Məhkəmə qərarları › İş №1(021)-154/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-154/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-154/2025 06.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət ittihamçısı , Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, fərdi olaraq informasiya texnologiyaları sahəsində proqramçımütəxəssis işləyən, məhkum olmayan, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Cinayət işinin başlanmasına səbəb Ağcabədi rayonu, Qaravəlli kəndində yaşayan Zərərçəkmiş şəxs 01 iyul 2024-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 2021-ci ildə oğlu Şahid vasitəsi ilə tanış oluduğu Təqsirləndirilən şəxs onu aldadaraq oğlu Şahid Naxçıvan Dövlət Universitetindən Bakı Dövlət Universitetinə köçürülməsi barədə yalan vədlər verib sonuncu dəfə Bərdə rayonu ərazisində 1000 (bir min) manat olmaqla ümumilikdə 9000 (doqquz min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə bildirməsi faktı, əsas isə Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/2767 materialda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. 04 aprel 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs barəsində şübhəli şəxsin tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. 04 aprel 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 26 may 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. 27 may 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikası, CPMnin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 11 iyun 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 20:25 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində şübhəli şəxs qismində tutularaq xx.xx.2025-ci il tarixdə, saat 01:25 dəqiqədə Bərdə RPŞ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. 12 iyun 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. 13 iyun 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona qeyd edilən maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 13 iyun 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. 11 avqust 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. ********* nömrəli cinayət işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiq, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək 14 avqust 2025-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İstintaq zamanı Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə xidməti iş yerini dəyişdiyindən tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi üçün 19 avqust 2025-ci il tarixli raportu ilə cinayət işi müstəntiq Rüstəm Mejdunova həvalə edilmişdir. 19 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Bərdə rayon X3 Bölməsinin müstəntiqi, polis baş leytenantı Rüstəm Mejdunovun icraatına qəbul edilmiş və iş üzrə ibtidai istintaq davam etdirilmişdir. 25 avqust 2025-ci il tarixdə ********* nömrəli işi üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli qərarla seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə 12 aprel 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "X8" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə 2021-ci ilin sentyabr ayından etibarən onunla Naxçıvan şəhərində istintaqa məlum olmayan eyni yaşayış sahəsində müvəqqəti kirayədə yaşamış və həmin vaxt Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinin birinci kursunda təhsil alan Şahid və sonuncunun atası Zərərçəkmiş şəxs ilə tanışlığa görə aralarında yaranmış etibarlı münasibətlərində sui-istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, KQ-02 nömrəli Kollegiya Qərarı ilə ləğv edilmiş, lakin həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair" Qaydaların 2ci bəndinin 2-ci hissəsinə əsasən, tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsinə tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisasların X9 tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində yol verildiyi halda, əslində belə bir niyyəti və səlahiyyəti olmadan Şahid Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməsini təşkil edəcəyi barədə Zərərçəkmiş şəxs yalan vədlər verməklə aldadıb inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə xx.xx.2021-ci il tarixdə, saat 11:54-də Ağcabədi rayonu ərazisində yerləşən, dəqiq yeri istintaqa məlum olmayan ödəniş terminallarından biri vasitəsi ilə 4.500 manat pulunu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində, dəqiq tarixləri, vaxtları və məkanları istintaqa məlum olmayan Bərdə və Ağcabədi rayonları ərazisində yerləşən ödəniş terminalları vasitəsi ilə 2.600 manat pulunu, xx.xx.2021-ci il tarixdə, saat 18:34-də Bərdə rayonu ərazisində yerləşən dəqiq yeri istintaqa məlum olmayan ödəniş terminallarından biri vasitəsi ilə 900 manat pulunu, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə, saat 18:38-də Bərdə rayonu, Hacallı kəndi ərazisində yerləşən "Ailəvi Market" adlanan marketin içərisində olan ödəniş terminalı vasitəsi ilə 1.000 manat pulunu son dörd rəqəmi 3546 olmaqla özünün adına olan "xxxx" ASC-yə məxsus bank kart hesabına köçürtməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 9.000 manat pulunu etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 11-də yaşayır, ali təhsillidir, informasiya texnologiyaları sahəsində mütəxəssisproqramçı kimi fərdi şəkildə işləmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ildən oğlu Ələkbərin vasitəsi ilə tanımışdır. Belə ki, Ələkbər həmin vaxt Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş və onunla Naxçıvan şəhərində bir yerdə kirayədə qaldığı üçün Ələkbər ilə tanışlığı yaranmışdır. Onun Ələkbər və Ələkbərin atası Şaiq ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, həmin şəxslər ilə münasibətləri olmuş, bir neçə dəfə də Ələkbərin Ağcabədi rayonunda yerləşən yaşadıqları evə qonaq getmişdir. Həmin ərəfələr o, Naxçıvan şəhərində informasiya texnologiyaları sahəsində kurs keçmişdir. Bir müddət sonra Naxçıvan MR Təhsil Nazirliyinə tabe olan "Texniki Servis” MMC-yə direktor təyin edilmişdir. Həmin ərəfələr onun şəxsi işləri ilə bağlı pula ehtiyacı olduğundan və Ələkbərlə çox yaxın olduğundan atası Şaiqdən borc alıb ona verməsini demişdir. Ələkbər də atası Şaiqə demişdir. 2021-ci ilin əvvəllərində, dəqiq xatırlamadığı tarixdə o, Şahid ilə söhbət edərkən Ələkbər Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə köçürülmək arzusunda olduğunu ona demişdir. Həmin vaxt o, Ələkbərə Naxçıvan MR Təhsil Nazirliyində vəzifədə işləyən tanışlarının olduğunu, Ələkbərin dediyi məsələni tanışlarının vasitəsi ilə həll edə biləcəyini demişdir. Bundan sonra o, Ələkbərin atası Şaiq ilə mobil telefon vasitəsi ilə videogörüntülü danışıb Şaiqə yalandan eyni məsələni izah edərək Şaiqi inandırmışdır. Həmin vaxt o, Şaiqə 8000 (səkkiz min) manat müqabilində Ələkbəri Bakı Dövlət Universitetinə köçürülməsini həll edə biləcəyini demişdir. Şaiq də onunla razılaşmışdır. Bir müddət sonra, təxminən 2021-ci ilin aprel ayında, dəqiq xatırlamadığı tarixdə o, Şaiqə özünə məxsus olan, hazırda işlək olmayan "xxxx" ASC-yə aid bank hesabına 4500 (dörd min beş yüz) manat pulu göndərmişdir. Bundan sonra müxtəlif tarixlərdə və məbləğlərdə Şaiq onun həmin kart hesabıma 4500 (dörd min beş yüz) manat olmaqla ümumilikdə 9000 (doqquz min) manat pul göndərmişdir. O, həmin pulları heç kimə verməmiş, Ələkbərin məsələsi ilə bağlı heç kimlə danışmamış, pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Şaiq və Ələkbərə isə yalandan guya işi həll edəcəyini demişdir. Bir müddət Şaiq və Ələkbəri yola verdikdən sonra mobil nömrəsini dəyişdiyi üçün Şaiq və Ələkbər ilə əlaqəsi tamam kəsilmişdir. Ələkbər isə onunla eyni evdən çıxdığı üçün başqa şəxslər ilə ayrı-ayrı ünvanlarda yaşamışdır. Bundan sonra Şaiqin onun atası Mehmanla görüşdüyünü və pulunu tələb etməsi barədə məlumatı olmuşdur. Bir müddət sonra isə Şaiq ondan şikayət etmişdir. O, iş üzrə dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onun tələbənin bir unviersitetdən digər universitetə və başqa ixtisasa köçürülməsini təşkil etmək kimi səlahiyyəti olmamışdır. Lakin Təhsil Nazirliyi tərəfindən və X9 ilə razılaşdırılmış qaydada mümkün olan məsələdir. Onun Təhsil Nazirliyində və ya digər dövlət orqanlarında həmin məsələnin həllini görə biləcək tanışları olmamışdır. O, Ələkbər və Şaiqə o cür deyib inandırmışdır. Almış olduğu həmin ümumilikdə olan 9000 manat puldan qeyd edilən məsələ ilə bağlı kiməsə verməmiş, tamamilə öz ehtiyacları üçün xərcləmişdir. Qeyd edilən cinayətin törədilməsində ona hər hansı digər şəxsin bu və ya digər formada köməkliyi olmamışdır. O, həmin cinayəti tək törətmiş və heç kimin köməyi olmadan törətmişdir. O, şübhəli şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs həmin pulları borc olaraq alması barədə bildirməsi məsuliyyətdən qorxduğu üçün o cür demişdir. Lakin üzləşmə zamanı Şaiqin üzünə qarşı yalan danışa bilməmişdir. Həmin kartın isə müddəti bitdiyinə görə istifadə etmədiyindən harada olmasını bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, əlavə olaraq dövlət büdcəsinə 2253 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Etdiyi hərəkətə görə zərərçəkmiş şəxsdən üzr istəyir. Barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Qaravəlli kəndində yaşayır, fərdi sahibkarlıqla məşğul olur. Mahiyyəti üzrə bildirmişidr ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayından tanıyır. Lakin Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olan oğlu Şahid 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmuşdur. Ələkbər 2020-ci ilin sentyabr ayının əvvəllərində kirayə ev tapmaq üçün böyük qardaşı ilə birlikdə Naxçıvan şəhərinə getmişdir. Oğlu Ələkbər həmin vaxt şəhərin binalarından birində kirayədə yaşayan Mehman Səfərovla tanış olduqdan sonra birlikdə həmin evdə kirayədə yaşamağa başlamışdır. Rəhman onun oğlu Ələkbərin otaq yoldaşı olduğuna görə o, həmin ərəfədə Rəhmanla tanış olmuşdur. Rəhman oğlu Ələkbərdən yaşca çox böyük olmuşdur. O, da Rəhmanın bir böyük kimi oğluna göz-qulaq olacağından rahat olmuşdur. Həmin vaxt Rəhman Naxçıvan şəhərində kompyuter kursları keçmişdir. Bir müddət sonra Rəhman onlara Naxçıvan MR Təhsil Nazirliyində sektor müdiri vəzifəsinə təyin olunması barədə demişdir. Təxminən 2021-ci ilin əvvəllərində oğlu Ələkbər ona zəng edib X4 Universitetindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməsini təmin edə biləcəyini, bunun müqabilində Təhsil Nazirliyində adamlarının olmasını demişdir. O, da həmin xəbərə çox sevinmişdir. Belə ki, oğlunun hüquq fakültəsində təhsil alması çoxdanki arzusu olmuşdur. Qeyd etdiyi məsələ ilə bağlı o, Rəhmanla "skype" videogörüntülü danışıq proqramı vasitəsi ilə bir neçə dəfə danışmışdır. Rəhman ona Naxçıvan MR Təhsil Nazirliyində sektor müdiri vəzifəsində işlədiyini, həm Təhsil Nazirliyində, həm də Naxçıvan Dövlət Universitetində vəzifədə çalışan tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə onun oğlu Ələkbəri Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürə biləcəyini demişdir. Rəhman bunun üçün ondan 8000 (səkkiz min) manat pul istəmişdir. Belə ki, Rəhman həmin pulun oğlu Ələkbərin işini həll edəcək vəzifəli şəxslərə veriləcəyini demişdir. Lakin Rəhman həmin şəxslərin kim olduğunu və konkret olaraq hansı vəzifələrdə çalışdıqlarını bildirməmişdir. Bir daha qeyd etmişdir ki, Rəhman özünü pis insan kimi tanıtmamış, oğlu Ələkbər çox razılıq etmişdir. Həmçinin oğlu Ələkbər ilə eyni evdə yaşadıqlarına, həm pedaqoji fəaliyyətlə məşğul olduğuna, Təhsil Nazirliyində Sektor Müdiri vəzifəsində çalışdığına görə o, Rəhmana inanmış və dediyi məbləği verməyə razılaşmışdır. Həmin gündən sonra 2021-ci ilin aprel ayından həmin ilin avqust ayınadək olan müddət ərzində o, Rəhmanın ona bildirdiyi və adına olan "xxxx" ASC-yə aid bank kartına hissə-hissə olmaqla ümumilikdə 9000 (doqquz min) manat pul göndərmişdir. Həmin pulların bir qismini Ağcabədi rayonundan, bir qismini isə Bərdə rayonu ərazisindən ödəmə terminali vasitəsi ilə göndərmişdir. Sonuncu göndərdiyi 1000 (bir min) manatı isə 2021-ci ilin avqust ayında Bərdə rayonu, Hacallı kəndi ərazisində adını xatırlamadığı mağazanın içərisində olan ödəmə terminalı vasitəsi ilə Rəhmanın kart hesabına göndərmişdir. Rəhmanın kart hesabına göndərdiyi pullara dair qəbzlərin bir qismini saxladığı üçün polisə təqdim etmişdir. Həmin qəbzlərdə pulların göndərilmə yerləri, dəqiq tarixləri və məbləğləri göstərilmişdir. Qəbzlərin bir qismini isə saxlamamışdır. Birinci dəfə Rəhmanın kart hesabına 4500 (dörd min beş yüz) manat pul göndərəndən sonra Rəhmanla bir neçə dəfə üzbəüz görüşmüşdür. Həmçinin Rəhman onun yaşadığı evə qonaq gəlmişdir. Rəhman onun oğlu Ələkbərin otaq yoldaşı olduğu üçün inamını və etibarını qazanmışdır. Rəhmanın sözlərinə əsasən, oğlu Ələkbər 2021-ci il ərzində Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməli idi. Lakin 2022-ci ilin əvvəlində pandemiya olduğuna görə Rəhman köçürmənin ləngidiyini bildirib bir müddət o cür aldatmışdır. Pandemiyanın ikinci ilində köçürmələr başladıqda Rəhman yalandan oğlu Ələkbərdən əlyazma ilə Bakı Dövlət Universitetinin rəhbərliyinə, sonradan isə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə ünvanlanan ərizə almış, lakin dəyişən heç nə olmamışdır. Sonradan isə Rəhmanın onu aldatdığını görüb Rəhmandan verdiyi pulları geri tələb etməyə başlamışdır. 2023-cü ilin təxminən avqust-sentyabr aylarında Rəhmanla Qəbələ şəhəri ərazisində görüşmüşdür. Rəhman həmin ilin sentyabr ayında X5 Universitetinin hüquq fakültəsinin tələbə bilətinin verilməli olduğunu və məsələni danışıb həll etdiyini demişdir. Rəhmanın sonuncu vədi də boşa çıxdıqdan sonra telefon nömrələrini söndürdüyündən əlaqələri kəsilmişdir. Oğlu Ələkbər də 3-4-cü kursu öz tələbə yoldaşları ilə başqa evdə qaldığına görə Rəhmanı görməmişdir. 2024-cü ilin aprel ayında o, Rəhmanla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmişdir. Rəhmanın atası Mehmana dəfələrlə zəng edib oğlunun barəsində polisdə iş olduğunu, Rəhmandan şikayət etdiyini bildirmiş, lakin Mehman onu yola verib oğlu barədə konkret bir söz deməmişdir. Həmçinin Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun ümumilikdə 9000 (doqquz min) manat pulunu öz adına olan bank kartına göndərtməklə dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, Rəhman həmin pulları guya onun oğlu X6 Universitetinin tarix fakültəsindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməsini təmin edəcəyi adı ilə almışdır. O, Rəhmanın adına olan kart hesabına ilk dəfə, yəni 2021-ci ilin aprel ayının 26-da Ağcabədi rayonu ərazisində yerləşən "xxxx" ASC-nin filialının qarşısındakı ödəmə terminalı vasitəsi ilə 4500 manat, daha sonra 2021-ci ilin may ayının 29-da Bərdə rayonu ərazisində, dəqiq xatırlamadığı yerdə ödəmə terminalı vasitəsi ilə 900 manat, sonuncu dəfə isə 2021-ci ilin avqust ayının 29-da Bərdə rayonu, Hacallı kənd ərazisində yerləşən mağazadan ödəmə terminalı vasitəsi ilə Rəhmanın kart hesabına 1000 manat pul göndərmişdir. Onadək olan müddət ərzində isə yenə Rəhmanın kart hesabına hissə-hissə olmaqla 2600 manat pul göndərmişdir. Həmin pulları da Bərdə rayonu ərazisindən, müxtəlif ödəmə terminalları ilə göndərmişdir. Onun Bərdə rayonu, Lənbəran kəndi ərazisində əkin yeri vardır və həmin əkin yerinə görə ona Bərdə rayon Pambıq Zavodu pambıq pulu vermişdir. Həmin ərəfələr o, pambıq pulunun olduğu kartını götürməyə getdiyi üçün kartından pulu nağdlaşdırıb Rəhmana göndərmişdir. Bundan başqa, o, yenə kənd təsərrüfatı ilə bağlı tez-tez Bərdə rayonuna getdiyi üçün pulun bir qismini Bərdə rayonundan, 4500 manatı isə Ağcabədi rayonundan göndərmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs ümumilikdə 9000 manat pul göndərmişdir. Belə ki, Rəhman ona və oğlu Ələkbərə Naxçıvan MR Təhsil Nazirliyində sektor müdiri işlədiyini dediyi üçün, eyni zaman da oğlu Ələkbərlə eyni otaqda qaldığından Rəhmana inanmışdır. Təqsirləndirilən şəxs ona və ya oğlu Ələkbərə qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd təqdim etməmiş, və oğlunu hər hansı şəxslərlə görüşdürməmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş 9000 manat maddi ziyanı tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Qaravəlli kəndində yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayından tanıyır, lakin əvvəllər Rəhmanı tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, o, 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur, həmin ilin sentyabr ayının əvvəllərində böyük qardaşı ilə birlikdə Naxçıvan şəhərinə gedib kirayə ev tapmışdır. Həmin vaxt şəhərin binalarından birində kirayədə yaşayan Mehman Səfərovla tanış olmuş və birlikdə həmin evdə kirayadə yaşamağa razılaşmışdır. Rəhman onun otaq yoldaşı olduğuna görə atası Şaiq də həmin ərəfədə Rəhmanla tanış olmuşdur. Həmin vaxt Rəhman ona Naxçıvan şəhərində kompyuter kursları keçdiyini demişdir. Bir müddət sonra Rəhman ona Naxçıvan MR Təhsil Nazirliyində sektor müdiri vəzifəsinə təyin olunmasını demişdir. Təxminən 2021-ci ilin əvvəllərində Rəhmanla söhbət zamanı o, Rəhman keçid balının az olduğuna görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul ola bilmədiyini, lakin istəyinin həmin fakültə olduğunu demişdir. Rəhman ona Naxçıvan MR Təhsil Nazirliyində tanışlarının olduğunu və tanışları vasitəsi ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürə biləcəyini bildirmişdir. O, da bu barədə zəng edib atası Şaiqə demişdir. Həmin məsələ ilə bağlı atası Şaiq Rəhmanla "skype" videogörüntülü danışıq proqramı vasitəsi ilə bir neçə dəfə danışmışdır. Rəhman atası Ələkbərə də Naxçıvan MR Təhsil Nazirliyində sektor müdiri vəzifəsində işlədiyini, həm Təhsil Nazirliyində, həm də Naxçıvan Dövlət Universitetində vəzifədə işləyən tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə onu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürə biləcəyini demişdir. Rəhman bunun üçün atası Şaiqdən 8000 manat pul istəmişdir. Belə ki, Rəhman həmin pulun onun işini həll edəcək vəzifəli şəxslərə veriləcəyini demişdir. Lakin həmin şəxslərin kim olduğunu və konkret olaraq hansı vəzifələrdə çalışdıqlarını bildirməmişdir. Atası Ələkbər də Rəhmana inandığı üçün Rəhmanın dediyi məbləği verməyə razılaşmışdır. 2021-ci ilin aprel ayından həmin ilin avqust ayınadək olan müddət ərzində atası Şaiq Rəhmanın bildirdiyi və adına olan "Kapital Bank” ASC-yə aid bank kartına hissə-hissə olmaqla ümumilikdə 9000 manat pul göndərmişdir. Rəhmanın sözlərinə əsasən, o, 2021-ci il ərzində Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməli idi. Lakin 2022-ci ilin əvvəlində pandemiya olduğuna görə Rəhman köçürmənin ləngidiyini bildirib aldatmışdır. Pandemiyanın ikinci ilində köçürmələr başladıqda Rəhman yalandan ondan əlyazma ilə Bakı Dövlət Universitetinin rəhbərliyinə, sonradan isə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə ünvanlanan ərizə alınmış, lakin dəyişən heç nə olmamışıdr. Sonradan Rəhmanın onu və atasını aldatdığını görüb atası Rəhmanın barəsində şikayət etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona və ya atası Ələkbərə qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd təqdim etməmiş və hər hansı şəxslərlə görüşdürməmişdir. Beləliklə atası X7 Səfərova borc pul verməmiş, Rəhman onu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməyi ilə bağlı atasını aldadıb ümumilikdə 9000 manat pulu ələ keçirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın iyirmi beş faizi miqdarı olan 2253 (iki min iki yüz əlli üç) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ünvanlayaraq cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə vurulmuş zərərin tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxsin ərizəsini, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə görə, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar