Məhkəmə qərarları › İş №1(021)-153/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-153/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-153/2022 22.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1990-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu Əliyanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində yumruqla Zərərçəkmiş şəxs sifətinə və bədəninə qəsdən vuraraq burun nahiyəsinin şişkinliyi və qançırı, sıyrığı, burun sümüyü ucunun yerdəyişməyən sınığı, üst dodaq nahiyəsinin selikli qişasının səthi əzilmiş yarası, dodaq nahiyəsinin, sol əlin İv barmağının İ falanqasının sıyrıqları, alt çənədə 1 ədəd dişin qırılması, diş ətinə, yanağın selikli qişasına qansızma, sağ gözyuvasıaltı, sağ xarici qulaq nahiyyələrinin qançırları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə görə özünə məxsus olan avtomobillə Bərdə -Tərtər marşurutu ilə taksilik edib ailəsini dolandırır. Tərtər rayon sakini Zərərçəkmiş şəxs baş vermiş hadisədən təxminən 10 gün əvvəl tanımışdır. Heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Bərdə şəhərində Həzi Aslanov küçəsində dəmir yolu xəttini keçəndən sonra o və ondan başqa təxminən 17 nəfər taksi sürücüsü orada növbə ilə dayanıb gələn sərnişinləri götürüb Bərdə-Tərtər marşurutu üzrə daşıyırlar. Bərxudar isə növbə gözləmədən 10 gün idi ki, idarə etdiyi Toyota Prius markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələn sərnişinləri götürüb gedir və orada növbədə dayanan taksi sürücülərinə qarşı hörmətsizlik edirdi. Onlar isə saatlarla gözləyirlər ki, növbələri çatsın sərnişin aparsınlar. Bəzən də elə hallar olur ki, saatlarla gözləyirlər, gün ərzində növbəsi çatana kimi sərnişin olmur və çıxıb evə gedirlər. Başqa dolanacaq yeri yoxdur, ailəni həmin pulla saxlayır. Hətta bir neçə dəfə Bərxudara orada taksi fəaliyyəti ilə məşğul olan yaşlı sürücülərdən Pəhlivan, Zakir, Rufan, Baba ləqəbli Füzuli irad tutub demişlər ki, «gəl növbəyə dayan növbə ilə sərnişin apar». Bərxudar isə onlara hörmətsizlik edərək, «mən beləyəm, siz kimsiniz, gedin işinizlə məşğul olun» deyib öz bildiyi kimi hər gün növbə gözləmədən sərnişin yığıb aparır. Növbə gözləyən taksidə oturan sərnişinlər də onlardan sonra gələn sərnişinin tez getdiyini görüb narazılıq edirdilər. 21 aprel 2022-ci il tarixdə saat təxminən 19.00 radələrində o, əvvəlki qaydada Bərdə şəhər Həzi Aslanov küçəsində Tərtər istiqamətində dəmir yolu xəttini keçəndən sonra növbədə dayanmış, həmin vaxt Bərxudar idarə etdiyi Toyota Prius markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib dəmir yolu xəttini keçən kimi sağ tərəfdə dəmir yol xəttinin mühafizə zonasında yolun hərəkət hissəsində növbə gözləmədən dayanmış, həmin vaxt onun növbəsi olmuşdur. Onun maşınında iki nəfər Tərtər rayonuna gedən tanımadığı qadın sərnişinlər olmuş, əlavə iki nəfər də olsa götürüb gedəcəkmiş. Həmin vaxt taksi sürücüsü Baba kimi tanıdığı Füzuli və Ramil Bərxudara yaxınlaşıb demişlər ki, «səndən əvvəl növbədə olan maşında sərnişin var, qoy yığıb getsin, sən də gəl bizim kimi növbədə dayan növbən çatanda da sərnişin aparıb gedərsən». Lakin Bərxudar eşitməmiş, onların sözünə əhəmiyyət verməmiş, həmin vaxt bir nəfər tanımadığı sərnişin gəlmiş, Bərxudar həmin şəxsi çağırıb öz maşınına əyləşdirmiş, o, Bərxudara yaxınlaşıb «mənim maşınımda bayaqdan Tərtərə getmək üçün gözləyən qadınlar var, bir nəfəri götürdün çıx get» demiş, Bərxudar ona «yaxşı eliyirəm, indidən sonra da iki nəfər də götürəcəm, mən beləyəm, get işinlə məşğul ol» demiş, bu səbəbdən aralarında mübahisə baş vermiş, həmin vaxt Bərxudar maşının içərisindən əli ilə sinəsindən itələyib «sən get işinlə məşğul ol» demiş, sonra Bərxudar maşından düşüb əli ilə boğazından boğub onu itələmiş və «sizin var yoxunuzu belə-belə edim» deyib söymüş, Bərxudar hamının ünvanına var-yox söyüşü etdiyinə görə «nə dedin» deyib yumruqla Bərxudarın sifətinə və başına bir neçə dəfə vurmuş, lakin söyməmiş, sonra onları aralaşdırmışlar. Maşınında olan iki nəfər qadını Tərtər rayonuna aparıb düşürtmüş və geri Bərdə rayonuna qayıtmışdır. Hadisə baş verən günü şikayət etməyi özünə sığışdırmamış, sonradan Bərxudar barışmadığına və ondan şikayət etdiyinə görə bir neçə gün sonra xx.xx.2022-ci il tarixdə o da Bərxudardan şikayət etmişdir. Hadisə baş verən gün Bərxudarın yanına getmiş və sonradan qohumlarını və dostlarını Bərxuradın yanına göndərmişdir ki, barışsın, lakin Bərxudar ondan 4000 (dörd min) manat pul tələb etmişdir. O,Bərxudara 1500 manat pul vermiş, Bərxudar əvvəlcə onunla barışıb notariusda barışıq ərizəsi versə də sonradan 2500 manat pul tələb etmiş, o, qalan pulu vermədiyinə görə Bərxudar barışıqdan imtina etmişdir. Əməlindən səmimi peşman olmasını, himayəsində az yaşlı uşaqlarının, xəstə həyat yoldaşının və atasının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Baba, Ramin, Babək və Rəsul adlı şəxsləri əvvəl tanımamış, qohum deyil, ədavəti yoxdur. Tərtər rayonu Qapanlı kəndində valideynləri ilə birlikdə yaşayır. Etibarnamə əsasında özünə məxsus olan «X11» markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 21 aprel 2022-ci il tarixdə saat təxminən 18.00 radələrində Bərdə şəhərinə Azpetrol yanacaq doldurma məntəqəsinə benzin və maşının mühərrikinə əlavə yağ tökmək üçün gəlmiş, Azpetrol yanqacaq doldurma məntəqəsindən çıxandan sonra mühərrikə yağ dəyişmə sexində yağ əlavə etdikdən sonra Tərtər rayonuna qayıdarkən Bərdə şəhərinin Həzi Aslanov küçəsində Tərtər istiqamətində «İlqar» marketin qarşı tərəfinə çatanda, dəmir yol keçidini keçməmiş, tanımadığı Tərtər rayonuna gedən bir nəfər sərnişin ona əl etmiş, maşını saxlamış, həmin şəxs ona Tərtər rayonuna getdiyini bildirmiş və maşına oturmuş, o həmin şəxsə 5-10 dəqiqə gözləməsini bildirmişdir ki, iki nəfər də gəlsin götürüb getsinlər. İlqar marketin qarşısında maşını saxlamış, maşının içərisində oturub gözləmişdir. Həmin vaxt saat təxminən 18.45 radələrində sol tərəfində üzdən tanıdığı sonradan adını Baba kimi bildiyi şəxs idarə etdiyi ağ rəngli Vaz-2106 markalı maşınla dayanmış, Baba adlı şəxs orada niyə saxladığını, onlar orada çörək qazandıqlarını bildirmiş, o, Baba adlı şəxsə «burda heç kimin şəxsi yeri yoxdur, burda hamı maşın saxlaya bilər» demiş, həmin şəxs söyüşlə ona çıxıb getməsini bildirmiş, «biz Bərdəliyik, sən də Tərtərlisən, burda Bərdə taksiləri dayana bilər, sən taksi işləyən adam deyilsən, yolüstüsən» demiş, o, «Bərdə Tərtər nə fərqi var, 44 günlük müharibədə Bərdə Tərtər hamımız bir olmuşuq. Belə də qaldı ki, mənim xalam oğlu X3, şəhid olub» demiş, Baba adlı şəxs yenə ona söyüşlə çıxıb getməsini bildirmiş və şəhidin ünvanına söymüş, maşını saxlayıb onunla söhbət edəcəyini bildirmiş, həmin şəxs dəmir yolu reysini Tərtər istiqamətinə keçib maşını saxlayıb onun yanına gəlmiş, Ramin adlı taksi sürücüsü də gəlmiş, ona yaxınlaşmışlar. Hər ikisi ona söyüş söymüş, burdan çıxıb getməlirini bildirmiş, onunla əl qolnan danışmışlar. , Ramin isə əli ilə boğazından tutb sıxıb itələmiş, hər ikisi ağzına söyüb, söyüşlə oradan çıxıb getmələrini bildirmişlər. O, həmin şəxslərə çıxıb getmələrini bildirmiş, Ramin və Baba çıxıb getmişlər, həmin vaxt Baba içkili vəziyyətdə olmuş, ağzından araq iyi gəlmişdir. O, maşından yerə düşmüş və demişdir ki, «siz ki belə etdiniz mən burdan kilent yığacam». Təxminən 10 dəqiqə keçməmiş Baba, Ramin, Babək və Babəkin qardaşı Rəsul onun yanına gəlib nəyə görə orada dayandığını, nəyə görə yolüstü olduğuna görə oradan sərnişin yığdığını bildirmiş, o həmin şəxslərə «yaxşı eliyib kilent yığıram» deyən kimi həmin şəxslərin dördü də onu döymüşlər. Babək kəllə ilə burnuna vurmuş, sonra ardınca Ramin yumruqla burnuna, sağ gözünə bir neçə dəfə vurmuş, Rəsul yumruqla sol tərəf çənəsinə iki dəfə vurmuş, sol tərəf alt çənəsində olan iki dişi düşmüş, Baba üz nahiyyəsinə, dodağına və sağ qulağına yumruqla vurmuş, burnundan qan axmış, sonra aralaşmışlar və maşına minib getmişlər. Sonra təcili yardım maşını ilə Bərdə Diaqnostika mərkəzinə getmiş, bir gün orada stasionar müalicə almış, həkimlər burnuna tampon qoymuş və ona yardım etmişlər. 22 aprel 2022-ci il tarixdə həkimlər onu evə buraxmışlar. xx.xx.2022-ci il tarixdə Tərtər rayonunda evdə səhhəti pisləşmiş, burnundan qan açılmış, başı hərlənmiş, yerə yıxılmış, təcili yardım maşını ilə Tərtər rəyon mərkəzi xəstəxanasına yerləşmiş, bir həftə xəstəxanada stasionar müalicə olunmuşdur. Hadisə nəticəsində ona ziyan dəymişdir. Dəymiş ziyanı 4000 manat dəyərində qiymətləndirir. Babək tərəfindən ona 1500 manat ödənilsə də qalan ziyan ödənilmədiyindən Babək ilə barışmır. Odur ki, Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Heç bir yerdə işləmədiyinə görə özünə məxsus olan avtomobillə taksi sürücüsü qismində Bərdə- Tərtər marşurutu ilə sərnişin daşıyıb qazanc əldə edir. Bərdə şəhərində Həzi Aslanov küçəsində dəmir yolu xəttini keçəndən sonra ondan başqa digər şəxslər də hər gün taksi sürücüsü qismində orada növbə ilə dayanıb gələn sərnişinləri götürüb Tərtər rayonuna aparırlar. Bərxudar isə növbə gözləmədən 10 gündən artıq idi ki, idarə etdiyi Toyota Prius markalı maşını ilə gələn sərnişinləri götürüb gedir və orada növbədə dayanan taksi sürücülərinə və növbədə dayanan taksidə gözləyən sərnişinlərin artıq vaxt itirib gözləməsinə səbəb olurdu. Hətta bir neçə dəfə o, və digər şəxslər Bərxudara irad tutub demişlər ki, növbəyə dayanıb növbə ilə sərnişin aparsın. Hətta ona demişdir ki, növbədə olan sərnişinləri gözlətməmək və digər taksi sürücülərinə qarşı hörmətsizlik olmasın deyə növbədə dayansın. Bərxudar isə hörmətsizlik edərək öz bildiyi kimi də hər gün növbə gözləmədən sərnişin yığıb aparmışdır. Hadisə baş verən günü onun növbəsi olmuşdur. Saat 08:00-dan sərnişin gözləmiş, saat 14:00-da Bərxudar gələrək onun növbəsi olmasına baxmayaraq növbəni pozaraq sərnişinləri götürüb getmişdir. Bərxudarın hərəkətinə əsəbləşdiyi üçün çıxıb evə getmişdir. Axşam yenidən qayıdıb dayandıqları yerə gəlmişdir. Gələn zaman hadisənin olduğunu eşitmişdir. Babəkin Bərxudarı vurduğunu görməmiş bu barədə iş yoldaşlarından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Heç bir yerdə işləmədiyinə görə özünə məxsus olan avtomobillə Bərdə-Tərtər marşrutu ilə sərnişin daşıyıb taksilik edib ailəsini dolandırır. Bərdə şəhərində Həzi Aslanov küçəsində dəmir yolu xəttini keçəndən sonra ondan başqa təxminən 15 nəfərdən çox taksi sürücüsü orada növbə ilə dayanıb gələn sərnişinləri götürüb Tərtər rayonuna aparırlar. Bərxudar isə növbə gözləmədən 10 gündən artıq idi ki, idarə etdiyi Toyota Prius markalı maşını ilə gələn sərnişinləri götürüb gedir və orada növbədə dayanan taksi sürücülərinə və taksidə gözləyən sərnişinlərin artıq vaxt itirib gözləməsinə səbəb olaraq onlara qarşı hörmətsizlik edir. Hətta bir neçə dəfə o, Pəhlivan kişi, Rufan kişi orada Baba kimi tanıdıqları Füzuli Bərxudara irad tutub demişlər ki, növbəyə dayanıb növbə ilə sərnişin aparsın. Növbədə olan taksilərdəki sərnişinlər narahat olur, vaxt itirib gözləyirlər sən də onlar gözləyəgözləyə başqa sərnişin aparırsan». Bərxudar isə hörmətsizlik edərək, hər gün növbəsiz olaraq sərnişin yığıb aparmışdır. Hətta dava baş verən gündən təxminən 3-4 gün əvvəl ağsaqqal kimi Bərxudarın qolundan tutub «başına dönüm, biz burda növbə ilə işləyirik, gəl dayan növbəyə sən də növbə ilə sərnişin daşı» demiş, lakin bu günkü günə kimi Bərxudar nə növbəyə dayanır nə də onlara hörmət qoyur. Yenə də növbə gözləmədən maşınını aralıda saxlayıb sərnişin daşıyır ki, bu da orada olan taksi sürücülərinin haqlı narazılığına səbəb olur. 21 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində öz maşını ilə növbədə dayanmış, həmin vaxt Babəkin növbəsi olmuş, Babəkin maşınında həmin vaxt Tərtərə gedən iki nəfər tanımadığı qadın sərnişin olmuş, həmin vaxt Bərxudar gəlmiş və Tərtər istiqamətində idarə etdiyi maşını dəmir yolunun mühafizə zonasında sağ tərəfdə saxlayıb növbə gözləmədən bir nəfər sərnişin götürmüş, Babək Bərxudara yaxınlaşmış və bunu Bərxudara irad tutub növbə gözləməsini, növbəsi çatanda sərnişin aparmasını demiş, həmin vaxt aralıda olmuşdur. Oraya gələn zaman Bərxudarın üzü qanlı olmuşdur. Babəkin boğazında iz olmuş, o Babəkdən bu barədə soruşduqda Babək ona Bərxudarın onu boğduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərmişdir ki , əsil adı Füzuli olmasına baxmayaraq el arasında Baba kimi tanıyarlar, ləqəb adı Babadır. Heç bir yerdə işləmədiyinə görə özünə məxsus olan avtomobillə Bərdə-Tərtər marşurutu ilə taksilik edib ailəsini dolandır. Tərtər rayon sakini Zərərçəkmiş şəxs hadisədən təxminən 10 gün əvvəldən tanımış, qohum deyil, ədavəti yoxdur. Bərdə şəhərində Həzi Aslanov küçəsində dəmir yolu xəttini keçəndən sonra o və ondan başqa təxminən 19 nəfər taksi sürücüsü orada növbə ilə dayanıb gələn sərnişinləri götürüb Tərtər rayonuna aparırlar. Bərxudar isə növbə gözləmədən 10 gün idi ki, idarə etdiyi Toyota Prius markalı avtomobili ilə gələn sərnişinləri götürüb gedir və orada növbədə dayanan taksi sürücülərinə və növbədə dayanan taksidə gözləyən sərnişinlərin artıq vaxt itirib gözləməsinə səbəb olaraq onlara qarşı hörmətsizlik edir. Onlar isə elə hallar olur ki, saatlarla gözləyirlər ki, növbələri çatsın sərnişin aparsınlar. Bəzən də elə hallar olur ki, saatlarla gözləyirlər, gün ərzində növbələri çatana kimi sərnişin olmur və çıxıb evə gedirlər. Başqa dolanacaq yeri yoxdur, ailəni həmin pulla saxlayırlar. Hətta bir neçə dəfə Bərxudara o, və orada taksilik edən yaşlı sürücülər irad tutub demişlər ki, «gəl növbəyə dayan növbə ilə sərnişin apar. Növbədə olan taksilərdəki sərnişinlər narahat olur, vaxt itirib gözləyirlər sən də onlar gözləyəgözləyə başqa sərnişin aparırsan». Bərxudar isə hörmətsizlik edərək, «mən beləyəm, siz kimsiniz» demiş və və öz bildiyi kimi hər gün növbə gözləmədən sərnişin yığıb aparmışdır. 21 aprel 2022-ci il tarixdə saat təxminən 19.00 radələrində əvvəlki qaydada Bərdə şəhər Həzi Aslanov küçəsində Tərtər istiqamətində dəmir yolu xəttini keçəndən sonra idarə etdiyi avtomobillə növbədə dayanıb öz növbəsinin çatmasını gözləmiş, həmin vaxt Bərxudar idarə etdiyi Toyota Prius markalı avtomobillə gəlib dəmir yolu xəttini keçən kimi sağ tərəfdə yolun hərəkət hissəsində növbə gözləmədən dayanmış, həmin vaxt Babəkin növbəsi olmuş, Babəkin maşınında Tərtərə gedən iki nəfər tanımadığı qadın sərnişin olmuş, əlavə bir, yaxud iki nəfər sərnişin olsa götürüb gedəcəkmiş. O, Bərxudarın yenə özbaşınalıq edib növbə gözləmədən sərnişin aparmaq istədiyini görüb ona yaxınlaşmış, Bərxudara demişdir ki, «cavan oğlansan, görürsən ki, səndən əvvəl növbədə dayanan maşın var, camaatın maşınında adam var. Gəl növbədə dayan növbən çatanda adam yığıb çıx get. Atan yaşda adamam, mən bu yaşımda növbə gözləyirəm, məndən də yaşlı taksi sürücüləri var, hamısı növbə gözləyirlər, sən də gəl növbədə dayan». Bərxudar ona «get işinlə məşğul ol, mən beləyəm, gələcəm də yığacam da siz kimsiniz» demiş, sonra Ramil gəlmiş, Ramil da ona «gəl növbə ilə sərnişin yığ get, sənə kim nə deyir ki» demiş, Bərxudar Ramilə də ona dediyi kimi demiş, ondan aralaşıb getmişlər. Sonra o mağazaya siqaret almağa girmiş, çıxanda görmüşdür ki, Bərxudar bir nəfər sərnişin götürmüş, Babək ona yaxınlaşıb maşınında sərnişin olduğunu bildirmiş və növbə gözləməsini demiş, o, təxminən 7-8 metr aralıda olmuş, həmin vaxt Babək maşının pəncərəsindən Bərxudara demişdir ki, «maşında adam var qoy yığım gedim». Bərxudar Babəki maşının içindən itələmiş, var-yox söyüşü eləmiş, sonra maşından düşüb Babəkin boğazından tutub itələmiş və yenə hamının ünvanına var-yox söyüşü etmiş, var-yox söyüşü etdiyinə görə Babək Bərxudarın sifətinə bir neçə dəfə yumruqla vurmuş, adamlar yığışdığını görüb, onlara yaxınlaşıb aralaşdırmış, Bərxudarı çəkib maşınına oturtmuş və əlilə ağzını yumub demişdir ki, «söyüş söymə cavan oğlansan». Lakin Bərxudar yenə ümumi orada olanların var-yoxuna söyüş söymüş, Bərxudarın ağzını yummuşdur ki, camaata söyməsin, söydüyü söyüşü eşitməsinlər, çəkib maşina oturtmuşdur ki, orada olanlar onu döyməsindər. Çünki hamının ünvanına söymüşdür. Sonra hadisə yerinə polislər gəlmişlər. Hadisədən sonra ağsaqqal tanışlarını və dostlarını o da Bərxuradın yanına göndərmişdir ki, Babəklə barışsın. Babək özü də barışmaq üçün ağsaqqal göndərmiş, lakin Bərxudar eşitməmiş, Babəkdən 5000 (beş min) manat pul tələb edib demişdir ki, beş min manat ver barışım. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2, Şahid5, Şahid8, Şahid3 digər şahidlərin ifadələrinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid4 və Şahid7 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə şəhərində H.Aslanov küçəsində dəmir yolu xəttini keçəndən sonra Tərtər rayonuna gedən taksilərin dayanacağının yanında qəssabxana işlədir. Tərtər rayon sakini Zərərçəkmiş şəxs hadisə vaxtı tanımış, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs, Babəkin qardaşı Şahid3, Şahid2 və X1 tanıyır, qohum deyil, ədavəti yoxdur. 21 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində qəssabxanada olmuş, səsə küyə çölə çıxanda görmüşdür ki, Tərtər istiqamətində dəmir yolu xəttini keçən kimi yolun sağ tərəfində Bərxudar şlaqbaumu keçməmiş maşınını saxlamış, maşının içindən Babəklə mübahisə edirlər. Bərxudar maşının içində oturmuş, Babək maşının çölündə olmuşdur. Həmin vaxt Bərxudar Babəkə var-yox söyüşü etmiş, Bərxudar maşının içindən Babəkin boğazından əli ilə tutub itələmiş, Babəkə var yox söyüşü etdiyinə görə Babək Bərxudarın sifətinə yumruqla vurmuş, gedib onları aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə şəhərində H.Aslanov küçəsində dəmir yolu xətini keçəndən sonra Tərtər rayonuna gedən yolun sağ tərəfində ərzaq mağazasında fəhlə işləyir. Tərtər rayon sakini Zərərçəkmiş şəxs hadisə vaxtı tanımış, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs, Babəkin qardaşı Şahid3, Şahid2 və X1 tanıyır, qohum deyil, ədavəti yoxdur. 21 aprel 2022-ci il tarixdə saat təxminən 19.00 radələrində mağazada olmuş, səsə-küyə çölə çıxanda Tərtər istiqamətində dəmir yolu xəttini keçən kimi yolun sağ tərəfində Bərxudar şlaqbaumu keçməmiş maşınını saxlayıb, maşının içindən Babəklə mübahisə etdiklərini görmüş, Bərxudar maşının içində oturmuş, Babək maşının çölündə olmuşdur. Həmin vaxt Bərxudar Babəkə var-yox söyüşü etmiş, maşının içindən Babəkin boğazından əli ilə tutub itələmiş, maşından yerə düşüb yenə Babəkin boğazından tutub itələmiş, Babəkə söyüş söymüş, Babəkə söyüş söydüyünə görə Babək yumruqla Bərxudarın sifətinə vurmuş, orada olan şəxslər onları aralaşdırmışlar. Cinayət işinə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertizası və PA Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 22 aprel 2022-ci il tarixli, 245 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun nahiyyəsinin şişkinliyi və qançırı, sıyrığı, burun sümüyü ucunun yerdəyişməyən sınığı, üst dodaq nahiyyəsinin selikli qişasının səthi əzilmiş yarası, dodaq nahiyyəsinin, sol əlin İV barmağının İ falanqasının sıyrıqları, alt çənədə 1 (bir) ədəd azı dişin qırılması, diş ətinə, yanağın selikli qişasına qansızma, sağ gözyuvasıaltı, sağ xarici qulaq nahiyyələrin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olunmamışdır. Cinayət işinə əlavə edilmiş baş vermiş hadisənin Təhlükəsiz Şəhər Xidmətinin BTŞ 008 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası tərəfindən xx.xx.2022-ci il tarixli saat 19:20- 19:44-dək olan müddətdəki videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk və ona baxış keçirilməsi barədə 05 iyun 2022-ci il tarixli protokoldan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq zəminində xəsarət yetirdiyi müəyyən edilir. Cinayət işinə əlavə edilmiş 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən, Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Əliyanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, himayəsində iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Tərtər rayon Yuxarı Qapanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Tərtər rayon Yuxarı Qapanlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən də göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 1500 manat miqdarında ödəniş etməklə dəymiş ziyanı qismən ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. X10 Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində yumruqla Zərərçəkmiş şəxs sifətinə və bədəninə qəsdən vurularaq burun nahiyəsinin şişkinliyi və qançırı, sıyrığı, burun sümüyü ucunun yerdəyişməyən sınığı, üst dodaq nahiyəsinin selikli qişasının səthi əzilmiş yarası, dodaq nahiyəsinin, sol əlin İv barmağının İ falanqasının sıyrıqları, alt çənədə 1 ədəd azı dişin qırılması, diş ətinə yanağın selikli qişasına qansızma, sağ göz yuvasıaltı, sağ xarici qulaq nahiyyələrinin qançırları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. (2-ci bənd); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. (4-cü bənd). “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi, həmçinin Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmasa da, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarda göstərilmişdir ki, Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin qərarda göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olması onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayətə görə peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Təhlükəsiz Şəhər Xidmətinin BTŞ 008 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerası tərəfindən hadisə yerinin xx.xx.2022-ci il tarixli saat 19:20-19:44-dək olan müddətdəki videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (ay) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar