Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-155/2023 19.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1994-cü il tarixdə Bərdə rayon Nazılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayon Nazılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: XXX Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, XXX Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 14:40 radələrində Bərdə rayonu Nazırlı kəndində özünə məxsus xırda buynuzlu heyvanların qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olması səbəbindən Zərərçəkmiş şəxsla aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərək həmin həyətyanı sahənin qarşısında başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir zərbə vuraraq onun sağlamlığına, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın sağ yarısında dodaq haşiyəsinin səthi əzilmiş yarası, alt çənədə sol İİ dişin İİİ dərəcəli laxlaması ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və qardaşı Şahid4 onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdikləri müraciətlə və onların Bərdə RPŞ-nə yazdıqları şikayət ərizəsi ilə tanış olmuşdur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs və Şahid4 onun qonşularıdır. Onlarla aralarında əvəllər hər hansı bir ədavət və ya düşmənçilikləri olammışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, evdə olarkən qonşuları Zərərçəkmiş şəxs atasına zəng edib onlara tərəf keçməsini və işi olduğunu demişdir. Həmin vaxt atası yemək yediyinə görə ona demişdir ki, “keç gör Elgiz nə deyir”. O, da onların həyətinə tərəf gedəndə Elgizin qardaşı Elnur ona demişdir ki, “Elgiz içkilidir ona bənd olma”. O, Elgizin yanına çatanda Elgiz ona demişdir ki, 2 baş xırda buynuzlu qoyunları onun məhləsinə keçib əkdiyi arpanı yeyərək oan ziyanlıq vurmuşdur. O, da Elgizə demişdir ki, “mənim 2 baş ayaqları qırıq olan qoyunlarım aldığımız məhlədə yerindədir”. O, Elgizə demişdir ki, “əgər qoyunlar ona ziyanlıq vurmuşdursa da ziyanlığı ödəyə bilərəm”. Həmin vaxt Elgiz ona demişdir ki, “sən mənimlə niyə belə danışırsan”. Elgiz onun ünvanına nəlayiq söyüşlər söymüş və əli ilə onu itələmişdir. O, da baş nahiyəsi kəllə ilə Elgizin sifət nahiyəsinə bir dəfə vurmuşdur. Zərbə nəticəsində Elgiz yerə yıxılmış, Elgizin sifət nahiyəsindən qan axmağa başlamış, bu vaxt səs-küyə atası gəlmiş və qonşuları Aybəniz, Fəxri, Ağca gəlmişlər. Atasıgil onları aralaşdırmış, atası onu danlayıb evə yola salarkən anasının ürəyi getmiş və onların başları anasına qarışmış, atası yenə də onu danlayıb evə getməyini bildirmişdir. O, oradan aralaşıb evə gedərkən Elgiz yerdən daş götürüb 5-6 metr məsafədən ona tərəf atmış, Elgizin atdığı daş gəlib onun sağ qulaq haniyəsinə dəymişdir. Zərbə nəticəsində o, yerə yıxılmış və huşunu itirmişdir. O, Bərdə rayon Mərkəzi Xəstəxanasında olarkən ayılmış və həmin vaxt həkim ondan soruşmuşdur ki, “qulağın hardadır gətirsəydin tikərdim”. O. elə bilmişdir ki həkim zarafat edir o, güzgüdə baxanda görmüşdür ki, sağ qulağının üst tərəfindən yarı hissəsi yoxdur. O, xəstəxanadan çıxıb gəlmiş və Bərdə RPŞ-də izahat vermişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində dava-dalaş qonşusu Əsmayə məxsus məhlədə baş verdiyini, dava-dalaşın baş verməsinə səbəb Zərərçəkmiş şəxs atasına məxsus olan mobil telefona zəng edib çağrıması həmin vaxtı atasının yemək yediyinə götə onun getdiyini və Elgiz ona həmin demişdir ki, “guya bizim 2 baş xırda buynuzlu heyvanımız onun arpa sahəsinə girib ona ziyanlıq vurması və mənim ünvanıma sərxiş vəziyyətdə nəlayiq sözlər işlətməsi” olduğunu, dava-dalaş təxminən 10-15 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs vurarkən yanılarında qonşuları Fəxri, Zaur, Ağca, Aybəniz olduğunu, Zərərçəkmiş şəxs daşla onun sağ qulağına vurub xəsarət yetirdiyini, başqa xəsarətinin olmadığını atası nə Şahid8 vurmadığını, nədə ki, Egün Məmmədovu vurmadığını, dava-dalaş zamanı səs-küyə atası gəldiyini və bu vaxt atası ilə bərabər qonşuları da gəldiyini, atası yaşlı insan olduğunu və heç vaxt uşağa əl qaldırmayacağını, həmçinin Şahid4 əqli cəhətdən zəifdir olduğunu, onun əqli çatışmamazlığı olduğunu və buna görə də atası onların heç birinə əl qaldıra bilməyəcəyini bildirmişdir. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 2009-cu ildə X6 ilə ailə həyatı qurmuş, birgə nigahlarından 2 (iki) övladı var. 2011-ci il təvəllüdlü Şahid8 və 2017-ci il il təvəllüdlü X7r. Bundan başqa o, 2-ci dəfə qeyri-rəsmi olaraq 2016-cı ildə X9 ilə ailə həyatı qurmuş, onun 2-ci arvadından 3 (üç) övladları var. 2015-ci il təvəllüdlü X10, 2017-ci il təvəllüdlü X11 və 2019-cu ilə təvəllüdlü X5r. Onun hər iki arvadı uşaqlar ilə birlikdə eyni ünvanda yaşayırlar. Şahid1 və Təqsirləndirilən şəxs onun barəsində DİN-nin 102 xiddmətinə etdikləri müraciətlə və Bərdə RPŞ-nə yazdıqları şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, Şahid1 və oğlu Təqsirləndirilən şəxs onun qonşularıdır. Təxminən 2 il bundan əvvəl ona məxsus olan ev iti qonşu Şahid1 həyətinə keçdiyinə görə onun barəsində DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Bunun üstündə aralarında narazılıq yaranmışdır. Yaşadığı evin qarşısında olan həyətyanı torpaq sahəsinə arpa əkmiş, Şahid1 və oğlu Təqsirləndirilən şəxs məxsus ev quşları və xırda buynuzlu heyvanları ona məxsus olan həyətyanı sahəsində əkdiyi arpaya girib otlamışdır. Bu təxminən 4-5 dəfə təkrar olmuş və bu barədə onlara hər dəfə xəbərdalıq etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, evə gələrkən pilləkəndən çıxanda görmüşdür ki, qonşuları Şahid1 və Təqsirləndirilən şəxs məxsus olan xırda buynuzlu heyvanları onun arpa sahəsinə keçib otlayırlar. O, da pilləkəndə oturub öz mobil telefon nömrəsilə Təqsirləndirilən şəxs zəng edib 2 baş xırda buynuzlu qoyunlarının ona məxsus olan arpa sahəsinə keçib arpanı otladıqlarını bildirmişdir. Bundan sonra isə qonşusu Şahid1 zəng vurub bu barədə məlumat vermişdir. Aradan biraz 2 dəqiqə keçmişdir ki, Təqsirləndirilən şəxs qoyunları arpadan çıxardıb onların evinin qarşısından baba yurdlarına onların yaşdığı evin arasında olan yola tərəf apararkən onlar mehribancasına söhbət edə-edə gedirmişlər. Təqsirləndirilən şəxs atası Tofiqi görən kimi unamadan qəfildən baş nahiyyəsi ilə sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Zərbə nəticəsində onun qaşı partlamış və o, yerə yıxılmışdır. Onun gözü qaralmış və biraz yerdə oturmuş, özünə gəlmiş və bu vaxt Şahid1 onun yanına gəlmişdir. O, Tofiqə demişdir ki, “bu düz iş deyil adam-adamı öz qapısınıda ailə uşağının yanında vurmaz”. Onun qaş nahiyəsindən qan axdığına görə o, su krantına tərəf gedib əl-üzünü yuyarkən Tofiqə demişdir ki, “oğlun düz hərəkət etmədi vurub mənim qaşımı partlatdı mənim iki dişim laxladı”. Bu vaxt Tofiq ona nəlayiq söz deyərək “oğlumun flan şeyinin əlindən gəlir” sözlərini demişdir. “Bu da olmasın sənin qan pulun mənim Kamazını, 150 baş qoyununu evini satıb kirayədə qalacam sənin qanını batıracam”. O, da Şahid1 demişdir ki, “sən pox yeyib qəllət edirsən sən kimsən mənim qanımı batırırsan”. Tofiq başlamış onun ünvanına nəlayiq sözlər deməyə, o, da onun cavabını nəlayiq sözlərlə cavab vermişdir. Bu sözləri Təqsirləndirilən şəxs eşidib geri qayıdıb onun üzərinə tərəf gələndə onun oğlu Elmir araya girmiş, demişdir ki “atamı vurmayın”, Şahid1 əlində olan ağacla Elmirin sol çiyin və qol nahiyəsindən vurmuşdur. Bundan sonra isə Şahid1 ayağı ilə Elmirin sol baldır nahiyəsindən vurmuşdur. Zərbə nəticəsində Elmir yerə yıxılmış, sol diz nahiyəsi yaralanmışdır. Şahid1 Elmirə demişdir ki, “sən məktəbə gedəndə avtomobillə səni vurub öldürəcəm”. Şahid1 oğlu Elmiri vurub yıxanda o, Elmirə tərəf getmiş və görmüşdür ki, “Elmirin dizindən qan axır”. O, oraya çatanda Tofiq ilə oğlu Təqsirləndirilən şəxs evlərinə tərəf gedirmişlər. O, Elmirin qolundan tutub ayağa qaldırmaq istəyəndə qayıdıb yerdə oturmuş və dizinin ağrıdığını demişdir. O, Elmirin o vəziyyətdə olduğunu görüb əsəbləşərək yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atmışdır. Onun atdığı daş gedib Təqsirləndirilən şəxs sağ qulağına dəymiş və bundan sonra səs-küyə qonşular yəni bibisi Şahid11, qardaşının arvadı Xatirə Şabanova, onun ortancıl qardaşı Şahid4 gəlmişdirlər. Şahid1 qardaşı Elgünün bel nahiyəsindən bir dəfə ağacla vurmuşdur. Onun qardaşı Elgün 2-ci qrup ruhi xəstədir, buna görə də qardaşı ekspertizadan keçməmiş, onu da bildirmək istəmişdir ki, həmin gündən sonra onun oğlu Elmiri 2-3 gün o, özü məktəbə aparıb gətirmiş, sonardan isə Elmir qorxusundan məktəbə getməmişdir. Həmçinin ifadəsində dava-dalaş ona məxsus olan evin həyətyanı sahəsində baş verdiyini, davadalaşın baş verməsinə səbəb Şahid1 və oğlu Təqsirləndirilən şəxs məxsus olan xırda buynuzlu heyvanların evinin qarşısında əkdiyi arpa yerinə keçib qoyunların arpanı otlaması olduğunu, dava-dalaş təxminən 15-20 dəqiqə davam etdiyini, dava-dalaşı arvadı Nərgiz, qardaşının arvadı Xatirə, azyaşlı uşaqları və qardaşı Elnurun azyaşlı uşaqları gördüklərini, dava-dalaş qurtardıqdan sonra səs-küyə bibisi Nazimə gəldiyini, Təqsirləndirilən şəxs Rüstəmov bir dəfə başı ilə onun sifət nahiyəsinə vurduqdan sonra alt dodağı çatladığını, sağ qaş nahiyəsi çatladığını və 2 ədəd alt dişləri laxladığını, başqa xəsarət almadığını, Təqsirləndirilən şəxs ancaq daşla vurub qulaq nahiyəsinə xəsarət yetirdiyini, başqa heç bir xəsarət yetirmədiyini bildirmişdir. Hal- hazırda XXX Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etdi. Məhkəmə iclasında iş üzrə Şahid3, ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Bərdə RPŞ-də verdiyi əvəllki izahatını təsdiq etmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun nə Zərərçəkmiş şəxsla nədə Təqsirləndirilən şəxs ilə qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində o, ailə üzvlərilə birlikdə evdə oturmuşdur. Həmin vaxt küçədən səs-küy eşitmiş və yaxınlaşmış həmin səs gələn yerə görmüşdür ki, rəhmətlik Əsmayənin yaşadığı evin həyətində Elgiz ilə Təqsirləndirilən şəxs dalaşırlar. O, həmin yerə çatanda Təqsirləndirilən şəxs anası Rəna bibisinin ürəyi getmişdir. O, yaxınlaşıb Təqsirləndirilən şəxs ilə Elgizi aralamaq istəmişdir ki, Təqsirləndirilən şəxs başı ilə Elgizin qaş nahiyəsindən vurmuş, zərbə nəticəsində Elgiz yerə yıxılmış, o, Təqsirləndirilən şəxsı əli ilə itələmişdir ki, “qapınıza get dalaşmayın”. O, Rəna bibisinə köməklik edib onu yerdən qaldıranda Elgiz yerdən daş götürüb 5-6 metr məsafədən daşı Təqsirləndirilən şəxs tərəf atmış və Təqsirləndirilən şəxsı daşla başından vurmuşdur. Təqsirləndirilən şəxs qulağı qırılmış və Təqsirləndirilən şəxs yerə yıxılıb huşunu itirmiş, Təqsirləndirilən şəxs atası Tofiq və həmkəndliləri Seymur Təqsirləndirilən şəxsı maşınlarına qoyub xəstəxanaya aparmışlar, O, da Rənaya köməklik edib qapılarına aparmış və sonra isə çıxıb getmişdir. Həmçinin ifadəsində hadisə 21 noyabr 2022-ci il tarixdə təxminəın saat 15 radələrində Bərdə rayonu Nazırlı-2 kəndində qonşuları mərhum X2 evinin həyətində baş verdiyini, təxminən 15 dəqiqəyə qədər davam etdiyini, həmin vaxt orada həmkəndliləri Şahid6, Şahid2, X3 və Şahid5 olduğunu, başqa kimlərin görməsini deyə bilmədiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs ilə qohumluq əlaqəsi var, Zərərçəkmiş şəxs isə qonşudur. Onun onların hər ikisi ilə münasibəti yaxşı olmuş, əvəllər onlarla aralarında hər hansı bir narazılıq, ədavətləri və ya düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:45 radələrində küçələrindən səs-küy gəldiyini eşidərək yola çıxmışdır. Həmin vaxt qonşuları Əsmayənin məhləsində Təqsirləndirilən şəxsla Elgizin mübahisə etdiklərini görmüş, Təqsirləndirilən şəxs atası Tofiq Təqsirləndirilən şəxsı tənbeh edərək yaşadıqları evin həyətinə aparmaq istəmişdir. Təqsirləndirilən şəxs da atasının yanında Əsmayənin məhləsindən çıxıb öz evlərinə tərəf gedirmiş, bu vaxt Əsmayənin məhləsində Elgiz yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atmış, daş gəlib Təqsirləndirilən şəxs sağ qulağına dəyib xəsarət yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs diz üstə aşağı çökmüş, qulağından xəsarət aldığına görə qulağından qan axmağa başlamışdır. Bundan sonra oraya toplaşan şəxslərin köməyi ilə Təqsirləndirilən şəxsı atası Tofiqin avtomobilə mindirib xəstəxanaya aparmışdırlar. Həmçinin ifadəsində hadisə yerinə gələndə görmüşdür ki, onlar qonşuları rəhmətlik Əsmayənin məhləsində mübahisə etdiklərini, oraya gələndə həmkəndliləri Şahid6, Şahid3 Şahid5, Nazimə Talıbovanı, Şahid12 gördüyünü, dava-dalaş təxminən 10 dəqiqə davam etdiyini, Təqsirləndirilən şəxs Elgizi vurmasını görmədiyini, oraya gələndə Təqsirləndirilən şəxs atası danlayıb evlərinə tərəf apardığını, Təqsirləndirilən şəxs setqanın kənarı ilə evlərinə tərəf gedəndə Elgizin yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atdığını və daşla Təqsirləndirilən şəxs qulaq nahiyəsinə xəsarət yetirməsini gördüyünü, Elgiz təxminən 5-6 metr məsafədən daşla Təqsirləndirilən şəxs qulaq nahiyəsinə vurub xəsarət yetirdiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs ilə və Zərərçəkmiş şəxs onun qonşularıdır. Təqsirləndirilən şəxs ilə onunla qohumluq əlaqəsi var, belə ki, həyat yoldaşının qohumudur. Əvəllər Təqsirləndirilən şəxs və Elgizlə onun aralarında hər hansı bir dava-dalaş, narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:45 radələrində küçələrindən səs-küy gəldiyini eşidərək yola çıxmış və həmin vaxt qonşu əşmayənin məhləsi tərəfdən Təqsirləndirilən şəxs atası Tofiqin nə səbəbdən digər qonşusu Zərərçəkmiş şəxsla dava etdiyini bildirərək tənbeh etdiyini görmüşdür. Həmin vaxt Tofiq dayı ilə Təqsirləndirilən şəxs öz evlərinə tərəf gedirmişlər. O, qonşuları Rəna xalanın özündən gedib yerə yıxıldığını görüb ona tərəf getmişdir. Həmin vaxt Elgiz yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atmış və daş gedib Təqsirləndirilən şəxs qulağına dəymiş və Təqsirləndirilən şəxs xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs qulağından qan açılmış, sonra isə Tofiq dayı və qonşular Təqsirləndirilən şəxsı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Həmin vaxt qonşuları Reyhan, Ağca, Nazimə və Aybəniz Rəna xalanın yanında durub ona köməkli etdiklərini bildirmişdir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs ilə Elgiz qonşu Əsmayənin məhləsində mübahisə etdiklərini, Elgiz Əsmayənin məhləsində yerdən daş götürüb Təqsirləndirilən şəxsı daşla vurarkən qonşuları Əsmayə Rüstəmovanın həyətində olduğunu, Təqsirləndirilən şəxs isə öz yaşadığı evin giriş qapısından təxminən 6-7 metr məsafədə olduğunu, həmin yerə gəlməmişdən əvvəl bu hadisə baş verdiyini, ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görmədiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs ilə və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onlarla hər hansı bir qohumluq əlaqəsi yoxdur. Əvəllər həmin şəxslərlə onun arasında hər hansı bir dava-dalaş, narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:45 radələrində küçələrindən səs-küy gəldiyini eşidərək yola çıxmış və həmin vaxt rəhmətlik qonşuları Əsmayənin məhləsində qonşuları Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini buna gördə də Təqsirləndirilən şəxs atası Tofiqin nə səbəbdən digər qonşuları Zərərçəkmiş şəxsla dava etdiyini bildirərək tənbeh etdiyini və yaşadıqları evə tərəf getdiklərini görmüşdür. Həmin vaxt Elgizin yerdən daş götürərək Təqsirləndirilən şəxs istiqamətə atdığını həmin daşın Təqsirləndirilən şəxs qulaq nahiyəsinə dəydiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qulağından qan açılmış, sonra isə valideyini Tofiqin və qonşuların köməkliyi ilə Təqsirləndirilən şəxsı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Həmçinin ifadəsində Elgiz Təqsirləndirilən şəxs qonşuları Əsmayənin məhləsində mübahisə etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs atası Tofiq Təqsirləndirilən şəxsı danlayaraq setqanın kənarı ilə öz evlərinə tərəf apardığını, bu vaxt Elgiz yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atdığını, daş gedib Təqsirləndirilən şəxs qulaq nahiyəsinə dəyib xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs isə öz yaşadığı evin giriş qapısından təxminən 6-7 metr məsafədə olduğunu. dava-dalaş təxminən 10 dəqiqə davam etdiyini, həmin yerə gələndə Təqsirləndirilən şəxs Elgizi vurmasını görmədiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mənim həmkəndliləri və qonşularıdır. Bundan başqa Zərərçəkmiş şəxs onun qaynı oğludur. O, hər ikisini tanıyır, onlarla aralarında hər hansı bir narzaılıq, ədavət və ya düşmənçilik olmamışdır. Onların yaşadıqları evin arasında yerləşən evdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:30 radələrində yaşadığı evin həyətində olmuşdur. Zərərçəkmiş şəxs gündüzdən spirtli içki qəbul etmiş, Elgiz uşağını çağıranda o, onun spirtli içki qəbul etdiyini hiss etmişdir ki, Elgiz içkilidir. Aradan biraz keçdikdən sonra səs-küy gəldiyini eşidərək həyətə çıxmış o, küçəyə çıxanda birdə görmüşdür ki, qonşuları Elgiz ilə Təqsirləndirilən şəxs mübahisə edib dalaşırlar. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxsı Elgiz çağırmışdır. Sonra isə Təqsirləndirilən şəxs atası Tofiq Təqsirləndirilən şəxsı ondan aralayaraq Təqsirləndirilən şəxsı danlayıb öz evlərinə tərəf getmişdir. O, da istəmişdir ki, Elgizi evlərinə tərəf aparsın, ancaq Elgiz içkili olduğu üçün evlərinə getmək istəməmişdir. O, Elgizin qardaşı Elgün ilə Elgizi çəkib aparmaq istəyəndə Elgiz onu kənara itələmiş, onu və qardaşı Elgünü eşitməmişdir. Həmin vaxt Elgiz qonşuları Əsmayənin məhləsindən yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atırmış, bu vaxt daş gəlib Təqsirləndirilən şəxs qulağına dəymiş, Təqsirləndirilən şəxs dizini yerə qoymuş, qulağından qan gəlmiş, sonra isə atası Tofiqin və qonşuların köməkliyi ilə Təqsirləndirilən şəxsı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Həmçinin ifadəsində Elgiz Təqsirləndirilən şəxs qonşuları Əsmayənin məhləsində mübahisə etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs atası Tofiq Təqsirləndirilən şəxsı danlayaraq Əsmayənin məhləsi tərəfdən setqanın kənarı ilə öz evlərinə tərəf apardığını, bu vaxt Elgiz yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atdığını, daş gəlib Təqsirləndirilən şəxs qulaq nahiyəsinə dəyib xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs ilə Elgizin arasında təxminən 5-6 metr məsafə olduğunu, dava-dalaş təxminən 10 dəqiqə davam etdiyini, həmin yerə gələndə Təqsirləndirilən şəxs Elgizi vurmasını görmədiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Nazırlı kəndində yerləşən Nazırlı kənd tam orta məktəbdə xadimə içləyir. Təqsirləndirilən şəxs ilə və Zərərçəkmiş şəxs onun həmkəndliləri və qonşularıdır. Onlarla hər hansı bir qohumluq əlaqəsi yoxdur. Əvəllər həmin şəxslərlə onun aralarında hər hansı bir dava-dalaş, narazılıqları, ədavət və ya düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:45 radələrində küçələrindən səs-küy gəldiyini eşidərək yola çıxmışdır. Həmin vaxt rəhmətlik qonşuları Əsmayənin məhləsində qonşuları Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərinə görə Təqsirləndirilən şəxs atası Tofiqin nə səbəbdən digər qonşu Zərərçəkmiş şəxsla dava etdiyini bildirərək tənbeh etdiyini görmüşdür. Həmin vaxt Rəna müəllimə yaşadıqları evin qarşısında darvazananın yaxınlığında yerə yıxılmışdır. O, Rəna müəllimə tərəf gedib onu yerdən qaldırarkən qonşuları Nazimə, Aybəniz və Xavər də köməklik etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs və Atası Tofiq yaşadıqları evə tərəf gələrkən Elgiz qonşusu Əsmayənin məhləsindən yerdən daş götürərək Təqsirləndirilən şəxs istiqamətə atmış və həmin daş gəlib Təqsirləndirilən şəxs qulaq nahiyəsinə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs qulağından qan açılmış, sonra isə atası Tofiqin və qonşuların köməkliyi ilə Təqsirləndirilən şəxsı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Həmçinin ifadəsində Elgiz Təqsirləndirilən şəxs qonşuları Əsmayənin məhləsində mübahisə etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs atası Tofiq Təqsirləndirilən şəxsı danlayaraq setqanın kənarı ilə öz evlərinə tərəf apardığını, bu vaxt Elgiz yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atdığını, daş gedib Təqsirləndirilən şəxs qulaq nahiyəsinə dəyib xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs ilə Elgizin arasında təxminən 5-6 metr məsafə olduğunu, dava-dalaş təxminən 10 dəqiqə davam etdiyini, həmin yerə gələndə Təqsirləndirilən şəxs Elgizi vurmasını görmədiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Nazırlı kənd tam orta məktəbdə dil-ədəliyyat müəllimi işləyir. Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə onun qonşusudur. Əvvəllər Elgiz ilə onunla aralarında bir dəfə narazılıq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən o, yaşadığı evdə olmuş, həmin vaxt oğlu Təqsirləndirilən şəxs və həyat yoldaşı Tofiq də evdə olmuşlar, Tofiq yemək yeyirmiş. Elgiz Tofiqin mobil telefon nömrəsinə zəng edib demişdir ki, “əmi bura gəl səninlə işim var”. Bu vaxt oğlu Təqsirləndirilən şəxs atasına demişdir ki, “ata sən getmə Elgiz yenə də səndən pul istəyəcəkdir”. Buna görə də oğlu Təqsirləndirilən şəxs demişdir ki, “ata sən gözlə gəlirəm Elgiz görüm nə deyir”. Təqsirləndirilən şəxs getdikdən sonra Elgiz yenə də zəng vurmuş, o, da həmin vaxt məktəbə dərnəyə gedirmiş, bu vaxt Tofiq də onunla birlikdə evdən çıxmışdır. Onlar evin həyətinə düşəndə səs-küy gəlmiş, Elgizin söyüşlərini eşitmişlər və buna görə də Tofiq Elgiz və Təqsirləndirilən şəxs tərəfə getmişdir ki, “görsün nə səsküydür”. O, da baxanda görmüşdür ki, Elgiz ilə Təqsirləndirilən şəxs dalaşırlar, onların dalaşdıqlarını görüb həyəcanlanıb ürəyi getmişdir. O, ayılanda eşitmişdir ki, deyirlər Təqsirləndirilən şəxs qulağı yoxdur. o, görmüşdür ki, Təqsirləndirilən şəxs qulağından qan axır, Tofiq və qonşuları Seymur Təqsirləndirilən şəxsı avtomobilə qoyub xəstəxanaya aparmaq istəyəndə Elgiz avtomobilin getməsinə imkan verməyərək avtomobili daşlamışdır. Həmçinin ifadəsində həmin vaxt yalnarında qonşuları Rehyan, Ağca, Ağcanın gəlini, Zaur, Fəxri, Aybəniz, Seymur, Xavər, Nazimə və başqa şəxslər olduğunu, hadisə 21 noyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə rayonu Nazırlı kəndində yaşadığı evin yaxınlığında baş verdiyini, dava-dalaş təxminən 10-15 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Tofiqin qonşusu Elgünün oğlu Elmiri vurmadığını, onların göstərdiklərinin heç biri həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə şahid X3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun nə Zərərçəkmiş şəxsla nədə Təqsirləndirilən şəxs Tofoq oğlu ilə heç bir qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə rayonu Nazırlı-2 kəndində Nazırlı kənd tam orta məktəbin yaxınlığında durmuşdur. Həmin vaxt küçədən səs-küy gəldiyini eşitmiş və həmin yerə yaxınlaşanda görmüşdür ki, Təqsirləndirilən şəxs öz darvazalarının qabağındadır, qulağı qanın içinədir, huşunu itirmişdir. Təqsirləndirilən şəxs atası Tofiq dayı və o, Təqsirləndirilən şəxsı onların avtomobillərinə qoyub xəstəxanaya aparmışlar. X4 həkimlər Təqsirləndirilən şəxs tibbi yardım göstərmişlər və sağ qulağınının qopduğunu bildirmişlər. Həmçinin ifadəsində onun həmin vaxt hadisənin neçə baş verdiyini görmədiyini, hadisə baş verdikdən sonra həmin yerə gəldiyini, oraya gələndə həmkəndliləri Şahid6, Şahid2, Şahid3 və Şahid5 gördüyünü, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsı daşla vurmasını görmədiyini, Şahid1 Zərərçəkmiş şəxs azyaşlı oğlu Elmiri ağacla vurmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə onun qonşusudur. Əvvəllər Elgiz ilə onun aralarında bir dəfə narazılıq olmuşdur. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə olmuş, həmin vaxt oğlu Təqsirləndirilən şəxs da evdə olmuşdur. Elgiz onun mobil telefon nömrəsinə zəng edib demişdir ki, “əmi bura gəl səninlə işim var”, oğlu Təqsirləndirilən şəxs demişdir ki, “ata sən gözlə gəlirəm Elgiz görüm nə deyir”. Təqsirləndirilən şəxs getdikdən sonra arxasınca səs-küyə o, çıxmışdır. O, evdən çıxanda görmüşdür ki, Elgizlə oğlum Təqsirləndirilən şəxs dalaşırlar. Arvadıı Rəna onların daşlaşdıqlarını görüb ürəyi getmişdir. Qonşular gəlib arvadı Rənanı ayıtmağa, həmin vaxt Elgizin əlində lom var olmuş, Elgiz onu vurmaq istəyəndə oğlu Təqsirləndirilən şəxs yumruqla Təqsirləndirilən şəxs başından vurmuşdur. Bu vaxt Elgiz əlinə daş götürüb atmış və oğlu Təqsirləndirilən şəxs sol əlinə dəymiş, o, da Təqsirləndirilən şəxsı itələmişdir ki, “evə get”. Təqsirləndirilən şəxs evə tərəf gedən vaxtı Təqsirləndirilən şəxs qışqırmışdır ki, “başım dağıldı”, o, çevrilib Təqsirləndirilən şəxs baxanda görmüşdür ki, “Təqsirləndirilən şəxs yerə yıxılıb qan aparır”. O, su gətirib Təqsirləndirilən şəxs su içirtmiş və baxmışdır ki, Təqsirləndirilən şəxs qulağı sallanır. Təqsirləndirilən şəxsı avtomobilə qoyub Bərdə rayon diaqnostika mərkəzinə aparmışdırlar. Qonşu Zərərçəkmiş şəxs daşla oğlu Təqsirləndirilən şəxsı vurub xəsarət yetirdiyi üçün Elgizin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin ifadəsində həmin vaxt yanlarında qonşuları Rehyan, Ağca, Ağcanın gəlini, Zaur, Fəxri, Aybəniz, Seymur, Hafiz, Anar, Xavər, Nazimə və başqa şəxslər olduqlarını, hadisə 21 noyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə rayonu Nazırlı kəndində yaşadığı evin yaxınlığında baş verdiyini, dava-dalaş təxminən 15-20 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Elmiri ağacla qolundan vurmadığını nədə ki, təpiklə sol ayağından vurmadığını, onların göstərdiklərinin heç biri həqiqətə uyğun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində hadisə zamanı Elgizin ünvanına nəlayiq sözlər deyərək qanını basıracağı ilə hədələmisini göstərməsii ilə bağlı bildirmişdir ki, Elgiz yalan deyir o, Elgizin ünvanına nəlayiq sözlər demədiyini nədə ki, Elgizi hər hansı bir formada hədələməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid8 qanuni nümayəndəsi X1 iştirakı ilə ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Nazırlı kənd orta məktəbin 6-cı sinifində oxuyur. Şahid1 və Təqsirləndirilən şəxs onun atasının barəsində AR.DİN-nin 102 xiddmətinə etdikləri müraciətlə və Bərdə RPŞ-nə yazdıqları şikatət ərizəsi ilə tanış olmuşdur. Bildirmişdir ki, Şahid1 və oğlu Təqsirləndirilən şəxs onun qonşularıdır. Yaşadığı evin qarşısında olan həyətyanı torpaq sahələrinə atası arpa əkmişdir. Təxminən 2 il bundan əvvəl onlara məxsus olan ev itləri qonşu Şahid1 həyətinə keçdiyinə görə atası barəsində AR.DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Bunun üstündə onlarla aralarında narazılıq yaranmışdır. Buna baxmayaraq qonşuları Şahid1 məxsus ev quşları və xırda buynuzlu heyvanları onlara məxsus olan həyətyanı sahəsində əkdikləri arpaya girib otlamışlar. Bu təxminən 4-5 dəfə təkrar olmuş, bu barədə atası onlara hər dəfə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində atası yaşadıqları evin həyətyanı sahəsində olarkən qonşuları Şahid1 və Təqsirləndirilən şəxs məxsus olan xırda buynuzlu heyvanları onların arpa sahələrinə keçib otladıqlarını görüb mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs zəng edib qoyunlarının onlara məxsus olan arpa sahəsinə keçib arpanı otladıqlarını bildirmişdir. Bundan sonra isə atası qonşuları Şahid1 zəng vurub bu barədə məlumat vermişdir. Aradan 2 dəqiqə keçmişdir ki, Təqsirləndirilən şəxs gəlib qoyunları arpadan çıxardıb onların evin qarşısından baba yurdlarında onların yaşadığı evin arasında olan yola tərəf apararkən atası ilə mehribancasına söhbət edə-edə gedirmişlər. Bundan sonra bibisi Xatirə Şabanova ona demişdir ki, Təqsirləndirilən şəxs atası Tofiqi görən kimi qəfildən atanın baş nahiyyəsinə kəllə ilə vurmuşdur. Zərbə nəticəsində atasının qaşı partlamış, qaşı qanamış yerə yıxılmışdır. O, tez atasının yanına tərəf gələndə görmüşdür ki, atası yerdə yıxılıb qaş nahiyəsindən qan gəlir. Bibisi Xatirə gedib su gətirmiş, atası əl üzünü su ilə yumuşdur. Atası ayağa durub Təqsirləndirilən şəxs tərəf gedəndə Şahid1 onların yanına gəlmişdir. Atası Tofiqə demişdir ki, “bu düz iş deyil adam-adamı öz qapısında ailə uşağının yanında vurmaz”. Atasının qaş nahiyəsində qan axdığına görə su krantına tərəf gedib əl-üzünü yuyarkən Tofiqə demişdir ki, “oğlun düz hərəkət etmədi vurub qaşımı partlatdı”. Tofiq atasına demişdir ki, “yaxşı edib vurubdur”, atasının ünvanına nəlayiq sözlər işlətmiş, atası da onun cavabını nəlayiq sözlərlə cavab vermişdir. Tofiq atasına demişdir ki, “sənin qanını batıraram, Kamazını, 150 baş qoyunu və evi satıb kirayədə qalacam sənin qanını batıracam”. Atası da Şahid1la demişdir ki, “sən pox yeyib qəllət edirsən get işinən ol, sən kimsən mənim qanımı batırısan”. Bu sözləri Təqsirləndirilən şəxs eşidib geri qayıtmış və Təqsirləndirilən şəxs atasına tərəf gedəndə o, araya girmişdir ki, atasını aralasın, dalaşmasınlar və atasını vurmasınlar. Bu vaxt Şahid1 əlində olan ağacla onun sol çiyin və qol nahiyəsindən vurmuş, bundan sonra isə Şahid1 ayağı ilə onun sol baldır nahiyəsindən vurmuş, zərbə nəticəsində o, yerə yıxılmışdır. O, yerə yıxılan vaxt sol diz nahiyəsi yaralanmışdır. Şahid1 ona demişdir ki, “səni məktəbə gedəndə avtomobillə vurub əyaqlayaram”. Bundan başqa Şahid1 orada olan əmisi Elgünün bel nahiyəsindən bir dəfə ağacla vurmuşdur. Atası onun yerdə olmağını görüb əsəbləşərək yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf atmışdır. Atasının atdığı daş gedib Təqsirləndirilən şəxs sağ qulağına dəymiş, zərbə nəticəsində Təqsirləndirilən şəxs yerə yıxılmış, Təqsirləndirilən şəxs qulağından qan gəlmiş və atası Şahid1 Təqsirləndirilən şəxsı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Həmin vaxt orada qonşuları Fəxri, bibisi Nazimə, əmisi arvadı Xatirə, Elgün orada olmuşdur. Onu da bildirmişdir ki, həmin gündən sonra atası onu 2-3 gün özü məktəbə aparıb gətirmiş, sonardan isə o, qorxusundan məktəbə getməmişdir. Həmçinin ifadəsində dava-dalaş onlara məxsus olan evin həyətyanı sahəsində sonra isə qonşuları Əsmayənin məhləsində baş verdiyini, Təqsirləndirilən şəxs Əsmayənin məhləsindən çıxıb setqanın kənarı ilə evlərinə tərəf gedərkən atasının daş atıb ona xəsarət yetridiyini, dava-dalaşın baş verməsinə səbəb Şahid1 və oğlu Təqsirləndirilən şəxs məxsus olan xırda buynuzlu heyvanların onların evlərinin qarşısında əkdikləri arpa yerinə keçib qoyunların arpanı otlaması olduğunu, dava-dalaş təxminən 15-20 dəqiqə davam etdiyini, dava-dalaşı anası Nərgiz, əmisi arvadı Xatirə və qonşuları Fəxri gördüklərini, sonra isə səs-küyə bibisi Nazimə gəldiyini, Təqsirləndirilən şəxs Rüstəmov bir dəfə başı ilə atasının sifət nahiyəsinə xəastət yetirməsini bibisi Xatirənin ona dediyini, dava-dalaş zamanı isə Şahid1 əlində olan ağacla onun sol çiyin və qol nahiyəsinə vurduğunu, sonra isə təpiklə sol baldır nahiyəsinə vurduğunu, atası isə daşla Təqsirləndirilən şəxs sağ nahiyəsinə vuraraq xəsarət yetirdiyini, əlində olan ağacla Şahid1 vurmaq istəyəndə Şahid1 əlində olan ağacı əlindən alıb onu vurduğunu, heç kimə xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olanxx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Nazarlı kəndində yaşayan Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Elgiz onu döyərək xəsarət yetirməsini bildirməsi, aparılmış ilkin araşdırma zamanı Bərdə rayonunun Qaradağlı kəndində yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs, 21 noyabr 2022-ci il tarixdə saat 14:40 radələrində Bərdə rayonu, Nazırlı kəndində özünə məxsus yaşayış evinin həyətyanı sahəsində onunla mübahisə edib daşla ona bədən xəsraət yetirməsini Təqsirləndirilən şəxs bildirməsi, Təqsirləndirilən şəxs barəsində verilmiş MTE və PA Publik Hüquqi şəxsin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 940 saylı rəyin nəticə hissəsinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ xarici qulaq seyvanının yuxarı 1/3-dən hissəvi travmatik amputasiyası, sağ xarici qulaq seyvanının və sağ qulaqarxası nahiyənin əzilmiş-cırılmış yaraları küt əşyanın əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2022ci il tarixə uyğun gəlməsi və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olamsı və sağ xarici qulaq seyvanının yuxarı 1/3-dən hissəvi travmatik amputasiyası sifətdə nəzərə çarpan asimmetriyanın olmasına və asimmetriyanın bərpa olunması üçün kosmetik cərrahi müdaxiləyə ehtiyac olduğuna əsasən həmin xəsarət sifətdə izi silinməz xəsarət hesab olunması göstərilməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 181-182-ci vərəqələrində olan 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 229-230-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 192-193-cu vərəqələrində olan zərərçəkmiş şəxs kimim tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 66-67-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Hüquqi şəxsin Bərdə rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 941 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ qaş nahiyəsinin əzilmişcapılmış yarası, alt dodağın sağ yarısında dodaq haşiyəsinin səthi əzilmiş yarası, alt çənədə sol İİ dişin İİİ dərəcəli laxlaması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 145-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, XXX Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 64-cü vərəqəsində olan Bərdə RİHB-nın Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış XXX Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barışmışlar, onun XXX Təqsirləndirilən şəxs və ailə üzvlərinə qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-155/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-155/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver