Məhkəmə qərarları › İş №1(021)-156/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-156/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-156/2023 14.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 14 fevral 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Zümürxan kəndində yerləşən ərzaq mağazasına gəlib həmin mağazanın qapısının üzərinə asılmış qıfılı istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir alətlə sındıraraq saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq, həmin mağazadakı vitrindən Zərərçəkmiş şəxs məxsus 1 qutusunun dəyəri 2(iki) manat 10 (on) qəpik olan 15 qutu nazik göy rəngli «Keno» markalı, 1 qutusunun dəyəri 2 (iki) manat 10 (on) qəpik olan 20 qutu boz rəngli nazik «Vikeroy» markalı, 1 qutusunun dəyəri 2 (iki) manat 30 (otuz) qəpik olan 18 qutu nazik boz rəngli < Want> markalı siqaretləri, 1 ədədinin dəyəri 11 (on bir) manat olan 2 (iki) ədəd 750 ml-lik "Winchester" markalı viskini, 1 ədədinin dəyəri 9 (doqquz) manat 50 (əlli) qəpik olan 3 (üç) ədəd 750 ml-lik «Organic» markalı, 1 ədədinin dəyəri 7 (yeddi) manat 50 (ǝlli) qəpik olan 5 (beş) ədəd 500 ml-lik «Organic» markalı, 1 ədədinin dəyəri 8 (səkkiz) manat olan 5 (beş) ədəd 750 ml-lik «Yubliye» markalı, 1 ədədinin dəyəri 8 (səkkiz) manat 50 (əlli) qəpik olan 4 (dörd) ədəd 750 ml-lik «Cristal» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat 50 (əlli) qəpik olan 5 (beş) ədəd 500 ml-lik «Cristal» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat olan 5 (beş) ǝded 750 ml-lik «İnterpol» markalı, 1 ədədinin dəyəri 4 (dörd) manat olan 5 (beş) ədəd 500 ml-lik «İnterpol» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat olan 5 (beş) ədəd 750 ml-lik «Parlament» markalı və 1 ədədinin dəyəri 9 (doqquz) manat olan 4 (dörd) ədəd 500 ml-lik «Parlament» markalı araqları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 840 (səkkiz yüz qırx) manat 40 (qırx) qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 27 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə Tərtər yolunda "Çənlibel" restoranının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki qara rəngli şalvarın sağ cibindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 va 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhəri, Cavanşir küçəsi, ev 30 ünvanında anası Şahid5 ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə işləmir. O, təxminən 2015-ci il tarixdən narkotik vasitə olan heroindən istifadə edir. Lakin bu barədə heç kimin məlumatı olmamışdır. Bərdə rayonu, Zümürxan kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Belə ki, 13 fevral 2022-ci il tarixdə, gecə təxminən saat 23:30 radələrində Bərdə şəhəri ərazisində tək olan zaman oğurluq etmək qərarına gəlib piyada hərəkət edərək şəhər ərazisinə yaxın olan Bərdə rayonu, Zümürxan kəndinə getmişdir. Artıq həmin vaxt 14 fevral 2022-ci il tarix, gecə saat təxminən 01 radələri olmuşdur. O, həmin kənd ərazisində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının qarşısına yaxınlaşmışdır. Həmin mağazanın qarşı və arxa hissəsində yerləşən dəmir qapısında qıfılın olduğunu görmüşdür. Həmin vaxt ətrafa nəzər yetirdikdən sonra heç kimin olmadığını görüb yaxınlıqdan dəmir alət tapıb mağazanın arxa giriş qapısında olan qıfılını sındırıb mağazanın içərisinə daxil olmuşdur. Bundan sonra mağazanın içərisində yerləşən vitrinlərdən xatırlamadığı sayda «Keno» markalı, «Vikeroy» markalı, boz rəngli <Want> markalı, qara rəngli <Want> markalı, «Prima» markalı, «Sobirane» markalı, «Kent-4» markalı, nazik «LD» markalı, «LD» markalı, «Winston» markalı siqaretleri, 750 ml-lik "Winchester" markalı viskini, 750 ml-lik «Organic» markalı, 500 ml-lik «Organic» markalı, 750 ml-lik «Yubliye» markalı, 750 ml-lik «Cristal» markalı, 500 ml-lik «Cristal» markalı, 750 ml-lik «İnterpol» markalı, 500 ml-lik «İnterpol» markalı, 750 ml-lik «Parlament» markalı ve 500 ml-lik «Parlament» markalı araqlanı oğurlayıb 2 (iki) ədəd sintetik kisələrin içərisinə yığdıqdan sonra kasada pul olmadığını görüb mağazanı gelmiş olduğu yerden terk edib kənd arası yolla keçib əkin sahələrini keçməklə yaşadığı evə getmişdir. Həmin vaxt o, ətrafda hər hansı bir şəxsi görməmişdir. Həmin qifili sındırdığı aləti isə xatırlamadığı əraziyə tullamışdır. Həmçinin oğurluq etməyi barədə anası Sevdanın və hər hansı bir şəxsin məlumatı olmamışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları polis əməkdaşları onu saxlayanədək özü istifadə etmişdir. Belə ki, əvvəlcə həmin əşyalardan satmaq fikrində olsa da lakin sonradan polis əməkdaşları tərəfindən tutulmağı barədə qorxduğu üçün həmin əşyalardan hər hansı bir şəxsə satmamışdır. Lakin 21 dekabr 2022-ci il tarixdə isə Bərdə şəhəri, Cavanşir küçəsi, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında olarkən Bərdə RPŞ-nin polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman baş vermiş həmin oğurluq hadisəsini törətməyi barədə səmimi etiraf etmişdir. O, həmin oğurluq hadisəsini tək törətmiş, göstərilən əşyalardan başqa həmin mağazadan digər əşyanı oğurlamamışdır. O, etmiş olduğu əmələ görə cəlb edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bundan sonra 27 mart 2023-cü il tarixdə, təxminən saat 11 radələrində o, Bərdə-Tərtər yolunun Tərtər rayonu istiqamətində yolun sol tərəfində yerləşən «Çənlibel» restoranının yaxınlığında olan zaman yerdə 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükülünü görmüşdür. Həmin bükülü onu cəlb etdiyi üçün həmin aşyanı yerdən götürüb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüşdür. Belə ki, o, həmin narkotik vasitə olan heroindən istifadə etdiyi üçün həmin vasitənin heroin olması ona məlum olmuşdur. Bundan sonra həmin bükülünü cibinə qoymuşdur. Həmin vaxt ətrafda hər hansı bir şəxsi görməmişdir. O, həmin vasitədən istifadə etdiyi üçün qeyd olunan bükülünü üzərində saxlamış ki, lazım olan vaxtı istifadə etsin. Lakin həmin gün yəni, xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində o, qeyd olunan «Çənlibel» restoranının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu və üzərində narkotik vasitə olub-olmaması barədə sorğu etmişlər. Həmin vaxt o, qeyd olunan 1(bir) ədəd şəffaf rengli polietilen kəsiyi bükümdə olan narkotik vasitə heroini üzərində saxlamağı barədə məlumat vermişdir. Polis əməkdaşları bu səbəbdən üzərində şəxsi axtarış keçirilməsi üçün onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman polis əməkdaşı tərəfindən şübhəli bildindiyinə görə hüquq və vəzifələri izah edilmiş və şübəhli şəxs qismində tutulmağı barədə tərtib edilmiş qərar ona elan edilmişdir. Bundan sonra ona könüllü olaraq müdafiəçi seçmək hüququnun olması izah edildikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi rayon polis şöbəsinə dəvət edilərək onunla tanış edilmişdir. Həmin vaxt polis əməkdaşı üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaların təqdim edilməsi təklifi edilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibində 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümdə saxladığı həmin narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş və həmin əşyanın özünə məxsus olması barədə məlumat vermişdir. Daha sonra həmin qara rəngli şalvarının sağ yan cibindən içərisində kibrit olan 1 (bir) ədəd göy rəngli kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bunun ardınca şalvarının sol yan cibindən 1 (bir) ədəd sarı rəngli alışqanı, içərisində siqaret olan 1 (bir) ədəd «Prima» və 1 (bir) ǝdəd “Pal-Mall” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin əşyaların özünə məxsus olması barədə məlumat vermişdir. Daha sonra təqdim etdiyi həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilərkən ümumi çəkisi polietilen kəsiyi bükümlə birlikdə 0,64 qram olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Qeyd olunan siqaret qutuları, alışqan və kibrit qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşı ondan qeyd olunan narkotik vasitə olan heroini haradan əldə etməyi barədə sorğu edən zaman o, həmin narkotik vasitəni 27 mart 2023-cü il tarixdə Bərdə-Tərtər yolunun Tərtər rayonu istiqamətində asfalt yolun sol hissəsində yerləşən “Çənlibel” restoranının yaxınlığından yerdən tapması, şəxsi istifadəsi üçün üzərində saxlaması, həmin narkotik vasitəni kiməsə satmaq niyyəti və bağışlamaq fikri olmaması barədə məlumat vermişdir. Belə ki, o, həmin narkotik vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Lakin həmin narkotik vasitəni hər hansı bir şəxsə satmaq fikri olmamışdır. Bundan sonra polis əməkdaşı tərəfindən ona və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualların olub-olmaması barədə sorğu edilmiş, lakin həmin vaxt nə onun nədə ki, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da onun üzərində axtarış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, həmin narkotik vasitə olan heroindən istifadə etdiyi üçün üzərində saxlamış, lakin həmin narkotik vasitədən hər hansı bir şəxsə satmamış və satmaq məqsədi olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı polis əməkdaşı ona qarşı zorakılıq etməmişdir. O, xatırlamadığı lakin xeyli sayda müxtəlif markalı siqaretlər və müxtəlif markalı spirtli içkilər olan viski və araqları Zərərçəkmiş şəxs qeyd olunan ərzaq mağazasından oğurlamışdır. Həmin oğurluq hadisəsini tək olaraq törətmiş, ifadəsində qeyd edilən əşyalardan başqa digər hər hansı bir əşyanı oğurlamamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər olunmamışdır. Oğurluq hadisəsi barədə ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. Etmiş olduğu cinayət əməllərinə görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Bərdə rayonu, Zümürxan kəndində yerləşən atası Əliyə məxsus fərdi yaşayış evində bacısı Şahid4 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Şahid4 subaydır. Onun yaşadığı evin həyətində qarşı hissəsi asfalt yola baxan ərzaq mağazası vardır. Belə ki, həmin mağazanın qarşı hissəsində və arxa hissəsində dəmir metaldan olan qapılar vardır. Həmin qapıları qıfılla bağlayır. Qeyd olunan mağazanı o, bacısı Şahid4 ilə birlikdə işlədir. Mağazanı səhər saat 07 radələrində açıb axşam saat 21- 22 radələrində bağlayır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində bacısı Şahid4 mağazanı bağlayaraq evə getmişdir. Həmin mağazada ərzaq məhsulları, siqaretlər və spirtli içkilər satırlar. 14 fevral 2022-ci il tarixdə, səhər saat 07 radələrində isə bacısı Şahid4 mağazanı açmağa getmişdir. Həmin vaxt Şahid4 mağazanın arxa qapısına yaxınlaşan zaman qapının üzərində olan bir ədəd qıfılın sındırıldığını görmüşdür. Mağazanın içərisinə daxil olduqdan sonra isə mağazanın içərisinin dağınıq olduğunu görmüşdür. Buna görə də Şahid4 yaşadığı evə gedərək ona bu barədə məlumat verdikdən sonra birlikdə mağazaya getmişlər. Həmin vaxt mağazaya baxış keçirən zaman naməlum şəxsin mağazanın arxa qapısının qıfılını sındıraraq içəri daxil olmasını müəyyən etmişlər. Lakin qifili isə tapmamışlar. Mağazada olan mallara ilkin baxış keçirən zaman mağazadan müxtəlif markalı siqaretlərin və müxtəlif markalı spirtli içkilər olan viski və araqların, ona məxsus 2 (iki) ədəd «Kapital Bank»a məxsus plastik kartının oğurlandığını aşkar etməsi barədə o, rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmiş və təhqiqata vermiş olduğu izahatın qeyd etmişdir. Lakin sonradan həmin kartları yaşadığı evdən tapmış və əvvəl istintaq bölməsinə vermiş olduğu ifadəsində həmin palstik kartlarını tapması barədə ifadəsində bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, əvvəl rayon polis şöbəsinin təhqiqat bölməsinə vermiş olduğu izahatımda ona ümumilikdə 930 (doqquz yüz otuz) manat maddi ziyanın dəydiyini bildirsə də lakin sonradan yenidən bacısı Şahid4 ilə mağazaya baxış keçirən zaman ona təxminən 850 manat maddi ziyan dəyməsini müəyyən etmişdir. Belə ki, həmin mağazadan 1 ədədi 2,10 (iki) manat 0,10 qəpik olan 15 qutu təzə nazik göy rəngli «Keno» markalı, 1 ədədi 2,10 (iki) manat 0,10 qəpik olan 20 qutu boz nazik «Vikeroy» markalı, 1 ədədi 2,30 (iki) manat 0,30 qəpik olan 18 qutu nazik boz rəngli «Want» markalı, 1 ədədi 2,30 (iki) manat 0,30 qəpik olan 15 qutu nazik qara rəngli «Want» markalı, 1 ədədi 2,10 (iki) manat 0,10 qəpik olan 25 qutu nazik boz rəngli «Magna» markalı, 1 ədədi 2,60 (iki) manat 0,60 qəpik olan 22 qutu nazik boz rengli «Wincestr» markalı, 1 ədədi 2,60 (iki) manat 0,60 qəpik olan 10 qutu nazik boz rəngli «Palmali» markalı, 1 ədədi 2,10 (iki) manat 0,10 qəpik olan 14 qutu qalın göy rəngli «Prima» markalı, 1 ədədi 4 (dörd) manat olan 4 qutu nazik sarı rəngli «Sobirane» markalı, 1 adədi 3,70 (üç) manat 0,70 qəpik olan 15 qutu nazik «Kent-4» markalı, 1 ədədi 3,10 (üç) manat 0,10 qəpik olan 25 qutu nazik «LD» markalı, 1 ədədi 2,90 (iki) manat 0,90 qəpik olan 16 qutu kompakt <LD> markalı siqaretleri, 1 ədədi 11 (on bir) manat olan 2 (iki) ədəd 750 ml-lik "Winchester" markalı viskini, 1 ədədi 9,50 (doqquz) manat 0,50 qəpik olan 3 (üç) ədəd 750 ml-lik «Organic» markalı, 1 ədədi 7,50 (yeddi) manat 0,50 qəpik olan 5 (beş) ədəd 500 ml- lik «Organic» markalı, 1 ədədi 8 (səkkiz) manat olan 5 (beş) ədǝd 750 ml-lik «Yubliye> markalı, 1 ədədi 8,50 (səkkiz) manat 0,50 qəpik olan 4 (dörd) ədəd 750 ml-lik «Cristal> markalı, 1 ədədi 5,50 (beş) manat 0,50 qəpik olan 5 (beş) ǝdəd 500 ml-lik «Cristal>> markalı, 1 ədədi 5 (beş) manat olan 5 (beş) ədəd 750 ml-lik «İnterpol» markalı, 1 ədədi 4 (dörd) manat olan 5 (beş) ədəd 500 ml-lik «İnterpol» markalı, 1 ədədi 5 (beş) manat olan 5 (beş) ədəd 750 ml-lik «Parlament» markalı və 1 ədədi 9 (doqquz) manat olan 4 (iki) ədəd 500 ml-lik «Parlament» markalı araqları oğurlanmışdır. Qeyd olunan əşyalardan başqa hər hansı bir əşyası oğurlanmamışdır. Qeyd olunan əşyalardan başqa hər hansı bir əşyası oğurlanmamışdır. Oğurluq hadisəsi nəticəsində mağazanın qapısının üzərində olan sındırılmış qıfılın qiyməti təxminən 10-15 manat olmuşdur Beləliklə ona dəymiş ümumilikdə 850 manat maddi ziyan tam şəkildə ödənmişdir. Bununla bağlı onun hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək bacısı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, Bərdə rayon Polis şöbəsinin X1 baş inspektor-kriminalisti vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 27 mart 2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradıldıqdan sonra o, digər polis əməkdaşları ilə birlikdə həmin gün saat 13:30 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs Bərdə-Tərtər yolunun Tərtər rayonu istiqamətində asfalt yolun sol tərəfində yəni, Bərdə rayonu ərazisində yerləşən «Çənlibel» restoranının yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edildikdən sonra onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən izah edilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması, vardırsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində kibrit olan 1 (bir) ədəd göy rəngli kibrit qutusunu çıxarıb təqdim etdikdən sonra həmin şalvarının sol yan cibindən 1 (bir) ədəd sarı rəngli alışqanı, içərisində siqaretlər olan 1 (bir) ədəd «Prima» və 1 (bir) ədəd «Pal-Mall» markalı siqaret qutularını çıxarıb təqdim etmişdir. Bunun ardınca həmin qara rəngli şalvarının sağ yan cibində 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim etdikdən sonra həmin əşyanın «kakos> yəni narkotik vasitə heroin olması barədə məlumat vermişdir. Bunun ardınca əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən içərisində siqaret olan 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin əşyaların özünə məxsus olması barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütləyə təhqiqatçı Vəli İsmayılov tərəfindən baxış keçirilərkən həmin kütlənin narkotik vasitə hesab edilən heroinə bənzər kütlənin olması müəyyən edildikdən sonra təhqiqatçı X8 Xıdırova həmin kütləni haradan əldə etməsi barədə sorğu etmişdir. Həmin vaxt Rəşad Xidirov üzərindən aşkar edilmiş kütləni həmin gün yəni, 27 mart 2023-cü il tarixdə qeyd olunan «Çənlibel> restoranının yaxınlığından yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlaması barədə məlumat vermişdir. Bundan sonra təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə elektron tərəzidə çəkilərək 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılmış və zərfin üzəri DİNnin 94 saylı möhürü ilə möhürlənmişdir. Həmin vaxt zərfin üzəri o, baxışda iştirak edən iştirakçılar, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilsə də lakin heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sarı rəngli alışqan, 2 (iki) ədəd «Prima» və 1 (bir) ədəd “Pal-Mall” markalı siqaret qutuları əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Daha sonra təhqiqatçı Vəli İsmayılov baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi cinayət hadisəsini törətməmişdən əvvəl yəni, 13 fevral 2022-ci il tarixdən, 14 fevral 2022-ci il tarixə keçən gecə saatlarında Bərdə rayonu, Zümürxan kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən ərzaq mağazasından müxtəlif markalı siqaretlər və müxtəlif markalı spirtli içkilər olan viski və araqları oğurlayaraq yaşadığı evə aparıb həmin əşyaları istifadə etmişdir. Həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs tək törətmişdir. Lakin həmin vaxt şübhəli şəxsin kim olması müəyyən edilməsə də sonradan həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi əməliyyat yolu ilə müəyyən edilərək istintaq bölməsinə təhvil verilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar o, hadisə yerinə keçirilmiş baxışda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Bilalov X3 Sənan Əli oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Bərdə rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 27 mart 2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradıldıqdan sonra o, digər polis əməkdaşları ilə birlikdə həmin gün saat 13:30 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs Bərdə-Tərtər yolunun Tərtər rayonu istiqamətində asfalt yolun sol tərəfində yəni, Bərdə rayonu ərazisində yerləşən «Çənlibel> restoranının yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edildikdən sonra onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən izah edilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması, vardırsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində kibrit olan 1 (bir) ədəd göy rəngli kibrit qutusunu çıxarıb təqdim etdikdən sonra həmin şalvarının sol yan cibindən 1 (bir) ədəd sarı rəngli alışqanı, içərisində siqaretlər olan 1 (bir) ədəd «Prima» və 1 (bir) ədəd «Pal-Mall» markalı siqaret qutularını çıxarıb təqdim etmişdir. Bunun ardınca həmin qara rəngli şalvarının sağ yan cibində 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim etdikdən sonra həmin əşyanın «kakos> yəni narkotik vasitə heroin olması barədə məlumat vermişdir. Bunun ardınca əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən içərisində siqaret olan 1 (bir) ədəd «Prima» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin əşyaların özünə məxsus olması barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütləyə təhqiqatçı Vəli İsmayılov tərəfindən baxış keçirilərkən həmin kütlənin narkotik vasitə hesab edilən heroinə bənzər kütlənin olması müəyyən edildikdən sonra təhqiqatçı X8 Xıdırova həmin kütləni haradan əldə etməsi barədə sorğu etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni həmin gün yəni, 27 mart 2023cü il tarixdə qeyd olunan <Çənlibel» restoranının yaxınlığından yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlaması barədə məlumat vermişdir. Bundan sonra təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə elektron tərəzidə çəkilərək 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılmış və zərfin üzəri DİNnin 94 saylı möhürü ilə möhürlənmişdir. Həmin vaxt zərfin üzəri o və baxışda iştirak edən iştirakçılar, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilsə də lakin heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sarı rəngli alışqan, 2 (iki) ədəd “Prima” və 1 (bir) ədəd “Pal-Mall” markalı siqaret qutuları əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra təhqiqatçı Vəli İsmayılov baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. İş materiallarında olan: İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli «şübǝhli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Zümürxan kəndi ərazisində yerləşən ərzaq mağazasının arxa qapısının qıfılını sındırdığı yeri və həmin mağazanın içərisində oğurluq etdiyi yerləri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 14 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 fevral 2022-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən Bərdə rayonu, Zümürxan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına baxış keçirilmiş, protokol tərtib edilimiş və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Baxış zamanı marketin arxa giriş qapısının sındırılması, içərisinin dağınıq vəziyyətdə olması, siqaret və içki məhsullarının yerləşdiyi vitrinlərin dağıdılmış vəziyyətdə olması aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə haqqında» 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yəni, əynindəki qara rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ümumi çəkisi 0,64 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskǝ köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 12 dəqiqə 19 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə Bərdə rayon Polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ümumi çəkisi 0,64 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 28 mart 2023-cü il tarixli, 16/358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,495 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2023-cü il tarixli, 1050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 iyun 2023- cü il tarixli, 9/4479 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 840,40 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 02 iyun 2023-cü il tarixli, 2587 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası 1965-ci il təvəllüdlü Şahid5 ilə birlikdə Bərdə şəhəri, Cavanşir küçəsi, ev 30 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Bərdə rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsindən daxil olmuş 06 aprel 2023-cü il tarixli, PHS-6-28/2-381/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» PHŞ-nin narkoloji kabinetində (Alkoqolizm xx.xx.2014) qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə 06 ay 29 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə şəhəri, Cavanşir küçəsi, ev 30-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə gecə keçən Bərdə rayonu, Zümürxan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının arxa giriş qapısının üzərində olan dəmir alətlə qıfılı sındıraraq içəri daxil olaraq mağazanın içərisində yerləşən vitrinlərdən müxtəlif markalı siqaretləri və müxtəlif markalı spirtli içkilər olan viski və araqları oğurlayaraq yaşadığı evə aparmışdır. Əməliyyat axtarış tədbirləri zamanı qeyd olunan dəmir aləti və qıfılın yerini tapmaq mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini tək olaraq törətməsi və həmin əşyaları şəxsi istifadəsi üçün istifadə etməsi əməliyyat yolu ilə müəyyən edilmişdir. Bundan başqa narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, məhkəmə-kimyəvi, məhkəmə-əmtəəşünaslıq, məməhkəmə-narkoloji ekspertizasının rəyləri, hadisə yerinə baxış keçirilməsi protokolu, həmin protokola əlavə edilmiş fotoşəkillər, ifadənin yerində yoxlanılması protokolu, həmin protokola əlavə edilmiş fotoşəkillər, şəxsi axtarış və götürmə haqqında protokolu, həmin baxışın keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk, 19 iyun 2023-cü il tarixli toplanmış «sübutların qiymətləndirilməsi haqqında qərar» la cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmalakını gizli olaraq ələ keçirmək məqsədilə 14 fevral 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Zümürxan kəndində yerləşən ərzaq mağazasına gəlib həmin mağazanın qapının üzərinə asılmış qıfılı istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir alətlə sındıraraq saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq, həmin mağazadakı vitrindən Zərərçəkmiş şəxs məxsus 1 qutusunun dəyəri 2(iki) manat 10 (on) qəpik olan 15 qutu nazik göy rəngli «Keno» markalı, 1 qutusunun dəyəri 2 (iki) manat 10 (on) qəpik olan 20 qutu boz rəngli nazik «Vikeroy» markalı, 1 qutusunun dəyəri 2 (iki) manat 30 (otuz) qəpik olan 18 qutu nazik boz rəngli < Want> markalı siqaretləri, 1 ədədinin dəyəri 11 (on bir) manat olan 2 (iki) ədəd 750 ml-lik "Winchester" markalı viskini, 1 ədədinin dəyəri 9 (doqquz) manat 50 (əlli) qəpik olan 3 (üç) ədəd 750 ml-lik «Organic» markalı, 1 ədədinin dəyəri 7 (yeddi) manat 50 (ǝlli) qəpik olan 5 (beş) ədəd 500 ml-lik «Organic» markalı, 1 ədədinin dəyəri 8 (səkkiz) manat olan 5 (beş) ədəd 750 ml-lik «Yubliye» markalı, 1 ədədinin dəyəri 8 (səkkiz) manat 50 (əlli) qəpik olan 4 (dörd) ədəd 750 ml-lik «Cristal» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat 50 (əlli) qəpik olan 5 (beş) ədəd 500 ml-lik «Cristal» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat olan 5 (beş) ǝded 750 ml-lik «İnterpol» markalı, 1 ədədinin dəyəri 4 (dörd) manat olan 5 (beş) ədəd 500 ml-lik «İnterpol» markalı, 1 ədədinin dəyəri 5 (beş) manat olan 5 (beş) ədəd 750 ml-lik «Parlament» markalı və 1 ədədinin dəyəri 9 (doqquz) manat olan 4 (dörd) ədəd 500 ml-lik «Parlament» markalı araqları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 840 (səkkiz yüz qırx) manat 40 (qırx) qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi: -bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 27 mart 2023-cü il tarixdə saat 13:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə Tərtər yolunda "Çənlibel" restoranının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki qara rəngli şalvarın sağ cibindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 02 iyun 2023-cü il tarixli, 2587 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası 1965-ci il təvəllüdlü Şahid5 ilə birlikdə Bərdə şəhəri, Cavanşir küçəsi, ev 30 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Bərdə şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Həmçinin, iş materiallarında olan ərizədən və məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin verdiyi ifadəsindən məlum olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ibtidai istintaq dövründə ödəmişdir. Məhkəmə bu halı müstəsna hal hesab edərək CM-nin 177.2.3-cü maddəsinə münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona qanunda nəzərdə tutulmuş həddən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün hesab edir. CM-nin: 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsidir, səhvini başa düşür və törətdiyi əməllərdən peşimandır, yaşayış yerindən müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması, törətdiyi əməllərdən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Məhkəmə bütün bu halları müstəsna hal hesab edərək təqsirləndirilən şəxsin CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirildiyi əmələ münasibətdə CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab edərək ona aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini mümkün hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi cinayət əməllərini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun Azərbaycan Respublikasının CM-nin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair hissədə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq və CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən aşağı həddə azadlıqdan məhdum etmə, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhdum etmə növündə cəzalar təyin etməyi, CM-nin 66.2-ci maddəsi ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlıqdanməhrumetmə cəzasının təyin edilməsini və CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan təqsirləndirilən şəxsin şübhəli şəxs kimi tutulduğu müddətlər çıxılmaqla ona qəti cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, iş üzrə 80,40 (səksən manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, qalıq təmiz çəkisi 0,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs ümumilikdə 850 manat maddi ziyanın dəyməsi və dəymiş ziyanın ibtidai istintaq dövründə ödənilməsi, zərərçəkmiş şəxsin şikayətinin olmaması nəzərə alınmalı və iş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin əmələ münasibətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək isə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. AR.CM-nin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 04 gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, qalıq təmiz çəkisi 0,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Zərərçəkmiş şəxs ümumilikdə 850 manat maddi ziyanın dəyməsi və dəymiş ziyanın ibtidai istintaq dövründə ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 80,40 (səksən manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar