Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-16/2024 08.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında dəqiq tarixi və vaxtı istintaqa müəyyən olmayan tarixdə və vaxtda yaşadığı ünvan 4i yaxınlığındakı meşə sahəsi ərazsində özünə məxsus fərdi yaşayış evinin həyətində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısına əsasən xeyli miqdar hesab edilən 3 (üç) ədəd, ümümi təmiz çəkisi 40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd dibçəkdə qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 07 iyul 2023-cü il tarixdə saat 10:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 3 (üç) ədəd, ümümi təmiz çəkisi 40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus ünvan 4i yaxınlığında meşə sahəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindən 3 ədəd dibçəkdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əməlindən peşmandır. O, Ağdam şəhərində anadan olmuş, hazırda Ağdam şəhərindən məcburi köçkün olaraq ünvan 4i ərazisində yerləşən Lək meşə sahəsində torpaq kərpiçdən tikilmiş, bir mərtəbəli evdə tək yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olmamış, narkotik vasitə olan marixuanadan (nəşə) 28 ildən artıqdır ki, istifadə etmişdir. 26 fevral 1992-ci il tarixdə o, “Qatır Məmmədin” könüllü batolyonunda döyüşdə iştirak etmiişdir. Həmin döyüşlərdə iştirak edən zaman xəsarət almış və Ağdam rayonunda xəsarətinə görə əməliyyat olmuşdur. Əməliyyat yaxşı keçmədiyi üçün onu Topçubaşov adına xəstəxanaya aparmışlar. Orada 1 ay reanimasiyada yatmışdır. 1995-ci ildən, 2006-cı ilə qədər Qazaxıstan Respublikasında yaşamış, 2006-cı ildən, 2022-ci ilə qədər Rusiya Federasiyasında yaşamışdır. Qazaxıstanda yaşadığı müddətdə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Həmin gündən hazırda tutuldutu günədək narkotik vasitə olan marixuanadan (nəşə) istifadə etmişdir. O, marixunadan (nəşə) toxumlarını əvvəllər istifadə etdiyi “nəşə”lərin içindən götürüb əkmişdir. Belə ki, 2023-cü ilin təxminən iyun ayının əvvəllərində yaşadığı ünvan 4i ərazisində, dibçəklərdə marixuana (nəşə) toxumları əkmişdir. Əkdiyi toxumların inkişaf etdiyini görmüş, inkişaf edən həmin marixuana kollarına qulluq etmişdir. Belə ki, həmin bitkilərin dibinə vaxtlı vaxtında su tökmüş, həmin bitkilərin tez inkişaf etməsi üçün gübrə vermiş, yəni həmin kollara xüsusi qulluq göstərmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10:50 radələrində polis əməkdaşları onun həyətinə gedib onun narkotik tərkibli bitki əkməyi barədə məlumat verilmişdir. Həmin vaxt o, səmimi olaraq etiraf edərək həyətində çətənə kolu əkməsini və polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Bu barədə ərizəsi aldındıqdan sonra polis əməkdaşları aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilməyə başlanılmışdır. O, həyətində olan 3 (üç) ədəd dibçəkdə əkdiyi ümumilikdə 3 (üç) ədəd çətənə kollarını təqdim etmişdir. Polis əməkdaşları onun iştirakı ilə həmin əkdiyi üç ədəd dibçəkdə olan 3 (üç) ədəd çətənə kolunu kökündən çıxardaraq qablaşdırılmış və qablaşdırılmanın üzərinə imza etmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 İman oğlu ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir, polis kiçik leytenantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat zamanı görmüşdür. Əməliyyat məlumatı əsasında şəxsin evinə baxış keçirilmşdir. Heç bir müqavimət olmadan əkdiyi dibçəkləri göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində Şahid1 İman oğlunun məhkəməyə bildirdiklərini təsdiq etmişdir. Məhkmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Nizami küçəsi, ev 3-də yaşayır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərləşdirmə) Mərkəzinin, X8 aparıcı aqronomu vəzifəsində işləyir. ünvan 4inin ərazisində yerləşən Lək meşəsində məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə aralarında heç bir düşmənçilik və ya ədavətimiz olmamışdır. 07 iyul 2023-cü il tarixdə saat 10:30 radələrində Bərdə rayon Polis polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün onu mütəxəssis qismində iştirak etməyə dəvət etmişlər. O, da bu barədə razılaşdıqdan sonra həmin gün saat 10:50 radələrində Bərdə rayon Polis şöbəsinin polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün getmişdir. Həmin vaxt polis əməkdaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah edib yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə tərtib edilmiş qərarla tanış edilmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra baxışın keçirilməsi barədə ərizəsi alınmışdır. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı fərdi yaşayış evinin arxa hissəsində 3 (üç) ədəd dibçəklərdə çətənə kollarını əkdiyini və həmin kolları təqdim edəcəyini bildirib onları yaşadığı evin arxa hissəsinə aparıb 3 (üç) ədəd dibçəklərdə əkilən bitkiləri göstərib çətənə kolları olması barədə məlumat vermişdir. Həmin vaxt o, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə qeyd olunan kollara baxış keçirən zaman narko-xassəli çətənə kollarının olmasını və kollara aqrotexniki qaydada qulluq göstərilməsi barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 3 (üç) ədəd çətənə kolları dibçəklərdən çıxarılaraq sintetik kiçəsinin içərisinə qoyulmuş və qablaşdarılaraq ekspertizaya göndərilməsi götürülmüşdür. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan çətənə kollarını haradan əldə etməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs çətənə kollarını şəxsi istifadə üçün əkib becərməsi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları tərəfindən digər yerlərə baxış keçirilsə də lakin, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt baş təhqiqatçı, Vüsal Bayramov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxışın keçirilməsi baxış başa çatdığından videoçəkiliş dayandırılmış və bu barədə tərtib edilmiş protokolun düzgünlüyünü o, baxışda iştirak edən iştirakçılarla birlikdə protokola imza etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verdiyindən həmin ifadə məhkəmə iclas zalında tərəflərin xahişi ilə elan edilmişdir. Cinayət işinə əlavə edilmiş 07 iyul 2023-cü il tarixli «baxış keçirilməsi və götürmə aparılması» haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məskunlaşıb yaşadığı Bərdə rayonu, Lək Meşəsi ərazisində məskunlaşıb yaşadığı evinin həyətində 3 ədəd dibçəklərdə ümumilikdə 03 (üç) ədəd çətənə kolunu təqdim etmiş, həmin çətənə kolları Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçı Vüsal Bayramov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmin “baxış keçirilməsi və götürmə” aparılması haqqında protokola əlavə edilmiş DVD diskə baxış keçirilmişdir..Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis kapitanı Şahid3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərləşdirmə) Mərkəzinin, X8 aparıcı aqronomu vəzifəsində işləyən Şahid4 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs izah edildikdən sonra yaşadığı həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirir. Sonra polis əməkdaşlarının, aqronom mütəxəssis Şahid4 və baxışda iştirak edən polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könullu təqdim etməsi təklifi edilir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı fərdi yaşayış evinin arxa hissəsində 3 (üç) ədəd dibçəklərdə çətənə kollarını əkdiyini və həmin kolları təqdim edəcəyini bildirib baxışda iştirak edən şəxsləri yaşadığı evin arxa hissəsinə aparır və 3 (üç) ədəd dibçəklərdə əkilən bitkiləri göstərib çətənə kolları olduğunu bildirir. Həmin vaxt aqronom mütəxəssis Şahid4 polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə qeyd olunan kollara baxış keçirən zaman narko-xassəli çətənə kollarının olmasını və kollara aqrotexniki qaydada qulluq göstərilməsi barədə məlumat verir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 3 (üç) ədəd çətənə kolları dibçəklərdən çıxarılaraq sintetik kiçəsinin içərisinə qoyulur və qablaşdarılaraq ekspertizaya göndərilməsi götürülür. Təqsirləndirilən şəxs qeyd olunan çətənə kollarını haradan əldə etməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs çətənə kollarını şəxsi istifadə üçün əkib becərdiyini bildirir. Polis əməkdaşları tərəfindən digər yerlərə baxış keçirilsə də lakin, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Baş təhqiqatçı, Vüsal Bayramov tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilir, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmur. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxışın keçirilməsi baxış başa çatdığından videoçəkiliş dayandırılır. Cinayət işinə əlavə edilmiş 07 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 07 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, 1(bir) manat və 0,80 (səksən qəpik) metal pulu Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçı Vüsal Bayramov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilir. Təqsirləndirilən şəxs üzərində olan 1 (bir) ədəd «Redmi» markalı mobil telefonu, 2 (iki) qutu siqaret qutusunu, 1 (bir) ədəd alışqanı və 1,80 (bir manat səksən qəpik) pulu təqdim edir. Sonra polis əməkdaşı Şamxal Priyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd «Redmi» markalı mobil telefonu, 1,80 (bir manat səksən qəpik) pul iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Lakin 2 (iki) qutu siqaret qutusu və 1 (bir) ədəd alışqan isə Təqsirləndirilən şəxs özünə geri qaytarılır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumilikdə 3 (üç) ədəd çətənə kollarını haradan əldə etməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş həmin 3 (üç) ədəd çətənə kollarını narkotik vasitə kimi istifadə etmək üçün əkdiyini, etdiyi əmələ görə özünü təqsirli bildiyini bildirir. Bununla da X6 üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırılır. Cinayət işinə əlavə edilmiş 07 iyul 2023-cü il tarixli aparıcı-aqronom Şahid4 tərəfindən verilmiş rəydəən görünür ki, Təqsirləndirilən şəxs məskunlaşıb yaşadığı Bərdə rayonu, Lək Meşəsi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə dibçəkdə 03 ədəd narko-xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmiş, 03 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 08 iyul 2023-cü il tarixli 16/706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərindəki ağ kağızda «Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş üç ədəd bitki…» adlar və imzalar olan sintetik kisədəki, 3 (üç) ədəd ümumi təmiz çəkisi 40 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronum (mütəxəsis) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 18 avqust 2023-cü il tarixli, 1374 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bərdə rayonu, Samux kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd çətənə kollarının bitkilərini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tək şəkildə narkotik tərkibli çətənə bitkisinin kollarını əkib-becərməklə kultivasiyası ilə məşğul olmuş, ancaq digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixli, 918 nömrəli Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında daimi qeydiyyatdadır, məcburi köçkün kimi ünvan 3şıb yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun 08 iyul 2023-cü il tarixli qərarından görünür ki, xx xxxxxx 1974-cü ildə ünvan 2-də qeydiyyatda olan, ünvan 4ində yaşayan Təqsirləndirilən şəxs Şahlar oğlunun cinayət əməlinin ifşa edilməsi üçün 07 iyul 2023-cü tarixdə onun yaşadığı ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar o əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, kiçik leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Bərdə RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov tərəfindən təsdiq edilmiş 07 iyul 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 09 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində aşkar olunmuş ümumilikdə 03 (üç) ədəd ümumi təmiz çəkisi – 40 qram, ekspertiza tədqiqatından sonra qalıq 39,94 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs evinə və üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntüləri əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tam təqsirli bilib müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında dəqiq tarixi və vaxtı istintaqa müəyyən olmayan tarixdə və vaxtda yaşadığı ünvan 4i yaxınlığındakı meşə sahəsi ərazsində özünə məxsus fərdi yaşayış evinin həyətində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısına əsasən xeyli miqdar hesab edilən 3 (üç) ədəd, ümümi təmiz çəkisi 40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd dibçəkdə qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 07 iyul 2023-cü il tarixdə saat 10:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 3 (üç) ədəd, ümümi təmiz çəkisi 40 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus ünvan 4i yaxınlığında meşə sahəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindən 3 ədəd dibçəkdə aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın mədudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 07 iyul 2023-cü il tarixdən 10:50-dən 08 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, o cümlədən məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 01 (ay) 22 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 4i ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəksə də, üçüncü qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Lakin təqsirləndirilən şəxs X7 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan təmiz çəkisi 39,94 qram olan 03 (üç) ədəd bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanan götürmə, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 07 iyul 2023-cü il tarixdən 10:50-dən 08 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, o cümlədən məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 01 (ay) 22 gün, cəmi 01 (bir) ay 24 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 08 (səkkiz) ay, 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 4i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan təmiz çəkisi 39,94 qram olan 03 (üç) ədəd bitki nümunələri əkib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanan götürmə, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-16/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-16/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver