Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-159/2023 24.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,294 qram, ümumi təmiz çəkisi 1,193 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 11 may 2023-cü il tarixdə saat 11:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Fizuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 12:10 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 4 (dörd) ədəd şəffaf sellofan bükümlərdə, satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,294 qram, ümumi təmiz çəkisi 1,193 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, Fizuli küçəsində yaşayır. 2001-ci ildə X2 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladı, oğlu Şamxal və qızı Əsmər doğulmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus isifadə etdiyi mobil telefonu olmamışdır. 2013cü ildə Bərdə rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 24 gün tez azad olunmuşdur. Həmin vaxtdan hal-hazıradək heç bir cinayət əməli olmamışdır. Narkotik vasitə istifadəçisidir, narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhəri, Fizuli küçəsində dəmir yolu relslərinin üzərində kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunu götürüb, içinə baxmışdır. İçində “patı” olduğunu görmüşdür. İstifadəçisi olduğundan içərisində “patı” olan həmin kibrit qutusunu götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 10:55 radələrində Bərdə şəhəri, Fizuli küçəsi ilə piyada gedən zaman mülki geyimli şəxslər yaxınlaşaraq, özlərinin polis əməkdaşları olduqlarını deyərək, barəsində olan raportla və qərarla onu tanış etdikdən sonra, üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. Narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Sonra polislər onu Bərdə RPŞ-nə gətirmişlər. Bərdə rayon PŞ-də ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi tutmaq hüququ izah edilmiş, özünün istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etmişlər, onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olan əşya olub-olmadığını soruşulmuş, o, üzərində psixotrop maddə olan “patı” yəni, metamfetamin olduğunu bildirib, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən göy rəngli kibrit qutusunu təqdim edərək stola qoymuşdur. Üzərindən aşkar edilən kibrit qutusunun içərisində olan psixotrop maddəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 1,40 qram olmuşdur. Üzərindən aşkar edilmiş kütlə onun, vəkilin və digər iştirakçıların gözü qarşısında zərfə qoyulub qablaşdırılmış, imza edilmiş, zərfin üzəri möhürlə möhürlənib götürülmüş, protokol tərib edilmiş, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə təsdiq etmiş, bu barədə izahat vermişdir. Üzərində saxladığı psixotrop maddələri şəxsi istifadəsindən ötrü saxlamış, həmin psixotrop maddələri kiməsə satmaq niyyəti olmamışdır. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, psixotrop maddə qəbul etməyini heç kim bilməmiş, xəlvət qəbul etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən peşman olmasını və evli olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 11 may 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında və istifadəsində şübhəli bilinən, Bərdə şəhəri, Füzuli küçəsi ev 91-də yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 11 may 2023-cü il saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Fizuli küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və o, Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs onun, müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən izah edildikdən sonra, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən göy rəngli cib dəsmalı, sonra əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutusunun içərisində narkotik olduğunu bildirmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman şəffaf sellofan bükümlərində psixotrop maddə olan metamfetaminə bənzər 04 ədəd büküm aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkilərinin 0,41 qram, 0,31 qram, 0,32 qram, 0,34 qram olmaqla ümumi çəkisinin 1,40 qram olduğu müəyyən edilmişdir. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlələr ağ rəngli zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş və sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəyə bənzər kütlələri Bərdə şəhəri, Füzuli küçəsində kibrit qutusu ilə birlikdə dəmir yolundan tapdığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin kimə satdığı məlum olmamışdır. İş üzrə şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilənləri tam təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixdə «şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 12:11 dəqiqədən saat 12:25 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən cibindən üzərində “spiçki, xozyastvennıe” yazıları olan göy rəngli kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman şəffaf polietilen kəsiyi bükümündə olan psixotrop maddə olan metamfetaminə bənzər 04 ədəd kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilən zaman, 0.41, 0.31, 0.32, 0.34 qram təşkil etməklə ümumi çəkisi 1.40 qram oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəyə bənzər 04 ədəd kütlələr ağ rəngli kağız zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəyə bənzər kütlənin Bərdə şəhəri Füzuli küçəsində kibrit qutusu ilə birlikdə dəmir yolundan tapdığını bildirmişdir. Şəxsi axtarış və götürmə Bərdə RPŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, elektrik işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı kameradan istifadə etməklə Bərdə RPŞ-nin CAB-ın ə/m polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Həmin çəkiliş 1 ədəd DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. 12 may 2023-cü il tarixli Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış protokoluna əsasən diskə baxış zamanı həmin video görüntüdən görünmüşdür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən göy rəngli cib dəsmalı, sonra əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunun içərisində narkotik olduğunu bildirmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman şəffaf sellofan bükümlərində psixotrop maddə olan metamfetaminə bənzər 04 ədəd büküm aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkilərinin 0,41 qram, 0,31 qram, 0,32 qram, 0,34 qram olmaqla, ümumi çəkisinin 1,40 qram olduğu müəyyən edilmişdir. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlələr ağ rəngli zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş və sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəyə bənzər kütlələri Bərdə şəhəri, Füzuli küçəsində kibrit qutusu ilə birlikdə dəmir yolundan tapdığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 bölməsinin 12 may 2023-cü il tarixli, 16/499 nömrəli rəyindən görünür ki, təqdqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən kütlələr” yazı və imzalar olan kağız paketdəki 4(dörd) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,294 qram, ümumi təmiz çəkisi 1,193 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Metamfetamin ümumi təmiz çəkisi-1,193 qarm, tədqiqata sərf edildi cəmi-0,2 qram qalıq-0,993 qram. Gəncə şəhəri Narkoloji Dispanserin 07 iyul 2023-cü il tarixli 1148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Onun isifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğu müəyyən edilmiş, lakin ona məxsus mobil telefon müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə AR CM-nin 76.3.1-ci maddəsinə əsasən 02 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 1(021)-150/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bərdə rayon X5 hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 6120 nömrəli arayışından görünür ki, Həsənov X1 ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Bərdə rayon X5 hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 6121 nömrəli arayışından görünür ki, Həsənov X1 Narkoloji kabinetində dispanser qeydiyyatındadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2884 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Bərdə şəhəri, Füzuli küçəsi ev 91-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 04 iyul 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bərdə rayon polis şöbəsinə 25 iyun 2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə kompüterdə baxış keçirilərkən Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olmuş GSM nömrələrinə daxil olmuş və həmin nömrədən göndərilmiş zənglərə və SMS-lərə aid məlumatların olduğu müəyyən edildi. Qeyd oluna fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-105/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, sənədlər, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İİ siyahısına əsasən ümumilikdə təmiz çəkisi 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,294 qram, ümumi təmiz çəkisi 1,193 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrindən, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə deyil, öz istifadəsi, yəni şəxsi istehlakı məqsədilə əldə etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə psixotrop maddə olan metamfetaminin alıcıları müəyyən edilməmiş və təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən narkotik vasitələrin və ya psixotrop maddələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırda məhkumluğunun olmamasını, evli və uşaqlarının, hətta nəvələrinin olması və ailənin yeganə qazanc gətirən şəxsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi yolu ilə təqsirləndirilən şəxsin islah edilməsinə və sağlam vətəndaş kimi cəmiyyətə qaytarılmasına, habelə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 11 may 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 11:25 dəqiqədə Təqsirləndirilən şəxs, Bərdə rayon PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur, Bərdə rayon Məhkəməsinin 4(021)-105/2023 saylı 13 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri əvəzinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,993 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxsə məxsus mobil nömrədən aparılmış telefon danışıqları, yazışmaları, Sms mətnləri və anten dairəsinə dair məlumatları özündə əks etdirən 1 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə dövlət hesabına hüquqi yardım göstərən Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 6 manat hesablanmaqla 11 saat hüquqi yardıma görə cəmi 66 manat hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 11 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə şəhəri, Füzuli küçəsi, ev 91 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,993 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk və 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə dövlət hesabına hüquqi yardım göstərən Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 6 manat hesablanmaqla 11 saat hüquqi yardıma görə cəmi 66 manat hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-159/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-159/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver