Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-160/2022 25.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Müdafiəçi - Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 . Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hölkmü ilə Azərbaycan Respublikasının CM_nin 177.2.1 və 177.2.3-cü maddələi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 177.2.1,177.2.3,69.3-cü maddələrinə əsasən üzərində 01 il 03 ay azadlığın məhdudlaşdırılması vəzası saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 5-ci bəndinə əaasən barəsində aministiya tətbiq edilərək cəzası 01 il azaldılıb üzərində qəti olaraq 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş Bərdə şəhəri ünvan 1 ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən «Köhnə bazar»da Zərərçəkmiş şəxs əynində olan cins şalvarın sağ arxa cibindən 240 (iki yüz qırx) manat pulunu çıxarmaqla oğurlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 may 2022-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən «Köhnə bazar»da Bərdə rayon Qazaxlar kəndində yaşayan Zərərçəkmiş şəxs əynində olan cins şalvarın sağ arxa cibindən iki ədəd yüzlük və iki ədəd iyirmilik pul əskinaslarını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 240 (iki yüz qırx) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayon köhnə bazarda Zərərçəkmiş şəxs əynində olan cins şalvarın arxa sağ cibindən 240 (iki yüz) qırx manat pulu çıxardaraq oğurlamış, Zərərçəkmiş şəxs onun pulu cibindən çıxartdığını bilib ona yaxınlışıb pulunu cibindən çıxartmasını demiş və pulunu qaytarmasını bildirmiş, Amil ona cibindən 240 manat pulunu çıxardıb oğurladığını demiş, həmin vaxt polis əməkdaşı gəlmiş, polis əməkdaşı ona oğurladığı pulu təqdim etməsini bildirmiş, Zərərçəkmiş şəxs cibindən çıxardıb oğurladığı pulu bazarda olan polis əməkdaşına vermiş, həmin vaxt neçə manat pul olduğunu bilməmiş, amma pulun üstündə yüz manatlıq pul olduğunu görmüşdür. Heç bir təsir olmadan heç bir fiziki və psixi təsirə məruz qalmadan oğurluq etdiyini səmimi etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs cibindən 240 (iki yüz qırx) manat pulu həqiqətən o çıxardıb oğurlamışdır. Əməlindən səmimi peşman olmasını, zərəri tam ödəməsini, zərərçəmiş şəxsin ondan şikayət və tələbi olmamasını, himayəsində az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs оğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti olmamışdır. 13 may 2022ci il tarixdə saat təxminən 11:00 radələrində Bərdə şəhər köhnə bazara ərzaq almağa getmiş, bazarın girişində pilləkənlə düşəndə qadın üçün saç sancağı almış, əynində olan cins şalvarın sağ arxa cibindən ümumi pulunu çıxartmış və satıcıya bir manat pul verib qalan pulu yenə qaytarıb şalvarının sağ arxa cibinə qoymuş, həmin anda cibinə əl girdiyini hiss etmiş, geri çevriləndə tanımadığı həmin şəxs əlində pul olduğunu görmüş, ona yaxınlaşmış, Ramilə demişdir ki, «mənim cibimdən pulu sən götürdün, mənim pulumu ver». Ramil onu şərlədiyini bildirmiş və yumruqla bir dəfə ağzına vurmuş, lakin Ramili vurmamış, Ramilin qolundan tutmuş, həmin vaxt polis əməkdaşı Amil onlara yaxınlaşmış, Amil onları yaxınlıqda kamerası olan mağazaya aparmış, həmin mağazada kamera olmuşdur. Amil mağazada Ramilə pulu verməsini demiş, arvadı Şahid1 mağazadan çöldə narahat olduğuna görə o, mağazadan çölə çıxmış, Ramil və polis əməkdaşı Amil mağazada qalmışlar. Mağazada Ramil onun cibindən oğurladığı pulu polis əməkdaşı Amilə vermiş, lakin bundan məlumatı olmamış, polis şöbəsinə gələndə bilmiş, həmin vaxt Ramil mağazadan çıxıb bazarın içərisinə tərəf qaçmış, o da Ramilin arxasınca qaçmış, polis əməkdaşı Amil də Ramilin arxasınca qaçmış, bazarın içərisində Ramili tutmuş, Ramilin bir əli onun əlində olanda Ramil digər əli ilə qəflətən öz boynunu lezva ilə bir neçə yerdən kəsməyə başlamış, polis əməkdaşı Amil və o Ramilin hər iki qolunu tutub bazardan çölə çıxartmışlar. Amil polis çağırmış, post patrul maşını gəlmiş və Ramili post patrul maşınına qoyub polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs cibindən 240 (iki yüz qırx) manat pulunu oğurlamış, oğurlanmış pulları iki ədəd yüzlük və iki ədəd iyirmilik pul əskinasları olmuş, Ramilə əvvəl yaxınlaşanda da iki yüz qırx manat pulunu oğurladığını demiş, hadisə vaxtı arvadı Aygün yanında olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Dəymiş ziyan tam ödənilmişdir. Odur ki, məhkəmədən ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs hadisə baş verən anadək tanımamış, qohum deyil, ədavəti yoxdur. 13 may 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidmətdə olarkən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən «köhnə bazar»da adamlar yığıldığını görüb onlara yaxınlaşmış, özünü təqdim edib nə baş verdiyini soruşanda Zərərçəkmiş şəxs ona demişdir ki, Ramil adlı şəxs cibindən 240 (iki yüz qırx) manat pul oğurlayıb. Həmin yerə çatanda zərərçəkmiş şəxs Amil Ramilin qolundan tutub saxlamışdır. Ramil ona pulu oğurlamadığını bildirmiş və «gözlə pul bir adamdadır, zəng vurum gətirsin» demiş, o, Ramilə oğurladığı pulu təqdim etməsini, orada kamerası olan mağaza sahibi Tahirə mağazanın kamerasına baxmasını bildirmişdir. Həmin vaxt Ramil yanında olmuş və o, Ramili polis şöbəsinə gətirmək üçün polis şöbəsinə məlumat vermişdir. Həmin vaxt Ramil cibindən pulu çıxardıb ona vermiş və qəflətən əlindən çıxıb qaçmışdır. O və zərərçəkmiş şəxs Amil Ramilin arxasınca qaçıb bazarın içərisində onu tutmuşlar. Həmin vaxt Ramil əlində olan lezva ilə öz boynunu kəsmişdir. Digər polis əməkdaşları da gəlmiş və Ramili polis şöbəsinə gətirmişlər. Bu barədə raportla məruzə etmiş, Ramilin oğurladığı iki ədəd yüzlük və iki ədəd iyirmilik əskinaslar olmaqla cəmi 240 (iki yüz qırx) manat pulu raportuna əlavə edərək növbətçi hissəyə təhvil vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ifadəsində göstərdiklərini yalan danışır, özünü məsuliyyətdən qurtarmaq üçün müdafiə edir. Ramil 240 manat pulu zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olan cins şalvarın sağ arxa cibindən oğurlamışdır. Ramil əvvəllər dəfələrlə oğurluq etdiyinə görə məhkum olunmuşdur. O görəndə Ramil tək olmuş, yanında heç kim olmamış, Ramil pulu oğurladığı qaydada ona vermiş, Ramilin oğurladığı 240 manat pulu istintaqa təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid1 və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti olmamışdır. 13 may 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində o və əri Amil Bərdə şəhərində yerləşən köhnə bazara ərzaq almağa getmiş, bazarın girişində pilləkənlə düşəndə qadın üçün saç sancağı almışlar, Amil əynində olan cins şalvarın sağ arxa cibindən ümumi pulunu çıxartmış və satıcıya bir manat pul verib qalan pulu yenə qaytarıb şalvarının sağ arxa cibinə qoymuş, o, da saç sancaqlarına baxmışdır. Həmin vaxt Amil cibində pul olmadığını, pulunun oğurlandığını demişdir. Amil həmin vaxt qaçaraq onlardan bir az qabaqda olan iki nəfər şəxsin birinə pulunu cibindən götürdüyünü demiş və verməsini tələb etmişdir. Sonradan adını bildiyi Ramil adlı şəxs Amili söymüş və Amilin ağzına bir dəfə yumruqla vurmuş, Amil isə onu vurmamışdır. Amil Ramilin qolundan tutmuşdur. Həmin vaxt Amil adlı polis əməkdaşı onlara yaxınlaşmış, yaxınlıqda kamerası olan mağazaya aparmışdır. O mağazadan çöldə narahat olduğuna görə Amil mağazadan çölə çıxmış, Ramil və polis əməkdaşı Amil mağazada qalmışlar. Həmin vaxt Ramil mağazadan çıxıb bazarın içərisinə tərəf qaçmış, Amil də Ramilin arxasınca qaçmış, polis əməkdaşı Amil də Ramilin arxasınca qaçmış, bazarın içərisində Ramili tutmuş və polis maşınına mindirib polis şöbəsinə aparmışlar. Orada Ramilin tutularkən özünü kəsdiyini eşitmişdir. Həmin vaxt özünü pis hiss etdiyindən və həyəcanlandığından Ramilin özünü kəsdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən «Köhnə bazar»da kişi paltarı mağazası var, həmin mağazanı özü işlədir. Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi tanyır, qohum deyil, ədavəti yoxdur. Ramili arabir bazarda görür. Zərərçəkmiş şəxs hadisə baş verən anadək tanımamış, qohum deyil, ədavəti yoxdur. 13 may 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində bazarda mağazada olmuş, həmin vaxt Zərərçəkmiş şəxs ailəsi və azyaşlı uşağı ilə birlikdə onun mağazasına gəlib, mağazanın qarşısında eynəklərə baxmışlar. Sonra bəyənməyib qonşuluqda olan mağazanın qarşısında pilləkəndə eynəklərə baxmışlar. Həmin vaxt mağazadan çöldə səs eşitmiş, səsə çölə çıxanda görmüşdür ki, Amil Ramilə «sən mənim cibimdən pulumu oğurlamısan, mənim yanımda sən idin, mənim pulumu da sən oğurlamısan» demiş, Ramil Amilə «get işinlə məşğul ol» demiş, orada olanlar demişlər ki, burda kamera var. Kamera onun mağazasının qarşısında olmuş, sonra polis əməkdaşı Amil gəlmiş və Ramili onun mağazasına gətirmişdir. Polis əməkdaşı Amil Ramilə pulu qaytarmasını bildirmiş, Ramil isə pulu oğurlamadığını demiş, o Ramilə kameraya düşdüyünü bildirmiş, mağazada olan videokameranın çəkilişlərinə baxmışdır. Sonra polis əməkdaşı Amilə demişdir ki, «gəlin baxın kameraya düşüb». O belə deyəndə Ramil əvvəlcə bəhanə edib demişdir ki, «pulu verdim getdi». Sonra o Ramilə «kameraya düşmüsən gəl bax» deyəndə Ramil oğurladığı pulu cibindən çıxardıb polis əməkdaşı Amilə vermiş, zərərçəkmiş şəxs Amil Təqsirləndirilən şəxs niyə ona yalan danışdığını bildirmiş və aralarında mübahisə olmuş, həmin vaxt Ramil cibindən lezva çıxardıb öz boğazına bir neçə dəfə kiçik kəsiklər etmiş, həmin vaxt polis əməkdaşı Amil polis şöbəsinə məlumat verib Ramilin polis şöbəsinə aparılması üçün kömək çağırmış, həmin anda Ramil polis əməkdaşı Amilin əlindən çıxıb mağazadan çölə qaçmış, polis əməkdaşı Amil və zərərçəkmiş şəxs Amil onun arxasınca çölə qaçmış və Ramili bazarda pilləkənlərdən aşağıda tutub polis maşınına mindirib polis şöbəsinə aparmışlar. Ona məxsus olan mağazadakı videokameradakı video görüntülərə baxanda həmin şəxsin Amilə arxadan yaxınlaşıb ona toxunub keçməsi sonra pul sayması aydın görünür. Sonra onun razılığı ilə mağazada olan videokameranın yaddaşındakı hadisənin görüntülərini polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alt dodaq nahiyyəsinin selikli qişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, özözünə yetirilməsi inandırıcı deyildir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədəni üzərində sol göz yuvasıaltı nahiyyənin qançırı, sağ əl, sol said, sol bazu nahiyələrinin səthi kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Törənmə müddətləri sol gözyuvasıaltı nahiyyənin qançırı, boyun nahiyyəsinin kəsilmiş yaraları qərarda göstərilən tarixə, yəni xx.xx.2022-ci ilə uyğun gəlir, sol bazu nahiyyəsinin kəsilmiş yarası, sağ əl, sol said, sol bazu nahiyyələrinin sıyrıqları isə müayinədən 2-3 gün əvvələ uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş 16 may 2022-ci il tarixli baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə Bazar” –da video görüntüləri bazarda Şahid3 məxsus paltar mağazasında quraşdırılmış müşahidə kameraları ilə qeydə alındığından həmin kameraların yaddaş blokuna Şahid3 razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin görüntü 01 dəqiqə 21 saniyə müddətində çəkilmişdir. Baxış zamanı video görüntüdə bir nəfər əynində ağ rəngli kofta olan cavan oğlanın yanında azyaşlı oğlan uşağı ilə uşağın gözünə eynək taxıb baxması, sonra bir nəfər əynində qolları qara rəngdə kofta olan oğlanın əlində qara-qırmızı sellofan torba ilə ağ koftalı oğlana arxadan tam yaxınlaşıb arxa cibinə baxması, toxunması, daha sonra ondan biraz uzaqlaşıb dayanması məlum olur. Baxış zamanı polis nəfəri Şahid2 və Şahid3 əynində ağ koftalı şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs, yanında olan uşaq isə onun oğlu, qolları qara rəngli ağ kofta olan və əlində qara qırmızı rəngi olan sellofan torbada ona yaxınlaşan isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs həmin anda Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ arxa cibindən 240 manat pulunu oğurlamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən «Köhnə bazar»da Zərərçəkmiş şəxs əynində olan cins şalvarın sağ arxa cibindən 240 (iki yüz qırx) manat pulunu çıxarmaqla oğurlamış və bununla da AR.CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də əvvəllər cinayət törədərək cinayət məsuliyyətinə cəlb edilməsi və cəzaya məruz qalmasını, lakin bundan nəticə çıxarmayaraq yenidən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət prinsipinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs оğlunun təqsirləndirildiyi CM-in 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törədilən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-in 177.2.5ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüngül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsi törətdiyi onun cinayətə tənqidi münasibət bəsləməsinin əsasıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş xx.xx.2022-ci il tаriхli tələbnаmədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM_nin 177.2.1 və 177.2.3cü maddələi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə vəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 177.2.1,177.2.3,69.3-cü maddələrinə əsasən üzərində 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 5-ci bəndinə əsasən barəsində amnistiya tətbiq edilərək cəzası 01 il azaldılıb üzərində qəti olaraq 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lakin, Cinayət Məcəlləsinin 18-ci maddəsində residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan hallardan biri də 18.4.4-cü bənddə qeyd edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlardır. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlansın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-160/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-160/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver