Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-153/2025 17.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı Bərdə şəhəri, Babək küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ögey əmisi qızı Zərərçəkmiş şəxs ilə sonuncunun həmin həyətyanı sahədə qurutmaq üçün yerləşdirdiyi otların onun tərəfindən yığışdırılmasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saç nahiyyəsindən tutub yerə yıxaraq, həmçinin yerdə isə yumruqla boyun, sağ said nahiyyələrinə qəsdən zərbələr vurub, sol bazu nahiyyəsini dişləyərək Zərərçəkmiş şəxs sağlamlığına, kəllə-beyin travması, beyin silkələnməsi, sağ saidin orta 1/3-nin ön səthinin, boyunun sol yan səthinin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bel nahiyyəsinin qançırları, sağ saidin orta 1/3-nin ön səthinin, sol əlin İİ-İİİ barmağının əsas falanqasının arxa səthlərinin, boyunun sağ yarısının aşağı səthinin, sol bazu oynağının arxa-bayır səthinin, sol bazunun yuxarı 1/3nin arxa-bayır səthinin, kürək, sağ bel nahiyələrinin sıyrıqları ilə nəticələn sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Çardağın içərisində onlar paltar asır, orada otururlar. Aynur isə oraya ot gətirib yığmışdı. O, həmin otları yığışdırıb darvazanın yanında otların üstünə yığmışdır. Aynur axşam saatlarında anasından otu niyə yığışdırmalarını soruşmuşdur. O, bu sözləri eşidib pis olmuş və Aynura otu onun yığdığını demişdir. Aynur otları yığıb əvvəlki yerinə qaytarmaq istəmişdir. Bu zaman onu əxlaqsız sözlərdə təhqir etmişdir. Ona yaxınlaşıb əxlaqsız olduğunu sübut etməsini bildirmişdir. Aynur elə bilmişdir ki, onu vurmaq istəyir. Aynur onun paltarından tutub boğazını sıxmışdır. O, ilişib yıxılmış, yıxılan zaman saçı onun əlində olduğundan Aynurun üstünə yıxılmışdır. Aynur onun saçını tutub dartmışdır. O, özünü müdafiə etmək məqsədi ilə onun sol qolunu dişləmişdir ki, onu buraxsın. O, isə onu buraxmamışdır. Sonra özü onun saçını buraxıb qaçmışdır. Aynur yıxılan zaman həmin xəsarətləri alıb, yerdə daş qaya olduğu üçün yıxılanda daşlar ona xəsarət yetirib, onun əllərindəki xəsarətləri necə almasını bilmir. Həmçinin bildirmişdir ki, onların arasında dava 10 dəqiqə çəkmişdir. O, zərərçəkmiş şəxsi vurmamışdır, onunla dalaşmaq fikri olmamışdır. Aynur onun anasını təhqir etmişdir. Videoda olandan başqa heçnə etməmişdir. O, atasının və anasının hirsini ondan çıxır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Bərdə şəhəri, ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. Zərərçəkmiş şəxs onun ögey əmisi qızıdır. X8 ilə Zərərçəkmiş şəxs arasında mülki mübahisələri vardır. 08 aprel 2025-ci il tarixdə o, atası evinin həyətyanı sahəsində olmuş və Zərərçəkmiş şəxs həyətdə olan otları yığaraq onların paltar sərdiyi yerə yığmışdır. Həmin günü o otları yığaraq darvazanın qarşısına aparmışdır. Həmin gün, yəni 08 aprel 2025-ci il tarixində saat 18 radələrində Aynur anası Sevdanı çağıraraq “mən yığdığım otları niyə dağıtmısınız” deyərək anasının üzərinə qışqırmışdır. O, Aynura yaxınlaşaraq həmin otları onun yığdığını demişdir. Həmin səbəbdən Aynurla aralarında mübahisə yaranmış və mübahisə zamanı Aynur əlləri ilə köynəyindən tutduğu üçün o da Aynurun köynəyindən tutmuşdur. Həmin vaxt onun köynəyi cırıldığı üçün Aynur əlləri ilə onun saçından tutmuşdur. Daha sonra o da Aynurun saçından tutmuşdur. Hər ikisi yerə yıxılmış, yerdə olan zaman o, Aynurun qol nahiyyəsindən dişləmişdir. Bu zaman anası Sevda onların yanına gələrək mobil telefonu ilə çəkiliş etmişdir. Yerdə olan zaman Aynur təpiklə bir neçə dəfə onun qarın nahiyyəsindən vurmuşdur. Bundan sonra hər ikisi ayağa qalxmışdır, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə, daha sonra Bərdə rayon polis şöbəsinə məlumat vermişdir. Hadisə 5-7 dəqiqə ərzində baş vermiş və həmin vaxt ətrafda anası Şahid2 olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun Aynurla düşmənçiliyi yoxdur, sadəcə atası Novruz ilə Aynurun arasında mülki mübahisə olmuşdur. O, Aynurun saçından tutmuş və dişləmişdir, lakin onu vurmamışdır. O, hadisə zamanı xəsarət almışdır. Məhkəmə istintaqında iş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, 2016-cı ildə əmlak onun adına keçdikdən sonra Gülərgil ilə onların mübahisələri olub. Onların onun evində yaşamaq hüquqları yoxdur, onlar onun ailə üzvləri deyil. Mahiyyəti üzrə bildirdi ki, aldığı xəsarətlər göz qabağındadır. Hadisəni Təqsirləndirilən şəxs anası telefonla çəkib. İş materiallarında bu barədə sübut var. O, həyətə quru ot yığıb həyətə qoymuşdur. Gülərgil onun yerini dəyişmişdilər. Ona otların yerini kimin dəyişdirdiyini soruşmuşdur və bunun üstündə mübahisə düşmüşdür. Gülər onu döymüş, divara çırpmış, anası isə bu hadisəni telefon ilə çəkmişdir. Gülər onu yerdə sürümüşdür, o, belindən xəsarət almışdır. Eyni zamanda dişləmişdir. Gülər onun boğazından tutub sıxıb, yerə yıxıb yerdə sürümüşdür. O, ot tayasını quruması üçün talanın altına yığmışdır. İşdən qayıdanda görmüşdür ki, otu götürdüyü yerə qaytarmışdılar. Həmin torpaq sahəsi onun mülkiyyətindədir. Gülər pilləkənlə düşəndə Gülərə “onsuzda az qalıb siz gedecəksiniz” demişdir. Sonra Gülər ona toyuq hininin yanında yaxınlaşıb boğazından yapışıb, boğmuş sonra başını yerı çırpmış və onu yerə yıxıb üstünə çıxmışdır. Anası isə telefonla çəkmişdir. Təqsirləndirilən şəxs cəza verilməsini xahiş etdi. Bununla yanaşı, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Babək küçəsi ev 3 ünvanında yaşayır. ADRA-nın X7 İdarəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. 08 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinin mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun ögey əmisi qızıdır. O, Gülər ilə eyni həyətdə yaşayır. Ancaq ayrı-ayrı mənzilləri vardır. Gülər həmin mənzildə valideynləri ilə birlikdə yaşayır. Onun uzun müddətdir ki, Gülərin atası Şahid1la mülki mübahisəsi vardır. Həmin ünvanda yerləyən yaşayış sahəsi və torpaq sahəsi çıxarışla ona aiddir. Bu barədə Bərdə Rayon Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə onun lehinə qətnamə qəbul etmişdir. O, həmin qətnamələr əsasında Şahid1 və ailə üzvlərinin evdən çıxarılması üçün Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda Bərdə Rayon Məhkəməsində bu barədə mülki proses aparılır. xx.xx.2025-ci il tarixdə saat 18:00-dan sonra o, evin həyətyanı sahəsinə quruması üçün qoyduğu otların götürüldüyünü görmüşdür. Bu barədə Gülərdən soruşmuş, Gülər həmin otları götürdüyünü söyləmişdir. O, mübahisə etmək istəmədiyi üçün oradan uzaqlaşmışdır. Biraz sonra Gülər ona yaxınlaşaraq “nə istəyirsən, biz heç hara gedən deyilik” deyərək, onu əlləri ilə boğaz nahiyyəsindən tutmuş və sıxmağa başlamışdır. O, özünü müdafiə etmək üçün Gülərin saçlarından tutmuşdur. Bu zaman Gülər onu köməkçi tikilinin divarına vuraraq yerə yıxmışdır. Yerdə olan zaman Gülər əlləri ilə baş nahiyyəsindən tutaraq başını yerə vurmuş, sağ qolunu dişləmiş, həmçinin yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Həmin vaxt Gülərin anası Sevda da onlara yaxınlaşmışdır. Sevda onları ayırmaq əvəzinə mobil telefonu ilə çəkiliş etməyə başlamışdır. Daha sonra o, Gülərin saçından tutaraq uzaqlaşdırmağa çalışmış və dərhal 102 xidmətinə müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onun uzun müddətdir ki, Gülərin atası Novruz və ailə üzvləri ilə mülki mübahisəsi vardır, onların arasında dəfələrlə mübahisələr baş vermişdir. O, sadəcə özünü müdafiə məqsədilə Gülərin saçından tutmuş, onu özündən uzaqlaşdırmağa çalışmışdır. Gülərin əlində heç bir küt alət olmamışdır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildə o evə gəlin gəlib. Zərərçəkmiş şəxsi 8 yaşından tanıyır. O, qızından da kiçikdir. Hər zaman özü həyəti təmizləyib. Qızı Gülər yabanı istəyərək həyəti özü təmizləyəcəyini demişdir. Aynur fevral ayından otu çardağın altına yığmışdır. Onların evi kürsülü olduğuna görə ot onların evinə girirmiş. Qızı həmin otu yığıb həyətin giriş qapısının yaxınlığına aparmışdır. Günorta saat 1 radələrndə Aynur evə gəlmiş,kimləsə danışmışdır. Axaşam saat 7 radələrində Aynur onlara yaxınlaşıb nəyə görə çardağın altına yığılmış otun daşındığını soruşmuşdur. O, da “mən etmişəm demişdir”. Bu zaman Aynur qızı Gülərin sinəsindən tutub özünə çəkmişdir. Bununla yanaşı verilmiş sualara cavab olaraq bildirmişdr ki, o, çəkiliş aparmamışdır, telefonla bilərəkdən çəkməmişdir. Mübahisə başlayanda telefonun kamerasını açıb 2-3 dəqiqə çəkmişdir. Məqsədi video çəkmək olmayb, əli təsadüfən kameraya dəyib. Aynur qızının saçını dartıb, qızını döyüb. Ağrıdığına görə onu qızından ayıra bilməmişdir. Aynur Güləri tutub özünə çəkdiyi üçün qızı onun üstünə yıxılmışdır. Aynur onu və qızını söyüb. Aynur qızını təhqir edərək otu nəyə görə çardağın altından götürmələrini soruşmuşdur. Onların sözü düz gəlməmişdir. Aynur qızının saçından və yaxasından tutmuşdur. O, onların yanına çatanda Aynur Güləri çəkdi, Gülər Aynurun üstünə yıxıldı. O, qızını qaldırmaq istəmiş, lakin bacarmamışdır. Qızına ayağa qalxmasını demiş, lakin qızı Aynurun onun saçından tutduğu üçün qalxa bilmədiyini demişdir. Qızı Gülər onu buraxmadığı üçün dişləmişdir. X10 vurmayıb, qızı dizlərindən xəsarət alıb. Belə ki, Aynur onu dartanda qızı yerə yıxılıb. Aynurun belə xəsarətləri necə almasını bilmir. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs onun əri Novruzun ögey qardaşı qızıdır. Novruzla Zərərçəkmiş şəxs arasında mülki mübahisə vardır. Belə ki, Novruz uzun müddətdir ki, Babək küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev onun dədə-baba evidir. Həmin həyətdə yerləşən digər fərdi yaşayış evində Zərərçəkmiş şəxs yaşayır. Həmin həyətyanı sahəsinə sahiblik ilə əlaqədar olaraq uzun müddətdir ki, onların mülki mübahisəsi mövcuddur. 08 aprel 2025-ci il tarixdə o, qızı ilə evdə olarkən Aynur qışqıraraq həyətdəki otları kimin yığdığını soruşmuşdur. Qızı Gülər həmin otları onun yığdığını söyləmişdir. Həmin səbəbdən qızı Gülər ilə Aynur arasında əvvəlcə sözlü mübahisə başlamış, daha sonra onlar arasında əlbəyaxa mübahisə olmuşdur. Onlar dalaşan zaman o, evdə olmuşdur. O, səs-küyə aşağı düşmüş və onlara yaxınlaşmışdır. O, oraya yaxınlaşanda Aynurun əlləri ilə Gülərin saçından tutub yerə yıxdığını görmüşdür. Gülər də Aynurun yaxasından tutmuşdur. O, yaxınlaşmışdır ki, bunları aralaşdırsın. Onlar bir-birləri ilə itələşmişdirlər. Mübahisə zamanı Aynurun ayağı ilişmiş, bu zaman Gülər Aynurun üzərinə yıxılmışdır. O, mübahisəni çəkməyə başlamışdır. Aynur və Gülər bir-birlərindən aralaşmışdırlar. Aynur onu və Güləri təhqir etməyə başlamışdır. Mübahisə bitdikdən sonra hər iki tərəf polisə müraciət etmişdirlər. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şah Gülər onun qızıdır. Zərərçəkmiş şəxslə aralarında ədavət var. Ədavətləri evlə bağlıdır, mülk üstündə davaları var. Mahiyyəti üzrə bildirmişdir ki, qızı qapıya zibil töküb. Aynur onlara onun yığıdığı otun yerini niyə dəyişdirmələrini soruşmuşdur. Bunun üstündə mübahisə olub. Hadisə zamanı orada olmayıb. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs onun ögey qardaşı qızıdır. Onunla Zərərçəkmiş şəxs arasında mülki mübahisəsi vardır. O, uzun müddətdir ki, Babək küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev onun dədə-baba evidir. Həmin həyətdə yerləşən digər fərdi yaşayış evində Zərərçəkmiş şəxs yaşayır. Həmin həyətyanı sahəsinə sahiblik ilə əlaqədar olaraq uzun müddətdir ki, onların mülki mübahisəsi mövcuddur. 08 aprel 2025-ci il tarixdə o, işdə olmuşdur. Həmin gün axşam saatlarında o, işdən evə qayıdarkən evdə polis əməkdaşlarının olduğunu görmüşdür. Nə baş verdiyini yoldaşından soruşduqda yoldaşı Sevda qızı Gülər ilə qardaşı qızı Aynur arasında dava-dalaş olduğunu söyləmşdir. O, hadisənin nə səbəbdən baş verdiyini soruşduqda yoldaşı mübahisənin Aynurun evin həyətinə ot qoyması, Gülərin isə həmin otu atması səbəbindən baş verdiyni bildirmişdir. Bu zaman həm Gülər həm də Aynur polisə müraciə etmişdir. O, hadisənin necə baş verdiyini görməmişdir. Aynurun Güləri vurduğunu, yoxsa Gülərin Aynuru vurduğunu bilməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 20 iyun 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 25030006 nömrəli cinayət işi 20 iyun 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 01-44-cü vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 08 aprel 2025-ci il tarixdə saat 18:46 radələrində Bərdə şəhəri, Babək küçəsində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 xidmətinə zəng edərək, əmisi qızı Təqsirləndirilən şəxs onu döyməsi, ilkin araşdırma zamanı MTE və PA Birliyinin Bərdə rayon şöbəsindən alınmış 10 aprel 2025-ci il tarixli 247 nömrəli rəyində göstərilən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-kəllə-beyin travması, beyin silkələnməsi, sağ saidin orta 1/3-nin ön səthinin, boyunun sol yan səthinin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bel nahiyyəsinin qançırları, sağ saidin orta 1/3-nin ön səthinin, sol əlin İİ-İİİ barmağının əsas falanqasının arxa səthlərinin, boyun sağ yarısının aşağı səthinin, sol bazu oynağının arxabayır səthinin, sol bazunun yuxarı 1/3-nin arxa-bayır səthinin, kürək, sağ bel nahiyələrinin sıyrıqları ümümilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL xəsarət vurmaya aid xəsarətlərinin olması, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 28-29-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2025-ci il tarixli 247 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- kəllə-beyin travması, beyin silkələnməsi, sağ saidin orta 1/3-nin ön səthinin, boyunun sol yan səthinin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bel nahiyyəsinin qançırları, sağ saidin orta 1/3-nin ön səthinin, sol əlin İİ-İİİ barmağının əsas falanqasının arxa səthlərinin, boyunun sağ yarısının aşağı səthinin, sol bazu oynağının arxa-bayır səthinin, sol bazunun yuxarı 1/3-nin arxa-bayır səthinin, kürək, sağ bel nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 30-31-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Bərdə rayonlararası zona mərkəzinin “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2025-ci il tarixli 243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol əl pəncəsinin arxa səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 19-22-ci vərəqələrində olan 09 aprel 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə xx.xx.2025-ci il tarixdə Bərdə şəhər, Babək küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 1 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 37 saniyə və 1 dəqiqə 27 saniyə intervalında olan 2 video yazı vardır. Hər iki videoyazıda 2 nəfər şəxsin (qadın) yerdə uzanıqlı vəziyyətdə bir-birlərinin saçından tutmaları və onların yanında olan digər şəxsin (qadın) Aynur və Gülər adlarını çəkmələri vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, videoyazıda görünən şəxslərdən biri odur, onunla dava edən şəxs isə ögey əmisi qızı Zərərçəkmiş şəxsdır. Cinayət işinin 45-46-cı vərəqələrində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 118-ci vərəqəsində olan Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Bərdə RİH Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2281 nömrəli arayışından və xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Shah X4 şəhəri Babək küçəsi ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 69-cu vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 15 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Shah X4 RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ona istinad edilən cinayət əməlini törətməsi şahid ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və digər istintaq sənədləri ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xaraktizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 14 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 128-ci maddəsinin sanksiyasında cərimə cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə və ya digər cəzaların təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Nəticə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-153/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-153/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver