Məhkəmə qərarları › İş №1(021)-16/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-16/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-16/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Müdafiəçi2, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayon Məhkəməsinin 1(021)15\2018 saylı, 05 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 ay təyin olunmuş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bərdə rayon Məhkəməsinin 1(021)127\2020 saylı, 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Yevlax st.XPŞ-də təşkil olunmuş “Əməliyyat-axtarış qrupu” tərkibinə daxil olan Yevlax st.XPŞ-nin Ağdam st.XPM-nin polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri, təhqiqat, istintaq nəticəsində, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 2020-ci il sentyabr 08-də saat 20.15 radələrində Bərdə şəhər dəmiryol stansiyasının yaxınlığında qorunan dəmiryol keçidinin üstündə saxlanılaraq üzərində saat 21.15 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkiliş ilə keçirilmiş şəxsi axtarış nəticəsində əlində gəzdirdiyi 1 ədəd sellofan torbanın içərisində olan idman şalvarının sağ yan cibindən 1 ədəd qara siqaret kağızına bükülmüş vəziyyətdə, onun istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - 1,187 qram miqdarında heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri Səttərxan küçəsi ev 4-də ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləliklə məşğul olur, dəmir yığıb satır. İfadə verməyinin mahiyyəti ona aydındır və bununla bağlı deyə bilər ki, özü uzun müddətdir narkotik vasitə istifadəçisidir, Bərdə şəhər poliklinikasında narkoman kimi qeydiyyatdadır. Əvvəllər 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2020-ci il sentyabrın 07-də gündüz vaxtı Bərdə dəmiryol stansiyasının yaxınlığında olan “Mürvət Oil” yanacaq doldurma mənəqəsinin arxasından keçən dəmir yol relsinin kənarı ilə gedən zaman yerdə qara rəngli siqaret kağızının bükümünü görmüş və əyilib yerdən götürmüş. Onun içərisinə baxan zaman orada narkotik vasitə heroin olduğunu görmüş, özü istifadə etmək üçün həmin vaxt əynində olan iş görəndə geyindiyi idman şalvarının sağ yan cibinə qoymuş. 2020-ci il sentyabrın 08-də işləməyə gedərkən həmin idman şalvarını sellofan torbaya qoyub özü ilə götürmüş. Həmin gün saat 20.15 radələrində Bərdə dəmiryol stansiyasının yaxınlığında qorunan dəmiryol keçidinin üstü ilə yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşmışlar və üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün onlarla birlikdə Bərdə dəmiryol stansiyasında olan Ağdam st.XPM-nə getməyini bildirmişlər. O, həmin vaxt polis əməkdaşları ilə Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st.XPM-nə getmiş. Ora vəkil də dəvət etmişlər. Daha sonra üzərində vəkilin iştirakı ilə video-çəkiliş aparmaqla şəxsi axtarış keçirmişlər. Həmin vaxt yerdən tapdığı narkotik vasitə heroin əlində olan sellofan torbanın içərisindəki idman şalvarımın sağ yan cibindən aşkar olunmuş. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq qablaşdırılmış və üzərində qeydlər aparılaraq o, və vəkil imza etmişlər. Daha sonra bu barədə protokol yazılmış, o, və iştirakçılar tərəfindən imza edilmiş. Əlavə olaraq göstərmişdir ki, həmin narkotik vasitə ona məxsusdur, özü istifadə etmək üçün üstündə saxlamışdır, heç kimə satmaq məqsədi olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanmaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Yevlax stansiyasında X8 Ağdam stansiyasında X6 polis nəfəridir. Bərdə şəhəri Səttarxan küçəsi ev 4-də yaşayan, narkotik vasitələrin istifadəçisi olan, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs ifşa etmək və cinayət başında yaxalamaq məqsədilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Şahid1 qrupun rəhbəri, o və Ağdam st.XPM-nin polis nəfərləri, polis serjantları - Şahid4 və Şahid3 isə qrupun üzvləri təyin edilmişlər. Bundan sonra 08.09.2020-ci il tarixdə saat 20.15 radələrində həyəta keçirilən əməliyyat-axtarış tədbiri zamanı görmüşlər ki, Təqsirləndirilən şəxs Bərdə dəmiryol stansiyasının yaxınlığında olan qorunan dəmiryol keçidinin üstü ilə keçib gedir və onun əlində də sellofan torba var. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər, üzərində narkotik vaistə olmasında şübhəli olduğunu və buna görə də onlarla birlikdə Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st. xətt polis məntəqəsinə getməli olduğunu bildirmiş. Sonra Təqsirləndirilən şəxs Ağdam st.XPM-yə gətirmişlər, orada Yevlax st.XPŞ-nin baş müstəntiqi Tərxan Allahverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi və üstündə aparılacaq şəxsi axtarış zamanı iştirak etməsi üçün Bərdə rayon Vəkil bürosunun vəkili X2 dəvət etmiş. Daha sonra vəkilin və tədbir iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış. Şəxsi axtarış zamanı tədbir iştirakçısı, polis nəfəri Şahid2 tərəfindən video çəkiliş aparılmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol an cibindən 1 qutu “ARGO” siqareti, arxa sağ tərəf cibindən isə 1 ədəd alışqan, 1 ədəd “10” qəpik dəmir pul və 1 ədəd fleşkart aşkar olunmuş. Onun əlində gəzdirdiyi sellofan torbanın içərisindən 1 ədəd çəkic, 1 ədəd mismarçıxardan və 1 ədəd idman şalvarı aşkar olunmuş. İdman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olunmuş. Həmin bükülünün içərisinə baxış keçirən zaman oradan boz rəngli, toz şəklində narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan torbada olan idman şalvarının sağ yan cibindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və onu 2020-ci il sentyabrın 07-də gündüz vaxtı stansiyanın yaxınlığında olan “Mürvət Oil” yanacaq doldurma mənəqəsinin arxasından keçən dəmir yol relsinin kənarı ilə gedərkən yerdən tapdığını, özü istifadə etmək üçün həmin vaxt əynində olan idman şalvarının sağ yan cibinə qoyduğunu, 2020-ci il sentyabrın 08-də işləməyə gedərkən həmin idman şalvarını sellofan torbaya qoyub özü ilə götürdüyünü, həmin gün saat 20.15 radələrində Bərdə dəmiryol stansiyasının yaxınlığında qorunan dəmiryol keçidinin üstü ilə yaşadığı evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st.XPM-nə gətirildiiyi bildirmiş. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə kağız bükülü ilə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisi 1,55 qram olması müəyyən olunmuş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyulub qablaşdırılaraq Yevlax st.XPŞ-nin zərflər üçün olan möhürü ilə möhürlənmişdi, zərfin üzərində qeydiyyatlar aparılaraq müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdı. Təqsirləndirilən şəxs üzərindən və əlində gəzdirdiyi selloafan torbadan cinayət xarakterli digər əşya aşkar olunmamışdı. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, o, və digər iştirakçılar protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin X4 ekspert rəyindən məlum olmuş ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə - çəkisi 1,187 qram olan narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax st.XPŞ-nin Ağdam st.XPM-nin polis nəfəri, Şahid3 da oxşar məzmunlu ifadə verərək polis serjantı Şahid2 göstərdiklərini təsdiq etdi . Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yevlax stansiyasında X8 Ağdam stansiyasında X6 rəisi vəzifəsində işləyir, polis kapitanıdır. İfadə verməyinin mahiyyəti ona izah aydındır. 2020-ci ilin sentyabr ayının əvvəlində ona qərəzsiz və mötəbər mənbədən daxil olmuş məlumatda bildirilmişdir ki, Bərdə şəhəri Səttarxan küçəsi ev 4-də yaşayan, narkotik vasitələrin istifadəçisi olan, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlamaqda və gəzdirməkdə şübhəlidir və o, sentyabr ayının 08-də üzərində narkotik vasitə ilə birlikdə Bərdə dəmiryol stansiyasının ərazisinə gələcəkdir. O, bu barədə şöbə rəhbərliyinə məruzə edərək onu ifşa etmək və cinayət başında yaxalamaq məqsədilə 08.09.2020-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinin zəruri olduğunu bildirmiş. Bundan sonra 08.09.2020-ci il tarixdə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmiş və bu barədə müvafiq olaraq Yevlax rayon prokuroruna və Bərdə rayon məhkəməsinə məlumatlar verilmiş. Sonra həmin tədbirdə iştirak etmək üçün şöbə rəhbərliyinin əmri ilə əməliyyat-axtarış qrupu yaradılmış. O, həmin qrupun rəhbəri təyin edilmiş, Ağdam st.XPM-nin polis nəfərləri, polis serjantları - Şahid2, Şahid4 və Şahid3 isə qrupun üzvləri təyin edilmişlər. Bundan sonra 08.09.2020-ci il tarixdə saat 20.15 radələrində həyəta keçirilən əməliyyat-axtarış tədbiri zamanı görmüşlər ki, Təqsirləndirilən şəxs Bərdə dəmiryol stansiyasının yaxınlığında olan qorunan dəmiryol keçidinin üstü ilə keçib gedir və onun əlində də sellofan torba var. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər, üzərində narkotik vaistə olmasında şübhəli olduğunu və buna görə də onlarla birlikdə Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st. xətt polis məntəqəsinə getməli olduğunu bildirmiş. Sonra Təqsirləndirilən şəxs Ağdam st.XPM-yə gətirmişlər, orada Yevlax st.XPŞ-nin baş müstəntiqi Tərxan Allahverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi və üstündə aparılacaq şəxsi axtarış zamanı iştirak etməsi üçün Bərdə rayon Vəkil bürosunun vəkili X2 dəvət etmiş. Daha sonra vəkilin və tədbir iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış. Şəxsi axtarış zamanı tədbir iştirakçısı, polis nəfəri Şahid2 tərəfindən video çəkiliş aparılmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol an cibindən 1 qutu “ARGO” siqareti, arxa sağ tərəf cibindən isə 1 ədəd alışqan, 1 ədəd “10” qəpik dəmir pul və 1 ədəd fleşkart aşkar olunmuş. Onun əlində gəzdirdiyi sellofan torbanın içərisindən 1 ədəd çəkic, 1 ədəd mismarçıxardan və 1 ədəd idman şalvarı aşkar olunmuş. İdman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olunmuş. Həmin bükülünün içərisinə baxış keçirən zaman oradan boz rəngli, toz şəklində narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan torbada olan idman şalvarının sağ yan cibindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və onu 2020-ci il sentyabrın 07-də gündüz vaxtı stansiyanın yaxınlığında olan “Mürvət Oil” yanacaq doldurma mənəqəsinin arxasından keçən dəmir yol relsinin kənarı ilə gedərkən yerdən tapdığını, özü istifadə etmək üçün həmin vaxt əynində olan idman şalvarının sağ yan cibinə qoyduğunu, 2020-ci il sentyabrın 08-də işləməyə gedərkən həmin idman şalvarını sellofan torbaya qoyub özü ilə götürdüyünü, həmin gün saat 20.15 radələrində Bərdə dəmiryol stansiyasının yaxınlığında qorunan dəmiryol keçidinin üstü ilə yaşadığı evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə dəmiryol stansiyasında yerləşən Ağdam st.XPM-nə gətirildiiyi bildirmiş. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə kağız bükülü ilə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisi 1,55 qram olması müəyyən olunmuş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyulub qablaşdırılaraq Yevlax st.XPŞ-nin zərflər üçün olan möhürü ilə möhürlənmişdi, zərfin üzərində qeydiyyatlar aparılaraq müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdı. Təqsirləndirilən şəxs üzərindən və əlində gəzdirdiyi selloafan torbadan cinayət xarakterli digər əşya aşkar olunmamışdı. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, o, və digər iştirakçılar protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin X4 ekspert rəyindən məlum olmuş ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə - çəkisi 1,187 qram olan narkotik vasitə heroindir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı yolla əldə etməsi və ya satışı ilə məşğul olub-olmaması barədə hələlik məlumatı yoxdur, lakin bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əlavə yeni bir xüsusat məlum olarsa bu barədə dərhal istintaqa məlumat verəcəkdir. Cinayət işinin 9-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08.09.2020-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 86-88-ci vərəqələrində Yevlax rayon Məhkəməsinin 4(039)76\2020 saylı 10.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-157-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 05.01.2018-ci il tarixli, 1(021)15\2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 158-163-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 23.09.2020ci il tarixli, 1(021)127\2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələr ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X4 09 sentyabr 2020-ci il tarixli 17/535 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,187 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin 91-ci vərəqəsində olan maddi sübut kimi tanımaq və saxlanılması üçün təhvil verilməsi haqqında 15.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış 1,137 qram çəkidə qalığı iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün Yevlax st.XPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 120-121-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 05.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 09 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 17.08.2018-ci ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasından 1 ay 18 gün vaxtında əvvəl şərti olaraq azad edilmiş, 08.10.2018-ci ildə cəzasının sonu başa çatmışdır. Cinayət işinin 152-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 13.11.2020-ci il tarixli 957 №-li MNE Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 166-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 66-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 728 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində 18.04.2007-ci il tarixdən dispanser qeydiyyatındadır. Cinayət işinin 164-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 793 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində 4 övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 05.01.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 09 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunması və 17.08.2018-ci ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasından 1 ay 18 gün vaxtında əvvəl şərti olaraq azad edilməsi olduğundan Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən residivlik yaratmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 10 sentyabr 2020- ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Bərdə rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 1(021)127\2020 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.2 və 177.2.3-cü maddələr ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 23.09.2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 16 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət , Bərdə rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli hökmündən əvvəl baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və cəzasının əvvəli 23.09.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)127\2020 saylı, 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyindən, hazırkı cinayət işi üzrə təyin olunan cəza həmin hökmlə təyn olunmuş cəza ilə toplanıldığından o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 71.94 (yetmiş bir manat doxsan dörd) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yevlax st X9 maddi sübut hesab olunan 1,137 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Bərdə rayon Məhkəməsinin 1(021)127\2020 saylı, 23 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə onun üzərində 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində 08 sentyabr 2020-ci il tarixindən 23 sentyabr 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 16 (on altı) gün təyin olunmuş 3 il cəzasından çıxmaqla üzərində qəti olaraq 2 il 11 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli 23 sentyabr 2020-ci il il tarixdən hesablansın. Yevlax st X9 maddi sübut hesab olunan 1,137 qarm heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar