Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-159/2021 13.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1974-cü ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alpoud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 0900 radələrində Bərdə rayonu Alpoud kəndində “Bəh-Bəh” çay evinin həyətyanı sahəsində, Zərərçəkmiş şəxs ilə torpaq sahəsində olan su bəndinin dağılması səbəbi ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə bir dəfə qəsdən vuraraq, alın nahiyəsində sol qaşüstü nahiyənin, alt dodağın dodaq haşiyəsinin və diş səthinin əzilmiş cırılmış yarası, küt əşyanın təsirindən törənməyə xarakterik, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəldən tanımış, aralarında heç vaxt heç bir ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs pay torpaq sahəsinə su apardığı kanalını su yuduğundan 24.08.2021-ci ildə saat 0830 radələrində Zərərçəkmiş şəxs zəng edərək Alpoud kəndində yerləşən Valeh adlı şəxsə məxsus olan kafeyə dəvət etmişdir. Təxminən saat 09 radələrində kafedə olarkən Həmzə kafeyə gəlmişdir. Sonuncu ora gəldikdən sonra vəziyyəti Həmzəyə danışmış, su apardıqları kanalın bəndinin dağıldığını və onu düzəltmək lazım olduğunu bildirmişdir. Həmzə əsəbi halda su suvaranların ünvanına təhqiredici söyüş söymüşdür. Həmzəyə təhqiredici sözlər işlətməməsini tələb etmiş, kimin ünvanına söyüş işlətdiyinin mahiyyətini bilməsini demişdir. Lakin, Həmzə əsəbi halda onun ünvanına söyüş söymüş və yaxşı etdiyini bildirmişdir. Həmzəyə onun ünvanına söyüş söydüyü üçün cavabını qaytarmışdır. Bundan sonra Həmzə onun üzərinə gələrək sillə ilə sol qulaq nahiyyəsindən bir dəfə vurmuşdur. Daha sonra aralarında dartışma olmuş, əsəbləşərək Həmzənin sifət nahiyəsində bir dəfə vurmuşdur. Həmzə onun yaxasından tutduqda hər ikisi yerə yıxılmışdır. Bu vaxt o, yerdən qalxaraq Həmzəni yerdən qaldırmışdır. Həmzə yerdən qalxan zaman Həmzənin ağız nahiyyəsindən qan axdığını görmüşdür. Onların yanında olan çayçı Coşqun adlı şəxs kafedən su gətirərək Həmzəyə vermişdir. Bundan sonra Həmzə özünə məxsus olan avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə təxminən 1 dəqiqə davam etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini, müharibə veteranı olduğunu qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, özünə məxsus pay torpaq sahəsi vardır. Torpaq sahəsinin suvarılmasında çətinlik çəkdiyindən su idarəsinə müraciət etmiş, su idarəsi onun şəhid valideyini olduğunu nəzərə alaraq su kanalını yeniləmişlər. Bununla yanaşı kənd camaatı və onun köməkliyi ilə su kanalının qalan hissəsini təmir etmiş və orada bəndlər vurmuşdur. Onunla eyni kənddə yaşayan Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdə səhər saatlarında həmin su kanalını su acaraq kanalın onların tərəfinindən bərkidilmiş hissəsini dağıtmışdır. Bu səbəbdən 24.08.2021-ci il tarixdə saat 09 radələrində Taleh ona zəng edərək Bərdə rayon Alpoud kəndində yerləşən Coşqun adlı şəxsin çayxanasının qarşısına çağırmış, çayxananın qarşına getmişdir. Taleh ona, bağladığı suyun qarşısını təkrar bağlamağı tələb etmişdir. Taleh özü həmin su kanalının bəndini dağıtmışdır. Talehə, “suyu çox açdığından bəndin dağılmasına səbəb olmusan” demiş və tələb etmişdir ki, bəndi bərpa etsin. Bu vaxt Taleh onun ünüvanına deyiləsi mümkün olmayan nəlaiq ifadələr işlədərək, onu təhqir etdiyindən Talehlə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı, Taleh yumuruqla onun sifət nahiyyəsindən bir neçə zərbə vurmuş və o, dodaq və alın hahiyyəsindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Heç biri ilə aralarında ədavəti yoxdur. Bərdə rayonu Alpout kəndi ərazisində yerləşən Camal adlı şəxsə məxsus “Bəh-Bəh” adlı çay evini icarəyə götürərək işlədir. 24.08.2021-ci il tarixdə saat 08 radələrində kafedə olarkən, həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kafenin həyətində dayanaraq söhbət etdiklərini görmüşdür. Sonuncular ondan kənarda olduğundan hansı mövzuda söhbət getməsindən xəbərdar olmamışdır. Sonradan söhbətin məzmunundan başa düşmüşdür ki, su bəndinin uçmasına görə aralarında söhbət edirlər. Kafeyə girərək çay dəmləyərkən mübahisə səsi eşitmiş və çayxananın otağından çölə çıxmış, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dalaşdıqlarını görmüşdür. Zərərçəkmiş şəxs özünü pis hiss etmiş, kafedən su gətirərək Həmzəyə vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs alın və ağız nahiyyələrindən qan axdığını görmüşdür. Onlar Zərərçəkmiş şəxs köməklik etmişlər və ona tibbi yardım göstərmişlər. Bundan sonra Zərərçəkmiş şəxs oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, heç biri ilə aralarında ədavəti yoxdur. 24.08.2021-ci il tarixdə saat təxminən 0900 radələrində yaşadığı Alpoud kəndində yerləşən Coşqun adlı şəxsin işlətdiyi “Bəh-Bəh” çay evində çay içərkən çayxananın həyətində Talehlə Həmzənin söhbət etdiyini görmüşdür. Söhbət əsnasında eşitmişdir ki, düzəltdikləri suyun bəndi dağılmışdır. Həmzə və Taleh su bəndinin dağılmasında bir birlərini günahlandırmışdır. Bundan sonra Talehlə Həmzə arasında mübahisə yaranmış, mübahisə zamanı Talehin və Həmzənin üst-üstə yerə yıxıldığını görmüşdür. Bundan sonra o və kafeni işlədən Coşqun adlı tanışı Həmzə və Talehi ayırmışdır. Onlar Talehi və Həmzəni sakitəşdirən zaman Həmzənin alın və ağız nahiyyəsindən qan axdığını görmüşdür. Onlar Həmzəyə yardım göstərərək su vermiş və Həmzə özünə gəldikdən sonra öz avtomobilinə əyləşib oradan aralaşıb getmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası mərkəzinin verdiyi 24 avqust 2021-ci il tarixli 744 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər - alın nahiyəsində sol qaşüstü nahiyənin, alt dodağın dodaq haşiyəsinin və diş səthinin əzilmiş cırılmış yaraları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 24.08.2021-ci il tarixə uyğun gəlmiş və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 0900 radələrində Bərdə rayonu Alpoud kəndində “Bəh-Bəh” çay evinin həyətyanı sahəsində, Zərərçəkmiş şəxs ilə torpaq sahəsində olan su bəndinin dağılması səbəbi ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə bir dəfə qəsdən vuraraq, alın nahiyəsində sol qaşüstü nahiyənin, alt dodağın dodaq haşiyəsinin və diş səthinin əzilmiş cırılmış yarası, küt əşyanın təsirindən törənməyə xarakterik, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 25 avqust 2021-ci il tarixli 561 saylı arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Alpoud kəndində yaşayır. Təqsirləndirilən şəxs ailədə intizamlı və nümunəvidir. Yaşıdları arasında bilik və bacarığı ilə fərqlənir. Kəndin xeyir və şər işlərində həmişə yaxından iştirak edir. Ərazi icra nümayəndəliyi və bələdiyyə sədri tərəfindən verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirir. Təqsirləndirilən şəxs ərazidə gedən abadlıq və yaşıllaşdırma işlərində yaxından iştirak edir. İş materiallarında olan X3, Veteranları və X6 Birliyi tərəfindən verilmiş MV 000636 saylı 27 fevral 2015-ci il tarixli vəsiqənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan X3, Veteranları və X6 Birliyi tərəfindən verilmiş ŞA 000739 saylı 27 fevral 2015-ci il tarixli vəsiqənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs şəhid ailəsidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 24.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin şəhid ailəsi olmaqla təqsirləndirilən şəxslə barışmamasını, ondan şikayətçi olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-159/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-159/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver