Məhkəmə qərarları › İş №1(021)-156/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-156/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-156/2025 17.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Ağdam rayonu, Abdal kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Abdal kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı qəsəbə, bina 7, mənzil 31 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə Bərdə şəhəri Təbriz küçəsində nömrəsiz evdə yaşayan, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ailə qurmaq üçün toy məclisi edib həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs özünün yaşadığı ünvan 1 ünvanda yerləşən yataq otağında ilk dəfə Zərərçəkmiş şəxs ilə aralarında 2(iki) ildən artıq yaş fərqi olmaqla sonuncunun istəyi və könüllü razılığı ilə qızlıq pərdəsinin tamlığını pozub təbii yolla cinsi əlaqədə olaraq xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində cinayət əməlini davam etdirib yaşadığı evin yataq otağında Zərərçəkmiş şəxs ilə təbii yolla mütəmadi olaraq cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. Zərərçəkmiş şəxs 4 il əvvəl tanımışdır, onun yaşını bilməmiş və yaşı ilə maraqlanmamışdır. Ona elçi göndərməmişdir. Zərərçəkmiş şəxs evlənmək niyyəti ilə və aparan zaman onun azyaşlı olduğunu bilməyib. Zöhrəni evə aparan zaman özü ilə vəsiqəsini götürməyi tapşırmış, lakin o, vəsiqəsini götürməmişdir. Ona görə də onun yaşını bilməmişdir. Onunla qeyri-rəsmi evləndikdən sonra azyaşlı olmasını bilmişdir. Onun yaşı çatmadığı üçün rəsmi nikah bağlamaq üçün qeydiyyat şöbəsinə geməmişdirlər. Ailəsinin dağılmasını istəmir. Bununla yanaşı verilmiş suallara cavab olaraq bildirmişdir ki, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyətinə səbəb olmasını Zöhrə ilə evləndikdən sonra bilmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Ağdagüləbli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı qəsəbə, bina 7, mənzil 31 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən, 2 ildir ki, tanıyır. Onunla sahədə çalışan zamandan tanış olmuş, Zöhrənin anası Nümayəndə Zöhrəni azyaşlı olmasına baxmayaraq, onu sahədə işlətdirirmiş. O, Zöhrə ilə tanış olduqdan sonra aralarında sevgi münasibəti olmuş və onlar bir-birilərini sevmişdilər. Zöhrə anası ilə yaşamaq istəmirmiş, belə ki, onun anasının yaşadığı adam Zöhrənidə incidirmiş. Həm buna görədə və birbirilərini sevdikləri üçün onlar 2024-cü ilin fevral ayında birlikdə, Zöhrənin razılığı ilə yaşadığları evə getmişdilər. Həmin vaxtı elə onlar polis şöbəsinə gedərək, bu barədədə izahat vermişdilər. Bundan sonra onlar Gülşən Fətələliyevanın razılığı ilə 2024-cü ilin aprel ayının 19-da Bərdə şəhərində yerləşən “QızılTac” şadlıq sarayında toy şənliyi keçirtmişdilər. Həmin gündən sonra o, Zöhrə ilə ər-arvad kimi yaşamağa başlamışdılar. Onların aralarında heç bir problem olmamışdır, o, Zöhrə ilə xoşbəxtdir. Zöhrənin anası Nümayəndə onların xoşbəxt olmağlarını istəmədiyini, Nümayəndə əvvəldə oğurluq etmək üstündə məhkumluğu olmuşdur. Nümayəndə eyni zamanda hansısa kafedə işləyir və qızınıda özü ilə işlətmək üçün bu formada şikayət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2024-cü il tarixindən birlikdə ər-arvad kimi yaşayırlar, Zərərçəkmiş şəxs özü istəmədiyi üçün anası ilə birlikdə getməmiş, Zərərçəkmiş şəxs qarşı heç bir psixi və zor tətbiq olunmamış, Zərərçəkmiş şəxs öz razılığı ilə onunla birlikdə yaşadığını, o, Zöhrə ilə 2024-cü ilin aprel ayının 19-da ailə həyatı qurmuş və həmin vaxtdan onlar ər-arvad kimi yaşadığlarını bildirmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi olaraq ər-arvad kimi Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən, 2 ildir ki, tanıyır. Onunla sahədə olan zaman tanış olmuş və onlar bir-birilərini sevmişdilər. Bundan sonra Nihadla onlar bir-birilərini sevdikləri üçün onlar qoşularaq qaçmışdılar. Onlar xx.xx.2009-cu il tarixdə ailə həyatı qurmuşlar və bundan sonra ər-arvad kimi yaşamağa başlamışdırlar. Onların münasibətləri daim yaxşı olmuş, Təqsirləndirilən şəxs sevir və öz istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona cəza verilməsini istəmir. Bununla yanaşı, qanuni nümayəndə qismində tanınmış Nümayəndə iştirakı ilə iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı qəsəbə, bina 7, mənzil 31 ünvanında qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Anası Nümayəndə Bərdə RPŞ-nə etdiyi ərizəsi ilə tanış olmuş və bu barədə bildirir ki, Təqsirləndirilən şəxs təxminən, 2 ildir ki, tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs ilə sahədə olan zaman tanış olmuş və onlar bir-birilərini sevmişdilər. Bundan sonra onun anası ilə aralarında olan münasibətlərə görə və Nihadla onlar bir-birilərini sevdikləri üçün onlar qoşularaq qaçmışdılar. Daha sonra isə o, anasının yanına getmiş və anasının razılığı ilə xx.xx.2009cu il tarixdə ailə həyatı qurmuşdular. Onlar bundan sonra ər-arvad kimi yaşamağa başlamışdılar. Onların münasibətləri daim yaxşı olmuş, Təqsirləndirilən şəxs sevir və öz istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. Onun Nihad barədə heç bir şikayət və tələbi olmadığını, o, öz istəyi ilə Nihad ilə birlikdə yaşadığını bildirmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə öz istəyi ilə 2024-cü ilin aprel ayında cinsi əlaqədə olmuş, bundan sonrada onlar ər-arvad münasibətində olmuşdular, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Qızı Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayından Nihadla birlikdə yaşayır. 2024-cü ilin aprel ayının 19-da Bərdə şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında Nihadla Zöhrənin toy mərasimi keçirilmişdir. O və oğlu da həmin toy mərasimində iştirak etmiş və həmin vaxtda qızı Zöhrə Nihadla birgə ailə həyatı yaşamışdırlar. Təqsirləndirilən şəxs cəza verilməsini istəmir. Bununla yanaşı, şahid qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Ağdam rayonu, Güllücə kəndində anadan olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “082” adlı kafedə aşpaz kimi işləyir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayında Bərdə rayonunda yerləşən 866 saylı qəsəbədə yaşayan Nihad adlı şəxslə ailə həyatı qurmaq məqsədi ilə qaçmaq istəmişdir. Həmin vaxtda o, polis orqanlarına bildirmişdir və polislərin iştirakı ilə Nihad adlı şəxs iltizam verərək qızını qaçırmayacağını bildirmişdir. Bundan sonra qızı özü Nihad adlı şəxslə evlənmək üçün gedəcəyini bildirmiş, o, əvvəl razı olmasa da, qızı özünü öldürcəyini bildirdiyi üçün bununla razılaşmışdır. Qızı 2024-cü ilin fevral ayından Nihadla birlikdə yaşayır. 2024-cü ilin aprel ayının 19-da Bərdə şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında Nihadla Zöhrənin toy mərasimi keçirilmişdir. O və oğlu da həmin toy mərasimində iştirak etmiş və həmin vaxtda qızı Zöhrə Nihadla birgə ailə həyatı yaşamışdırlar. 1 ay bundan əvvəl oğlu Nicat bacısıgilin evinə qonaq getmiş və Zöhrəni onlara gətirmək istədiyini bildirmişdir. Lakin, Nihadın anası olan Könül adlı şəxs oğluna “anan barda işləyir, gəlmisən ki, qızı aparıb başını tutsun” ifadəsini işlətmişdir. O,da bundan sonra qızının alınıb ona verilməsi məqsədi ilə 102 xidmətinə müraciət etmiş və onun şikayəti ilə bağlı polis sahə rəisi onun izahatınıda almışdır. Lakin, o, qızının azyaşlı olmasını və Nihad adlı şəxsin onunla cinsi əlaqədə olmasını nəzərə alaraq, Nihad adlı şəxsi cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, qızı 2024-cü ilin fevral ayından dəqiq xatırlamadığı vaxtdan Nihad adlı şəxslə birlikdə yaşayır və onlar 2024-cü ilin aprel ayının 19-da Bərdə şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında toy mərasimi keçirmiş, qızı özü bunu istədiyi üçün o, şikayət etməmiş, lakin 1 ay bundan əvvəl oğlu Nihad bacısını götürmək üçün gedən zaman qızını onunla görüşmək üçün göndərməmişdilər. Bundan sonra o, şikayət etmək qərarına gəlmiş və baş vermiş cinayət barədə məlumat vermiş, qızına qarşı zor tətbiq olunmamış, lakin Nihad adlı şəxs qızının 15 yaşı tamam olmamışdan qızı ilə birgə yaşamış və azyaşlı qızı ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun 4 övladı var, 2 qızı ailə qurub, onlar rəsmi nikah bağlayıblar. Təqsirləndirilən şəxs onun oğludur. Nihad və Zöhrə bir-birlərini istəyirlər. O, Zöhrənin azyaşlı olmasını bilməmişdir. Onun 15 yaşlı olmasını bilmişdir. Zöhrənin yaşı çatmadığına görə oğlu ilə Zöhrə rəsmi nikah bağlamayıblar. X8 restoranında toy ediblər və 2 ildir ki, bir yerdə yaşayırlar. Oğlu ilə gəlini mehribandırlar. O, Zöhrəni gəlini kimi qəbul edib. Təcrübləri olmadığından azyaşlı ilə ailə qurmağın məsuliyyətə səbəb olmasını bilməmişdirlər. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o Ağdam rayonu, Ağdagüləbli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı qəsəbə, bina 7, mənzil 31 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs onun oğludur və Nihadla birlikdə yaşamışdır. 2024-cü ilin fevral ayında oğlu ilə oğlunun tanışı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evə gəlmişdir. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaq istədiyini bildirmiş, bundan sonra o, qızın ailəsi ilə maraqlanmış və qızı anası Nümayəndə təhvil vermişdirlər. Həmin vaxtdan Zöhrə onun oğlu ilə evlənmək istəmiş, oğluda Zöhrə ilə evlənmək istəmişdir. Bundan sonra onlar el-adət ilə xx.xx.2024-cü il tarixdə “Qızıltac” şadlıq sarayında toy məclisi keçirmişdirlər. Həmin vaxt Zöhrənin yaxın qohumlarıda, həmçinin anası Gülşəndə iştirak etmişdir. Bundan sonra Zöhrə onların yaşadıqları evdə yaşamış, həmin günün axşamı onlar bir yerdə yatmışlar və cinsi əlaqədə olmuşdurlar. 2025-ci ilin yanvar ayına kimi Zöhrə onların evində yaşamış, Zöhrə ilə aralarında heç bir problem olmamışdır. Bundan sonra Zöhrənin anası Gülşən şikayət edərək qızının qaytarılmasını istəmiş, Zöhrə azyaşlı olduğu üçün qızı təhvil vermişdirlər. Bundan sonra Zöhrə ilə birlikdə Nihad kirayədə yaşamağa başlamışdırlar. Hal-hazırda oğlu ilə Zöhrə birlikdə yaşayırlar, sonuncu şəxsləri ayırmaq istəsəkdə Zöhrə ilə Nihad birlikdə yaşamağı seçmişlər. Həmçinin Şahid oğlu Zöhrə ilə birlikdə gəldikdən sonra Zöhrənin yası ona məlum olmuş, o, gözləmərini bildirsədə, evlənmək istədiklərini bildirmişdirlər. Hal-hazırda Zöhrə 16 yaşına çatmışdır və həmin şəxslər birlikdə yaşamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 27 mart 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 27 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 03-20-ci vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə şəhəri, Təbriz küçəsində yaşayan Nümayəndə xx.xx.2025-ci il tarixdə, Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayının 15-dən Nihad Namiq oğlu adlı şəxslə qanunsuz olaraq birgə ailə kimi yaşadığını, və qızının alınaraq geri qaytarılmasını bildirərək, Nihad Namiq oğlu adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməsi, həmçinin cinayət işi materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 Bərdə rayon şöbəsinin 16 yanvar 2025-ci il tarixli 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 (iki) həftədən çox olması faktları, əsas isə həmin faktlarla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 43-47-ci vərəqələrində olan Təqsirləndirilən şəxs şahid qismində 30 aprel 2025-ci il tarixli «İfadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının həyətində istifadəmdə olan avtomobilə əyləşdikdən sonra avtomobili sol tərəfə Bərdə rayonu, 588 saylı qəsəbə yoluna idarə etməyi bildirmiş, Bərdə rayonu, 588 saylı qəsəbəyə daxil olduqda avtomobli saxlamağı bildirdi və bina 7, mənzil 31 ünvanında hərəkət etməyimizi bildirmişdir. Şahid Təqsirləndirilən şəxs yaşadığı mənzili göstərərək, həmin mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə xx.xx.2025-ci il tarixdə el adəti ilə ailə həyatı qurduğunu və həmin gün axşam saatlarında həmin ünvanda təbii yolla cinsi əlaqədə olduqlarını bildirmişdir. Cinayət işinin 17-18-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Bərdə rayonlararası şöbəsinin 16 yanvar 2025-ci il tarixli, 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 (iki) həftədən çox olmuşdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. Cinayət işinin 20-21-ci vərəqələrində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 24-25-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 58-ci vərəqəsində olan əməliyyat tapşırığına xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Ağdam rayonu, Ağdagüləbli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı qəsəbə, bina 7, mənzil 31 ünvanında yaşayan Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arasında xx.xx.2024-cü il tarixdə el adəti ilə toy keçirilmiş, həmin günün axşamında onlar təbii yolla cinsi əlaqədə olmuşdurlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arsında qeyri-rəsmi ər-arvad münasibəti kimi yaşamışdırlar. Onların arasında hər hansısa bir narazılığın olması müəyyən edilməmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. -Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 20 avqust 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 17 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Nəticə: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar