Məhkəmə qərarları › İş №1(021)-155/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-155/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-155/2022 24.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafəçi Müdafiəçi1, Müdafəçi Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 17 yanvar 1989-cu ildə Yevlax rayonunun 28 Aprel sovxozunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olmaqla, Bərdə rayonu, Zümürxan kəndində Kərpic zavodun binasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə xx xxxxxx 1993-cü ildə Bərdə rayonunun Əliyanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Zümürxan kəndində Kərpic zavodun binasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək qeyri-yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Bərdə rayonunun Zümürxan kəndində Kərpic zavodun binasında yaşayan Təqsirləndirilən şəxs2, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qohumu Təqsirləndirilən şəxs1 ilə birləşərək 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Çay sahili küçəsində yerləşən daş sexinin binasının qapısını əli ilə fiziki güc tətbiq edib qapının cəftəsini deformasiya edərək qapıdan binaya qanunsuz daxil olmaqla, binada olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 30 (otuz) manat dəyərində “Marquis 2950” markalı su matorunu, 01 ədəd 100 (bir yüz) manat dəyərində Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioneri və 01 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində samovardan ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,812 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib üzərində saxlamış, 28 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Füzuli küçəsinin ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbacıqda gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,812 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək qeyri-yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Bərdə rayonunun Zümürxan kəndində Kərpic zavodun binasında yaşayan Təqsirləndirilən şəxs1, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qohumu Təqsirləndirilən şəxs2 ilə birləşərək 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Çay sahili küçəsində yerləşən daş sexinin binasının qapısını əli ilə fiziki güc tətbiq edib qapının cəftəsini deformasiya edərək qapıdan binaya qanunsuz daxil olmaqla, binada olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 30 (otuz) manat dəyərində “Marquis 2950” markalı su matorunu, 01 ədəd 100 (bir yüz) manat dəyərində Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioneri və 01 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində samovardan ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 435,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və Bərdə şəhəri, Çay Sahili küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsinin yaxınlığında saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Qarabağ qəsəbəsinin ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 4 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusundan təmiz çəkisi 5,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, keçirilmiş əməliyyat tədbirlərinin davamında isə həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Çay Sahili küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsinin yaxınlığında saxladığı 02 (iki) ədəd iç-içə olan sarı rəngli sellofan paketdə ümumi təmiz çəkisi 430 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini fəhləlik edərək dolandırır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, həmin şəxslə heç bir nifaq və münaqişəsimyoxdur. O, təxminən 2021-ci ilin əvvəllərindən narkotik vasitələrin aludəçisi olmuş, narkotik vasitə qəbul etdiyi üçün fəhləlik edə bilmir və bu səbəbdən pulu olmur. Təqsirləndirilən şəxs1 onun bacanağıdır, yaxın münasibəti vardır. 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində bacanağı Röyalı çağırıb maşın bazarının yaxınlığında yerləşən ünvan 7 üvanında olan “Aqlay” sexinə girməyi təklif etmiş, pula ehtiyacları olduğu üçün Röyal onunla razılaşmışdır. Onlar piyada Zərərçəkmiş şəxs məxsus aqlay sexinin qabağına gəlmişlər, Röyal aqlay sexinin qapısının qarşısında dayanmışdır ki, ətrafdan kimsə gəlsə xəbər etsin. O, qapını əli ilə itələyib qapının çərçivəsində olan cəftədən çıxardıb içəri daxil olmuş, içəridə olarkən o, samovar, su matoru və kondisioneri götürmək qərarına gəlmiş, kömək üçün çöldə dayanan Röyalı çağırmış, Röyal sexin içərisinə gəlmiş, o, Röyala samovarı götürməyini demiş, Röyal samovarı götürüb çölə çıxmışdır. Bundan sonra o, sexin içərisindən BK markalı kondisioner və su motoru götürüb çölə çıxartmış, onlar oğurladıqları əşyaları onun yaşadığı ünvana Bərdə rayonu Zümürxan kəndinin içərisində yerləşən Kərpic zavodun binasına aparmışlar. Səhərisi gün o və Röyal polis əməkdaşlarının gəlməsini görmüşlər, onlar yaşadıqları evin yaxınlığında gizlənmişlər, Polis əməkdaşları onun yaşadığı ünvandan oğurladıqları Bk markalı kondisioneri, su motorunu və samovarı evə baxış keçirərək götürüb çıxıb getmişlər. O və Röyal polislər onları axtardıqları üçün Bərdə şəhəri Qarabağ qəsəbəsində yerləşən “İstisu” adlanan yerdə kirayə ev tutub qalmışlar, qaldıqları ünvanını dəqiq bilmir. 26 yanvar 2022-ci il tarixdə gecə saatlarında Röyalın evə gəlmədiyini görüb o, Röyalı axtarmaq üçün qəsəbəyə çıxıb qəsəbədə qəzərkən o, yerdən falqaya bükülünün işıldamasını görmüş, həmin bükümü götürüb bükümün içərisində ağ rəngli tozun olmasını görmüşdür. O, narkotik vasitələr və psixotop maddələrin istifadəçisi olduğu üçün həmin maddənin metamfetamin olmasını anlamış, həmin psixotrop maddəni götürmüşdür ki, gələcəkdə istifadə etsin. Həmin bükümü o, şalvarımın sağ cibinə qoyub saxlamışdır. 28 yanvar 2022-ci il tarixdə saat 17 radələrində o, Qarabağ qəsəbəsində çıxaraq Bərdə şəhərinə gəlmiş. Bərdə şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər, polisdə etdiyi oğurluğu etiraf etmiş, başqa bir oğurluq cinayəti törətmədiyini bildirmişdir. Onların törətdiyi cinayət əməlindən də heç kəsin məlumatı olmamışdır, hətta ailə üzvləri də bunu bilməmişlər. 28 yanvar 2022-ci il tarixdə saat 17:40 radələrində o, Bərdə şəhəri Fizuli küçəsi ilə gedən zaman ona tərəf iki nəfər mülki geyimdə yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib üzərimdə narkotik vasitəsi olduğu üçün onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər, o, polis əməkdaşları ilə birgə Polis şöbəsinə gəlmiş, Polis şöbəsinin inzibati binasında müdafiəçisi Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış zamanı o, könüllü olaraq əyninə geyindiyi qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddəni təqdim etmişdir. O, həmin psixotrop maddənin el arasında “şüşə” kimi adlanan maddə olduğunu bildirmiş, həmin kağız bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, elekron tərəzidə bir ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddənin ümumi çəkisi 1,02 qram olmuş, psixotrop maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, onlar da imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş, o, psixotrop maddə olan şüşəni istifadə etdiyi üçün üzərində gəzdirmiş, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni heç kimdən almamış, Bərdə şəhəri Fizuli küçəsində yolun kənarında tapmışdır. O, narkotik vasitələrin istifadəçisi olduğundan həmin maddəni şəxsi istifadəsi üçün götürüb üzərində saxlamışdır. Onun psixotrop maddə tapmağını, üzərində saxlamağını və istifadəsini heç kəs bilməmiş, ailə üzvlərinin də bundan məlumatı olmamışdır, heç bacanağı Röyala da bu barədə bildirməmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Zümürxan kəndində yerləşən Kərpic zavodun inzibati binasında ailə üzvləri ilə birlikdə yaşayır, ailəlidir, 1 övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini fəhləlik edərək dolandırır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, tanımadığı üçün heç bir nifaq və münaqişəsi yoxdur. O, təxminən 2022-ci ilin əvvəllərindən narkotik vasitələrin aludəçisi olmuş, narkotik vasitə qəbul etdiyi üçün fəhləlik edə bilmir və bu səbəbdən pulu olmur. Təqsirləndirilən şəxs2 onun bacanağıdır, Elnurla yaxın münasibətləri vardır. 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində bacanağı Elnur maşın bazarının yaxınlığında yerləşən ünvan 7 ünvanında olan “Aqlay” sexinə girməyi təklif etmiş, pula ehtiyacı olduğu üçün o, Elnurla razılaşmışdır. Onlar piyada Zərərçəkmiş şəxs məxsus aqlay sexinin qabağına gəlmişlər, o, aqlay sexinin qapısının qarşısında dayanmışdır ki, ətrafdan kimsə gəlsə xəbər etsin. Elnur içəri daxil olub içəridən onu çağırmış, o, sexin içərisinə girmiş, Elnur samovarı götürməyini demiş, o, samovarı götürüb çölə çıxmış, Elnur da sexin içərisindən BK markalı kondisioneri və su motorunu götürüb çölə çıxartmışdır. Onlar oğurladıqları əşyaları Elnurun yaşadığı ünvana Bərdə rayonu Zümürxan kəndində yerləşən Kərpic zavodun binasına aparmışlar. Səhərisi gün o və Elnur polis əməkdaşlarının gəlməsini görüb yaşadıqları evin yaxınlığında gizlənmişlər, polis əməkdaşları Elnurun yaşadığı ünvandan oğurladıqları BK markalı kondisioneri, su motorunk və samovarı evə baxış keçirərək götürüb çıxıb getmişlər. O və Elnur polislər onları axtardıqları üçün Bərdə şəhəri Qarabağ qəsəbəsində yerləşən “İstisu” adlanan yerdə kirayə ev tutub qalmışlar, həmin evin ünvanını dəqiq bilmir. 26 yanvar 2022-ci il tarixdə polis əməkdaşları onu kirayə qaldığı evin qarşısında tutub Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər, polisdə o, etdiyi oğurluq cinayətini etiraf etmiş, əlavə bildirmişdir ki, başqa bir oğurluq etməmiş, etdiyi oğurluq cinayətindən də Elnurdan başqa heç kəsin xəbəri olmamışdır. O, özü uzun müddətdir narkotik vasitə aludəçisidir. Narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində narkotik vasitə gəzdirir. 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində o, Bərdə şəhəri Qarabağ qəsəbəsində yolun kənarında dayanan zaman yanına əvvəllər tanıdığı polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitəsi olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər, o, polis əməkdaşları ilə birgə polis şöbəsinə gəlmiş, Polis şöbəsinin inzibati binasında müdafiəçisi Zaur İsmayılovun iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, könüllü olaraq əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitəni təqdim etmiş, həmin kibrit qutusunda olan narkotik vasitə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, elektron tərəzidə kibrit qutusunda olan narkotik vasitənin ümumi çəkisi 8,68 qram olmuşdur. Narkotik vasitə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və onlar imzaladıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş, o, polis əməkdaşlarına yaşadığı Bərdə rayon Zümürxan kənd ərazisində Tərtər çayının sahilində narkotik vasitə olan marixuana gizlətdiyini və həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirdiyi üçün polis əməkdaşları və müdafiəçi ilə birlikdə onlar həmin dediyi ünvana getmişlər, orada müdafiəçisinin iştirakı ilə Tərtər çayının sahilində daşın alt hissəsində gizlətdiyi sellfoana bükdüyü narkotik vasitə olan marixuananı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı həmin narkotik vasitə olan marixuananı elektron tərəzidə çəkmiş və ümumi çəkisi 445 qram olmuşdur. Həmin narkotik vasitə ağ zərfə qoyulub qablaşdırılmış və imzalandıqdan sonra təhqiqatçı götürmüşdür. O, həmin narkotik vasitəni Tərtər çayının sahilində yabanı halda yığıb qurudaraq sellofan torbaya qoyub həmin yerdə gizlətmişdir. O, narkotik vasitə olan marixuana çəkdiyi üçün hərdən kibrit qutusuna dolduraraq istifadə etmişdir, narkotik vasitəni heç kimdən almamış, heç kəsə də narkotik vasitə satmamışdır, özünün istifadəsi üçün yabanı çətənə bitkilərindən yığıb qurutmuşdur. O, qeyd edilən cinayətlərdən başqa digər bir cinayət əməli törətməmiş, onun narkotik vasitə saxlamağını, yığıb toplamağını da heç kəs bilməmiş, heç Elnura da deməmişdir, Elnurun da məlumatı olmamışdır. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olması özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstədi ki, 17 yanvar 2022-ci il tarixdə saat 20 radələrində ünvan 7ndə olan Bərdə rayon avtomobil bazarının yanında yeləşən “Aqlay” sexini bağlayıb evə getmiş, səhəri gün, yəni 18 yanvar 2022-ci il tarixdə saat 09:00 radələrində işə başlamaq üçün sexə gəldikdə adəti üzrə sexin ərazisinə baxmış və yardımçı tikiliyə isə baxan zaman otağın qapısının açıq olduğunu görmüşdür. Əvvəlcə fikirləşmişdir ki, otağın qapısını yəqin yadından çıxıb özü açıq qoyub getmiş, daha sonra biraz da otağa yaxınlaşan zaman otağın açar yerinin sındırıldığını görmüş və otağa daxil olmuşdur. Bu zaman otağa qoyduğu su matorunun və samovarın otaqda olmadığını aşkar etmiş, daha sonra pəncərəyə tərəf dönüb baxdıqda görmüşdür ki, pəncərəyə yerləşdirilən Rusiya istehsalı olan “BK-2500” markalı üzərində “Moskva” yazılmış kondisioneri də götürüblər. Buna görə də DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir O, Bərdə rayonunun Zümürxan kəndi, Kərpic zavodun binasında yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonradan onun obyektindən həmin oğurluğu etməsini biləndən sonra tanımış, əvvəllər o şəxsləri tanımamış, tanımadığı üçün aralarında hər hansı bir narazılığı, ədavəti olmamışdır. Həmçinin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərdi ki, Bərdə rayonunda anadan olmuşdur, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında 26 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixdə saat 17:20 radələrində Bərdə şəhəri Qarabağ qəsəbəsində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon Polis şöbəsində Təqsirləndirilən şəxs1 müdafiəçi dəvət edilməklə X2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis baş leytenantı Şahid2 və polis serjantı Şahid3, müdafiəçi Zaur İsmayılovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X2 Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusuna yığılmış yaşıl rəngli qurudulmuş narkotik vasitəyə bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin maddələrin “marixuana” adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə Şahid2 baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitəsilə ölçülmüş, 1 ədəd kibrit qutusu ilə birlikdə çəkisi 8,68 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr X2 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək baş təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçların imzaları ilə təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı Bərdə rayon Zümürxan kənd ərazisində Kərpic zavodun yaxınlığında Tərtər çayının sahilində sellofan torbada marixuana gizlətdiyini və könüllü təqdim edəcəyini bildirdiyi üçün baxış iştirakçıları ilə birlikdə Zümürxan kəndi ərazisindən keçən Tərtər çayı sahilinə gəlmişlər və Təqsirləndirilən şəxs1 gizlətdiyi 1 ədəd sarı rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər kütləni X2a təqdim etmişdir. X2 təqdim edilmiş 1 ədəd sarı rəngli sellofan torbada yaşıl rəngli, qurudulmuş narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə çəkmiş və kütlənin sellofanla birlikdə çəkisinin 445 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr X2 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs1 kiməsə narkotik satması barədə məlumatı olmamışdır. Şahid1 həmçinin ifadəsində bildirdi ki, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 28 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il tarixdə saat 17:40 radələrində Bərdə şəhəri Füzuli küçəsində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon PŞnin inzibati binasında Təqsirləndirilən şəxs2 müdafiəçi dəvət edilməklə baş təhqiqatçı Vüsal Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, onun Bərdə RPŞ-nin digər əməkdaşları polis serjantı Şahid4 və polis serjantı Şahid3, müdafiəçi Zaur İsmayılovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Baş təhqiqatçı X4 Məhərrəmova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə Şahid4 tərəfindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, bir ədəd sellofan torbada olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün çəkisi 1,02 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr baş təhqiqatçı Vüsal Bayramov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək baş təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin PPX-ti bölüyünün polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 Hafiz oğlu, hər iki narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi epizodları üzrə Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, İmişli şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri H.Əliyev prospekti bina 112-də yaşayır. 2020-ci ildən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında 26 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixdə saat 17:20 radələrində Bərdə şəhəri Qarabağ qəsəbəsində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon Polis şöbəsində Təqsirləndirilən şəxs1 müdafiəçi dəvət edilməklə X2 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis baş leytenantı Şahid1 və polis serjantı Şahid3, müdafiəçi Zaur İsmayılovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X2 Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusuna yığılmış yaşıl rəngli qurudulmuş narkotik vasitəyə bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin maddələrin “marixuana” adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə Şahid2 baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, 1 ədəd kibrit qutusu ilə birlikdə çəkisi 8,68 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr X2 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək baş təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçların imzaları ilə təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı Bərdə rayon Zümürxan kənd ərazisində kərpic zavodun yaxınlığında Tərtər çayının sahilində sellofan torbada marixuana gizlətdiyini və könüllü təqdim edəcəyini bildirdiyi üçün baxış iştirakçıları ilə birlikdə Zümürxan kəndi ərazisindən keçən Tərtər çayı sahilinə gəlmişlər və Təqsirləndirilən şəxs1 gizlətdiyi 1 ədəd sarı rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər kütləni X2a təqdim etmişdir. X2 təqdim edilmiş 1 ədəd sarı rəngli sellofan torbada yaşıl rəngli, qurudulmuş narkotik vasitəyə bənzər kütləni elektron tərəzidə çəkmiş və kütlənin sellofanla birlikdə çəkisinin 445 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr X2 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs1 kiməsə narkotik satması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Xəqani küçəsi ev 4A-da yaşayır, subaydır. 2015-ci il tarixdən Daxili İşlər orqanlarında, 2015-ci il tarixdən isə Bərdə RPŞ-nin PPXB-nin polis sahə nəfəri vəzifəsində işləyir, polis serjantı xüsusi rütbəsindədir. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 28 yanvar 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il tarixdə saat 17:40 radələrində Bərdə şəhəri Füzuli küçəsində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 müdafiəçi dəvət edilməklə baş təhqiqatçı Vüsal Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, onun Bərdə RPŞ-nin digər əməkdaşları CAB-nin əməliyyat müvəkkili Şahid1 və PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3, müdafiəçi Zaur İsmayılovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Baş təhqiqatçı X4 Məhərrəmova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə Şahid4 tərəfindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, bir ədəd sellofan torbada olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün çəkisi 1,02 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr baş təhqiqatçı Vüsal Bayramov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək baş təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 230-231-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 14-15-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 30 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 95-96-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 92-93-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 222-223-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə davam etdirilmiş, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 139-140-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 155-157-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 30 yanvar 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri təsdiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 261-264-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 bölməsinin 29 yanvar 2022-ci il tarixli 16/125 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan zərfdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,812 qram maddə, kustar üsulu ilə hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyul 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respbulikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Metafetaminin təmiz çəkisi-0.812 qram tədqiqata sərf edildi- 0.05 qram, qalıq 0.762 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 30 may 2022-ci il tarixli 759 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs2, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbuti müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cildinin 164-cü vərəqəsində olan Bərdə RİHB-nın Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, lakin narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 2-ci cildinin 166-cı vərəqəsində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 648 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cildinin 165-ci vərəqəsində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 719 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 135-136-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 181-182-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 90-91-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 66-67-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 92-93-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 123-124-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə davam etdirilmiş, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 119-120-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 135-137-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 28 yanvar 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri təsdiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 166-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin 27 yanvar 2022-ci il tarixli 16/116 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs1” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,66 qram olan bitki mənşəli külə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs1” yazı və imzalar olan kağız paketdəki 2(iki)ə ədəd iç-içə olan sarı rəngli sellofan paketdə təmiz çəkisi 430 qram olan bitki mənşəli külə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. Qeyd: Marixuananın təmiz çəkisi-430 qram, 5.66 qram tədqiqat sərf edildi- 0.2 qram (hər birindən 0.1 qram), qalıq 429.9 qram, 5.56 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 30 may 2022-ci il tarixli 758 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs1, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 214-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cildinin 163-cu vərəqəsində olan Bərdə RİHB-nın Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, lakin narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 2-ci cildinin 167-cı vərəqəsində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 647 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxanaın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cildinin 168-ci vərəqəsində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 719 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 2-31-cİ vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliiynin Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2022-ci il tarixli 9/880 nömrəli rəyin nəticə hisəssində göstərilmişdir ki, Marquis 2950 markalı su matorunun 2022-ci ilin yanvar ayına orta bazar qiyməti 30,0 manat, Rusiya istehsalı olan BK-2500 markalı üzərinə Moskva yazılmış kondisionerin orta bazar qiyməti 100,0 manat və təxminən 7-8 litr su tutumlu samovarın orta bazar qiyməti 120,0 manat olmaqla 3 adda malların orta istismar müddəti və ortaq istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qyiməti və ümumi dəyəri 250,00 manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 90-117-ci vərəqələrində olan 30 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünü ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Marquis 2950” markalı su matoru, 01 ədəd Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioner və 01 ədəd samovar iş üzrə oğurlanmış əşyalar olduğundan maddi sübut kimi tanınmış və iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmiş, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüş, ümumi təmiz çəkisi 0,812 qram çəkidə psixotrop maddə olan metamfetamin tədqiqat prosesində tədqiqata sərf olunduğundan iş üzrə qalıq qalmış 0,762 qram metamfetamin, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 5,66 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tədqiqat prosesində tədqiqata sərf olunduğundan qalıq qalmış 5,56 qram marixuana, eləcə də Təqsirləndirilən şəxs1 Tərtər çayının kənarında gizlətmiş olduğu, baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tədqiqat prosesində tədqiqata sərf olunduğundan qalıq qalmış 429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 176-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, 01 ədəd “Marquis 2950” markalı su matoru, 01 ədəd Rusiya istehsalı olan “BK- 2500” markalı üzərinə Moskva yazılmış kondisioner və 01 ədəd samovar iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materialına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, barışmış və ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərəçəkmiş şəxsə ziyanın ödənilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 30 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmiş, 20 aprel 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 27 aprel 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə davam etdirilmiş, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, 01 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, 01 iyul 2022-ci il tarixdə barəsində 30 yanvar 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 2 (iki) gün müddət (xx.xx.2022-ci il tarixdən -xx.xx.2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumuğunun olmamasını, zərəçəkmiş şəxsə ziyanın ödənilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmiş, 20 aprel 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 25 aprel 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə davam etdirilmiş, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, 01 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, 28 yanvar 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 02 gün müddət (xx.xx.2022-ci il tarixdən -xx.xx.2022-ci il tarixədək ) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs2 32.40 manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 30.40 manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Marquis 2950” markalı su matoru, 01 ədəd Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioner və 01 ədəd samovar iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin hesab edir ki, onlara narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 0,762 qram psixotrop maddə olan metamfetamin, ayrı-ayrı bükümlərdə olan 5,56 qram və 429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən tolanmaqla üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il tarixindən 30 yanvar 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixindən 28 yanvar 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 0,762 qram psixotrop maddə olan metamfetamin və ayrı-ayrı bükümlərdə olan 5,56 qram, 429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd “Marquis 2950” markalı su matoru, 01 ədəd Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioner və 01 ədəd samovar iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar