Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-161/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Yevlax rayon məhkəməsinin 09 oktyabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməyən və götürülməyən, Yevlax şəhəri F.Əmirov küçəsi mənzil 59-da qeydiyyatda olmaqla Bərdə rayonu Qarağacı kəndində müvəqqəti yaşayan – barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddəliərin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,681 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz şəkisi 0,040 qram narkotik vasitə olan metadonu qanunsuz əldə edərək yaşadığı Bərdə rayonu, Qarağaçı kəndində yerləşən yarımtikilidə saxlamış, 22 may 2021-ci il tarixdə saat təxminən 18:30 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməlyyat-axtarış tədbirləri nəticəsində müvəqqəti yaşadığı Bərdə rayonu Qarağacı kəndində yarımtikilidə olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi omadan saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,681 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin yarıtikilidə stolun üzərindən 01 (bir) ədəd üzərində “F/M 40” göstəricili tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,040 qram olan açıq-qəhvəyi rəngli dərman həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələr istifadə edir və hal-hazırda mütamadi olaraq narkotik vasitə olan heroin və marixuana istifadə edir, narkotik vasitə tapmadığı halda isə bədənində olan ağrıları kəsmək üçün müxtəlif güclü təsir edən dərman preparatları istifadə edir. Şahid1 bir il müddətdir tanıyır. Onun İlqar ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, İlqara narkotik vasitələri tərgitmək istədiyini dedikdə, İlqar ona Bərdə rayonu Qarağacı kəndində yerləşən sahədə yarımtikilini vermişdir. O, həmin tikilidə bir müddət yaşayıb narkotik vasitələri tərgitmək istəmişdir. Narkotik vasitələrin aludəçisi olduğu üçün əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, Bərdə rayonu Qarağacı kəndində yerləşən yarımtikilidə yaşamamışdan əvvəl, təxminən 2021-ci ilin may ayının 09 və ya 10-da Yevlax şəhəri Qaraçılar küçəsi deyilən yerdə yolda bir ədəd sellofan paket aşkar etmişdir. Həmin paketin içərisində heroinə və marixuanaya bənzər narkotik vasitələr olmuşdur. Həmçinin paketin içərisində 02 ədəd ağ-göy rəngli kapsul, bir ədəd üzərində “Pregabalin” yazısı olan kapsul, üç ədəd ağ rəngli həb və bir ədəd üzərində “F/M40” yazısı olan həb olmuşdur. O, narkotik vasitələrin aludəçisi olduğundan dərhal dərman preparatlarını tanımış və həmin dərmanların onun ağrılarını kəsə biləcəyini anlamışdır. Təxminən 20 may 2021-ci il tarixdə o, həmin paketi özü ilə Bərdə rayonu Qarağacı kəndində yerləşən sahədə yarımtikiliyə gətirmiş və lazım olduğu halda istifadə etmək üçün evdə saxlamışdır. Həmçinin heroini isə gödəkcənin cibinə gizlətmişdir. 22 may 2021-ci il tarixdə saat 16:30 radələrində polis əməkdaşları onun yaşadığı yarımtikiliyə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında ona hüquq və vəzifələrim izah olundu, onun narkotik vasitələri qanunsuz əldə edib saxlamaqla şübhəli olmağını bildirmişlər. Daha sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçimişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir narkotik vasitə və ya digər saxlanması qadağan edilən əşya aşkar edilməmişdir. Şəxsi axtarışdan sonra o, və polis əməkdaşları müdafiəçi ilə birlikdə onun yaşadığı evə getmişlər. O, polis əməkdaşlarına evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişlər. Yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən sahədə yarımtikiliyə keçirilən baxış zamanı stolun üzərində saxladığı dərman preparatları və marixuana aşkar edilmişdir. Daha sonra isə qara rəngli gödəkcənin cibinə gizlətdiyi bir büküm heroin aşkar edilmişdir. Aşkar edilmiş narkorik vasitələr elekton tərəzidə çəkilmiş və daha sonra narkotik vasitələr və dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, yaşadığı yarım tikilidən aşkar edilmiş marixuana, heroini və dərman preparatlarını o, təxminən 09 may və ya 10 may 2021-ci il tarixdə Yevlax şəhəri “Qaraçılar məhəlləsi” tapmışdır. Narkotik vasitələrin istifadəçisi olduğundan o, həmin narkotik vasitələri və dərman preparatlarını şəxsi istifadəsi üçün götürmüşdür. O, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğundan, həmin narkotik vasitəni və dərman preparatlarını şəxsi istifadəsi üçün taparaq əldə etmiş və yaşadığı yarımtikilidə saxlamışdır. O, hər hansı bir narkotik vasitəni və psixotrop maddəni, güclü təsir edən dərman preparatlarını kiməsə satmamış və ya almamışdır. O, narkotik vasitələrin alqısatıqısı ilə məşğul olmamışdır. Şahid1 Məcid oğlunun onun yaşadığı yarımtikilidə narkotik vasitə və güclü təsir edən maddələri saxlamağından xəbəri olmamışdır. Şahid1 ona hər hansı bir narkotik vasitələri, psixotrop maddələri və ya güclü təsir edən maddələri satmamış və ya verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl Təqsirləndirilən şəxs tanımış, onun Ceyhunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvəllərində ona narkotik vasitələrin aludəçisi olduğu və narkotik vasitələri tərgitmək üçün sakit yer lazım olmasını demişdir. Onun Ceyhuna yazığı gəldiyi üçün özünə məxsus Bərdə rayonu Qarğacı kəndində yerləşən torpaq sahəsində olan yarımtikilini müvəqqəti yaşaması üçün vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs təxminən 20 may 2021-ci il tarixdə həmin tikiliyə köçərək orada yaşamağa başlamışdır. O, Ceyhuna köməklik etmək üçün açıq satışda olan ağrı kəsici dərmanlar alaraq vermişdir. 22 may 2021-ci il tarixdə polis əməkdaşları onun yanına gələrək sahədə olan yarımtikiliyə getmək istədiklərini demişlər. O, isə onlara etiraz etməmişdir. Polis əməkdaşları Ceyhunun iştirakı ilə yarım tikiliyə baxış keçirtmişlər. Bundan sonra o, Ceyhundan yarım tikilidə Ceyhunun saxladığı narkotik vasitələr aşkar edilərək götürülməsini öyrənmişdir. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olmasından məlumatı olmamış, onun Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasından heç bir məlumatı olmamışdır. Ona məxsus Bərdə rayonu Qarağacı kəndində yerləşən torpaq sahəsində olan yarımtikilidən aşkar edilmiş narkotik vasitələr ona məxsus deyil, onun narkotik vasitərləin kimə məxsus olmasından xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən DİO-da xidmət edir, hazır ki vəzifəsində isə 2020-ci ildən xidmət edir. 22 may 2021-ci il tarixdə Yevlax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, müvəqqəti yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən yarımtikilidə və üzərində narkotik vasitələri saxlamaqla gəzdirməsi haqqında əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin gün saat 16:30 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra onun, Bərdə Rayon Polis Şöbəsinin X3 polis sahə nəfəri Şahid3, baş inspektor kriminalist X11 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən yarımtikiliyə onun, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin X3 polis sahə nəfəri Şahid3, baş inspektor kriminalist X11 və müdafiəçinin iştirakı baxış keçirilmişdir. Baxış zamanı yarımtikilidə olan stolun üzərindən 03 ədəd bükümdə narkotik vasitə olan marixuana, dərman preparatları və qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə heroin aşkar edilmişdir. Narkotik vasitələr götürüldükdən sonra elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 öz ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadadəsinə uyğun ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş 22 may 2021-ci il tarixli baxış protokolu və istintaq hərəkətini əks etdirən videogörüntülər olan “DVD” diskdən görünür ki, 22 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən yarımtikiliyə keçirilmiş baxış zamanı stolun üzərində olan 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, 03 ədəd kapsul və 04 ədəd həb, bundan başqa isə yarımtikilidə olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 25 iyun 2020-ci il tarixli “DVD” diskə baxış protokolundan görünür ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən yarımtikiliyə polis əməkdaşları, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı yarımtikilinin içərisində olan stolun üzərində 03 ədəd bükümdə qurudulmuş marixuana, 03 ədəd kapsul və 04 ədəd həb aşkar edilmiş, yarımtikilinin içərisində qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə heroin aşkar edilərək elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı yerdən aşkar edilmiş narkotik vasitələrin və dərman preparatlarının özünə məxsus olmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X6 Regional Bölməsinin 23 may 2021-ci il tarixli 16/487 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan 01 (bir) ədəd kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,681 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli 6/2298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsi Tədqiqat obyekti №2” ştamp əksləri olan paketdəki bir ədəd üzərində “F/M 40” göstəricili açıq-qəhvəyi rəngli dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir, iki ədəd ağ-göy rəngli dərman kapsulunun əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,100 qram təşkil edir, bir ədəd üzərində “Pregabilin 150” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulun tərkibində preqabilin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir, iki ədəd ağ rəngli dərman həbinin əsas təsiredici maddəsi triheksifenidildir (siklodol) və həmin həbin tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,006 qram təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 03 avqust 2021-ci il tarixli 983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən dахil оlmuş 28 may 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Yevlax şəhər İcra hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 1981-cı il təvəlüdlü, Yevlax şəhəri F.Əmirov küçəsi 59 saylı evdə daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimaiyyət arasında nümunəvi aparmış, yaşadığı küçənin və ətraf məhəllənin yaşıllaşmasında və abadlaşmasında qismən iştirak etmişdir, küçədə və ətraf məhəllədə sakitliyin təmin edilməsində, birgə yaşayış qaydalarına riayət olunmasına çalışmılşdır, barəsində kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Yevlax şəhər İcra hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Yevlax şəhəri, F.Əmirov küçəsi 59 saylı evdə yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax rayon İcra və probasiya Şöbəsinin 01 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökm ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası çəkilmişdir. 24 may 2021-ci il tаriхdə Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,681 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,040 qram narkotik vasitə olan metadonu qanunsuz əldə edərək yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən yarımtikilidə saxlamış, 22 may 2021-ci il tarixdə saat təxminən 18:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvəqqəti yaşadığı Bərdə rayonu Qarağacı kəndində yarımtikilidə olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,681 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin yarımtikilidə stolun üzərindən 01 (bir) ədəd üzərində “F/M 40” göstəricili tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,040 qram olan açıq-qəhvəyi rəngli dərman həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə cərimə, eləcə də, azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmişdir və təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 22 may 2021ci il tarixdən 24 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan kəsiyi bükümdəki 0,681 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,581 qram kustar üsulla hazırlanmış heroin və 01 ədəd həbdə, ekspertiza tədqiqatından sonra qalıq ½ hissə həbdə metadoun cinayət işi üzrə maddi sübut kimi таnınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs yarımtikiliyə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 0,581 qram kustar üsulla hazırlanmış heroin və 01 ədəd həbdə, ekspertiza tədqiqatından sonra qalıq ½ hissə həbdə metadoun hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 142,62 (bir yüz qırx iki manat altmış iki qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun Bərdə rayon Polis Şöbəsində 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 0,581 qram kustar üsulla hazırlanmış heroin və 01 ədəd həbdə, ekspertiza tədqiqatından sonra qalıq ½ hissə həbdə metadoun hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 142,62 (bir yüz qırx iki manat altmış iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-161/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-161/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver