Məhkəmə qərarları › İş №1(021)-16/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-16/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-16/2025 11.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Ağdam rayonu Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan, bаrəsində “həbs” qətimkаn tədbiri sеçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1995-ci il tarixdə Bərdə 1-1-li Çadır şəhərciyində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağdam rayonu Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yаşаyan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Ağdam rayonu Qızıllı kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Tərtər rayon Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4, 66.5 maddələri ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019cu il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(021)224/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayonu Qızıllı kəndində qeydiyyatda olmaqla tutulana kimi Bakı şəhəri, Abşeron rayonu, Novxanı kəndi X.R.Ulutürk küçəsində yаşаmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənın əmlakını gizli yolla talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdi Kia Sportage markalı **-FE-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə 19 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Bərdə rayonu Xanərəb kəndi ərazisinə gəlib, Quzanlı-Xanərəb avtomobil yolu ilə Xaçın çayı istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşı tərəfdə hərəkətdə olan Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şahid2 etibarnamə ilə idarə etdiyi Qaz 33021 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yavaş surətlə hərəkət etməsini görüb avtomobilin arxa hissəsinə yaxınlaşıb o, və Təqsirləndirilən şəxs3 avtomobilin yük yerindən Ağdam rayonu Çullu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 1 baş erkək cinsli, qızılı rəngli, 1 illik, diri çəkisi 45 kiloqram olmaqla, dəyəri 400 (dörd yüz) manat məbləğində, 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram olmaqla dəyəri 360 (üç yüz altmış) manat məbləğində və 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram olmaqla dəyəri 360 (üç yüz altmış) manat məbləğində cəmi 3 (üç) baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1120 (min yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənın əmlakını gizli yolla talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, etibarnamə əsasında idarə etdiyi Kia sportage markalı **-FE-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə 19 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Bərdə rayonu Xanərəb kəndi ərazisinə gəlib, Quzanlı-Xanərəb avtomobil yolu ilə Xaçın çayı istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşı tərəfdə hərəkətdə olan Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şahid2 etibarnamə ilə idarə etdiyi Qaz 33021 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yavaş surətlə hərəkət etməsini görüb avtomobilin arxa hissəsinə yaxınlaşıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobilin yük yerindən Ağdam rayonu Çullu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 1 baş erkək cinsli, qızılı rəngli, 1 illik, diri çəkisi 45 kiloqram olmaqla, dəyəri 400 (dörd yüz) manat məbləğində, 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram olmaqla dəyəri 360 (üç yüz altmış) manat məbləğində və 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram olmaqla dəyəri 360 (üç yüz altmış) manat məbləğində cəmi 3 (üç) baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1120 (min yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 o, tamah niyyəti ilə özgənın əmlakını gizli yolla talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdi Kia sportage markalı **-FE-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə 19 yanvar 2024cü il tarixdə saat 02 radələrində Bərdə rayonu Xanərəb kəndi ərazisinə gəlib, Quzanlı- Xanərəb avtomobil yolu ilə Xaçın çayı istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşı tərəfdə hərəkətdə olan Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şahid2 etibarnamə ilə idarə etdiyi Qaz 33021 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yavaş surətlə hərəkət etməsini görüb avtomobilin arxa hissəsinə yaxınlaşıb o və Təqsirləndirilən şəxs2 avtomobilin yük yerindən Ağdam rayonu Çullu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 1 baş erkək cinsli, qızılı rəngli, 1 illik, diri çəkisi 45 kiloqram olmaqla, dəyəri 400 (dörd yüz) manat məbləğində, 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram olmaqla dəyəri 360 (üç yüz altmış) manat məbləğində və 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram olmaqla dəyəri 360 (üç yüz altmış) manat məbləğində cəmi 3 (üç) baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1120 (min yüz iyirmi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu Salahlı kəndində anadan olmuş, subay, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayır. Ağdam rayonu Çullu kəndində yaşayan Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 19 yanvar 2024-cü il tarixdə saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə ona zəng edərək Bakı şəhəri Beynəlxalq avtovağzala gəlməyini, oradan isə sənəd düzəltmək üçün Ağdam rayonuna gedəcəyini bildirmişdir. O, Bakı şəhəri Beynəlxalq avtovağzalına gəlmiş orada qardaşı Elnur və onun yanında qohumu Təqsirləndirilən şəxs3 Kia Sportage markalı **-FE-*** dövlət qeydiyyat nömrəli avtomaşınla yanında saxlamışdılar və o, həmin avtomaşına mindikdən sonra Ağdam rayonu istiqamətinə getmişdilər. O, qardaşı Elnurdan avtomaşının haradan almasını soruşmuş, Elnur ona bir günü 70 manat olmaqla iki günlük 140 manat nağd pul ödəyib Rentacardan kirayə götürdüyünü bildirmişdir. Onların Ağdam rayonuna gəlməkdə məqsədləri Təqsirləndirilən şəxs1 sosial yardım düzəltmək olmuşdur. Onlar gecə vaxtı Ağdam rayonu Quzanlı qəsəbəsinə çatmışdılar. Onlar Ağdam rayonunda sosial yardım almaq üçün sənədlər almalıymışdılar. Lakin gec olduğundan belə bir fikrə gəlmişdilər ki, Bərdə rayonu Lənbəran kəndində yaşayan bibisi Reyhan gilə gedib orada gecə qalaq səhərisi günü Ağdam rayonunda sənədləri düzəldib geri Bakı şəhərinə qayıdsınlar. Buna görə də qardaşı Təqsirləndirilən şəxs1 avtomaşını Bərdə rayonu Xanərəb kəndi istiqamətinə idarə edərək Xaçın çayı yolu ilə Lənbəran kəndi istiqamətinə tərəf getmişdilər. Xaçın çayı yolu ilə gedərkən qohumu Elvin bu ərazilərdə Mal bazarına gedən avtomaşınların asta sürdüyünü və həmin avtomaşınların yük yerindən heyvan oğurlaması təklifi etmişdir. O və qardaşı Elnur üzərilərində pul olmadığı və avtomaşına yanacaq vurmaq üçün pullarının olmadığına görə Elvinin təklifi ilə razılaşmışdılar. onlar belə qərara gəlmişdilər ki, qardaşı Elnur gələn yük avtomobillərinin arxasınca avtomaşını idarə etsin, Elvin və o, isə həmin avtomaşının yük yerindən oğurluq etsinlər. Elnur idarə etdiyi avtomobili Xaçın çayının kənarında qamışlıq ərazidə saxlamışdır. Bu zaman Qazel markalı avtomaşın asta surətlə onların dayandığları yerdən keçmişdir. Elnur avtomaşının qabaq işıqlarını yandırıb həmin avtomaşının arxasınca sürmüş ona yaxınlaşan zamanı isə qabaq işıqları söndürmüş, bu zaman maşın gedə-gedə o və Elvin avtomaşından düşmüşdülər. Elnur avtomaşını işıqsız hərəkət etdirmiş ki, onları heç kim görməsin. Elvin ilə o, Qazel markalı yük avtomobilinin yük yerinə çıxmışdılar. Avtomobilin yük yerindən Elvin ilə o, 3 baş xırdabuynuzlu heyvan götürərərk yerə tullamışdılar. O, bir baş, Elvin bir baş, Enur isə bir baş xırdabuynuzlu heyvanları yerdən götürərərk avtomobilin yük yerinə qoymuşdular. Həmin heyvanların ayaqları açıq vəziyyətdə imiş. Onlar avtomobilə əyəşmişdilər ki, qazel markalı yük avtomobili ərazidən uzaqlaşsın və Bərdə-Ağcabədi yoluna çıxıb oradan aralaşsınlar. Bir qədər gözlədikdən sonra qardaşı Elnur avtomobili asta surətlə idarə etməyə başlamışdır. Bir qədər getdikdən sonra qarşıdan gələn avtomaşın qabaq işıqlarını söndürüb yandırmaqla avtomobili saxlamağlarınıı işarə etmişdir. Lakin qardaşı Elnur həmin avtomaşının qazel markalı yük avtomaşını olduğunu görərərk xırdabuynuzlu heyvanların oğurlanmasını şübhələndiyini bildikdən sonra idarə etdiyi avtomaşını surətini artıraraq həmin ərazidən aralaşmışdılar. Sonra Bərdə-Ağcabədi yolu istiqamətinə çıxıb avtomaşını Bərdə rayon istiqaməti tərəfə idarə etmişdir. Yol gedə-gedə qardaşı Elnur xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan əmisi oğlu Şahid1 mobil telefonuna zəng etmişdir. Qardaşı Elnur mobil telefonda Şahid1 dostunun ona 1100 manat pul borcu qarşılığında 3 baş xırdabuynuzlu heyvanlar verdiyini və onu satmaq istədiyini demişdir. Şamil ona həmin heyvanların kök olduğu halda və diri çəkisini 6 manatdan alacağını demişdir. Elnur da Şamilə həmin heyvanların toğlu olduğunu və kök olduğunu, onun verdiyi qiymətlə razı olduğunu demişdir. Şamil onu yaşadığı evdə olduğunu və həmin heyvanları onun yaşadığı ünvana gətirməyini demişdir. X8 avtomaşının yanacağının olmadığını, buna görədə ona 5 manat pul göndərməsini demişdir, sonra Elnurun adına olan Kapital banka məxsus plastik kart nömrəsinə Şamil 5 manat pul göndərmişdir. Şamilin göndərdiyi 5 manat pula avtomobilə yanacaq vurmuşdular sonra onun yaşadığı Mingəçevir şəhəri Gülşən baş massivinə getmişdilər. Şamilin yaşadığı ünvana çatmışdılar və Şamil onları yaşadığı evin qarşısında qarşılamışdır. O, və qardaşı Elnur avtomaşının yük yerində olan 3 baş xırda buynuzlu heyvanları götürərərək Şamilin yaşadığ həyətə keçmişdilər. Təqsirləndirilən şəxs3 isə avtomaşının arxa oturacağında oturmuşdur. Şamil 3 baş quzuları elektron tərəzidə çəkmiş və ümumi çəkiləri 127 kiloqram olmuşdur. Şamil çəkiləri hesablayıaraq qardaşı Elnura 762 manat nağd pul vermişdir. Bundan sonra Şamil ilə sağollaşaraq avtomaşına əyləşib oradan Ağdam rayonu Quzanlı qəsəbəsinə qayıtmışdılar. Orda avtomaşında yatdıqdan sonra İmişli yolu ilə Bakı şəhərinə getmişdilər. Oğurluq cinayəti ilə əldə etdikləri 762 manat pulun bir hissəsinə avtomaşına yanacaq vurmuşdular, yolda tanımadığı kafedə oturub yemək yeyib hesab ödəmişdilər. Sonra yerdə qalan pulu öz aralarında bölmüşdülər. Həmin puldan Elnur, Elvin və ona 170 manat pul düşmüşdür. Bundan sonra onlar Bakı şəhərinə gəlmişdilər, orada o və Elvin avtomaşından düşərək yaşadığları evə getmişdir. Bərdə rayon polis şöbəsinin əməkdaşları ona zəng edərək polis şöbəsinə dəvət etmişdilər və o, Bərdə rayon polis şöbəsinə gəlmiş və o, səmimi olaraq oğurluq etdiyini bildirirmişdir. Həmçinin, o, 3 baş xırda buynuzlu heyvanları oğurladıqlarını, həmin oğurluğu qardaşı Elnur və qohumu Elvin ilə birlikdə etdiyini, bu barədə heç kimin məlumatı olmadığını, hadisə yerini tanımadığı üçün, hadisə yerini əyani surətdə göstərə bilmədiyini bildirmişdir. Əməlindən peşman olduğunun, zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını məhkəmədən nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu 1-1 nömrəli Çadır şəhərciyində anadan olmuş, evli, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayır. Ağdam rayonu Çullu kəndində yaşayan Zərərçəkmiş şəxsun Bərdə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 17 yanvar 2024-cü il tarixdə qohumu Elvin Nəsirov ilə Bakı şəhəri Xətai rayonunda yerləşən Əhmədli metrosunun yaxınlığında olan avtomaşınları kirayə verən Rentacar adlı ofisə getmişdilər. Orada o, şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim edərək ona avtomobil lazım olduğunu bildirmişdir. Orada adını bilmədiyi şəxs onun səndlərini götürərək etibarnamə əsasında Kia Spartage markalı **-FE-*** dövlət qeydiyyat nömrəli avtomaşını ona təqdim etmişdir. O, həmin şəxslə avtomaşını iki günlük götürməyi barədə razılaşmış və bir günü 70 manat olmaqla iki günlük 140 manat nağd pul ödəmişdir. O, qohumu Elvin ilə avtomaşına əyləşərək Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalına getmişdir. Ordan qardaşı Təqsirləndirilən şəxs2 götürərək birbaşa Ağdam rayonu Quzanlı qəsəbəsinə gəlmişdir. Onun Ağdam rayonuna gəlməkdə məqsədi özünə sosial yardım düzəltmək olmuşdur. O, Ağdam rayonunda sosial yardım almaq üçün sənədlər almalıymış. Lakin gec olduğundan belə bir fikrə gəlmişdilər ki, Bərdə rayonu Lənbəran kəndində yaşayan bibisi Reyhan gilə gedib orada gecə qalalar səhərisi günü Ağdam rayonunda sənədlərini düzəldərək geri Bakı şəhərinə qayıdalar. Buna görə də o, avtomaşını Bərdə rayonu Xanərəb kəndi istiqamətinə idarə edərək Xaçın çayı yolu ilə Lənbəran kəndi istiqamətinə tərəf getmişdir. Xaçın çayı yolu ilə gedərkən dostu Elvin bu ərazilərdə Mal bazarına gedən avtomaşınların asta sürdüyünü və həmin avtomaşınların yük yerindən heyvan oğurlaması təklifi etmişdir. O və qardaşı Elmin üzərilərində pul olmadığı və avtomaşına yanacaq vurmaq üçün pullarının olmadığına görə Elvinin təklifi ilə razılaşmışdılar. Onlar belə qərara gəlmişdilər ki, o, gələn yük avtomobillərinin arxasınca avtomaşını idarə etsin, Elvin və Elmin isə həmin avtomaşının yük yerindən oğurluq etsinlər. O, idarə etdiyi avtomobili Xaçın çayının kənarında qamışlıq ərazidə saxlamışdır. Bu zaman qazel markalı avtomaşın asta surətlə onların dayandıqları yerdən keçmişdir. O, avtomaşının qabaq işıqlarını yandıraraq həmin avtomaşının arxasınca sürmüş, ona yaxınlaşan zamanı isə qabaq işıqları söndürmüş bu zaman maşın gedə-gedə Elmin və Elvin avtomaşından düşmüşdülər. O, avtomaşını işıqsız hərəkət etdirmiş. Elvin və Elmin qazel markalı yük avtomobilinin yük yerinə çıxmışdılar. Bu zaman avtomobilin qarşısında bir baş xırdabuynuzlu heyvan görmüş və avtomobili saxlayaraq dərhal həmin bir baş xırdabuynuzlu heyvanı avtomobilin yük yerinə qoymuşdur. Bu zaman Elmin və Elvin hərəsi əlində bir baş xırdabuynuzlu heyvan gətirmiş və idarə etdiyi avtomobilin yük yerinə qoymuşdular. Həmin heyvanların ayaqları açıq vəziyyətdə imiş. Onlar avtomobilə əyəşərək yük avtomobili ərazidən uzaqlaşsın və Bərdə-Ağcabədi yoluna çıxıb oradan aralaşsınlar. Bir qədər gözlədikdən sonra o, avtomobili asta surətlə idarə etməyə başlamışdır. Bir qədər getdikdən sonra, qarşıdan gələn avtomaşın qabaq işıqlarını söndürüb yandırmaqla avtomobili saxlamağını işarə etmişdir. O, həmin avtomaşının qazel markalı yük avtomaşını olduğunu görmüş, xırdabuynuzlu heyvanların oğurlanmasını şübhələndiyini bildikdən sonra idarə etdiyi avtomaşının surətini artıraraq həmin ərazidən aralaşmışdır. Sonra Bərdə-Ağcabədi yolu istiqamətinə çıxıb avtomaşını Bərdə rayon istiqaməti tərəfə idarə etmişdir. Yol gedə-gedə o, xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan əmisioğlu Şahid1 mobil telefonuna zəng etmişdir. O, mobil telefonda Şahid1 dostunun ona 1100 manat pul borcu qarşılığında 3 baş xırdabuynuzlu heyvanlar verdiyini və onu satmaq istədiyini demişdir. Şamil ona həmin heyvanların kök olduğu halda və diri çəkisini 6 manatdan alacağını demişdir. O, da Şamilə həmin heyvanların toğlu olduğunu və kök olduğunu, onun verdiyi qiymətlə razı olduğunu demişdir. Şamil ona yaşadığı evdə olduğnu və həmin heyvanları onun yaşadığı ünvana gətirməyini demişdir. O, Şamilə avtomaşının yanacağının olmadığını, buna görədə ona 5 manat pul göndərməsini demiş, sonra Kapital banka məxsus plastik kart nömrəsini Şamilə demiş, Şamil həmin kart hesabına 5 manat pul göndərmişdir. O, Şamilin göndərdiyi 5 manat pula avtomobilə yanacaq vuraraq onun yaşadığı Mingəçevir şəhəri Gülşən baş massivinə getmişdir. Şamilin yaşadığı ünvana çatmış və Şamil onları yaşadığı evin qarşısında qarşılamışdır. O və qardaşı Elmin avtomaşının yük yerində olan 3 baş xırda buynuzlu heyvanları götürərək Şamilin yaşadığ həyətə keçmişdilər. Dostu Elvin isə avtomaşının arxa oturacağında oturmuşdur. Şamil 3 baş quzuları elektron tərəzidə çəkmiş və ümumi çəkiləri 127 kiloqram olmuşdur. Şamil çəkiləri hesablayaraq ona 762 manat nağd pul vermişdir. Bundan sonra Şamil ilə sağollaşaraq idarə etdiyi avtomaşına əyləşərək oradan Ağdam rayonu Quzanlı qəsəbəsinə qayıtmışdılar. Orda avtomaşında yatdıqdan sonra İmişli yolu ilə Bakı şəhərinə getmişdilər. O, oğurluq cinayəti ilə əldə etdiyi 762 manat pulun bir hissəsinə avtomaşına yanacaq vurmuş, yolda tanımadığı kafedə oturub yemək yeyib hesab ödəmişdir. Sonra yerdə qalan pulu öz aralarında bölmüşdür. Həmin puldan Elmin, Elvin və ona 170 manat pul düşmüşdür. Bundan sonra onlar Bakı şəhərinə getmiş, orada qardaşı Elmini və dostu Elvini avtomaşından düşürərək sonra Bakı şəhəri Xətai rayonunda yerləşən Əhmədli metrosunun yaxınlığında yerləşən “Rentecar” avtomaşınların icarə verilməsi yerinə getmiş, avtomaşını orada təhvil verərkən Bərdə rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq oğurluq etməyini demişlər və o, səmimi olaraq oğurluq etdiyini demişdir. Bundan sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə gətirmişdilər. Həmçinin o, 3 baş xırda buynuzlu heyvanları oğurladıqlarını, həmin oğurluğu qardaşı Elmin və qohumu Elvin ilə birlikdə etdiyini, bu barədə heç kimin məlumatı olmadığını, hadisə yerini tanımadığı üçün, hadisə yerini əyani surətdə göstərə bilmədiyini bildirmişdir. Əməlindən peşman olduğunun, zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşaqlarını olmasını məhkəmədən nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam Qızıllı kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Abşeron rayonu Novxanı kəndi Aşıq Ələsgər küçəsində yaşayır. Ağdam rayonu Çullu kəndində yaşayan Zərərçəkmiş şəxsun Bərdə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 17 yanvar 2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri Xətai rayonunda yerləşən Əhmədli metrosunun yaxınlığında olan avtomaşınları kirayə verən Rentacar adlı ofisə getmişdilər. Orada Elnur şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim edərək ona avtomobil lazım olduğunu bildirmişdir. Orada adını bilmədiyi şəxs onun səndlərini götürərək etibarnamə əsasında Kia Spartage markalı **-FE-*** dövlət qeydiyyat nömrəli avtomaşını təqdim etmişdir. Elnur həmin şəxslə avtomaşını iki günlük götürməyi barədə razılaşmış və bir günü 70 manat olmaqla iki günlük 140 manat nağd pul ödəmişdir. Elnur avtomobili idarə edərək onlar oradan çıxıb Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalına getmişdilər. Ordan Elnurun qardaşı Təqsirləndirilən şəxs2 götürərək birbaşa Ağdam rayonu Quzanlı qəsəbəsinə gəlmişdilər. Onların Ağdam rayonuna gəlməkdə məqsədləri Elnura sosial yardım düzəltmək olmuşdur. Elnur Ağdam rayonunda sosial yardım almaq üçün sənədlər almalı imiş. Lakin gec olduğundan belə bir fikrə gəlmişdilər ki, Bərdə rayonu Lənbəran kəndində yaşayan Elnurun bibisi olan Reyhan gilə gedib orada gecə qalalar səhərisi günü Ağdam rayonunda sənədləri düzəldərək geri Bakı şəhərinə qayıdalar. Buna görə də Elnur avtomaşını Bərdə rayonu Xanərəb kəndi istiqamətinə idarə edərək Xaçın çayı yolu ilə Lənbəran kəndi istiqamətinə tərəf getmişdir. Xaçın çayı yolu ilə gedərkən Mal bazarına gedən avtomaşınların asta sürdüyünü və həmin avtomaşınların yük yerindən heyvan oğurlamaq mümkün olduğu barədə söhbət etmişdilər. Söhbət əsnasında həmin maşınların yük yerindən heyvanları oğurlamaq barədə razılığa gəlmişdilər. Onlar belə qərara gəlmişdilər ki, Elnur gələn yük avtomobillərinin arxasınca avtomaşını idarə etsin, Elmin ilə o, həmin avtomaşının yük yerindən oğurluq edələr. Elnur idarə etdiyi avtomobili Xaçın çayının kənarında qamışlıq ərazidə saxlamışdır. Bu zaman qazel markalı avtomaşın asta surətlə onların dayandıqları yerdən keçmişdir. Elnur avtomaşının qabaq işıqlarını yandıraraq həmin avtomaşının arxasınca sürmüş ona yaxınlaşan zamanı isə qabaq işıqları söndürmüş, bu zaman maşın gedə-gedə Elmin və o, avtomaşından düşərək qarşıda asta gedən qazel markalı yük avtomobilinin yük yerinə çıxmışdılar. Həmin avtomobilin yük yerindən Elmin ilə o, 3 baş xırda buynuzlu heyvanları avtomaşının yük yerindən götürərək yerə atmışdılar. Bundan sonra avtomaşından düşərək yerə atdıqları quzulardan birini o, birini Elmin digərini isə Elnur götürərərk gəldikləri avtomaşının yük yerinə qoymuşdular. Həmin heyvanların ayaqları açıq vəziyyətdə imiş. Onlar avtomobilə əyəşmişdilər ki, yük avtomobili ərazidən uzaqlaşsın və Bərdə-Ağcabədi yoluna çıxıb oradan aralaşsınlar. Bir qədər gözlədikdən sonra Elnur avtomobili asta surətlə idarə etməyə başlamışdır. Bir qədər getdikdən sonra qarşıdan gələn avtomaşın qabaq işıqlarını söndürüb yandırmaqla avtomobili saxlamaqlarını işarə etmişdilər. Onlar həmin avtomaşının qazel markalı yük avtomaşını olduğunu görərək xırdabuynuzlu heyvanların oğurlanmasını şübhələndiyini bildikdən sonra Elnur idarə etdiyi avtomaşının surətini artıraraq həmin ərazidən aralaşmışdılar. Sonra Bərdə-Ağcabədi yolu istiqamətinə çıxıb avtomaşını Bərdə rayon istiqaməti tərəfə idarə etmişdir. Yol gedə-gedə Elnur xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan əmisi oğlu Şahid1 mobil telefonuna zəng etmişdir. Elnur mobil telefonda Şahid1 dostu ona 1100 manat pul borcu qarşılığında 3 baş xırdabuynuzlu heyvanlar verdiyini və onu satmaq istədiyini demişdir. Onlar telefonda razılaşmışdılar və Şamil Elnurun kartına göndərdiyi 5 manat pula avtomobilə yanacaq vuraraq onun yaşadığı Mingəçevir şəhəri Gülşən bağ massivinə getmişdilər. Şamilin yaşadığı ünvana çatmışdılar və Şamil onları yaşadığı evin qarşısında qarşılamışdır. Elnur və onun qardaşı Elmin avtomaşının yük yerində olan 3 baş xırda buynuzlu heyvanları götürərək Şamilin yaşadığ həyətə keçmişdilər. o, isə avtomaşının arxa oturacağında oturmuşdur. Bir az keçdikdən sonra onlar gəlmişdilər və həmin heyvanların ümumilikdə 762 manat nağd pul aldlıqlarını deyərək ordan Ağdam rayonu Quzanlı qəsəbəsinə qayıtmışdılar. Orda avtomaşında yatdıqdan sonra İmişli yolu ilə Bakı şəhərinə getmişdilər. onlar həmin pulun oğurluq cinayəti ilə əldə etdikləri 762 manat pulun bir hissəsinə avtomaşına yanacaq vur vurmuşdular, yolda tanımadıqları kafedə oturaraq yemək yeyib hesab ödəmişdilər. Sonra yerdə qalan pulu öz aralarında bölmüşdülər. Həmin puldan Elnur, Elmin və ona 170 manat pul düşmüşdür. Bundan sonra onlar Bakı şəhərinə getmişdilər, orada Elmin və o, avtomaşından düşərək yaşadıqları evə getmişdilər. Bundan sonra o, Bərdə rayon polis şöbəsinə dəvət olunsa da tutulduğundan qorxaraq gizlənmişdir. 26 aprel 2024-cü il tarixdə o, Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzinə müraciət edəndə onu saxlamışdılar və axtrışda olduğunu bildirirək onu aidiyyəti üzrə Bərdə rayon polis şöbəsinə gətirmişdilər. Həmçinin, o, 3 baş xırda buynuzlu heyvanları oğurladıqlarını, həmin oğurluğu qohumları Elnur və Elmin ilə birlikdə etdiyini, bu barədə heç kimin məlumatı olmadığını, hadisə yerini tanımadığı üçün, hadisə yerini əyani surətdə göstərə bilmədiyini bildirmişdir. Əməlindən peşman olduğunun, zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını məhkəmədən nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olması özlərinin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çullu kəndində yaşayır, Ağdam rayon Soltanbud kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs deyir, ali təhsilli müəllim işləyir. O, kənd təsərrüfatı ilə də məşğul olur və xırdabuynuzlu heyvanlar alıb kökəldikdən sonra satır. Buna görə də onun həyətində olan tövlədə 15 baş xırdabuynuzlu heyvanlar vardır. O, onları satmaq qərarına gəlmişdir. 19 yanvar 2024-cü il tarixdə heyvanları satmaq üçün Bərdə rayonunda yerləşən Mal bazarı adlanan heyvanların alqısatqısı yerinə getməkdən ötrü qohumu Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şahid2 mobil telefonuna zəng edərək Bərdə Mal bazarına getməyini və ona məxsus 15 baş xırdabuynuzlu heyvanları da aparmasını xahiş etmişdir. Ceyhun ona 19 yanvar 2024cü il tarixdə saat 01 radələrində onun yaşadığı evə gələcəyini oradan heyvanları yük yerinə yerləşdirib Bərdə rayonuna gedəcəyini demişdir. O, da həmin vaxta hazır olmuş və Ceyhun ona məxsus Qazel markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı ünvana gəlmiş və onlar 15 baş xırdabuynuzlu heyvanları avtomobilin yük yerinə yığdıqdan sonra Ceyhun, qardaşı oğlu Saqi və o, yük avtomobilinə əyləşmişdilər. O və qardaşı oğlu Saqi sərnişin oturacağında oturmuşdular, Ceyhun isə yük avtomobilini idarə edib Bərdə rayonu Xanərəb kəndi ərazisi ilə Xaçın çayının kənarı ilə Bərdə-Ağcabədi yolu istiqamətinə tərəf hərəkət etmişdilər. Onlar həmin yol ilə gəlməkdə məqsədləri yolun qısa olması olmuşdur. Həmin yol örtüyü daş-çınqıl yol olduğu üçün Ceyhun avtomobili asta sürətlə sürürmüş. Onlar həmin yol ilə hərəkət edərkən yolun sağ hissəsində ağ rəngli avtomobil dayanmışdır. O, gecə olduğu üçün yəqin Mal bazarına gedən şəxslərin olduğunu kimləri isə gözlədiyini zənn etmişdir. Onlar həmin avtomobili keçəndən sonra avtomobilin qabaq işıqları yanmış və onların arzxaları ilə gəlmişdir. Biraz gəlmişdir ki, həmin avtomobilin işıqları sönmüş, o, həmin avtomobili əyləşdiyi yük avtomobilinin sağ yan güzgüsündən müşahidə edirmiş. Onlar hərəkət edib Bərdə-Ağcabədi yoluna çıxmışdılar və Bərdə rayonu istiqamətində yolun sağ tərəfində yerləşən “Planet” yanacaq doldurma məntəqəsində Ceyhun idarə etdiyi yük avtomobilini saxlamışdır. Ceyhun və o, avtomobildən yerə enmiş avtomobilin arxa tərəfinə keçib yük yerinə baxmışdılar. Həmin vaxtı xırdabuynuzlu heyvanları sayanda 3 baş xırdabuynuzlu heyvanların olmadığını görmüşdülər. Ceyhun ona hər dəfə Mal bazarına gələndə yolun müəyyən hissəsində saxlayıb heyvanlara baxmağını demiş və “yaxşı ki, saxlamışıq görürsən ki, heyvanlardan 3 başı yoxdur” demişdir. Onlar tez avtomobilə əyləşmiş və gəldikləri yola tərəf geri qayıtmışdılar. Avtomobildə Ceyhun ona yolda gördüyləri ağ rəngli avtomaşının özünü şübhəli apardığını elə həmin şəxslər avtomobilin yük yerindən 3 baş xırdabuynuzlu heyvanları oğurladıqlarını demişdir. Onlar Xaçın çayı yoluna giriş edərkən qarşılarına avtomaşın çıxmış və Ceyhun ona avtomobilin qabaq işığı və siqnalı ilə işarə edərək dayandırmış və ondan yolda quzunun olub-olmamaasını soruşmuş, həmin avtomaşının sürücüsü yolda quzu görmədiyini demişdir. Onlar yenidən həmin yol istiqamətinə getmiş və həmin ağ rəngli avtomaşın qarşılarına çıxmışdır. Ceyhun həmin avtomaşına siqnal və qabaq işıqları ilə saxlamasını işarə etsədə həmin avtomaşının sürücüsü yüksək surətlə sürüb uzaqlaşmışdır. Ceyhun avtomaşını geri döndərənə kimi həmin avtomaşın gözdən itmiş, onlar həmin avtomaşına çata bilməmişdilər. Bundan sonra Ceyhun mobil telefonunu çıxardaraq DİN-nin 102 xidmətinə zəng eləmiş və avtomobildən 3 baş quzuların oğurlanmasında ağ rəngli 77**268 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən şübhəli olduğunu bildirmişdir. Bundan sonra onlar polis əməkdaşlarını gözləmişdilər, polis əməkdaşları gəlmiş hadisə yerinə baxış keçirilmiş, izahat və ərizələr almışdılar. Həmin günü yəni 19 yanvar 2024-cü il tarixdə ona məxsus 3 baş xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin tapıldığını və ona məxsus 2 baş xırdabuynuzlu heyvanların tapıldığını bildirmişdilər. O, dərhal Bərdə rayon polis şöbəsinə gəlmiş orada ona məxsus 2 baş xırdabuynuzlu heyvanları ona təqdim edilmiş və həmin xırdabuynuzlu heyvanları tanımış və protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Ona məxsus 2 baş xırdabuynuzlu heyvanları istintaq müddətində ona qaytarılacağı bildirilmişdir. Sonra ona məxsus 3 baş xırdabuynuzlu heyvanları avtomobilin yük yerindən oğurlayan Elnur Allahverdiyevin, Elmin Allahverdiyevin və Təqsirləndirilən şəxs3 oğurladıqlarını bilmişdir. Həmin şəxslər ona dəymiş maddi ziyanı ödədikləri üçün onun onlardan şikayət və tələbi olmadığını bildirmişdir. O, həmçinin notarial qaydada təsdiq olunmuş məhkəməyə ərizələr təqdim edərək bildirdi ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, onlardan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Müseyib oğlu ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Salahlı kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri Gülşən bağlar evi massivində müvəqqəti yaşayır, subay, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir. O, ailəsini dolandırmaq üçün xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur və yaşadığı evin həyətində tövlədə xırdabuynuzlu heyvanlar saxlayır. Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan istintaq müddətində adını bildiyi Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun əmisi oğlanlarıdır. Təqsirləndirilən şəxs3 isə istintaq müddətində aparılan araşdırma zamanı adını bilmiş, o, onu əvvəllər görməmiş və tanımamışdır. 19 yanvar 2024-cü il tarixdə saat 03 radələrində o, yaşadığı evdə olan zaman əmisioğlu Elnur mobil telefon vasitəsi ilə onun istifadə etdiyi ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək mobil telefonda ona dostu ona 1100 manat pul borcunun əvəzinə 3 baş xırdabuynuzlu heyvanlar verdiyini və onu satmaq istədiyini demişdir. O, da Elnura həmin heyvanların kök olduğu halda ala biləcəyini və diri çəkisinin 6 manatdan alacağını bildirmişdir. Elnur telefonda ona həmin heyvanların kök olduğunu və qiymətində onunla razılaşdığını demişdir. Sonra Elnur ona demişdir ki, “yaşadığı Mingəçevir şəhərinə gəlmək üçün avtomobildə yanacaq yoxdur, kartımı atım 5 manat pul göndər mən yanacaq vurub gəlim”. O, mobil telefonuna yüklədiyi Bir bank proqram vasitəsi ilə Elnurun Kapital banka məxsus Bir kartına 5 manat pul göndərmişdir. Bundan sonra təxminən yarım saat keçdikdən sonra Elnur, Elmin və sonradan adını bildiyi Elvin adlı şəxs onun yaşadığı evin qarşısına gəlmişdilər. O, onları qarşılamış, onlar ağ rəngli hundai markalı avtomobil ilə gəlmişdilər. Elnur və Elmin 3 baş xırdabuynuzlu heyvanları avtomobilin yük yerindən götürmüş, yaşadığı evin həyətinə gətirmişdilər. Elvin adlı şəxs isə avtomobilin arxa oturacaq yerində oturmuşdur. O, 3 baş xırdabuynuzlu heyvanları hər birini həyətində olan elektron tərəziyə qoyub çəkmişdir. Həmin xırdabuynuzlu heyvanlar 39 kq, 43 kq və 45 kq çəkiləri olmuşdur. O, həmin heyvanlara görə əvvəlcədən danışdığları kimi çəkilərini 6 manatdan hesablayıb ümumilikdə 762 (yeddi yüz altmış iki) manat pulu Elnura vermişdir və həmin heyvanları tövləyə salmışdır. O, Elnura pul verdikdən sonra onlar avtomaşına əyləşərək getmişdilər. Həmin günün səhərisi qızılı rəngli, bir yaşlı, çəkisi 45 kq olan xırdabuynuzlu heyvanı Mingəçevir şəhərində xırdabuynuzlu heyvanları Mingəçevir şəhərində tanımadığı şəxsə 300 manat pula satmışdır. 20 yanvar 2024-cü il tarixdə yaşadığı evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları onu çağıraraq onda 3 baş xırdabuynuzlu heyvanların olmasını və həmin heyvanların Elnur, Elmir və Elvin adlı şəxslər tərəfindən oğurlanaraq ona satıldığını bildirmişdilər. O, da onlara səmimi olaraq 19 yanvar 2024-cü il tarixdə əmisi oğlu Elnur və Elmirdən 3 baş xırdabuynuzlu heyvanlar aldığını, həmin heyvanlarından bir baş satdığını, iki baş heyvanların isə tövlədə olduğunu demişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirib həmin iki baş xırdabuynuzlu heyvanı onun iştirakı ilə protkol tərtib edilmiş və fotoşəkilləri çəkilib götürülmüşdür. Bundan sonra o, izahat vermək üçün Bərdə rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır, o, kənd təsərrüfatı ilə məşğul olur və atası X2 məxsus Qaz-33021 yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir və yaxın qohumlarımın heyvanlarrını Bərdə rayonunda yerləşən Mal bazarına aparır. 19 yanvar 2024-cü il tarixdə Ağdam Çullu kəndində yaşayan yaxın qohumu Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsilə zəng edərək 15 baş xırda buynuzlu heyvanlarının olduğunu və onaları satmaq üçün Bərdə rayonunda yerləşən Mal bazarına aparmağını xahiş etmişdir. O,19 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Əbülfətin yaşadığı evə gələcəyini oradan heyvanları yük yerinə yerləşdirib Bərdə rayonuna gedəcəyini demişdir. O, etibarnamə ilə idarə etdiyi Qaz-33021 yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əbülfətin yaşadığı ünvana getmiş, orada Əbülfət və onun qardaşı oğlu Saqi 15 baş xırdabuynuzlu heyvanları avtomobilin yük yerinə yığdıqdan sonra yük avtomobilini idarə edib Bərdə rayonu Xanərəb kəndi ərazisi ilə Xaçın çayının kənarı ilə Bərdə-Ağcabədi yolu istiqamətinə tərəf hərəkət etmişdilər. Onlar həmin yol ilə gəlməkdə məqsədləri yolun qısa olması olmuşdur. Həmin yol örtüyü daş-çınqıl yol olduğu üçün o, avtomobili asta sürətlə sürürmüş. Onlar həmin yol ilə hərəkət edərkən yolun sağ hissəsində ağ rəngli avtomobil dayanmışdır. O, gecə olduğu üçün yəqin Mal bazarına gedən şəxslərin olduğunu, kimləri isə gözlədiyini zənn etmişdir. Onlar həmin avtomobili keçəndən sonra avtomobilin qabaq işıqları yanmış və onların arzxaları ilə gəlmişdir. Biraz gəlmişdir ki, həmin avtomobilin işıqları sönmüş, o, həmin avtomobili əyləşdiyi yük avtomobilinin sağ-sol yan güzgüsündən müşahidə edirmiş. Onlar hərəkət edib Bərdə-Ağcabədi yoluna çıxmışdılar və Bərdə rayonu istiqamətində yolun sağ tərəfində yerləşən “Planet” yanacaq doldurma məntəqəsində idarə etdiyi yük avtomobilini saxlamışdır. O, adətən Mal bazarına heyvan aparan zamanı yolda saxlayıb heyvanların vəziyyətinə baxır ki, birdən açılanı olar və yaxud biri digərini əyaqlayar. Bu məqsədlə saxlayıb Əbülfət ilə avtomobildən enərək xırdabuynuzlu heyvanları sayanda 3 baş xırdabuynuzlu heyvanların olmadığını görmüşdülər. O, “yaxşı ki saxlamışıq görürsən ki, heyvanlardan 3 başı yoxdur” demişdir. Onlar tez avtomobilə əyləşmişdilər və gəldikləri yola tərəf geri qayıtmışdılar. Avtomobildə yolda gördüyləri ağ rəngli avtomaşının özünü şübhəli apardığını elə həmin şəxslər avtomobilin yük yerindən 3 baş xırdabuynuzlu heyvanları oğurladıqlarını demişdir. Onlar Xaçın çayı yoluna giriş edərkən qarşlarına avtomaşın çıxmış və o, ona avtomobilin qabaq işığı və siqnalı ilə işarə edərək dayandırmış və ondan yolda quzunun olub-olmamasını soruşmuş, həmin avtomaşının sürücüsü yolda quzu görmədiyini demişdir. Onlar yenidən həmin yol istiqamətinə getmişdilər və həmin ağ rəngli avtomaşın qarşılarına çıxmışdır. O, həmin avtomaşına siqnal və qabaq işıqları ilə saxlamasını işarə etsə də həmin avtomaşının sürücüsü yüksək surətlə sürüb uzaqlaşmışdır. O, avtomaşını geri döndərənə kimi həmin avtomaşın gözdən itmiş, onlar həmin avtomaşına çata bilməmişdilər. Bundan sonra o, mobil telefonunu çıxardaraq DİNnin 102 xidmətinə zəng eləmiş və avtomobildən 3 baş quzuların oğurlanmasında ağ rəngli 77**268 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən şübhəli olduğunu bildirmişdir. Onun idarə etdiyi avtomaşının yük yerindən oğurlanmış 3 baş xırdabuynuzlu heyvanlar Zərərçəkmiş şəxs məxsus olduğunu bildmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Çullu kəndində yaşayır. Zərərçəkmiş şəxs onun əmisidir və o, Zərərçəkmiş şəxsla qonşu yaşayır. 19 yanvar 2024cü il tarixdə əmisi ona mobil telefonla zəng edərək 15 baş xırda buynuzlu heyvanlarını satmaq üçün Bərdə rayonunda yerləşən Mal bazarına aparacağını demiş və kömək etməyini istəmişdir. O, da ona gəlib köməkli aparacağını demişdir. 19 yanvar 2024-cü il tarixdə saat 01 radələrində əmisi Əbülfət ilə birlikdə ona məxsus 15 baş xırdabuynuzlu heyvanları Şahid2 idarə etdiyi Qaz-33021 yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığdıqdan sonra Bərdə rayonu Xanərəb kəndi ərazisi ilə Xaçın çayının kənarı ilə Bərdə-Ağcabədi yolu istiqamətinə tərəf hərəkət etmişdilər. Onlar həmin yol ilə gəlməkdə məqsədləri yolun qısaolması olmuşdur. Həmin yol örtüyü daş-çınqıl yol olduğu üçün Ceyhun avtomobili asta sürətlə sürürmüş. Onlar həmin yol ilə hərəkət edərkən yolun sağ hissəsində ağ rəngli avtomobil dayanmışdır. O, gecə olduğu üçün yəqin Mal bazarına gedən şəxslərin olduğunu, kimləri isə gözlədiyini zənn etmişdir. Onlar həmin avtomobili keçəndən sonra avtomobilin qabaq işıqları yanmış və onların arxaları ilə gəlmişdir. Biraz gəlmişdir ki, həmin avtomobilin işıqları sönmüşdür. Onlar hərəkət edərək Bərdə-Ağcabədi yoluna çıxmışdılar və Bərdə rayonu istiqamətində yolun sağ tərəfində yerləşən “Planet” yanacaq doldurma məntəqəsində Ceyhun idarə etdiyi yük avtomobilini saxlamışdır. Əmisi Əbülfət və Ceyhun avtomobildən enərək xırdabuynuzlu heyvanlara baxaraq sayanda 3 baş xırdabuynuzlu heyvanların olmadığını demişdilər. Ceyhun yaxşı ki saxlamışıq görürsən ki, heyvanlardan 3 başı yoxdur. Onlar tez avtomobilə əyləşmişdilər və gəldikləri yola tərəf geri qayıtmışdılar. Avtomobildə yolda gördükləri ağ rəngli avtomaşının özünü şübhəli apardığını elə həmin şəxslər avtomobilin yük yerindən 3 baş xırdabuynuzlu heyvanları oğurladıqlarını demişdir. Onlar Xaçın çayı yoluna giriş edərkən qarşılarına avtomaşın çıxmış və Ceyhun ona avtomobilin qabaq işığı və siqnalı ilə işarə edərək dayandırmış və ondan yolda quzunun olub-olmamasını soruşmuşdur, həmin avtomaşının sürücüsü yolda quzu görmədiyini demişdir. Onlar yenidən həmin yol istiqamətinə getmişdilər və həmin ağ rəngli avtomaşın qarşılarına çıxmışdır. Ceyhun həmin avtomaşına siqnal və qabaq işıqları ilə saxlamasını işarə etsə də həmin avtomaşının sürücüsü yüksək surətlə sürüb uzaqlaşmışdır. Ceyhun avtomaşını geri döndərənə kimi həmin avtomaşın gözdən itmiş, onlar həmin avtomaşına çata bilməmişdilər. Bundan sonra Ceyhun mobil telefonunu çıxardaraq DİN-nin 102 xidmətinə zəng eləmiş və avtomobildən 3 baş quzuların oğurlanmasında ağ rəngli 77**268 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündən şübhəli olduğunu bildirmişdir. Oğurlanmış 3 baş xırdabuynuzlu heyvanlar əmisi Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 21 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 21 yanvar 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin tarixdə icraata qəbul edilərək istintaq aparılmışdır. Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 3-30-cu vərəqələrində olan materiallaran görünür ki, cinayət işinin başlanmasına səbəb, 19 yanvar 2024-cü il tarixdə Ağdam rayon Çullu kəndində yaşayan Zərərçəkmiş şəxs Bərdə rayonu polis şöbəsinə ərizə ilə müraciət edərək Xaçın çayı yolunda qohumu Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şahid2 məxsus Qazel markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerindən ona məxsus 3 (üç) baş xırda buynuzlu (qoç) heyvanların oğurlanması və ona ümumilikdə 1110 (min yüz on) manat ziyan dəyməsi, əsas isə toplanmış material olmuşdur. Cinayət işinin 1-ci cildinin 82-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxs qismində tutma haqqında 23 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 106-107-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 06 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 120-121-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 25 yanvar 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 153-cü vərəqəsində olan Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 yanvar 2024-cü il tarixli, 67 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 235-236-cı vərəqələrində olan 06 may 2024-cü il tarixli Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 114 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonu Salahlı kəndində qeydiyyatdadır və 4-yol 1 qəsəbəsində 987 nömrəli evdə müvəqqəti məskunlaşıb yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş xx.xx.2025-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 40-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxs qismində tutma haqqında 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 21 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 61-62-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 18-19-cu vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 06 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 76-77-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 23 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 23 yanvar 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 152-ci vərəqəsində olan Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 yanvar 2024-cü il tarixli, 66 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 232-233-cü vərəqələrində olan 06 may 2024-ci il tarixli Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 113 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu Salahlı kəndində qeydiyyatdadır və 4-yol 1 qəsəbəsində 987 nömrəli evdə müvəqqəti məskunlaşıb yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş xx.xx.2025-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 170-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində ********* nömrəli cinayət işi üzrə axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 178-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin İB-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 182-cİ vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxs qismində tutma haqqında 27 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 27 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 203-204-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 29 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 34-35-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 06 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 217-218-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 29 aprel 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 157-163-cü vərəqəsində olan Tərtər Hərbi Məhkəməsinin 13 may 2015-ci il tarixli 1(098)-116-2015 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(021)224/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkilməsinin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Tərtər rayon Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Tərtər rayon Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4, 66.5 maddələri ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılıb. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqəsində olan Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 yanvar 2024-cü il tarixli, 68 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Ağdam rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 238-239-cu vərəqəsində olan 06 may 2024-cü il tarixli Abşeron rayonu Novxanı Bələdiyyəsinin 113 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayonu Novxanı kəndi, X.R.Ulutürk küçəsində qeydiyyatsız (müvəqqəti kirayə) yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 223-225-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli 9/757 nömrəli Məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1120,00 manat müəyyən edilir. - 01 baş erkək cinsli, qızılı rəngli, 1 illik, diri çəkisi 45 kiloqram- 400,0 manat; - 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram- 360,0 manat; - 1 baş erkək cinsli, ağ rəngli, 1 illik, diri çəkisi 40 kiloqram- 360,0 manat. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 51-67-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəхslər Təqsirləndirilən şəxs1 оğlunun, Təqsirləndirilən şəxs2 оğlunun və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs məxsus oğurladıqları 3 baş xırda buynuzlu heyvanlardan Şahid1 Müseyib oğlunun təqdim etdiyi 1 baş erkək cinsli, ağ rəngli, 1 illik və 1 baş erkək cinsli, ağ rəngli, 1 illik olmaqla cəmi 2 baş xırda buynuzlu heyvanlar maddi sübut kimi tаnınmış və Zərərçəkmiş şəxs saxlanılması üçün verilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyan ümumilikdə 1120 (min yüz iyirmi) manat dəyərində qiymətləndirilmişdir. Cinayət işinin 1-ci cildinin 24-cü vərəqəsində olan qəbzdən görünür ki, 3 baş xırda buynuzlu heyvanlardan 1 baş erkək cinsli, ağ rəngli, 1 illik və 1 baş erkək cinsli, ağ rəngli, 1 illik olmaqla cəmi 2 baş xırda buynuzlu heyvanlar Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər cinayət törətməməsini, ailəli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 25 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə RPŞ-nin MSY-dən azad olunmuş, Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə tutularaq müvafiq təcridxanaya yeləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 23 yanvar 2024-cü il tarixindən 25 yanvar 2024-cü il tarixinədək və 17 mart 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 ay 27 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər cinayət törətməməsini, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 21 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 23 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə RPŞ-nin MSY-dən azad olunmuş, Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə tutularaq müvafiq təcridxanaya yeləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 21 yanvar 2024-cü il tarixindən 23 yanvar 2024-cü il tarixinədək və 17 mart 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 ay 27 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə saxlanılaraq xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin İB-nə təhvil verilmiş, 27 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 aprel 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə RPŞ-nin MSY-dən azad olunmuşdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 27 aprel 2024-cü il tarixindən 29 aprel 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(021)224/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm üzrə cəzasından 09 ay 16 gün müddətini çəkmiş və 05 (beş) il 08 (səkkiz) ay 14 (on dörd) gün çəkilməmiş cəza çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs3 tərəfindən törədilən cinayət Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(021)224/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən əvvəl, 2024-cü il tarixdə törədilmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(021)224/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli ilkin hökm üzrə həbsə alındığı 26 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi də nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 3 baş xırda buynuzlu heyvanlardan 1 baş erkək cinsli, ağ rəngli, 1 illik və 1 baş erkək cinsli, ağ rəngli, 1 illik olmaqla cəmi 2 baş xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 27 aprel 2024-cü il tarixindən 29 aprel 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsi nəzərə alınmaqla Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(124)-224/2025 saylı hökmü ilə ilə ona təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 (beş) il 08 (səkkiz) ay 14 (on dörd) gün hissəsi ilə qismən toplamaqla üzərində qəti olaraq 06 (altı) il 3 (üç ) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 21 yanvar 2024-cü il tarixindən 23 yanvar 2024-cü il tarixinədək və 17 mart 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 ay 27 gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 23 yanvar 2024-cü il tarixindən 25 yanvar 2024-cü il tarixinədək və 17 mart 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 ay 27 gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar