Məhkəmə qərarları › İş №1(021)-16/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-16/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-16/2023 20.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Təqsirləndirilən şəxs və onun onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi qaydada pambıqçılıqla məşğul olan, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində bələdiyyə mülkiyyətində olan təbiət ərazilərində, «Yaşıllıqların götürülməsi Qaydası Haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolun ağac və kollardan təmizlənməsi məqsədi ilə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək yolda olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarı ilə müəyyən edilmiş 2022-ci ilin fevral-mart aylarında 1 ədəd diametri 34 sm olan tut ağacının kəsilməsinə görə təbiətə 350 manat məbləğində, 1 ədəd diametri 24 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 2 ədəd diametri 12 sm olan söyüd ağaclarının kəsilməsinə görə təbiətə 240 manat məbləğində, 1 ədəd diametri 18 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 22 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 14 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 10 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 120 manat məbləğində, 1 ədəd diametri 16 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 17 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 180 manat məbləğində, 1 ədədi 80 manat təşkil edən cəmi 13120 (on üç min yüz iyirmi) manat məbləğində 164 ədəd böyürtikən kolu ağac və kolları kökündən çıxartdırmış, ümumilikdə isə təbiətə küllü miqdarda, yəni 14910,00 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o anadan olandan Bərdə rayonu, Nazırlı kəndində ata evimdə yaşamışdır. 2019-cu ildə kənd ərazisindən keçən kanalın qırağında 30 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində tikinti işləri aparmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Bərdə rayon Nazırlı kənd bələdiyyə sədri Şahid3 müraciət edərək ona məxsus torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün yolu ağac və kol basdığına görə həmin yolun ağac və kollardan təmizlənməsinə köməklik etməyini xahiş etmişdir. Sonuncu da bununla əlaqədar həmin günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinə rəsmi qaydada müraciət etmiş və məktuba cavab gələcəyini ona demişdir. Bundan sonra o Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinin işçisi Eyvaz adlı şəxsin telefon nömrəsinə zəng edərək evinin tikilməsi üçün daş və qum aparılmasından ötrü yolun təmizlənməsi üçün ona köməklik etməyini bildirmiş və həmin məktuba tezliklə cavab verməyini xahiş etmişdir. Sonuncu da ona çalışıb tezliklə həmin məktuba cavab verəcəyini bildirmişdir. Bundan sonra qardaşı Şahid8 ona zəng edərək harada olduğunu soruşmuş, o da evdə yemək yediyini bildirmişdir. Sonuncu ona həyətyanı sahəsinə gedən yolda çəpər, ağaclar və kolların yandığını bildirmişdir. O da dərhal həmin əraziyə getmiş və orada kənd sakinlərinin toplaşdığını görmüşdür. O orada olan zaman həmin ərazidə yerləşən çəpər və kolların artıq yanıb kül olduğunu görmüş və oradan evinə qayıtmışdır. Həmçinin o Bərdə RİH başçısının qəbulunda olan zaman evinə gedən yolun ağac və kollardan təmizlənməsinə ona köməklik etməyini xahiş etmiş, sonuncu da orada olan X18 idarəsinin rəisi Şahid11 tapşırıq verərək ona bu işdə köməklik etmələrini bildirmişdir. Təxminən 07 mart 2022-ci il tarixdə o kəndin onun küçəsinə dönən yolunda dayanan zaman sovet traktorunun olduğunu görmüş və sonuncunu saxlayaraq sürücüyə 20 manat pul verərək onun evinin yanından olan yol yerində olan ağacları təmizləyib gəlməyini bildirmişdir. Sürücü də həmin ərazini təmizləmiş və oranı tərk edib getmişdir. xx.xx.2022-ci il tarixdə Nazırlı kənd bələdiyyəsinin sədri Şahid3 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinin iki nəfər əməkdaşı, traktorun sürücüsü və kənd sakinlərinin iştirakı ilə həmin 12 metr uzunluqda olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı ondan nə üçün həmin ağacların kökündən çıxarılması soruşulmuş, o da evini tikmək üçün yolu açmaq istədiyini bildirmişdir. Əlavə olaraq qeyd edir ki, 07 mart 2022-ci il tarixdə kəndin onun evinin yanından olan yol yerində yerləşən ağac və kolların kökündən çıxarılması üçün müraciət etdiyi sovet traktorunun sürücüsünü tanımadığını, evini bərpa edib oraya daş qum aparmaq məqsədi ilə evimə gedən 12 metr uzunluq təşkil edən ərazidə olan bütün kollar və ağacların təmizlənməsini təşkil etdiyini bildirmişdir. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X19 və Təbii Sərvətlər İdarəsinin müvəkkil edilmiş nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayon, Nazırlı kənd sakini Səfərov 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolda olan ağac və kollardan təmizlənməsi məqsədi ilə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək yolda olan yaş halda 1 ədəd diametri 34 sm olan bir ədəd tut ağacının kəsilməsinə görə təbiətə 350 manat məbləğində, 1 ədəd diametri 24 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 2 ədəd diametri 12 sm olan söyüd ağaclarının kəsilməsinə görə təbiətə 240 manat məbləğində, 1 ədəd diametri 18 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 22 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 14 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 10 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 120 manat məbləğində, 1 ədəd diametri 16 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 17 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 180 manat məbləğində, 1 ədədi 80 manat təşkil edən cəmi 13120 (on üç min yüz iyirmi) manat məbləğində 164 ədəd böyürtikən kolu ağac və kolların kökündən çıxartdırmış, ümumilikdə isə təbiətə küllü miqdarda maddi ziyan, 14910,00 manat məbləğində maddi ziyan vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxs dəymiş ziyanla bağlı heç bir ödəniş etməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2000-ci ildən Təbiətdən istifadə və nəzarət komitəsinin Bərdə və Tərtər rayon şöbəsi üzrə müfəttişi, 2001-ci ildə X14 Nazirliyi yaradılmış və orada onu şöbə rəisi vəzifəsinə təyin etmişlər, bundan sonra 2004-cü ildən 2009-cu ilədək Mingəçevir şəhər 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində müfəttiş, 2009-cu ildən 2014-cü ilədək 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində müfəttiş və 2014-cü ildən həmin şöbədə baş müfəttiş, 2018-ci ildən hal hazırki vaxtadək 9 X19 və Təbii Sərvətlər idarəsində baş müfəttiş vəzifəsində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin yanvar ayından Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək onun məhləsinə gedən işlənməmiş yolda ağac və kolların olduğunu və həmin yolun açılması üçün nə etməli olduğunu soruşmuşdur. O da ərazi bələdiyyə mülkiyyəti olduğu üçün ərazi bələdiyyəsinə müraciət etməsini, Nazırlı kənd bələdiyyəsi onlara müraciət edəndən sonra həmin məktub əsasında tərəflərindən baxış keçirib toplanmış sənədləri Ekologiya Nazirliyinin ekspertiza şöbəsinə göndərəcəklərini, oradan rəy veriləndən sonra hər hansı bir tədbir görülübgörülməməsinin müəyyən olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Bundan sonra onların işlədiyi idarəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tələt Səfərov tərəfindən ünvanlanan ərizə daxil olmuşdur. Həmin ərizədə qeyd olunmuşdur ki, Bərdə rayonu, Nazırlı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə gedən işlənməmiş yolda bitən ağac və kollar Təqsirləndirilən şəxs tərəfindən yandırılmışdır. Bu məlumat onlara daxil olandan sonra o və Şahid2 tərəfindən bu məsələnin araşdırmasına başlamışlar. Araşdırma zamanı Təqsirləndirilən şəxs, Tələt Səfərov və Bərdə rayonu, Nazırlı kənd bələdiyyə sədri Şahid3 həmin əraziyə dəvət etmişlər, Tələt həmin vaxtı həmin ərizədən xəbərininin olmadığını, onun tərəfindən belə bir ərizə yazılmadığını və həmin ərizəyə atılan imzanın da ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtı həmin ərazini yandırmadığını bildirmişdir. Bundan sonra sonuncuların dedikləri sənədləşdirilmiş və toplanan sənədlər aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 2 müraciəti əsasında onların işlədiyi idarəyə, yəni 9 saylı RETSİ-yə məktub daxil olandan sonra həmin məktubun icrası ilə bağlı o və Şahid2 həmin əraziyə akt tərtib edilməsi, fotoşəkilləri çəkib Ekologiya və X12 rəy verilməsi üçün göndərilməsinin təşkil olunması məqsədi ilə oraya yollanmışlar və bununla bağlı Bərdə rayon Nazırlı kənd bələdiyyəsinin sədrinə də orada iştirak etməsi üçün məlumat vermişlər, həmin vaxtı, yəni 10 mart 2022-ci il tarixdə saat təxminən günorta vaxtları həmin əraziyə yaxınlaşdıqda Təqsirləndirilən şəxs bir qrup tanımadığı kənd sakinləri ilə həmin yolda olan ağac və kolların kökündən çıxardılaraq traktorun lopedinə yığaraq ərazidən çıxardığını görmüşlər. Bunu görən kimi dərhal bununla bağlı məktubun icrası dayandırılaraq, həmin ərazidə ağacların kəsib götürülməsi ilə bağlı araşdırmaya başlanılmış və bu məqsədlə Təqsirləndirilən şəxs niyə belə etməsi soruşulmuş, sonuncu da məhləsinə daş aparmaq üçün təcili yol açmalı olduğunu demiş, o da sonuncuya niyə gözləmədiyini soruşmuş, sonuncu da ev tikdirdiyi üçün işinin ləngidiyini və buna görə həmin ağacların kökündən çıxarılması üçün yol ilə keçən traktoristə, ekskovatorçuya müraciət etdiyini və həmin ağacları kökündən çıxartmasını tapşırdığını bildirmişdir. Bununla bağlı həmin vaxtı orada Təqsirləndirilən şəxs, Bərdə rayon, Nazırlı kənd bələdiyyə sədri Şahid3 iştirakları ilə akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmin şəxslərin izahatları alınmış, amma ağac kötüylərini aparan traktorçu izahat verməkdən imtina etmişdir. Bununla bağlı sənədlər toplanılaraq, təbiətə dəymiş ziyan hesablanaraq, 2022-ci ilin fevral ayında baş vermiş yanğın zamanı tərəfindən aparılmış baxış zamanı həmin ərazidə yanmayan ağac və kolların fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 2006-cı ildən 2009-cu ilədək Mingəçevir şəhər 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində məsləhətçi, 2009-cu ildən 2016-ci ilədək 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində məsləhətçi, 2016-cı ildən hal hazırki vaxtadək 9 X19 və Təbii Sərvətlər idarəsində məsləhətçi müfəttiş vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin fevral ayında onların işlədiyi idarəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tələt Səfərov tərəfindən ünvanlanan ərizə daxil olmuşdur. Həmin ərizədə qeyd olunmuşdur ki, Bərdə rayonu, Nazırlı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə gedən işlənməmiş yolda bitən ağac və kolların Təqsirləndirilən şəxs tərəfindən yandırılmışdır. Bu məlumat onlara daxil olandan sonra o və Şahid1 tərəfindən bu məsələnin araşdırmasına başlamışlar. Araşdırma zamanı Təqsirləndirilən şəxs, Tələt Səfərovu və Bərdə rayonu, Nazırlı kənd bələdiyyə sədri Şahid3 həmin əraziyə dəvət etmişlər, Tələt həmin vaxtı həmin ərizədən xəbərinin olmadığını, onun belə bir ərizə yazmadığını və həmin ərizəyə atılan imzanın da ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtı həmin ərazini yandırmadığını bildirmişdir. Bundan sonra sonuncular tərəfindən onlara deyilənlər sənədləşdirilmiş və toplanan sənədləri aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Buna baxmayaraq onların tərəfindən bununla bağlı araşdırma davam etdirilmişdir. Bundan bir neçə müddət sonra Təqsirləndirilən şəxs ünvan 2 müraciəti əsasında onların idarəyə, yəni 9 saylı RETSİ-yə Bərdə rayon, Nazırlı kənd bələdiyyəsinin sədri Şahid3 tərəfindən məktub daxil olandan sonra həmin məktubun icrası ilə bağlı o və Şahid1 həmin məktubun icrası ilə bağlı əraziyə yollanaraq akt tərtib etmiş, fotoşəkilləri çəkib Ekologiya və X12 rəy verilməsi üçün göndərilməsi məqsədi ilə, həmçinin bununla bağlı Bərdə rayon Nazırlı kənd bələdiyyəsinin sədrinə də orada iştirak etməsi üçün məlumat verilmiş və birlikdə həmin vaxtı, yəni 10 mart 2022-ci il tarixdə saat təxminən günorta 3-4 radələrində həmin əraziyə yaxınlaşdıqda Təqsirləndirilən şəxs bir qrup tanımadığı kənd sakinləri ilə həmin yolda olan ağac və kolları kökündən çıxardılaraq traktorun lopedinə yığaraq ərazidən çıxartdığını görmüşdür. Bunu görən kimi dərhal bununla bağlı məktubun icrası dayandırılaraq, həmin ərazidə ağacların kəsib götürülməsi ilə bağlı araşdırmaya başlanılmış və bu məqsədlə Təqsirləndirilən şəxsla sorğu-sual edilmiş, sonuncu isə cavab olaraq onlara məhləsinə daş aparmaq və evini tez tikdirmək üçün təcili yolun açılmasının vacib olduğunu və bu məqsədlə yol ilə keçən traktoristə, ekskavatorçuya müraciət edib həmin ağacları kökündən çıxarılmasını tapşırdığını bildirmişdir. Bununla bağlı həmin vaxtı orada onun, Şahid1, Bərdə rayon, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs, Bərdə rayon, Nazırlı kənd bələdiyyə sədri Şahid3 iştirakları ilə akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmin şəxslərin izahatları alınmış, amma ağac kötüylərini aparan traktorçu izahat verməkdən imtina etmişdir. Bununla bağlı sənədlər toplanılaraq, təbiətə dəymiş ziyan hesablanaraq, 2022-ci ilin fevral ayında baş vermiş yanğın zamanı tərəfindən aparılmış baxış zamanı həmin ərazidə yanmayan ağac və kolların fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 2020-ci ildə Bərdə rayon Nazırli Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Onun işlədiyi dövrdə ictimai fəaliyyəti olmuşdur. Vəzifəsi Bərdə rayon, Nazırlı kənd bələdiyyəsinə aid torpaqlara nəzarət etməkdən ibarətdir. xx.xx.2022-ci il tarixdə Bərdə rayon Nazırlı kənd sakini Təqsirləndirilən şəxs onun iş otağına gələrək sonuncuya məxsus torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün yolu ağac və kol basdığına görə həmin yolun ağac və kollardan təmizlənməsinə köməklik etməyini xahiş etmişdir. O da bununla əlaqədar həmin günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ağcabədi Regional şöbəsinə rəsmi qaydada müraciət etmiş, amma sonuncu tərəfindən onlara heç bir məktub gəlməmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinə rəsmi qaydada müraciət etməyi ilə əlaqədar bildirmiş və sonuncu yerdən cavabın gəldiyi halda ona bildirəcəyini demişdir. Bundan bir neçə gün sonra o işi ilə əlaqədar Bərdə şəhərində olduğu zaman ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinn 9 saylı Ağcabədi Regional şöbəsinin Həsən adlı işçisi onunla telefon əlaqəsi saxlayaraq Bərdə rayon Nazırlı kəndinin Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə gedən yolda ağac və kolların yandırıldığını ona bildirmişdir. O da dərhal həmin əraziyə gedərək orada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ağcabədi Regional şöbəsinin Həsən adlı işçisini, Cəfər Safərovu və bir neçə nəfər kənd sakininin oraya toplaşdığını görmüşdür. Həmçinin o həmin əraziyə çatan vaxtı artıq ağac və kolların bir qisminin atıq yanıb söndüyünü görmüşdür. Orada Həsən müəllim bu hadisənin kim tərəfindən törədilməsini soruşmuş, yalnız heç kim sonuncunun sualına cavab verməmişdir. Yanğından təxminən 10 gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ağcabədi Regional şöbəsinin adını xatırlmadığı işçisi ona zəng edərək harada olduğunu soruşmuş, o da həmin vaxtı öz sahəsini suvarmaq üçün getdiyini demişdir. Sonuncu da ona Təqsirləndirilən şəxs gizlin şəklidə həmin ərazidə yerləşən təxminən 6-7 ədəd ağac və kolları kəsdiyini və ərazini təmizlədiyini demişdir. O da dərhal həmin əraziyə gəlmiş və Təqsirləndirilən şəxsla bir neçə kənd sakinin orada olduğunu, həmçinin kəsilmiş ağacların bir yerə komalandığını görmüşdür. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ağcabədi Regional şöbəsinin adını xatırlamadığı işçiləri həmin əraziyə gələrək onunla birlikdə baxış keçirərək edilən hərəkətləri rəsmişdirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs nə üçün bu işi gördüyünü soruşmuş, sonuncu da ona təcili evinin tikilməsi ilə əlaqədar bu işi gördüyünü demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, sonuncu ilə münasibəti qonşusu kimi salam sağol verməkdən ibarət olmuşdur. T-28 markalı, 09-T-840 dövlət qeydiyyat nişanlı traktor ona məxsusdur. 1992-ci ildən həmin traktoru idarə edərək yük daşımaqla məşğul olmuşdur. 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı evin yaxınlığında yerləşən həyətdə ağacların olduğunu, həmin ağacların oradan götürmək üçün ona köməklik etməyini xahiş etmişdir. O da sonuncuya vaxtının olduğu zaman gedəcəyini bildirmişdir. Bundan bir qədər sonra idarə etdiyi traktorla həmin məhləyə gedərək traktoru orada saxlayıb çıxıb işə getmiş və Təqsirləndirilən şəxs orada olan ağacları lopeda toplamasını, o işdən gəlib oradan toplanmış ağacları aparacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin ağacları toplayandan sonra həmin ağacları atasının həyətyanı sahəsinə aparmaq lazım olduğunu demişdir. O da işə gedən zaman oğlu Xəyala zəng edib Təqsirləndirilən şəxs dediyi yerə gedib orada traktoru saxlayaraq Təqsirləndirilən şəxs həmin ağacları lopeda toplaya bilməsi üçün şərait yaratmasını bildirmişdir. Onun oğlu oraya gedib traktoru o saxladığı yerdən bir qədər irəlidə saxlayıb traktordan düşən zaman orada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının toplaşdığını gördüyü üçün Təqsirləndirilən şəxs orada olan ağacları lopeda toplaya bilməmişdir. Sonradan eşitdiyinə görə oğlunun, Təqsirləndirilən şəxs və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakları ilə oraya baxış keçirilmiş və bundan sonra onun Təqsirləndirilən şəxs barəsində hər hansı məlumatım olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o uşaqlıqdan Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, oğlu Mətin onun sinif yoldaşıdır. O atasına kənd təsərrüfatında köməklik etmişdir. T-28 markalı, 09-T-840 dövlət qeydiyyat nişanlı traktor atasına məxsusdur. 10 mart 2022-ci il tarixdə atası ona zəng edərək Təqsirləndirilən şəxs sonuncuya zəng etdiyini və Təqsirləndirilən şəxs evinə gedən yolda dayanan atasına məxsus traktoru 5-6 metr qabaq çəkib dayanıb yolda toplanmış ağac və kolların traktorun lopedinə toplandığını və buna görə də atasının gəlib həmin traktoru sürüb Səfər Cəfərova məxsus evin həyətinə atmalı olduğunu bildirmişdir. O da atasının dediklərini əməl etmək üçün həmin əraziyə gedib atasına məxsus traktoru 5-6 metr qabağa çəkib traktordan düşən zaman Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşlarının və Bərdə rayon Nazırlı kənd bələdiyyəsinin sədrinin oraya toplaşdığını görmüşdür. Həmin vaxtı sonuncular tərəfindən hadisə yerinə baxış keçirilmiş, o da orada özünü təqdim edib Təqsirləndirilən şəxs atasına zəng edib həmin ağac və kolların buradan götürülməsi üçün traktoru 5-6 metr irəliyə çəkməyi bildirdiyi səbəbindən burada olduğunu onlara demişdir. Bundan başqa o əlavə olaraq bildirmişdir ki, o atasına məxsus traktorla atasının tapşırığına əsasən hadisə baş verən yerdə traktor dayandığı üçün orada toplanmış və kökündən çıxarılmış ağac və kolların traktorun lopedinə yığılması üçün həmin yerdən traktoru 5-6 metr irəliyə sürmüşdür. Həmin traktorla ağac və kolların sökülüb dağıdılmasının mümkün olmadığını, çünki həmin traktorun lopedinin olduğunu, həmin ağacların hansı traktorçu tərəfindən kökündən çıxarılmasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o anadan olandan Bərdə rayonu, Nazırlı kəndində yaşayır və Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Sonuncu ilə hər hansı düşmənçilik və ədavəti olmamışdır. 2020ci ildə Təqsirləndirilən şəxs kəndlərində torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin ətrafında ağac və kollar olmuşdur. O oğlu ilə birlikdə onun evində olan zaman onlara oğlunun həyətyanı sahəsinin çəpəri yanması barədə xəbər gəlmişdir. O da oğlu ilə həmin əraziyə getdikdə artıq çəpərin tam yandığını görmüşdür. Həmin torpaq sahəsinin ətrafında olan ağac və kolların təxminən 70 metr uzunlunluqda yandığını gördüyü üçün dərhal bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişdir. Həmin vaxtı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Təqsirləndirilən şəxs dəfələrlə “burada olan ağaclara dəyməsin, nazirin icazəsi olmadan buradan bir çöpdə tərpətmək olmaz” demişlər. O Təqsirləndirilən şəxs niyə bunu belə etdiyini soruşmuş, sonuncu da boynuna almamışdır. Bundan sonra həmin ərazinin kim tərəfindən yandırıldığı müəyyən olmamışdır. 2022-ci ilin mart ayının əvvəlləri o həyətyanı sahəsində olan zaman ümumi yolda ağac və kolların doğranmış halda yola səpələndiyini görmüş, bundan bir neçə gün sonra o orada ağacların kökündən çıxarılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin günü bundan bir neçə saat sonra oraya lopedi olan traktoristin gəldiyini bununla da kəsilmiş və kökündən çıxarılmış ağacların həmin lopeda toplandığı zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının həmin əraziyə gəldiklərini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Şahid7 ifadəsi ilə oxşarməzmunlu ifadə verərək onların göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, sonuncu ilə münasibəti yaxşıdır, hər hansı düşmənçiliyi və ədavəti yoxdur. O qardaşı Təqsirləndirilən şəxs yeni tikilmiş evi ilə təxminən 500 metr aralıda yaşayır. xx.xx.2022-ci il tarixdə qardaşı ona Bərdə rayon Nazırlı kənd bələdiyyə sədri Şahid3 müraciət etdiyini və Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün yolu ağac və kol basdığına görə həmin yolun ağac və kollardan təmizlənməsinə köməklik etməyini xahiş etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bununla əlaqədar həmin günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinə rəsmi qaydada müraciət etdiyini və həmin məktuba cavab gələcəyini ona demişdir. Bundan sonra o Təqsirləndirilən şəxs zəng edərək harada olduğunu soruşmuş, sonuncu da ona evdə olduğunu və yemək yediyini bildirmişdir. O da qardaşına özünə məxsus həyətyanı sahəsinə gedən yolda ağaclar və kolların yandığını bildirmişdir. Bundan sonra o kənd camaatının həmin əraziyə getdiyini gördüyü üçün o da həmin əraziyə getmiş və orada kənd sakinlərinin toplaşdığını görmüşdür. O həmin ərazidə olan zaman ağac və kolların artıq yanıb kül olduğunu görmüş, bundan sonra hər kəs evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Nazırlı kənd bələdiyəsinin sədri Şahid3 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinin iki nəfər əməkdaşı, traktorun sürücüsü və kənd sakinlərinin iştirakı ilə həmin 12 metr uzunluqda olan əraziyə baxış keçirilməsi barədə kənd camaatı ona dediyi üçün o həmin əraziyə getmiş və orada həmin ağacların kökündən çıxarılması Təqsirləndirilən şəxs soruşulmuş, qardaşı Təqsirləndirilən şəxs da evini tikmək üçün yolu açmaq istədiyini bildirmişdir. Bundan başqa o əlavə olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncunun evinə gedən yolda olan ağac və kolların həmin yerdə kəsilməsi və kökündən çıxarılmasında iştirak etməmiş, sonradan qardaşı Təqsirləndirilən şəxs ona ağacların kəsildiyi ərazidə yol ilə keçən traktora 20 manat məbləğində pul verdiyini və həmin ağacların kökündən çıxartdırdığını bildirmişdir. Həmin ağacların hansı traktorçu tərəfindən kökündən çıxarılmasından məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o 2012-ci ildən Bərdə rayon suvarma sistemlər idarəsində ekskovatorçu vəzifəsində işləməkdə davam edir. İşi əkin sahələrində su axınlarından yaranmış lillərin təmizlənməsindən ibarətdir. Kənd əhalisinin su birliyinə müraciəti əsasında sonuncuların sahələrinə gedib təmizlənmə işlərini aparmışlar. O sonuncu dəfə ekskavatorla Bərdə rayonu Nazırlı kəndində 2022-ci il may ayında Kür çayında suyun səviyyəsi aşağı düşməsi səbəbindən motorun trubası betona dirəndiyi üçün onu düzəltmək məqsədi ilə orada bir saat işləmişdir. Cəfər Safərov adlı vətəndaşı orada işlədiyi üçün ümumi kəndçi kimi üzdən tanımış, sonuncu ona hər hansı bir məsələ ili bağlı müraciət etməmişdir. Bundan başqa o əlavə olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs tanımamış, heç vaxt görməmiş və həmin vətəndaş ona ağac və kolların təmizlənməsindən ötrü müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11, X7, X16, X6, Şahid6, şahid X1 ifadəsi ilə oxşarməzmunlu ifadə verərək onların göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, mərhum X21 onun əridir. Onunla 2002-ci ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan bir oğlu olmuşdur. Təqsirləndirilən şəxs onun qaynı oğludur, sonuncunu ailə quran vaxtdan tanımışdır. Sonuncu və əri ilə heç vaxt aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs ağac kəsməsi barədə heç bir məlumatları olmamışdır. Tələt Səfərov tərəfindən Ekologiya və Təbii Sərvətlər nazirinə ünvanlanan ərizə ilə tanış olmuş və ilk dəfədir həmin ərizəni gördüyünü, onun əri tərəfindən heç vaxt Təqsirləndirilən şəxs barəsində heç yerə şikayət edilməmişdir. Həmin ərizəni kimsə onun adından yazdığını düşünmüş, çünki həmin ərizədə qeyd olunan imza onun mərhum ərinə məxsus olmamışdır. Bundan başqa o əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs evinə gedən yolda olan ağac və kolların həmin yerdən kökündən çıxarılması barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Nazırlı kənd sakini kimi tanımışdır. 31 mart 2022-ci il tarixdə Bərdə RİH başçısının vətəndaşların səyyar qəbulu zamanı Təqsirləndirilən şəxs müraciət edərək sonuncunun həyətyanı sahəsinə gedən yolu düzəltmək üçün həm avtoqreder, həmdə suvarma arxının qazılması üçün ekskavatorla köməklik olunmasını xahiş etmişdir. Cənab başçı orda onlara əraziyə yerində baxış keçirilməsini, Cəfərə lazımı köməklik olunmasını tapşırmışdır. O da iclasdan sonra əraziyə yerində baxış keçirtmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə gedən yolun kənarı ilə arx çəkənlə arx çəkilmiş, yaxşı çəkilmədiyininə görə həmin arx yola çıxdığına görə, Cəfər ondan həmin arxın ekskavatorla qazılmasına köməklik olunmasını istəmişdir. O da ekskavatorla suyun yola axmaması üçün həmin arxçəkənlə çəkilmiş arxın qazılmasını təşkil etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 9/5703 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ETSN 9 X19 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş hesabatda ümumilikdə 10 ədəd müxtəlif adda və diametrdə ağacların qanunsuz götürülməsinə görə AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanının ümumi məbləği 2022-ci ilin fevral-mart aylarına təxminən 14910,00 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli ibtidai istintaqın davam etdirilməsinin həvalə olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bərdə rayon prokurorluğuna həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş 17/84 nömrəli, 18 mart 2022-ci il tarixli məktubdan görünür ki, Bərdə rayon ərazisində yaşıllığın qorunub mühafizə edilməsi məqsədilə 10 mart 2022-ci il tarixdə 9 X19 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs Hüsen oğlu tərəfindən kənd ərazisində qanunsuz ağac kəsilməsi faktı aşkar edilmişdir. Belə ki, Bərdə rayonu, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsinə gedən yolun ətrafında 10 ədəd ağac və 164 ədəd kolun (cəmi:174 ədəd) kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs yazılı izahat verərək, həyətyanı torpaq sahəsinə gedən yolu açmaq məqsədi ilə sözügedən ağac və kol bitkilərini kökündən çıxardığını bildirmişdir. Nazırlı Bələdiyyəsinin 10 mart 2022-ci il tarixli 09 saylı arayışında, Təqsirləndirilən şəxs tərəfindən 15 fevral 2022-ci il tarixində həyətyanı sahəsinə gedən köhnə avtomobil yolunda bitmiş ağac və kol bitkilərinin götürülərək, yolun açılmasına köməklik göstərilməsi barədə müraciət edildiyi, bələdiyyə tərəfindən də, qeyd olunan məsələ ilə bağlı 9 saylı RETSİ-nə 13 fevral 2022-ci il tarixli 06 saylı məktubun göndərildiyi, 9 saylı RETSİ-nin əməkdaşları ilə birgə 10 mart 2022-ci il tarixində həmin əraziyə keçirilən baxış zamanı isə ağac və kol bitkilərinin kökündən çıxarıldığı və sözügedən yolun yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu qeyd edilmişdir. Mövcud vəziyyətlə bağlı, xx.xx.2022-ci il tarixli 66442 nömrəli akt tərtib edilmiş, yaşıllığa 14890,0 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyatı üzrə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X19 və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 14 mart 2022-ci il tarixli 66442 nömrəli aktdan görünür ki, 10 mart 2022-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndi ünvanında yerləşən Nazırlı kənd sakini Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə gedən yolun yaşıllıq sahəsində aşağıdakılar aşkar edildi: Bərdə rayon Nazırlı bələdiyyəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 06 saylı məktubu əsasında Nazırlı kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsinə gedən yolun yaşıllıq sahəsinə baxış keçirilmişdir. Həmin ərazidə yanğın baş verməsi barədə xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmiş və həmin müraciətlə bağlı xx.xx.2022-ci il tarixdə 9 X19 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılaraq müxtəlif cinsdən olan 16 ədəd yaş ağacın 33 ədəd böyürtikən kolunun yanaraq məhv edilməsini və 1 ədəd Tut-34 sm, 3 ədəd söyüd-24 sm,12 sm, 18 sm ölçüdə ağacların ütülərək bioloji inkişafı dayanmadan zədələnməsi aşkar edilərək bu barədə xx.xx.2022-ci il tarixli 66441 saylı akt tərtib olunaraq cinayət işi qaldırılmışdır. Lakin buna baxmayaraq Nazırlı bələdiyyəsinin müraciəti əsasında xx.xx.2022-ci il tarixdə bələdiyyə sədri Şahid3 iştirakı ilə həmin əraziyə baxış keçirərkən istər əvvəlcədən yandırılmış ağac və kolların istərsə də həmin ərazidə olan bioloji inkişafda olan digər ağac və kolların Bərdə rayon Nazırlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kökündən çıxarılaraq daşınması faktı aşkar edilmişdir. Bundan başqa həmin ərazidə 82 metr uzunluğu 10 metr enində yaş halda böyürtikən kollarının yer səthindən texnika vasitəsi ilə sıyrılaraq çıxarılması və məhv edilməsi faktı aşkar olunmuşdur. Ağacları kökündən çıxararaq məhv edən Təqsirləndirilən şəxs izahat verərək bildirdi ki, həyətyanı sahəsinə tikinti materialı aparmaq məqsədi ilə həmin yolda olan ağac və kolları kökündən çıxararaq yolu təmizləmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, bu barədə Nazırlı bələdiyyəsinə müraciət etsə də müraciətin cavabını gözləmədən bu hərəkəti etmişdir. Bərdə rayon Nazırlı bələdiyyəsinin sədri Şahid3 qeyd edilən faktla bağlı bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ağac və kolların çıxarıldığı ərazi Nazırlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Bələdiyyə sədri xx.xx.2022-ci il tarixli 09 saylı arayış verərək qeyd edir ki,Təqsirləndirilən şəxs həmin ağac və kolların çıxarılması barədə Nazırlı bələdiyyəsinə müraciət etmiş, lakin heç bir icazə vərəqi olmadan müraciətin cavabını gözləmədən həmin ağac və kolları özbaşına çıxararaq məhv etmişdir. Bundan başqa bələdiyyə sədri onu da bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ağac və kolların hansı vaxt çıxardığından xəbəri olmamışdır. Həmin ərazidən çıxarılmış ağac kötüklərini daşıyan traktorun sürücüsü özünü şifahi olaraq Nazırlı kənd sakini Şahid5 kimi təqdim edən şəxs izahat verməkdən imtina etdi və onunla birlikdə ağac kötüklərini yükləyən özlərini təqdim etməyən şəxslər də izahat verməkdən imtina etdilər. Həmin ərazidə bütün ağac və kol bitkiləri kökündən çıxarılıb götürülməsinə baxmayaraq həmin ərazidə yanğınla bağlı 15 gün öncə aparılmış araşdırma zamanı çəkilmiş fotoşəkillərə istinadən bioloji inkişafda olan ütülərək zədələnmiş və əvvəlki aktda qeyd edilmiş 1 ədəd tut- 34 sm ölçüdə, 3 ədəd söyüd 24,12, 18 sm ölçüdə ağaclar və yanğın zamanı zədələnmiş bioloji inkişafda olan söyüd ağacları 22,12, 14, 10, 16, 17 sm ölçüdə tamamilə Təqsirləndirilən şəxs tərəfindən kökündən çıxarılaraq məhv edilmişdir. Araşdırma aparılan ərazidən çəkilmiş fotoşəkillər akta əlavə edilmiş. Təqsirləndirilən şəxs tərəfindən yaş halda ağac və kol bitkilərin heç bir icazə vərəqi olmadan kökündən çıxararaq məhv etməklə Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi” haqqında qanununun tələbləri pozulmuş və nəticədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş normativə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2017-ci il tarixli 533/2 nömrəli əmri ilə təsdiq edilmiş metodik təlimata əsasən təbiətə külli miqdarda ziyan dəymişdir. Bundan başqa həmin ünvanda texnika ilə yer səthindən sıyrılaraq çıxardılıb məhv edilmiş böyürtikən kolları olan ərazi ölçülmüş uzunluğu 82 metr, eni 10 metr olmaqla ümumilikdə 820 m₂ ərazidə böyürtikən kolları Təqsirləndirilən şəxs tərəfindən çıxarılaraq məhc edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 20 mart 2022-ci il tarixli 155 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, X4 rayonu Hüseynalılar kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu, Nazırlı bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X19 və Təbii Sərvətlər idarəsinə göndərilmiş 15 fevral 2022-ci il tarixli 06 nömrəli məktubdan görünür ki, Bərdə rayon, X13 kənd sakini Təqsirləndirilən şəxs ərizə ilə müraciətinə əsasən bildirir ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün yolu ağac və kollardan təmizlənməsinə köməklik edilməsini xahiş etmiş və həmin yolun eninin 12 metr təşkil etdiyini qeyd etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu, Nazırlı bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X19 və Təbii Sərvətlər idarəsinə təqdim edilməsi üçün tərtib edilmiş 09 nömrəli 10 mart 2022-ci il tarixli arayışdan görünür ki, Bərdə rayonu Nazırlı kənd sakini Təqsirləndirilən şəxs ərizə ilə xx.xx.2022-ci il tarixdə Nazırlı bələdiyyəsinə müraciət edərək Nazırlı kənd ərazisində ona məxsus həyətyanı sahəsində köhnədən ayrılmış, uzun müddət işləməmiş avtomobil yolunda müxtəlif cinsdən olan ağac və kol bitkiləri bitmişdir və həmin ağac və kolların götürülərək yolun açılmasını xahiş etmişdir. Nazırlı bələdiyyəsi tərəfindən həminmüraciətlə bağlı xx.xx.2022-ci il tarixli 06 saylı məktubla 9 X19 və Təbii Sərvətlər İdarəsinə məktub göndərilmişdir. Bununla bağlı Ekologiya işçiləri ilə xx.xx.2022-ci il tarixdə həmin əraziyə birgə baxış keçirərkən Təqsirləndirilən şəxs tərəfindən həmin yolda (Nazırlı Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə) həmin ağac və kolların kəsilərək kökündən çıxarılmış vəziyyətdə 09-T-840 nömrəli T-28 markalı traktorun lapedinə yığılması faktı aşkar edilmişdir. Həmin ərazidə ağac və kolların kəsilməsi və çıxarılmasından məlumatının olmamış, həmin hadisə Ekologiya işçiləri ilə baxış keçirərkən məlum olması bildirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli 66442 saylı akta əsasən təbiətə dəymiş ziyanın hesabatından görünür ki, tut (çəkil) ağacı-34sm 1 ədəd ×350= 350 m, söyüd ağacları: 24 sm 1 ədəd× 200=200 m, 12 sm 2 ədəd× 120=240 m, 18 sm 1 ədəd× 180=180 m, 22 sm 1 ədəd× 200=200 m, 14 sm 1 ədəd× 150=150 m, 10 sm 1 ədəd× 120=120 m, 16 sm 1 ədəd× 180=180 m, 17 sm 1 ədəd× 180 =180 m, böyürtikən kolu: 164 ədəd× 80 m =13120 m=cəmi 13120 m təbiətə dəymiş ziyanın ümumi məbləği 14890 ( on dörd min səkkiz yüz doxsan) manat təşkil edilmişdir. Hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 1 saylı əlavəsinə əsasən aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 01 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu, Nazırlı kəndinə gedən yolun Nazırlı kənd ərazisində sağ yol ayrıcından olan torpaq yoldur. Həmin torpaq yolun eni uzunluğa doğru dəyişərək 12-13 metr ölçüdədir. Torpaq yolun sağ kənarında suyun axıdılması üçün xəndək qazılmışdır. Torpaq yolun sağ və sol kənarlarında fərdi yaşayış evləri, yonca sahələi, bağ sahələri vardır. Təqsirləndirilən şəxs tikilməkdə olan fərdi yaşayış evinə qədər olan məsafə 580 metr təşkil edir. Torpaq yola baxış keçirilərkən hissə-hissə kütləvi şəkildə məhv edilmiş böyürtikən kolları, söyüd ağac cinsinə məxsus ağac gövdələrinin qalıntıları, habelə torpaq yolun sağ kənarında böyürtikən kollarının qalıntıları aşkar edildi. Baxış zamanı 9 saylı ETSİ-nin əməkdaşı Şahid1 xx.xx.2022-ci il tarixdə torpaq yola baxış keçirilərkən, Bərdə rayonun, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 09-T-840 dövlət qeydiyyat nişanlı “T-28” markalı traktor vasitəsi ilə 10 metr enində, 82 metr uzunluğunda torpaq yolda böyürtikən kolların sıyrılaraq çıxarılmasını, məhv edilməsini, 1 ədəd diametri 34 sm, 3 ədəd diametri 24,12, 18 sm olan müvafiq olaraq tut, söyüd ağaclarının kökündən çıxarılması aşkar edilmişdir. Habelə 2022-ci ilin fevral ayında yanğın zamanı zədələnməmiş, bioloji inkişafda olan 22, 12, 14, 10, 16,17 sm ölçüdə diametri olan söyüd ağacları Təqsirləndirilən şəxs tərəfindən kökündən çıxarılaraq məhv edilmişdir. Təqsirləndirilən şəxs əli ilə torpaq yolu işarə edərək bildirdi ki, 10 mart 2022-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində torpaq yolda tikilməkdə olan fərdi yaşayış evinə tikinti materialları aparmaq, yolu təmizləmək üçün həmkəndlisi Şahid5lunun “T-28” markalı traktor vasitəsi ilə 1 ədəd çəkil, 3-4 ədəd söyüd ağacının kökündən çıxarılmasını, böyürtikən kollarının sıyrılaraq çıxartdırılmasını bildirmiş və çıxartdırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDKYDƏ Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi Dairəsi tərəfindən verilmiş AA №525105 nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Nazırlı kəndində yerləşən 0,3 ha xüsusi mülkiyyət Təqsirləndirilən şəxs məxsusdur və 07 iyul 2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanlanan 15 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün həmin yolu ağac və kol basmış, bu səbəbdən həmin yolun təmizlənib bərpa edilməsi üçün Nazırlı bələdiyyəsindən ona köməklik olunmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu Nazırlı Bələdiyyəsinin sədri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcabədi Regional şöbəsinə ünvanlanan № 6 saylı 15 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Bərdə rayonu X13 kənd sakini Təqsirləndirilən şəxs ərizə ilə müraciətinə əsasən bildirir ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün yolu ağac və kol basdığına görə həmin yolun ağac və kollardan təmizlənməsinə köməklik etməyini xahiş etmiş və həmin yolun 12 met enində olduğunu qeyd etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Nazırlı bələdiyyəsi tərəfindən rayon prokurorluğuna daxil olmuş 01 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Bərdə rayonu Nazırlı kəndində yerləşən, Təqsirləndirilən şəxs ağacları və böyürtikən kollarını kökündən çıxartdığı torpaq yol bələdiyyəsinin xəritəsi əsasında eni 12 metr olmaqla Nazırlı Bələdiyyəsinin balansındadır. Cinayət işi materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli CD disə baxış keçirilməsi haqqında protokoldan görünür ki, **********64 mobil nömrə Bərdə rayonu, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs adına qeydə alınmış və CD diskin içərisində olan fayllarda iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat və ya yazı müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsindən rayon prokurorluğuna daxil olmuş 04 iyul 2022-ci il tarixli №22991 nömrəli məktubdan görünür ki, Bərdə rayon, Nazırlı kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə gedən yolda kəsilmiş ağac və kollara köməklik edən şəxsləri və traktorçunu müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə RMX phş-dən rayon prokurorluğuna daxil olmuş 24 may 2022-ci il tarixli phş/1.1.37-3-2022-207 nömrəli məktubdan görünür ki, Bərdə rayon, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs “Bərdə RMX” phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Poliklinika şöbəsində “J43 Emfizema” diaqnozu ilə həkim-terapevt qəbulunda olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş X31 Dispanserindən rayon prokurorluğuna daxil olmuş 21 may 2022-ci il tarixli №341 nömrəli məktubdan görünür ki, Bərdə rayon, Nazırlı kənd sakini Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən rayon prokurorluğuna daxil olmuş 06 iyul 2022-ci il tarixli №3/476 nömrəli məktubdan görünür ki, Bərdə rayon Nazırlı kənd sakini Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar-fevral aylarında Bərdə rayon İcra Hakimiyyətində qəbulda olmamış və onun hansısa traktordan istifadə etməsi barədə heç bir məlumatları olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 26 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127 və 129.2-ci maddələri ilə Bərdə rayon xalq məhkəməsi tərəfindən 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hökmün icrası 02 il müddətinə təxirə salınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində bələdiyyə mülkiyyətində olan təbiət ərazilərində, «Yaşıllıqların götürülməsi Qaydası Haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolun ağac və kollardan təmizlənməsi məqsədi ilə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək yolda olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarı ilə müəyyən edilmiş 2022-ci ilin fevral-mart aylarında 1 ədəd diametri 34 sm olan tut ağacının kəsilməsinə görə təbiətə 350 manat məbləğində, 1 ədəd diametri 24 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 2 ədəd diametri 12 sm olan söyüd ağaclarının kəsilməsinə görə təbiətə 240 manat məbləğində, 1 ədəd diametri 18 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 22 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 14 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 10 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 120 manat məbləğində, 1 ədəd diametri 16 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 17 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 180 manat məbləğində, 1 ədədi 80 manat təşkil edən cəmi 13120 (on üç min yüz iyirmi) manat məbləğində 164 ədəd böyürtikən kolu ağac və kolları kökündən çıxartdırmış, ümumilikdə isə təbiətə küllü miqdarda, yəni 14910,00 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X25rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran halların olmasını nəzərə alıb ona cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X19 və Təbii Sərvətlər İdarəsinə vurduğu 14910,00 manat ziyanı ödəməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 90 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Hacılar kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 90 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilsin. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X19 və Təbii Sərvətlər İdarəsinə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar