Məhkəmə qərarları › İş №1(021)-158/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-158/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-158/2025 23.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixdə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 01 gün müddətinə cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, cinayət işinin başlanmasına səbəb 05 avqust 2025-ci il tarixdə saat 12:50 ələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman üzərindən 01 (bir) ədəd “Winston” markalı siqaret qutusunda ümumi təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə annabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. 05 avqust 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 07 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 07 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon Məhkəməsinin hakimi Bayram Məhərrəmov tərəfindən 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 05 avqust 2025-ci il tarixdə saat 12:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində saxlanılaraq saxlanıldığı yerdə üzəri yoxlanılan zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01(bir) ədəd siqaret qutusunda təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadələri, şahid ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, təqdim olunan əşyaya baxış keçirilməsi, şəxsi axtarış və götürülmə haqqında protokolla, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasını, təqdim olunan əşyaya baxış keçirilməsi, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən video görüntülər ilə və digər istintaq sənədləri ilə tam qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. O, 05 avqust 2025-ci il tarixində Bərdə rayonu, Türkmən kəndi ərazisində gəzərkən orada yerləşən su bulağının yanında yerdə 01 ədəd, "Winston" markalı siqaret qutusu görmüş, siqaret qutusu dolu gördüyü üçün diqqətini çəkmişdir və o açaraq içərisinə baxmışdır. Həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin qutunu cibinə qoymuşdur və istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün günorta saatlarında, saat təxminən 12:50 radələrində Bərdə şəhəri Bahadur Hacıyev küçəsi ərazisində ərazisində tanımadığı 3 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişdirlər. Həmin yerdə onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan 01 ədəd siqaret qutusunda narkotik vasitə olan marixuananı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin siqaret qutusu ilə birlikdə 12,30 qram olması müəyyən edilmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Lakin üzərindən hər hansı bir qeyriqanuni əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Saxlanılarkən ona hər hansı fiziki və psixi təqyiq göstərilməmişdir. Məhkəmədən cinayət işi üzrə məhkəmə baxışın yekunlaşdırılmasını və hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin NMQ-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 05 avqust 2025-ci il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1975-ci il təvəllüdlü Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla şübhəli kimi tutulanadək həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 05 avqust 2025-ci il saat 12:50 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Winston" markalı siqaret qutusunu taqdim edərək içərisində marixuana adlanan maddə olduğunu söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 17,17 qram olduğu müayyan edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya taqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq tasdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmış, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdı, videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Maharram oğluna müdafiəçisi Müdafiəçi, Bərdə RPŞnin CAB-nin amaliyyat müvəkkili, polis leytenantı Şahid1 və RPŞ-nin NMQ-nin amaliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştiraklanı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vazifalari Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Parvin Safarli tarafindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Onda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Bərdə rayon PŞ-nin NMQ-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdirlər. Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 əmək məzuniyyətində olduğundan məhkəmə iclasında iştirak etməmiş, onun məhkəməyədək dövrdə vermiş olduğu ifadə tərəflərin mövqeyi nəzərə alınmaqla elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 05 avqust 2025-ci il tarixdə “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 12:52 dəqiqədən saat 13:00 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi ərazisində Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bərdə rayon PŞ-nin NMQ-nin əməliyyat müvvəkili, polis polis leytenantı Şahid3 tərəfindən saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Winston" markalı siqaret qutusunu təqdim edərək içərisində marixuana adlanan maddə olduğunu söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 12,30 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİNin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmış, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 avqust 2025-ci il tarixdə «Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 13:45 dəqiqədən saat 13:54 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanılmışdır. İlk əvvəl Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr təhqiqatçıya təqdim edilmişdir. Daha sonra şəxsin üstünün yoxlanılmasını əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olubolmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirildiyi video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ- nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 və RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Səbuhi Ağayevin üzərindən aşkar edilmiş maddə və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bunun ardınca təhqiqatçı tərəfindən Səbuhi Ağayevə ondan aşkar olunmuş kütlələrin ona məxsus olubolmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. İstintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 05 avqust 2025-ci il tarixli 17/578 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, ".....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər kütlə ..." yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuanain təmiz çəkisi-12,30 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-12,25 qramdır. Cinayət işinin İstintaq materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin 25 avqust 2025-ci il tarixli 1340 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayonu, Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, həmin mənbəni dəqiq müəyyən etmək mümkün olmamışdır, həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlaması müəyyən edilmiş, onun həmin narkotik vasitədən kimlərəsə də satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarının sürətindən görünür ki, ona təyin edilmiş cəza 08 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 01 ay 03 gün şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəza 08 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 01 ay 03 gün şərti azad edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-28/2-2168/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2023-cü il tarixdə qeydiyyata "heroin" narkomaniyası diaqnozu ilə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 12,30 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 12,25 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil irəli sürməmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 05 avqust 2025-ci il tarixdə saat 12:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində saxlanılaraq saxlanıldığı yerdə üzəri yoxlanılan zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində saxlanılaraq saxlanıldığı yerdə üzəri yoxlanılan zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 12,30 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və cinayət işinin materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzasının əvvəli 05 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 12,30 qram olmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 12,25 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş materiallarına əlavə edilmiş 03 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 12,30 qram olmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 12,25 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar