Məhkəmə qərarları › İş №1(021)-161/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-161/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-161/2022 01.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri Qarabağ qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 aprel 2022-ci il tarixdə saat 11 radələrində işlədiyi bərbərxananın yaxınlığında yerləşən Bərdə rayonunun Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin mişar daşları ilə tikilmiş hasarından aşmaqla evin həyətinə, oradan isə həyətdə tikilmiş ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən plastik materialdan olan pəncərəsini həyətdən götürdüyü nazik dəmir parçası ilə pəncərənin cəftəsinə mexaniki təsir göstərib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yaşayış evinin 2-ci mərtəbəsində yerləşən zal hissəsində divanın üzərində olan Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 2(iki) ədəd 20 manatlıq, 1 (bir) ədəd 10 manatlıq, 8 (səkkiz) ədəd 5 manatlıq pul əskinazları olmaqda cəmi 90 manat nəqd pulunu, zalın yuxarı hissəsində olan plazma televizorun sağ üst küncünə quraşdırılmış 8 (səkkiz) manat dəyərində bir ədəd peyk antenanın siqnal qəbul edicisini, uşaq otağında masanın üzərində olan 270 manat dəyərində Çin istehsalı olan «Dell» markalı notbook kompüteri, bir ədəd 30 manat dəyərində məktəbli uşaq çantasını, evin yataq otağında paltar şkafının içərisində hər birinin dəyəri 15 manat olmaqla iki ədəd markası istintaqa məlum olmayan qadın ətirlərini, bir ədəd 400 manat dəyərində Çin istehsalı olan «Redmi note 6» markalı üzərində sim kart olmayan mobil telefonu, evin qonaq otağında paltar şkafının içərisində bir ədəd 100 manat dəyərində markası istintaqa məlum olmayan avtomobil üçün nəzərdə tutulmuş görüntü monitorunu, bir ədəd 50 manat dəyərində kişi idman çantasını, iki ədəd hər birinin dəyəri 50 manat olmaqla kişi gödəkçələrindən ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1078 (min yetmiş səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o , 2010-cu ildə Ağayeva Günel Vəkil qızı ilə ailə həyatı qurmuş, rəsmi birgə nigahlarından 3 övladları vardır, Günel işləmir, o da fərdi əməklə məşğul olur. saç bərbəri kimi fəaliyyət göstərir, o da qaldıqları yer şəhərdən bir az aralı olduğu üçün elə çox müştərisi yoxdur, çörək pulunu güclə çıxarır. Əslən Ağdam rayonundan olan, ata evində qonşu olduğu Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, hər hansı bir qohumuluğu, ədavəti və ya düşmənçiliyi olmamışdır. 13 aprel 2022-ci il tarixdə səhər saatlarında işlədiyi bərbərxanada olarkən baxmışdır ki, Amil özünün avtomobili ilə uşaqlarını, ailəsini götürüb harasa getmişdir. Birdən ağlıma gəlmişdir ki, Amilgilin evinə girib hər hansı bir pul və ya qiymətli əşya olarsa da oğurlasın. Həmin gün saat təxminən saat 11 radələrində o, bir az gözləmiş, küçədə o tərəf bu tərəfə baxıb evin giriş darvazasının künc tərəfindən mişar daşları ilə hörülmüş hasardan aşıb həyətə düşmüş, həyətə düşəndən sonra evin alt tərəfindəki pəncərədən plastik pəncərəni Amilin məhləsindən tapdığı nazik dəmir parçası ilə plastik qapının cəftəsindən qoyub aralayan kimi pəncərə açılmış, həmin pəncərədən evə daxil olub evin 1-ci mərtəbəsindəki hündur pilləkənlə ikinci mərtəbəyə qalxmışdır. İlk olaraq orada evin zal hissəsinə keçmiş, divanın üzərində kişi şalvarı olmuş, şalvarın cibindən iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və 8 ədəd 5 manatlıq olan ümumilikdə 90 manat pulu götürmüş, ondan sonra plastik ekran televizorun sağ küncündə işıq yanmasını görüb elə fikirləşmişdir ki, müşahidə kamerasının çəkənidir, onu da çıxarıb götürmüşdür. Sonra otaqlara daxil olmuş, uşaq otağından bir ədəd «Dell» markalı notebook kompüteri, yataq otağından bir ədəd «Redmi note 6» markalı mobil telefonu, iki ədəd ətiri, bir ədəd kiçik çanta, hansıki kompüteri qoymuş, bir ədəd də idman çantasıııı götürmüşdür ki, əşyaların hamısını onun içənə yığsın. O, həmçinin qonaq otağından kiçik bir avtomobil montorunu da götürmüş, bir də bir ədəd kişi gödəkçəsini üşüdüyü üçün əyninə geyinib çölə çıxmışdır. O, evdən həmin əşyaları oğurlayıb hasardan qayıdıb çıxıb gəlmiş, oradan bir az aralanıb yadında qalmayan yerdə dayanıb çantanın içərisindəki siqnal qəbuledicini qırıqlayıb zibil yeşiklərindən birinə tullamış, eyni zamanda əyninə geydiyiy kişi gödəkçəsini də tullamışdır ki birdən o gödəkçəni kimsə də tanıyar, həm də köhnə, geyinilmiş olmuşdur, nə sata bilməzdi, nə dəki, evə gətirə bilməzdi, çantanı dı içəsində siqnal qəbuledicinin qırıqları ilə birlikdə tullamış, o biri balaca çantaya digər əşyaları qoymuşdur. O, bir ədəd «Redmi 6» markalı mobil telefonu, bir ədəd «Dell» markalı notebook kömpüterini, iki ədəd ətirləri, bir ədəd avtomobil monitorunu və 90 manat nəqd pulu gətirib yaxınlıqda işlətdiyi bərbərxanaya gətirib qoymuş, pulları da cibinə qoymuşdur. O, iki ədəd ətiri bərbərxanada işlədib qurtarmış, qablarını da zibilliyə tullamış, zibil maşını aparıb getmişdir. Onun uşaqlıq dövründən qonşusu olan Şahid5 190 manat borcu olmuş, Tacəddinə yalandan demişdir ki, evin kompüteridir, onundur, satır. O, oğurluqdan təxminən 10-12 gün sonra Tacəddinlə birlikdə Bərdə şəhərinə gəlmişlər, Heydər Əliyevin prospektində yerləşən Səxavətin kompüter mağazasına girmişlər, Tacəddin özü Səxavətlə danışıb kompüteri 150 manata satmış, sonra o, «Redmi 6» markalı mobil telefonu isə özü təkcə Qarabağ qəsəbəsinin yanında telefon dükanı işlədən Zaur adlı şəxsə tanış olduğu üçün sənədsiz 50 manata satmış, eyni zmanda Bərdə şəhərində avtomobil monitorunu da tanımadığı bir nəfərə 20 manata satmışdır. O, «Redmi note 6» markalı mobil telefonu oğurlayanda həmin telefonun içərisində sim kart olmamış, telefon boş olmuşdur. Balaca çantanı da evə gətirməmişdir ki, evdən soruşacaqlar ki, bu nə uşaq çantasıdır, ona görə də çantanı da şəhərdə yadında qalmayan zibil qabına tullamışdır. Onlar kompüteri satandan təxminən iki gün sonra onu əməliyyatçı Ramin müəllim çağırmış, o, polisə gəlib Amilin evindən etdiyi oğurluğu demiş, Ramin müəllimgilə özləri gedib Səxavətdən satdıqları notebook kompüteri də götürmüşlər, sonra onun qardaşı Alim Zaurdan o satdığı «Redmi note 6» markalı mobil telefonu da gətirib polisə təqdim etmişdir. O, ilk dəfə idi ki, oğurluq etmişdir, əvvəllər heç bir oğurluq etməmiş, Tacəddinlə də əvvəllər qonşu olmuşlar, indi Tacəddin onun ata evi ilə qonşudur, o, Tacəddingilin yanından çıxıb digər bir yerə köçmüş, həm də o, bərbər işləyir, gündəlik pulu olur, Tacəddin də bilir ki, o, heç vaxt oğurluq etməmişdir, bərbər işləyir. Ona görə də nə Tacəddin, nə də Səxavət oğurluq olması barədə şübhələnməmişlər, o da o barədə heç nə bildirməmiş, eyni zamanda telefonu alan Zaur da şübhələnməmiş, Zaura da o, heç nə bildirməmişdir, heç kəsin onun oğurluq etməyindən xəbəri olmamışdır. Əlavə olaraq qeyd edir ki, başqa oğurluq əməlləri etməmişdir, etdiyi oğurluq əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs, ifadəsində bildirmişdir ki, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatda olsa da Bərdə rayonunun Qazıqurdalı kəndində yaşayır, özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, avtomobil təmiri ustası kimi fəaliyət göstərir. 13 aprel 2022-ci il tarixdə saat 09 radələrində ailəsi ilə birlikdə evdən çıxıb Ağdam rayonunun Quzanlı kəndinə qohumlarının yas yerinə getmişlər, saat 17-30 radələrində qayıdıb evə gələndə həyat yoldaşı X2 evə girib ilk olaraq evin səliqə səhmanın pozulmasını görmüş, o da evə girib baxanda evlərindən oğurluq edilməsini bilib DİN-nin 102 Xidmətinə məlumat vermiş, sonradan dəqiqləşdirib bilmişdir ki, onun yaşadığı evdən ona məxsus olan bir ədəd 500 manat dəyərində «Dell» markalı notebook kompüteri, bir ədəd 400 manat dəyərində «Redmi note 6» markalı mobil telefon, iki ədəd hər birinin qiyməti 15 manat olmaqla qadın ətirləri, bir ədəd Türkiyə istehsalı olan 50 manat dəyərində idman çantası, bir ədəd türkiyə iste salı olan 30 manat dəyərində məktəbli uşaq çantası, bir ədəd Çin istehsalı olan 100 manat dəyərindən avtomobil monitoru, bir ədəd 8 manat dəyərində peyk antenanın siqnal qəbul edicisi, iki ədəd hər birinin qiyməti 50 manat olmaqla kişi gödəkçələri və 90 manat nəqd pulu oğurlanmışdır. O, ilkin ərizə və izahatında mobil telefonunun markasını səhvən Samsung markası kimi göstərsə də onun oğurlanmış mobil telefonunun markası Redmi olmuşdur. Hadisə nəticəsində ona 1308 manat məbləğində maddi ziyan vurulmasını, onun evindən oğurluq etmiş şəxsin sonradan keçmiş qonşuları Təqsirləndirilən şəxs olmasını bilmişdir. Həmçinin bildirdi ki, Ayazı çoxdandır tanıyır, oğrulanmış əşyalardan artıq heç nə yazdırmamış, artıq yazdırsaydı, pulun və digər qiymətli əşyalardan artıq yazdırardı, qızıl-zinyət əşyaları yazdırardı, pulun miqdarını artıq yazdırardı, onun evindən nə oğurlanıbsa da hamısını düzgün yazdırmışdır. Onun evindən edilmiş oğurluğu elə onun özü açmışdır. Belə ki, oğurluqdan bir neçə gün sonra işlədiyi elektrik işi ilə bağlı həmişə getdiyi Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən kompüter təmiri mağazasına oranı işlədən Səxavət adlı şəxsin yanına getmiş, o, Səxavətin mağazasına girəndə baxmışdır ki, ona məxsus olan üzərində Mercedes emblemi olan, həmin emblemi o, bəzək kimi yapışdırdığı «Dell» markalı notebookunu görmüş, o, həmin komüterini görən kimi tanımış, Səxavətdən soruşmuşdur ki, bu kompüter onundur, bunu bura kim gətirib, onun kompüteri Səxavətdə nə gəzir? Səxavət də demişdir ki, həmin kompüteri gətirib iki nəfər cavan oğlan 150 manat pul müqabilində Səxavətə satmışdır. Satan şəxsin Şahid5 olmasını, həmin şəxsin şəxsiyyət vəsiqəsini mobil telefonuna çəkməsini bildirmiş, O, həmin şəxsiyyət vəsiqəsinə baxıb tanımışdır ki, həmin şəxs qonşuları Şahid5dur. O, mağazanın video görüntüsünə baxıb görmüşdür ki, Tacəddinlə Ayaz mağazaya bərabər gəlmişlər, çanta da Tacəddinin əlində olmuş, həmin çantanın onlardan oğurlanan çanta olub-olmadığını deyə bilməz, deyəsən onlardan oğurlanan çanta olmamışdır, notebook çantası olmuşdur. O, həmin video görüntünü qısa da olsa da mobil telefonuna çəkmiş, hazırda mobil telefonundadır, istintaqa o görüntünü təqdim edə bilər. Tacəddinlə Ayaz qonşudular, münasibətləri normaldır. Tacəddinin atası onlara gəlmişdir, Tacəddin də and-aman eləmişdirki, oğurluğa girməyibdir. Tacəddin demişdir ki, əgər o, oğurluğa girsəydi, özünün mobil telefonunu və şəxsiyyət vəsiqəsini Səxavətə verməzdi. O da Tacəddinin fikri ilə razılaşmış, Ayaz da tək oğurluğa girməsini, Tacəddinin bundan xəbəri olmadığını, Tacəddinə özünün kompüterinin olmasını dediyini bildirmişdir. O, həmin videonu, o şəxsləri görəndən sonra əməliyyatçı polisi Ramil müəllimə bildirmiş, Ramil müəllim də gəlib dərhal ona məxsus olan notebook kompüterini Səxavətin yanından götürmüşdür. O, «Dell» markalı kompüteri təxminən 2014-cü ildə təxminən 700-800 manat arası qiymətə almış, hazırda həmin kompüterin dəyəri təxminən 500 manat olar, o, həmin kompüteri həmin dəyərdə qiymətləndirir. «Redmi 6» markalı mobil telefonunu hadisədən 10 gün əvvəl almış, 400 manata almış, qiyməti olan sənədlə almamış, dəqiq yadında qalmayan mağazadan almış, qara rəngli Türkiyə Respublikasının istehsalı olan idman çantasını hadisədən bir-iki ay əvvəl hər birini 50 manata almış, qiyməti bildirilən sənədi yoxdur, uşağın çantasını da keçən il dərs başlayanda 30 manata almış, avtomobil üçün nəzərdə tutulmuş monitoru 2014-cü ildə 180 manata almış hazırda o vəziyyətdə olan monitorlar 100 manatdır, monitoru da 100 manat kimi qiymətləndirir. Türkiyə Respbulikasının istehsalı olan kişi gödəkçələrini də keçən ilin oktyabr-noyabr aylarında yadında qalmayan mağazadan hərəsini 50 manata almışdır. Peyk aparatının siqnal qəbul edicisini də hadisədən sonra gedib almış, 12 manata deyirdilər, 8 manata alıb peyk antenanın üzərinə qoymuş, onu da 8 manat dəyərində qiymətləndirir. O, oğurlanmış əşyaların dəqiq markalarını, çeşidlərini və istehsal illərini dəqiq deyə bilməz. Həmçinin bildirmişdir ki, evin pəncərəsindən plastik qapını nə iləsə də açıb girmiş, pəncərə zədələnməmişdir, şüşəsi də sınmamışdır, xərci çıxmamışdır. Onun evindən oğurlanmış mobil telefonun üzərində hər hansı bir mobil nömrə, sim kart olmamışdır, evindən başqa geyim əşyaları, o cümlədən ailə üzvlərinin geyim əşyaları oğurlanmamışdır. Məhkəmə iclasında zərərinin ödənildiyini bildirsə də, təqsirləndirilən şəxslə barışmadığını və buna görə də Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Astan oğlu, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Astsan oğlu onun doğma qardaşıdır, Ayazın 3 azyaşlı övladı vardır, Qarabağ qəsəbəsində bərbər işləyir. Ayazın oğurluq etdiyi evin sahibi Zərərçəkmiş şəxs uşaqlıq dövründən tanıyır, heç bir də ədavətləri, düşmənçilikləri olmamışdır. O, qardaşı Ayazın Amilin evindən oğğurluq etməsini həmin işin üstü açılandan sona bilmiş, biləndən sonra o, telefon mağazası olan Zaurun yanına gediö qardaşı Ayazın deməsinə görə Zaurdan Ayazın satdığı bir ədəd «Redmi note 6» markalı mobil telefonu alıb gətirib istintaqa təqdim etmişdir, Zaur da bildirmişdir ki, telefonun oğurluq olmasını bilməmiş, demişdir ki, ona oğurluq telefon lazım deyil, özü ona vermiş, o da gətirib istintaqa təqdim etmişdir. O, qardaşı Ayazın oğurluq etməsini əvvəlcədən bilsəydi, özü bu barədə polisə məlumat verərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifаdəsində göstərmişdir ki, X4 onun dayısıdır. Dayısının Bərdə rayonu Mustafaağalı kəndində ferması vardır. Həmin fermada iribuynuzlu heyvanlara qulluq olunmuşdur. Həmin fermada Oruc adlı şəxsdə işləmişdir. 06 noyabr 2021-ci il tarixdə o, dayısı Ruslandan eşitmişdir ki, Oruc dayısının fermasından müxtəlif vaxtlarda iki baş iribuynuzlu danasını oğurlayıbdır və dayısı Bərdə rayon Polis Şöbəsinə müraciət edibdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, ifadəsində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə xidmət etdiyi inzibati ərazidə yaşayan, rayonunun Qazıqurdalı kənd sakini Zərərçəkmiş şəxs, DİN-nin 102 Xidməti, sonra isə Bərdə rayon PŞ-nə müraciət edərək yaşadığı evdən oğurluq hadisəsinin olması barədə məlumat vermişdir. Hadisə baş vermiş ərazinin əməliyyat müvəkkili kimi o da hadisə yerinə getmiş, hadisə yerinin baxışında iştirak etmişdir. Baxış və ilkin araşdırma zamanı məlum olmuşdur ki, 13 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs, ailəsi ilə birlikdə səhər tezdən hüzr yerinə gedəndən sonra gündüz saatlarında naməlum şəxs və ya şəxslər onun yaşadığı evə daxil olub, 1-ci mərtəbədə plastik pəncərəyə mexaniki təsir göstərib pəncərədən yaşayış evinə qanunsuz daxil olmaqla, yaşayış evindən Zərərçəkmiş şəxs məxsus 90 manat nəqd pulu, bir ədəd notebook markalı kompüteri, üzərində sim kart olmayan bir ədəd Redmi 6 markalı mobil telefonu, geyim və digər əşyaları oğurlamışlar, yaşayış evinin otaqlarının səliqə-səhmanı pozulmuşdur. Hadisə yerinə baxış zamanı hadisə yerindən hər hansı bir əl-barmaz izləri götürülə bilməmiş, tərəflərindən cinayət əməlini törətmiş şəxs və şəxslərin müəyyən edilib tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. 27 aprel 2022-ci il tarixdə ona zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zəng vuraraq özünə məxsus olan bir ədəd «Dell» markalı notebook kompüterini Bərdə şəhərində Heydər Əliyev prospektində fəaliyyət göstərən Səxavət adlı şəxsin mağazasında müəyyən edib tanıdığını bildirdiyi üçün o, həmin mağazaya gedəndə Zərərçəkmiş şəxs kompüterin üzərində Mercedes embleminə görə kompüterini tanımasını, mağazanı işlədən X5 da həmin kompüteri iki nəfər şəxsin bir neçə gün əvvəl gətirib verməsini, kompüteri ona 150 manata bir nəfər şəxsin satmasını, həmin şəxsin Şəxsiyyət Vəsiqəsinin fotoşəkli mobil telefonunda olduğunu bildirmişdir. Tərəflərindən həmin şəxsin şəxsiyyətinin Şahid5 olması, yanında olan şəxsin isə mağazanın müşahidə kameralarına baxılarkən Təqsirləndirilən şəxs müəyyən edilmiş, zərər çəkmiş şəxs hər iki şəxsi tanıyıb qonşu olduqlarını bildirmişdir. Bundan sonra oğurlanmış əşya olan bir ədəd həmin «Dell» markalı kompüter mağazanı işlədən Səxavət Mehdiyevin razılığı ilə ona verilmiş, o, həmin kompüteri maddi sübut əhəmiyyətinə malik olduğu üçün Bərdə rayon PŞnə gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilərək Zərərçəkmiş şəxs evindən oğurluq etmiş şəxs olduğu dəqiqləşdirildikdən sonra istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin oğurluğu tək törətməsini, Şahid5 onun əməlindən xəbəri olmadığını və hər hansı bir aidiyyatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs və maddi sübut olan bir ədəd «Dell» markalı notebook kompüteri sabiq baş müstəntiq Mütəllim Bayramova təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar də həmin protokolu imzamları ilə təsdiq etmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Şahid2 bir ədəd «Redmi note 6» markalı mobil telefonu da müəyyən edib istintaqa təqdim etmişdir, Təqsirləndirilən şəxs digər əşyaları və pulu istifadə edib xərclədiyini, bəzilərini isə oğurluqdan dərhad sonra zibilliyə tullamasını bildirsə də tərəflərindən keçirilmiş tədbirlər zamanı həmin maddi sübutlar müəyyən edilə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğuldur, vergi qeydiyyatından keçmiş, vergi ödəyicisidir, özünün adına fiziki şəxs kimi VÖEN-i vardır, Bərdə şəhəri, Heydər Əliyev prospekti 166 ünvanında telefon təmiri və alqı-satıqı ilə məşğul olur. Əslən Xocalı şəhərindən olan, Bərdə şəhəri Qarabağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsı və onun qardaşı Alimi uzun müddətdir ki tanıyır, qonşu ərazidə yaşayır, salam-kalamı vardır, amma elə bir yaxın münasibətləri, dostluq, yoldaşlıq münasibətləri olmamışdır, eyni zamanda əvvəllər aralarında hər hansı bir ədavətləri və ya narazılıqları da olmamışdır. Əvvəllər o qardaşlar onun mağazasına bir neçə dəfə gəlib ucuz mobil telefon almışlar, telefon təmir etdirmişlər.2022-ci ilin aprel ayının ortalarında, dəqiq tarixini xatırlamadığı vaxtda Ayaz onun mağazasına gəlib ona demişdir ki, bir «Redmi note 6» markalı mobil telefonu vardır, uşağı xəstədir, təcili pul lazımdır. O, həmin telefona baxanda görmüşdür ki, mobil telefonun ekranında bir az problemi var, həmçinin də Redmi telefonları elə keyfiyyətli olmadığı üçün əvvəl götürmək istəməmiş, Ayaz ondan yenə də xahiş etmişdir ki, uşağının xəstəliyinə görə satır, neçə verər versin. O da o uşaqları tanıdığı üçün, əvvəllər onların hər hansı bir oğurluqlarını görmədiyi və eşitmədiyi üçün Ayaza 50 manat pul vermiş, Ayaz da həmin mobil telefonu ona satmışdır. O, Ayazı tanıdığı üçün Ayazın adını, soyadını, ata adını, Şəxsiyyət vəsiqəsini soruşub tələb etməmişdir. Bir neçə gün sonra Ayazın böyük qardaşı Alim onun yanına gəlib demişdir ki, qardaşı Ayaz ona satdığı mobil telefon oğurluq telefon olubdur, ondan xahiş etmişdir ki, onun Ayaza verdiyi pulu versin, mobil telefonu aparıb təhvil versin. O da Alimi və qardaşını tanıdığı üçün razılaşdım, Alim 50 manat pulu verib Ayazın ona satdığı həmin «Redmi note 6» markalı mobil telefonu götürüb getmiş, sonra əməliyyatçı Ramin müəllim də onun yanıma gələndə o, təsdiqləmişdir ki, həqiqətən Ayaz ona elə bir telefon satmışdır. O, Ayazın satdığı qiymətlərə o cür mobil telefonlar almış, Ayazın mənə satdığı həmin mobil telefonun ekranında problemi olmuş, həm də o markalı mobil telefonlar bir az keyfiyyətsiz olduğuna görə elə çox müştərisi olmur. Ona görə də o, telefonu o qiymətə almış, Ayaz ona telefonun oğurluq olmasını bildirməmişdir, and-aman edib özünün olmasını, uşağının xəstə olduğu üçün satmasını demiş, o da Ayazın əvvəllər hər hansı bir oğrluğunu eşidib bilmədiyi üçün şübhələnməmişdir. Həmçinin bildirmişdir ki, Ayaz mənim yanına tək gəlmiş, yanında heç kəs olmamış, onun da yanında heç kəs olmamış, Ayazı uşaqlıqdan tanıdığı üçün telefon almağı barədə hər hansı bir qeyd aparmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Xocalı şəhər sakini, hazırda Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, əvvəllər qonşu olmuşlar, Ayazla münasibətləri normal olmuşdur. Ayazla münasibətləri normal olduğu üçün bir-birilərinə borc pul verib alırlar, onun pulu olmayanda Ayazdan borc pul istəyir, Ayazın da pulu olmayanda ondan borc pul alır, sonra aldıqları pulu qaytarırlar. Ayaz 2022-ci ilin yaz aylarında dəqiq tarixini xatırlamadığı vaxtlarda ondan borc pul istəmiş, o, bir dəfə ona 90 manat, sonra da 100 manat borc pul vermişm, Ayazın ona ə 190 manat borcu olmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində o, Ayaza demişdir ki, onun özünə də pul lazımdır, Ayaza verdiyi borcu qaytarsın. Ayaz da demişdir ki, narahat olma qaytaracaqdır. Həmin ilin aprel ayının axırlarına yaxın, dəqiq tarixini xatırlamadığı vaxtda, Ayaz ona zəng vurub demişdir ki, evdə bir köhnə kompüteri var, satıb onun pulunu qaytarmaq istəyir. Ayaz ona demişdir ki, elə kompüter mağazası tanımır, bərabər gedib satsınlar, o da pulunu götürsün. O, soruşmuşdur ki, kompüter hansı markalıdır, neçəyə satılar? Ayaz da demişdir ki, markasını dəqiq bilmir, notebook kompüterlərindəndir, təxminən 200 manat olar. O, Ayazla görüşüb birlikdə kompüteri satmaq üçün Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Səxavətin kompüter mağazası kimi tanıdığı mağazaya gəlmiş, Ayaz kompüteri çantada gətirmiş, o, Ayazdan kompüteri götürüb demişdir ki, sən bir az fağırsan, ver, kompüteri ona versin, o, normal qiymətə satsın. O, Ayazla birlikdə mağazaya girmiş, Ayaz danışmamış, o, Səxavətə bildirmişdir ki, belə bir kompüteri var, satmaq istəyir. Səxavət də kompüterə baxıb demişdir ki, köhnə kompüterdir, 10 ildən artıqdır ki. işlənib, ramı da zəifdir. Ondan qiymətini soruşanda o, 200 manat demiş, Səxavət də demişdir ki, bahadır, 150 manat verə bilər. O, Ayaza demişdir ki, fikri nədir? Ayaz da demişdir ki, satsın. O da Səxavətə satmasını, razı olmasını demiş, Səxavət də kompüteri götürüb ona 150 manat pul verdi, onun Şəxsiyyət vəsiqəsinin şəklini telefonuna çəkmiş, sonra onlar çıxıb getmişlər. Ayaz da ona demişdir ki, qalan 40 manat pulunu da yaxın vaxtda verəcəkdir. O, Ayazdan aralanıb çıxıb getmişdir. Bir neçə gündən sonra Bərdə rayon Polis şöbəsinin Ramin adlı əməkdaşı onunla maraqlanmış, o, Raminlə görüşüb bildirmişdir ki, Ayazın ona borcu olduğuna görə o, Ayazla kompüteri satmağa getmişdir. Ona sonradan məlum olmuşdur ki, Ayaz o kompüteri tanıdığı elektrik işləyən Amilin evindən oğurlamışdır. Onun Ayazın oğurluğundan xəbəri olmamışdır, o, həmin kompüterin oğurluq olmasını belə bilməmişdir. O, and-aman eləmişdir ki, onun oğurluqla heç bir əlaqəsi yoxdur. Sonra o, Ayazla görüşüb Ayazı danlamış, Ayaz da həqiqətən Amilin evinə girib kompüter, mobil telefonu və bir neçə əşya oğurlamasını ona bildirmiş, sonra o, Ayazdan incimiş, o vaxtdan da Ayazı görməmiş, onu da ifadə vermək üçün Bərdə polisindən çağırmamışam, indi çağırdıqları üçün ifadə verəməyə gəlmişdir. O, Ayazı çoxdandır tanıyır, Ayazı zəhmətkeş oğlan kimi tanımış. ailə üzvləri də normal ailədirlər, heç vaxt unamazdı ki, Ayaz oğurluq edər. İlk dəfə idi ki, Ayazın o hərəkətlərini eşitmiş, əvvəllər belə bir hal olmamışdır. Ayazla əvvəl qonşu olmuşlar, sonradan Ayazla elə bir gediş-gəlişimiz olmamışdır, ailəli olandan sonra gediş-gəlişimiz olmamışdır. O, bilməmişdir ki, Ayaz gətirdiyi kompüter oğurluqdur. Ayaz ona demişdir ki, özünün kompüteridir, o da fikirləşmişdir özünündür, Ayaz bərbər işləyir, gündəlik pul qazanır, yəqin çoxdan alıbdır, indi də pula ehtiyacı olduğu üçün satır. O, həmin kompüterin oğurluq olmasını bilsəydi, heç öz şəxsiyyət vəsiqəsini Səxavətə verməzdi. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğuldur, vergi qeydiyyatından keçmiş, vergi ödəyəicisidir, özünün adına fiziki şəxs kimi VÖEN-i vardır, ünvan 4 ünvanında kompüter aksessuarları mağazasını işlədir, eyni zamanda kompüterləri təmir edirlər. O, kompüterləri təmir etməklə yanaşı kompüter də alır, təmir edib satır. 2022-ci ilin aprel ayının 25-də günortadan sonra o, işlədiyi mağazada olarkən baxmışdır ki, iki nəfər cavan oğlan, birinin başında kepka, üzü tüklü, orta boylu, orta bədənli, digəri isə arıq bədənli orta boylu şəxslər mağazaya gəlmişlər. Başında kepka olan oğlan ona demişdir ki, bir notebook kompüteri var, satır. O da kompüterə baxıb görmüşdür ki, kompüter 10 ildən artıq işlənmiş kompüterdi, enerji batereyası da zəifdir, ramı da zəifdir, xeyli müddətdir ki, işlənibdir. Həmin kepkalı oğlan kompüteri 200 manata demiş, o da həmin şəxsə demişdir ki, 200 manata bahadır, kompüterin 10 ildən artıqdır ki, işlənmə müddəti var, həm də köhnə modeldir. O da bildirmişdir ki, uzağı o kompüteri 150 manata götürür. O şəxs də bir az tərəddüd etmiş, yanındakı arıq oğlan heç nə deməmiş, 1-2 dəqiqədən sonra kepkalı oğlan ona demişdir ki, razıdır, satır. O da həmin şəxsin Şəxsiyyət Vəsiqəsinin şəklini telefonuna çəkmiş, 150 manat pul verib kompüteri götürmüşdür. Ondan ya bir gün, ya da iki gün sonra əvvəllər tanıdığı, təmir işlərini gördüyü rayonunun Qazıqurdalı kəndində yaşayan, avtomobil elektriki işləyən, onun da avtomobilinə baxan Amil adlı şəxs öz işi ilə bağlı mağazaya gələndə ona demişdir ki, mağazada divanın qarşısına söykədiyi həmin 150 manata aldığım «Dell» markalı, üzərində Mercedes emblemi olan notebook kompüteri Amilindir, oğurlanmışdır. o da Amilə demişdir ki, o kompüteri 150 manata almış, satan şəxsin Şəxsiyyət Vəsiqəsini, mağazanın müşahidə kamerasından o şəxslərin video görüntüsünü göstərmiş, hələ Amil qısa olaraq o şəxslərin video görüntüsünü də özünün mobil telefonuna çəkmişdir. Amil həmin şəxslərin ikisini də tanıyıb ona demişdir ki, Qarabağ qəsəbəsində qalan şəxslərdir, qonşu olublar. Amil evindən oğurluq olmasını, həmin kompüterin də oğurlanmasını, işlərinin Bərdə rayon Polis şöbəsində olmasını da ona demişdir. Amil sonra hansısa polislə danışmış, oraya əməliyyatçı Ramin adlı əməkdaş gəlib ona bildirmişlər ki, o aldığı kompüter oğurluq kompüteridir. O da demişdir ki, ona oğurluq mal lazım deyil, özü könüllü olaraq həmin aldığı kompüteri əməliyyatçı Raminə vermiş, hər hansı bir iddia və tələb də irəli sürməmiş, hazırda da sürmür. Çünki o, həmişə təmiz işləmiş, hələ indiyənə kimi polisə çağırılmamış. elə bir hal da olmamışdır. Ona polisə kimsə də çağırmamış, ona sonradan məlum olmamışdır ki, oğurluğu kim etmişdir. Amilin deməsinə görə oğurluğu kepkalı şəxs deyil, digər arıq oğlan etmişdir. O, 150 manat qiymətinə o cür kompüterlər almışdır, çox vaxt elə çox işlənmiş kompüterləri pul verib, o kompüterlərin detallarını çıxarıb digərinin üzərinə qoyub təmir edirlər, ya da ehtiyat hissəsini satırlar. O, həmin kompüterin oğurluq olmasından şübhələnməmiş, o şəxs rahat şəkildə Şəxsiyyət vəsiqəsini də ona göstərmiş, amma yanında olan şəxs ona yaxın gəlməmiş, onunla danışmamış, bir az aralıda durmuşdur . Onun mağazasında olan müşahidə kamerada görüntü uzağı bir həftə qalır, saxlamamış, amma Amil çəkmiş, video görüntüyə baxan kimi o şəxslərin ikisini də tanıyıb demişdir ki, biri Tacəddindir, biri də bərbər işləyən Ayaz adlı şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş 13 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, hadisə yerinə baxış Bərdə rayonunun Qazurdalı kəndində yerləşən Zərərçəkmiş şəxs evində keçirilmişdir. Baxış keçirmə zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evi iki mərtəbəli evdir, evin giriş qapısı qəhvəyi rəngli dəmir darvazadan ibarətdir, qapıdan içəri daxil olduqda, sol tərəfdə mətbəx, qarşı tərəfdə qaraj hissə, həmin hissənin plastik pəncərə-qapı, sağ tərəfdə otaq yerləşir. Evin 2-ci mərtəbəsinə qalxdıqda, sol tərəfdə mətbəx və uşaq otağı, pilləkəndən qalxdıqda üzbəüz sağ və sol tərəfdə yataq və qonaq otaqları yerləşir. Baxış zamsanı Zərərçəkmiş şəxs evindən bir ədəd «Dell» markalı notebook kompüterinin, «Samsung note 6» markalı mobil telefonun və digər əşyaların oğurlanmaını bildimişdir. Baxış zamanı hadisə yerinin bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materirallarına əlavə edilmiş 27 aprel 2022-ci il tarixli təqdim etmə əsasında əşyaya baxış keçirilməklə götürülməsi haqqında protokoldan görünür ki, baxış Bərdə rayon Polis şöbəsinin inzibati binasında keçirilmiş, Bərdə rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Məhəmməd oğlu, cinayət əməlini törətməsini etiraf etmiş Təqsirləndirilən şəxs birlikdə bir ədəd «Dell» markalı notebook kompüterini gətirib istintaqa təqdim etdikləri üçün həmin əşyaya baxış keçirilmişdir. Baxış keçirmə zamanı məlum olmuşdur ki, təqdim olunan bir ədəd notebook kompüteri qara rəngdə olmaqla ekranın aşağı hissəsində «İnspiron» yazının, arxa hissəsində isə «Dell made in China inspiron 5520, DPN 95N6J AOO 19,5v=334A/4, 62A Service TAG (71.5x5,5 mm» yazılarının olması və işlənməyə yararlı olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə həmin kompüteri Zərərçəkmiş şəxs evindən digər əşyalarla birlikdə oğurlamasını, həmin əşyanı da əməliyyat müvəkkili Şahid1 təqdim etməsini bildirmiş, baxış keçirilmiş kompüter sellofan torbaya qoyularaq qablaşdırılmış, iştirakılar tərəfindən imzalanmaqla maddi sübut əhəmiyyəti kəsi etdiyi üçün götürülmüşdür. Əşyaya baxış keçirmə zamanı aşkar edilmiş əşyaların bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materirallarına əlavə edilmiş 01 may 2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, baxış Bərdə rayon Polis şöbəsinin inzibati binasında keçirilmiş, X10 istintaqa gələrək bir ədəd «Redmi note 6» markalı mobil telefonu gətirib istintaqa təqdim etdikləri üçün həmin əşyaya baxış keçirilmişdir. Baxış keçirmə zamanı məlum olmuşdur ki, təqdim olunan bir ədəd mobil telefon qara rəngdədir, baxış zamanı Şahid2 Astan oğlu, qardaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həmin mobil telefonu Zərərçəkmiş şəxs evindən digər əşyalarla birlikdə oğurlamasını, həmin mobil tkelefonu qardaşı Təqsirləndirilən şəxs Bərdə şəhəri, Heydər Əliyev prospektində yerəlşən «Azercelll» mağazasında işləyən Zaur adlı şəxsə satmasını, onun da Zaur adlı şəxsdən həmin mobil telefonu götürüb istintaqa təqdim etmək üçün gətirməsini bildirmişdir. Baxış keçirilmiş mobil telefon zərfə qoyularaq qablaşdırılmış, iştirakılar tərəfindən imzalanmaqla maddi sübut əhəmiyyəti kəsi etdiyi üçün götürülmüşdür. Əşyaya baxış keçirmə zamanı aşkar edilmiş əşyaların bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materirallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, baxış Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasında yerləşən 40 nömrəli xidməti otaqdır. Zərərçəkmiş şəxs təqdim etdiyi bir dəəd DVD dis HP markalı kompüterin disk yerinə salınmış, həmin diskə baxış keçirilərkən məlum olmuşdur ki, diskdə cəmi bir ədəd video görüntü vardır, həmin video görüntü 12 saniyə müddətində çəkilmişdir. Baxış zamanı video görüntüdə iki nəfər cavan oğlanın, biri kepkalı olmaqla kompüter mağazasına daxil olmaları. kepkalı oğlanın əlində qara çanta olması, mağazanın sağ tərəfinə getmələri və birbiriləri ilə əl jestləri ilə danışmaları məlum olmuş, video görüntüdə səs yoxdur. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, başında kepka, əlində qara çanta olan şəxs Şahid5dur, digər şəxs isə Təqsirləndirilən şəxsdur, o şəxslərin daxil olduqları mağaza isə Təqsirləndirilən şəxs oğurladığı ona məxsus olan «Dell» markalı notebook kompüterini satdığı Səxavət adlı şəxsin mağazasıdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, o, təqdim etdiyi hazırki video görüntünü də Səxavət adlı şəxsin mağazasında olmuş müşahidə kameralarından öz mobil telefonuna çəkmiş və DVD diskə köçürmüşdür. Təqdim edilmiş bir ədəd DVD diskə baxış keçirilərkən həmin diskdə olan video görüntü iş üçün əəhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarına əlavə edilməsi üçün götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliiynin Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 9/3649 nömrəli rəyin nəticə hisəssində göstərilmişdir ki, 1 ədəd fotoşəkillərə əsasən istifadədə olmuş, üzərində istismar xarakterli qüsurlar (boya qopuqları, cızıqlar və s) olan, hazırdap istifadəyə yararlı olan və ekranın aşağı hissəsində «Dell made in China inspiron 5520, DPN 95N6J AOO 19,5v=334A/4, 62A Service TAG (71.5x5,5 mm» yazılmış «Dell» markalı notbookun dəyəri - 270,0 manatdır. -1 ədəd işlənmiş vəziyyətdə olmqla, hazırda istifadəyə yararlı olan «Redmi note 6» markalı mobil telefonun modeli, yaddaş tutumu barədə məlumat olmadığı üçün qiymətləndirmə aparılmamışdır. Digər rəyin təsviri hisəssində göstərilən və fotoşəkilləri tədqiqata təqdim edilməyən 06 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, istehsal ili, istehsal yeri, istismar müddəti, materrialı, əmtəə görünüş vəs) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Bərdə rayon bölməsi tərəfinən verilmiş 28 aprel 2022-ci il tarixli 1120 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi Ağayeva Günel Vəkil qızı, X11, X8, X6 ibarətdir, 3 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxx 1990-cı il təvəllüdlü , Xocalı şəhərindən məcburi köçkün Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 aprel 2022-ci il tarixdə saat 11 radələrində işlədiyi bərbərxananın yaxınlığında yerləşən Bərdə rayonunun Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin mişar daşları ilə tikilmiş hasarından aşmaqla evin həyətinə, oradan isə həyətdə tikilmiş ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən plastik materialdan olan pəncərəsini həyətdən götürdüyü nazik dəmir parçası ilə pəncərənin cəftəsinə mexaniki təsir göstərib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yaşayış evinin 2-ci mərtəbəsində yerləşən zal hissəsində divanın üzərində olan Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 2(iki) ədəd 20 manatlıq, 1(bir) ədəd 10 manatlıq, 8(səkkiz) ədəd 5 manatlıq pul əskinazları olmaqda cəmi 90 manat nəqd pulunu, zalın yuxarı hissəsində olan plazma televizorun sağ üst küncünə quraşdırılmış 8 (səkkiz) manat dəyərində bir ədəd peyk antenanın siqnal qəbul edicisini, uşaq otağında masanın üzərində olan 270 manat dəyərində Çin istehsalı olan «Dell» markalı notbook kompüteri, bir ədəd 30 manat dəyərində məktəbli uşaq çantasını, evin yataq otağında paltar şkafının içərisində hər birinin dəyəri 15 manat olmaqla iki ədəd markası istintaqa məlum olmayan qadın ətirlərini, bir ədəd 400 manat dəyərində Çin istehsalı olan «Redmi note 6» markalı üzərində sim kart olmayan mobil telefonu, evin qonaq otağında paltar şkafının içərisində bir ədəd 100 manat dəyərində markası istintaqa məlum olmayan avtomobil üçün nəzərdə tutulmuş görüntü monitorunu, bir ədəd 50 manat dəyərində kişi idman çantasını, iki ədəd hər birinin dəyəri 50 manat olmaqla kişi gödəkçələrindən ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1078 (min yetmiş səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəs ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, himayəsində üç azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, əməlini etiraf etmə\sini və əməlindən səmimi peşmançılıq hissi keçirtməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, habelə törədilmiş cinayətin obyektiv cəhətini, cinayətin törədilməsi zamanı istifadə olan üsul və vasitələri, zərərçəkmiş şəxsin ailə üzvlərini gərgin və emosional psixoloji vəziyyətə salmasını (zərərçəkmiş şəxsin azyaşlı övladları evə daxil olduqda hər tərəfi dağılmış görüb qorxmuşlar), məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin davranışını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə iclas zalından dərhal həbs olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddətinin azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxs vurulmuş 1078 manat məbləğində maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddətinin azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Zərərçəkmiş şəxs vurulmuş 1078 manat məbləğində maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar