Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-160/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, Qarabağ küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi xeyli miqdarda, yəni 1,018 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 iyul 2024-cü il tarixdə, saat 06:15 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «cins» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,018 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. İbtidai araşdırma dövründə ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Qarabağ küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. O, əvəlllər Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 271.5 və 263.2-ci maddələri ilə məhkum olmuşdur. O, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bərdə rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan heroindən çəkmə və şpris iynəsi ilə bədəninə vurma yolu ilə istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2024-cü il tarixdə o, piyada hərəkət edərkən Bərdə şəhərində yerləşən «İlqar» marketin yaxınlığından keçən dəmir yolu reyslərinin kənarında bir ədəd şəffaf rəngli sellofan bükülü tapmış və içərisinə baxdıqda həmin sellofanın içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün özü istifadə etmək məqəsdilə həmin bükülünü əynində olan qara rəngli cins şalvarın cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 06:15 radələrində o, yaşadığı fərdi yaşayış evinin qarşısında olan küçə ilə piyada hərəkətdə olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan haradan gəldiyini soruşmuşlar. O, da yaşadığı evdən çıxıb mağazaya getmək istədiyini demişdir. Həmin vaxt polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat aldıqlarını deyib Bərdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. O, Bərdə rayon polis şöbəsində olarkən həqiqətəndə üzərində narkotik vasitənin olduğunu və bir gün öncə Bərdə şəhəri ərazisində yerləşən dəmir yolu reyslərinin kənarından tapdığını və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Polis şöbəsində ona vəkil təqdim olunmış və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Həmin vaxt o, təqdim etdiyi sellofana baxış keçirilmiş və içərisində olan kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,07 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülüdə olan kütlə ağ rəngli zərfdə qablaşdırılmış, AR DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri tərəflərindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana baxış keçilməsini bildirdikləri üçün o, heç bir etirazının olmadığını demişdir. Bundan sonra onun yaşadığı ünvana baxış keçilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Sonra onun yaşdığı ünvana getdikdən sonra polis əməkdaşları ondan yaşadığı ünvanda qanunsuz olaraq hər hansı bir əşya və ya predmet olubolmadığını soruşmuşlar. O, da yaşadığı ünvanda qanunsuz olaraq hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Onun yaşadığı evə baxış keçirilmiş, yaşadığı evin qonaq otağında olan masanın üzərindən 01 (bir) ədəd şpris aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin şprisdən heroindən istifadə etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Yaşadığı evdən aşkar olunmuş 01 (bir) ədəd şpris ağ rəngli zərfə qablaşdırılmış, AR.DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri tərəflərindən imzalanmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Baxış zamanı yaşdığı evdən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma dövründə vermiş olduğu ifadədən fərqli ifadə verərək göstərmişdir ki, o, Bərdə şəhər Bahadur Hacıyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır, heç yerdə işləmir. Həmin gün yuxarıda göstərilən ünvanda olmuşdur. Evdə olan zaman bir neçə nəfər polis əməkdaşı evə daxil olmuş, digərləri isə qonşu qapısının ağzında gözləmişlər. Həmin vaxt evdə ailə üzvləri olmamışdır. Belə ki, artıq bir neçə müddətdir ki ailəsi ondan ayrı yaşayır. Bundan sonra o, polis şöbəsinə gətirilmişdir. Şöbədə olan zaman cığarada olan narkotik vasitəni ona təqdim edib özünə məxsusluğunu bildirməsini tələb etmişlər. Yalnız belə olacağı təqdirdə onu buraxacaqlarını bildirmiş və heç bir narahatçılığa əsas olmadığını qeyd etmişlər. Daha sonra Xanım adlı vəkil onun müdafiəçi qismində işə buraxılmışdır. Yalnız bundan sonra lazımi sənədlərə imza etmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamışdır. Əlavə olaraq bildirir ki, sonradan mənzilə baxış zamanı aşkar edilmiş 3 m-lik spriş əvvəlcədən polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 24 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində və yaşadığı fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən həmin gün saat 06:15 radələrində onun və digər polis əməkdaşları, yəni Bərdə RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin X2 baş inspektoru, polis kapitanı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, B.Hacıyev küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasında şübhəli olduğundan əməliyyat məlumatının daxil olması barədə qərarla tanış edib üzərinə rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında və ətrafında hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs isə etiraz etmədiyi üçün birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin X2 baş inspektoru, polis kapitanı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq üzərində narkotik vasitə olan «kakos» olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən həmin 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünün içərisinə baxış keçirilən zaman bükülünün içərisində narkotik vasitə olan heroin olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 23 iyul 2024-cü il tarixdə piyada hərəkətdə olan zaman Bərdə şəhəri ərazisində yerləşən «İlqar» marketin yaxınlığında dəmiryolu reyslərinin kənarından tapdığını, həmin narkotik vasitədən istifadə etdiyi üçün öz şəxsi istifadəsi üçün üzərində saxladığını, hər hansı bir şəxsə satmaq və pay vermək fikrinin olmadığını, tapmış olduğu narkotik vasitənin üzərindən götürüb istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünün içərisində olan narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 1,07 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü ağ rəngli kağız zərfin içərisinə qoyulduqdan sonra üzəri AR.DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi barədə qeydlər aparılmış və zərfin üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də lakin, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt baş təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Həmin Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizəsi alındıqdan sonra həmin baxışda iştirak edən iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda heç kimin olmadığını görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağında olan masanın üzərindən 01 (bir) ədəd 3 ml-lik şpris aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin şprisdən narkotik vasitə olan heroindən istifadə etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından aşkar olunmuş 01 (bir) ədəd şpris ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, AR DİN-nin 94 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri tərəflərindən imzalanmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Baxış zamanı yaşadığı evdən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Onun Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur. Lakin bu istiqamətdə tərəfindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə olan heroini 23 iyul 2024-cü il tarixdə piyada hərəkətdə olan zaman Bərdə şəhəri ərazisində yerləşən «İlqar» marketin yaxınlığında dəmiryolu reyslərinin kənarından tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 24 iyul 2024-cü il tarixli, 16/803 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Bərdə şəhəri B.Hacıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf rəngli bükülüdə olan ilkin görünüşdən heroinə bənzər kütlə…» sözlər və imzalar və kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,018 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş 01 ədəd şpris…» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd içərisi iz şəkilində olan 3 ml-lik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqaisəli tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya xüsusi razılıq» tələb olunan prekursorların» siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 1510 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan, «şəxsi axtarış və götürmə haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «cins» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,07 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan, «diskə baxış keçirilməsi haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 11 dəqiqə 47 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «cins» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,07 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. İş materiallarında olan, «baxış keçirilməsi haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında yerləşən masanın üzərindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmək məqsədi ilə 01 (bir) ədəd 3 ml-lik şpris aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan, «diskə baxış keçirilməsi haqqında» 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 11 dəqiqə 05 saniyə müddətində davam edən videogörüntüdə 24 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında yerləşən masanın üzərindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmək məqsədi ilə 01 (bir) ədəd 3 ml-lik şpris aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» X12 daxil olmuş xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetinə «Marixuana» qəbulu diaqnozu ilə profilaktik qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dipanser qeydiyyatda yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İcra nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3579 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci ildə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)- 38/2022 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 04 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, X5 üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7-(002)-1558/2022 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 (iki) ay 05 (beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzanın çəkilməmiş hissəsi ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılmışdır. İş materiallarında olan, 06 sentyabr 2024-cü il tarixli toplanmış «Sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmədiyindən əməli cinayətlərin resividi kimi qiymətləndirilmişdir. İş materiallarında olan, əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə şəhəri, Qarabağ küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X3 saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və narkotik vasitə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. İş materiallarından görünür ki, 24 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. İş materiallarından görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin hakimi X6 tərəfindən 3 (üç) ay müddətinə 24 oktyabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi xeyli miqdarda, yəni 1,018 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 iyul 2024-cü il tarixdə, saat 06:15 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «cins» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,018 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların, əvvəl törətmiş olduğu cinayətə görə ödənilməmiş və götürülməmiş məhkumluğunun olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəyə hüquqi qiymət verərək hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınma məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı işgəncəyə məruz qalmamışdır. Yalnız müdafiəçinin iştirakı ilə ittiham aktına əlavə edilmiş sənədləri imza etmişdir. Həmin vaxt hadisənin mahiyyəti və aparılan icraat daxilində hüquq və vəzifələri ona izah olunmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə qəbul edilmiş bu və ya digər qərarlar məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7-(002)-1558/2022 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 (iki) ay 05 (beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzanın çəkilməmiş hissəsi ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Ən əsası isə qeyd olunur ki, Təqsirləndirilən şəxs əməlində residiv vardır, ona təyin ediləcək cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngəlləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığı üçün Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd zərfin içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,968 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd içərisində narkotik vasitə heroinin izlərinin olduğu 1 ədəd 3 ml-lik şpris Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 0,968 qram bitkisində kustr üsulla hazırlanmış narkotik vasitə-heroin və yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd içərisində narkotik vasitə heroinin izlərinin olduğu 1 ədəd 3 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd «DVD» disklər, şübhəli şəxs qismində dindirilməsini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0,968 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd içərisində narkotik vasitə heroinin izlərinin olduğu 1 ədəd 3 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ **********000003944 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-160/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-160/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver