar Lazımovun ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu 95 saylı köçkün tam orta məktəbdə təlim – tərbiyə üzrə direktor müavini işləyir. Onun “Toyora Camry” minik markalı ** XH *** dövlət nömrə qeydiyyat nişanlı ağ rəngli avtomobili var. “Toyora Camry” minik markalı ** XH *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil X2 adına olsada, ona ƏN 310885 nömrəli etibarnamə ilə 06 iyul 2021-ci il tarixədək idarə etmək hüququ verilmişdir. Həmin avtomobil ona məxsudur və hadisə zamanı avtomobili o, idarə etmişdir. Avomobil idarə etmək üçün onun 06.11.2023-ci ilədək AE 901613 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 02 iyun 2021-ci il tarixdə saat 23 radələrində o, Şirvanlı kəndində yerləşən yaşadığı evdən çıxıb kənd yolu ilə Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhərin X4 yerləşən “Çinqozun dairəsi” deyilən yerdə dostu Fəhmindən borc pul götürərək benzin vurmaq üçün “Azpetrol” yanacaq doldurma məntəqəsinə yollanmışdır. Lakin sonradan fikrini dəyişdirərək “Kolanı” restoranın yaxınlığından yolu əks istiqamətə dönərək Heydər Əliyev prospekti ilə Bərdə-Ağdam rayonu ilə Əliyanlı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. 03 iyun 2021-ci il tarixdə saat 00:40 radələrində o, Bərdə- Ağdam rayonu ilə Əliyanlı kəndi istiqamətinə saatda 55-60 km surətlə hərəkətdə olarkən yolun solda-sağa keçən adının sonradan bildiyi X6 vurmuşdur. Hadisə zamanı o, Yaşarı görməmiş, həmin şəxs qəflətən idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Piyadanı vurmamaq üçün o, dərhal ayağını əyləcə basmış, avtomobili sağa çəkmış, lakin qəzadan qaça bilməmişdir. O, piyadanı vurduqda, piyadının başı avtomobilin alın şüşəsinə dəymiş və piyada göyə qalxaraq avtomobilin qabaq sol tərəfinə düşmüşdür. O, avtomobilini saxlayıb dərhal piyadanın yanına getmişdir. Piyada təxminən avtomobildən 1,5 metr aralı məsafədə olmuş və piyadadan spirtli içki iyisi gəlmişdir. O, Yaşarı vurmamışdan əvvəl Yaşarın əlində bir torba pomidor və bir butulka araq olmuşdur. O, dərhal təcili tibbi yardıma məlumat vermiş və Yaşarı təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışdır. Yolda olarkən baş vermiş hadisə ilə əlaqədar o, dostu Fəhminə məlumat vermişdir. Xəstəxanaya çatdıqda Yaşara ilkin tibbi yardım göstərilmişdir. Piyada içkili olmuş, onun gözlərinə qarşıdan gələn avtomobilin işığı düşmüş, qəflətən piyada qarşısına çıxmış, o, avtomobili sağa çəkmiş, lakin qəzadan qaça bilməmişdir. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, X8 onun atasıdır. 03 iyun 2021-ci tarixdə saat 05 radələrində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində evdə yatarkən, anası Şahnaz ona zəng edib atası Yaşarın rəhmətə getməsini bildirmişdir. Anası Şahnazdan atası Yaşarın 02 iyun 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixə keçən gecə saat 00:40 radələrində yaşadığı evdən çıxaraq Bərdə şəhəri Heydər Əliyev prospekti ilə yolub keçib “Lider” adlı maqazinə pomidor və digər ərzaq alması üçün getməsini, daha sonra isə evə qayıtdıqda yolu keçən zaman onu “Toyota Camry” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin vurmasını, bundan sonra isə atası Yaşarın aldığı xəsarətlərdən Bərdə rayon Mərkəzi xəstəxanasında vəfat etməsini öyrənmişdir. O, dərhal Bərdə şəhərinə gəlmiş və atasını vuran şəxsin Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Ertəsi gün atası Yaşar dəfn edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, barışmışdır. Odur ki, ədalətli qərar qəbl edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, X8 onun həyat yoldaşı olmuşdur. O, Bərdə rayonu Kələntərli kəndində yerləşən çörək birşirmə sexində kündəçi işləyir. O, hər gün saat 17 radələrində işə gedib, saat 06:30 radələrində işdən çıxır. 03 iyun 2021-ci il tarixdə saat 02:10 radələrində xatırlamadığı qonşu ona zəng edərək əri Yaşarı avtomobil vurduğunu bildirmişdir. O, dərhal iş yerindən çıxıb Bərdə rayon Mərkəzi Xəstəxanasına yollanmışdır. Xəstəxanaya çatdıqda Yaşarın huşsuz vəziyyətdə olmasını və zorla nəfəs almasını görmüşdür. Saat 03 radələrində Yaşar aldığı xəsarətlərdən Bərdə rayon Mərkəzi xəstəxanasında vəfat etmişdir. O, bu barədə qızı Günelə məlumat vermişdir. Ertəsi gün Yaşarın nəşi Bərdə rayon Məhkəmə tibb ekspertiza və pataloji anatomiya birliyindən götürülüb dəfn edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 03 iyun 2021-ci il tarixdə saat 01 radələrində Nicat ona zəng edərək yoldan keçən piyadanı vurmasını bildirmişdir. O, Nicatdan harada olmasını soruşmuşdur. Nicat ona piyadanı Bərdə RMX-na gətirməsini demişdir. O, dərhal Bərdə rayon xəstəxanasına yollanmışdır. Xəstəxanada olarkən polis əməkdaşları gəlmişlər. O, Nicat və Elçin polis əməkdaşları ilə birgə hadisə yerinə yollanmışdır. Hadisə yerinə o, Nicat və Elçinin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra o, xəstəxanaya getmiş, Nicat isə polis şöbəsinə yollanmışdır. O, hadisə zamanı orada olmamış, hadisədən sonra Nicat piyadanın adı X8 olmasını öyrənmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid5 Fizuli oğlunun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 Fizuli oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən DİO-da xidmət edir, hazırkı vəzifəsində isə 2017-ci il tarixdən xidmət edir. 03 iyun 2021-ci il tarixdə saat 00:40 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Camry” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olan zaman yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yolu soldan sağa keçən adını sonradan bildiyi piyada X6 vurmuşdur. Hadisə barədə Bərdə RPŞ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra Bərdə rayon mərkəzi xəstəxanasına getmişdir. Mərkəzi xəstəxada olarkən Təqsirləndirilən şəxs və müstəntiq ilə hadisə yerində müayinə aparmaq üçün Bərdə şəhəri H.Əliyev prospektinə getmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs hal şahidlərinin iştirakı ilə hadisənin baş vermə mexanizmini göstərmişdir. Cinayət işinə əlavə edilmiş 03 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 03 iyun 2021-ci il tarixdə saat 00:40 radələrində Bərdə şəhəri X4 Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Camry” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu soldan sağa keçən piyada X6 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Yaşar Lazımov aldığı xəsarətlərdən ölmüşdür. Cinayət işinə əlavə edilmiş 03 iyun 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, X5 bədəni üzərində başın alın-təpə nahiyəsinin əzilmiş yaraları, alın, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsi nahiyəsinin qançırı, döş qəfəsinin sağ çiyin nahiyələrinin sıyrıqları, sağ körpücük, İİİ, İV, V, sol İ, İİ qabırğaların sınıqları, sol baldır ayaq oynağı nahiyəsinin qançırı, sıyrıqları, sol baldır sümüklərinin qapalı sınığı, sol dirsək oynağı sümüklərinin açıq sınığı, sol əlin V barmağının qapalı sınığı, bədən səthinin əzilmiş yaraları, qançırları və sıyrıqları var, aldığı həmin xəsarətlər nəticəsində Yaşar Lazımov vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2021-ci il tarixli 8/1524 nömrəli rəyindən görünür ki, “Toyota Camry” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə edilmiş “MTE və PA” birliyinin 03.06.2021-ci il tarixli 14 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki:
1. X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın alın-təpə nahiyəsinin əzilmiş yaraları, alın, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsi nahiyəsinin qançırı, döş qəfəsinin sağ çiyin nahiyələrinin sıyrıqları, sağ körpücük, İİİ, İV, V, sol İ, İİ qabırğaların sınıqları, sol baldır ayaq oynağı nahiyəsinin qançırı, sıyrıqları, sol baldır sümüklərinin qapalı sınığı, sol dirsək oynağı sümüklərinin açıq sınığı, sol əlin V barmağının qapalı sınığı, bədən səthinin əzilmiş yaraları, qançırları və sıyrıqları vardır.
2. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən tarixə-yəni 03.06.2021-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.
3. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur.
4. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-8 saat olar baş vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 15 iyun 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus “Toyota Camry” markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 03 iyun 2021-ci il tarixdə saat 00:40 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə şəhəri Heydər Əliyev prospekti ərazisindən keçən hissəsində Bərdə rayonu Əliyanlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş yolu soldan sağa keçən piyada X6 vuraraq, ehtiyatsızlıqdan sonuncuya təpə nahiyəsinin əzilmiş yaraları, alın, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumuşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, döş qəfəsi nahiyəsinin qançırı, döş qəfəsinin sağ çiyin nahiyələrinin sıyrıqları, sağ körpücük, İİİ, İV, V, sol İ, İİ qabırğaların sınıqları, sol baldır ayaq oynağı nahiyəsinin qançırı, sıyrıqları, sol baldır sümüklərinin qapalı sınığı, sol dirsək oynağı sümüklərinin açıq sınığı, sol əlin V barmağının qapalı sınığı, bədən səthinin əzilmiş yaraları, qançırları və sıyrıqları ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək zərərçəkmiş şəxs Yaşar Lazımovun ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla biməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun hadisəninin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza çəkmənin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus olan «Toyota Camry» ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 100 (yüz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablan. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus olan «Toyota Camry» ** XH *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (yüz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov