Məhkəmə qərarları › İş №1(021)-154/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-154/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-154/2024 18.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Səhləbad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 13 avqust 2024-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən tikinti materialları bazarında tanışı Bərdə rayonu Otuzikilər kənd sakini Zərərçəkmiş şəxs onunla söyüşlə zarafat etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir dəfə qəsdən yumruq zərbəsi ilə vuraraq sonuncuya alt çənənin ağız boşluğuna keçən əzilmiş-cırılmış yarası, üst dodağın hematoması, alt çənədə sağ və sol İ dişlərin İİİ dərəcəli laxlaması, diş ətinə qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir neçə ildir ki, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən tikinti materialları bazarında fəhlə işləyir. Zərərçəkmiş şəxs özünə məxsus “Qazel” markalı **- AB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var, həmin avtomobillə fərdi qaydada yük daşıma ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tikinti materialları bazarında işləyərkən tanışı Zərərçəkmiş şəxs onun yanına gəlmiş və onunla söyüşlə zarafat etmişdir. Sonuncuya dilxor və yorğun olduğunu demiş, zarafat etməməsini istəmişdir. Zərərçəkmiş şəxs yenə də onunla söyüşlə zarafat etmiş, bu səbəbdən aralarında sözlə mübahisə baş vermişdir. Bazarda başqa şəxslər olduğundan və həmin şəxslərin gözü qarşısında mübahisə etməmələri üçün Zərərçəkmiş şəxs bazarın kənarına çəkilməyi təklif etmiş, birlikdə bazarın kənarına getmişlər. Kimsənin olmadığından əmin olduqdan sonra Zərərçəkmiş şəxs sinəsindən tutaraq onun hansı səbəbdən onu təhqir etdiyini soruşmuş, sonuncu ona kobud cavab verdiyindən bir dəfə yumruqla onun ağız nahiyəsinə vurmuş, daha sonra onu həmin yerdə qoyub yenidən öz işinə davam etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır, söz verir ki, bir daha hər hansı qanunazidd əməl törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus “Qazel” markalı 09 AB-134 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki tanıyır, belə ki, sonuncu tikinti materialları bazarında fəhlə işləyir. Onların münasibəti yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə tikinti materialları bazarına getmiş, həmin vaxt Təqsirləndirilən şəxs da bazarda olmuş, bazarda olan müştərinin tikinti materiallarını yük avtomobilinə yığmışdır. Sonuncuya yaxınlaşmış və onunla zarafat etməyə başlamışdır. Anar yorğun olduğunu bildirərək onunla zarafat etməməsini istəmiş, lakin o Anarla yaxşı münasibəti olduğundan zarafat etməyə davam etmişdir. Buna görədə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs ondan bazarın kənarına çəkilməsini istəmiş, insanların gözündən kənar bir yerdə söhbət etmək istədiyini demişdir. Təqsirləndirilən şəxsla birlikdə bazarın kənar hissəsinə getmiş və orada sözlə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Anar bir dəfə yumruqla qəsdən onun ağız nahiyəsinə zərbə vurmuş və nəticədə onun ağzından qan axmağa başlamışdır. Təqsirləndirilən şəxs onu orada qoyub çıxıb getmişdir. Sonuncu ilə aralarında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs oğılu ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 13 avqust 2024-cü il tarixli, 632 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alt çənənin ağız boşluğuna keçən əzilmiş-cırılmış yarası, üst dodağın hematoması, alt çənədə sağ və sol İ dişlərin İİİ dərəcəli laxlaması, diş ətinə qansızma küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbıb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 15 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Səhlabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli, 185 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Səhlabad kəndində qeydiyyatdadır. Ailə üzvləri: arvadı-xx.xx.1974-cü il təvəllüdlü X4, qızı-xx.xx.2010-cu il təvəllüdlü X1 və qızı-xx.xx.2014-cü il təvəllüdlü X3 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 10 sentyabr 2024-cü ildə təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs oğılu ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar