Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-161/2024 15.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər: Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, subay, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pambıqçılıq Texnikumu”nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs: xx.xx.2003-cü ildə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzasını çəkməkdə olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pambıqçılıq Texnikumu”nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.2006-cı ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam şəkildə çəkmiş, hazırda məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Səttərxan küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixində saat 01:20 radələrində Bərdə rayonu, Türkmən kəndində gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının şüşəsini yerdən götürdüyü dəmir parçası ilə sındırmaqla həmin mağazaya qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs1 məxsus olan 100 ədəd 1 manatlıq pul əskinaslarını, 4 ədəd 5 manatlıq pul əskinaslarını, 170 ədəd 50 qəpiklik dəmir pul əskinaslarını, 170 ədəd 10 qəpikli dəmir pul əskinaslarını, bir qutusunun qiyməti 3 manat 94 qəpik olmaqla 4 qutu “Kent 4” markalı siqaretləri, bir qutusunun qiyməti 4 manat 22 qəpik olmaqla 5 qutu “Sobranie” markalı siqaretləri, eləcə də “Azercell MMC”ə məxsus 1 ədəd 10 manatlıq, 20 ədəd 5 manatlıq, 2 ədəd 3 manatlıq, 6 ədəd 2 manatlıq və 34 ədəd 1 manatlıq danışıq kartlarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs1 ümumilikdə 420 manat 86 qəpik manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Rеspublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixində saat 01:20 radələridə Bərdə rayonu, Türkmən kəndində gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının şüşəsini yerdən götürdüyü dəmir parçası ilə sındırmaqla həmin mağazaya qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs1 məxsus olan 100 ədəd 1 manatlıq pul əskinaslarını, 4 ədəd 5 manatlıq pul əskinaslarını, 170 ədəd 50 qəpiklik dəmir pul əskinaslarını, 170 ədəd 10 qəpikli dəmir pul əskinaslarını, bir qutusunun qiyməti 3 manat 94 qəpik olmaqla 4 qutu “Kent 4” markalı siqaretləri, bir qutusunun qiyməti 4 manat 22 qəpik olmaqla 5 qutu “Sobranie” markalı siqaretləri, eləcə də “Azercell MMC”ə məxsus 1 ədəd 10 manatlıq, 20 ədəd 5 manatlıq, 2 ədəd 3 manatlıq, 6 ədəd 2 manatlıq və 34 ədəd 1 manatlıq danışıq kartlarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 420 manat 86 qəpik manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Rеspublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixində saat 01:20 radələridə Bərdə rayonu, Türkmən kəndində gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının şüşəsini yerdən götürdüyü dəmir parçası ilə sındırmaqla həmin mağazaya qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs1 məxsus olan 100 ədəd 1 manatlıq pul əskinaslarını, 4 ədəd 5 manatlıq pul əskinaslarını, 170 ədəd 50 qəpiklik dəmir pul əskinaslarını, 170 ədəd 10 qəpikli dəmir pul əskinaslarını, bir qutusunun qiyməti 3 manat 94 qəpik olmaqla 4 qutu “Kent 4” markalı siqaretləri, bir qutusunun qiyməti 4 manat 22 qəpik olmaqla 5 qutu “Sobranie” markalı siqaretləri, eləcə də “Azercell MMC”ə məxsus 1 ədəd 10 manatlıq, 20 ədəd 5 manatlıq, 2 ədəd 3 manatlıq, 6 ədəd 2 manatlıq və 34 ədəd 1 manatlıq danışıq kartlarını gizli olaraq talayıb zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ümumilikdə 420 manat 86 qəpik manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Rеspublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki o, ailəsi ilə birlikdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikumunun yataqxanasında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, təhsil almamışdır və subaydır. Əvvəllər narkotik vasitələri satış məqsədi olmadan üzərində saxladığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum olunmuşdur, hal-hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. Təqsirləndirilən şəxs1 onun qonşusudur, Vüsalı uzun müddətdir ki, tanıyır, uşaqlıqdan birlikdə böyümüşdür. Pünhan adlı şəxsi isə Vüsalın vasitəsilə tanımışdır. O, bir müddətdir ki, hər gün Vüsal və Pünhanla birlikdə gəzmişdir. 20 iyun 2024-cü il tarixində günorta saatlarında o, Vüsal və Pünhanla yaşadığı yataqxananın qarşısında görüşmüşdür. Onlar həmin günü bir yerdə olmuşlar. Həmin gün axşam saatlarında Bərdə şəhərində yerləşən Heydər Əliyev parkına getmişdirlər. Daha sonra isə gecə saatlarında oradan Türkmən meşəsi adlanan ərazidən keçərək Türkmən kəndinə daxil olmuşlar. Həmin gecə Bərdə rayonu ərazisində güclü külək müşahidə olunmuşdur. Bu səbəbdən də şəhər ərazisində işıqlar sönmüşdür. Onlar xx.xx.2024-cü il tarixində təxminən saat 01:30 radələrində Türkmən kənd məktəbinin qarşısında olarkən orada yerləşən ərzaq mağazası diqqətini çəkmişdir. Həmin vaxtı heç birinin üzərində pul olmamışdır. Bu zaman o və Vüsal mağazaya girməyi təklif etmişdir. Pünhan da onlarla razılaşmışdır. Onlar mağazanın qarşısında kamera olduğunu görmüşdür. O, çöldə yerləşən kameranı yuxarı tərəf qaldırmışdır. Pünhan yaxınlıqda kiçik dəmir parçası götürərək mağazanın qapısında olan şüşəni sındırmış, o, şüşə qırığını götürərək məktəbin həyətinə atmışdır. Daha sonra o, müşahidə məqsədilə mağazadan çöldə gözləmiş, Pünhan və Vüsal isə mağazaya daxil olmuşdurlar. Pünhan və Vüsal təxmini 5 dəqiqə mağazada olmuş və mağazadan nağd pul, siqaret və danışıq kartları götürərək çıxmışdırlar. O, ətrafı müşahidə edərkən heç kimi görməmişdir. Hava güclü küləkli olduğundan ətrafda heç kim olmamışdır. Onlar Türkmən kəndindən çıxaraq onun yaşadığı evə getmişlər. Həmin vaxtı evdə heç kim olmamışdır. Onlar oğurladığı pulları və əşyaları saymağa başlamışdır. Onlar həmin mağazadan ümumilikdə 100 ədəd 1 manatlıq pul əskinasları, 4 ədəd 5 manatlıq pul əskinasları, 170 ədəd 50 qəpiklik, 170 ədəd 10 qəpiklik dəmir pullar, 4 qutu “Kent 4” markalı (hər biri 4 manat 20 qəpik olmaqla), 5 ədəd “Sobranie” markalı (hər biri 4 manat 50 qəpik olmaqla) tütün məhsulları, eləcə də 1 ədəd 10 manatlıq, 34 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 20 ədəd 5 manatlıq “Azercell MMC”ə məxsus danışıq kartlarını oğurlamışlar. Gecələdikdən sonra o, 25 manat pul götürərək taksi ilə Bakı şəhəri, Nizami rayonuna anasının yaşadığı evə getmişdir. Növbəti gün isə Vüsal və Pünhan da Bakıya gəlmişdirlər. Görüşdükdən sonra oğurladıqları qəpikləri apteklərin birində kağız pula dəyişmişdir. Onlar birlikdə Nərimanov rayonundan özlərinə paltar almışdır. Biraz gəzdikdən sonra isə Pünhan və Vüsal Bərdəyə qayıdacaqlarını bildirmişdirlər. Oğurladıqları siqaretlərdən özləri istifadə etmişlər. Danışıq kartlarından isə məlumatı yoxdur, zənninə görə həmin kartlar Vüsal və Pünhanda qalmışdır. Həmin gündən sonra o, bir neçə dəfə Vüsal və Pünhanla əlaqə saxlamışdır. O, Bakı şəhərində olarkən azadlığın məhdudlaşdırılması cəzasının icrasından boyun qaçırdığı üçün Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixində isə Bərdə RPŞ əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onu oğurluq etməyə heç kim məcbur etməmişdir, oğurluq barədə heç kimə məlumat verməmişdir. Ona Bərdə RPŞ-də təzyiq olunmamışdır. O, öz əməlini könüllü şəkildə etiraf etmişdir. O, başqa heç bir yerdən oğurluq etməmişdir, əməlindən peşmandır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikumunun yataqxanasında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olmuşdur, orta təhsillidir, subaydır. Yenicə narkotik vasitələri satış məqsədi olmadan üzərində saxladığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 08 ay 28 gün müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 onun qonşusudur, Rəşadı uzun müddətdir tanıyır, uşaqlıqdan birlikdə böyümüşdür. Pünhan adlı şəxsi isə bir müddətdir ki, tanımışdır. O, bir müddətdir ki, hər gün Rəşad və Pünhanla birlikdə gəzmişdir. 20 iyun 2024cü il tarixində günorta saatlarında o, Rəşad və Pünhanla yaşadığı yataqxananın qarşısında görüşmüşdür. Onlarla həmin günü bir yerdə olmuşdur. Onlar həmin gün axşam saatlarında Bərdə şəhərində yerləşən Heydər Əliyev parkına getmişlər. Daha sonra isə gecə saatlarında oradan Türkmən meşəsi adlanan ərazidən keçərək Türkmən kəndinə daxil olmuşlar. Həmin gecə Bərdə rayonu ərazisində güclü külək müşahidə olunmuşdur. Bu səbəbdən də şəhər ərazisində işıqlar sönmüşdür. Onlar xx.xx.2024-cü il tarixində təxminən saat 01:30 radələrində Türkmən kənd məktəbinin qarşısında olarkən orada yerləşən ərzaq mağazası diqqətini çəkmişdir. Həmin vaxtı heç birinin üzərində pul olmamışdır. Bu zaman o və Rəşad mağazaya girməyi təklif etmişdir. Pünhan da onunla razılaşmışdır. Onlar mağazanın qarşısında kamera olduğunu görmüşdür. Rəşad çöldə yerləşən kameranı yuxarı tərəf qaldırmışdır. Pünhan yaxınlıqda kiçik dəmir parçası götürərək mağazanın qapısında olan şüşəni sındırmışdır, Rəşad şüşə qırığını götürərək məktəbin həyətinə atmışdır. Daha sonra Rəşad müşahidə məqsədilə mağazadan çöldə gözləmişdir, o və Pünhan mağazaya daxil olmuşdur. Onlar təxmini 5 dəqiqə mağazada olmuşdur və mağazadan nağd pul, siqaret və danışıq kartları götürərək çıxmışdır. Onlar ətrafı müşahidə edərkən heç kimi görməmişdir. Hava güclü küləkli olduğundan ətrafda heç kim olmamışdır. Onlar Türkmən kəndindən çıxaraq Rəşadın yaşadığı evə getmişlər. Həmin vaxtı evdə heç kim olmamışdır. Onlar oğurladıqları pulları və əşyaları saymağa başlamışlar. Onlar həmin mağazadan ümumilikdə 100 ədəd 1 manatlıq pul əskinasları, 4 ədəd 5 manatlıq pul əskinasları, 170 ədəd 50 qəpiklik, 170 ədəd 10 qəpiklik dəmir pullar, 4 qutu “Kent 4” markalı (hər biri 4 manat 20 qəpik olmaqla), 5 ədəd “Sobranie” markalı (hər biri 4 manat 50 qəpik olmaqla) tütün məhsulları, eləcə də 1 ədəd 10 manatlıq, 34 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 20 ədəd 5 manatlıq “Azercell MMC”ə məxsus danışıq kartlarını oğurlamışlar. Gecələdikdən sonra Rəşad 25 manat pul götürərək taksi ilə Bakı şəhəri, Nizami rayonuna anasının yaşadığı evə getmişdir. Növbəti gün isə o da Pünhanla birlikdə Bakıya getmişdir. Görüşdükdən sonra oğurladıqları qəpikləri apteklərin birində kağız pula dəyişmişdir. Onlar birlikdə Nərimanov rayonundan özlərinə paltar almışlar. Oğurladıqları siqaretlərdən özləri istifadə etmişdir. Danışıq kartlarını isə Pünhanla birlikdə Bakı şəhərində tanımadığı mağazalara satmışdır. Biraz gəzdikdən sonra isə o, Pünhanla birlikdə Bərdəyə qayıtmışdır. Həmin gündən sonra o, bir neçə dəfə Rəşadla əlaqə saxlamışdır. Daha sonra o, işləmək üçün Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixində isə barəsində olan cinayət işi ilə əlaqədar Bərdə rayon məhkəməsində olarkən Bərdə RPŞ əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onu oğurluq etməyə heç kim məcbur etməmişdir, oğurluq barədə heç kimə məlumat verməmişdir. Ona Bərdə RPŞ-də təzyiq olunmamışdır. O, öz əməlini könüllü şəkildə etiraf etmişdir. O, başqa heç bir yerdən oğurluq etməmişdir, əməlindən peşmandır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur, təhsilsizdir, subaydıır. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, cəzasını çəkmişdir, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir müddətdir ki, tanıyırmış. O, bir müddətdir ki, hər gün Rəşad və Vüsal ilə birlikdə gəzmişdir. 20 iyun 2024cü il tarixində günorta saatlarında o, Rəşad və Vüsal ilə yaşadığı Texnikumun yataqxananın qarşısında görüşmüşdür. Onlar həmin gün bir yerdə olmuşdurlar. Onlar həmin gün axşam saatlarında Bərdə şəhərində yerləşən Heydər Əliyev parkına getmişlər. Daha sonra isə gecə saatlarında oradan Türkmən meşəsi adlanan ərazidən keçərək Türkmən kəndinə daxil olmuşdur. Həmin gecə Bərdə rayonu ərazisində güclü külək müşahidə olunmuşdur. Bu səbəbdən də şəhər ərazisində işıqlar sönmüşdür. Onlar xx.xx.2024-cü il tarixində təxminən saat 01:30 radələrində Türkmən kənd məktəbinin qarşısında olarkən orada yerləşən ərzaq mağazası diqqətini çəkmişdir. Həmin vaxtı heç birinin üzərində pul olmamışdır. Bu zaman Rəşad və Vüsal mağazaya girməyi təklif etmişdirlər. O da razılaşmışdır. O, mağazanın qarşısında kamera olduğunu görmüşdür. Rəşad çöldə yerləşən kameranı yuxarı tərəfə qaldırmışdır. O da yaxınlıqdan kiçik dəmir parçası götürərək mağazanın qapısında olan şüşəni sındırmışdır, Rəşad şüşə qırığını götürərək məktəbin həyətinə atmışdır. Daha sonra Rəşad müşahidə məqsədilə mağazadan çöldə gözləmişdir, o, Vüsal ilə birlikdə mağazaya daxil olmuşdur. Vüsalla o, təxmini 5 dəqiqə mağazada olmuşdur və mağazadan nağd pul, siqaret və danışıq kartları götürərək çıxmışdır. Onlar ətrafı müşahidə edərkən heç kimi görməmişdir. Hava güclü küləkli olduğundan ətrafda heç kim olmamışdır. Onlar Türkmən kəndindən çıxaraq Rəşadın yaşadığı evə getmişdir. Həmin vaxtı evdə heç kim olmamışdır. Onlar oğurladığı pulları və əşyaları saymağa başlamışdır. Onlar həmin mağazadan ümumilikdə 100 ədəd 1 manatlıq pul əskinasları, 4 ədəd 5 manatlıq pul əskinasları, 170 ədəd 50 qəpiklik, 170 ədəd 10 qəpiklik dəmir pullar, 4 qutu “Kent 4” markalı (hər biri 4 manat 20 qəpik olmaqla), 5 ədəd “Sobranie” markalı (hər biri 4 manat 50 qəpik olmaqla) tütün məhsulları, eləcə də 1 ədəd 10 manatlıq, 34 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 20 ədəd 5 manatlıq “Azecell MMC”ə məxsus danışıq kartlarını oğurlamışdırlar. Onlar gecələdikdən sonra Rəşad 25 manat pul götürərək taksi ilə Bakı şəhəri, Nizami rayonuna anasının yaşadığı evə getmişdir. Növbəti gün isə o da Vüsal ilə birlikdə Bakıya getmişdir. Görüşdükdən sonra oğurladıqları qəpikləri apteklərin birində kağız pula dəyişmişdir. Onlar birlikdə Nərimanov rayonundan özlərinə paltar almışdır. Oğurladıqları siqaretlərdən özləri istifadə etmişdir. Danışıq kartlarını isə Vüsal ilə birlikdə Bakı şəhərində tanımadığı mağazalara satmışdır. Biraz gəzdikdən sonra isə o Vüsalla Bərdəyə qayıtmışdır. Həmin gündən sonra o, bir neçə dəfə Rəşad və Vüsal ilə əlaqə saxlamışdır. Sonradan onların oğurluğa görə həbs olunduqlarını öyrənmişdir. Ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onu oğurluq etməyə heç kim məcbur etməmişdir, oğurluq barədə heç kimə məlumat verməmişdir. Ona Bərdə RPŞ-də təzyiq olunmamışdır. O, öz əməlini könüllü şəkildə etiraf etmişdir. O, başqa heç bir yerdən oğurluq etməmişdir, əməlindən peşmandır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Türkmən kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, övladı yoxdur. Rəsmi olaraq işləmir, Bərdə rayonu, Türkmən kəndində yerləşən ərzaq mağazasını işlədir. Həmin mağaza təxminən 7 ildir ki, onun istifadəsindədir. Həmin mağazada ərzaq məhsulları ilə yanaşı, siqaret və kontur satışını da həyata keçirir. O, mağazada olmayanda anası X1 mağazaya nəzarət edir. O, hər gün səhər saat 06:00 radələrində mağazanı açıb, gecə saat 23:00 radələrində mağazanı bağlayır. Yəni xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində mağazanı bağlayaraq mağazanın yaxınlığında yerləşən evinə getmişdir. O, mağazanı bağlayarkən güclü külək olduğuna görə işıqlar sönmüşdür, mağazanın təhlükəsizlik kameraları işləməmişdir. O, evə getdikdən sonra təxminən saat 01 radələrində yenidən nəzarət etmək məqsədilə mağazaya qayıtmışdır. Ancaq mağazada hər hansı bir qeyri-standart hal ilə qarşılaşmamışdır. Təxminən 30-40 dəqiqə mağazada gözlədikdən sonra yenidən evə qayıtmışdır. xx.xx.2024cü il tarixdə səhər saat 06 radələrində anası Xədicə mağazanı açmaq üçün mağazaya getmişdir. O, evdə olarkən anası ona zəng edərək mağazanın şüşəsini sındırmaqla kiminsə mağazaya daxil olduğunu söyləmişdir. O, dərhal mağazaya tərəf gəlmişdir. Mağazanın giriş qapısının şüşəsi sındırılmışdır. Həmin şüşənin sınmış hissəsi isə biraz kənara atılmışdır. O, mağazaya girməmiş mağazanın çölündə olan təhlükəsizlik kameralarının yuxarı qaldırıldığını görmüşdür. Mağazaya daxil olduqdan sonra kassaya yaxınlaşmış və kassada olan pulların götürüldüyünü görmüşdür. Kassadan 100 ədəd 1 manatlıq pul əskinasları, 4 ədəd 5 manatlıq pul əskinasları, 170 ədəd 50 qəpiklik, 170 ədəd 10 qəpiklik dəmir pullar oğurlanmışdır. Həmçinin mağazadan 4 qutu “Kent 4” markalı (hər biri 4 manat 20 qəpik olmaqla), 5 ədəd “Sobranie”markalı (hər biri 4 manat 50 qəpik olmaqla) siqaretləri, eləcə də 1 ədəd 10 manatlıq, 34 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 20 ədəd 5 manatlıq “Azercell MMC”ə məxsus danışıq kartları oğurlanmışdır. Kassanın arxasında olan siqaret qutularından bir neçəsi isə yerə dağılmışdır. Həmin siqaretlərdən götürülübgötürülmədiyini isə bilməmişdir. Bundan başqa mağazadan hər hansı bir əşya və ya predmet oğurlanmamışdır. Ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, mağazanı bağlayarkən güclü külək olduğundan işıqlar sönmüşdür və kameralar işləməmişdir, ancaq hər-hansı bir qeyri-adi hala rast gəlməmişdir. İndiyə qədər mağazada belə bir hal baş verməmişdir. Punhan Abbasov və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlardan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən adıçəkilən şəxslər Bərdə rayonu, Türkmən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan ərzaq mağazasına hansı üsulla daxil olduqlarını, pulları, siqaretləri və danışıq kartlarını haradan götürdüklərini və mağazadan necə çıxdıqlarını əyani formada göstərmişlər və zərərçəkmiş şəxsin ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Bərdə rayonu Türkmən kəndinin mərkəzində Türkmən kənd tam orta məktəbi ilə üzbəüz Təqsirləndirilən şəxs1a məxsus mağazaya baxış keçirilmişdir. Baxış zamanı mağazanın giriş qapısının şüşəsinin sındırılaraq kənara qoyulduğu, təhlükəsizlik kameralarının yuxarı qaldırıldığı, mağazadan miqdarı dəqiqləşdirilməmiş nağd pul, tütün məmulatları və danışıq kartlarının oğlurlandığı müəyyən edilmişdir. Baxış günün səhər saatlarında, aydın, təbii işıqlandırma şəraitində keçirilmişdir. Foto şəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-7937/2024 saylı məktubundan görünür ki, Bərdə RPŞ-nin daxil olmum Bərdə rayonu, Türkmən kəndində vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri ilə Təqsirləndirilən şəxs3 sağ əlinin şəhadət, orta və adsız barmaqları ilə, Təqsirləndirilən şəxs2 isə sol əlinin orta barmağı ilə eyniliyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə Rayon Polis şöbəsinin 06 iyul 2024-cü il tarixdə verilmiş cavabından görünür ki, Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından nağd pul, tütün məhsulları və danışıq kartlarının Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 şəxslər tərəfindən oğurlanmasına dair əsaslı şübhələr müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 olduğu yer müəyyən olunaraq istintaqa təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «Bərdə rayon Mərkəzi Xəstəxanası» X8 daxil olmuş daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdurlar. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3140 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə şəhəri, Babək küçəsi 66 nömrəli evdə qeydiyyatda olmaqla Bərdə şəhəri Bakı küçəsində yerləşən “Pambıqçılıq Texnikumun”da yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.08. 2024-cü il tarixli 3139 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Bakı küçəsində yerləşən “Pambıqçılıq Texnikumu”nda yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3862 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Səttarxan küçəsində yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 iyul 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respiblikası Ədliyyə nazirliyi Bərdə Rayoin İcra X13 tərəfindən Bərdə rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Bərdə rayon icra X13ndə icra olunmamış hökm qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respiblikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra X13 tərəfindən Bərdə Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin 1(021)-67/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Abbasov X2 Bərdə Rayon Məhkəməsinin 1(021)-67/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü və hökmün icrasına dair göstərişi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır, məhkum Təqsirləndirilən şəxs2 şöbədə nəzarətə götürülmüş və cəzasının sonu ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Bərdə rayon İcra X13ndə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabından qeydiyyatdan çıxarılmışdır. Hazırda onun barəsində icra olunmamış hökm qeydə alınmır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (021)-66/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 19021)-129/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılması hökm edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyri yaşayış sahəsinə qanunsuz və gizli daxil olaraq, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişlər. Belə ki, onlar tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2024-cü il tarixində saat 01:20 radələrində Bərdə rayonu, Türkmən kəndində gəlib, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasına qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs1 məxsus olan 100 ədəd 1 manatlıq pul əskinaslarını, 4 ədəd 5 manatlıq pul əskinaslarını, 170 ədəd 50 qəpiklik dəmir pul əskinaslarını, 170 ədəd 10 qəpikli dəmir pul əskinaslarını, bir qutusunun qiyməti 3 manat 94 qəpik olmaqla 4 qutu “Kent 4” markalı siqaretləri, bir qutusunun qiyməti 4 manat 22 qəpik olmaqla 5 qutu “Sobranie” markalı siqaretləri, eləcə də “Azercell MMC”ə məxsus 1 ədəd 10 manatlıq, 20 ədəd 5 manatlıq, 2 ədəd 3 manatlıq, 6 ədəd 2 manatlıq və 34 ədəd 1 manatlıq danışıq kartlarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs1 ümumilikdə 420 manat 86 qəpik manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bununla adıçəkilən şəxslər Azərbaycan Rеspublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əməllərinə CM-nin bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onların təqsirləndirildikləri CM-in maddələrinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CMin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələri və onunla barışıq əldə etmələrini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin etdikləri əməllərindən səmimi peşmançılığını bildirməsi tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onları törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqları və həbsdə saxlanıldıqları müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bərdə rayon İcra X13nə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra X13 həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra X13ndə qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 08 iyul 2024-cü il tarixdən barəsində Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)- 129/2024 saylı hökmünün çıxdığı 04 sentyabr 2024-cü il tarixinədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılaraq üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı, Bərdə Rayon Məhkəməsinin 1(021)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi qəti cəza müddətinə hesablanmalı, hazırki hökmlə üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına hesablanaraq (bərabər tutularaq) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hökmün çıxdığı tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Bərdə şəhəri, Səttərxan küçəsi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra X13nə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra X13ndə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş 420 manat 86 qəpik maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəzərə alınmalıdır. İş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3 hər birinə 12 saat müddətində göstərdikləri hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 72 manat, X4 isə 11 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı 66 məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə 06 iyul 2024-cü il tarixdən hökmün çıxdığı 15 oktyabr 2024-cü il tarixinədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlandığı müddət olan cəmi 03 ay 09 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Bərdə Rayon Məhkəməsinin 1(021)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və çəkilməmiş 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Təqsirləndirilən şəxs3 оğlunun üzərinə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pambıqçılıq Texnikumu” ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra X13nə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra X13ndə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 08 iyul 2024-cü il tarixdən barəsində Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)-129/2024 saylı hökmünün çıxdığı 04 sentyabr 2024-cü il tarixinədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlandığı müddət olan cəmi 01 ay 26 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Bərdə Rayon Məhkəməsinin 1(021)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının 15 oktyabr 2024-cü il tarixə çəkilməmiş qalan 07 ay 17 gün müddətində azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın, hazırki hökmlə üzərində saxlanılmış 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq 10 (on) ay 04 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanaraq (bərabər tutularaq) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə 07 iyul 2024-cü il tarixdən hazırki iş üzrə hökmün çıxdığı 15 oktyabr 2024-cü il tarixinədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlandığı müddət olan cəmi 03 ay 08 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Bərdə şəhəri, Səttərxan küçəsi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra X13nə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra X13ndə qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş 420 manat 86 qəpik maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəzərə alınsın. İş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X3 hər birinə 12 saat müddətində göstərdikləri hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 72 manat, X4 isə 11 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı 66 məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-161/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-161/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver