Məhkəmə qərarları › İş №1(021)-154/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-154/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-154/2022 01.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi. Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi ləğv edilib Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04 avqust 2021ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şirvan şəhəri 28 Bakı Komissarı küçəsi ev 11 mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu kənd Əhmədlidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs AR.CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını gizli olaraq tаlаmаq məqsədilə 28 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən evinə, özünü ev alqı-satqısı ilə məşğul olan makler kimi təqdim edib ev sahibinin razılığı ilə daxil olaraq evin qonaq otağında masanın üzərində olan qənd qabının içərisindəki 1000 manat dəyərində 4 ədəd üzük, 1 cüt sırğa və masa örtüyünün altında olan 200 manat nağd puldan ibarət özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu Cumalar kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncuya həyatında yaranmış çətinlikləri aradan qaldıracağını yalandan vəd edərək hipnoz edib evin qonaq otağında yerləşən şkafın üzərindən bir ədəd bağlamada 3830 (üç min səkkiz yüz otuz) manat nağd pulu, kassada bir-birinə sapla bağlanmış halda bir ədəd 5000 (beş min) manat dəyərində qızıl saatı, bir ədəd 2550 (iki min beş yüz əlli) manat dəyərində qızıl boyunbağını, bir ədəd 1700 (bir min yeddi yüz) manat dəyərində qızıl qolbağını, bir ədəd 510 (beş yüz on) manat dəyərində qızıl üzüyü və bir ədəd 510 (beş yüz on) manat dəyərində qızıl sırğanı gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 14.100 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 və Şahid1 bacısı oğlu Xəyyamın və taksi sürücüsü olan Şamilin vasitəsilə tanımışdır. Şamil ilə birlikdə 06 yanvar 2022-ci il tarixdə Bərdə rayonu Cumalar kəndində yaşayan bacısı oğlu Xəyyamgilə qonaq getmiş, orada bacısı oğlu Xəyyam Şamilə onun falçı olmasını və dua yazmasını demişdir. Həmin vaxtı Şamil ona Məmməd adlı dostunun ailəsində narahatçılıq olduğunu, onların ailəsində olan problemləri həll etməyini bildirmişdir. Onunla razılaşmış, Şamil onu Tofiq və Yaşxanımla tanış etmişdir. O, onların yaşadığı evdə olaraq münasibət yaratmış, evlərində ağırlıq olduğunu, pul və qızıllarında olan ağırlığı götürəcəyini bildirmişdir. O, 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Şamil ilə birlikdə Yaşxanımgilə getmiş, Yaşxanıma içi boş kasa gətirməsini, şam və ağ parça gətirməsini demiş, Yaşxanım ona lazım olan əşyaları gətirmişdir. Sonra o, Yaşxanıma evdə olan pulları və qızıl-zinyət əşyalarını gətirməsini demişdir. Yaşxanım da pulları və qızıl əşyaları gətirmiş, həmin pulu saymış və 3830 manat pul olduğunu görüb həmin pulları ağ parçaya büküb kasanın kənarına qoymuşdur. Sonra da bir ədəd qızıl qol saatı, bir ədəd boyunbağı, bir ədəd qolbağı, bir dəst sırğa və bir ədəd üzük olan qızılları götürmüş, kasanın içərisinə qoymuş, Yaşxanıma evlərində olan Quran kitabını gətirməsini bildirmiş, Yaşxanım digər otağa keçəndə yanında olan Tofiqin başı qarışdığını görüb kasanın yanında olan pulları və kasanın içərisinə qoyduğu qızıl-zinyət əşyalarını götürüb cibinə qoymuşdur. Daha sonra cəld həmin kasanın üstünə ağ parça çəkib şamı əridib parçanın üzərinə tökmüş, sonra həmin kasaya yalandan dua oxuyaraq Quran kitabını həmin kasanın üstünə qoyub “buna dua oxumuşam əlinizi vurmayın nə də ki açmayın, bir gündən sonra yəni 09 yanvar saat 09-da açmalarını” bildirmişdir. O, həmin kasanı evdə olan şfanerin üstünə qoyduğunu, Yaşxanım və Tofiqlə sağollaşıb yenə gələcəyini demiş, onlardan çıxdıqdan sonra Şamil onu Bərdə rayonu Köhnə bazar deyilən yerdə düşürüb çıxıb getdiyini, cibində olan qızıllardan qol saatını və boyunbağını Köhnə bazar adlanan yerdə tanımadığı şəxsə 1740 manat pula satdığını, həmin şəxsin onun şəxsiyyət vəsiqəsini istəməsini, o isə şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə verdiyini qeyd etmiş, həmin şəxsin ona satdığı qızılların çəkisini və qiymətini şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfinə yazaraq ona imza atdırdığını, həmin şəxsin qızıllarının oğurluq olmasından xəbəri olmadığını, o, həmin qızılların özünə məxsus olduğunu dediyini, qızılları satdıqdan sonra Bərdə rayonundan avtobus ilə Bakı şəhərinə getdiyini, cibində qalan bir ədəd üzük, bir dəst sırğa və bir ədəd qolbağını Bakı şəhərində 28 mayda tanımadığı şəxsə 700 manat pula satdığını, oğurladığı pulları və satdığı qızıllardan əldə etdiyi pulları öz ehtiyacı üçün xərclədiyini bildirmişdir. Bundan başqa o, 27 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində özünə kirayə ev axtardığını, Rövşən Cavadov küçəsində ev kirayə verilməsini soraqladığını, həmin vaxtı tanımadığı şəxsin ona sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 öz evini ucuz qiymətə satdığını dediyini və Şəhlanın evinin yerini soruşub həmin ünvana getdiyini, Şəhlanın yaşadığı evin qapısını döydüyünü, onu Şəhla qarşıladığını, Şəhlaya kirayə ev axtardığını, lakin Şəhla ona evini kirayə vermədiyini, satmaq istədiyini bildirdiyini, o, isə Şəhlaya ev alqı-satqısı ilə məşğul olduğunu və adının Anar olduğunu və ona evini satmaqda köməklik edəcəyini söylədiyini, buna görə də Şəhladan icazə alıb evinin içərisinə daxil olub evə baxdığını, Şəhla ilə birlikdə evin içərisinə daxil olduğunu, həmin vaxtı saat 11 radələri olduğunu, Şəhlanın evi 3 otaqdan ibarət olduğunu, Şəhla ilə qonaq otağında söhbət etdiyini, Şəhla digər otaqları ona göstərmək üçün o biri otağa keçdiyini, bu zaman qonaq otağında olan masanın üzərində içərisində qızıl olan qənd qabı gördüyünü, Şəhla digər otaqda olduğundan cəld həmin qənd qabının içərisində olan qızılları götürüb cibinə qoyduğunu, sonra masa örtüyünün altında nəsə görüb onu qaldırdığını, orada pul olduğunu görüb cəld götürüb cibinə qoyduğunu, sonra Şəhlanın olduğu otağa keçib birlikdə digər otaqlara baxdığını, Şəhla evinin qiymətinin 65.000 manat olduğunu və həmin qiyməti verən olsa satmaq istədiyini dediyini, o, isə Şəhlaya müştəri olan kimi gətirəcəm deyib, onunla sağollaşıb evdən çıxdığını, oradan uzaqlaşandan sonra cibindən qızılları çıxardıb 4 ədəd qadın üzüyü, 1 cüt sırğa və 200 manat pul olduğunu, həmin qızılları Bakı şəhəri, Xətai rayonu ərazisində qızıl dükanına öz şəxsiyyət vəsiqəsi ilə 480 manata satdığını, həmin pulları öz ehtiyacı üçün xərclədiyini bildirmişdir. Sonda əməlindən peşman olması və 1 azyaşlı uşağının olması, ailəsinin yeganə qazanc yeri olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağdaş rayonunda anadan olmuş, hazırda Bərdə rayonu Cumalar kəndində ailəsi ilə birlikdə yaşayır. O, neçə müddətdir ki, ailəsində bəzi problemlər olduğunu, işlərinin yaxşı getmədiyini, oğlu Məmmədin ailəsində problem olduğuna görə narahat olduğunu, oğlu Məmmədin yaşadığı kənddə Vüsal kimi tanınan əsl adı Şamil olan dostu olduğunu, Şamilin Məmmədə falçı tanıdığını söyləmiş, həmin falçının onun ailəsində olan narahatçılığı aradan qaldıra biləcəyini dediyini, Məmmədin bu barədə ailə daxilində söhbət edib həmin şəxsi dostu Şamilin vasitəsi ilə evə dəvət edəcəyini bildirdiyini, onunla razılaşıb həmin falçını evə gətirməsini dediyini, 06 yanvar 2022-ci il tarixdə Şamilin sonradan adını bildiyi Mikayıl və Nurəngiz adlı şəxsləri yaşadığı evə gətirdiyini, ailə üzvləri Mikayıl və Nurəngiz ilə tanış olduqdan sonra Mikayılın evdə ağırlıq olduğunu bildirib sonra təzədən gələcəyini dediyini, 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Mikayılın arvadı Nurəngiz və Şamillə birlikdə yaşadığı evə gəldiyini, evdə olan mallarında, qızıl-zinyət əşyalarında, evdə saxlanılan pulda ağırlıq olduğunu deyib həmin əşyaları gətirib ağırlığı götürəcəyini deməyini, o da evdə olan 3830 (üç min səkkiz yüz otuz) manat pulu, bir ədəd dəyəri 5000 (beş min) manat qızıl saat, bir ədəd dəyəri 3000 (üç min) manat olan qızıl boyunbağı, bir ədəd dəyəri 2000 (iki min) manat qızıl qolbağı, bir ədəd 600 (altı yüz) manat qızıl üzük və bir ədəd 600 (altı yüz) manat qızıl sırğanı evdə olan stolun üzərinə qoyduğunu, Mikayılın həmin pulları kağıza büküb ərəb dilində dua oxuyub kasanın içərisinə qoyduqdan sonra verdiyi qızıllara da dua oxuyub sapdan düyünlər vuraraq bağladığını, həmin vaxtı Mikayılın Yaşxanıma evdə olan Qurani Kərimi gətirməyini dediyini, Yaşxanımın kitabı gətirib Mikayıla verdiyini, Mikayılın həmin kasanın ağzını ağ rəngli parça ilə şamı əridib üzərinə töküb bağladığını, Qurani Kərim kitabını götürüb dua oxuduqdan sonra kasaya əl vumamağını deyib evdə olan şfanerin yuxarı hissəsinə qoyduğunu, Mikayılın həmin kasaya dəyməməyini, dua oxuduğunu və səhər saat 09 radələrində götürməyini söylədiyini, həmin günü gecə saat 23 radələrində Mikayılın istifadə etdiyi 050 426 97 74 saylı mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də zəng çatmadığını, bundan sonra Şamilə zəng edib Mikayıla zəng çatmadığını dediyini, Şamilin də Mikayıla zəng çatmadığını, yaşadığı evə gedəcəyini söylədiyini, kasanın üzərində Quran kitabı olduğu üçün əl vurmadığını, vaxtında açmaq niyyətinin olduğunu, səhəri gün yəni 09 yanvar 2022-ci il tarixdə saat 09 radələrində Mikayılın şfanerin üzərinə qoyduğu kasanı götürüb kasanı açıb içinə baxanda heç nə olmadığını gördüyünü, sonra oğlu Məmmədi çağıraraq həmin şəxsin onları aldadıb bütün qızıllarını, pullarını aparıblar dediyini, Məmmədin Şamilə zəng edib gətirdiyi adamın onların hər şeyini apardığını, Mikayılı tapmasını, o da yaxşı deyib dəstəyi asdığını, lakin bu günədək həmin şəxsin ona məxsus qızıl və pulları geri qaytarmadığını, buna görə də Bərdə rayon polis şöbəsinə müraciət etdiyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 08 yanvar 2022-ci il tarixdə evindən oğurluq edən zaman Təqsirləndirilən şəxs tək olduğunu, Nurəngizin həmin vaxtı orada olmadığını, Mikayılın yaşadığı evdən 3830 manat nağd pul, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 50 qram, qiyməti 5000 manat olan bir ədəd qol saatı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 30 qram, qiyməti 3000 manat olan bir ədəd boyunbağı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 20 qram, qiyməti 2000 manat olan bir ədəd qolbağı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir cüt sırğa, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir ədəd üzüyü oğurlamaqla maddi ziyan vurduğunu bildirmişdir. Sonda ona dəymiş maddi ziyanın bugünədək ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, həmçinin iş üzrə aparılmış ibtidai istintaqın gedişindən narazı olduğunu bildirmişdir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 yazılı vəsatət verərək cinayət işi üzrə istintaq hərəkətlərinin düzgün aparılmadığını əsas gətirməklə cinayət işinin baxılmasına xitam verilməsi, işin yenidən araşdırılması, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxsin vəsatətinə baxaraq tərəflərin fikirlərini, habelə iş üzrə halların ibtidai istintaq zamanı hərtərəfli tədqiq edildiyini və vəsatətdə göstərilən məsələlərə cinayət işinin materiallarına əlavə edilmiş 01 iyul 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda hüquqi qiymət verildiyini nəzərə alaraq CPM-in 321.3-cü maddəsinə əsasən məhkəmə iclas protokoluna qeyd edilməklə yerində müşavirə edərək vəsatətin əsassız olması səbəbindən rədd edilməsini qərara aldı. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır, pula ehtiyacı olduğu üçün 3 otaqdan ibarət yaşadığı evi satmaq qərarına gəlmiş, evini 65.000 manata satmaq niyyəti barədə qonşularına məlumat vermişdir. 27 noyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman bir nəfər tanımadığı şəxsin onu çağırdığını, evin qapısını açanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs olduğunu, ondan evini kirayə verib-verməməsini soruşduğunu, Şəhla ona evini satmaq istədiyini, lakin kirayə vermədiyini söylədiyini, Mikayılın ona adının Anar olduğunu və ev alqı-satqısı ilə məşğul olduğunu, evin içərisinə keçib evə baxmaq istədiyini dediyini, Mikayılı evə dəvət etdiyini, birlikdə evə daxil olduqlarını, evin qonaq otağını Mikayıla göstərdikdən sonra onu qonaq otağında qoyub digər otağa keçdiyini, Mikayılın otaqlara baxdıqdan sonra müştəri tapıb gətirəcəyini və evi satacağını deyib evdən çıxıb getdiyini, bundan sonra ona məxsus qonaq otağında masanın üzərində olan qənd qabının içərisində olan 1000 manat dəyərində 4 ədəd qadın üçün qızıl üzük, 1 cüt qızıl sırğa və masa örtüyünün altında saxladığı 200 manat nağd pulunun olmadığını, həmin qızılların və pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs telefonuna zəng etsə də Təqsirləndirilən şəxs cavab vermədiyini gördükdə bu barədə 102 xidmətinə zəng etdiyini də məhkəmə iclasında bildirdi. Sonda yüksək mənəvi dəyəri olduğu üçün oğurlanmış qızıl-zinyət əşyalarının və pullarının geri qaytarılmasını təqsirləndirilən şəxsdən tələb etdiyini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadıdır. Neçə müddətdir ki, ailəsində bəzi problemlər olduğunu, işlərinin yaxşı getmədiyini, oğlu Məmmədin ailə problemlərinə görə narahat olduğunu, oğlu Məmmədin yaşadığı kənddə Vüsal kimi tanınan əsl adı Şamil olan dostu olduğunu, Şamilin Məmmədə falçı tanıdığını söyləmiş, həmin falçının onun ailəsində olan problemləri həll edə biləcəyini dediyini, Məmmədin bu barədə ailə daxilində söhbət edib həmin şəxsi dostu Şamilin vasitəsi ilə evə dəvət edəcəyini bildirdiyini, onunla razılaşıb həmin falçını evə gətirməsini dediyini, 06 yanvar 2022-ci il tarixdə Şamilin sonradan adını bildiyi Mikayıl və Nurəngiz adlı şəxsləri yaşadığı evə gətirdiyini, ailə üzvlərinin Mikayıl və Nurəngiz ilə tanış olduqdan sonra Mikayılın evdə ağırlıq olduğunu bildirib sonra təzədən gələcəyini dediyini, 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Mikayılın arvadı kimi təqdim etdiyi Nurəngiz və Şamillə birlikdə yaşadığı evə gəldiyini, evdə olan mallarında, qızıl-zinyət əşyalarında, evdə saxlanılan pulda ağırlıq olduğunu deyib həmin əşyaları gətirib ağırlığı götürəcəyini söylədiyini, Yaşxanımın evdə olan 3830 (üç min səkkiz yüz otuz) manat pulu, bir ədəd dəyəri 5000 (beş min) manat qızıl saat, bir ədəd dəyəri 3000 (üç min) manat olan qızıl boyunbağı, bir ədəd dəyəri 2000 (iki min) manat qızıl qolbağı, bir ədəd 600 (altı yüz) manat qızıl üzük və bir ədəd 600 (altı yüz) manat qızıl sırğanı evdə olan stolun üzərinə qoyduğunu, Mikayılın həmin pulları kağıza büküb ərəb dilində dua oxuyub kasanın içərisinə qoyduqdan sonra verdiyi qızıllara da dua oxuyub sapdan düyünlər vuraraq bağladığını, həmin vaxtı Mikayılın Yaşxanıma evdə olan Qurani Kərimi gətirməyini dediyini, Yaşxanımın kitabı gətirib Mikayıla verdiyini, Mikayılın həmin kasanın ağzını ağ rəngli parça ilə sarıyıb şamı əridib üzərinə töküb bağladığını, Qurani Kərim kitabını götürüb dua oxuduqdan sonra kasaya əl vumamağını deyib evdə olan şfanerin yuxarı hissəsinə qoyduğunu, Mikayılın həmin kasaya dəyməməyi deməsini, dua oxuduğunu və səhər saat 09 radələrində götürməyini söylədiyini, həmin günü Yaşxanımın gecə saat 23 radələrində Mikayılın istifadə etdiyi 050 426 97 74 saylı mobil nömrəsinə dəfələrlə zəng etsə də zəng çatmadığını, bundan sonra Şamilə zəng edib Mikayıla zəng çatmadığını dediyini, Şamilin də Mikayıla zəng çatmadığını, yaşadığı evə gedəcəyini söylədiyini, kasanın üzərində Quran kitabı olduğu üçün əl vurmadığını, vaxtında açmaq niyyətinin olduğunu, səhəri gün yəni 09 yanvar 2022-ci il tarixdə saat 09da Yaşxanımın Mikayılın şfanerin üzərinə qoyduğu kasanı götürüb kasanı açıb içinə baxanda heç nə olmadığını gördüyünü, sonra oğlu Məmmədi çağıraraq həmin şəxsin onları aldadıb bütün qızıllarımızı, pullarımızı aparıblar dediyini, Məmmədin Şamilə zəng edib gətirdiyi adamın onların hər şeyini aparıb Mikayılı tapmasını, o da yaxşı deyib dəstəyi asdığını, lakin bu günə kimi həmin şəxsin Yaşxanıma məxsus qızıl və pulları geri qaytarmadığını, buna görə də Bərdə rayon polis şöbəsinə müraciət etdiyini bildirmişdir. 08 yanvar 2022-ci il tarixdə evindən oğurluq edən zaman Mikayılın tək olduğunu, Nurəngizin həmin vaxtı orada olmadığını, Mikayılın evdən 3830 manat nağd pul, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 50 qram, qiyməti 5000 manat olan bir ədəd qol saatı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 30 qram, qiyməti 3000 manat olan bir ədəd boyunbağı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 20 qram, qiyməti 2000 manat olan bir ədəd qolbağı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir cüt sırğa, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir ədəd üzüyü oğurlamaqla maddi ziyan vurduğunu qeyd etdi, sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və məhkəmədən işin araşdırılması üçün yenidən ibtidai istintaqa qaytarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun anasıdır. Neçə müddətdir ki, ailəsində bəzi problemlər olduğunu, işlərinin yaxşı getmədiyini, onun yaşadığı kənddə Vüsal kimi tanınan əsl adı Şamil olan dostu olduğunu, Şamilin ona falçı tanıdığını söyləmiş, həmin falçının onun ailəsində olan narahatçılığı aradan qaldıra biləcəyini dediyini, onun bu barədə ailələrində söhbət edib həmin şəxsi dostu Şamilin vasitəsilə evə dəvət edəcəyini bildirdiyini, anasının onunla razılaşıb həmin falçını evə gətirməsini dediyini, 06 yanvar 2022-ci il tarixdə Şamilin sonradan adını bildiyi Mikayıl və Nurəngiz adlı şəxsləri yaşadığı evə gətirdiyini, ailə üzvləri Mikayıl və Nurəngiz ilə tanış olduqdan sonra Mikayılın evdə ağırlıq olduğunu bildirib sonra təzədən gələcəyini dediyini, 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Mikayılın arvadı Nurəngiz və Şamillə birlikdə yaşadığı evə gəldiyini, evdə olan mallarında, qızılzinyət əşyalarında, evdə saxlanılan pulda ağırlıq olduğunu deyib həmin əşyaları gətirib ağırlığı götürəcəm dediyini, anasının evdə olan 3830 (üç min səkkiz yüz otuz) manat pulu, bir ədəd dəyəri 5000 (beş min) manat qızıl saat, bir ədəd dəyəri 3000 (üç min) manat olan qızıl boyunbağı, bir ədəd dəyəri 2000 (iki min) manat qızıl qolbağı, bir ədəd 600 (altı yüz) manat qızıl üzük və bir ədəd 600 (altı yüz) manat qızıl sırğanı evdə olan stolun üzərinə qoyduğunu, Mikayılın həmin pulları kağıza büküb ərəb dilində dua oxuyub kasanın içərisinə qoyduqdan sonra verdiyi qızıllara da dua oxuyub sapdan düyünlər vuraraq bağladığını, həmin vaxtı Mikayılın anasına evdə olan Qurani Kərimi gətirməyini dediyini, anasının kitabı gətirib Mikayıla verdiyini, Mikayılın həmin kasanın ağzını ağ rəngli parça ilə bağlayıb şamı əridib üzərinə tökdüyünü, Qurani Kərim kitabını götürüb dua oxuduqdan sonra kasaya əl vumamağını deyib evdə olan şfanerin yuxarı hissəsinə qoyduğunu, Mikayılın həmin kasaya dəyməməyi deməsini, dua oxuduğunu və səhər saat 09 radələrində götürməyini söylədiyini, həmin günü anasının gecə Mikayıla dəfələrlə zəng etsə də ona zəng çatmadığını, bundan sonra anasının Şamilə zəng edib Mikayıla zəng çatmadığını dediyini, Şamilin də Mikayıla zəng çatmadığını deməsini, yaşadığı evə gedəcəyini söylədiyini, kasanın üzərində Quran kitabı olduğu üçün əl vurmadığını, vaxtında açmaq niyyətinin olduğunu, səhəri gün yəni 09 yanvar 2022-ci il tarixdə saat 09da anasının Mikayılın şfanerin üzərinə qoyduğu kasanı götürüb kasanı açıb içinə baxanda heç nə olmadığını gördüyünü, sonra anasının onu çağıraraq həmin şəxsin onları aldadıb bütün qızılları, pulları apardığını dediyini, bundan sonra onun Şamilə zəng edib gətirdiyi adamın “bizim hər şeyimizi aparıb Mikayılı tap”, o da yaxşı deyib dəstəyi asdığını, lakin bu günə kimi həmin şəxsin anasına məxsus qızıl və pulları geri qaytarmadığını, buna görə də Bərdə rayon polis şöbəsinə müraciət etdiyini bildirmişdir. 08 yanvar 2022-ci il tarixdə evindən oğurluq edən zaman Mikayılın tək olduğunu, Nurəngizin həmin vaxtı orada olmadığını, Mikayılın evdən 3830 manat nağd pul, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 50 qram, qiyməti 5000 manat olan bir ədəd qol saatı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 30 qram, qiyməti 3000 manat olan bir ədəd boyunbağı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 20 qram, qiyməti 2000 manat olan bir ədəd qolbağı, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir cüt sırğa, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir ədəd üzüyü oğurlamaqla maddi ziyan vurmuşdur. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahidlər X4, Şahid4 və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Cumalar kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur, həmkəndlisi Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə tanış olmuşdur, onlarla həmkəndlidir və Yaşxanımın oğlu Məmməd ilə dostluq edir, Məmmədin Şamilə son zamanlar işlərinin düzgün getmədiyini, alverinin olmadığını, ruzi bərəkətinin qaçdığını demiş, buna görə də 2021-ci ilin dekabr ayının 30-da Məmmədin istifadə etdiyi mobil nömrəyə zəng edərək onunla bir yerdə qonşu kənddə tanımadığı mollaya getməyini bildirmiş, taksi fəaliyyəti ilə məşğul olduğu və Məmmədlə dost olduğu üçün birlikdə həmin ünvana getmiş, həmin şəxsin Məmmədə ruzi-bərəkətinin olmadığını, yolunun qaranlıq olduğunu bildirərək dua yazmış, oradan çıxıb Məmmədi yaşadığı evə düşürüb öz evinə getmişdir. 04 yanvar 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı kənddə əmisi Rəsula məxsus heyvanlara baxan Xəyyamın ona zəng edərək dayısını yaşadığı Ağdaş rayonu Lək kəndindən onun yaşadığı evə qonaq gətirməsini dediyini, Xəyyamı əmisigildən götürüb Ağdaş rayonuna getdiyini, oradan sonradan adını bildiyi Mikayıl və arvadı Nurəngizi Xəyyamla birlikdə götürüb Bərdə rayonu Cumalar kəndinə gətirdiyini, həmin vaxtı yolda olan zaman söhbət əsnasında Xəyyamın dayısı Mikayılın güclü baxıcı və falçı olduğunu söylədiyini, Şamilin dostu Məmmədin ailəsində və özündə olan müəyyən narahatçılıqların aradan qaldırılması üçün Mikayıla Məmməd adlı dostunun olduğunu deyib, ona baxa biləcəyini soruşduğunu, Mikayılın ona heç bir narahatçılığın olmadığını və dostu Məmmədə baxacağını söylədiyini, Mikayılı, arvadı Nurəngizi və Xəyyamı əmisgildə düşürüb evə getdiyini, Məmmədə zəng edərək problemləri ilə bağlı bildiyi falçının olduğunu deyib onunla görüşmək istəyib istəmədiyini dediyini, Məmmədin həmin şəxslə görüşmək istədiyini söylədiyini, 06 yanvar 2022-ci il tarixdə Mikayılı Məmmədin yaşadığı evə aparıb Məmmədi bayıra çağırıb həmin dediyi şəxsin bu olduğunu göstərib problemlərini danışmağını dediyini, Məmmədin Şamilin idarə etdiyi avtomaşına əyləşib Mikayıl ilə danışdıqdan sonra Mikayılı evə dəvət etdiyini, onların birlikdə evə daxil olduğunu, Mikayılın onlardan bir kasa su və güzgü gətirməklərini istədiyini, Məmmədin anası Yaşxanımın Mikayılın dediklərini gətirdiyini və Mikayılın həmin əşyalara baxanda evdə ağırlığın olduğunu, bəddiyin basdığını, ruzi-bərəkətin olmadığını və qapıda dua basdırıldığını söylədiyini, həmin vaxtı Tofiqin Mikayıla dua çıxartmasını bildirsə də o, gecə vaxtı Quran açmadığını, səhərisi gün gəlib baxacağını bildirdi və ağ kağıza duanın çıxarılması üçün bəzi alınası əşyalar yazdı və oradan çıxıb Xəyyamgilə getdiyini, səhəri gün Mikayılı Bərdə rayonunda yerləşən Təzə bazar adlanan yerə gətirdiyini, orada gözlədikdən sonra Mikayılın əlində bir torba aynoyun və bir baçoq su gətirib avtomaşına əyləşib Cumalar kəndinə Yaşxanımgilə gəldiklərini, orada Mikayılın həmin əşyalar ilə bəzi ayinlər keçirib duanın qapıda olan ağacın dibində basdırıldığını göstərib oranın bellə qazılmasını dediyini, Məmmədin bel ilə həmin yeri qazıb oradan dua çıxardığını, duanın çıxmağını özü gördüyünü, işlər yekunlaşandan sonra onların Mikayıla inandıqlarını və bir-birlərinə nömrə verdiklərini, Mikayılı oradan götürüb Bərdə şəhərinə gətirib Sarayın qarşısında düşürərək taksi fəaliyyəti ilə məşğul olduğunu, sonradan Mikayılı 5-6 gün ərzində Yaşxanımgilə apardığını, dostu Məmməd və atası Tofiqin ona zəng edərək Mikayıl ilə danışdıqlarını, onu onların evinə aparmağını söylədiklərini, Mikayılın onların danışdıqları üçün yaşadıqları evə apardığını, Mikayıl ilə onlar arasında danışıqların və yazdığı duaların heç birindən xəbəri olmadığını, yalnız taksi fəaliyyəti ilə məşğul olduğunu, 09 yanvar 2022-ci il tarixdə səhər saatlarında Məmmədin ona zəng edərək Mikayıla zəng çatmadığını, pul və qızıllarını apardığını dediyini bildirmişdir. Həmçinin, Şamil Cəfərov ifadəsində Nurəngiz adlı qadını 06 yanvar 2022-ci il tarixdə Yaşxanımgilə apardığını, həmin gündən sonra Mikayılın Yaşxanımgilə tək getdiyini, Yaşxanımın qızıl və pullarını oğurlayan zaman Mikayılın tək olduğunu və Mikayılın Yaşxanımdan oğurluq etməsindən xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, H.Əliyev prospektində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, rəsmi olaraq heç bir yerdə işləmir, ikinci qrup əlildir. O, ailəsini dolandırmaq məqsədilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə bazar adlanan yerdə “Simpatiya” qızıl alış-veriş mağazası işlətdiyini, 08 yanvar 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi mağazaya tanımadığı bir nəfər şəxsin ona yaxınlaşaraq qızıl saat və qızıl boyunbağı satmaq istədiyini dediyini, həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini çıxartmasını söylədiyini, həmin şəxsin ona şəxsiyyət vəsiqəsinin surətini verdiyini, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini, sonra Mikayılın ona cibindən bir ədəd qızıl qol saatı və bir ədəd qızıl boyunbağı çıxararaq ehtiyacı olduğu üçün satmaq istədiyini, həmin qızılların ona məxsus olduğunu söylədiyini, həmin qızılları ondan götürüb bir ədəd qızıl sepli qol saatı elektron tərəzidə çəkərək çəkisinin 13 qram olduğunu, 54.30 manatla hesablayıb qiyməti 700 manat olduğunu söylədiyini, sonra bir ədəd qızıl boyunbağını elektron tərəzidə çəkərək çəkisinin 19,6 qram olduğunu, 54.30 manatla hesablayıb qiyməti 1040 manat olduğunu dediyini, Mikayıla ümumilikdə qızıllarının qiymətinin 1740 manat olduğunu söylədiyini, Mikayılın onunla razılaşıb qızılları satdığını və Şadiman Mikayıla 1740 manat nağd pul verdiyini, həmin vaxtı Şadiman Mikayılın şəxsiyyət vəsiqəsinin surətinə həmin qızılların adını, qramını və qiymətini yazıb Mikayıla öz imzası ilə imza etdirdiyini, sonra Mikayılın çıxıb getdiyini bildirmişdir. Həmçinin Şahid4 aldığı qızılların oğurluq olmasından xəbəri olmadığını, Mikayıldan həmin qızılları şəxsiyyət vəsiqəsi ilə aldığını və həmin qızılları tanımadığı şəxslərə satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında Lombard işlətdiyini, 27 noyabr 2021-ci il tarixdə saat 18 radələrində işlədiyi mağazaya tanımadığı bir nəfər şəxsin ona yaxınlaşaraq qızıl satmaq istədiyini dediyini, həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini çıxartmasını söylədiyini, həmin şəxsin ona şəxsiyyət vəsiqəsinin surətini verdiyini, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini, sonra Mikayılın ona iki ədəd sadə qaşlı qadın qızıl üzükləri və iki ədəd qızıl halqaları göstərdiyini, həmin qızıllara baxdıqdan sonra Mikayılın təqdim etdiyi qızıllara 480 manat pul verəcəyini dediyini, Mikayılın onunla razılaşıb qızılları ona satdığını və həmin vaxtı Mikayılın şəxsiyyət vəsiqəsinin surətinə həmin qızılların özünə məxsus olmasını və telefon nömrəsini yazdığını, sonra Mikayılın çıxıb getdiyini bildirmişdir. Həmçinin, Şahid5 aldığı qızılların oğurluq olmasından xəbəri olmadığını, Mikayıldan həmin qızılları şəxsiyyət vəsiqəsi ilə aldığını və həmin qızılları tanımadığı şəxslərə satdığını, həmin vaxtı onların yanında heç kimin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən də göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi ləğv edilib Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi CMnin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 9/806 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinyət əşyalarının 2022-ci ilin ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5270.00 manat müəyyən edilir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 13 aprel 2022-ci il tarixli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 14 aprel 2022-ci il tarixli protokollar və onlara əlavə edilmiş fotocədvəllərdən göründüyü kimi Təqsirləndirilən şəxs oğurluq əməlini törətdiyini bildirmiş və 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində X1 məxsus pul və qızıl-zinyət əşyalarını oğurladığı yeri və oğurladığı qızıl-zinyət əşyalarını satdığı yer olan “Simpatiya” qızıl alqı-satqı mağazasını əyani şəkildə göstərmişdir. İş üzrə 21 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Şahid1 ilə ayrılıqda aparılmış üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokollarından göründüyü kimi təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı Bərdə rayonu Cumalar kəndində yerləşən evdən qızılları və pulları oğurladığını etiraf etmişdir. Bərdə rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli 4(021)-42/2022 saylı qərarından görünür ki, istintaq orqanının vəsatəti və onun əsasında verilmiş təqdimat təmin edilərək Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, həbsetmənin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını gizli olaraq tаlаmаq məqsədilə 28 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən evinə, özünü ev alqı-satqısı ilə məşğul olan makler kimi təqdim edib ev sahibinin razılığı ilə daxil olaraq evin qonaq otağında masanın üzərində olan qənd qabının içərisindəki 1000 manat dəyərində 4 ədəd üzük, 1 cüt sırğa və masa örtüyünün altında olan 200 manat nağd puldan ibarət özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu Cumalar kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncuya həyatında yaranmış çətinlikləri aradan qaldıracağını yalandan vəd edərək hipnoz edib evin qonaq otağında yerləşən şkafın üzərindən bir ədəd bağlamada 3830 (üç min səkkiz yüz otuz) manat nağd pulu, kasada bir-birinə sapla bağlanmış halda bir ədəd 5000 (beş min) manat dəyərində qızıl saatı, bir ədəd 2550 (iki min beş yüz əlli) manat dəyərində qızıl boyunbağını, bir ədəd 1700 (bir min yeddi yüz) manat dəyərində qızıl qolbağını, bir ədəd 510 (beş yüz on) manat dəyərində qızıl üzüyü və bir ədəd 510 (beş yüz on) manat dəyərində qızıl sırğanı gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 14.100 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadələrindən başqa, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertin rəyi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər ibtidai istintaq zamanı CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq əməli zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Həmçinin, Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarın 17ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Həmin qərara əsasən cinayət məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli vahid niyyətlə əhatə olunmadığından təkrarlıq əlaməti ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Belə ki, məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun himayəsində 1 azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxsə münasibətdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən də göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi ləğv edilib Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi CMnin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən cinayət əməli törətmiş və onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və cinayətlərin residivini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-in 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu andan yəni, 13 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu andan yəni, 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar