Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-162/2022 29.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X2, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Bərdə rayonu, Qazıqurdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olan və Bərdə rayonu, 866 saylı qəsəbə, bina 9, mənzil 42-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 26 mart 2021-ci il tarixdə səhər saat 10-11 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evində keçirilən yas mərasimində iştirak edərkən, ev sahibinin və mərasimdə iştirak edən şəxslərin başlarının qarışıq olmasından istifadə edərək, yas mərasiminin keçirildiyi otaqdan mərasimin keçirildiyi yerə aidiyyatı olmayan evin kiçik yataq otağına və həmin otağın sağ tərəfində yerləşən saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq, sandığın kilidli olmamasından yararlanıb sandığın üst qapağını açıb oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 2280 (iki min iki yüz səksən) manat dəyərində 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağını, 1 ədəd 2232 (iki min iki yüz otuz iki) manat dəyərində 27,90 qramlıq 583 əyarlı paxlava formasında olan qızıl boyunbağını, 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində 10 qramlıq 583 əyarlı qızıl sepi, 1 ədəd 696 (altı yüz doxsan altı) manat dəyərində 8,70 qramlıq 583 əyarlı kişi qızıl barmaqcılı və 1 tay 45 (qırx beş) manat dəyərində 0,90 qramlıq 583 əyarlı qızıl sırğadan ibarət öz əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda yəni, 6053 (altı min əlli üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs bibisi oğludur. 26 mart 2021-ci il tarixdə bibisi Nərgiz Mirzəyeva vəfat etmişdir. Yas mərasimini bibisi oğlu Namiq təşkil etmişdir. Yas mərasimində iştirak etmişdir. 26 mart 2021-ci il tarixdə maddi cəhətdən pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Namiqin yaşadığı ünvanda Namiqin arvadı Rəminə ilə söhbətləşərkən, Raminə ona öz anası aldığı qızılların halal alındığını, qaynanası taxdığı qızılların isə haram olduğunu demişdir. Namiqin qızı Nərgizin yataq otağında sandıq görmüş, Rəminə həmin sandığın içərisindən süfrələri çıxararkən sandığın içərisində olan qızıllar yerə dağılmışdır. Həmin gün saat 10-11 radələrində Nərgizin yataq otağına keçmiş, sandığın qapısının qıfılının açarı üzərində olmuşdur. Sandığın qapısını açaraq oradan qızıl zinət əşyalarını götürmüş və qızıl zinət əşyalarını öz çantasına qoymuşdur. 30 mart 2021-ci il tarixdə Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Kredit evi” adlanan evə yaxınlaşaraq qızıllarını girov qoyub pul götürmək istədiyini bildirmişdir. Həmin kredit təşkilatına 1 ədəd 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağı, 1 ədəd 27,90 qramlıq 583 əyarlı qızıl boyunbağı (paxlava), 1 ədəd 10 qramlıq 583 əyarlı qızıl sep, 1 ədəd 8,70 qramlıq 583 əyarlı qızıl barmaqcıl (kişi) və 1 tay 0,90 qramlıq 583 əyarlı qızıl sırğanı girov qoyaraq 3573,50 manat pul götürmüşdür. 3 gün keçdikdən sonra bibisi oğlu Namiq ona həmin qızılların oğurlanmasından ondan şüpələndiyini bildirmişdir. Namiqə qızılları götürmədiyini bildirmiş, 2 ay həmin qızıllara görə “Kredit evinə” pul ödəmişdir. Daha sonra aylığını ödəmədiyi üçün qızılların aqibətindən xəbəri olmamışdır. 3573,50 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 06 aprel 2022ci il tarixdə polis əməkdaşları iş yerinə gələrək Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gələrək izahat vermiş və əməlini könüllü etiraf etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı qızıdır. 23 mart 2021-ci il tarixdə anası Nərgiz rəhmətə getdiyindən yaşadıqları ünvanda, Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evlərində yas mərasimi təşkil etmişdir. Yas mərasimi ilə əlaqədar olaraq qohum əqrəbaları onlara gəlmişlər. Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixədək onlarda qalmışdır. 26 mart 2021-ci il tarixdə saat 09-10 radələrində arvadı Raminə uşaqlarının yataq otağında yerləşən sandığın ağzını açaraq örtükləri götürərkən sandıqda saxladıqları qızıl zinət əşyalarının bir hissəsi yerə tökülmüş, daha sonra qızılları yenidən sandığa yığaraq sandığın qapısını qıfılla bağlamışdır. Qıfılın açarını isə Şəlalənin yanında servantın gözünə qoymuşdur. Şəlalə yas mərasimi ilə əlaqədar olaraq evdə olan insanların başının qarışıq olmasından istifadə edərək, qıfılın açarını götürərək, sandığın qapısını açıb içərisindən 8000 manat dəyərində 1 ədəd 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağı, 1 ədəd 27,90 qramlıq 583 əyarlı qızıl boyunbağı (paxlava), 1 ədəd 10 qramlıq 583 əyarlı qızıl sep, 1 ədəd 8,70 qramlıq 583 əyarlı qızıl barmaqcıl (kişi) və 1 tay 0,90 qramlıq 583 əyarlı qızıl sırğaları oğurlamışdır. 29 mart 2021-ci il tarixdə arvadı Rəminə sandığdan əşya götürərkən qızıl zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Qızıl-zinət əşyalarının oğurlanmasında Şəlalədən şübhələnmişdir. Lakin qohumu olduğundan şikayət etməmişdir. Anasının il mərasiminə kimi gözləmişdir ki, Şəlalə gətirib qızıllarını qaytarar. Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını qaytarmadığından 06 aprel 2022-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 8000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs atası, Təqsirləndirilən şəxs isə atasının dayısı qızıdır. 23 mart 2021-ci il tarixdə nənəsi Nərgiz rəhmətə getdiyindən yaşadığı ünvanda atası Namiq yas məclisi təşkil etmişdir. Yas mərasimi ilə əlaqədar qohumları onlara gəlmişdir. Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixədək onlarda qalmışdır. Sonradan öyrənmişdir ki, 26 mart 2021-ci il tarixdə saat 09-10 radələrində anası Rəminə bacısının yataq otağında yerləşən sandığın ağzını açaraq örtükləri götürərkən sandıqda saxladıqları qızıl-zinət əşyalarının bir hissəsi yerə tökülmüş, daha sonra qızılları yenidən sandığa yığaraq sandığın qapısını qıfılla bağlamışdır. Həmin vaxt Şəlalə də otaqda olmuşdur. Şəlalə yas mərasimi ilə əlaqədar olaraq evdə olan insanların başının qarışıq olmasından istifadə edərək, sandığın qapısını açıb içərisindən ailə üzvlərinə məxsus 8000 manat dəyərində 1 ədəd 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağı, 1 ədəd 27,90 qramlıq 583 əyarlı qızıl boyunbağı (paxlava), 1 ədəd 10 qramlıq 583 əyarlı qızıl sep, 1 ədəd 8,70 qramlıq 583 əyarlı qızıl barmaqcıl (kişi) və 1 tay 0,90 qramlıq 583 əyarlı qızıl sırğaları oğurlamışdır. 29 mart 2021-ci il tarixdə anası Rəminə sandıqdan əşya götürərkən qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Ümumilikdə oğurluq hadisəsi nəticəsində atası Namiqə 8000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və münaqişə olmamışdır. 30 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi “Kredit evi” təşkilatına gələrək qızılzinət əşyası qoyaraq kredit götürmək istədiyini bildirmişdir. Şəlalənin təqdim etdiyi 1 ədəd 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağı, 1 ədəd 27,90 qramlıq 583 əyarlı qızıl boyunbağı (paxlava), 1 ədəd 10 qramlıq 583 əyarlı qızıl sep, 1 ədəd 8,70 qramlıq 583 əyarlı qızıl barmaqcıl (kişi) və 1 tay 0,90 qramlıq 583 əyarlı qızıl sırğanı “Kredit evi”-nin zərgəri tərəfindən baxıldıqdan və çəkiləri elektron tərəzidə çəkildikdən sonra həmin qızıl onun tərəfindən 3573,50 manat dəyərində qiymətləndirilmişdir. Qızılın əyarını və keyfiyyətini nəzərə alaraq 24 ay müddətinə aylıq ödəniş 235 manat olmaqla 3755 manat məbləğində kredit ayıra biləcəklərini Şəlaləyə bildirmişdir. Şəlalə razılaşdıqdan sonra həmin qızılları girov qoyaraq, 3755 manat məbləğində BR0096101 saylı kredit müqaviləsini tərtib etmişdir. 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Kredit evi”-nə gələrək, götürdüyü krediti tam bağlamaq istədiyini bildirmiş, borcunun ödənişini tam ödədikdən sonra Əliyev X3 girov qoyduğu qızılları Şəlaləyə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2927 saylı 10 may 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin mart ayına olan orta bazar qiyməti:- 1 ədəd 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağının dəyəri 2280 manat, 1 ədəd 27,90 qramlıq 583 əyarlı qızıl boyunbağı (paxlava) dəyəri 2232 manat, 1 ədəd 10 qramlıq 583 əyarlı qızıl sep 800 manat, 1 ədəd 8,70 qramlıq 583 əyarlı qızıl barmaqcıl (kişi) 696 manat və 1 tay 0,90 qramlıq 583 əyarlı qızıl sırğa 45 manat, ümumi dəyəri nəzəri qaydada təxminən 6053,0 manat müəyyən olunur. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 26 mart 2021-ci il tarixdə səhər saat 10-11 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evində keçirilən yas mərasimində iştirak edərkən, ev sahibinin və mərasimdə iştirak edən şəxslərin başlarının qarışıq olmasından istifadə edərək, yas mərasiminin keçirildiyi otaqdan mərasimin keçirildiyi yerə aidiyyatı olmayan evin kiçik yataq otağına və həmin otağın sağ tərəfində yerləşən saxlanc yeri hesab edilən sandığa qanunsuz daxil olaraq, sandığın kilidli olmamasından yararlanıb sandığın üst qapağını açıb oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 2280 (iki min iki yüz səksən) manat dəyərində 28,50 qramlıq 583 əyarlı qızıl boyunbağını, 1 ədəd 2232 (iki min iki yüz otuz iki) manat dəyərində 27,90 qramlıq 583 əyarlı paxlava formasında olan qızıl boyunbağını, 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində 10 qramlıq 583 əyarlı qızıl sepi, 1 ədəd 696 (altı yüz doxsan altı) manat dəyərində 8,70 qramlıq 583 əyarlı kişi qızıl barmaqcılı və 1 tay 45 (qırx beş) manat dəyərində 0,90 qramlıq 583 əyarlı qızıl sırğadan ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda yəni, 6053 (altı min əlli üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsinin 360 saylı 12 may 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu 866 yerlik qəsəbə, bina 9, mənzil 42-də yaşayır. Təqsirləndirilən şəxs evlidir, 3 övladı var. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə qonşularla və qəsəbə ictimayəti arasında müsbət xarakterizə olunmuş, qəsəbədə keçirilən ictimai tədbirlərdə fəal iştirak etmişdir. O, xaraktercə sadə və təvazökardır, vətənpərvərdir, zəhmətkeş anadır. Yaşadığı qəsəbədə tərbiyəsi və yaxşı davranışı ilə əhali arasında daima seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, vurulmuş zərərin ödənilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun məsuliyyətini yüngülləşdirən halları yəni, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 10 may 2022-ci il tarixli 9/2927 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2000-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-162/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-162/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver