Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-159/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixində Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 8,93 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 11 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində saxlanılaraq saat 09:40-da Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,93 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma dövründə vermiş olduğu ifadədən fərqli ifadə verərək göstərmişdir ki, o, Bərdə şəhər ünvan 3 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Həmin gün yuxarıda göstərilən ünvanda olmuşdur. Evdə yatan zaman 7-8 nəfər polis əmkdaşı evə daxil olmuş, yatdığı vaxt ona cərəyan verərək oyatmışlar. Həmin vaxt evdə yalnız oğlu olmuş, digər ailə üzvləri isə evin ərzaq təminatının həyata keçirmək üçün bazarlığa getmişlər. Bundan sonra o, polis şöbəsinə gətirilmişdir. Şöbədə olan zaman cığarada olan narkotik vasitəni ona təqdim edib özünə məxsusluğunu bildirməsini tələb etmişlər. Yalnız belə olacağı təqdirdə 48 saat sonra onu buraxacaqlarını bildirmiş və heç bir narahatçılığa əsas olmadığını qeyd etmişlər. Daha sonra qonşuluqda yaşayan, əvvəllər də tanıdığı Ayna xanım adlı vəkil onun müdafiəçisi qismində işə buraxılmışdır. Yalnız bundan sonra lazımi sənədlərə imza etmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvvəkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2024-cü il tarixdə Bərdə şəhəri ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasistələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla şöbə rəhbərliyinə müraciət olunmuş və 11 iyun 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra ondan, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid3 Nazim oğlundan və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş tədbirlər çərçivəsində adları çəkilən digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bərdə şəhəri Füzuli küçəsinə getmişlər. 11 iyun 2024-cü il tarixdə saat 09:30-da həmin yerə çatdıqda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olmasında şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və polis əməkdaşları tərəfindən Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış prosesi Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 tərəfindən video qeydə hlınmışdır. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan boz İ rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd selofan bükümü və şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Sonra (Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd selofan bükümdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd selofan bükümə baxış keçirilməsinə başlanılmış, baxış zamanı narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs, həmin narkotik vasitəni 10 iyun 2024-cü il tarixdə Bərdə rayon dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd selofan bükümün içərisində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 9,14 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin, təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan başqa 01 ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bununla da Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı dövründə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid3 və Bərdə KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 ifadə verərək Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 11 iyun 2024-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 10:15 dəqiqədən saat 10:29 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək əlavə əşya və ya predmet varsa könüllü təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd selofan bükümü və şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymuş, sellofan bükümün içərisində marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümümi çəkisinin sellefan bükümlə birlikdə 9,14 qram olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirən zaman hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 10 iyun 2024-cü il tarixdə Bərdə rayon dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. İş materiallarında olan 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə “MP4” formatlı 01 (bir) ədəd videofayl aşkar edilmişdir. Həmin video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 13 dəqiqə 48 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd selofan bükümü və şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Sonra Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd selofan bükümdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd selofan bükümə baxış keçirilməsinə başlanılmış, baxış zamanı narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 10 iyun 2024-cü il tarixdə Bərdə rayon dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd selofan bükümün içərisində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 9,14 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin, təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan başqa 01 ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 12 iyun 2024-cü il tarixli 16/682 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, ‘‘....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə." yazı və imzalar olan kağız paketdəki, l(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,93 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-8,93 qram, tədqiqata sərf edildi- 0,04 qram, qahq-8,89 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserin 03 avqust 2024-cü il tarixli 1299 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 18 iyun 2024-cü il tarixdə Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, həmin mənbəni dəqiq müəyyən etmək mümkün olmamışdır, həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlaması müəyyən edilmiş, onun həmin narkotik vasitədən kimlərəsə də satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 3684 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri Füzuli küçəsi ev 22 ünvanında yaşayır. Yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Spirtli içki qəbul edir. Narkotikə meyillidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,93 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan sonrakı 8,89 qram qalıq hissəsi və üzərinə şəxsi axtarış və götürülmə keçirilməsini özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan marixuana saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 11 iyun 2024-cü il tarixdə saat 09:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 13 iyun 2024-cü il tаriхdə Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 8,93 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 11 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində saxlanılaraq saat 09:40-da Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,93 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 8,93 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 11 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində saxlanılaraq saat 09:40-da Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,93 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, şahidin ifadəsi və məhkəməyədək icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəyə hüquqi qiymət verərək hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınma məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı işgəncəyə məruz qalmamışdır. Yalnız müdafiəçinin iştirakı ilə ittiham aktına əlavə edilmiş sənədləri imza etmişdir. Həmin vaxt hadisənin mahiyyəti və aparılan icraat daxilində hüquq və vəzifələri ona izah olunmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə qəbul edilmiş bu və ya digər qərarlar məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 8.93 qram olan narkotik vasitə - qurudulmuş marixuananın ekspertizadan sonrakı 8.89 qram qalıq hissəsi Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 8.93 qram olan narkotik vasitə - qurudulmuş marixuananın ekspertizadan sonrakı 8.89 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, təyin olunmuş cəzadan 1 günə 2 gün əsası ilə çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə şəhəri Füzuli küçəsi ev 22A ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 8.89 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-159/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-159/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver