Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-155/2024 04.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11 və onun nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Hüləvətli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin iyun ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, guya hüquqlarını mülki işlə bağlı Bərdə rayon məhkəməsində müdafiə etmək adı ilə 2022-ci ilin iyun ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında Zərərçəkmiş şəxs2 4700 ABŞ dolları olmaqla 7990 manat pulunu, Zərərçəkmiş şəxs2 qeyri-rəsmi nikah münasibətlərində olduğu mərhum əri X18 barədə məlumatların televiziya verilişlərinə çıxaracağını yalandan vəd verib inandırmaqla 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, Koroğlu küçəsində “Əlişin dairəsi” adlanan yerdə 1000 manat pulunu, Zərərçəkmiş şəxs2 döyülməsi barədə Tərtər RPŞ-də aparılan araşdırma materialı üzrə hüquqlarını müdafiə etmək adı ilə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 500 manat pulunu, həmin iş üzrə ekspertiza xərclərini qarşılamaq adı ilə 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 300 ABŞ dolları olmaqla 510 manat pulunu, Zərərçəkmiş şəxs2 qeyri-rəsmi nigah münasibətlərində olduğu mərhum əri X11 istifadəsində olan “Kamaz” markalı yük avtomobilinin onlara qaytarılmasında kömək edəcəyini yalandan vəd verib inandırmaqla 2022-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 500 manat pulunu, daha sonra Zərərçəkmiş şəxs2 hüquqlarını Bərdə rayon Məhkəməsində icraatda olan mülki iş üzrə müdafiə edəcəyini vəd verib inandırmaqla 2023-cü ilin əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs2 Tərtər rayonu, Hüləvətli kəndində yerləşən evində 500 manat dəyərində olan bir baş danasını vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 11000 (on bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Ağdam rayonu, Şahabad kənd sakini Zərərçəkmiş şəxs12 ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs12 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs12 həyat yoldaşı Elnarə Səfərovanın döyülməsi faktı ilə bağlı Bərdə RPŞ-də olan iş üzrə icraatda onun hüquqlarını müdafiə edəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 400 manat pulunu, daha sonra isə Ağdam rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Zərərçəkmiş şəxs12 arvadı E.Səfərovaya təzminat aldıracağını yalandan vəd verib inandırmaqla 2023-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 700 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Goranboy rayonu, Əlirzalı kənd sakini Zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin aprel ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs6 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncunun əlilliyə görə kəsilmiş görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin aprel ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 2000 manat pulunu, daha sonra isə həmin təqaüd üçün plastik kart hazırladacağını yalandan vəd verib inandırmaqla 2023-cü ilin aprel ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 28 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 2028 (iki min iyirmi səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Bərdə rayon Şatırlı kənd sakini Şahid2 vasitəsilə tanıdığı Tərtər rayonu, Xoruzlu kənd sakini Zərərçəkmiş şəxs11 ilə 2023-cü ilin may ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs11 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs11 oğlu X17 Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətini azaldacağını yalan vəd verib inandırmaqla onun bu cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 vasitəsilə 2023-cü ilin may ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 3000 manat pulunu, daha sonra isə 2023-cü ilin may ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 12000 manat pulunu aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 xeyli miqdar hesab edilən 15000 (on beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Yenidaşkənd kənd sakini Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin avqust ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs1 oğlu X7 X31 Şöbəsində mühafizəçi kimi işə düzəldəcəyini vəd verib inandırmaqla 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Prins” adlı restoranda 2000 manat pulunu, daha sonra isə X7 tibbi-həkim komissiyasından keçirəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında Zərərçəkmiş şəxs1 60 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2060 (iki min altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Saatlı kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2023-cü ilin avqust ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 Bərdə rayon Məhkəməsində torpaq iddiası ilə bağlı icraatda olan mülki iş üzrə hüquqlarını müdafiə etmək adı ilə 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 1000 manat pulunu, bir neçə gün sonra isə, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, özünün həmin iş otağında Zərərçəkmiş şəxs3 qeyd edilən mülki iş üzrə ekspertiza xərclərini qarşılamaq adı ilə 2023-cü ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 500 manat pulunu, daha sonra isə həmin mülki iş üzrə hüquqlarını məhkəmədə müdafiə edəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin sentyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünün Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 208 manat pulunu Zərərçəkmiş şəxs1 aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1708 (min yeddi yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Qasımbəyli kənd sakini Zərərçəkmiş şəxs9 ilə 2023-cü ilin oktyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs9 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 Gəncə İnzibati Məhkəməsində olan mülki iş üzrə icraatda hüquqlarını müdafiə edəcəyinə yalan vəd verib inandırmaqla 2023-cü ilin oktyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında əvvəl 100 manat pulunu, bir neçə gün sonra isə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Köhnə Bazar” adlanan yerdə isə 600 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Azadqaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin noyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs4 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 gələcəkdə ilkin təqaüd alması üçün tibbi komissiyadan keçməsinə kömək edəcəyinə yalan vəd verib, inandırmaqla 16 noyabr 2023-cü il tarixində “card to card” vasitəsilə özünə məxsus olan istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 800 manat köçürməklə, bir gün sonra isə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Köhnə Bazar” adlana yerdə 54 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 854 (səkkiz yüz əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Tərtər rayonu, Cəmilli kənd sakini XXX Zərərçəkmiş şəxs8 ilə 2023-cü ilin sentyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində XXX Zərərçəkmiş şəxs8 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun Zərərçəkmiş şəxs8 azyaşlı övladını məhkəmə yolu ilə atasından geri alacağını yalan vəd verib inandırmaqla 24 noyabr 2023-cü il tarixində “card to card” vasitəsilə özünə məxsus olan istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 600 manat köçürməklə, iki gün sonra isə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, “card to card” özünə məxsus olan istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 200 manat köçürməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs XXX Zərərçəkmiş şəxs8 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Goranboy rayonu, Aşağı Ballıqaya kənd sakini X37 ilə 2021-ci ilin sonlarında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, zərərçəkmiş şəxs Əli Pirimova məxsus Goranboy rayonu, Aşağı Ballıqaya kəndində yerləşən fərdi yaşayış evində danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Əli Pirimova məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq onun qardaşı X6 arvadı X12 İİ qrup əlliliyə görə kəsilmiş olan təqaüdünü bərpa etdirəcəyini yalan vəd verib inandırmaqla 2023-cü ilin noyabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 1500 (min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə şəhəri, Bakı küçəsində yaşaayan Zərərçəkmiş şəxs7 ilə 2023-cü ilin dekabr ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs7 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən fərdi yaşayış evində özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs7 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunuya məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən fərdi yaşayış evinin kommunal və digər sənədləşdirməsini həyata keçiricəyini yalan vəd verib inandırmaqla 2023-cü ilin dekabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs7 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən fərdi yaşayış evində 200 manat pulunu, bir neçə gün sonra isə, 2023-cü ilin dekabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, sonuncunun oğluna məxsus fərdi yaşayış evinin təbii qaz sayğacını sənədləşdirəcəyi adı ilə 200 manat pulunu, daha sonra isə Zərərçəkmiş şəxs7 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən fərdi yaşayış evini sənədləşdirəcəyini yalandan vəd verib inandırmaqla 2023-cü ilin dekabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs7 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən fərdi yaşayış evində 320 manat pulunu, daha sonra isə Zərərçəkmiş şəxs7 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini sənədləşdirəcəyini yalan vəd verib inandırmaqla 400 manat pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 1120 (min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Köbər kənd sakini Zərərçəkmiş şəxs10 ilə 2023-cü ilin avqust ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında danışıb özünün hüquqşünas olmasını, vəzifəli şəxslərin yanında nüfuzlu şəxs olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs10 məxsus pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq Zərərçəkmiş şəxs10 ödənməli olan aliment borcunu məhkəmə yolu ilə qaytaracağını yalan vəd verib inandırmaqla 2024-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə rayon Məhkəməsinin inzibati binası ilə üzbəüz yerləşən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən üzərində «Hüquqşünas» və «Hüquqi yardım xidmətləri» yazılan iş otağında 1500 (min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Qasımbəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvəllər məhkumluğu olmamışdır. 2006-2011-ci il tarixində Rusiya Federasiyası Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Təxminən 6 ildir ki, Bərdə şəhərində ayrı-ayrı şəxslərə hüquqi yardım göstərərək nümayəndəlik edir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 1 ildən artıqdır ki, tanıyır. Zərərçəkmiş şəxs2 ilk dəfə oğlu ilə birlikdə onun yanına gələrək, Bakı şəhəri, Yasamal rayonunda olan evlərinə başqa şəxs daxil olması barədə bildirmişdir. Arzu həmin şəxsin evdən çıxarılmasında ondan kömək istəmişdir. Həmin vaxt Arzu işlədiyi Bərdə rayon Məhkəməsinin qarşısında yerləşən ofisində ona 500 manat pul vermişdir. Həmin pulun müqabilində o, Arzunun xeyrinə olan məhkəmə qərarını əldə edərək özlərinə vermişdir. Sonra isə həmin evə aid olan kommunal sayğaclarını Arzunun oğlu Aslanın adına keçirmişdir. Bundan sonra Arzunu öz qohumları döymüşdür. Həmin işdə nümayəndə qismində çıxış etmək üçün o, Arzudan 3000 manat pul almışdır. O, həmin məsələ ilə bağlı dəfələrlə Tərtər rayon polis şöbəsinə gedib-gəlmişdir. X22 onun məlumatı olmadan həmin işlə bağlı barışıq ərizəsi yazdığından həmin iş xitam edilmişdir. Bundan başqa Arzu ona rəhmətə gedən həyat yoldaşı barəsində məlumatların televiziyaya çıxarılması müqabilində 800 manat pul vermişdir. O, da həmin məlumatların televiziyada əks olunmasına şərait yaratmışdır. O, 2023-cü ilin oktyabr ayında oğluna kiçik toy edərkən Arzudan 400 manata bir baş erkək dana almışdır. Həmin dananın pulunu isə nağd olaraq özünə qaytarmışdır. Bundan bir müddət sonra təxminən 2024-cü ilin fevral ayında Arzu qohumu olduğunu söylədiyi Ülvi adlı şəxs ilə birlikdə yanına gələrək ona verdiyi pulları geri istəmişdir. O da hər dəfə 1000 manat olmaqla ümumilikdə Arzu adlı şəxsə 3000 manat pul qaytarmışdır. Bundan başqa qeyd etmişdir ki, o, Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 4-5 ildir ki, rayon sakini kimi tanıyır. 2023-cü ilin sentyabr ayında dəqiq günü yadımda qalmayan vaxtda Abdulla onunla mobil telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini demişdir. Daha sonra onlar Abdulla ilə Bərdə şəhərində yerləşən “Çinar” kafesində görüşmüşdür. Orada Abdulla ona oğlu Rəhmanı Bərdə rayon Mühafizə İdarəsinə mühafizəçi kimi işə düzəltmək istədiyini deyərək, ondan Rəhmanı həmin işə düzəltməyə köməklik etməyisini istəmişdir. O da Abdullaya köməklik edə biləcəyimi deyib əziyyəti üçün 2000 manat pul istəmişdir. Abdulla onunla razılaşmışdır. Bundan 3 gün sonra, yəni 2023-cü ilin sentyabr ayında dəqiq günü və saatı yadında qalmayan vaxda Abdulla ilə yenə Bərdə şəhərində yerləşən “Çinar” kafesində görüşmüşdür. O, orada Abdulladan 2000 manat pulu əlbəəl almışdır. Oğlu Rəhmanın sənədlərinin isə bir neçə günə gətirib çıxarmışdır. O, Rəhmanı işə düzəltməyə cəhd etsə də, alındıra bilməmişdir. Buna görə də Abdullaya oğlu Rəhmanın sənədlərini və aldığı puldan 1200 manatını qaytarmışdır. Abdullaya həmin puldan 800 manat xərclədiyini deyib həmin pulu da geri qaytaracağımı bildirib vaxt istəmişdir. Lakin səhhətimdə problemlər yarandığına görə Abdullanın 800 manatını qaytarmağa fürsəti olmamışdır. Daha sonra Abdullanın ondan polisə şikayət etdiyini öyrənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bərdə rayonu, Köbər kəndində yaşayan Zərərçəkmiş şəxs10 anası onu yolda tanımışdır. Bakıya gedəndə yolda o, mobil telefonla danışarkən anası da orada olmuşdur. Ondan Pərvanə adında qızının olduğunu, aliment işində ona köməklik etməyini istəmişdir. O da qızını yanına göndərməsini demişdir. Bundan təxminən 10 gün sonra, 2023-cü ilin iyul ayında dəqiq günü yadında qalmayan vaxtda Pərvanə adlı qadın onun Bərdə rayon məhkəməsi ilə üzbəüz yerləşən iş yerinə gəlmişdir. Pərvanə ona tanışlıq verdikdən sonra boşandığını və aliment ala bilmədiyini, keçmiş ərinin 10000 manatdan artıq aliment borcunun olduğunu deyib həmin alimentin alınmasında köməklik etməyini istəmişdir. O, Pərvanəyə köməklik edəcəyini deyib bunun müqabilində iki dəfəyə 50 manat olmaqla ümumilikdə 100 manat pul almışdır. Hətta keçmiş ərinin bir dəfə inzibati həbs almasına nail olmuşdur. Bundan sonra Pərvanənin keçmiş əri alimenti ödəməmişdir. Pəvanə də işin arxasınca düşməmişdir. Yəni o, Pərvanədən aldığı 100 manat müqabilində hər şeyi etmişdir. Bundan başqa, Bərdə rayonu, Saatlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 2023-cü ilin avqust ayında onun iş yerinə yaxınlaşmış və ondan torpaq iddiası ilə bağlı məhkəmədə hüquqlarının müdafiə etməyini istəmişdir. O, bu məsələ ilə bağlı Camala kömək edə biləcəyini söyləmişdir və bu işin qarşılığında həmin şəxsdən ilkin olaraq 1000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs3 bir neçə gün sonra oğlu və qardaşı oğlu ilə onun işlədəyi ünvana gələrək ona 1000 manat pul vermişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs3 əlavə olaraq 500 manat da pul istəmişdir. Zərərçəkmiş şəxs3 həmin 500 manat pulu da ona iş yerində vermişdir. Daha sonra isə yadında qaldığı qədəriylə Zərərçəkmiş şəxs3 oma 150-175 manat arası pul vermişdir. Ancaq müxtəlif səbəblərdən o, Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl edə bilməyərək hüquqlarını müdafiə edə bilməmişdir. Bundan başqa, Goranboy rayonu, Əlirzalı kəndində yaşayan Zərərçəkmiş şəxs6 2023-cü ilin aprel ayında ona yaxınlaşaraq 2021-ci il tarixində ona 15 ildir verilən əlilliyə görə pensiyasının kəsildiyini, həmin pensiyanın bərpa edilməsi üçün kömək istədiyini bildirmişdir. O, isə Kamala pensiyasının bərpa edilməsi üçün kömək edə biləcəyini söyləmişdir və bu işin qarşılığında Kamaldan 2000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs6 isə bir neçə gün sonra 2000 manat pulu ona yeznəsinin yanında gətirib iş yerində vermişdir. Bir müddət sonra isə o, Kamaldan əlavə 28 manat da istəmişdir, Kamal isə 28 manatı onun iş yerində ona vermişdir. Ancaq o, Zərərçəkmiş şəxs6 pensiyasının bərpa edilməsində Kamala kömək edə bilməmişdir. Bundan başqa, Bərdə rayonu, Otuzikilər kəndində yaşayan Şahid3 2023-cü ilin aprel ayında onunla əlaqə saxlayaraq həyat yoldaşının boşanma ilə bağlı iddia qaldırdığını, bu səbəbdən də onun da iddia qaldırıb qızıl-zinət əşyalarını geri qaytarmalı olduğunu, həmçinin evdə yaşamaq hüququ əldə etmək istədiyini bildirmişdir. O, bu barədə Şahid3 kömək edəcəyini söyləmiş və bu işin qarşılığında Vəsilədən 500 manat pul istəmişdir. Şahid3 aprel ayında yeznəsi Elmar Məmmədov vasitəsilə ilkin olaraq 300 manat, bir neçə gün sonra isə 200 manat pulu Bərdə rayon Məhkəməsinin qarşısında ona vermişdir. Ancaq o, Şahid3 bu barədə köməklik edə bilməmişdir. Bundan başqa, Şahid5 onun barəsində etmiş olduğu şikayəti ilə bağlı qeyd etmişdir ki, Şahid5 2023-cü ilin dekabr ayında onun iş yerinə yaxınlaşaraq 1992-1993-cü il tarixdə Qarabağ döyüşlərində iştirak etmişdir, lakin veteran statusu almamışdır. Silyan bu barədə ondan kömək istəmiş, o isə 500 manat qarşılığında Silyana kömək edə biləcəyini söyləmişdir. Şahid5 bir neçə gün sonra iş yerində ona 500 manat nağd pul gətirmişdir. Lakin o, Şahid5 təqaüdünü bərpa etdirə bilməmişdir. Bundan başqa, Tərtər rayonu, Xoruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs11 tanışı Bərdə rayonu, Şatırlı kənd sakini Şahid2 vasitəsilə 2023-cü ilin may ayında onunla əlaqə saxlayaraq oğlunun barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətini azaltmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs11 onun yanına Vüqar və əri Tahirlə birlikdə gəlmişdir. O, öyrənmişdir ki, Zərərçəkmiş şəxs11 oğlu Tərtər rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində 11 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, bu barədə Zərərçəkmiş şəxs11 kömək edəcəyini söyləmiş və bu işin qarşılığında 15000 manat pul istəmişdir. Bir neçə gün sonra Vüqar onun iş otağına gələrək 3000 manat pulu ona vermişdir. Mən isə Vüqara qısa müddətdə 12000 manat da gətirməli olduğunu bildirmişdir. Bir neçə gün sonra isə Zərərçəkmiş şəxs11 və əri Şahid6 onun iş yerinə gələrək 12000 manat pulu ona vermişdirlər. Lakin o, Zərərçəkmiş şəxs11 verdiyi vədə əməl etməmiş və Pərvanəyə köməklik edə bilməmişdir. O, həmin aldığı puldan Şahid2 verməmişdir, Vüqarın həmin pulun onun tərəfimdən ələ keçirilməsi barədə məlumatı olmamışdır. Vüqar ona 3000 manat pul gətirmişdir, Pərvanə ilə görüş zamanı Pərvanə Vüqara əlavə 500 manat verdiklərini söyləmiş, o isə həmin pulun onluq olmadığını bildirmişdir. Bundan başqa Bərdə rayonu, Qasımbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs9 2023-cü ilin oktyabr ayında onunla əlaqə saxlayaraq barəsində Gəncə İnzibati Məhkəməsində olan iş üzrə icraatda hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs9 kömək edəcəyini söyləmişdir və bu işin qarşılığında 700 manat pul istəmişdir. Zərərçəkmiş şəxs9 oktyabr ayında 100 manat pulu Bərdə rayon Məhkəməsinin qarşısında, bir neçə gün sonra isə 600 manat pulu Bərdə şəhəri Köhnə bazarın qarşısında ona vermişdir. Ancaq o, Zərərçəkmiş şəxs9 bu barədə köməklik edə bilməmişdir. Məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs9 ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, lakin dəymiş zərərin ona ödənilmədiyini bildirmişdir. Bundan başqa Tərtər rayonu, Cəmilli kəndində yaşayan Zərərçəkmiş şəxs8 2023-cü ilin sentyabr ayında onunla əlaqə saxlayaraq oğlunun atası tərəfindən götürüldüyünü, oğlunu geri qaytarmaq istədiyini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs8 kömək edəcəyini söyləmiş və bu işin qarşılığında 800 manat pul istəmişdir. Zərərçəkmiş şəxs8 noyabr ayında 600 manat pulu ona məxsus bank kartına, bir neçə gün sonra isə 200 manat pulu həmin bank kartına göndərmişdir. Ancaq o, Zərərçəkmiş şəxs8 bu barədə köməklik edə bilməmişdir. Bundan başqa Tərtər rayonu, Azadqaraqoyunlu kəndində yaşayan Zərərçəkmiş şəxs4 2023-cü ilin noyabr ayında onunla əlaqə saxlayaraq əlilliklə bağlı tibbi komissiyadan keçməsinə kömək lazım olduğunu bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs4 kömək edəcəyini söyləmişdir və bu işin qarşılığında Ələddindən 854 manat pul istəmişdir. Zərərçəkmiş şəxs4 noyabr ayında 800 manat pulu ona məxsus bank kartına göndərmiş, bir neçə gün sonra isə 54 manat pulu Bərdə şəhərində Köhnə bazar adlanan yerdə ona vermişdir. Ancaq o, Zərərçəkmiş şəxs4 bu barədə köməklik edə bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs12 onun barəsində etmiş olduğu şikayətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs12 o, bir müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs12 ona 1100 manat pul verməmişdir. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs12 ona Bərdə rayon Məhkəməsinin qarşısında yaxınlaşaraq yoldaşının döyülməsi barədə məlumat vermişdir və ondan kömək istəmişdir. O da bu barədə iddia ərizəsi yazacağını bildirmişdir. Bu işin qarşılığında dəqiq xatırlamasa da 400 manat pul almışdır. 400 manat pul qarşılığında o, ərizə yazmışdır. İşin həll edilməsi üçün lazımi hərəkətləri yerinə yetirmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs12 ona 1100 manat pul verməmişdir, onun dedikləri şər, böhtan xarakterlidir. Bundan əlavə, Goranboy rayon sakini, X25 onun barəsində etmiş olduğu şikayətlə tanış olmuşdur. Həmin müraciətlə bağlı qeyd etmişdir ki, o, uzun müddətdir ki, X35 tanıyır, onunla ailəvi gediş-gəlişi olmuşdur. 2021-ci ildə o, Əlinin Goranboy rayonunda yerləşən evində olarkən Əli qardaşı arvadının İİ qrup əlilliyə görə aldığı təqaüdünün kəsildiyini bildirmişdir. O isə bu işə kömək edə biləcəyini söyləmişdir, bu iş üçün 1500 manat pul lazım olduğunu qeyd etmişdir. Bu məsələ ilə bağlı Əli ona əlavə heç bir şey deməmişdir. Bir müddət sonra onun pula ehtiyacı olduğu üçün Əlidən 1500 manat borc pul istəmişdir. Əli ona məxsus kart hesabına 1500 manat pulu göndərmiş və o, həmin pulu qaytaracağını söyləmişdir. Ondan sonra o, dəfələrlə Əliylə görüşüb, söhbətləşmişdir. 2023-cü ilin noyabr ayında o, Əliyə zəng edərək Nabatın təqaüd məsələsinin həll edə biləcəyimi söyləmişdir və 1500 manat pul istəmişdir. Növbəti gün Əli onun iş otağına gələrək 1500 manat pulu ona vermişdir. Lakin o, təqaüd məsələsini həll edə bilməmişdir. Bu səbəbdən 2024-cü ilin fevral ayında Əlini çağıraraq 500 manat pulu ona qaytarmışdır. Bundan əlavə, Bərdə şəhəri, Bakı küçəsində yaşayan Zərərçəkmiş şəxs7 onun barəsində etmiş olduğu şikayətlə tanış olmuşdur. Həmin müraciətlə bağlı qeyd etmişdir ki, o, uzun müddətdir ki, Zərərçəkmiş şəxs7 tanıyır. O, dəfələrlə Məmləkətdən borc məqsədilə pul alıb qaytarmışdır. 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs7 onunla əlaqə saxlayaraq ona məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin sənədləşdirməsinə ehtiyac olduğunu bildirmişdir. O, bu işdə kömək edəcəyini bildirmiş və işığın sənədləşdirilməsi üçün 250 manat pul istəmişdir. Zərərçəkmiş şəxs7 özünə məxsus evdə 250 manat pulu ona vermişdir. Bir neçə gün sonra isə ona məxsus torpaq sahəsinin sənədləşdirilməsi üçün 200 manat pul almışdır. Lakin bir çox səbəblərdən o, həmin işləri həll edə bilməmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində dediyi 1120 manat yalandır. O, əlavə pulları Məmləkətdən borc məqsədilə almış və geri qaytaracağını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs11 dedikləri həqiqəti əks etdirmir. Belə ki, o, Şahid2 uzun müddətdir ki, tanıyır. Pərvanəni də onun yanına Vüqar gətirmişdir. Pərvanə oğlu Rəmzinin barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş cəzasının azaldılması üçün ona müraciət etmişdir. O, isə bu işin müqabilində ümümilikdə 15000 manat pul istəmişdir. Bir neçə gün sonra Vüqar onun iş otağıma gələrək 3000 manat pulu ona vermişdir. O isə Vüqara qısa müddətdə 12000 manat da gətirməli olduğunu bildirmişdir. Bir neçə gün sonra isə Zərərçəkmiş şəxs11 və əri Şahid6 onun iş yerinə gələrək 12000 manat pulu ona vermişdirlər. O, həmin aldığı puldan Şahid2 verməmişdir, Vüqarın həmin pulun onun tərəfindən ələ keçirilməsi barədə məlumatı olmamışdır. Pərvanə ilə görüş zamanı Pərvanə Vüqara əlavə 500 manat verdiklərini söyləmişdir. O isə həmin pulun onluq olmadığını bildirmişdir. Aslanın dedikləri yalandır, o, Aslanın anası Arzudan cəmisi 3000 manat pul almışdır, Fəxrəddin də pul alanda onun yanında olmuşdur. X36 məxsus heç bir pulu dələduzluq yolu ilə ələ keçirməmişdir. Arzu adlı şəxs ona ümumilikdə 3000 manat pul vermiş, o, da həmin pulları Arzuya qaytarmışdır. O, vətəndaşlardan aldığı pullardan heç bir vəzifəli şəxsə verməmişdir. Zərərçəkmiş şəxs10 dedikləri tamamilə yalandır. Şərböhtandır. O, Pərvanədən 1500 manat deyil, 100 manat pul almışdır. 100 manata görə də həmin işi görmüşdür. O, aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir, qeyd etmişdir ki, onun yoldaşım və oğlu ağır xəstə olduğu üçün zərərçəkmişlərin pulunu qaytara bilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Saatlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, təqaüdçüdür. Mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir, vəkil kimi tanıyırmış. Belə ki, Elmir onun Bərdə rayon məhkəməsində olan mülki işlərində əvvəllər nümayəndə kimi çıxış etmişdir. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs onun oğlu Rəhman Məmmədovu yolda görmüş və onu mühafizəyə işə düzəltməyi təklif etmişdir. Rəhman bu barədə ona bildirdikdən sonra o, özü Təqsirləndirilən şəxs ilə görüşmək qərarına gəlmişdir. Elmir ona 2000 manat qarşılığında oğlu Rəhmanı Mühafizə İdarəsində işə düzəldəciyini bildirmişdir. O, Elmirlə razılaşmış və 2023-cü ilin avqust ayının sonlarında o, Elmir ilə Bərdə şəhərində yerləşən Prins adlı restoranda görüşmüşdür. O, 2000 manat pulu Elmirin yanında olan tanımadığı şəxsin yanında Təqsirləndirilən şəxs vermişdir. Təxminən bir ay sonra Elmir ona bildirmişdir ki, oğlu Rəhman həkim komissiyasından keçməlidir və 60 manat pul lazımdır. O, Elmirin iş yerində 60 manatı ona vermişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq oğlu Rəhman Məmmədovu işə düzəltməmiş və ondan aldığı 2060 manat pulu da ona geri qaytarmamışdır. O, 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə görüşən zaman Elmirə ona məxsus pulunu qaytarmasını söyləmişdir. Təqsirləndirilən şəxs ona məxsus puldan 1200 manatını ona geri qaytarmışdır. Halhazırda Elmirin ona 860 manat verəcəyi pul vardır. Həmçinin Zərərçəkmiş şəxs1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2000 manat pulu şəhərində yerləşən Prins adlı restoranda oğlunu mühafizəyə işə düzəltmək məqsədilə vermişdir, 60 manat pulu isə Təqsirləndirilən şəxs iş yerində vermişdir. O, Təqsirləndirilən şəxs pulu verərkən yanlarında tanımadığı bir şəxs olmuşdur. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Tərtər rayonu, Hüləvətli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2005-ci ildə Tərtər rayonu, Hüləvətli kənd sakini X18 ilə ailə həyatı qurmuşdur, lakin heç bir rəsmi nigahları olmamışdır. Onların qeyri-rəsmi nigahdan 2006-cı il təvəllüdlü Şahid1 adında oğulları vardır. Həyat yoldaşı Oktay SSRİ dövründə Əfqanıstan müharibəsi zamanı hər iki ayağını itirmişdir. O, ailəli olduğu müddətdə əlil şəxsə qulluq etmişdir. 2020ci ildə İİ Qarabağ müharibəsi dövründə yoldaşı Oktay ürək xəstəliyindən həyatını itirmişdir. Oktay hələ vəfat etməmişdən əvvəl öz qardaşı arvadı Aygün ilə aralarında borc məsələsi ilə bağlı məhkəmə mübahisəsi gedirmiş. Oktay vəfat etdikdən sonra Aygül adlı şəxs gələrək onu evindən çıxarmaq istəmişdir. O, oğlu ilə birlikdə evdən çıxmaqdan imtina etmişdir. Bundan əlavə Aygün Oktaya məxsus “Kamaz” markalı yük avtomobilini də aparmışdır. Eyni zamanda Oktayın Tərtər rayonunda yerləşən mağazasını da onlardan almışdır. 2022-ci ildə o, hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil tutmaq qərarına gəlmişdir. Bu zaman onun Tərtər rayonunda yaşayan tanışı Aygün adlı şəxs Bərdə şəhərində Elmir adlı vəkilin yaxşı vəkil olduğunu söyləmişdir. 2022-ci ilin yay aylarında o, Bərdə rayon Məhkəməsinin qarşısına gələrək Təqsirləndirilən şəxs iş otağına yaxınlaşmışdır. Öz problemlərini ona bildirdikdən sonra Təqsirləndirilən şəxs ona kömək edə biləcəyini söyləmiş və bu işin qarşılığında ondan 4700(dörd min yeddi yüz) manat pul istəmişdir. O, 2022-ci ilin iyun ayında oğlu Aslanla birlikdə Təqsirləndirilən şəxs iş otağına gələrək ona 4700 dollar pul vermişdir. Bundan sonra Elmir oğluna kiçik toy edən zaman ondan 500 manat dəyərində bir baş erkək dana almışdır. Həmçinin qohumları onu döyərkən onların Tərtər RPŞ-də olan işləri ilə bağlı onun hüquqlarını müdafiə etmək məqsədilə oğlu Aslan Təqsirləndirilən şəxs 500 dollar pulu yaşadıqları Tərtər rayonu, Hüləvətli kəndində vermişdir. Elmir tərəfindən onun hər ərizəsi yazıldıqda ona 100 dollar pul vermişdir. Bundan sonra Elmir ona bildirmişdir ki, onun yoldaşının veteran olmasını televeziyada nümayiş etdirəcək və bunun qarşılığında ondan 1000 manat pul istəmişdir. O, 2022-ci ilin oktyabr ayında 1000 manat pulu yaşadığı evdə Elmirə vermişdir. Elmir ümumilikdə ondan 11000 manat pul almışdır. Bundan sonra o, Elmirdən şikayət edəcəyimi bildirdikdə Elmir onun qohumu X19 2000 manat və 1000 manat olmaqla ümümilikdə 3000 manat pul qaytarmışdır. Hazırda isə Təqsirləndirilən şəxs ona 8000 manat pul qaytarmalıdır. Həmçinin Zərərçəkmiş şəxs2 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, ayrı ayrı vaxtlarda və ayrı-ayrı yerlərdə Təqsirləndirilən şəxs ümumilikdə 11000 manat pulu Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə vermişdir. O, Təqsirləndirilən şəxs pulu verərkən yanında oğlu Aslan olmuşdur. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Saatlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, təqaüdçüdür, İ Qarabağ müharibəsi veteranıdır. Mahiyyəti üzrə qeyd etmişdir ki, təxminən 15 il bundan əvvəl Bərdə rayonu, Saatlı kəndindən 1 hektar torpaq yeri almışlar. Ancaq həmin torpağı sənədləşdirməmişlər. Həmin gündən bəri onlar həmin torpaqdan istifadə edirmişlər. Bir müddət əvvəl Bərdə rayonu, Həsənqaya kəndində yaşayan Qurbanov Çingiz adlı şəxs onların istifadələrində olan torpaq sahəsini öz adına sənədləşdirmişdir. Daha sonra isə onların torpaqdan çıxmaqları üçün iddia ərizəsi vermişdir. O, təxminən 2023-cü ilin avqust ayında məhkəmədə Çingizə qarşı iddia qaldırmaq məqsədilə vəkil tutmaq qərarına gəlmişdir. O, bu məqsədlə Bərdə rayon məhkəməsinin qarşısına getdikdə özünü Elmir Laçınlı kimi təqdim edən şəxs vəkil olduğunu bildirmişdir. Daha sonra adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona bu işi həll edecəyini bildirmişdir. O, Elmirlə razılaşmış, Təqsirləndirilən şəxs işi həll etmək müqabilində ondan 1000 manat pul istəmişdir. O, bir neçə gün sonra oğlu X13 və qardaşı oğlu X20 ilə birlikdə 1000 manat pulu Bərdə rayon məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ondan ekspertə vermək üçün 500 manat pul istəmişdir. O, da yenidən oğlu Şahsevən ilə birlikdə Təqsirləndirilən şəxs yanına gedərək Elmirə 500 manat pul vermiş və Elmirin səsini telefona yazmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ondan 175 manat və 33 manat əlavə pul istəmişdir. Həmin pulları isə oğlu Şahsevən Təqsirləndirilən şəxs vermişdir. O, həmin gündən sonra Təqsirləndirilən şəxs ilə bir neçə dəfə telefonda əlaqə saxlamışdır, Elmir isə işi həll edəcəyini bildirmişdir. 13 mart 2024-cü il tarixində həmin iddia ilə bağlı məhkəmə iclası keçirilmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi üçün heç bir tədbir görməmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs 1708 manat pulu Bərdə rayon məhkəməsinin qarşısında hüquqlarının müdafiəsi məqsədilə vermişdir. O, Təqsirləndirilən şəxs pulu verərkən yanında oğlu X13 və qardaşı oğlu X20 olmuşdur. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, ikinci qrup Qarabağ müharibəsi əlilidir. 2023-cü ilin noyabr ayında onu əlilliklə bağlı təkrar tibbi komissiyaya çağırmışlar. O, isə Bərdə rayonu Qasımbəyli kəndində yaşayan Elmir Laçınlı adlı şəxsin vəkil kimi fəaliyyət göstərdiyini eşitmişdir. Bu səbəbdən də 2023-cü ilin noyabr ayının 16-da Elmirlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs tibbi komissiyadan keçməkdə ona köməklik edəcəyini bildirmişdir. Bu işin müqabilində Elmir ondan 854 manat pul istəmişdir. O, isə oğlu Azər Nəziyevə zəng edərək Təqsirləndirilən şəxs verdiyi kart hesab nömrəsinə 800 manat pul göndərməsini istəmişdir. Oğlu Azər həmin kart hesabına 800 manat pul göndərmişdir. Qalan 54 manat pulu isə o, Bərdə şəhərində yerləşən “Köhnə Bazar”ın içində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək onu aldatmış və ona məxsus 854 manat pulu ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin noyabr ayının 16-də 800 manat pulu oğlu Azər Nəbiyevin vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına göndərmişdir, ondan bir gün sonra isə 54 manat pulu Bərdə şəhərində yerləşən “Köhnə Bazar”ın içində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş X37 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, Aşağı Ballıqaya kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Ailəlidir, 2 övladı vardır. Mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6 ildir ki, tanıyırmış. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. Qeyd etmişdir ki, onun qardaşı Mustafanın həyat yoldaşı X15 İİ qrup əlliliyə görə aldığı təqaüd 2021-ci ildə kəsilmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs onlara qonaq gəlmişdir. Bu zaman qardaşı Mustafa və həyat yoldaşı Nabat da onlarda olmuşdur. Həmin mövzuda söhbət açılarkən Təqsirləndirilən şəxs təqaüdün bərpa edilməsinə köməklik edə biləcəyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs 2500 manata təqaüdü bərpa etdirə biləcəyini söyləmişdir. O isə o qədər pulunun olmadığını söyləmişdir. Daha sonra Elmir 1500 manata işin düzələ biləcəyini bildirmişdir. Bir müddət bu məsələdən xəbər çıxmamışdır. Amma o, Elmirlə arada əlaqə saxlamışdır. Elmir getdikdən bir neçə gün sonra ondan borc pul istəmişdir. O, Elmirin ona verdiyi Kapital banka məxsus kart hesabına 1500 manat pulu Goranboy rayonu, Qızılhacılı qəsəbəsində İdeal marketdə yerləşən ödəmə terminalı vasitəsilə göndərmişdir. Elmir həmin pulu qaytarcağını bildirmişdir. Həmçinin təqaüd məsləsinin həll edilməsi üçün özünün pul qoyduğunu söyləmişdir. Amma 2021-ci ildən 2023-cü ilin noyabr ayına qədər olan müddətdə Elmirdən işlə bağlı heç bir xəbər gəlməmişdir. 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək təqaüdün hazır olduğunu, 1500 manat pulu təcili gətirməli olduğunu söyləmişdir. Həmin tarixdə o, 1500 manat pulu Bərdə rayon Məhkəməsi ilə üzbəüz yerləşən Təqsirləndirilən şəxs məxsus iş otağında Elmirə vermişdir. Elmir qısa müddətdə təqaüdün karta oturcağını bildirmişdir. 2024-cü ilin fevral ayında Elmir ona zəng edərək təqaüdü bərpa etdirə bilmədiyini, gəlib pulu geri almağını istəmişdir. O, Bərdə rayonuna gələrək Təqsirləndirilən şəxs iş yerində Elmirlə görüşmüşdür. Elmir ona 500 manat pul düzəldə bildiyini söyləmişdir və 500 manatı ona vermişdir. Qalan 2500 manat pulu isə qısa müddətdə qaytacağını bildirmişdir. Lakin həmin gündən bəri Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Əlirzalı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur, İİ qrup əlildir. Mahiyyəti üzrə qeyd etmişdir ki, o, 15 il İİ qrup əlil kimi pensiya almışdır. 2021-ci il tarixində onun pensiyası kəsilmişdir. Bu səbəbdən də o, pensiyasının bərpa edilməsi üçün üsullar axtarmağa başlamışdır. Belə ki, yeznəsi Nəsib adlı şəxs Bərdə şəhərində Elmir Laçınlı adlı vəkil olduğunu söyləmişdir. O, 2023-cü ilin aprel ayında Bərdə rayon Məhkəməsinin qarşısına Təqsirləndirilən şəxs iş otağına getmişdir. Təqsirləndirilən şəxs ona pensiyasının bərpa edilməsinə köməklik edəcəyini söyləmişdir. Bu işin müqabilində Təqsirləndirilən şəxs ondan 2000 (iki min) manat pul istəmişdir. O, 2023-cü ilin aprel ayında yeznəsi Nəsiblə birlikdə Təqsirləndirilən şəxs iş otağında ona 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona 2 ay ərzində pensiyasının bərpa ediləcəyini bildirmişdir. Ancaq bir müddət sonra pensiyasının bərpa edilmədiyini görmüşdür. O, 2023-cü ilin təxminən iyun-iyul aylarında Təqsirləndirilən şəxs nə səbəbə pensiyasının bərpa edilmədiyini söyləmiş, o, isə narahat olmamağını ona demişdir. Hətta ondan əlavə 28 manat da pul istəyərək pensiya kartının düzəldilməsi üçün lazım olduğunu bildirmişdir. O isə həmin 28 manat pulu da Bərdə şəhərinə gələrək Təqsirləndirilən şəxs iş yerində Elmirə vermişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədlərə əməl etməyərək ona məxsus 2028 manat pulu ələ keçirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin şəxs vəkil deyilmiş və ondan başqa adamları da aldadaraq pullarını ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs 2000 manat pulu Bərdə rayon məhkəməsinin qarşısında pensiyamın bərpa edilməsi məqsədilə vermişdir, bir neçə ay sonra isə 28 manat pulu da həmin yerdə eyni məqsədlə vermişdir. O, Təqsirləndirilən şəxs pulu verərkən yanında yeznəsi Nəsib olmuşdur. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Texnikumun həyətində yerləşən tikilidə oğlu ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, təqaüdçüdür. Mahiyyəti üzrə qeyd etmişdir ki, oğlu Elgün Məhərrəmov bir neçə il bundan əvvəl həyat yoldaşından boşanmış, məhkəmə tərəfindən üzərinə aliment öhdəliyi qoyulmuşdur. Oğlu Elgün alimenti ödəmədiyinə görə bir neçə dəfə axtarışda olmuşdur. 2022-cü ilin fevral ayında oğlu aliment öhdəliyini yerinə yetirmədiyinə görə Bərdə rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin vaxt o, Bərdə rayon Məhkəməsinin qarşısından keçərkən “hüquqşünas Elmir Laçınlı” yazısı olan iş yeri görmüşdür. İş yerinə daxil olmuş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs oğlunun tutulması barədə bildirmişdir. Təqsirləndirilən şəxs ona kömək edəcəyini söyləmiş və ondan 1000 manat pul istəmişdir. O, 1000 manat pulu həmin iş yerində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs işi məhkəmə qaydasında həll edəcəyini bildirmişdir. Lakin bir müddət sonra o, işi həll edə bilməyəcəyini söyləyərək 1000 manat pulu ona geri qaytarmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək oğlunun xəstə olduğunu söyləmiş və ondan 800 manat borc pul istəmişdir. Onun göz əməliyyatı üçün saxladığı 800 manat pulu Elmirə borc vermişdir. Təqsirləndirilən şəxs həmin borcu müxtəlif bəhanələrlə yubadaraq ona uzun müddət sonra qaytarmışdır. 2023-cü ilin dekabr ayında onlara dövlət tərəfindən Laçın rayonundan ev verilmişdir. Buna görə də onun yaşadığı ev sənədsiz olduğu üçün həmin evdən çıxarılacağı bildirilmişdir. O, da bu səbəbdən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs dekabr ayında iş otağının qarşısında ona kömək edəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara gələrək ilk əvvəl evin işığını sənədləşdirəcəyi adı ilə ondan 200 manat pul istəmiş və o, yaşadığı evdə 200 manat pulu ona vermişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək ondan 400 manat borc pul istəmiş, o isə 400 manatı ona vermişdir. Daha sonra isə digər oğlunun yaşadığı evin işığını sənədləşdirəcəyi adı ilə ondan 200 manat da pul almışdır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs evin sənədləşdirilməsi adı ilə ondan 200 manat, bir müddət sonra isə 120 manat da pul almışdır. Bir müddət sonra isə Təqsirləndirilən şəxs ondan yenidən 100 manat borc pul almışdır. 2024-cü ilin fevral ayında isə ilk əvvəl yaşadıqları mənzilin yerləşdiyi torpaq sahəsini sənədləşdirəcəyi adı ilə 200 manat, bir neçə gün sonra 200 manat pul almışdır. Təqsirləndirilən şəxs torpağın, mənzilin və işığın sənədləşdirəcəyini bildirmişdir. Lakin o, vədlərinə əməl etməyərək onu aldatmışdır. Təqsirləndirilən şəxs ondan həm borc aldığı pulları, həm də dələduzluq yolu ilə ələ keçirdiyi pulları geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, Tərtər rayonu, Cəmilli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Tərtər rayonu, Ağkənd kənd kitabxanasında kitabxanaçı işləyir. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2021-ci il tarixində Tərtər rayonu, Ağkənd kənd sakini X21 ilə ailə həyatı qurmuşdur. Üç azyaşlı övladları vardır. 2021-ci ilin Tərtər rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Övladları onun himayəsində qalmışdır. 2023-cü ilin sentyabr ayında atası Kərəm oğlu Göyüşü gəzdirmək adı ilə aparmış, lakin geri qaytarmamışdır. Bu səbəbdən də o, oğlu Göyüşü geri qaytarmaq məqsədi ilə özünü vəkil Elmir Laçınlı kimi təqdim edən şəxslə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs uşağı məhkəmə yolu ilə geri qaytaracağını bildirmişdir. Bu işin müqabilində Təqsirləndirilən şəxs ondan 800 manat pul istəmişdir. O, xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs ona göndərdiyi 4169 7388 7801 5217 nömrəli kart hesabına 600 manat pul göndərmişdir. Bundan iki gün sonra isə həmin kart hesabına 200 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədlərə əməl etməyərək hüquqlarının müdafiəsi üçün heç bir hərəkət etməyərək onu aldatmışdır. Həmçinin Zərərçəkmiş şəxs8 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin noyabr ayının 24-də 600 manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi 4169 7388 7801 5217 nömrəli kart hesabına, ondan iki gün sonra isə 200 manat pulu həmin kart hesabına hüquqlarını müdafiə etməsi məqsədilə göndərmişdir. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Qasımbəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Qeyd etmişdir ki, 2019-cu ilin iyun ayından 2023-cü ilin fevral ayına kimi Daxili Qoşunların N saylı hərbi hissəsində XVTD-nin götürmə qrupunun atıcısı vəzifəsində işləmişdir. 2023-cü ilin fevral ayında səhhətində olan xəstəliyi ilə əlaqədar olaraq ordu sıralarından təxris olunmuşdur. Təxris olunanda ona təqaüd alacağı bildirilmiş, lakin təqaüd təyin olunmamışdır. O, da 2023-cü ilin oktyabr ayında onunla eyni kənddə yaşayan özünü hüquqşünas kimi təqdim edən Elmir Laçınlı ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona bu məsələdə kömək edəcəyini bildirmişdir. 2023-cü ilin oktyabr ayında o, Bərdə rayon Məhkəməsinin qarşısında Elmir Laçınlıya 100 manat pul vermişdir. Bir neçə gün sonra isə o, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində “Köhnə bazar” adlanan yerdə əlavə 600 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə etmək məqsədilə heç bir hərəkət etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs9 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin qarşısında 100 manat, bir neçə gün sonra isə 600 manat pulu Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində “Köhnə bazar” adlanan yerdə hüquqlarını müdafiə etməsi məqsədilə göndərmişdir. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Köbər kəndində ailəm ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Mahiyyəti üzrə qeyd etmişdir ki, təqribən 20 il əvvəl X3 ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 övladları vardır. Aralarında olan narazıçılığa görə təqribən 14 il bundan əvvəl Elməddinlə rəsmi olaraq boşanmışdır. Bərdə rayon Məhkəməsinin qərarına əsasən Mehdiyev Elməddin ona aylıq hər uşağa görə 50 manat, ümümilikdə isə 150 manat aliment ödəməli imiş. Həmin vaxtdan bu günə qədər Elməddin Mehdiyev ona ödəməli olduğu 10750 manat(on min yeddi yüz əlli) aliment borcunu müxtəlif bəhanələr gətirərək ödəməmişdir. O, bu barədə dəfələrlə Bərdə rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayında X3 mülki öhdəliklərin icrasından yayındığına görə barədində axtarış elan edilmiş. Bərdə rayon Məhkəməsinin qərarı ilə barəsində 15 gün müddətində inzibati həbs tənbeh növü seçilmişdir. O, da bundan sonra hüquqlarını müdafiə etmək məqsədilə vəkil tutmaq qərarına gəlmişdir. Özünü hüquqşünas kimi təqdim edən Təqsirləndirilən şəxs aliment borcunun qaytarılmasında ona köməklik edə biləcəyini söyləmişdir. 2023-cü ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs ilə hüquqlarının müdafiə etməsi üçün razılaşmışdır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs işin yekunlaşdığını bildirərək ondan 1500 manat pul istəmişdir. O isə iş yekunlaşıbsa nə səbəbə hələ də məhkəməyə çağırılmadığını soruşdur. Təqsirləndirilən şəxs isə ona 2 fevral tarixində onunla əlaqə saxlamağını söyləmişdir. O isə növbəti gün Bərdə şəhəri, Gəncə küçəsində yerləşən Bərdə rayon Məhkəməsinin inzibati binasının qarşısında 1500 manat pulu tanışı Şahid4 yanında Təqsirləndirilən şəxs vermişdir. O, 2 fevral 2024-cü il tarixində Təqsirləndirilən şəxs zəng etmiş, ancaq o, telefon zənglərinə cavab verməmişdir. O isə Təqsirləndirilən şəxs iş otağına getmək qərarına gəlmişdir. O, ora getdikdə ətrafdakı şəxslər Təqsirləndirilən şəxs olmadığını, bir müddətdir ki, qaçıb getdiyini söyləmişlər. Daha sonra o, dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də o, telefon zənglərinə cavab verməmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs onu aldadaraq ona məxsus 1500 manat pulu mənimsədiyini başa düşmüşdür. Həmçinin Zərərçəkmiş şəxs10 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs 1500 manat pulu aliment borcumun bərpa edilməsi məqsədilə Bərdə rayon Məhkəməsinin inzibati binasının qarşısında vermişdir. O, Təqsirləndirilən şəxs pulu verərkən yanında tanışı Şahid4 olmuşdur. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, Ağdam rayonu, Şurabad kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Ailəlidir, 3 övladı var. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayında o, Bərdə rayon Məhkəməsinin inzibati binasında olarkən, həyat yoldaşı X1 adlı qadın tərəfindən döyülmüşdür. O, dərhal 102 xidmətinə məlumat vermişdir. Onu Bərdə RPŞ-nə dəvət etmişdirlər. O, məhkəmənin qarşısında hüquqşünas otağı görmüş və ora yaxınlaşmışdır. Özünü vəkil Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs kömək edəcəyini bildirirək, yoldaşının bu işə görə kompensasiya alacağını bildirmişdir. Təqsirləndirilən şəxs bu iş üçün ondan ilkin olaraq 400 manat pul istəmişdir, o, həmin iş yerində 400 manat pulu Elmirə vermişdir. Elmir bildirmişdir ki, Qənbər adlı qadın bu işə görə cəzasını almışdır. Bir müddət sonra isə Elmir əlavə 700 manat pul istəyərək, Ağdam rayon məhkəməsinə iddia qaldıraraq guya təzminat alacaqlarını bildirmişdir. O, həmin 700 manat pulu iş yerində Elmirə vermişdir. Elmir isə nə Ağdam rayon Məhkəməsində nə də ki, Gəncə Apelyyasiya Məhkəməsində iştirak etməmişdir. Daha sonra Elmirin onu aldatdığını başa düşmüşdür. Elmirdən pulunu tələb etsə də, Elmir hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dinidirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evlidir. Həyat yoldaşı Şahid6 “X16” iştirakçısı və müharibə veteranıdır, həmçinin İİ qrup əlildir. Mahiyyəti üzrə qeyd etmişdir ki,, 2023-cü il tarixində onun oğlu X4 rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlu Rəmzi Sadiqli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən də oğlu Rəmzinin cəzasının yüngülləşdirilməsi üçün vəkil axtarmaq qərarına gəlmişdir. Onun Bərdə rayonu Qazaxlar kəndində yaşayan X27 adlı tanışı vardır. Qeyd etmişdir ki, Vüqar Əlizadə şəhid atasıdır. Vüqar onlara bildirmişdir ki, Bərdə şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs (Elmir Laçınlı) yaxşı vəkildir. Təqsirləndirilən şəxs oğlu Rəmzinin cəzasının yüngülləşdirilməsində kömək edə bilər. O da Vüqara inanaraq Vüqar və əri Tahirlə birlikdə Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsi ilə üzbəüz yerləşən iş otağına getmişdir. Vüqar Təqsirləndirilən şəxsla onu tanış etmişdir. O, işin mahiyyətini Təqsirləndirilən şəxs izah etmişdir. Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirə biləcəyini söyləmişdir. Bir neçə gün sonra Vüqar bu iş üçün ilkin olaraq 3000 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşaraq Vüqarın evinə getmişdir. Vüqara məxsus evdə o, 3000 manat pulu əri Tahirlə birlikdə Vüqara vermişdir ki, Təqsirləndirilən şəxs versin. Vüqar həmin pulu götürdükdən sonrakı gün pulu Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün sonra isə Vüqar yenidən onunla əlaqə saxlayaraq oğlu Rəmzinin işinin həll olunması üçüb 12000 əlavə pul lazım olduğunu bildirmişdir. O, 2023-cü ilin may ayının ortalarında 12000 manat pulu əri Şahid6 ilə birlikdə Bərdə şəhəri, Gəncə küçəsində yerləşən Bərdə rayon Məhkəməsi ilə üzbəüz Təqsirləndirilən şəxs məxsus iş otağında Elmirə vermişdir. Elmir isə həmin pulun müqabilində işi həll edəcəyini bildirmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs işi həll etmək üçün heç bir hərəkət etməmişdir və oğlu Rəmzi Sadiqlinin cəzası qüvvədə qalmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs və Vüqar ilə əlaqə saxlayaraq pulu geri istəmişdir. Təqsirləndirilən şəxs pulu geri qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. 2024-cü ilin mart ayında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ tərəfindən dələduzluq əməllərinə görə tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun barəsində Bərdə rayon məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Elmirlə onu Vüqar tanış elədiyinə görə o, Vüqardan Elmirin onun pulunu geri qaytarmasını istəmişdir. Vüqar isə Elmirin evini satışa qoyduğunu söyləyərək pulu qaytaracağını bildirmişdir. Onlar 2024-cü ilin aprel ayında Elmir ilə Bakı şəhərində görüşməli və Elmir ona həmin pulu qaytarmalı imiş. Elmir isə onu aldadaraq guya evin satışında problem olduğunu söyləyib, pullu ona qaytarmamışdır. O isə Elmirin barəsində şikayət etmək qərarına gəlmişdir. O hesab etmişdir ki, Vüqar Təqsirləndirilən şəxs ilə əlbir olaraq ona məxsus 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs11 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında oğlu Rəmzi Sadiqlinin barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını yüngülləşdirməsi məqsədilə ilk olaraq 3000 manat pulu Vüqar Əlizadə vasitəsilə, Vüqara məxsus evdə vermiş, bir neçə gün sonra isə 12000 manat pulu Bərdə şəhəri, Gəncə küçəsində yerləşən Bərdə rayon Məhkəməsi ilə üzbəüz Təqsirləndirilən şəxs məxsus iş otağında vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Ağdam rayonu, Təzəkənd qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Ailəlidir, 3 övladı var. Qeyd etmişdir ki, İ Qarabağ Müharibəsi zamanında 1992-ci ildən 1993-cü ilə qədər olan müddətdə Ağdam istiqamətində olan döyüşlərdə iştirak etmişdir. Lakin müharibə bitib, təxris olduqdan sonra ona müharibə veteranı statusu verilməmişdir. Təxminən 6-7 il bundan əvvəl veteranlıq statusu verilməsi üçün Ağdam rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyindən bu barədə imtina gəlmişdir. 2023-cü ilin dekabr ayında o, Bərdə rayonunda hüquqşünas kimi fəaliyyət göstərən Elmir adlı şəxsin olması barədə məlumat almışdır. 2023-cü ilin dekabr ayının 10da Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsi ilə üzbəüz yerləşən iş otağına getmişdir. Təqsirləndirilən şəxs bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs kömək edəcəyini bildirirərək, sənədlərin sürətini və 500 manat pul gətirməyini istəmişdir. O, 500 manat pulu Bərdə rayon Məhkəməsinin qarşısında yerləşən iş otağında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs veteranlıq məsələsini Gəncə İnzibati Məhkəməsində həll edəcəyini bildirmişdir. Ancaq bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs iş ilə əlaqədar heç bir məlumat gəlməmişdir. O, Elmirin təqdim etdiyi əlaqə nömrəsinə dəfələrlə zəng etsə də, Təqsirləndirilən şəxs zənglərinə cavab verməmişdir. O, Təqsirləndirilən şəxs onu aldatdığını öyrəndikdən sonra şikayət etmək qərarına gəlmişdir. Həmçinin Şahid5 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin dekabr ayının 10-da Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin qarşısında 500 manat pulu Gəncə İnzibati Məhkəməsində hüquqlarımı müdafiə etməsi məqsədilə göndərmişdir. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Otuzikilər kəndində ailəm ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2023- cü ilin aprel ayında həyat yoldaşı Əhməd Əhmədov ona qarşı nikahın pozulması barədə iddia qaldırmış, o, isə Əhmədə qarşı qızıl-zinət əşyalarının qaytarılması və evdən istifadə hüququnun verilməsi barədə Bərdə rayon Məhkəməsində iddia qaldırmaq istəyirmiş, hətta məhkəmədən əvvəlki mediasiya prosesini də keçmişdir. Ona görə də iddia ərizələrini hazırlamaq üçün vəkil axtarırmış. Sonra Bərdə rayon Məhkəməsi ilə üzbəüz fəaliyyət göstərən Elmir Laçınlı adlı (sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi) vəkil olduğunu eşitmişdir. O, Bərdə rayon Məhkəməsinin qarşısına gələrək Təqsirləndirilən şəxs iş otağına gəlmişdir. Təqsirləndirilən şəxs ona məhkəməyə gəlməyinə ehtiyac olmadığını, hər uşaq üçün 220 manat aliment qərarı aldıracağını, həmçinin qızıl-zinət əşyalarını geri qaydarıb, evdən istifadə hüququnu da alacağını bildirmişdir. Təqsirləndirilən şəxs bu işin müqabilində ondan 500 manat pul istəmişdir. Bir neçə gün sonra o, yeznəsi X9 vasitəsilə 300 manat, ondan bir neçə gün sonra isə 200 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Yeznəsi Elmar həmin pulları Bərdə rayon Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə verdiyi vədlərin heç birinə əməl etməyərək, aldığı pulun müqabilində heç bir iş görməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs vəkil olmadığını öyrənmişdir. Daha sonra 2023-cü ilin avqust-sentyabr aylarında o, Təqsirləndirilən şəxs pulunu tələb etsə də Elmir yalandan vədlər verərək, pulunu geri qaytarmamışdır. Həmçinin Şahid3 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs 300 manat və 200 manat olmaqla ümümilikdə 500 manat pulu məhkəmədə olan mülki iş üzrə hüquqlarını müdafiə etməsi məqsədilə Bərdə rayon Məhkəməsinin inzibati binasının qarşısında yeznəsi Məmmədov Elmar vasitəsilə vermişdir. Təqsirləndirilən şəxs özünü hüquqşünas-vəkil kimi təqdim etmişdir Təqsirləndirilən şəxs onunla 051 524 73 77 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Lək kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq ünvan 2 ünvanında fərdi hüquqşünaslıq fəaliyyəti ilə məşğul olur. Ailəlidir, dörd övladı var. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2020-ci ilin sentyabr ayından etibarən Bərdə rayon Məhkəməsi ilə üzbəüz yerləşən ofisdə hüquqşünas kimi fəaliyyət göstərir. Rəsmi olaraq vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından tanıyır. Elmirlə hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. 2021-ci ilin sentaybr ayında Təqsirləndirilən şəxs onun işlədiyi iş otağına gələrək ortaq tanışı vasitəsilə onunla eyni kabinetdə işləməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ona hüquqşünas olduğunu bildirərək hüquqi yardım fəaliyyəti ilə məşğul olmaq istədiyini söyləmişdir. O, da Elmirlə razılaşmışdır. Tərtər rayon sakini Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayından etibarən tanıyır, onunla da heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 oğlu Aslan və Aygün adlı qadınla birlikdə iş yerinə gəlmişdir. Aygün həmin şəxsi Elmirə təqdim edərək qohumu olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 bizə bir neçə məsələdə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da ona müraciət edərək kömək istəmişdir. O isə işlərlə bağlı bütün sənədləri gətirmələrini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin şəxlsəri yola salıb iş yerinə qayıtdıqda işlərin müqabilində 3000 ABŞ dolları (5100 Azərbaycan manatı) istədiyini bildirmişdir. 3 gün sonra Zərərçəkmiş şəxs2 oğlu Aslan ilə birlikdə iş yerinə gəlmiş və onun yanında 2700 dollar nağd pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Qalan 300 dolları isə bir neçə gün sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra isə Elmir ona Arzunun qalan 300 dolları da verdiyini söyləmişdir. Bu pulun müqabilində Zərərçəkmiş şəxs2 xeyrinə onun gördüyü işlər aşağıdakılar olmuşdur: • Vüqar adlı jurnalist qohumunun Arzunu aldadaraq evini təmir etdirmək adı ilə 17-18 min manat pulunu ələ keçirməsi ilə bağlı (bu işi görməyi o, öz öhdəmə götürmüşdüm). Bu iş üzrə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Azərbaycan Media Şurasına Zərərçəkmiş şəxs2 adı ilə rəsmi müraciətlərimi göndərmişdir. Lakin həmin təşkilatlar müraciətin mülki xarakterli olmasını əsas götürərək məhkəməyə müraciət edilməsi məzmununda cavablar vermişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs2 adından Tərtər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddianın məbləği 18000 manat olduğu üçün 150 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs2 Elmirə verdiyi puldan ödəmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə getmədiyinə görə iş baxılmamış saxlanılmışdır. Yenidən iddia ərizəsi ilə onun adından məhkəməyə müraciət etmişdir. Bu iş ilə əlaqədar olaraq 4 dəfə Tərtər rayonuna getmişdir. 50 manat ödəyərək 7 baş iribuynuzlu heyvanın və tikinti materiallarının qiyməti barədə arayış almışdır. İş ilə əlaqədar olaraq 100 manat xidmət haqqı almışdır. • Oqtay ilə Arzunun faktiki nikahda olma faktının müəyyən edilməsi barədə Tərtər rayon məhkəməsinə xüsusi icraat qaydasında baxılması üçün ərizə hazırlamaq. Bu iş ilə əlaqədar Tərtər rayon Qeydiyyat şöbəsinə vəkil sorğusu ünvanlamışdır. Sənədləri notariat qaydada təsdiq etdirmişdir. Tərtər rayon Məhkəməsinə 101 manat dövlət rüsumu ödəmişdir. Bu iş üçün xidmət haqqı olaraq 50 manat pul almışdır. Həmin iddia Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. • Zərərçəkmiş şəxs2 oğlu Şahid1 atası mərhum Oqtay Hüseynovun qanun üzrə vərəsəsi hesab edilməsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni Tərtər rayon Notarius xidmətindən əldə etmişdir. Bu iş üçün sənədlərin hazırlanması və dövlət rüsumuna 40 manat pul xərcləmişdir. • 2014-cü il tarixdə Zərərçəkmiş şəxs2 mərhum həyat yoldaşı Oqtay Hüseynovun əleyhinə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv etmək adı ilə Gəncə şəhər sakininin ondan 12000 manat pul alıb aldatması barədə müraciətinə baxılması. Bu iş ilə əlaqədar Gəncə şəhər prokurorluğuna müraciət etmişdir, Zərərçəkmiş şəxs2 Elmir ilə birlikdə prokurorluğa dəvət edilərək izahatı alınmışdır. Həmin müraciət aidiyyəti üzrə Tərtər RPŞ-nə ünvanlanmışdır. Əldə etdiyi məlumata görə həmin məbləğ Zərərçəkmiş şəxs2 ödənilmişdir. Bu iş ilə əlaqədar olaraq mən xidmət haqqı olaraq 30 manat almışdır. • Ali Məhkəməyə Oqtay Hüseynovun əleyhinə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30000 manat pul tutulması ilə əlaqədar qərarından kassasiya şikayətini hazırlamaq. Bunun üçün hazırlıq hərəkəti olaraq Gəncə Apellyasiya Məhkəməsindən 2013-cü il tarixli qətnamənin sürətini əldə etmişdir. Bu iş üzrə 50 manat xərci olmuşdur. Zərərçəkmiş şəxs2 verdiyi pul müqabilində Təqsirləndirilən şəxs görməli olduğu işlər aşağıdakı kimi olmuşdur: • Tərtər şəhərindəki Zərərçəkmiş şəxs2 mərhum həyat yoldaşı Oqtay Hüseynova məxsus olan 4 obyektin icarə haqlarını artırmaq, razı olmayanları obyetkdən çıxarmaq. Həmin obyektlər üçün mülkiyyət hüququ əldə etmək. Elmir həmin obyektlərin icarə haqlarını artırmış və ödənilməyən icarə haqlarının ödənməsinə kömək etmişdir. Həmin obyetktlərə mülkiyyət sənədlərini əldə etməsini təmin edə bilməmişdir. • Tərtər rayonunda Zərərçəkmiş şəxs2 mərhum həyat yoldaşı Oqtay Hüseynova məxsus pay torpaqlarından istifadə edən şəxslərdən pul və ya dənli bitkilər alıb Arzuya vermək. Məndə olan məlumata görə Elmir həmin işlə bağı Arzunun müraciətini təmin etmişdir. • Bakı şəhərində Oqtay Hüseynova məxsus yerləşən evin səndələşdirilməsini təmin etmək, bunun üçün Bakı Apellyasiya Məhkəməsindən qətnamənin sürətini almaq. Bu iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhərinə gedərək qətnamənin sürətini almış, həmin evin kommunal ödənişlərini Şahid1 adına sənədləşdirmişdir. Eyni zamanda həmin mənzilin yerləşdiyi mənzil istismar sahəsində işləyən şəxsin Arzudan aldığı 1000 manat pulun geri qaytarılmasını təmin etməli idi. • Oqtay Hüseynova məxsus Kamaz markalı yük avtomobilinin üzərində iddianın təmin tədbiri kimi Tərtər rayon Məhkəməsi tərəfindən qoyulmuş həbsi götürmək, yaxud onun yüksək qiymətləndirilməsini təşkil etmək. Bu iş üzrə Təqsirləndirilən şəxs həmin yük avtomobilini 8000 manat məbləğində qiymətləndirilməsini təşkil etmişdir. • Oqtay Hüseynova məxsus “QAZ 31” markalı avtomobilə verilmiş etibarnaməni ləğv etdirmək. Təqsirləndirilən şəxs həmin tələbi təmin edərək avtomobili Aslanın adına keçirmişdir. • Oqtay Hüseynovun təsisçisi olduğu “Salam MMC”-ə məxsus 8 hektar torpağın geri qaytarılmasını təmin etmək. Bunun icrası təmin edilməmişdir. Təxminən 2022-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 Vüsal adlı qohumu döyərək xəsarət yetirmişdir. Bu işlə əlaqədar onun tərəfindən bütün hüquq-mühafizə orqanlarına müraciətlər edilmişdir. Tərtər RPŞ-də araşdırma aparılmış, Zərərçəkmiş şəxs2 Vüsal adlı şəxs ilə barışdığından iş Tərtər RPŞ-də xitam edilmişdir. Bu iş ilə əlaqədar Təqsirləndirilən şəxs dəfələrlə Tərtər RPŞ-nə getmişdir, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini təmin etmişdir. Onun müraciəti əsasında Tərtər RPŞ-nin TBdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, iş baxılması üçün yenidən RPŞ-ə qaytarılmışdır. Vurulmuş mənəvi ziyana görə Vüsal adlı şəxsə qarşı iddia ərizəsi hazırlamışdır. Bu işlərə görə xidmət haqqı olaraq 150 manat pul götürmüşdür. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs2 iş yerinə gələrək onlara müraciət etdiyi işləri götürmüşdür və işləri başqa bir vəkilə göstərib bir həftədən sonra qaytaracağını bildirmişdir. Lakin Arzu yubadaraq 2023-cü ilin may ayında gələrək işləri qaytarmışdır. O isə artıq bu işləri görmək istəmədiyini bildirmişdir. 2023-cü ilin iyun ayında isə işləri yenidən götürərək Şəfiqə Nağıyeva adlı vəkilə aparacağını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 verdiyi 3000 dollar pulu tam şəkildə Elmirdən tələb etmişdir. O isə Elmirə gördükləri işlərin xərclərini hesablamasını söyləmişdir və qalan pulun qaytarılmasını bildirmişdir. Elmir isə 2000 dollar pulu Zərərçəkmiş şəxs2 qaytaracağını bildirmişdir. Xərclər və xidmət haqqını 1000 dollar olaraq hesablamışdır. Sonradan ona məlum olmuşdur ki, Elmir 2000 dollar (3400 manat) yox, 3000 manat pulu 3 dəfəyə Arzunun qohumu Ülvi adlı şəxsə qaytarmışdır. X34 iş yerinə gələrək guya 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs 3000 dollar yox 4700 dollar verdiyini bildirmişdir. Bundan başqa Elmirə övladına sünnət toyu etmək məqsədilə 700 manat dəyərində dana verdiyini, həyat yoldaşı xərçəng xəstəsi olduğu üçün 1000 manat pul verdiyini, Kamazın qiymətləndirilməsi üçün əlavə olaraq 1000 manat pul verdiyini, Tərtər RPŞ-də olan material ilə əlaqədar olaraq 300 dollar əlavə pul verdiyini, Tərtər rayon Məhkəməsinin qarşısında məhkəmədə baxılan iş üzrə onun xeyrinə qərar çıxarılacağı adı ilə 500 dollar pul verdiyini bildirmişdir. Həmin pulların Elmirə verilib-verilməməsi barədə heç bir məlumatım yoxdur, həmin pullardan ona heç bir ödəniş edilməmişdir. Hətta o, Arzuya nə üçün ona bu barədə söyləməməsi barədə iradını bildirmişdir. Təqsirləndirilən şəxs işlərin aparılması üçün Zərərçəkmiş şəxs2 ilə rəsmi olaraq müqaviləsi və sonuncu tərəfindən verilmiş baş etibarnaməsi olmuşdur. X42 başqa şəxslərə qarşı dələduzluq etməsi barədə heç bir məlumatı olmamışdır, lakin Təqsirləndirilən şəxs ofisdən çıxdıqdan sonra tanımadığı bir neçə vətəndaş iş yerinə gələrək Elmirin onları aldatdığını bildirmişdir. 2024-cü ilin yanvar ayının 13-də o, Təqsirləndirilən şəxs onunla işləmək istəmədiyini bildirərək iş yerindən çıxartmışdır. Təqsirləndirilən şəxs VÖEN ilə qeydiyyatda olmuşdur və onunla birlikdə 120 manat icarə haqqı ödəmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Şatırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Ailəlidir, oğlu İİ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Zərərçəkmiş şəxs11 və əri Şahid6 onun barəsində etmiş olduğu şikayətlə tanış olmuşdur. Mahiyyəti üzrə qeyd etmişdir ki, Tərtər rayonu, Xoruzlu kənd sakinləri Zərərçəkmiş şəxs11 və əri Şahid6 uzun müddətdir ki, tanıyır. Onun həmin şəxslərlə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə vəkil olaraq tanıyır, Elmirin Bərdə rayonu Məhkəməsi ilə üzbəüz yerləşən otaqda vəkillik fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Zərərçəkmiş şəxs11 və Şahid6 oğlu X43 rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edlmişdir. Rəmzinin barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Onun Pərvanə və Tahirlə ailəvi gediş-gəlişi olmuşdur. 2023-cü ilin may ayında aralarında olan söhbət zamanı Pərvanə ona bu barədə bildirmişdir və vəkil axtardığını söyləmişdir. O isə Pərvanəgilə Təqsirləndirilən şəxs tövsiyyə etmişdir. Bir neçə gün sonra isə o, Pərvanə və Tahirlə birlikdə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsində, Bərdə rayon Məhkəməsi ilə üzbəüz yerləşən iş otağına getmişdir. Pərvanə Təqsirləndirilən şəxs oğlu Rəmzinin məsələsi ilə bağlı fikirini bildirmişdir və oğlunun cəzasının azaldılması üçün kömək istəmişdir. Elmir isə cəzanın azaldılması üçün kömək edə biləcəyini söyləmişdir. Bir neçə gün sonra Elmir ona zəng edərək bu iş üçün ilkin olaraq 3000 manat pul lazım olduğunu bildirmişdir. O da bu barədə Pərvanəyə bildirmişdir. Pərvanə və Tahir onun yaşadığı evə gəlmişdir. Həmin gün Pərvanə 3000 manat pulu Elmirə vermək üçün ona vermişdir. O isə növbəti gün 3000 manat pulu Elmirin iş otağında Elmirə vermişdir. Elmir bir müddət sonra işi həll edəcəyini bildirmişdir. O da bu barədə Pərvanəyə xəbər vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs demək olar ki, işin həll edildiyini, yekun olaraq 12000 manat pul lazım olduğunu söyləmişdir. O da bu barədə Pərvanəyə bildirmişdir. O, Tahir və Pərvanəni Elmirin iş otağına yönəltmidir. Sonradan Elmir və Tahirin Təqsirləndirilən şəxs 12000 manat pul verdiyini öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Pərvanə və Tahirin oğlu Rəmzinin işini həll edə bilməmişdir. Bununla bağlı Pərvanə ona zəng edərək bildirmişdir. O da Elmirlə əlaqə saxlamış və Elmir pulu geri qaytaracağını bildirmişdir. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilərək, Bərdə rayon Məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq evini sataraq Pərvanənin pulunu qaytaracağını bildirmişdir. Ancaq Təqsirləndirilən şəxs Pərvanə və Tahiri aldadaraq pulu qaytarmamışdır. O da Pərvanə və Tahirlə birlikdə Bərdə RPŞ-nə gəlmişdir. Pərvanə Elmirin barəsində şikayət ərizəsi vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Pərvanə onun barəsində də şikayət etmişdir. Qeyd etmişdir ki, o, Pərvanədən aldığı 3000 manat pulu 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs cinayətkar niyyəti barədə xəbəri olmamışdır. O, sadəcə Pərvanə və Tahirə kömək etməyə çalışmışdır. Şahid2 qeyd etmişdir ki, Zərərçəkmiş şəxs11 bildirdikləri yalandır. Onun Təqsirləndirilən şəxs cinayətkar niyyəti barədə xəbəri olmamışdır. O, sadəcə Pərvanə və Tahirə kömək etməyə çalışmışdır. O, həmin puldan özünə götürməmişdir, cinayətin törədilməsində Təqsirləndirilən şəxs heç bir köməklik etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində arvadı Zərərçəkmiş şəxs11 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Zərərçəkmiş şəxs11 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, o, “sən məni aldadaraq mənə məxsus 11000 manat pulu dələdəduzluq yolu ilə ələ keçirmisən”. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 hüquqlarını müdafiə etmək məqsədilə Arzudan 3000 manat pul almışdır. Daha sonra isə həmin 3000 manat pulu geri qaytarmışdır. İstintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs10 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, o, “sən məni aldadaraq mənə məxsus 1500 manat pulu dələdəduzluq yolu ilə ələ keçirmisən”. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs10 hüquqlarını müdafiə etmək məqsədilə Pərvanədən 100 manat pul almışdır. Zərərçəkmiş şəxs10 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs pul verərkən yanında İbrahimxəlil adlı tanışı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə pul alarkən yanında heç kimin olmadığını qeyd etmişdir. İstintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid4 arasında üzləşdirmə keçirilmiş, Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, o, “sən mənim yanımda Zərərçəkmiş şəxs10 1500 manat almısan”. Təqsirləndirilən şəxs Şahid4 üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, İbrahimxəlili tanımır, Zərərçəkmiş şəxs10 100 manat pul almışdır, yanında da heç kim olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs11 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs11 üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, “sən məni aldadaraq mənə məxsus 15000 manat pulu dələdəduzluq yolu ilə ələ keçirmisən. Həmçinin bildirirəm ki, sən bu işdə Şahid2 ilə əlbir olmusan. Hər ikiniz məni aldadaraq mənə məxsus pulu ələ keçirmisiniz”. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs11 15000 manat pul almışdır, sonunnun işlərini həll etməmişdir, amma bu işdə nə Şahid2, nə də başqa bir şəxslə əlbir olmamışdır. Zərərçəkmiş şəxs11 aldığı pulları öz istifadəsi üçün xərcləmişəm, həmin pulları geri qaytaracağımı bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs7 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs7 üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, “sən məni aldadaraq mənə məxsus 1100 manat pulu dələdəduzluq yolu ilə ələ keçirmisən. Həmçinin bildirirəm ki, sən məndən borc məqsədilə də aldığın əlavə pulları geri qaytarmamısan.”. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs7 onun evində qaz və işıq sənədləşdirməsi aparması üçün 450 manat pul almışdır, amma işini həll edə bilməmişdir. Qalan aldığı bütün pulları borc kimi almışdır, o, bir neçə dəfə Məmləkətdən borc alıb qaytarmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs11 təqdim etdiyi səsyazılarını əks etdirən “DVD” diskə Şahid2 iştirakı ilə baxış keçirilərək, bu barədə protokol tərtib edilmişdir. Baxış protokoluna əlavə edilmiş bir ədəd DVD diski açdıqda açdıqda 08(ədəd) ədəd müxtəlif adlı adlı fayllar aşkar edilmişdir. İlk videofaylı açdıqda 21 dəqiqə 36 saniyəlik səs yazısı görünür. Şahid2 səs yazısındakı səslərdən birinin özünə digərinin isə Zərərçəkmiş şəxs11 aid olduğunu təsdiqləyir. Səs yazısından açıq-aşkar aydın olmuşdur ki, Zərərçəkmiş şəxs11 oğlunun cəzasını yüngülləşdirmək məqsədilə ilkin olaraq Təqsirləndirilən şəxs verməsi üçün 3000 manat pulu Şahid2 vermişdir. Şahid2 həmin faktı təqdiqləmiş və həmin 3000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Daha sonra isə 12000 manat pulu Zərərçəkmiş şəxs11 və əri Şahid6 Təqsirləndirilən şəxs verdiyi aydın olur. Səs yazısında həmçinin Vüqar Təqsirləndirilən şəxs həmin pulu qaytaracağını, əgər qaytarmasa həm Elmirdən, həm də Elmir həmin pulu kimə veribsə həmin şəxsdən şikayət edəcəyini bildirmişdir. Digər bir videofaylı açdıqda isə 6 dəqiqə, 59 saniyəlik video görünmüşdür. Videoda Təqsirləndirilən şəxs, Şahid6 və Zərərçəkmiş şəxs11 söhbət etdikləri görünür. Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ona verilən puldan Ağır Cinayətlər Məhkəməsinə çatıb-çatmamasını soruşmuş, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinə heç nə çatmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs işi ekspertiza vasitəsilə həll edəcəyini bildirmişdir. Eyni zamanda Vüqarın ona gətirib 3000 manat pul verdiyini söyləmiş, həmin 3000 manat pulun özünə çatdığını söyləmişdir. Zərərçəkmiş şəxs11 isə Vüqara əlavə 500 manat da pul verdiyini söyləmiş, Təqsirləndirilən şəxs isə ona əlavə 500 manat çatmadığını bildirmişdir. Şifahi sorğu zamanı həmin nüans Şahid2 soruşulmuş, V. Həsənov Zərərçəkmiş şəxs11 cəmisi 3000 manat pul alıb Təqsirləndirilən şəxs verdiyini bildirmidir, 500 manat pul almadığını və ona heç bir pulun çatmadığını əlavə etmişdir. Növbəti 1 dəqiqə 06 saniyə davam edən videofaylda Şahid2 və Zərərçəkmiş şəxs11 danışığı əks olunmuşdur, videoda iş üçün əhəmiyyət kəsb edən hər hansı hala rast gəlinməmişdir. Digər faylda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs11 6 dəqiqə 33 saniyə davam edən telefon danışığı əks etdirilmişdir. Aydın olmuşdur ki, Təqsirləndirilən şəxs növbəti gün pulu gətirib Zərərçəkmiş şəxs11 qaytaracağını bildirir. Növbəti 5 dəqiqə 36 saniyə davam edən videofayldan görünmüşdür ki, Zərərçəkmiş şəxs11, Şahid6 və Təqsirləndirilən şəxs görüşərək iş barədə danışırlar. Danışıq zamanı Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs11ın oğlunun cəzasının yüngülləşdirilməsi məsələsini, həm də digər problemləri həll edəcəyini bildirmişdir. Diskə baxış zamanı aşkar olunan 32 saniyəlik, 18 saniyəlik və 10 saniyəlik səsyazılarında iş üçün əhəmiyyət kəsb edən hər hansı hala rast gəlinməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “Bərdə rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-777/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs11 təqdim etdiyi, 01(bir) ədəd DVD diski istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs10 1500 manat yox 100 manat aldığını, Zərərçəkmiş şəxs2 11000 manat yox, 3000 manat aldığını, Zərərçəkmiş şəxs7 1120 manat yox 450 manat aldığını, Zərərçəkmiş şəxs12 1100 manat yox, 400 manat aldığını qeyd etməsi tərəfimdən vəsatət kimi qəbul edilərək baxılmış və həmin xüsusatlar Təqsirləndirilən şəxs özünü müdafiəsi kimi qiymətləndirilərək cinayət işinin istintaq materialları ilə uyğun gəlmədiyindən 16 avqust 2024-cü il tarixli qərarla rədd edilmişdir. 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon Məhkəməsinin sabiq hakimi Qamət Əbilovun qərarı ilə 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 01 may 2024-cü il tarixində tərəfimdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, istintaqdan yayındığı üçün ona ittiham elan etmək mümkün olmamışdır. 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 06 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək istintaqa təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. 07 iyun 2024-cü il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun qərarı ilə istintaq müddətinin sonuna qədər, yəni 18 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 (iki) ay yəni, 18 iyul 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. 16 iyul 2024-cü il tarixdə Bərdə rayon Məhkəməsinin 4(021)-96/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 18 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. 16 avqust 2024-cü il tarixində tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 -ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sansksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslı sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi və Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını göstərməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməllinin qismən etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İşin xarakteri baxımından qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin realizəsi zamanı məhkəmənin yüksək adından adından sui-istifadə etmiş, məhkəmə hakimiyyətinin cəmiyyətdəki nüfuzunu aşağı sala biləcək qanunsuz əməllərə yol verməklə sözügedən cinayətləri törətmişdir. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından göründüyü kimi 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 -ci maddələri ilə ittiham elan edilmiş və barəsində ev dustaqlığı qətiimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 15000 (on beş) min manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs11 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 15000 (on beş) min manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs11 ödənilsin. Digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilsin. Xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-155/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-155/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver