Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-158/2024 30.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 il 07 ay 25 gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi xeyli miqdarda, yəni 6,16 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 18 iyul 2024-cü il tarixdə, saat 1705 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayonu Dəymədağıldı kəndində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli «cins» şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,16 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu Bərdə Rayon Polis Şöbəsində aldadaraq izahatlarına imza etdirmişlər. Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun rəisi İdris Əhmədli onu saxlayaraq polis şöbəsinə aparmaq istəmiş, zəng edərək bu barədə polis şöbəsində işləyən uzaq qohumu Şamxala bildirmiş, sonuncuya demişdir ki, İdris onu rahat buraxmır. Şamxal ona bildirmişdir ki, onunla birlikdə Bərdə Rayon Polis Şöbəsinə getsin, onu orada 48 saat saxlayıb buraxacaqlar, sonra isə ona azadlığın məhdudlaşdırılması cəzası veriləcək. Sonuncuya dəfələrlə bildirmişdir ki, əgər onu tutacaqlarsa polis şöbəsinə getmir. Şamxal isə ona narahat olmamasını bildirmişdir. Şamxalla razılaşaraq onunla birlikdə Bərdə RPŞinə getmişdir. Özü narkotik vasitə istifadəçisidir, 3-4 ildir ki, marixuanadan istifadə edir. Marixuanadan istifadə etdiyindən təxminən 1 il əvvəl 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Narkotik vasitəni müxtəlif şəxslərdən alır. Bərdə RPŞ-də onun üzərindən narkotik vasitə çıxmamış, narkotik vasitəni onun üzərinə qoymuşlar. Bərdə RPŞ-də onu döyməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsinin altında olan “Mənim sözlərimlə yazılıb” sözlərini özü yazmışdır. Bərdə Rayon Polis Şöbəsində onun üzərinə baxış keçirilməmişdir. Polis əməkdaşı Şahid2 o polis şöbəsinə gətiriləndə və üzərindən narkotik vasitəni aşkar edəndə orada olmamışdır. Üzərinə baxış keçirilərkən videoçəklişdən istifadə olunmuş, videoçəklişdə onun sağında dayanmış şəxs Şahid2dur. Onu saxlayaraq polis şöbəsi gətirən Ramil və Şamxal olmuşdur. Polis şöbəsində masanın üzərinə qoyduğu narkotik vasitə marixuanadır. Həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşı Şamxal qoymuş və bildirmişdir ki, yerdən tapdığını desin. Narkotik vasitə üzərinə baxış keçirilməmişdən əvvəl onun üzərinə qoyulmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olur. 2016-cı il tarixdə X9 ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2018-ci il təvəllüdlü X11 və 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. O, təxminən 20 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Lakin narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə təklif etməmiş və satmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 10 ay 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda isə məhkumluğu ödənilməmiş və götürülməmişdir. 18 iyul 2024-cü il tarixdə, təxminən saat 11 radələrində Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən «Avtovağzal»ın həyətində yerləşən ayaqyoluna gedərkən yerdə 1 (bir) ədəd kibrit qutusu görüb onu cəlb etdiyi üçün həmin kibrit qutusunu götürüb içərisinə baxarkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün qurudulmuş marixuananın olduğunu görmüşdür. O, həmin kibrit qutusunu cibinə qoyub oradan uzaqlaşıb marixuanadan istifadə etmək üçün üzərində saxlamışdır. Lakin həmin narkotik vasitədən heç kimə satmaq və pay vermək fikri olmamışdır. Habelə həmin narkotik vasitənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. 18 iyul 2024-cü il tarixdə, saat 1705 radələrində isə yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağı barədə şübhəli olduğundan onu Bərdə RPŞ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində ona dövlət hesabına vəkil təqdim olunduqdan sonra polis əməkdaşı tərəfindən vəkilinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu barədə etirazının olub-olması soruşulmuşdur. O isə etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı ondan hər hansı bir narkotik vasitənin olub-olmamasını soruşmuşdur. Həmin vaxt o, üzərində, yəni əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində olan narkotik vasitə olan «nəşə» kimi tanınan qurudulmuş marixuana olduğunu demişdir. Buna görə də polis əməkdaşı ona üzərində olan əşyaların könüllü olaraq təqdim etməyini demişdir. O da əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən üzərində gəzdirdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğu 1 (bir) ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə polis əməkdaşı tərəfindən baxış keçirilən zaman qutunun içərisində açıq yaşıl rəngli qurudulmuş marixuana aşkar edilmişdir. Təqdim etdiyi həmin narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərkən kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9,43 qram olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 1 (bir) ədəd kibrit qutusunun içərisində olan qurudulmuş mariuxana ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin digər hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Sonra polis əməkdaşı tərəfindən ona və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilsə də, onun və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da, onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində saxlanılmışdır. Polis əməkdaşı olduqlarını və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə dəvət etmişlər. Bərdə RPŞ-də sonuncuya vəkil təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi bildirilmiş, sonuncu könüllü olaraq əynində olan şalvarının yan cibindən bir qutu siqaret, bir alışqan, bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxış keçirildikdə içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə marixuana elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş və protokollaşdırılaraq imzalanmışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi və gəzdirilməsi ilə bağlı olmuşdur. Narkotik vasitələrinin satışı ilə bağlı heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-də döyülməmiş, ona fiziki və ya psixi təsir edilməmişdir. O cümlədən, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 19 iyul 2024-cü il tarixli 16/793 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz şəkisi 6,16 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Qeyd: Marixuananın təmiz çəkisi 6,16 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,11 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 29 avqust 2024-cü il tarixli, 1455 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli, 18-1-28/2-1469/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Metamfetamin” diaqnozu ilə Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMXnın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 13 avqust 2024-cü il tarixli, 632 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış keçiirlən zaman qeydə alınmış DVD diskə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, Bərdə RPŞnin inzibatı binasında olan otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən baxışda Təqsirləndirilən şəxs, onun müdafiəçisi (vəkil) Müdafiəçi, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X4, Bərdə RPŞ-nin CAB-nin əməliyyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirak edirlər. Baxış zamanı Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi bildirilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarının yan cibindən “Prima” markalı siqaret, bir ədəd alışqan və bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoyur. Həmin kibrit qutusunun içərisinə baxış keçirildikdə içərisində qurudulmuş marixuana aşkar edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərində narkotik vasitə olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, polis əməkdaşları ibtidai istintaq zamanı onu aldadaraq ifadələrinə imza etdirdiklərini bildirmişdir. Qeyd edilən hal ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin (vəkilin) iştirakı ilə bir neçə dəfə dindirilmiş, üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, lakin müdafiəçisinə (vəkilinə) narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, o cümlədən digər qaydada qanunsuz təzyiq və ya təsirə məruz qalması barədə məlumat verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndə və üzərindən narkotik vasitəni aşkar edəndə polis əməkdaşı Şahid2 orada olmamasını (iştirak etməməsini) bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən diskdə olan fayla məhkəmə iclasında baxış keçirilmiş, ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs videoçəkilişdə üzərində şəxsi axtarış və götürmə aparılan vaxt onun sağında dayanmış şəxsin Şahid2 olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ Siyahısına əsasən, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi xeyli miqdarda, yəni çəkisi 6,16 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması, 18 iyul 2024-cü il tarixdə, saat 1705 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayonu Dəymədağıldı kəndində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli «cins» şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,16 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). İstinad edilən qanunvericilik normalarının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Aparılmış məhkəmə istintaqının nəticəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 27 avqust 2024-cü il tarixli 695 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 27 avqust 2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 mart 2019-cu il tarixli AZ-İİ 311538 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 09 mart 2019-cu ildə Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Kərimova soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli AZ-İV 273093 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X7 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X9 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarixli AZ-İV 413310 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X2 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X9 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(021)-107/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 06 fevral 2022-ci il tarixdən 08 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, habelə 24 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 21 gün olmaqla, cəmi 23 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Qaradağlı kəndi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2024-cü il tarixli, 45/01 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzasının xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək 02 ay 19 gün müddətini çəkmiş və 02 il 07 ay 25 gün çəkilməmiş cəzası qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin qənaətinə görə, bu hal onu göstərir ki, həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin: 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 25 (iyirmi beş) gününün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 19 iyul 2024-cü il tarixli, 16/793 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 6,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 25 (iyirmi beş) gününün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 6,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-158/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-158/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver