Məhkəmə qərarları › İş №1(021)-154/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-154/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-154/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Bərdə rayonu Yeni Daşkənd kəndindədoğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cümaddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Təmənis yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs ilə 2019-cu ilin noyabr ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onu təqaüdə çıxaracağı barədə biləbilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 06 noyabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda, tanışı Şahid3 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 50 manat pulunu, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində yerləşən evinin yaxınlığında 20 noyabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda 500 manat pulunu, 03 dekabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda eyni ünvanda 400 manat pulunu; 27 dekabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda eyni ünvanda 1500 manat pulunu, 20 yanvar 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında Şahid1 vasitəsilə 1000 manat pulunu, 05 fevral 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə şəhəri, “Təzə bazar” adlanan yerdə Şahid1 vasitəsilə 1200 manat pulunu, 27 fevral 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində yerləşən evinin yaxınlığında 2000 manat pulunu, 10 mart 2020ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Bakı-Bərdə taksi sürücüsü vasitəsilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Bərdə avtovağzalı ərazisində 1800 manat pulunu, 18 mart 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında Şahid1 vasitəsilə 1500 manat pulunu, 25 mart 2020-ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Bakı-Bərdə taksi sürücüsü vasiəsilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Bərdə avtovağzalı ərazisində 1400 manat pulunu, 07 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında Şahid1 vasitəsilə 1000 manat pulunu, 08 may 2020-ci il tarixdə poçt vasitəsilə Bərdə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən X14 şöbəsindən 300 manat pulunu, 30 iyun 2020-ci il tarixdə poçt vasitəsilə eyni ünvandan 1300 manat pulunu, 17 avqust 2020-ci il tarixdə poçt vasitəsilə eyni ünvandan 300 manat pulunu, 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə eyni ünvandan 400 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 14650 (on dörd min altı yüz əlli) manat pulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonu, Yeni Daşkənd kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləməmiş, təqaüdçü olmuşdur. Zərərçəkmiş şəxs ilə bərabər 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, Mahmudla tanışlığı ordandır. 2019cu ildə Mahmud onu yığmış, görüşmək istədiyini bildirmişdir. Mahmudla Bərdə şəhərində Mahmudun İntiqam adlı dostunun evində ilk dəfə görüşmüşdür. Mahmudun onu çağırmaqda məqsədi Mahmuda təqaüd düzəltməsinə köməklik göstərməsini istəməsi olmuşdur. Buna görə Mahmuda lazımi sənədləri yığmaq lazım olduğunu bildirmişdir. Elə həmin vaxt Mahmud ona 50 manat məbləğində pul vermiş ki, Bərdə rayonu Mərkəzi Xəstəxanasının arxivindən xəstəxanada yatması barədə sənədi çıxartmışdır. Xəstəxanada yatması barədə arayışı xəstəxanadan çıxarmış, Mahmuda sənədin onda olmasını bildirmişdir. Təxminən 2 ay sonra Bakı şəhərinə Mahmudun yanına getmiş, Mahmud ona bu işi görməsini tapşırmış nə qədər pul lazımdısa verəcəyini bildirmişdir. Həmin vaxt Mahmud ona 550 manat pul vermişdir. Bundan 20-25 gün sonra Mahmudun yanına yenidən Bakıya getmiş və Mahmuddan 560 manat pul almışdır. Təxminən 1 aydan sonra yenidən Bakı şəhərinə getmiş və Mahmuddan 1200 və ya 1300 manat pul almışdır. Mahmuda bu işlə maraqlandığını bildirmiş, düzələndə xəbər edəcəyini demişdir. 1 ay yarım keçəndən sonra, Mahmuda zəng edib, ondan işin düzəlməsi üçün 1000 manat pul lazım olduğunu demişdir. Mahmudla danışmasının səhərisi gün Mahmudun oğlu Aqil ona 870 manat pul vermişdir. Aqildən pulu Bərdə şəhəri, 8 saylı məktəbin yanında götürmüşdür. Bundan 1 ay sonra yenidən Mahmuda zəng edib ondan 1100 manat pul istəmişdir. Mahmudun oğlu Aqil səhərisi gün yenə Bərdə şəhəri, 8 saylı məktəbin yanında ona 1100 manat pul vermişdir. Mahmud ondan işin nə yerdə olduğunu soruşanda, Mahmuda işin düzələcəyini, yekunlaşmasına az qaldığını bildirmişdir. Daha sonra Mahmudla əlaqə saxlayaraq, 500 manat pul istəmiş, Mahmudun oğlu Aqildən Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Əlişin kruqu” adlı yerdə 520 manat pul götürmüşdür. Bir dəfədə, Mahmudun oğlu Aqil ilə Bərdə rayonu, Təzə bazar adlanan yerdə yenidən görüşmüş və Aqildən 1000 manat pul almışdır. Mahmudun oğlu Aqildən atası Mahmuda təqaüd düzəldəcəyi vədi ilə 4 dəfə pul almışdır. Daha sonra 2020-ci ilin yay aylarında Mahmud ona 3 dəfə poçt vasitəsilə 1300 manat, 300 manat və 400 manat pul göndərmişdir. Yuxarıda qeyd etdiyi pullardan başqa ondan heç bir məbləğ almamışdır. Həmin məbləğləri də Mahmuda təqaüd düzəldəcəyi vədi ilə almışdır. Ümumilikdə Mahmuddan 7000 manat pul almışdır. Mahmuda təqaüd düzəltmək üçün heç kimə pul verməmiş, özünün problemlərinə xərcləmişdir. Təxminən 2021-ci ilin axırlarında Mahmuda işin düzəlmədiyini, pulunu geri qaytaracağını bildirmişdir. Onunla bir neçə dəfə telefon danışıqları olmuş, o, Mahmuda hər dəfə pulunu geri qaytaracağını bildirmişdir. 2022-ci ilin əvvəlində Mahmudla Bərdə rayonunda çayxanada görüşmüşdür. Orda o, Mahmud, İntiqam və Asif oturub çay içmişdirlər. Mahmuda onun sənədlərin düz olmadığından təqaüdü düzəltməyin mümkün olmadığını demiş, Mahmuda söz vermişdir ki, aldığı pulları geri qaytarsın. İkinci dəfədə 1 ay sonra X3 təşkilatın sədri Surəddin, Asif, İntiqam, Mahmud, Surəddinin qardaşı Nurəddin və o görüşmüşdür. Mahmud ondan pulun qaytarılmasın tələb etmiş, kredit götütüb qaytaracağını bildirmişdir. Bu görüşlərdə pulun məbləğindən danışılmamışdır. Onunla telefon danışıqları olmuş,telefonda da məbləğdən danışılmamışdır. 2022-ci ilin aprel-may aylarında onun evinə gəlmişdirlər. İntiqam, Asif, əmisinin oğlu Rövşən, Mahmud və o, onun evində görüşmüşdürlər. Həmin görüş vaxtı Mahmud demiş ki, pulu sələmə götürmüş, pulun üstünə faiz gəlib və pul doqquzon minə qalxmışdır. O da Mahmuda alacağınıda bilirsən, verəcəyinidə sənin pulunu artıqlaması ilə qaytaracaq, aralarında narazılıq qalmayacaq, lazım olarsa evini satacağını da bildirmişdir. Mahmudla telefon danışıqları olmuş, o, kredit götürüb pulunu qayataracağını bildirmişdir. Aradan 1 ay keçmişdi ki, həmkəndlisi Surəddin onu yığıb bildirmişdir ki, Mahmud gəlmişdir. O, Surəddingilə getmişdir. Orada Mahmud, Mahmudun yoldaşı, İntiqam, Asif, Surəddin, Surəddinin qardaşı Nurəddin və o görüşmüşdür. Mahmud ona qapının ağzında pulun sələmdə olduğunu, faizin 14-16 minə qalxdığını bildirmişdir. Sonra içəridə oturmuş və pulla bağlı danışmışdırlar. O, Mahmuda, “sən verəcəyini bilirsən, məndə alacağımı, pulunu artıqlaması ilə qaytaracağını” bildirmişdir. Bu görüşən 1 ay keçməmişdi ki, Mahmud ona zəng edərək Camalgilə getdiyini demişdir. Camalgilin evində Asif, İntiqam, Mahmud, Mahmudun yoldaşı Mətanət, Camal və o, görüşmüşdürlər. Bu görüşdə də pulun məbləği barədə söhbət olmamışdır. O, yenə, kredit götürəcəyini, krediti götürən kimi borcunu verəcəyini bildirmişdir. 2022-ci ilin yay aylarında Bərdə rayonunda yerləşən “Unibank”dan 5000 manat kreditə pul götürmüşdür. Bundan sonra Mahmuda zəng etmiş ki, 5000 manat pulu Mahmuda vermək üçün Bakıya gətirsin, yoxsa harda istiyirsənsə versin. Mahmudda bildirmişdir ki, həyat yoldaşı Mətanət sabah Bərdəyə gələcək pulu Mətanətə verərsən. Səhərisi gün Asifə zəng tmiş, 5000 manatı Mahmudun yoldaşı gəlib götürəcək Asifin də gəlməsini bildirmişdir. Asif və o, Bərdə şəhəri, İ.Qayıbov küçəsində Mətanət və Mətanətin atası ilə görüşmüş ona 5000 manat pulu vermişdir. Pulu verdikdən sonra Mahmuda zəng etmiş və ona 3000 manat borcunun qaldığını bildirmişdir. Mahmud bunun faizini soruşmuş, o, da faizini verməyəcəyini demişdir. Mətanət ümumi borcun 9000 manat olduğunu bildirmiş, o da cavabında bu işi Mahmud bilir, onun bilməsini demişdir. 2022-ci ilin axırlarına yaxın Mahmuda zəng etmiş, 3000 manatını düzəltdiyini, harda verəcəyini soruşmuşdur. Mahmudda Asifə verərsən demiş, aradan yarım saat keçməmişdi ki, pulu Camala verməsini istəmişdir. O, Mahmuda aralarındakı məsələnin yekunlaşmasını, borcunun qalmamasını bildirmişdir. O, Camala pulu verən zaman Camal Mahmudla telefonda danışmış ki, pulu götürür aralarındakı məsələ yekunlaşacağını Mahmuda demiş və razılaşmışdırlar. O, 3000 manat pulu Camala vermişdir. O, Camala demişdir ki, birdən Mahmud pulun faizinidə istəsə pulu vermə, o, özü onunla danışacaq, Camalda bununla razılaşmışdır. Həmin günün axşamı Camal zəng edib, Mahmudgilin orada olduğunu bildirmişdir. Orda Mahmud, Mahmudun yoldaşı Mətanət, İntiqam, Asif, Elmir, Yusif adlı tanımadığı şəxs, Camal və o görüşmüşdür. O, Mahmuda 3000 manat verəcəyinin qaldığını bildirmiş, Mahmudun yoldaşı əlavə pul tələb etmişdir. Mahmuda demiş ki, o, bu pulu artıqlaması ilə vermiş, Mahmud pulu verin demişdir. Pulu verəndən sonra Mahmudgil 14000 qaytarmalı olduğunu bildirdilər, o, artıqlaması ilə aldığı pulu verdiyini bildirmişdir. Bundan sonra Mahmudla nə üzbəüz, nədə telefon vasitəsi ilə görüşməmişdir. xx.xx.2022-ci il tarixdə öyrənmiş ki, ondan şikayət ediblər və o, həmin vaxt onları şöbədə görmüşdür. O, Mahmuddan ümumilikdə 7000 manat pul almışdır. Ehtiyyacı olduğu üçün Mahmuda təqaüd düzəldəcəyi adı ilə ayrı-ayrı vaxtlarda ümumi 7000 manat pulunu ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs təqaüd düzəlmək üçün hansısa bir vəzifəli şəxsə və ya dövlət orqanına müraciət etməmişdir.o, Mahmuddan 7000 manat pul almış əvəzində 8000 manat qaytarmışdır. Əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, ifadəsində bildirmişdir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayan Təqsirləndirilən şəxs, 1992-ci ildən tanımışdır. Belə ki, Rizvanla 1-ci Qarabağ müharibəsində Bərdə könüllərər batolyanunda olmuş, sonra da N saylı hərbi hissədə qulluq etmiş, hətta müharibədə yaralanmış, stasionar olaraq bir neçə ay yatmış, lakin o vaxt onun səhlənkarlığı ucbatından əlillik sənədlərini düzəldə bilməmiş, müəyyən yerlərdən sənəd tələb etmişlər, o, da almamış, bir az məsuliyyətsizlik etmiş, sonra da heç onun üstünə düşməmişdir. Amma Təqsirləndirilən şəxs sənədlərinin üstünə düşmüşdür, Rizvan Qarabağ müharibəsi əlili kimi sənədlərini çıxarmış, təqaüd almışdır. O vaxtdan o, Rizvanla görüşməmiş, elə bir əlaqələri olmamışdır. 2019-cu ilin noyabr ayının 6-da baldızı Günayın toy məclisinə gələndə o ərəfələrdə tanışı Əkbər Canızadənin vasitəsilə təsadüfən Rizvanla telefonda danışmış, sonra da görüşmüşdür. O, Rizvanla Bərdə şəhərində görüşəndə yanında Şahid3 olmuş, daha doğrusu İntiqamın evində Rizvanla görüşmüşdür. O, İntiqamı da uşaqlıq dövründən tanımış, İntiqamın yanına getmişdir. Söhbət zamanı Rizvan ondan təqaüd alıb almadığını soruşmuşdur. O, bildirmişdir ki, təqaüd almır, sənədlərinin üstünə düşməmişdir. Rizvan hardasa da 900 manata kimi təqaüd aldığını demişdir. Ona demişdir ki, “səhv etmisən, indi də gec deyil, təqaüdünü düzəltmək olar”. O demişdir ki, “mənim elə vaxtım yoxdur, həm də hövsələm çatmır”. Rizvan demişdir ki, “o, bu işləri yaxşı bilir, mən bir dəfə gəlib həkim komissiyasından keçəcəm, belə işlər onun əlində asan bir məsələdir”. Rizvan İntiqamın yanında ona dümişdir ki, bu işin 6500 manata yaxın xərci vardır. O, Rizvandan düzəldə biləcəyini soruşmuş, Rizvan bu işlərin yollarını yaxşı bildiyini, əlində su içmək kimi asan bir məsələ olduğunu demişdir. Rizvan arxivdən onun epikrizini çıxaracağını, arxivdə işləyənə hörmət etmək lazım olduğunu bildirmişdir. O, ilkin olaraq İntiqamın yanında çıxarıb ona 50 manat pul vermişdir ki, bu işlərə başlasın. Həmin vaxtdan sonra Rizvan ona zəng vurub, epikrizi çıxartmış, guya onun işinə başlamış, onu xəstəxanada yatızdırmaq, adını yazdırmaq üçün 500 manat pul lazım olmasını, əlavə də nə lazım olsa deyəcəyini bildirmişdir. O, Rizvanla görüşüb evinin yanında ona 20 noyabr 2019-ci il tarixdə 500 manat pul vermiş, ondan sonra Rizvan ona zəng vurub demiş ki, guya ağır dərəcə yazmaq üçün əlavə pul lazımdır, ondan evinin yanında 400 manat pul almış ki, guya həkimlərə verəcəkdir. Onu da qeyd etmişdir ki, o, evdə Rizvana verdiyi pulların hamısını kitabçada qeyd edirmiş, hazırda həmin qeydlərin surətini də istintaqa vermişdir. Ondan sonra Rizvan yenə də ona zəng vurub demiş ki, həkimlərə pul lazımdır, əlavə ağır xəstəlik yazdıracaqdır, onu 2-ci qrup əlilliklə təqaüdə çıxaracaqdır. O, Rizvana inanmış, Bakı şəhərində görüşüb yaşadığı evin yaxınlığında 1500 manat pul vermiş, həmin vaxt yanında həyat yoldaşı Şahid4 olmuş, hələ bir az da söhbət etmişdirlər. Ondan sonra Rizvan 2022-ci lin yanvar ayında onunla danışanda yenə də pul lazım olduğunu demiş, 20 yanvar 2020-ci il tarixdə oğlu Aqilin vasitəsilə Rizvana 1000 manat pul göndərmiş, oğlu Aqil həmin pulu Bərdə şəhərində Rizvanla görüşüb vermişdir. Ondan sonra yenidən ona zəng vurmuşdur ki, yenidən 1200 manat pul lazımdır, yenə də o, Aqillə 1200 manat pulu Bərdə şəhərinə göndərmiş, Aqil Bərdə şəhərində yaşadığı evin yaxınlığında Rizvana 1200 manat pul vermişdir. 2020-ci ilin fevral ayının axırlarında Rizvan ona zəng vurub dedi ki, sənədləri X2, 2000 manat təcili pul çatmalıdır. Mən də ona inanıb xx.xx.2020-ci il tarixdə tanışı Şahid5 yanında yaşadığı evin yaxınlığında Rizvanla görüşüb, Rizvana 2000 manat pul vermişdir. O, Emilin yanında Rizvanla danışıb demişdir ki, “daha sən dediyin pulu mən verdim”. Rizvan gülə-gülə ona demişdir ki, “sən bilmirsən ki, mənim fikrim nədir?”. O, Rizvandan fikrinin nə olmasını soruşanda Rizvan ona demişdir ki, “X5 elə yazdıracaqdır ki, mən son 3 ilin təqaüdünü də alacam”, ayı 900 manatdan hesablayanda ona çox pul veriləcəkdir, əlavə müavinəti almaq üçün müəyyən xərclərin də çıxacağını bildirmişdir. O, Mahmuddan nə qədər xərci çıxacağını soruşmuş, Rizvan alacağı pulun bir qismi çıxacağını, təxminən 5-6 min manat xərcinin çıxacağını, amma 30000 manatdan çox əlavə pul alacağını, həmçinin ev almaq və avtomobil almaq növbəsinə də düşəcəyini bildirmişdir. Rizvan 2000 manatı götürüb getmiş, o, evə gəlib həyat yoldaşı Mətanətə danışmış, Mətanət bununla razılaşmışdır. O, Rizvana razılıq vermiş, əlavə müavinətləri və ev, avtomobil növbəsinə yazılmasını təşkil etməsini bildirmişdir. Rizvan da ona and-aman eləmişdir ki, narahat olmasın, hamısı bir düzələcəkdir, yazılanda yazılacaq ki, 3 illik müavinəti də əlavə edilsin. 10 mart 2020-ci il tarixdə Rizvanla danışıb ona yadında qalmayan Bərdə-Bakı taksiləri ilə 1800 manat pul göndərmiş, Rizvan o pulu da götürmüşdür. Ona demişdir ki, nə vaxt zəng vurub pulu istəsələr, ona deyəcək, hazır olsun. Ondan sonra Rizvan 18 mart 2020-ci il tarixdə oğlu Aqilə Rizvana 1500 manat pul verməsini demiş, Aqil 1500 manat pulu Rizvana vermişdir. Ondan sonra 25 mart 2020-ci il tarixdə Rizvan ondan yenə də pul istəmiş, o, Mustafa adlı Bərdə-Bakı taksi sürücüsü ilə 1400 manat pul göndərmiş, Rizvan o pulu da almışdır. Ondan sonra yenə də oğlu Aqillə 1000 manat pul göndərmişdir. O, Rizvana deyilən məbləğin verdiyindən, sənədlərini Rizvandan istəmişdir. Rizvan yaxın vaxtda verəcəyini bildirmişdir. Sonra yenə də Rizvan ona zəng vurub xırda-para işlərin qalmasını demiş, yenə də pul istəmiş, o, narazılığını bildirmiş, lakin işin sonu olduğuna görə fikirləşmişdir ki, bunu yarıda qoymaq olmaz. Ona görə də Bakı şəhərində poçtla 08 may 2022-ci il tarixdə 300 manat bir, 30 iyun 2020-ci il tarixdə 1300 manat bir, xx.xx.2020-ci il tarixdə 300 manat bir, xx.xx.2020-ci il tarixdə sonuncu dəfə isə 400 manat pul göndərmişdir. Rizvana göndərdiyi pulları saymış, ümumilikdə 14650 manat pul etmişdir. Sonra ona məlum olmuşdur ki, Rizvan onu aldatmışdır, birinci dəfə əlillik düzəltmək üçün, ikinci dəfə də guya ala bilmədiyi əlilliyin 3 illik haqqını almaq üçün o pulları ondan aldadıb almışdır, heç kəsə də pul verməmişdir, hamısını da xərcləmişdir, Rizvanın məhkəmə işinin olmasını, ayrı-ayrı şəxsləri aldadıb bu yolla pul qazanmasını, ondan aldığı pulları da borclu olduğu şəxslərə verməsini və özünün şəxsi ehtiyaclarına xərcləməsini bildirmişdir. O, Rizvanla dəfələrlə görüşmüş, tanışları Asifin yanında, Surəddinin, İntiqamın yanında söhbətləri olmuşdur, Rizvan yaxın vaxtda pulu qaytaracağını söz versə də Rizvan 2021-ci ilin avqust ayının 25-də Bərdə şəhərində ona 5000 manat pulu qaytarmış, hətta yoldaşı Mətanət pulu götürmək istəməmiş ki, hamısını versin, Rizvan and-aman eləmiş ki, yaxın vaxtda hamısını qaytaracaqdır. Rizvan o pulu qaytarmamış, hər dəfə vaxt istəmiş, sonuncu dəfə 2022-ci ilin oktyabr ayının sonlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində Rizvan 3000 manat pulu vermiş, demiş ki, daha imkanı yoxdur, yalandan demiş ki, guya ondan aldığı pul o qədər imiş, onu da qaytarmışdır. O, Rizvana 6650 manat verməli olduğunu bildirmişdir. O, kitabçanı çıxarıb Rizvana göstərmiş, Rizvan imkanının olmadığını demişdir. O, Rizvana 1650 manatını keçdiyini qalan 5000 manatını verməsini demişdir. Rizvan bir ay vaxt istəmiş, amma pulu verməmiş, buna görədə Rizvandan şikayət etmişdir. Bərdə rayon PŞ-nə ərizə vermişdir. Bir daha bildirmişdir ki, Rizvana verdiyi puldan 6650 manatını Rizvan qaytarmamışdır, o, Rizvandan şikayətçi olaraq, Rizvanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə 10 ildən artıqdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə-Atçılıq qəsəbəsində Təzə Məhəllələr yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Mahmud rəsmi olaraq heç bir yerdə işləməmiş, amma yaşadıqları evin həyətyanı sahəsində istilikxanası vardır, tərəvəz məhsulları əkib-becərməklə ailəsinə baxmışdır. Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayan Təqsirləndirilən şəxs o, əvvəllər tanımırmış, amma Mahmud əvvəllər tanımış, demişdir ki, Rizvan 1-ci Qarabağ müharibəsində Bərdə könüllərər batolyanunda olmuşdur, Mahmud da həmin batoylonda olub tanımışdır. Mahmud müharibədə olmağı ilə bağlı təqaüdə çıxmamışdır, sənədlərini düzəltməmişdir, amma Təqsirləndirilən şəxs sənədlərinin üstünə düşmüşdür, o, Qarabağ müharibəsi əlili kimi sənədlərini çıxarmışdır, hazırda da təqaüd alır. O, 2019-ci ilin noyabr ayının 6-da bacısı Günayın toy məclisinə gələndə o ərəfələrdə Mahmud Rizvanla telefonda danışıb görüşmüşlər, Rizvan Mahmuda demişdir ki, Mahmudu təqaüdə düzəldə bilər. Mahmud da ona demiş ki, Rizvan təqüadünü düzəldəcəkdir, Mahmud ayda 900 manat təqaüd alacaqdır. Rizvan həmin işin düzəlməsi üçün əvvəl 6-7 min pul istəmiş, Mahmud da razılaşmışdır. 2019-cu ilin noyabr ayından Mahmud Rizvana pul verməyə başlamış, bu iş adı ilə Mahmud Rizvana hissə-hissə 28 avqust 2020-ci il tarixinə kimi ümumilikdə 14650 manat pulu Rizvana vermişdir, Rizvan Mahmudu təqaüdə çıxaracağı adı ilə bizi aldadıb o məbləğdə pulumuzu ələ keçirmişdir. Rizvan o pulları müxtəlif bəhanələrlə alırmış, gah Bakı şəhərinə gəlirmiş, gah Mahmud müxtəlif şəxslərin vasitəsi ilə göndərmişdir. Sonuncu pulu da 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə Bərdə şəhərinə Rizvanın adına vurmuşdur, Rizvan da Bərdədən o pulu çıxarmışdır. Rizvan ilk əvvəl pandemiya olmasını bəhanə gətirmiş, sonra Komissiyada sənədlərini ilişib qalmasını, yaxın vaxtda düzələcəyini bəhanə etmiş, sonra da demiş ki, iş düzəlmir, verdikləri pulun 5000 manatını ona qaytarmış, sonra da 3000 manatını qaytarmış, hazırda Rizvanın onlara 6650 manat borcu qalmışdır. Həyat yoldaşı Mahmudun tanışı Asif və o, Bərdə şəhəri, İ.Qayıbov küçəsində Rizvandan ilk dəfə 5000 manat pulu alan zaman o, Rizvandan soruşmuşdur ki, 5000 manat pulu verəndən sonra nə qədər borcun qaldı. Rizvan demişdir ki, 9650 manat borcu var. Bu sözləri deməsinə Mahmudun tanışı Şahid6 bu şahid olmuşdur. Sonradan 3000 manatı Bərdə rayonu, Yeni Daşkənd kəndində Camalgilin evinin qarşısında verən zaman orada o, Mahmud, Elmir, Asif, İntiqam, Camal və Rizvan olmuşdur. Camal cibindən 3000 manat pulu çıxardıb həyat yoldaşı Mahmuda vermişdir. Pulu verdikdən sonra Rizvan onlara 7000 manat borcu olmuş olduğunu, 8000 manat verdiyini artıq borcu olmadığını bildirmişdir. Lakin Rizvanla razılaşmamış və aralarında mübahisə yaranmışdır. Asif orda onlara şahid olmuşdur ki, Rizvanın 14650 manat borcu olmuşdur. Hal-hazırda Rizvanın bizə 6650 manat borcu qalmışdır. Daha doğrusu dələduzluqla aldadıb aldığı pullarından həmin məbləğdə pul qalmışdır. Hər dəfə də Rizvan vədlər vermiş, vaxt istəmiş, neçə dəfə görüşmüş, amma pulu qaytarmamış, hər dəfə də yalandan vaxt istəmişdir. Xahiş etmişdir ki, onların pullarının Rizvandan alınıb onlara qaytarılmasına köməklik edilməsini və Rizvan bizi aldatdığı üçün onun barəsində qanuni tədbir görülsün. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Mahmud 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində yerləşən N saylı hərbi hissənin komandir müavini vəzifəsində işləmişdir. Sonra isə 1993-cü ildə yaralandığı üçün xidmətdən təxris olunmuşdur. O, Bərdə rayonu, Yeni Daşkənd kəndində yaşayan Təqsirləndirilən şəxs tanımışdır. Həmin şəxs atası ilə birgə Birinci Qarabağ müharibəsi zamanı iştirak etmişdir. Atası 10 ildir ki, Bakı şəhərində yaşamışdır. 2019-cu ilin noyabr ayında Bərdədə olan zaman tanışı Təqsirləndirilən şəxs ilə Şahid3 evində Rizvanla görüşmüş və söhbət əsnasında Rizvan Mahmuddan təqaüd alıbalmadığını soruşmuşdur, sonra isə Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs köməklik göstərəcəyini və təqaüd düzəldəcəyini demişdir. Sonra isə Təqsirləndirilən şəxs atasından müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pullar almış və həmin pulları atasına təqaüd düzəltmək üçün xərcləyəcəyini bildirmişdir. Bundan başqa o, 2020-ci ilin yanvar ayında atası Mahmud ona zəng edərək, Rizvana pul verməsini istəmiş və o, həmin vaxt Bərdə şəhəri, H.Əliyev prospekində Rizvana 1000 (min) manat pulu vermişdir. Yenidən atası ona zəng edərək demişdir ki, Rizvana 1200 (min iki yüz) manat pul verməsini istəmiş, 2020-ci ilin fevral ayında Rizvana Bərdə şəhəri, Təzə bazar adlanan yerdə 1200 (min iki yüz) manat pul vermişdir. Sonradan 2020-ci ilin mart ayında evinin qarşısına taksi ilə gəlmiş, Rizvana 1500 (min beş yüz) manat pul vermişdir. Sonuncu dəfə isə 2020-ci ilin aprel ayında evinin qarşısına taksi ilə gəlmiş, Rizvana 1000(min) manat pul vermişdir. Bu pulları verərkən onunla tək olmuş, yanlarında heç kim olmamışdır. O, Rizvana ümumilikdə 4700(dörd miin yeddi yüz) manat pul vermişdir. O, hər dəfə Rizvandan işin nə vaxt düzəldəcəyini soruşanda, müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmişdir. O, Rizvanla axırıncı səfər 2021-ci ilin yay aylarında Şahid3 evində görüşmüşdür. Həmin yerdə atası Zərərçəkmiş şəxs, atasının tanışları Şahid3, Əfqan Məmmədov, atamın xalası nəvəsi Cavanşir, o və adı yadından çıxan bir nəfərin yanında Təqsirləndirilən şəxs onlara söz vermişdir ki, dəqiq xatırlamdığı vaxtda 14650 (on dörd min altı yüz əlli) manat pulu verəcəkdir. 2022-ci ilin əvvəllərində atası Zərərçəkmiş şəxslə danışan zaman atası dedi ki, 8000(səkkiz min) manatını almışdır. Qalan pulu ödəməməsini bilmişdir. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs təqaüd düzəldəcəyini vəd vermişdir və buna görə də o, atasının deməsi ilə 2020-ci ilin yanvar-aprel aylarında 4700 (dörd min yeddi yüz) manat pulu Rizvanı vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs gənclik dövründən tanımışdır. Mahmudla bərabər hətta Birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Rizvan Qaımovu 1990-cı illərdə tanımış, onunla da Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Hər ikisilə də münasibəti normal olmuşdur, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Mahmud və Rizvanın arasındakı məsələdən sonradan təsadüfən xəbəri olmuşdur. Sonradan ona məlum olmuş ki, Rizvan Mahmuddan pul almışdır. Nə qədər pul aldığı barədə məlumatı olmamışdır. Xatırlamadığı bir vaxt Mahmud, Rizvan, İntiqam və o Bərdə şəhərində yerləşən çayxanada oturub danışmışdırlar. Mahmud Rizvanın ona borcu olduğunu, Rizvan da borcunu verəcəyini bildirmişdir. Sonra o, Rizvanla təklikdə danışanda Rizvan 7000 manat borcu olduğunu bildirmişdir. Mahmudla danışan zaman mən Mahmuda bildirmişdir ki, “qoy pulu almağa çalışaq, olmasa dövlətə müraciət edərik”. Dəfələrlə Mahmudla bərabər Rizvanla görüşmüş, hər dəfə Rizvan borcunu qaytaracağına söz vermişdir. Dəqiq xatırlamadığı bir vaxtda Mahmud, Rizvan, o və adını dəqiq xatırlamadığı şəxslərin yanında 10000 manata razılığa gəlmişdirlər. 2022-ci ilin ortalarında Mahmud ona zəng etmişdir ki, sabah gələcək Rizvandan pulu götürəcəkdir. Yenidən ona zəng etmiş ki, Mahmud gələ bilmir, həyat yoldaşı Mətanət gələcək, Rizvan pulu Mətanətə verməsini demişdir. Həmin gün saat 11 radələrində Rizvan, Mətanət, Mətanətin atası və o Bərdə şəhəri, İ.Qayıbov küçəsində görüşmüşdürlər. Və orada Rizvan Mətanətə 5000 manat pul vermişdir. X7 danışığı yadında tam qalmamışdır. Təxminən 4-5 ay sonra Bərdə rayonu, Yeni Daşkənd kəndində Camalgilin evinin qarşısında görüşmüş və Camal 3000 manat pulu Mahmuda vermişdir. Mahmud və Rizvan qıraqda söhbət eləmiş, o, Mahmudla Rizvanın nə danışdıqlarını bilməmişdir. Hamısının yanında Rizvan bu məsələni yekunlaşdırdığını bildirmiş, Mahmud sonra bu barədə danışacaqlarını bildirmişdir. Bundan başqa heç nə bilməmişdir. Sonra eşitmiş ki, X9 polisinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1992-ci ildə müharibə dövründən tanımış, eyni döyüşlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs onun dayısının oğludur. Dəqiq xatırlamadığı bir vaxtda Mahmud ona zəng etmiş ki, gəlirik Rizvangilə, o, Mahmudgilə onların evinə gəlmələrini bildirmiş, Rizvanda onun evinə gəlmiş, ilk dəfə həmin vaxt məsələni eşitmişdir. Görüşdə Asif, Mahmud, Mahmudun yoldaşı, Rizvan və o olmuşdur. Həmin söhbət vaxtı Rizvan demişdir ki, nə alıbsa onu qaytaracağını bildirmişdir. Pulun miqdarı ilə bağlı heç nə eşitməmiş, məlumatı olmamışdır. Mahmud onunla danışmışdır ki, Rizvanda 3000 manat pul var, onu götürməyə gələcəyini bildirmişdir. O, Rizvandan 3000 manat pulu almışdır ki, Mahmud gələndə ona versin. Telefonla Mahmudla danışanda o, Mahmuda pul söhbətinin bitdiyini demiş, Mahmudda pulun qutardığını, gələndə söhbət edəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında onun evinin qarşısında Mahmud, Mahmudun yoldaşı, Asif, Elmir, Yusif adlı şəxs, İntiqam, Rizvan və o görüşmüşdür. Həmin görüşdə o, 3000 manat pulu yuxarıdakıların yanında Mahmuda vermişdir. Mahmudda yanında gələn Yusif adlı şəxsə pulu vermişdir ki, pulu saysın. Yusif pulu sayandan sonra düz olduğunu bildirərək, Mahmuda vermişdir. X10 pulun qalanını istəmiş, Rizvan aldığı puldan artığını qaytardığını bildirmişdir. Yusif adlı şəxs Rizvana sabah İntiqamgilə görüşmələrini bildirmişdir. Səhərisi gün Rizvanla İntiqamgilin evinə getmişdirlər. İntiqamgilin evinin qarşısında Yusif Rizvandan soruşdu ki, pulun qalığını nə vaxt verəcək, Rizvan yenədə pulu tam formada, hətta artıq qaytardığını bildirmişdir. Bunlardan başqa heç nəyə şahid olmamışam. Sonradan eşitdim ki, X9 polisinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun döyüş yoldaşıdır. Mahmudla 1992-ci ildən 1993-cü ilə qədər Birinci Qarabağ müharibəsində bərabər döyüşlərdə iştirak etmiş, həmçinin Mahmudu əvvəllərdə tanımışdır. Təqsirləndirilən şəxsda onun döyüş yoldaşıdır, Rizvanla tanışlığı müharibə dövründəndir. 2020-ci ilin axırlarında Zərərçəkmiş şəxs ona zəng edərək demişdir ki, Rizvan ondan sənəd işi üçün pul alıb, hər ikisini tanıdığı üçün Rizvanla danışmasını xahiş etmişdir. Mahmuddan nə qədər pul verdiyini soruşanda isə ona 14500 manat pul verdiyini bildirmişdir. Mahmudun xahişindən sonra, Rizvana zəng etmiş, Rizvanda demişdir ki, “narahat olmasın, qəpiyinə kimi qaytaracam” ifadəsini bildirmişdir. Bu söhbətdən təxminən 2-3 ay keçdikdən sonra, Mahmud gəlmiş, Mahmudla bərabər Bərdə rayonu, Yeni Daşkənd kəndinə Rizvangilin evinə getmiş, lakin Rizvan evdə olmamışdır. Rizvanın qohumu Şahid7gilin eyni kənddə yerləşən evinə getmiş və Camal Rizvanla əlaqə saxladıqdan sonra Rizvan Camalgilin evinə gəlmişdir. Camalgilin evində onun, Mahmudun, Mahmudun yoldaşı Mətanətin, İntiqamın, Asifin və Camalın yanında Rizvan narahat olmamalarını, qəpiyinə kimi ödəyəcəyini və bununla bağlı şəhid qardaşının goruna and içmişdir. Rizvan söz verəndən sonra çıxaraq geri qayıtmışdırlar. Bundan sonra bir neçə dəfə görüşmüş, hər dəfə də qaytaracağına söz vermişdir. O, Rizvandan nə qədər borcu olduğu barədə heç nə eşitməmiş, Mahmuddan eşitdiyinə görə isə 14500 manatdır. Eşitdiyinə görə Mahmuda 2 dəfə 5000 (beş min) manat bir, 3000(üç min) manatda bir pul vermişdir. Lakin, bunu görməmiş, sadəcə Mahmuddan eşitdiyi bu olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4-5 il əvvəl Şahid3 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanımış, amma münasibəti olmamışdır. Rizvanın xarakter cəhətdən yaxşı olmadığını eşitmişdir. Təxminən 2 il bundan əvvəl İntiqamgilin evində təsadüfən öyrənmişdir ki, Rizvan Mahmudu aldadıb 14500 manat pulunu ələ keçirmişdir. O, Mahmuda nəyə görə Rizvana pul verdiyini, Rizvanı tanıması barədə soruşmuşdur. Bildiyinə görə onun əvvəllərdə dələduzluqla məsuliyyətə cəlb olunmnuşdur. Sadəcə telefon danışıqlarına şahid olmuş, nə qədər pul verildiyini, harada verildiyi barədə məlumatı olmamışdır. Mahmuddan eşitmiş ki, Rizvan 8000 manat pulu qaytarıb, qalan pulu isə verməmişdir. Sonra eşitdim ki, X9 polisinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Atçılıq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs onun qohumudur, xalası qızının əridir, onunla münasibətləri normal olmuşdur. Təxminən 2019-cu ilin noyabr aylarında ona məlum olmuş ki, Mahmud təqaüdə çıxması üçün Bərdə rayonundan olan Təqsirləndirilən şəxs adlı şəxslə danışmış, Rizvan Mahmuda söz vermişdir ki, Mahmudu təqaüdə çıxaracaqdır. O, həmin vaxt Bərdə şəhərinə xalası qızının toyuna gəlmişdir. Mahmud demişdir ki, Rizvan onunla birgə 1-ci Qarabağ döyüşlərində işirak etmişdir, Rizvan özü təqaüdə çıxmışdır, Mahmudu da o yolla təqaüdə çıxaracaqdır. Mahmud ona demişdir ki, Rizvanın deməsinə görə Mahmudun təxminən 5-6 min xərci çıxaracaqdır. Sonra o, Mahmudla danışanda Mahmud həmişə Rizvandan gileylənib demişdir ki, xərci çox çıxmış, komissiyaya və digər yerlərə əlavə xərclər çıxmış, Mahmud və ailəsi Rizvana ümumilikdə heç bir il olmamış 14650 manat pul verdiklərini, Rizvanın Mahmudgili aldadıb həmin məbləğdə pulunu ələ keçirmələrini bildirmişdirlər. Hər dəfə də Mahmud Bərdə rayonuna gələndə Rizvanla görüşmüş, Rizvan ilk əvvəl pandemiya ilə bağlı sənədlərin ləngiməsini bildirmiş, sonra məlum olmuş ki, Rizvan heç kəsə heç bir pul verməmiş, yalandan Mahmudu aldatmışdır ki, guya ki Mahmudun sənədlərini düzəldir. O, sonradan Rizvan barədə rayonda maraqlananda demişdirlər ki, Rizvan dələduzdur, neçə dəfə də bu işlərə görə tutulmuş, məhkəməsi olmuşdur. O, özü də xalası qızı Mətanətlə, Mahmudla birlikdə Bərdə şəhərində Sürəddin Səfərovun evində görüşmüş, çəkilişi də o, çəkmiş, video ilə nə qədər pul alması deyilmiş, Rizvan da məbləği deməsə də pul almağını təsdiqləmişdir. Bir müddət sonra Mahmudgil Rizvanla görüşəndə Rizvan Mahmudun həyat yoldaşı Mətanətə tanışları Asifin yanında 5000 manat pul qaytarmış, sonra da 3000 manat pul qaytarmış, Rizvan həmin pulu tanışları Camalın vasitəsilə qaytarmışdır. Mahmudun qalan pulunu qaytarmamış, hər dəfə də yalandan vəd vermiş, o, görüşlərdə iştirak etmiş, Rizvan vaxt istəmiş, amma qalan pulunu qaytarmamışdır. Sonra eşitmiş ki, X9 polisinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əvvəllər polis orqanlarında, yanacaq məntəqəsində işləmiş, hazırda işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs uşaqlıq dövründən tanımış, Mahmudla yaxın dost olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kənd saini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Rizvanı 2019cu ilin noyabr ayında Mahmud onlara gələndə həmin vaxt Rizvanı görüb tanımışdır. Həmin vaxt onun evində Mahmud, Rizvan və o görüşmüşdür. Söhbət əsnasında Rizvan Mahmuda təqaüd düzəldə biləcəyini demişdir. X11 müharibəsi əlili olduğunu, Mahmud da müharibədə iştirak etdiyini, yaralandığını bildirmişdir. Rizvan Mahmudu müharibə əlili kimi təqaüdə çıxaracağına vəd vermişdir. Mahmud sənədlərinin o vaxt it-bata düşdüyünü demişdir. Rizvan bütün o sənədləri özü arxivdən, xəstəxanadan çıxarıb işini, tüqaüdlüyünü düzəldəcəyini bildirmişdir. Rizvan Mahmudun təxminən 5-6 min xərci çıxacağını bildirmişdir. Mahmud çox baha olduğunu bildirmiş, Rizvan narahat olmamasını hissə-hissə ödəməyin olduğunu bildirmişdir. Mahmudla Rizvan razılaşdılar, hətta Mahmud ilkin işlərə başlamaq üçün Rizvana onun yanında 50(əlli) manat pul verdi, 3-4 gün sonra başlamaq üçün pul göndərəcəyini bildirmişdir. Sonra o, Mahmudla danışanda, görüşən zaman Mahmud həmişə Rizvandan gileylənmiş, xərcinin çox çıxdığını, komissiyaya və digər yerlərə əlavə xərclər çıxmasını bildirmişdir. Mahmuddan müxtəlif vaxtlarda soruşanda 4000 manat, 6000 manat verməsini bildirmişdir. Mahmud və ailəsi Rizvana ümumilikdə heç bir il altı ay olmamış 14650 manat pul verdiklərini, Rizvanın Mahmudgili aldadıb həmin məbləğdə pulunu ələ keçirmələrini bildirmişdirlər. Hər dəfədə Mahmud Bərdə rayonuna gələndə Mahmudla o, Rizvanla müxtəlif yerlərdə görüşmüş, Rizvan ilk əvvəl pandemiya ilə bağlı sənədlərin ləngiməsini bildirmiş, sonra məlum olmuş ki, Rizvan heç kəsə heç bir pul verməmiş, yalandan Mahmudu aldatmışdır ki, guya Mahmudun sənədlərini düzəltmişdir. Mahmud bu işlə əlaqədar olaraq, dəfələrlə Bərdə şəhərinə gəlmişdir. Rizvanla görüşəndə Asif, Camal, Sürəddin, Emil orada olmuş və onlar Rizvanın borcu olduğunu və qaytaracağı barədə vədlərinə şahid olmuşdurlar. O, özü sonradan Rizvan barədə rayonda maraqlananda bilmişdir ki, Rizvan dələduzdur, neçə dəfə də bu işlərə görə tutulmuş, məhkəməsi olmuşdur. Bir müddət sonra Mahmudgil Rizvanla görüşən zaman Rizvan Mahmudun həyat yoldaşı Mətanətə tanışları Asifin yanında 5000 manat pul qaytarmışr, sonra da 3000 manat pulu onun qapısına gedəndə qaytarmış və borcunun olmamasını bildirmişdir. Mahmudun qalan pulunu qaytarmamış, hər dəfə də yalandan vəd vermişdir, o, özü də o görüşlər də iştirak etmiş, Rizvan vaxt istəmiş, amma qalan pulunu qaytarmamışdır. Sonra eşitmiş ki, X9 polisinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, birinci Qarabağ müharibəsi əlilidir. Bərdə rayonu, Yeni Daşkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs 1992-ci ildən müharibə vaxtından tanımışdır. Təqsirləndirilən şəxs uşaqlıq vaxtından tanımışdır. O, Rizvanla eyni kənddə böyümüşdür. Rizvanlada bərabər müharibədə iştirak etmişdir. Dəqiq xatırlamadığı bir vaxtda, Mahmud onun yanına gəlmiş, Rizvanın Mahmuddan 7000 manat pul almasını bildirmişdir. Mahmud hansısa sənəd üçün Rizvana həmin məbləği verdiyini ona demişdir. O, Rizvana zəng edərək, Mahmudun gəldiyini və görüşmək istədiyini bildirmişdir. Rizvan onunla razılaşmış və “ayaq körpüsü” adlanan yerin yanında Rizvanla görüşmüşdür. Mahmud həmin yerə sonradan İntiqam adlı şəxslə gəlmişdir. Həmin vaxt Rizvan bankdan pul götürüb, borcunu verəcəyini bildirmişdir. Bundan təxminən 3- 4 ay sonra Mahmud, Asif, İntiqam onun evinə getmişdirlər. O, yuxarıdakıları evə dəvət etmiş və Mahmudun istəyi ilə Rizvanıda çağırtmışdır. Rizvan gələndən sonra, o, Rizvanın 5000 manat pulu qaytarmasını bilmişdir. İntiqam həmin vaxt, pulun sələmdə olduğunu bildirmişdir. Rizvan Mahmuda 3000 manat pul verəcəyini, bununla da borcunun qutaracağını bildirmişdir. Hətta o, Rizvandan artıq pul verməsinin səbəbini soruşmuşdur. Rizvan Mahmudgilin əziyyət çəkdiklərini, yol xərcləri üçün verdiyini bildirmişdir. Həmin vaxt Mahmud bununla razılaşmışdır. Sonra Rizvandan eşitmişdir ki, Mahmudgil onun evində ondan xəbərsiz çəkiliş etmiş və onun buna acığı tutduğundan qalan məsələlərlə maraqlanmamışdır. Sonra Mahmudun həmkəndlisi Camalın vasitəsilə 3000 manatı aldığını Camaldan eşitmişdir. Sonradan eşitmişdir ki, Mahmud pulu aldıqdan bir müddət sonra, Rizvanı polisə şikayət etmişdir. Rizvandan bu barədə soruşmuş, Rizvan onu şərlədiklərini bildirmişdir. O, ilk vaxtlar həm Rizvandan, həm də Mahmuddan eşitdiyinə görə Rizvan hansısa işi görmək üçün Mahmuddan 7000 manat almışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq dövründən tanımış, eyni məhlədə yaşamış, eyni zamanda birinci Qarabağ müharibəsində iştirak etmişdirlər. Təqsirləndirilən şəxsda Birinici Qarabağ müharibəsi dövründən tanımışdır. Dəqiq xatırlamadığı bir vaxtda Bakı şəhərində Mahmudgilin evinə əşya götürmək üçün getmişdir. Mahmudla söhbət zamanı Mahmud ona Rizvan barədə maraqlanmışdır. O, Mahmudan nə məsələ olduğunu soruşanda Rizvanın ona təqaüd düzəltmək üçün 14650 manat pul verdiyini bildirmişdir. O, Rizvanın bu işlər üstündə əvvəllər məhkumluğu olduğunu bildirmişdir. Mahmudla bərabər Bərdə şəhərinə gəlmişdirlər. Yol boyu Mahmud Rizvanı yığmış, Mahmudla Rizvanın telefon danışığından eşitmişdir ki, Rizvan Mahmuda demişdir ki, sənədləri düzəltmiş, sabah Bakıya çıxacağını bildirmişdir. Bərdəyə gələndə İntiqamgilin evinə getmiş, ordanda DSMF-yə gəlmiş, ordan Rizvanı soruşanda belə bir şəxsin gəlib müraciət etmədiyini öyrənmişdirlər. Bərdə rayonunda “ayaq körpüsü” adlanan yerdə yerləşən çayxanada Rizvanla görüşmüşdürlər. Ordan gəldikdən sonra, İntiqamgilin evində oturmuşdurlar. Həmin yerdə Mahmud, İntiqam, Mahmudun oğlu Aqil, Əfqan, Rizvan, adını bilmədiyini bir nəfər və o bir masa arxasında oturmuşdurlar. Həmin söhbətdə eşitmişdir ki, Mahmud Rizvana demişdir ki, sənəd istəmir Mahmud pulunu istəmişdir. Mahmud əlində kağız çıxarmış, həmin kağızda göndərdiyi pulların siyahısı olmuş, siyahıda 14650 manat borcu olduğunu Rizvana göstərmişdir. Rizvanda bunu təsdiqləmişdir. Həmin vaxt Rizvan bildirmiş ki, Rizvana 01 ay vaxt verilsin, Mahmudun pulunu qaytaracaqdır. Başqa heç bir söhbətlərdə olmamışdır. Sonra eşitmiş ki, X9 polisinə şikayət etmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının 6-dan müxtəlif vaxtlarda hissə-hissə 14650 manat pul verməsini, pul veməkdə məqsədinin Rizvanın ona əlillik və prezident təqaüdü sənədini düzəltməyə söz verməsini bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzünə xeyli müddətdir ki, görüşmədiklərini və Mahmudun ona zəng edərək görüşmək istəməsini, görüş vaxtı Mahmudun ondan əlilllik kağızı düzəltməsini xahiş etməsini, müxtəlif vaxtlarda Mahmuddan 7000 manat pulu təqaüd düzəltmək adı ilə almasını bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs üzünə Təqsirləndirilən şəxs özünü onlara Əlillər Cəmiyyətinin üzvü kimi təqdim etməsini, həyat yoldaşı Mahmuda əlillik statusu almasına köməklik göstərməsi məqsədilə 14650 manat pul verməsini bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid4ın üzünə Mahmudla söhbət edəndə Mətanət xanımın orda olmamasını, Mahmuda əlillik statusunun düzəldilməsinə köməklik etmək adı ilə ümumilikdə 7000 manat pulunu almasını, 5000 manat pulu Mətanət xanıma, 3000 manatı isə Mahmuda verməsini, onlara borcunun qalmadığını bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid6 ilə Şahid4 Abdulla qızının arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid6 Şahid4 üzünə o, həmin söhbətlərə şahid olmamasını, Rizvandan 7000 manat pul olduğunu eşitmiş, Mahmuddan isə 14000 manat borc pul olduğunu eşitmiş, həqiqətdə nə olduğunu bilməməsini, ilk dəfə 5000 manat pul alınanda Mətanət Rizvanın 9000 manat hələdə borcunun qaldığını demiş, Rizvanda yerdə qalanını ödəyəcəyini deməsini bildirmiş, Şahid4 isə Şahid6 üzünə Şahid6da orada 14650 manatdan 5000 manat çıxanda 9650 manat qalmasını deməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilmiş, həmin DVD diskə baxış keçirilən zaman müəyyən olundu ki, 1 ədəd DVD diskin içərisində 6 ədəd fayl vardır. Birinci fayl yəni «2021_04_05_06_46_İMG_4774» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, həmin video görüntü 04 dəqiqə 03 saniyə müddətindədir. Həmin video görüntü Şahid5 tərəfindən çəkilmişdir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid10, Şahid3 və Şahid6 iştirak etmişdir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytaracağını bildirmişdir. İkinci fayl, yəni «2021_04_05_06_51_İMG_4776» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, həmin video görüntü 01 dəqiqə 32 saniyə müddətindədir. Həmin video görüntü birinci faylın davamıdır. Təqsirləndirilən şəxs bankdan və sığortadan pul götürərək, aldığı pulu qaytaracağını bildirdi. Üçüncü fayl yəni «2021_04_05_06_53_İMG_4777» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, həmin video görüntü 32 dəqiqə 24 saniyə müddətindədir. Həmin video görüntü birinci və ikinci video görüntünün davamədır. Həmin video görüntüdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid10, Şahid3, Nurəddin Səfərov və iştirak etmişdir. Həmin video görüntüdə iştirakçılar bir-biri ilə bu məsələ ilə bağlı danışırdılar. Təqsirləndirilən şəxs verdiyi sözünə əməl etmədiyini bildirirlər. Pulun miqdarı barədə heç bir məlumat deyilməmişdir. Təqsirləndirilən şəxs pulu verəcəyini bildirmişdir. Dördüncü fayl yəni «2021_06_23_03_19_İMG_6056» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, həmin video görüntü 02 dəqiqə 31 saniyə müddətindədir. Həmin video görüntü Şahid5 tərəfindən çəkilmişdir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4, Şahid6 və Şahid7 iştirak etmişdir. Həmin video görüntüdə Şahid4 Təqsirləndirilən şəxs sələmdən pul aldığını bildirdi. Sələmdən gələn pulu Rizvanın üstünə yazmadıqlarını, əgər yazsalar 30000 manat borcunun olacağını bildirmişdir. Şahid4 sələmi istəmədiklərini bildirmişdir. Beşinci fayl yəni «2021_06_23_03_24_İMG_6057» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, həmin video görüntü 03 dəqiqə 47 saniyə müddətindədir. Həmin video görüntü dördüncü faylın davamıdır. Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs bankdan pul götürəcəyini, bankdan təmizlik kağızı aldığını bildirdi. Şahid5 Təqsirləndirilən şəxs nə qədər borcu olduğunu soruşdu. Təqsirləndirilən şəxs cavabında Mahmudun bildiyini, Mahmudun ona az ya da çox deməyəciyni bildirdi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 14650 manat borcunun olduğunu, qalan xərcləri istəmədiyini bildirdi. Təqsirləndirilən şəxs isə nə qədər borcu varsa ödəyəcəyini bildirdi. Onlar icraya gedəcəklərini bildirdilər. Altıncı fayl yəni «2021_06_23_03_54_İMG_6059» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, həmin video görüntü 05 dəqiqə 41 saniyə müddətindədir. Həmin video görüntü Şahid5 tərəfindən çəkilmişdir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4, Şahid3 və Şahid6 iştirak etmişdir. Həmin video görüntüdə Şahid4 Təqsirləndirilən şəxs bankdan gedib pul götürməsini bildirdi. Verilən müddət ərzində pul verilməsə Rizvan barədə polis şöbəsinə məlumat verəcəklərini bildirdilər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borcunu verəcəyini bildirdi. Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs, Bərdə Rayon Xalq Məhkəməsinin 26 oktyabr 1997-ci il tarixli hökmü ilə təqsirli bilinib 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; həmçinin Bərdə Rayon Məhkəməsinin 27 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 03 il sürücülük hüququndan məhrum edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; həmçinin Bərdə Rayon Məhkəməsinin 26 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; həmçinin Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; həmçinin Bərdə Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.3-cü maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə vurulmuş ziyanı tam ödənildiyindən və zərəçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli **********1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Təmənis yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs 14650 manat pulunu, Bərdə rayonu, Yeni Daşkənd kəndində yaşayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təqaüd düzəltmək məqsədi ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin məbləği 2019-cu ilin noyabr ayından 2020-ci ilin avqust ayına qədər olan zamanda ələ keçirmişdir. Zərərçəkmiş şəxs 10 mart 2020-ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Bakı-Bərdə taksi sürücüsü vasitəsilə 1800 manat pulunu və 25 mart 2020-ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan olmayan Bakı-Bərdə taksi sürücüsü vasitəsilə 1400 manat pulunu göndərdiyi taksi sürücülərinin şəxsiyyəti müəyyən edilməmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş pul tələbinə dair iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6650 manat pulun və 87 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsini xahiş etmiş və məhkəmə tərəfindən Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Təmənis yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs ilə 2019-cu ilin noyabr ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onu təqaüdə çıxaracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 06 noyabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda, tanışı Şahid3 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 50 manat pulunu, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində yerləşən evinin yaxınlığında 20 noyabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda 500 manat pulunu, 03 dekabr 2019cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda eyni ünvanda 400 manat pulunu; 27 dekabr 2019-cu il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda eyni ünvanda 1500 manat pulunu, 20 yanvar 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında Şahid1 vasitəsilə 1000 manat pulunu, 05 fevral 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə şəhəri, “Təzə bazar” adlanan yerdə Şahid1 vasitəsilə 1200 manat pulunu, 27 fevral 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində yerləşən evinin yaxınlığında 2000 manat pulunu, 10 mart 2020-ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Bakı-Bərdə taksi sürücüsü vasitəsilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Bərdə avtovağzalı ərazisində 1800 manat pulunu, 18 mart 2020-ci il tarixdə gündüz saatlarında dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında Şahid1 vasitəsilə 1500 manat pulunu, 25 mart 2020-ci il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Bakı-Bərdə taksi sürücüsü vasiəsilə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Bərdə avtovağzalı ərazisində 1400 manat pulunu, 07 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşadığı ünvan 4 ünvanının yaxınlığında Şahid1 vasitəsilə 1000 manat pulunu, 08 may 2020-ci il tarixdə poçt vasitəsilə Bərdə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən X14 şöbəsindən 300 manat pulunu, 30 iyun 2020-ci il tarixdə poçt vasitəsilə eyni ünvandan 1300 manat pulunu, 17 avqust 2020-ci il tarixdə poçt vasitəsilə eyni ünvandan 300 manat pulunu, 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə eyni ünvandan 400 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 14650 (on dörd min altı yüz əlli) manat pulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, əvvəllər anoloji cinayətə görə bir neçə dəfə məhkum edilməsini, cəmiyyətin hazırki həssas dönəmində müharibə veteranlarına qarşı yönələn belə hərəkətlərin vicdan və əxlaqi cəhətdən düzgün olmamasını, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.3-cü maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə xüsusi olaraq onu da vurğulamaq istəyir ki, vurulmuş ziyanın qismən ödəməsi zamanı cinayət qanunvericiliyinin humanist və bir qədər mülayim yanaşma hallarından Təqsirləndirilən şəxs sui-istifadə edərək, dəfələrlə anoloji cinayətləri törətmiş və bununla da onda əsassız olaraq neqativ hal kimi qiymətləndirilə biləcək “cəzasızlıq sindromu” yaranmışdır. Halbuki hər dəfə cinayətin törədilməsi və həmin cinayət nəticəsində zərərin ödənilməsi kimi hal mütəmadi xarakter alırsa, həmin əməl cəzasız qalmamalı və təqsirləndirilən şəxs həmin cəzanın əsl mahiyyətini dərk etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 oktyabr 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəməsi (8000 manat ödəməsi) cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzasının əvvəli həbs edildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 14650 manat maddi ziyandan 8000 manat hissəsini ödəmiş, qalan 6650 manat hissəsini isə ödəməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəlləənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul etdiyi qaərarlardan biri də iddianın tam və ya qismən təmin edilməsidir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 31 iyul 2023-cü il tarixdən mülki iddiaçı qismində tanınmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia verərək Təqsirləndirilən şəxs 6650 manat pulun və 87 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı olan Zərərçəkmiş şəxs vurulmuş ziyandan 8000 manat hissəsinin ödənilməsi nəzərə alınmalı və qalan məbləğ olan 6650 manat hissə ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 54 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASCnin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, digər məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə zərərçəkmiş şəxs vurulmuş 14650 manat ziyandan 8000 manat vəsaitin ödənilməsi nəzərə alınsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 6650 (altı min altı yüz əəli manat) və ödənilmiş 87 manat dövlət rüsumu alınaraq iş üzrə zərərçəkmiş şəxs olan mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 54 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944). Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar