Məhkəmə qərarları › İş №1(021)-157/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-157/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-157/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 20 avqust 1989-cu il tarixdə Bərdə rayonu, Gərənə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bərdə rayon Melorasiya və Su Təsərrüfatlı idarəsində sürücü vəzifəsində işləyən, Bərdə rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilmiş və götürülmüş, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla nəqliyyat vasitəsini ələ keçirmə(qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, o, 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində orta dərəcəli sərxoş vəziyyətdə yaşadığı Bərdə rayonu Gərənə kəndinin mərkəzi hissəsində yerləşən işlək vəziyyətdə olmayan çayxananın qarşına gəlib, həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus 2002-ci il buraxılışlı boz rəngli "KAMAZ 55111 yük" markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobilin yolun sağ hissəsində dayanmış vəziyyətdə olmasını görüb, avtomobilin qapısının açıq olmasından yararlanaraq, sükan arxasına əyləşib avtomobilin sahibi Zərərçəkmiş şəxs1 icazəsi olmadan avtomobilin mühərrikini "START" düyməsi vasitəsilə işə salaraq, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib avtomobili idarə etməklə Bərdə rayonu Gərənə kəndinin aşağı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, Zərərçəkmiş şəxs1 məxsus "KAMAZ 55111 yük" markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobilini həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus yolun sağ hissəsində dayanmış vəziyyətdə olan "VAZ 21013" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə, bundan sonra isə hərəkətini davam etdirib həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus qeyri-yaşayış binasının divarına vuraraq, Zərərçəkmiş şəxs2 150 (yüz elli) manat, Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat Zərərçəkmiş şəxs1 isə xeyli miqdarda hesab edilən 9835 (doqquz min səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bərdə rayonu Gərənə kəndində anadan olmuş, şübhəli şəxs qismində tutulanadək həmin kənddə ailə üzvləri ilə birlikdə yaşamışdır. Evlidir, 2 övladı var. Rəsmi olaraq Bərdə rayonu, Melorasiya və Su Təsərrufatı idarəsində mexanizator sürücü vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 tanıyır, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Hadisədən 3 gün Əvvəl yəni, 04 fevral 2023-cü il tarixdə, o, Zərərçəkmiş şəxs1 oğlu Elvin ilə birlikdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «Abinin yeri» adlanan dönərxanada yemək yeyib çıxdıqdan sonra Elvin ondan «Samsung 6272» markalı mobil telefonunu zəng etmək üçün İstəmişdir. O, Elvine telefonu verdikdən sonra Elvin telefonla danışa-danışa ara küçəyə daxil olmuşdur. Həmin vaxt o, isə Anar adlı şəxslə söhbət etdiyi üçün başı qarışmışdır. O, Elvini axtarsa da tapa bilməmişdir. Bundan sonra o, oradan yaşadığı ünvana gedib Elvinin atası Şəmşirə zəng edib bu barədə demiş, Şəmşir isə ondan Elvini tapması üçün vaxt İstəmişdir. Həmin gündən 2 gün sonra yəni, 06 fevral 2023-cü il tarixdə Elvinə məxsus mobil nömrəyə zəng edərkən Elvindən həmin mobil telefonunu nə səbəbə qaytarmadığını və həmin telefonunu geri qaytarmasını demişdir. Elvin isə onu «Kapital Bank»ın Bərdə filialının yaxınlığına dəvət etmişdir. Bundan sonra o, həmin ünvanın yaxınlığına gedərək orada Elvin ilə görüşmüşdür. Həmin vaxt Elvin ona «telefonunu ver ona yığım telefonunu gətirsin, həmin maşında qalıb» ifadəsini işlətmişdir. Lakin o, Elvinin kimə zəng edəcəyini və ona məxsus <<Samsung 6272» markalı mobil telefonu kimin avtomobilində qalmasını bilməmişdir. Bundan sonra o, yaşadığı evə məxsus «Samsung Duos» markalı mobil telefonunu danışmaq üçün Elvinə vermişdir. Elvin də kiminləsə telefonla danışa-danışa yolu qarşı tərəfə keçib dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli "VAZ 2106" markalı minik avtomobilinə əyləşərək çıxıb getmişdir. Həmin vaxt o, arxadan Elvini səsləyib dayanmağını bildirsə də lakin Elvin çıxıb getmişdir. Həmin vaxt o, orada həmkəndlisi Raci adlı şəxsi görüb yaxınlaşaraq mobil telefonunu alıb Elvinə dəfələrlə zəng etsə də zənglərinə cavab vermədiyini görüb yaşadığı kənddə getmişdir. Bundan sonra o, Elvinin atası Şəmşirə yenidən zəng edib bu barədə məlumat vermişdir. Şəmşir isə şikayət etməməsini və gözləməsini qeyd olunun mobil telefonlarını alıb verəcəyini demişdir. 07 fevral 2023-cü il tarixdə, saat 14 radələrində o, yaşadığı kənd ərazisində fəaliyyət göstərən kafedə spirtli içki qəbul etmişdir. Həmin kafedən həmin gün saat 17 radələrində çıxıb piyada hərəkət edərək kəndin mərkəzində yerləşən çayxananın qarşısına getmişdir. Çayxananın qarşısında Elvinin atası Zərərçəkmiş şəxs1 məxsus «Kamaz-55111» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini görmüşdür. Həmin vaxt o, Şəmşirin oğlu Elvinin ona məxsus 2 (iki) ədəd mobil telefonları götürüb qaytmaması səbəbinə görə həmin «Kamaz-55111» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobili yaşadığı ünvana aparmaq qərarına gəlmişdir. Buna görə də həmin yük avtomobilinin sürücü tərəfdən qapısına yaxınlaşdıqdan sonra qapının açıq olduğunu görmüşdür. O, əvvəlcədən də həmin yük avtomobilinin açarsız, yəni elektron düymə vasitəsi ilə mühərrikin işə salındığını bildiyindən avtomobilə əyləşib mühərrikini işə salıb Bərdə rayonu, Divanlı dairəsi adlanan yerə getmişdir. Orada manevr edərək, yaşadığı Bərdə rayonu, Gǝrǝnə kəndinə qayıdarkən kəndin girəcəyində idarəetməni itirərək, əvvəlcə qohumu Rahibə məxsus «VAZ 21013» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin krel hissəsinə dəyərək maddi ziyan vurmuş, daha sonra isə həmkəndlisi Mövsümə məxsus hasara dəyərək dayanmışdır. O, avtomobildən enib piyada yaşadığı ünvana getmişdir. Daha sonra özü könüllü şəkildə yenidən kəndin girəcəyinə gəlmiş və həmin vaxt orada olan polis Əməkdaşlarına hadisəni törətməsi barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, baş vemiş hadisə 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə rayonu, Gərənə kəndinin ərazisində baş vermişdir. O, Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmamışdır. Həmin vaxt o, sərxoş olduğundan Şəmşirin gəlməsini gözləmədən icazəsiz qeyd olunan yük avtomobilini idarə edib yenidən geri qaytarmaq fikri olmuşdur. Lakin, daha sonra içkinin təsirindən o, avtomobili Gərənə kəndindin girəcəyində dayanmış avtomobilə və qeyri yaşayış sahəsinin divarına vurmuşdur. Hadisədən sonra o, bu barədə Zərərçəkmiş şəxs1 məlumat verməmişdir. Həmin avtomobili divara çırpdıqdan sonra çıxıb getmişdir. Həmin yük avtmoobilini qaçıran zaman o, tək olmuş, yanında və ətrafda hər hansı bir şəxs olmamışdır. O, qeyd olunan yük avtomobilini Bərdə rayonu, Gərənə kəndinin girəcəyində dayanmış vəziyyətdə olan «VAZ- 21013 markalı avtomobilə və qeyri-yaşayış obyektinin divarına vurmuşudr. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobili yararsız vəziyyətə salmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, dam rayonu Ağalı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Gǝrǝnə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. «Kamaz- 55111» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini ABN 412294 saylı nəqliyyat şəhadətnamə ilə ona məxsusdur. Həmin yük avtomobili ilə tikinti materialları daşıyaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi «Kamaz-55111» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobili yaşadığı Bərdə rayonu, Gǝrǝnə kəndinin mərkəzində yerləşən çayxanaya gəlmişdir. Həmin çayxananın qarşısında avtomobili saxlayıb çayxanaya daxil olmuşdur. Avtomobildən düşərkən avtomaşının qapılarını açarla bağlamamışdır. İdarə etdiyi avtomobil açarla deyil, düymə ilə yəni elektron vasitə olan <<starstop> düyməsi ilə hərəkətə gətirilir. Təxminən 15 dəqiqə sonra çayxanadan çıxarkən yük avtomobilinin saxladığı yerdə olmadığını görüb ətrafda avtomobilini axtararkən həmkəndlisi Əlvanın həmin yük avtomobilini idarə edərək uzaqlaşması barədə məlumatı olmuşdur. Buna görə də dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt yaxınlıqda olan dayısı oğlu Mətləbə hadisə barədə danışmışdır. Bundan sonra o, Mətləbə məxsus avtomobil ilə kənd ərazisində yük avtomobilini axtarmağa başlamışdır. Yaşadığı Bərdə rayonu, Gǝrǝnə kəndinin girişində kənd sakinlərinin toplaşmasını aşkar etmişdir. Həmin sakinlərin yanına yaxınlaşanda özünə məxsus «Kamaz- 55111» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilin yararsız vəziyyətə düşdüyünü aşkar etmişdir. Həmin vaxt ona Təqsirləndirilən şəxs ona yük avtomobili qaçırdıqdan sonra əvvəl «VAZ-21013» markalı avtomobile, daha sonra isə həmkəndlisinə məxsus yarim tikilinin divarına çırdıqdan sonra hadisə yerindən qaçması məlum olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus qeyd olunan yük avtomobilini 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə rayonu, Gǝrǝnə kəndinin mərkəzində yerləşən çayxananın qarşısından qaçırmışdır. Hadisə nəticəsində Təqsirləndirilən şəxs ona 17570 (on yeddi min beş yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Həmin avtomobili məndən başqa heç kim idarə etməmiş, Təqsirləndirilən şəxs idarə etmək üçün verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tüfeyli həyat sürən insandır, heç vaxt avtomobili idarə etmək üçün verməmişdir. O, yük avtomobilini elektron qaydada işə salır, bunun üçün xüsusi düymə quraşdırmışdır. Yaşadığı kəndin mərkəzində yerləşən çayxanada olduğu üçün həmin yük avtomobilinin qapılarını kilidləməyi ehtiyac bilməmişdir. Belə ki, kimsə avtomobilini ondan icazəsiz idarə etməsi ağlına gəlməmişdir. Təqsirləndirilən şəxsla aralarında əvvəllər hər hansı mübahisə və ya ədavət olmamışdır, münasibətləri isə normal olmuşdur. Hazırda o, ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Əgər ziyanı ödənilmirsə Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Gərənə kəndində anadan olmuş, hazırda Bərdə rayonu, Gərənə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Daxili Qoşunların N saylı qəsəbəsində ocaqçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində o, Bərdə şəhərində olan zaman Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxs1 Firudin oğlunun idarə etdiyi "Kamaz-55111" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı kənd ərazisində yerləşən çayxananın qarşısından qaçırmış və idarə etməni itirməsi nəticəsində ona məxsus «VAZ 21013» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə sürtüldükdən sonra hərəkətinə davam edib, Bərdə rayonu, Gərənə kəndinə yaşayan Zərərçəkmiş şəxs3 məxsus qeyri-yaşayış binasının divarına vuraraq obeyktin divarlarını uçurmuşmudur. Lakin həmin vaxt mən Bərdə şəhərində olduğumdan hadisənin necə baş verməsini görmədim. Həmin gün yaşadığım kəndə gəldikdən sonra qeyd olunan yük avtomobilinin obeyktin divarına dəyərək kabina hissəsinin yararsız hala düşdüyünü, obyektin yan və arxa divarlarının uçduğunu, eləcə də ona məxsus avtomobilin sol yan hissəsini sürtülmüş vəziyyətdə olduğunu görmüşdür. Hadisə nəticəsində ona təxminən 150 manat maddi ziyan dəymişdir. Hazırda isə Təqsirləndirilən şəxs heç bir şikayət və iddia tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Gǝrǝnə kəndində anadan olmuş, hazırda Bərdə rayonu Gərənə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə İşləmir. Təqaüdçüdür, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə Əvvəllər aralarında ədavəti və ya düşmənçiliyi olmamışdır. 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində o, Bərdə şəhərində olan zaman Təqsirləndirilən şəxs digər həmkəndli Zərərçəkmiş şəxs1 Firudin oğlunun idarə etdiyi "Kamaz-55111" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı kənd ərazisindən qaçırmış və idarə etməni itirməsi nəticəsində ona məxsus obyektə çırpılaraq obyektin divarlarını uçurmuşdur. Lakin həmin vaxt o, Bərdə şəhərində olduğudan hadisənin necə baş verməsini görməmişdir. Həmin gün yaşadığı kəndə gəldikdən sonra qeyd olunan yük avtomobilinin obyektin divarına dəyərək kabina hissəsinin yararsız hala düşdüyünü və onun obyektinin yan və arxa divarlarının uçduğunu görmüşdür. Hazırda isə Təqsirləndirilən şəxs heç bir şikayət və iddia tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, əvvəllər onun Əlvanla arasında heç bir ədavət olmamış, münasibətləri normal olmuşdur. Hadisə nəticəsində ona 500-600 manat məbləğində maddi ziyan dəymiş, lakin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı rəsmi ərizə də vermişdir və heç bir şikayət və tələbinin olmadığını bildirmiş və sonrakı məhkəmə proseslərinin iştirakı olmadan keçilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid Firidun oğlu öz ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Əliağalı kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. 04 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «Abinin dönərxanası adlanan» yemək xanada dönər yeyib çıxıb evə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi «Samsung 6272» markalı mobil telefon ona məxsus telefon olmuşdur. Təqsirləndirilən şəxs məxsus mobil nömrəni həmin telefona daxil edib kimləsə danışdıqdan sonra yenidən telefonu ona qaytarmışdır. 06 fevral 2023-cü il tarixdə isə Əlvan ona «Samsung Duos» markalı mobil telefonu ona verərək, düzəltdirmək üçün usta axtardığını demişdir. O, da həmin telefonu “Kapital Bank”ın Bərdə filialının yaxınlığında yerləşən mobil təmiri mağazasına vermişdir. Təqsirləndirilən şəxs onun barəsində yalan danışmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs məxsus mobil telefonları götürüb getməmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki hadisə yeri Bərdə rayon Gǝrǝnə kəndinin girəcəyidir. Cinayət işinə əlavə edilmiş 07 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bərdə rayonu Gǝrǝnə kəndinin giriş hissəsində yerləşən X3 məxsus qeyri- yaşayış obyektinin qarşısıdır. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2023-cü il tarixli 9/4403 nömrəli rəyindən görünür ki, nəzərli hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2002-ci il buraxılışlı «KAMAZ 55111» yük markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobilin 2023cü ilin fevral-mart aylarına olan təmir-bərpa xərci təxminən 9835,00 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti 7735,00 manat, təmir-bərpa işlərinin qiyməti 2100,00 manat təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 08 fevral 2023-cü il tarixli, 120 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023cü il tarixdə, saat 00:40-da orta ağır dərəcəli sərxoş olması müəyyən edilmişdir. (1,9 pr.mil) Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 avqust 2021-ci il tarixli, ********** nömrəli çıxarışının surətindən görünür ki, Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətində olan Bərdə rayonu, Gərənə kəndi ərazisində 80,7 kvadratmetr qeyri-yaşayış binası vardır. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-statistika və informasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Gərənə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 03 iyun 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Gərənə kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş, əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsindən başqa rayon ərazisində və ya digər rayon ərazilərində hər hansı bir cinayət hadisəsi törətməsi əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin hadisəni görmüş şahidlərin dairəsi müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirlərimiz davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunacağı təqdirdə bu barədə istintaq bölməsinə məlumat veriləcəkdir. Cinayət işi materiallarına əlavə edilmiş 1(021)-141/2018-ci il tarixli Bərdə Rayon Məhkəməsinin hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra və X4 Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə cəzanın sonu ilə Bərdə rayon İcra və Probasiya Şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Hazırda onun təqsirləndirilməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində icra olunmamış hökm üzrə cəza qeydə alınmır. Cinayət işi materiallarından görünür ki, 2002-ci il buraxılışlı «KAMAZ 55111» yük markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1, "VAZ 21013" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tutulmuş, 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham irəli sürülmüş və Bərdə Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs qətimkan tədbirinin müddəti 04 may 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs, talama məqsədi olmadan qanunsuz olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla nəqliyyat vasitəsini ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. O, 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində orta dərəcəli sərxoş vəziyyətdə yaşadığı Bərdə rayonu Gərənə kəndinin mərkəzi hissəsində yerləşən işlək vəziyyətdə olmayan çayxananın qarşına gəlib, həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus 2002-ci il buraxılışlı boz rəngli "KAMAZ 55111 yük" markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobilin yolun sağ hissəsində dayanmış vəziyyətdə olmasını görüb, avtomobilin qapısının açıq olmasından yararlanaraq, sükan arxasına əyləşib avtomobilin sahibi Zərərçəkmiş şəxs1 icazəsi olmadan avtomobilin mühərrikini "START" düyməsi vasitəsilə işə salaraq, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib avtomobili idarə etməklə Bərdə rayonu Gərənə kəndinin aşağı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, Zərərçəkmiş şəxs1 məxsus "KAMAZ 55111 yük" markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobilini həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus yolun sağ hissəsində dayanmış vəziyyətdə olan "VAZ 21013" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə, bundan sonra isə hərəkətini davam etdirib həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus qeyri-yaşayış binasının divarına vuraraq, Zərərçəkmiş şəxs2 150 (yüz elli) manat, Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat Zərərçəkmiş şəxs1 isə xeyli miqdarda hesab edilən 9835 (doqquz min səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını onunla əsaslandırır ki, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 1(021)-141/2018 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut etmiş və təqsirləndirilən şəxs yenidən eyni cinayəti törədərərk iki zərərçəkmiş şəxsə maddi ziyan, bir zərərçəkmiş şəxsə isə xeyli miqdarda maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterlərini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər anoloji cinayətə görə bir dəfə də məhkum edilməsini, təyin edilmiş cəza nəticəsində islah edilməməsini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından görünür ki, 2002-ci il buraxılışlı «KAMAZ 55111» yük markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1, "VAZ 21013" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 təhvil verildiyindən bu hallar nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tutulmuş, 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham irəli sürülmüş və Bərdə Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs qətimkan tədbirinin müddəti 04 may 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 9835 (doqquz min səkkiz yüz otuz beş manat), Zərərçəkmiş şəxs2 150 (yüz əlli) manat və Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat maddi ziyan vurulmuş, lakin maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ərizə verərək təqsirləndirilənlə barışdıqlarını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə başqa maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar qismində tanınmış 2002-ci il buraxılışlı «KAMAZ 55111» yük markalı, ** BX *** dövlət nömrə nişanlı yük avtomobilinin sahibi Zərərçəkmiş şəxs1 və "VAZ 21013" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar