Məhkəmə qərarları › İş №1(021)-155/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-155/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-155/2021 06.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, 18.08.2021-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs Bərdə rayon Mollaisalar kənd qəbirsanlığının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə yumruq və təpiklə cox saylı zəbələr vuraraq sonuncunun sağ gözətrafı nahiyənin hər iki göz qapağı və almacıq nahiyəsi əhatə olunmaqla hematoması, sağ almacıq nahiyəsinin, sağ qaşın bayır qurtaracağı nahiyəsinin, üzün sol yarısının, sol xarici qulaq seyvanının, sağ əlin 1-ci barmağının arxa səthinin sıyrıqları, burun kökü və beli nahiyəsinin, sol qulaq arxası və qulaq seyvanının bayır büküşünün, döş sümüyünün qurtaracağı nahiyəsinin qancırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Otuzikilər kəndində yaşayır, həyat yoldaşı bir il əvvəl vəfat etmiş, himayəsində iki azyaşlı övladı vardır. Ailəsini dolandırmaq üçün kənd təsərrüfatı işlərində fəhləlik edir. O, qardaşı Elnurla iki ay olar ki, küsülüdür. 18.08.2021-ci il tarixdə anasının vəfatının 52-ci günü, saat 18 radələrində O, öz həyətində cay içərkən qardaşı Elnurun dostu Məhəmməd onun həyətinə gəlib ona yeyib içməyə getməyə təklif etmişdir. O, Məhəmməddin təklifini qəbul etmiş və onlar birlikdə Bərdə rayon Mollaislar kəndində olan Fəqan adlı şəxsin kafesinə getmişlər. Kafedə piyvə və araq içib kabab yemişlər, saat 23 radələrində onlar birlikdə kafedən cıxaraq öz kəndləri istiqamətinə piyada gəlmişlər. Bir qədər gəldikdən sonra Mollaisalar kənd qəbirsanlığının qarşısına catan zaman orada Məhəmməd ona demiş ki, səni qardaşınla barışdıracam, O, isə buna ehtiyac olmadığını bildirmişdr. Bu zaman Məhəmməd onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı O, əsəbləşib Məhəmmədin üz nahiyəsinə bir neçə yumruq vurmuşdur. Bundan sonra təsadüfən yol ilə öz avtomobili ilə keçən həmkəndlisi İslamın oğlu Seymur onları görüb avtomobilini saxlamış, Seymur onlara yaxınlaşıb, onları sakitləşdirmiş, onu və Məhəmmədi öz avtomobilinə əyləşdirərək Otuzikilər kəndinə aparmışdır. Əvvəlcə Məhəmmədi öz evinin yaxınlığına düşürmüş, daha sonra isə onu öz evinə düşürmüşdür. Dava-dalaş təxminən 5-7 dəqiqə ərzində davam etmişdir. Dava-dalaş gecə saatlarında kənd qəbirsanlığının qarşısında olduğu üçün onun Zərərçəkmiş şəxs döyməyini kənar şəxslər görməmiş, yalnız taksi sürücüsü Seymur bu hadisədən təsadüfən xəbərdar olmuşdur. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayon Otuzikilər kəndində yaşayır, həyat yoldaşı vəfat etmiş, bir övladı var. X1 ilə dostdur, onunla normal münasibətləri vardır. 18.08.2021-ci il tarixdə Elnurun anasının 52 yas mərasimi idi, axşam saatlarında o, Elnurun qardaşı Təqsirləndirilən şəxs oğlunu görmüş, ürəyi yeyib içmək istədiyi üçün Asimana yeyib içmək təklif etmişdir. Asiman onun təklifini qəbul etmiş və onlar birlikdə Mollaisalar kəndində olan Fəqan adlı şəxsin kafesinə getmiş, orada Asiman və o, birlikdə araq, piyvə içmişlər həmçinin kababda yemişlər. Saat 23 radələrində Asiman və O, birlikdə kafedən cıxmışlar. Asiman onu yaxınlıqda olan qəbirsanlıq tərəfə aparmışdır. Orada aralarında mübahisə yanmış, Asiman qəfildən yumruqla onun üz nahiyəsinə vurmuş, bu zaman O, özünü itirib yerə yıxılmışdır. Daha sonra isə təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra yoldan keçən Otuzikilər kəndindən olan taksi sürücüsü İslamın oğlu Seymur onları görüb dayanmış və onları həmin taksi vasitəsilə Otuzikilər kəndinə gətirmişdir. Orada isə Asiman onu yaşadığı evin yaxınlığında küçədə düşürüb Seymurla birlikdə öz evinə doğru getmişdirlər. Bundan sonra O, 102 xidmətinə məlumat vermişdir. Dava-dalaş təxminən 5- 7 dəqiqə davam etmiş, hadisə gecə vaxtı olduğu üçün orada heç kəs olmamış, yalnız sonradan təsadüfən onları görən taksi sürücüsü İslamın oğlu Seymur Asiman və onu Mollaisalar kəndinin qəbirsanlığının qarşısından Otuzikilər kəndində olan evinin qarşısna gətirmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 11-12-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 19.08.2021-ci il tarixli 731 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər –sağ gözətrafı nahiyənin hər iki göz qapağı və almacıq nahiyəsi əhatə olunmaqla hematoması, sağ almacıq nahiyəsinin, sağ qaşın bayır qurtaracağı nahiyəsinin, üzün sol yarısının, sol xarici qulaq seyvanının, sağ əlin 1-ci barmağının arxa səthinin sıyrıqları, burun kökü və beli nahiyəsinin, sol qulaq arxası və qulaq seyvanının bayır büküşünün, döş sümüyünün qurtaracağı nahiyəsinin qancırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 18.08.2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 49-cu vərəqələrində olan Bərdə RİHBnın Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar