Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-157/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Zöhrabbəyova Reyhanə Sərhəd qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 və X4 iştirakları ilə, X12 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham irəli sürülən şəxslər X12 və X4 yaymış olduğu böhtan və təhqir xarakterli məlumatlarla bağlı onlar barəsində CM-nin 147.2. və 148-ci maddələri ilə cinayət təqibinə başlanılmasını, onlar qeyd olunan maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsini və barələrində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsi xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında şikayət ərizəsini belə əsaslandırmışdır ki, o, Bərdə rayon Qaradəmirçi kəndində X21 və onun qeyri rəsmi yaşadığı Sənubər Mehtiyeva ilə birlikdə yaşayır. X21 2017-ci ildə X6 ilə qeyri rəsmi olaraq ailə qurmuşdur. Evdə yaşadığı müddətdə atası Fazilin ikinci həyat yoldaşı Sənubər onu mütəmadi olaraq şərləmiş, barəsində həqiqəti əks etdirməyən şikayətlər etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ona ayrılmış otaqda çarpayıda uzanıb televizora baxan zaman, heç bir səbəb olmadan Sənubər onun yanına gəlib onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış, o isə mobil telefonunu götürüb Sənubərin şərləməsindən müdafiə olunmaq məqsədilə Sənubəri mobil telefon vasitəsilə çəkməyə başlamışdır. Bu zaman Sənubər özünü yerə yıxmış, həmin vaxt digər otaqdan çıxan atası Fazil 102 xidmətinə zəng edib və məlumat vermişdir ki, o, Sənubəri döymüşdür. Bütün bu dedikləri 15 iyun 2022-ci il tarixdə saat 21 radələrində, Bərdə rayonu, Qazıqurdalı kəndində baş vermişdir. Şahid qismində isə Bərdə şəhəri, Bakı küçəsində yerləşən əlillərin binasında yaşayan X13 olmuşdur. Təqdim etdiyi video diskdəki çəkilişdə X7 onu yüksək səslə qonşuların eşidə biləcəyi şəkildə söyüb nalayiq söyüşlərlə təhqir edərək özünü yerə çırparaq guya onun tərəfindən döyülmə şəklini yaradaraq onu şərləyərək, hüquq mühafizə orqanlarında cinayət məsuliyyəti almağına çalışmışdır. Təqdim etdiyi video diskdə aydın şəkildə görünür ki, atası Fazil ilə qeyri-rəsmi yaşayan Sənubər Mehdiyevə özünü yerə çırparaq xəsarət almağa çalışır və guya onun tərəfindən döyülmə obrazı yaradır. Bundan sonra isə atası X2 İşlər Nazirliyinin “102 xidmətinə” zəng edərək onun tərəfindən guya Sənubər döyülmüşdür. Bu hadisə barədə yaşadıqları küçədəki qonşular və qohumların xəbəri olmuşdur. Özü zəhmətkeş adamdır, nüfuzu var. Fazil Ağayev və Sənubər Mehdiyeva onun tutduğu işinə, şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan təhqiramiz sözlərlə və böhtanlarla hər kəsin eşidə biləcəyi şəkildə onu təhqir etmiş, üstünə böhtan atıb hüquq mühafizə orqanlarına yalan məlumatlar vermişlər. Fazil Ağayevin və Sənubər Mehdiyevanın barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatlar yəni guya Sənubər Mehdiyevanı döyməsi barədə həqiqətə uyğun olmayan məlumatları yaymaqla, onun cəmiyyətdə, qonşular arasında dostlarının, qohumlarının əhatəsində şərəf və ləyaqətini alçaltmış, cəmiyətdə hörmətdən salaraq nüfuzuna xələl yetirmişdir. X12 və X8 barəsində böhtan və təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli şərəf və ləyaqətinə toxunan, ictimaiyyətdə işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol verməklə əməllərində cinayət tərkibi yaratmışlar. X1 yaşadıqları mülkə görə tamah niyyəti ilə onu soyuq silah hesab olunan balta ilə təhdid etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Böhtan” adlanan 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2.-ci bəndinə əsasən, Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin “Təhqir” adlanan 147.1. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qüvvədə olan CPM-nin 37-ci maddəsinin 37.1.-ci bəndinə əsasən, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Bu cür əməlləri qəsdən törətmiş X12 və X9 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılmasını və məsuliyyətə cəlb olunmasını zəruri hesab edir və məhkəmədən X12 və X9 tərəfindən törədilən hərəkətlərin CM-in 147.2-ci və 148-ci maddələrində göstərilən böhtan və təhqir cinayətinə uyğun gəlməsi səbəbindən onların sözügedən maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X9 bildirdilər ki, X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır və bu səbəbdən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 302.1.6-cı maddəsi cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmaması tələbini məhkəmənin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina üçün imperativ əsaslardan biri olaraq təsbit etmişdir. Hazırki şikayətdə göstərilən əməldə xüsusi ittham qaydasında şikayət verilə bilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrinin tərkibi və əlamətləri mövcud deyildir. Belə ki, CM-nin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində sübut növü kimi istinad etdiyi və onun tərəfindən iş materiallarına əlavə edilmiş videodiskdə evdə baş vermiş hadisənin videoçəkilişinin olması şikayət verilmiş şəxs tərəfindən qeyd edilmiş və hadisənin ailə üzvləri arasında, yəni X21, oğulu olan Vüsal Səfiquliyev və atasının qeyrirəsmi nikahda olan həyat yoldaşı Sənubər Mehtiyeva arasında baş verdiyini qeyd etmişdir. Yəni şikayətdə göstərilən böhtan və təhqir cinayətinin kütləvi çıxış və ya kütləvi nümayiş etdirilən əsər, yaxud kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması haqda hər hansı sübut və hal mövcud deyildir, həmçinin bu haqda xüsusi ittiham qaydasında şikayətdə hər hansı məlumat qeyd edilməmişdir. Beləliklə, təqdim edilmiş şikayətdən məlum olur ki, hadisə ailə üzvləri arasında baş verdiyindən orada kənar şəxslər iştirak etməmişdir və ailə daxilində olan hadisə kənar şəxslər olaraq məhkəmə tərəfindən qiymətləndirilə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbuat nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X12 və X4 barəsində X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilən əməldə CM-nin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olmadığından qeyd edilən şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 və X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-157/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-157/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver