Məhkəmə qərarları › İş №1(021)-160/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-160/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-160/2023 06.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(097)-157/2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci, 178.2.1-ci, 178.2.3-cü və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-cl maddəsinə əsasən təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona 1 (bir) il sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilmiş, Ağdam rayon Qiyaslı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, 3(üç) ədəd şəffaf polietilen torbacıqlarda ayrıayrılıqda təmiz çəkiləri 4,22 qram, 3,88 qram, 0,28 qram, ümumi təmiz çəkisi 8,38 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 24 aprel 2023-cü il tarixdə saat təxminən 23:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Kətəlparaq kəndində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, Bərdə RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sol yan cibindən 2(iki) ədəd şəffaf polietilen torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,22 qram, 3,88 qram, ümumi təmiz çəkisi 8,10 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etmir, lakin əvvəllər istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə o, yaşadığı kənddə olan zaman Asəflə birlikdə Ağdaş rayonuna getmişlər və orada olan zaman məclisdə söhbət narkotikdən açılmışdır. Həmin vaxt orada olan tanımadığı şəxs ona iki ədəd sellofan paketdə qurudulmuş marixuana vermiş və ona hədiyyə verdiyini bildirmişdir. O, həmin iki ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı götürərək cibinə qoymuş və həmin vaxt Asəf ona bildirmişdir ki, həmin narkotikdən ona da versin. O, bir ədəd sellofan bükümü Asəfə vermiş və Asəf həmin sellofan bükümdə olan qurudulmuş marixuanadan bir qədər götürmüş və cibinə qoymuş, qalan hissəsini isə ona güri qaytarmışdır. Saat təxminən 21 radələrində onlar Ağdaş rayonundan çıxaraq Bərdə rayonuna gəlmişlər. Saat təxminən 23 radələrində yaşadığı Kətəlparaq kəndində polis əməkdaşları onlara yaxınlaşmış və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirirək onları polis şöbəsinə dəvət etmişdirlər. Bərdə RPŞ-də olan zaman o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və bundan sonra ərizəsi əsasında dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə ona zəruri sənədlər təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı o, şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Həmin sellofan büküm ilkin olaraq elektron tərəzidə çəkilmiş və 4.88 qram və 4.51 qram olduğu müəyyən olunmuş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Daha sonra üzərində polis əməkdaşları tərəfindən baxış keçirilmiş və üzərindən bir ədəd “Redmi Note9” markalı mobil telefon və 2 ədəd 5 manatlıq pul əskinazı və 90 qəpik pul aşkar edilmişdir. Həmin mobil telefon və pul iş üçün əhəmiyyət kəsb etdiyinə görə qablaşdırılaraq götürülmüşdür. O, həmin narkotik vasitəni Ağdaş rayonunda tanımadığı şəxsdən xx.xx.2023-cü il tarixdə pay olaraq aldığını bildirdi. Təqsirləndirilən şəxs həmçinin ifadəsində onun üzərindən aşkar edilmiş 2 ədəd selofan bükümdə olan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdam rayonunda məclisdə olan zaman tanımadığı şəxsdən pay olaraq aldığını, Şahid1 1 büküm narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, lakin əvəzində heçnə almadığını, əvvəllər qurudulmuş marixuana istifadə etdiyini, lakin son 2-3 ildir ki, istifadə etmədiini, özünün istifadə etdiyini, ona qarşı hər hansı zor tətbiq edilmədiyini, heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirdi ki, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1969-cu il təvəllüdlü X8 və Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Kətəlparaq kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlanması barədə əməliyyat məlumatı daxil olmuş və buna görə də, tərəfindən 24 aprel 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirləri nəticəsində Şahid1 və Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 23:20 radələrində Bərdə rayon Kətəlparaq kəndində saxlanılmış və Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Burada Şahid1 müdafiəçisi X6, onun, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Bərdə RPŞ-nin KTQ-nin baş ekspert kriminalisti, polis kapitanı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasiyasına uyğun olaraq hüquqları Bərdə RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edildikdən sonra üzərindən videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş və şübhəli şəxs Şahid1 heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Bərdə RPŞ-nin KTQ-nin baş ekspert kriminalisti polis kapitanı Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Daha sonra Şahid1 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. təklifdən sonra Şahid1 masaya doğru yaxınlaşaraq əynində olan cins şalvarın sağ yan cibindən siqaret qutusunu qabığı cırılmış vəziyyətdə masanın üzərinə qoymuşdur. X7 siqaret qutusuna baxış keçirmiş, həmin siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Şahid1 həmin narkotik vasitəni tanışı Elgiz adlı şəxsdən aldığını və alan zaman heç bir ödəniş etmədiyini bildirmişdir. Daha sonra təhqiqatçısı Yusif Əliyev tərəfindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlə elektron tərəzidə çəkildi və ilkin çəkisi 0,46 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş narkotik 01 ədəd sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 94 nömrəli möhürü ilə möhrülənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Şahid1 üzəri tərəfindən yoxlanılmış və Şahid1 üzərində olan gödəkcənin sol iç cibindən bir ədəd sadə tipli “Samsung” markalı və bir ədəd smartfon tipli “Samsung” markalı mobil telefon, gödəkcənin sol iç cibindən X4 məxsus şəxsiyyət vəsiqəsi, daha sonra gödəkcənin sağ yan cibindən bir ədəd alışqan və bir ədəd siqaret, şalvarın sol yan cibindən altı ədəd bir manatlıq pul əskinasları aşkar edilmişdir. Daha sonra X7 tərəfindən aşkar edilmiş mobil telefonlar və 6 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüş və bir ədəd alışqan və bir ədəd siqaret qutusu isə Şahid1 qaytarılmışdır. Daha sonra X7 Şahid1 həmin narkotik vasitəni haradan və nə vaxt alması soruşulmuş, Şahid1 həmin nrkotik vasitəni 24 aprel 2023-cü il tarixdə Ağdaş rayonundan Bərdə rayonuna gələn zaman avtomobildə qohumu Təqsirləndirilən şəxs pulsuz aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Şahid1 və prosess iştirakçılarına axtarışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuşdur. Lakin proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmiş və bununlada Şahid1 üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Bərdə RPŞ-nin KTQ-nin baş ekspert kriminalisti, polis kapitanı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasiyasina uyğun olaraq hüquqları Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Yusif Əliyev tərəfindən izah edildikdən sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan şalvarın sol yan cibindən iki ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri masanın üzərinə qoymuşdur. Bundan sonra 02 ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzinə çəkilmiş və çəkiləri 4,88 qram və 4,51 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlələr 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmaqla DİN-nin 94 saylı möhürü möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılmış və şalvarın sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefon, şalvarın sağ yan cibindən iki ədəd 5 manatlıq və 90 qəpik pul, daha sonra isə 1 ədəd alışqan aşkar edilmişdir. Lakin əlavə hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Redmi” markalı mobil telefon iki ədəd 5 manatlıq və 90 qəpik pul iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmaqla DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şübhəli şəs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin xx.xx.2023-cü il tarixdə saat 18:19 radələrində Ağdaş rayonundan tanımadığı şəxsdən aldığını və üzərində saxladığını, həmin tarixdə yol gələrkən narkotik vasitədən bir büküm qohumu Şahid1 pulsuz olaraq verdiyini, qalan hissəsini öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və prosess iştirakçılarına şəxsi axtarış keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, lakin prosess iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Bununlada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs kiməsə narkotik satması barədə məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o,narkotik vasitələrindən istifadə etməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, qohumu Elgizlə birlikdə Ağdaş rayonuna getmişlər və orada tanımadığı şəxslərlə ad günü məclisində iştirak etmişdirlər. Ağdaş rayonundan qayıdan zaman o, yolda Elgizə demişdir ki, “əgər çəkməyə şey varsa biraz da, mənə verərsən istifadə edərəm”. Həmin vaxt Elgiz ona demişdir ki, “narahat olma tşəkil edərik”. Elgiz avtomobilin arxa hissəsində o, isə qabaq tərəfdə oturmuşdur. Bir qədər sonra Elgiz ona siqaret qutusunda bir büküm qurudulmuş marixuana vermiş və demişdir ki, “istifadə edərsən”. o, da həmin narkotik vasitəni siqaret qutusu ilə birlikdə cibinə qoymuşdur. Onlar saat təxminən 21 radələrində Ağdaş rayonundan çıxaraq Bərdə rayonuna gəlmişlər və həmin gün saat təxminən 23 radələrində onlar Bərdə rayon Kətəlparaq kəndində olan zaman polis əməkdaşları onlara yaxınlaşmış və özlərini Bərdə RPŞ-nin əməkdaşları olmalarını deyərək xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında şübhəli olunduğunu bildirirək, onlara polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan bir ədəd siqaret qutusunun qapağı cırılmış vəziyyətdə və içərisində bir sellofan büküm olmasını deyib təqdim etmişdir. Həmin sellofan büküm ilkin olaraq elektron tərəzidə çəkilmiş və 0.46 qram olduğu müəyyən olunmuş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd sadə tipli “Samsung” markalı mobil telefon və bir ədəd smartfon tipli “Samsung” markalı mobil telefonlar, 6 ədəd bir manatlıq pul əskinasları, ona məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd açar və siqaret aşkar edilmişdir. Həmin mobil telefon və pul iş üçün əhəmiyyət kəsb etdiyinə görə qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar isə özünə qaytarılmışdır. Sorğu zamanı o, həmin narkotik vasitəni qohumu Elgiz adlı şəxsdən istifadə etmək üçün heç bir pul qarşılığı olmadan əvəzsiz almışdır. Şahid1 həmçinin ifadəsində onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitənin 24 aprel 2023-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs özü istifadə etmək üçün heç bir pul qarşılığı olmadan, əvəzsiz aldığını, qohumu Təqsirləndirilən şəxs heç bir pul qarşılığı olmadan, əvəzsiz aldığı 01 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı alarkən hər hansı bir şəxsin məlumatı olmadığını və görmədiyini, qohumu Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı konkret olaraq kimdən və haradan almasından məlumatının olmadığını, Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə verməsi və ya satmasını görmədiyini bildirmişdir. İş üzrə Şahid4 məhkəməyə teleqram göndərərək məzuniyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək cinayət işində olan ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 və Şahid2 ilə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 25 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasına səbəb 24 aprel 2023-cü il tarixdə saat təxminən 23:20 radələrində Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Kətəlparaq kəndində saxlanılaraq Bərdə RPŞ-nə gətirilməsi, Bərdə RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sol yan cibindən 2 (iki) ədəd şəffaf politilen torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 4.22 qram, 3.88 qram ümumi təmiz çəkisi 8,10 qram tərkibindən narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 24 aprel 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 90-91-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bərdə RPŞ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 68-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2023-cü il tarixli 16/446 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki , 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd şəffaf polietilen torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,422 qram, 3,88 qram, ümumi təmiz çəkisi 8,10 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkibinə görə eynidirlər. Qeyd:Qurudulmuş marixuana təmiz çəkiləri-0.28 qram, (1№-li ob) -8.1 qram, (2-3№-li ob), tədqiqata sərf edildi-0,06 qram (hər ob. 0.02 qram), qalıq-0.26 qram (1№-li ob) -8.06 qram (2-3№-li ob) (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 166-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 149-162-ci vərəqələrində olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(097)-157/2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci, 178.2.1-ci, 178.2.3-cü və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-cl maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edillmiş və ona 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152.1, 178.2.1, 178.2.3, 32.4, 312.1, 66.3, 70-ci maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti təyin edilməklə 03 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 171-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Kətəlparaq kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 165-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 164-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır. (çətənə xx.xx.2019) Cinayət işinin 172-182-cİ vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 8,10 qram narkotik vasitə olan marixuananı tədqiqatdan sonrakı qalığı olan təmiz çəkisi 8,06 qram narkotik vasitə marixuana olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd möhürlənmiş zərf Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidlərin ifadəsi, həmçinin məhkəmə-bioloji və məhkəmə narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış keçirilməsi haqqında protokol obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 172-182-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi Note9” markalı mobil telefon və 2 ədəd 5 manatlıq pul əskinazı və 90 qəpik pul Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Ağdam Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 1(098)- 157/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəsinin 152.1, 178.2.1, 178.2.3, 32.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı üçün xx.xx.2018- ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 26 aprel 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ayrı-ayrı möhürlənmiş zərflərdə olan 0,26 qram və 8,06 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi Note9” markalı mobil telefon və 2 ədəd 5 manatlıq pul əskinazı və 90 qəpik pulun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixindən 26 aprel 2023-cü il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ayrı-ayrı möhürlənmiş zərflərdə olan 0,26 qram və 8,06 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar