Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-162/2024 22.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının sonlarında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən özünə məxsus pay torpağı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 8 (səkkiz) ədəd, ümümi təmiz çəkisi 1100 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 28 iyun 2024-cü il tarixdə saat 18:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 8 (səkkiz) ədəd, ümümi təmiz çəkisi 1100 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən pay torpağının ərazisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir, aradabir fəhləlik edərək ailəsini dolandırır, evlidir, 3 azyaşlı uşağı var. Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən özünə məxsus evində yaşayır. Təxminən 1 ildir ki, narkotik vasitə olan “nəşə”dən istifadə edir. O, istifadə etdiyi “nəşənin”, yəni marixuananın toxumlarını yığaraq saxlamışdır. O, həmin toxumları əkərək, çətənə bitkilərini yetişdirdikdən sonra, həmin çətənələri qurudaraq, istifadə etmək məqsədi olmuşdur. Təxminən, 2024-cü ilin aprel ayının sonlarında həmin toxumları ona məxsus olan pay torpağında əkmiş və daimi olaraq onlara qulluq etmişdir. Belə ki, həmin bitkilərə vaxtlı vaxtında su tökürmüş, onları peyin ilə gübrələyirmiş, yəni həmin bitkilərə xüsusi qulluq göstərmişdir. Əkdiyi toxumların inkişaf etdiyini görmüş və inkişaf edən həmin bitkilərə qulluq etməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında elə pay torpağında olan fermanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq pay torpağında narkotik tərkibli bitki becərdiyi barədə məlumatlarının olduqlarını ona bildirmişdilər. O, həmin şəxslərə səmimi etiraf edərək əkdiyi narkotik vasitələri göstərmiş, əkdiyi narkotik vasitələri özü istifadə etmək üçün əkdiyini onlara bildirmiş, həmin bitkiləri polislərə göstərdikdən sonra, polis əməkdaşları onun yanında bitkiləri kökündən çıxartmağa başlamışdırlar, həmin kolları saydıqda ümumilikdə 8 ədəd olduğu onun yanında müəyyən edilmiş, daha sonra həmin bitkiləri bir kisədə qablaşdırmışdılar. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söylədilər və onlar birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdirlər. Şöbədə üzərində video çəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş və o, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predment aşkar edilməmiş, şəxsi axtarış zamanı onun üzərində olan bir ədəd “Nokia” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, o, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kollara qulluq etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik bitkilərin toxumlarını əvvəllər istifadə etdiyi “nəşə”nin içərisindən tapıb götürmüş, o, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmiş, ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun evinə və üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüş, kənar şəxslər bunu görməmiş, polislər də onu saxlayanda o, tək olmuş, yanında heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamış, o, əvvəllərdə narkotik vasitəni tapmış, onun istifadəsində “Nokia” markalı mobil telefon və ***-***-**-** saylı mobil nömrə vardır, həmin telefon və mobil nömrə üzərinə baxış keçirilən zaman götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X9 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 28 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayaraq Bərdə rayonu, Mustafağalı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus pay torpağında narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu həmin ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişdilər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmiş, həmin gün onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs məxsus olan pay torpağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin əraziyə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi yerə baxış keçirilmiş və həmin pay torpaq sahəsindən 8 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmiş, həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan ayrılaraq yerə sərilmiş, bitkilərin ən kiçiyi 12 sm, böyüyünün isə 150 sm olması müəyyən edilmiş, bundan başqa bitkilərin birlikdə ümumi çəkisi 1475 qram olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkibbecərdiyini, həmin bitkilərin ona məxsus oldğunu bildirmiş, o, həmin 8 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildiyini, bitkilərin çətənə kolları olduğunu bildirmiş, həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırılmış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən üzəri imzalanaraq götürülmüşdür. Bununla da, baxış başa çatdırılmış və video çəkiliş yekunlaşmış, bundan sonra Bərdə rayon polis şöbəsinə bu barədə yazılı da rəy vermişdir. Məhkəmə istintaqı zamanı şahid X11 ifadəsində bildirmişdir ki,o, Bərdə RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, 28 iyun 2024-cü il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs Bərdə rayonu, Mustafaağalı kəndində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişdilər. Təqsirləndirilən şəxs ərizə yazaraq özünə məxsus olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən pay torpaq sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra onun, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və DAİM-nin aparıcı aqronomu Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs məxsus olan pay torpağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərdiyini və həmin əraziyə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, sonra isə Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi yerə baxış keçirilmiş və həmin pay torpaq sahəsindən 8 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmişdir. Həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan ayrılaraq yerə sərilmiş, bitkilərin ən kiçiyi 12 sm, böyüyünün isə 150 sm olması müəyyən edilmiş, bundan başqa bitkilərin birlikdə ümumi çəkisi 1475 qram olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkibbecərdiyini, həmin bitkilərin ona məxsus olduğunu bildirmiş, baxışda iştirak etmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət X10 Bitki mühafizəsinin aparıcı aqronomu Şahid4 8 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildiyini, bitkilərin çətənə kolları olduğunu bildirmiş, həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırılmış, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən üzəri imzalanaraq götürümüş, bununla da, baxış başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Bərdə RPŞ-nin inzibati binasın gətirilərək onun, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri X7 tərəfindən izah edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil verməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və sol cibindən 9 manat pulu masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı X12 tərəfindən axtarış keçirilmiş, axtarış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 manat pul istintaq əhhəmiyyət kəsb etmədiyi üçün sonuncunun özünə geri qaytarılmış, “Nokia” markalı mobil telefon isə 01 ədəd ağ rəngli zərfə qablaşdırılaraq götürülmüş, bununla da, şəxsi axtarış başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Şahid1 bundan əlavə olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmadığını, Təqsirləndirilən şəxs konkret olaraq kimlərəsə də narkotik vasitə və ya psixotrop maddə satmasını bilmmədiyini, o haqda heç nə deyə bilmədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli «baxış keçirilməsi» haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxsa məxsus pay torpağın baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntü 17 dəqiqə 42 saniyə müddətdədir və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin nin PPXB-nin polis nəfəri, polis serjantı X11, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və DAİM-nin aparıcı aqronomu Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs məxsus olan pay torpağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirir. Təqsirləndirilən şəxs həmin əraziyə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Sonra Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin əkildiyi yerə baxış keçirildi və həmin pay torpaq sahəsindən 8 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edildi. Həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan ayrılaraq yerə sərildi. Bitkilərin ən kiçiyi 12 sm, böyüyünün isə 150 sm olması müəyyən edildi. Bundan başqa bitkilərin birlikdə ümumi çəkisi 1475 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, həmin bitkilərin ona məxsus olduğunu bildirmişdir. Baxışda iştirak etmiş Kənd Təsərrüfatı yanında X10 Bitki mühafizəsi və Fumiqasiya Mərkəzinin aparıcı aqronomu Şahid4 8 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildiyini, bitkilərin çətənə kolları olduğunu bildirdi. Həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırıldı. DİN-nin 94 nömrəli möhürü ilə möhürləndi və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən imzalanaraq götürüldü. Bununla da, baxış başa çatdırıldı və video çəkiliş yekunlaşdı. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, həmin video görüntü 6 dəqiqə 29 saniyə müddətdədir və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin nin PPXB-nin polis nəfəri, polis serjantı X11, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri X7 tərəfindən izah edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulur, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və sol cibindən 9 manat pulu masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı X12 tərəfindən axtarış keçirildi. Axtarış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 manat pul istintaq əhhəmiyyət kəsb etmədiyi üçün sonuncunun özünə geri qaytarıldı, “Nokia” markalı mobil telefon isə 01 ədəd ağ rəngli zərfə qablaşdırılaraq götülrüldü. Bununla da, baxış başa çatdırıldı və video çəkiliş yekunlaşdı. Cinayət işinə əlavə edilmiş 28 iyun 2024-cü il tarixli aparıcı-aqronom Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, 28 iyun 2024-cü il tarixdə Bərdə rayon Mustafaağalı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus pay torpaq ferma ərazisində 8 ədəd çətənə kolu aşkar edilmşdir. Onlar tərəfindən baxış keçirilən zaman əkilmiş 8 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 29 iyun 2024-cü il tarixli 16/749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə kollarına bənzər bitkilər...” adlar və imzalar olan 1 (bir ) ədəd baş-başa keçirilmiş sintetik kisədə, 8 (səkkiz) ədəd ümumi təmiz çəkisi 1100 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronum (mütəxəsis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 sentyabr 2024-cü il tarixli, 1547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 01 iyul 2024-cü il tarixli, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs məxsus fermanın pay torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X4 Hüquqi Şəxsin 14 avqust 2024-cü il tarixli 18-1-28/2-1536/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Bərdə rayon Mustafaağalı kəndində yerləşən pay torpaq sahəsində olan ferma ərazisindən aşkar olunmuş ümumilikdə 08 (səkkiz) ədəd ümumi təmiz çəkisi – 1100 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1099,84 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri və Təqsirləndirilən şəxs məxsus Bərdə rayon Mustafaağalı kəndində yerləşən pay torpaq sahəsində olan ferma ərazisindən və üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntüləri əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tam təqsirli bilib müdafiəsi üçün iki azyaşlı uşağının olmasını və xəstə olduğunu əsas gətirmişdir. Cinayət işi materiallarından görünür ki, 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Fərhad İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, 30 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işi materiallarından görünür ki, 30 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs, 2024-cü ilin aprel ayının sonlarında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən özünə məxsus pay torpağı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 8 (səkkiz) ədəd, ümümi təmiz çəkisi 1100 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 28 iyun 2024-cü il tarixdə saat 18:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 8 (səkkiz) ədəd, ümümi təmiz çəkisi 1100 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən pay torpağının ərazisində aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs , 2024-cü ilin aprel ayının sonlarında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən özünə məxsus pay torpağı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 8 (səkkiz) ədəd, ümümi təmiz çəkisi 1100 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 28 iyun 2024-cü il tarixdə saat 18:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 8 (səkkiz) ədəd, ümümi təmiz çəkisi 1100 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən pay torpağının ərazisində aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadəsi və cinayət işi materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-cimaddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1cimaddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) —üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən səmimi peşmanlığı, himayəsində 2 azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 1100 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq 1099,84 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 1100 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq 1099,84 qram olan narkotik vasitə - bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 28 iyun 2024-cü il tarixdə 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Mustafağalı kəndi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1099,84 qram bitki nümünüləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-162/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-162/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver