Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-158/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonu Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 05 iyul 2022-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Zümürxan kəndində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən əlində olan dəmir mala ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq sonuncuya sol gözyuvasıaltı nahiyəsinin qançırı, sol almacıq nahiyəsinin əzilmiş yarası, sol yanaq, üst dodaq nahiyələrinin sıyrıqları, alt çənə və üst dodaq nahiyəsinin sol yarısında qansızması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Zümürxan kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır, onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Təxminən 5-6 ay əvvəl o maddi sıxıntıları olduğu üçün Zərərçəkmiş şəxs borca 1000 manat pul götürmüşdür, lakin bir müddət sonra həmin puldan 658 manat pulu Zərərçəkmiş şəxs geri qaytarmış və ona hal hazır ki, dövrədək 342 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs bir neçə dəfə pulunu istəsədə o maddi sıxıntıları olduğunu bildirərək müəyyən bir vaxt gözləməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o qardaşı Taleh Hüsyenovla birgə yaşadıqları evin divar hissəsini təmir edərkən Zərərçəkmiş şəxs onların evin qarşısına gəlmişdir və həyətdən onu çağırmağa başlamışdır, həmin vaxt o həyətə çıxmış və Şakirə yaxınlaşmışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs pulunu tələb etməyə başlamış və bu zaman o Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğunu görmüşdür və onu sakitləşdirməyə çalışmışdır, lakin buna baxmayaraq Şakir sərxoş vəziyyətdə onunla mübahisə edərək nalayiq sözlərlə söyüb təhqir etmişdir və əli ilə onun sinəsindən tutaraq onu dartmağa çalışmışdır, bu zaman o əlində olan divar suvamaq üçün istifadə olunan “mala” ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuş və onu özündən aralamışdır. Sonradan Zərərçəkmiş şəxs sifət nahiyəsindən qan axmağa başlamış və bu zaman Taleh Hüsyenov onlara yaxınlaşaraq sakitləşdirmiş və Şakiri həyətdən çıxartmağa çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir və daha sonra Şakirin oğlu Hikmət onların yaşadığı evin qarşısına gəlmiş və Şakirin sifət nahiyəsindən qan axdığını görmüşdür. Buna görədə Hikmət onun qardaşı Talehlə sözlə mübahisə etmiş və mübahisə zamanı Hikmət yerdən dəmir parçası götürərək qardaşı Talehin sol çiyin nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Sonra isə Hikmət atası Şakirin qolundan tutaraq öz yaşadıqları ev istiqamətdə aparmışdır. O Zərərçəkmiş şəxsla aralarında mübahisənin təxminən 6-7 dəqiqə ərzində davam etdiyini və həmin vaxt kənar şəxslərin ora toplaşmadığını bildirmişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Bərdə rayonu Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Təxminən 1 il əvvəl Təqsirləndirilən şəxs onun yaşadığı evə getmiş və pula ehtiyacı olduğunu bildirərək ona köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs ondan 1100 manat pul istəmiş və təxminən 10 gün ərzində pulunu qaytaracağını demişdir. Buna görədə o Təqsirləndirilən şəxs 1100 manat borca pul vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs ona maddi imkanı olmadığını və pulu olduqda borcunu qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sübhanın yaşadığı evə getmiş və onu həyətdən çağıraraq pulunu verməsini istəmişdir, lakin Sübhan onun pulunu verməyəcəyini demişdir və buna görədə aralarında sözlə mübahisə baş vermişdir, mübahisə zamanı Sübhan qəflətən əlində olan “mala” ilə onun sifət nahiyəsinə vuraraq onu döymüşdür, həmin vaxt onun sifətindən qan axmağa başlamış, sonra isə o həyətdən küçəyə çıxmışdır və Sühbanın yaşadığı evin qarşısında oğlu Hikmətlə rastlaşmışdır. Həmin vaxt Hikmət ondan nə baş verdiyini soruşmuş və o Sübhanın onu döydüyünü demişdir. Bundan sonra o Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında Şahid1 cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnin ifadəsinə uyğun ifadəsi elan olundu. Məhkəmə iclasında ifadəsi elan olunan şahid X2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. O Bərdə rayonu Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs Hüsyen oğlunu və Şahid1 tanıyır, onlarla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Təxminən 1 il əvvəl atası Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs borc qismində 1100 manat pul vermişdir, lakin sonradan Sübhan həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs həmkəndlisi Sübhana verdiyi pulu almaq üçün onun yaşadığı evə getmişdir və həmin vaxt o öz yaşadıqları evdə olmuşdur, sonradan o atası Şakirin arxasınca getmişdir və yolda Zərərçəkmiş şəxsla rastlaşmış və onun sifət nahiyəsindən qan axdığını görmüşdür, bu zaman o nə baş verdiyini soruşmuş və Zərərçəkmiş şəxs ona Sübhanın onu döydüyünü və xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o Sübhanın yaşadığı evin qarşısına getmiş və həmin vaxt orada Şahid1la rastlaşmış və onlar arasında sözlə mübahisə baş vermişdir və həmin vaxt Taleh onu əlində olan dəmir parçası ilə vurmaq istəmiş, lakin o Talehin əlində olan dəmir parçasını alaraq sonuncunun sol çiyin nahiyəsinə bir dəfə vurmuşdur və daha sonra həmin dəmir parçasını kənara boş bir sahəyə atmışdır. Sonra isə atası Zərərçəkmiş şəxsla birgə öz yaşadıqları evə getmişdir. O Şahid1 vurduğu dəmir parçasını boş bir sahəyə atdığını və buna görədə həmin əşyanı təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 474 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözyuvasıaltı nahiyəsinin qançırı, sol almacıq nahiyəsinin əzilmiş yarası, sol yanaq, üst dodaq nahiyələrinin sıyrıqları, alt çənə və üst dodaq nahiyəsinin sol yarısında qansızma -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ola bilsin dəmir mala təsirindən törənə bilər, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 476 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol çiyin quraşığının üst səthinin qançırı - küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 71-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-ci vərəqəsində olan Bərdə RİHB-nın Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 72-77-ci vərəqəsində olan 16 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd “mala” maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlama yerinə təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Bərdə Rayon Polis Şöbəsinin saxlama yerində saxlanılan iş üzrə madi sübut hesab olunan 1 ədəd “mala” sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Bərdə Rayon Polis Şöbəsinin saxlama yerində saxlanılan iş üzrə madi sübut hesab olunan 1 ədəd “mala” sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-158/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-158/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver