Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-156/2021 20.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 47, mənzil 50-də qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin hesabında olan və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 26 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 14 may 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən hər uşağa görə 136 (bir yüz otuz altı) manat 60 (altmış) qəpik olmaqla, hər ay cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik məbləğində sabit aliment pulun tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(001)- 5082/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 14 avqust və 16 oktyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, 14 iyul 2018-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 dekabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 4733 (dörd min yeddi yüz otuz üç) manat məbləğində yeni yaranan aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs 20.11.2005-ci ildə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahlarından iki övladları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə 18.01.2010-cu ildə rəsmi olaraq boşanmışlar. Zərərçəkmiş şəxs aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli 2(001)-5082/2017 saylı qətnaməsinə əsasən ondan 26.08.2012-ci il təvəllüdlü qızı X2 və 14.05.2009-cu il təvəllüdlü qızı X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 136,60 manat, iki uşağa görə cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi vəziyyəti pisləşdiyindən aliment borcunu ödəyə bilməmiş və Bərdə Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Onun 16.12.2020-ci il tarixədək 4733 manat aliment borcu vardır. Hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır, həbsdədir. Aliment borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 20.11.2005-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 26.08.2006-cı ildə Nilufər və 14.05.2009-cu ildə Zümrüd adında övladları anadan olmuşlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 18.01.2010-cu ildə rəsmi olaraq boşanmışlar. Ayrılandan sonra Təqsirləndirilən şəxs övladlarının saxlanılması ilə əlaqədər maddi köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı Binəqədi Rayon Məhkəməsində uşaqlarının saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmış, məhkəmənin 10.03.2017-ci il tarixli, 2(001)-5082/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, 26.08.2006-cı il təvəllüdlü Nilufərin və 14.05.2009-cu il təvəllüdlü Zümrüdün yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da aliment borcunu ödəməmişdir. 14.07.2018-ci il tarixdən hazırki cinayət işi üzrə təqdimat verilənədək, yəni 16.12.2020-ci il tarixədək yaranmış 4733 manat aliment borcundan maddi imkanı olduğu halda, fərdi əməklə məşğul olsa da heç bir ödəniş etməmişdir. 2019-cu ildə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, sonuncu aliment borcunu ödəyəcəyinə söz verdiyindən məhkəmədə barışıq vermiş və həmin səbəbdən iş üzrə icraata xitam verilmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 20.11.2005-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 26.08.2006-cı ildə Nilufər və 14.05.2009-cu ildə Zümrüd adında övladları anadan olmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmış, ayrıldıqdan sonra uşaqlar qızının yanında qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli, 2(001)-5082/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26.08.2006-cı il təvəllüdlü Nilufərin və 14.05.2009-cu il təvəllüdlü Zümrüdün yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da qızı Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmişdir. 14.07.2018-ci il tarixdən hazırki cinayət işi üzrə təqdimat verilənədək, yəni 16.12.2020-ci il tarixədək yaranmış 4733 manat aliment borcundan maddi imkanı olduğu halda, fərdi əməklə məşğul olsa da heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26.08.2006-cı il təvəllüdlü Nilufərin və 14.05.2009-cu il təvəllüdlü Zümrüdün yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Bərdə rayon İcra və Probasiya şöbəsində 04.08.2017-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs 04.08.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq sonuncu icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcun ödənilməsini təmin etməmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin 13.07.2018-ci il tarixli təqdimatına əsasən 4088,00 manat məbləğində alimenti ödəmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işi məhkəməyə göndərilmiş, məhkəmə zamanı həmin borc tam şəkildə ödənildiyindən Bərdə Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixədək ödənilməmiş alimentin miqdarı 4733,00 manat təşkil edir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs sonradan telefon nömrəsini və yaşayış yerini dəyişmiş, qətnamənin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5082/2017 saylı 10 mart 2017-ci il tarixli qətnaməsinin surətindən və həmin qətnamə əsasında verilmiş 10 mart 2017-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən olunur ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin olunmuş, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq cavabdeh Təqsirləndirilən şəxs Səaddədin oğlundan tərəflərin birgə birgə nikahından olan uşaqları-26.08.2006-cı il təvəllüdlü X2 və 14.05.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat olamaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-656/2020 saylı 04 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsin əvvəli 04 avqust 2020-ci il tarixdən saat 1220-dən hesablanmışdır. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 232031/2017- 43-11-006 saylı 14.08.2020 və 16.10.2020-ci il tarixli xəbərdarlıqların surətindən müəyyən olunur ki, icra sənədi üzrə aliment borcunu ödəmək üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 gün yeni müddət müəyyən edilmişdir. Bu müddət ərzində icra sənədinin icrası təmin edilməzsə, ona Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-20/2019 saylı 25 fevral 2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli 2(001)-5082/2017 saylı qətnaməsini icra etdiyindən onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 26 avqust 2006-cı il tarixdə anadan olmuş X2 və 14 may 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən hər uşağa görə 136 (bir yüz otuz altı) manat 60 (altmış) qəpik olmaqla, hər ay cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik məbləğində sabit aliment pulunun tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(001)-5082/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 14 avqust və 16 oktyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq onun, hərəkətlərindən nəticə çıxarmaması, 14 iyul 2018-ci il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 dekabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 4733 (dörd min yeddi yüz otuz üç) manat məbləğində yeni yaranan aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 20.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsinin 316 saylı 11.12.2020ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 47, mənzil 50-də qeydiyyatdadır. Onun haqqında Mənzil İstismar Sahəsinə məhkəmə və polis orqanları tərəfindən heç bir cinayət və cəza işi daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirləndirilən şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər də məhkəmənin qeyd olunan qətnaməsindən qərəzli olaraq boyun qaçırdığını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-374/2021 saylı 15 iyul 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəmənin icraatına daxil olmuş və cinayət işi üzrə növbəti məhkəmə iclasına təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-156/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-156/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver