Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-16/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 30 noyabr 2001-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri Aeroport qəsəbəsində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Samux kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olaraq cinayət törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində evlənmək məqsədilə Ağcabədi rayonu Avşar kəndində yaşayan xx xxxx 2009-cu il təvəllüdlü olmaqla 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikah münasibətinə girərək Bərdə rayonu Samux kəndində yaşadıqları fermanın həyətində olan vaqonda sonuncunun qəsdən qızlıq pərdəsinin tamlığını pozaraq onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunanadək anası Elmira və bacısı Rəvanə ilə birlikdə Bərdə rayonu Samux kəndində yaşamış və həmin kənddə “Mehman” kafesinin yaxınlığında yerləşən, Ələkbər adlı şəxsə məxsus fermada çoban işləmişdir. Zərərçəkmiş şəxs hadisədən təxminən 3-4 ay əvvəl tanımağa başlamış və onlar telefonda danışmışlar. Belə ki, anası Elmira əvvəllər Nigarın anası Qızxanım ilə eyni fermada işlədiyi üçün onların münasibəti olmuş, buna görə o, Nigarın ailəsini tanımışdır. Təxminən 1-2 ay əvvəl Nigar, anası Qızxanım və ögey atası İntiqam ilə birlikdə onların evinə getmişdir. Həmin vaxt onlar fermada işdən çıxdıqları üçün yeni iş yeri tapanadək onların evində qalmağı qərarlaşdırmış və 4 gün onlarla qalmışlar. O, Nigarı ilk dəfə həmin vaxt görmüş və ondan xoşu gəlmişdir. Bu səbəbdən bacısı Rəvanə vasitəsilə Nigara xoşu gəldiyini bildirmişdir. Nigar fikirləşib bir söz deyəcəyini söyləmiş, həmin gün axşam o, bacısından Nigarın fikrini soruşduqda “hə” cavabı verdiyini öyrənmişdir. Həmin gündən heyvan otarmağa getdiyi zamanlarda bacısının mobil telefonuna zəng etmiş və bacısı telefonu Nigara verdikdən sonra onlar bir-birləri ilə danışmışlar. Evdə olduğu zamanlarda isə böyüklərə görə danışa bilməmişlər. Bir neçə gün sonra Nigarın ailəsi Ağcabədi rayonu Avşar kəndində yerləşən fermada iş yeri tapıb oraya köçmüşdür. Bundan sonra Nigar anasının mobil telefonu ilə zəng edərək onunla danışmışdır. 14 avqust 2021-ci il tarixdə bacısını ad günü ilə əlaqədar anası Elmira Nigarın anası Qızxanıma zəng edərək onları ad gününə dəvət etmiş, 13 avqust 2021-ci il tarixdə Qızxanım, İntiqam və Nigar onların evinə gəlmişlər. Ancaq həmin gün Qızxanım və İntiqamın işi olduğundan Nigarı onların evində qoyaraq çıxıb getmişlər. Nigar onların evində qaldığı günlərdə qız ilə söhbətləşmiş, Nigarı sevdiyini və evlənmək istədiyini demişdir. 15 avqust 2021-ci il tarixdə səhər saatlarında stol arxasında oturanda o, Nigara cinsi əlaqədə olmağı təklif etmiş, Nigar isə bu təklifə axşam cavab verəcəyini bildirmişdir. Axşam saatlarında heyvan otarmaqdan qayıtdıqdan sonra Nigarla söhbət edərək nə qərara gəldiyini soruşmuşdur. Bu zaman Nigar ona anası yatdıqdan sonra cinsi əlaqədə ola biləcəklərini söyləmişdir. Gecə saat 02:00 radələrində anası və bacısının yatdıqlarına əmin olduqdan sonra Nigarla birlikdə fermanın həyətindəki köhnə vaqonun içərisinə getmiş, orada olan çarpayının üzərində oturaraq bir az söhbət etmişlər. Daha sonra Nigar əynindəki qara rəngli şalvarı və alt paltarını yarıyadək aşağı çəkərək böyrü üstə çarpayıya uzanmış, o da şalvarını və alt paltarını aşağı çəkmişdir. Ardınca Nigarın yanına uzanaraq öz cinsiyyət orqanını Nigarın cinsiyyət orqanına bir neçə dəfə daxil edib çıxarmış, Nigarın qızlıq pərdəsi pozulduğu üçün qan axmağa başlamışdır. Buna görə də o, dayanmış, elə bu vaxt qəflətən anası içəri daxil olmuşdur. Anası vaqonun işığını yandırana qədər onlar artıq əyinlərini geyinmiş, anası onları çarpayıda görüb danlamış, sonra isə evə getmişlər. Ertəsi gün Nigara onu sevdiyini, aralarında artıq cinsi əlaqənin olduğunu, evlənmək istədiyini bildirmiş, Nigar da öz növbəsində onu sevdiyini deyərək evlənmək istəyini dilə gətirmişdir. Bu səbəbdən onlar könüllü şəkildə evdən qaçıb evlənmək qərarına gəlmişlər. O, dərhal mobil telefon vasitəsilə taksi sürücüsü işləyən tanışı Xəyyama zəng edərək Şəki rayonuna getmək istədiyini demiş və hansı qiymətə aparacağını soruşmuşdur. Xəyyam 35 manat qarşılığında onu Şəki rayonuna apara biləcəyini dedikdə o, razılaşaraq Xəyyama axşam saatlarında fermanın yaxınlığına gəlməsini söyləmişdir. 16 avqust 2021-ci il tarixdə anası və bacısı yatdıqdan sonra Nigarla birlikdə evdən çıxıb fermanın yaxınlığında onları gözləyən Xəyyamın avtomobilinə əyləşmiş və Şəki rayonunda yaşayan qardaşı Təbrizin işlədiyi fermaya doğru yola düşmüşlər. O, əvvəlcədən qardaşına zəng edib yanına gələcəyini bildirdiyi üçün yolda olarkən yenidən Təbriz ilə əlaqə saxlamış və 35 manat pul lazım olduğunu demişdir. Bu zaman qardaşı ona fermanın sahibi Babaya zəng edib pul verməsini xahiş edəcəyini, pulu Babadan götürməsini bildirmişdir. Onlar Babanın yaşadığı Şəki rayonu Çayqaraqoyunlu kəndinə çatdıqdan sonra o, avtomobildən düşüb Babanı çağırmış və Baba evdən çölə çıxıb onunla görüşmüşdür. Daha sonra Babadan sürücünün pulunu verməsini istəmiş, Baba isə cibindən 35 manat pul çıxarıb Xəyyama vermişdir. Ancaq Baba anidən avtomobilin arxa oturacağında oturan Nigarı görüb ondan qızı qaçırıb-qaçırmadığını soruşmuş, o isə qaçırmadığını bildirmişdir. Baba əsəbiləşib pulu Xəyyamdan geri alaraq onları qovmuşdur. Bundan sonra onlar Bərdə rayonuna qayıtmış və o, pulu olmadığı üçün özünə məxsus “Samsung A50” markalı mobil telefonunu 35 manat yol xərci əvəzində Xəyyama verib pulu gətirəndə telefonu alacağını demişdir. İşlədiyi fermanın yaxınlığında avtomobildən düşdükdən sonra Xəyyam çıxıb getmiş, onlar qorxduqlarından evə gedə bilməmiş və piyada şəkildə bacısı Yeganənin yaşadığı Yevlax rayonuna getmişlər. 18 avqust 2021-ci il tarixdə səhər saatlarında Yeganənin yaşadığı evə çatmışlar. Həmin evdə çay içib yemək yedikdən sonra əvvəllər tanıdığı Sücaət adlı şəxsin Zərdab rayonunda yerləşən fermasına getməyə qərar vermişlər. Bu məqsədlə Yevlax rayonunun avtovağzalına yollanmış, orada avtobus ilə Ucar rayonuna getmiş, pulu olmadığından Ucar rayonunda avtobusdan enib piyada şəkildə Zərdab rayonuna getməyə başlamışlar. Yolda olarkən əvvəlcədən Sücaətə zəng edib onun fermasına gələcəyini bildirmişdir. Həmin gün Sücaətin fermasına çatıb içəri keçdikdə Sücaət onlara axşam polis əməkdaşlarının gəldiklərini və onun qız qaçırması barədə məlumat verdiklərini demiş, bu səbəbdən orada qalmalarına icazə verməmişdir. Sonra Sücaət qardaşı Ələmşah ilə mobil telefon əlaqəsi saxlayıb polis çağırmasını söyləmişdir. Bir qədər sonra polis əməkdaşları oraya gələrək onları polis şöbəsinə aparmışlar. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində Nigar ilə 15 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində Bərdə rayonu Samux kəndində yerləşən fermadakı vaqonun içərisində cinsi əlaqədə olduğunu, həmin vaxt Nigarın 16 yaşının tamam olduğunu bildiyini, çünki Nigarın ona 16 yaşında olmasını dediyini, Nigarın cinsi əlaqədə olmağa etiraz etmədiyini və qızın razılığı əsasında cinsi əlaqədə olduqlarını, Nigarın istəyi ilə onu Şəki rayonuna apardığını, həmin vaxt Nigara qarşı zor tətbiq etmədiyini, Nigarı zorlamadığını, Nigarla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını və qıza qarşı heç bir seksual xarakterli hərəkət etmədiyini bildidi. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasnda Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 iştirakı ilə ifadəsində göstərdi ki, Ağcabədi rayon Avşar kəndində yaşayır. Valideynləri həmin kənddə Namaz adlı şəxsə məxsus fermada çoban işləyir. X2 hadisədən təxminən 2 ay əvvəl tanımışdır. Belə ki, anası Qızxanım əvvəllər Abasəlinin anası ilə eyni fermada işlədiyi üçün onların münasibəti olmuş, buna görə o, Abbasəlini tanımışdır. Təxminən 1-2 ay əvvəl o, anası Qızxanım və ögey atası İntiqam ilə birlikdə Abbasəlinin ailəsinin evinə getmişdir. Həmin vaxt valideynləri Bərdə rayonu Mehdili kəndində yerləşən fermada işdən çıxdıqları üçün evsiz qalmış, yeni iş yeri tapanadək Abbasəligilin evində qalmağı qərarlaşdırmış və 3 gün onlarla qalmışlar. O, Abbasəlini ilk dəfə həmin vaxt görmüş və ondan xoşu gəlmişdir. Abbasəlinin bacısı Rəvanə ilə arasında səmimi münasibət yarandığı üçün Rəvanə qardaşının ondan xoşu gəldiyini bildirmiş, ilk olaraq “yox” desə də, sonradan Abbasəli “Whatsapp” sosial şəbəkəsində ona mesaj yazmışdır. Anasının mobil telefonun iki sim kartlı olduğu üçün o, istifadəsində olan mobil nömrəni telefona daxil edib Abbasəli ilə yazışmışdır. Bu yazışmalar onun valideynləri Ağcabədi rayonu Avşar kəndində köçdükdən sonra başlamışdır. 08 avqust 2021-ci il tarixdə Abbasəli anası və bacısı ilə birlikdə onların qaldıqları evə baş çəkmiş, 10 avqust 2021-ci il tarixdə isə Elmira ona mobil telefon vasitəsilə zəng edərək 14 avqust 2021-ci il tarixdə Rəvanənin ad günü olduğunu, onları da ad gününə dəvət etdiyini bildirmişdir. Əvvəlcə, anası getməyə razı olmasa da, sonradan onu göndərəcəyini demişdir. 13 avqust 2021-ci il tarixdə o, anası və ögey atası ilə birlikdə Abbasəligilə yollanmış, ancaq həmin gün işləri olduğundan onu Abbasəligilin evində qoyaraq çıxıb getmişlər. Həmin evdə qaldığı müddətdə vaxtını Rəvanə ilə keçirmiş, bəzən Abbasəli ilə söhbət etmişdir. 14 avqust 2021-ci il tarixdə Abbasəli, Rəvanə, kürəkənləri Əli və fermanın sahibinin oğlu Rufanla birlikdə Mingəçevir şəhərinə getmiş və Kür çayı sahilindəki “Liman” restoranında Rəvanənin ad gününü qeyd etmişlər. Həmin gün təxminən saat 12:00-da evə qayıdıb Rəvanə ilə yatmışdır. 15 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində Abbasəli ona yaxınlaşaraq “Anam razı deyil bu işə, gəl cinsi əlaqədə olaq, ondan sonra razı olarlar” sözlərini demişdir. O, əvvəlcə, buna “yox” desə də, sonra razılaşmışdır. 16 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində Abbasəli anası və bacısının yatdığını bildikdən sonra onu evdən çölə çağırmışdır. Onlar birlikdə fermanın həyətindəki köhnə vaqonun içərisinə getmiş, orada olan çarpayının üzərində oturaraq bir az söhbət etmişlər. Daha sonra o, əynindəki şalvarı alt paltarı ilə bir yerdə yarıyadək aşağı çəkərək çarpayıya uzanmış, Abbasəli də şalvarını və alt paltarını yarıyadək aşağı çəkmişdir. Ardınca Abbasəli öz cinsiyyət orqanını onun cinsiyyət orqanına bir neçə dəfə daxil edib çıxarmış, onun qızlıq pərdəsi pozulduğundan qan axmağa başlamışdır. Buna görə də Abbasəli dayanmış, əyinlərini geyinib çarpayıya uzanmış, bir qədər sonra Abbasəlinin anası Elmira içəri girərək onları çarpayıda görüb danlamış, sonra isə evə getmişlər. Ertəsi gün Abbasəli onu sevdiyini, aralarında artıq cinsi əlaqənin olduğunu, evlənmək istədiyini bildirmiş, o da da öz növbəsində Abbasəliyə onu sevdiyini deyərək evlənmək istəyini dilə gətirmişdir. Bu səbəbdən onlar könüllü şəkildə evdən qaçıb evlənmək qərarına gəlmişlər. Daha sonra Abbasəli taksi sürücüsünə zəng edərək Şəki rayonuna getmək istədiyini demiş və hansı qiymətə aparacağını soruşmuşdur. Taksi sürücüsü 35 manat qarşılığında onu Şəki rayonuna apara biləcəyini dedikdə Abbasəli razılaşaraq sürücüyə axşam saatlarında fermanın yaxınlığına gəlməsini söyləmişdir. Axşam saatlarında hamı yatdıqdan sonra Abbasəli ilə birlikdə evdən çıxıb fermanın yaxınlığında onları gözləyən, sonradan adının Xəyyam olmasını bildiyi şəxsin avtomobilinə əyləşmiş və Abbasəlinin Şəki rayonunda yaşayan qardaşı Təbrizin işlədiyi fermaya doğru yola düşmüşlər. Lakin Şəki rayonuna çatdıqda Abbasəlinin qardaşının müdiri onu avtomobildə görüb pul verməmiş, buna görə də onlar Bərdə rayonuna qayıdası olmuşlar. Abbasəlinin pulu olmadığı üçün özünə məxsus mobil telefonu taksi sürücüsünə vermişdir. Fermanın yaxınlığında avtomobildən düşdükdən sonra qorxduqlarından evə gedə bilməmiş və piyada şəkildə Abbasəlinin bacısı Yeganənin yaşadığı Yevlax rayonuna getmişlər. 18 avqust 2021-ci il tarixdə səhər saatlarında Yeganənin yaşadığı evə çatmışlar. Həmin evdə çay içib yemək yedikdən sonra Zərdab rayonuna getmək üçün evdən çıxmışlar. Ucar rayonunun ərazisində isə polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Bundan başqa o, Abbasəlinin ona qarşı zor tətbiq etmədiyini, könüllü şəkildə Abbasəli ilə cinsi əlaqədə olduğunu, Abbasəliyə 13 yaşında olmasını dediyini, Abbasəlinin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, ona qarşı digər seksual xarakterli hərəkətlər etmədiyini, sadəcə təbii formada cinsi əlaqədə olduqlarını bildirmişdir. Həmçinin ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ondan heç bir şiakyət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonu Avşar kəndində yaşayır və həmin kənddə yerləşən Tural adlı şəxsin fermasında çoban işləyir. 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. Onun uzun illərdir tanıdığı Şahid3 adlı tanışı var. Müxtəlif fermalarda çoban işlədiyi üçün Elmira ilə çox rastlaşmış, beləcə, gediş-gəlişləri yaranmışdır. Bir neçə ay əvvəl işlədiyi, Bərdə rayonu Mehdili kəndində yerləşən fermada işdən çıxdığı üçün evsiz qalmışlar. Buna görə də Elmiraya zəng edib yeni iş yeri tapanadək onların evində qalmaq üçün razılıq verməsini xahiş emişdir. Elmira buna razılıq verdikdən sonra əri İntiqam və qızı Nigar ilə birlikdə onların evinə getmiş və 3 gün orada qaldıqdan sonra Ağcabədi rayonu Avşar kəndində yerləşən fermada iş tapıb oraya köçmüşlər. 13 avqust 2021-ci il tarixdə Elmiranın qızı Rəvanə ona zəng edərək 15 avqust 2021-ci il tarixdə ad günü olacağını və qızı Nigarı onların işlədiyi fermaya gətirməsini istəmiş, o da buna razılıq vermişdir. Elə həmin gün İntiqam və Nigar ilə birlikdə Bərdə rayonu Samux kəndində yerləşən fermaya getmiş və Nigarı orada qoyub Ağcabədi rayonuna qayıtmışlar. 14 avqust 2021-ci il tarixdə İntiqam Nigara zəng edib harda olmasını soruşmuş, Nigar isə Rəvanə ilə birlikdə evdə oturduqlarını demişdir. Daha sonra bir daha Nigar ilə əlaqə saxlaya bilməmişlər. 16 avqust 2021-ci il tarixdə Elmira ona zəng edərək Nigarın evdə olmadığını və qaçdığını bildirmişdir. Bundan sonra əri İntiqam Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət edib bu barədə məlumat vermişdir. Daha sonra Elmiranın işlədiyi fermanın sahibi Rəvan adlı şəxs ona zəng edərək Nigarın tapılması barədə məlumat vermiş və gəlib aparmalarını istəmiş, o isə Rəvana ertəsi gün gəlib aparacaqlarını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, qızı X1 qaçırmış və Nigar onların evində qaldığı müddətdə, yəni 16 avqust 2021-ci il tarixdə saat 02:00 radələrində Abbasəli ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2007-ci il təvəllüdlü qızı Şahid4 ilə birlikdə Bərdə rayonu Samux kəndində yerləşən fermada yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Abbasəli 30 noyabr 2001-ci il tarixdə Yevlax şəhərində dünyaya gəlmişdir. O, hadisədən təxminən 5 ay əvvəl Bərdə rayonu Samux kəndində “Mehman” kafesinin yaxınlığında yerləşən, Rəvan adlı şəxsə məxsus olan fermada oğlu və qızı ilə birlikdə çoban işləməyə başlamışdır. Həmin fermadan əvvəl işlədiyi yerdə isə Şahid1 tanımağa başlamış və aralarında münasibət yaranmışdır. Belə ki, Qızxanımın əvvəlki ərindən Nigar adlı azyaşlı qızı olmuş, sonradan Qızxanım Ucar rayonundan olan İntiqam adlı şəxs ilə ər-arvad münasibətində yaşamışdır. Bir neçə ay əvvəl Qızxanım onunla əlaqə saxlayaraq işlədiyi fermada işdən çıxdığına görə qalmaq üçün yerə ehtiyacı olduğunu demişdir. Daha sonra Qızxanım ondan onların işlədiyi fermada qala bilib-bilməyəcəklərini soruşmuşdur. O, qala biləcəklərini söylədikdə Qızxanım, İntiqam və Nigar ilə birlikdə onların evinə gəlmiş və yeni iş yeri tapanadək təxminən 3-4 gün orada qalmışlar. Həmin günlərdə o, Nigarı uzun müddət sonra ilk dəfə gördüyündən qızın təxminən 14-15 yaşlarda olduğunu düşünmüşdür. Bir neçə gün sonra Qızxanım və ailəsi Ağcabədi rayonu Avşar kəndində yerləşən fermada iş yeri tapıb oraya köçmüşdür. Nigarın onların evində qaldığı müddətdə oğlu ilə aralarında hansı münasibətlərin olmasından heç bir xəbəri olmamışdır. Hətta Nigar azyaşlı olduğuna görə, əvvəlcə, onların evində qalmasına icazə verməsə də, sonradan razılaşmışdır. 15 avqust 2021-ci il tarixdə qızı Rəvanənin ad günü olduğu üçün o, Qızxanıma zəng edərək onları ad gününə dəvət etmişdir. 13 avqust 2021-ci il tarixdə Qızxanım, İntiqam və Nigar onların evinə gəlsələr də, işləri olduğu üçün Nigarı qoyaraq çıxıb getmişlər. 14 avqust 2021-ci il tarixdə Rəvanə, Abbasəli, Nigar və kürəkəni Əli qızının ad gününü qeyd etmək üçün Mingəçevir şəhərinə getmiş və elə həmin gün Bərdə rayonuna qayıtmışlar. 16 avqust 2021-ci il tarixdə gecə saat 02:00 radələrində yuxudan oyandıqda Nigarın yatdığı yerdə olmadığını görmüşdür. Bundan şübhəyə qapılaraq fermanın həyətindəki köhnə vaqona doğru gedib içəri daxil olmuşdur. Bu zaman Nigar və Abbasəlinin vaqonun içərisində olan çarpayının üzərində yatdıqlarını görmüşdür. Lakin həmin vaxt onların paltarları əyinlərində olmuşdur. O, Nigar və Abbasəlini danlayaraq evə gətirmişdir. Həmin gecə Nigarı özü ilə birlikdə yatırtmış, 16 avqust 2021-ci il tarixdə Qızxanım ilə əlaqə saxlayaraq gəlib Nigarı aparmasını söyləmişdir. Həmin gün axşam saatlarında yuxudan oyandıqda Nigarın yenidən yatdığı yerdə olmadığını və üzərindəki paltarları dəyişdiyini görmüşdür. Daha sonra fermanın ərazisini axtararaq Abbasəlinin də fermada olmadığını yəqin etmişdir. Həmin vaxt başa düşmüşdür ki, Nigar və Abbasəli birlikdə qaçmışlar. Buna görə də əvvəlcə, fermanın sahibi Rəvana, sonra isə Qızxanıma zəng edib bu barədə məlumat vermişdir. Sonradan Nigar və Abbasəlinin birlikdə Xəyyam adlı taksi sürücüsünün avtomobilinə əyləşərək Şəki rayonuna getdiklərini, oradan isə Yevlax rayonuna qayıtdıqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Yevlax şəhəri H.Hacıyev küçəsində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qaynıdır. 17 avqust 2021-ci il tarixdə saat 05:00 radələrində qayınanası Elmira onların evinə gələrək Abbasəlinin orada olub-olmadığını soruşmuşdur. Onlar Elmiradan nə baş verdiyini xəbər aldıqda Abbasəlinin Nigarı qaçırdığını öyrənmişlər. O, Abbasəli və Nigarın onların evinə gəlmədiklərini demiş və Elmira çıxıb getmişdir. 17 avqust 2021-ci il tarixdə səhər saatlarında özü, arvadı Yeganə və anası Arzu evdə yatan zaman Abbasəli onların evinə gəlmişdir. Lakin anası Abbasəlinin yanında olan azyaşlı qızı görüb onları içəri buraxmamışdır. Abbasəli bir qədər evin yaxınlığında dayanaraq anasının işə getdiyini gördükdən sonra yenidən onların evinə gələrək qapını döymüşdür. Qapını arvadı Yeganə açmış və Abbasəli ilə Nigarı evə buraxmışdır. Həmin vaxt özü də yuxudan oyanmış, Abbasəli və Nigarın evdə olduqlarını görmüşdür. O, Abbasəlidən Nigarın nəyə görə yanında olduğunu soruşanda, Abbasəli Nigarı işlədikləri fermadan qaçırdığını söyləmişdir. Daha sonra Abbasəli Nigar ilə birlikdə Şəki rayonunda yerləşən, qardaşı Təbrizin işlədiyi fermaya getdiklərini, lakin fermanın sahibi Babanın yanında azyaşlı qız olduğu üçün onları fermaya buraxmadığını bildirmişdir. Abbasəlinin danışdıqlarına əsasən, onlar Şəki rayonundan qayıdaraq öz işlədiyi fermanın qarşısında avtomobildən düşmüş, qorxduqları üçün evə gedə bilməmiş və piyada şəkildə onların evinə gəlmişlər. Bundan sonra Abbasəli və Nigar evdə çay içmiş, Abbasəli zəng etmək üçün ondan mobil telefonunu verməsini istəmişdir. O, telefonu Abbasəliyə verdikdən sonra Abbasəli Sücaət adlı şəxsə zəng edərək “Həmin işi həll etmişəm və sizə gəlirəm” sözlərini demiş, həmin şəxs də Abbasəliyə gəlməsini bildirmişdir. Abbasəli telefonla danışıb qurtardıqdan sonra o, nə məsələ olduğunu soruşmuş və Abbasəli Zərdab rayonunda yaşayan tanışı Sücaətin evinə gedəcəklərini demişdir. Sonradan bilmişdir ki, Abbasəli və Nigar Yevlax rayonunun avtovağzalına yollanmış, oradan isə avtobus ilə Zərdab rayonuna getmişlər. Bundan sonra onun Abbasəli və Nigarın harada olmaları barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Yevlax filialında fəhlə işləyir. Buna baxmayaraq dolanışığı ilə əlaqədar özünə məxsus “VAZ-21099” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Bərdə-Yevlax avtomobil yolunun kənarında yerləşən “Mehman” kafesinin yaxınlığında fermada yaşayan Abbasəlini təxminən 4-5 ay əvvəl tanımışdır. Belə ki, həmin şəxsin ailəsini Yevlax şəhərində yerləşən “Neptun” adlı marketin qarşısında taksi fəaliyyəti ilə məşğul olan zaman tanımış və 4-5 dəfə müştəri kimi aparmışdır. Dəfələrlə Abbasəli ona zəng edib özünü və anası Elmiranı müxtəlif yerlərə aparmasını xahiş etmişdim. Abbasəli onunla daim istifadəsindəki, sonluğu “8236” olan mobil nömrə ilə əlaqə saxlamışdır. Sonuncu dəfə 16 avqust 2021-ci il tarixdə saat 22:00-23:00 radələrində Abbasəli ona zəng edərək Şəki rayonuna aparmasını istəmiş, o isə telefonda Şəki rayonuna getmək üçün 35 manat pul verməli olduğunu bildirmişdir. Abbasəli isə onunla razılaşmış və o, qeyd olunan vaxtda həmişə olduğu kimi “Mehman” kafesinin yaxınlığında yerləşən, Zahid adlı şəxsə məxsus yanacaqdoldurma məntəqəsinin yaxınlığında gözləmişdir. Təxminən 5 dəqiqə gözlədikdən sonra Abbasəli təxminən 15 yaşında olan qızla birlikdə gələrək onun avtomobilinə əyləşmiş və onları Şəki rayonu Çayqaraqoyunlu kəndinə aparmasını istəmişdir. Onlar avtomobilə əyləşdikdən sonra o, avtomobili Şəki rayonuna doğru idarə etməyə başlamışdır. Şəki rayonu Çayqaraqoyunlu kəndinə çatdıqdan sonra Abbasəli onu əvvəllər tanıdığı ünvana yollanmış və avtomobildən yerə düşərək Baba adlı şəxsi çağırmışdır. Həmin şəxs həyətə çıxıb Abbasəli ilə görüşdükdən sonra onun avtomobilinə əyləşmiş və Şəki rayonu ərazisində yerləşən fermaya getməli olduqlarını demişdir. Bu zaman Baba ondan yol xərcini soruşmuş, o da Babaya 35 manat verəcəklərini söyləmişdir. Daha sonra Baba cibindən 35 manat pul çıxarıb ona vermişdir. Lakin o, avtomobili işə salmazdan əvvəl Baba arxaya çevrilərək arxa oturacaqda əyləşən 15 yaşlı qızı görmüş və Abbasəlidən həmin qızın kim olduğunu soruşmuşdur. Abbasəli, əvvəlcə, suala cavab verməsə də, Baba adlı şəxs üzərinə qışqırdıqdan sonra həmin qızın həyat yoldaşı olduğunu demişdir. Bundan sonra Baba həmin qızdan neçə yaşının olduğunu soruşmuş, qız isə Babaya acıqlı şəkildə 15 yaşında olduğunu bildirmişdir. Bunun ardınca Baba ona Abbasəlinin həmin qızı Bərdə rayonundan qaçırdığını, bunun hər ikisi üçün çətin olacağını, buna görə də Abbasəlini və qızı haradan götürübsə, həmin yerə aparıb düşürməsini məsləhət görmüşdür. Sonra o, Abbasəliyə səslənərək niyə onu aldatdığını soruşmuşdur. Baba verdiyi pulu geri istəmiş, bu işlərdə əli olmadığını, öz problemlərini özlərinin həll etmələrini deyərək avtomobildən düşmüşdür. Daha sonra yenidən ona səslənib Abbası və qızı götürdüyü yerə aparın düşürməsini bildirmiş, avtomobili Şəki rayonundan Bərdə rayonuna idarə edərkən qız yolda ona evlərinə qayıtmağa üzü olmadığını bildirmişdir. Abbasəli qızı sakitləşdirib evlərinə qaytarmağa razı salsa da, ona avtomobili Yevlax rayonunda yaşayan bacısıgilin evinə sürməsini tapşırmışdır. Ancaq o, bununla razılaşmayaraq onları Bərdə rayonuna aparacağını demişdir. Bir müddət sonra o, Bərdə rayonuna çatıb Abbasəlini və qızı avtomobilinə əyləşdikləri yerdə düşürüb çıxıb getmişdir. Həmin vaxt Abbasəlidən yol pulunu istəsə də, Abbasəli pulunun olmadığını bildirərək özünə məxsus “Samsung A50” markalı mobil telefonu ona vermiş, bir gün sonra 35 manat pulu gətirib telefonunu geri alacağını demişdir. Abbasəlinin mobil telefonunu götürdükdən sonra Yevlax rayonunda yerləşən evində saxlamış, sonra isə geri qaytarmışdır. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 Əliyeva Qızxanım Vaqif qızı ilə eyni məzmunlu ifadə verilməsi elan olundu. Cinayət işinin 53-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 25 avqust 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 88-89-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 4(021)58/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 24-26-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Bərdə rayonlararası ekspertiza şöbəsinin 20 avqust 2021-ci il tarixli 735 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş olub müddəti 16 avqust 2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. Cinayət işinin 139-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Bərdə Rayon Samux İcra Nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax Rayon Mərkəzi X4 Şəxsi tərəfindən verilmiş 04.01.2022-ci il tarixli Epikrizdən grünür ki, Şahid3 “kəskin daşlı xolesistit” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İ № 954128 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 12.02.2015-ci il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını, yaşayış yerindən mənfi xarakterizə olunmamasını, anasının xəstə olmasını, atasının vəfat etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin on dörd yaşına çatmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 27 avqust 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-16/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-16/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver