Məhkəmə qərarları › İş №1(021)-162/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-162/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-162/2025 01.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 19 gün hissəsini çəkməkdan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 7.19 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunun içərisində olmaqla əynində olan qara rəngli şalvarının sol yan cibində saxlamış, Bərdə rayon Polis Şöbəsinin Cinayət X1 Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs 27 iyul 2025 tarixdə, saat 11:10-da Bərdə şəhəri, E.Əsədov küçəsində saxlanılaraq həmin tarixdə, saat 11:17-dən 11:25-dək saxlanıldığı yerdə üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sol yan cibində bir ədəd kibrit qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 7.19 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. xx.xx.2025-ci il tarixdə saat 10-da o, evdə olarkən polis əməkdaşları evə daxil olaraq onu şöbəyə aparmışdırlar. Polis Şöbəsindən ona bildirmişdirlər ki, “sənə narkotik vasitə verəcəyik onu qəbul etməlisən”. Onu polis şöbəsinə aparan zaman ona əl-qol atmışdırlar. Polis əməkdaşları ona cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə ilə ittiham elan olunacağını, 48 saat saxlayacaqlarını, daha sonra buraxacaqlarını bildirmişdirlər. O da məcbur olub onların dedikləri ilə razılaşmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitədən əvvəllər istifadə etmişdir. Polis əməkdaşlarının onu evdən aparmaqlarına dair ailə üzvləri şahid olub. Bundan başqa qonşunun kamerası da olub. Lakin maraqlandıqda ona kameranın yaddaşında qalmadığını bildirmişdirlər. Polis şöbəsinə aparılarkən Bəhruz adlı polis əməkdaşı onu avtomobildə döyüb. Sifət nahiyyəsindən başqa hər yerinə vurmuşdur, ona xəsarət yetirmişdir. O, tutulmamışdan 25 gün əvvəl onu evindən tutub polis şöbəsinə aparmaq istəmişdirlər. O, polis şöbəsində lezva ilə özünə boğazının sol tərəfindən xəsarət yetirmişdir. Şüşə qırığı ilə isə küçələrinin həyətində xəsarət yetmişdir. Polis əməkdaşları qorxularından onu polis şöbəsinə aparıb tibbi yardım göstərmişdirlər. Onu buraxıb bildirmişdirlər ki, “şikayət etməsən səni tutmayacağıq”. Həmin hadisə İlqar marketin yanında olub. Orada kamera görüntüləri var. Bundan əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu polis şöbəsinə şahid qismində dindirilənlər aparmışdır. Onu 25 gün əvvəl Bəhruz və digər polis əməkdaşları şöbəyə aparmaq istəmişdir. Lakin qaranlıq olduğu üçün onları tanımamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Füzuli küçəsi 97A nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayıra və heç bir yerdə işləmir. “Nəşə” kimi tanıdığı narkotik vasitədən bir neçə ildir ki, siqaret kağızında çəkmək yolu ilə istifadə edir. 27 iyul 2025-ci il tarixdə, günorta saatlarında Bərdə şəhəri, E.Əsədov küçəsi ilə mağazaya gedərkən yerdən bir ədəd kibrit qutusu tapdığını, içərisinə baxanda içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu görüb öz istifadəsi üçün götürrüb cibinə qoyduğunu, elə həmin gün saat 11 radələrində Bərdə şəhəri, E.Əsədov küçəsində piyada və tək halda olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini Bərdə RPŞ-nin əməkdaşları kimi təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu dediklərini, hüquqlarını izah edərək üzərində narkotik vasitə olub-olmadığını soruşdularını, üzərində kibrit qutusunda narkotik vasitə olduğunu təsdiq etdiyini, bundan sonra polis əməkdaşları videoçəkilişlə üstünü yoxladılarını, əynində olan şalvarının sol yan cibindəki həmin kibrit qutusunu çıxarıb təqdim edib içərisində “nəşə” olduğunu dediyini, kibrit qutusu açılıb içərisinə baxılaraq elektron tərəzidə çəkildiyini, çəkisi 10.02 qram müəyyən olunduğunu, bundan sonra həmin narkotik vasitə zərfin içərisinə qoyulub qablaşdırılaraq zərfin ağzı möhürləndikdən sonra zərfin üzərinə imza atdığını, sonra Bərdə rayon Polis Şöbəsinə gətirdiyini, burada öz istəyi ilə vəkil dəvət edildiyini, vəkilin iştirakı ilə polislər üzərinə şəxsi axtarış apardıqlarını, həmin vaxt polis əməkdaşlarından biri təqdim etdiyi narkotik vasitəni təhqiqatçıya təqdim etdiyini, izahatı alındıqdan sonra müvəqqəti saxlama yerinə təhvil verdiyini bilidirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. O, Əsədov küçəsində saxlanılmış, üzərindən kibrit qutusunda 10 qrama yaxın marixuana aşkar edilmişdir. Əlvan onlara heç bir müqavimət götərməmiş, könüllü olaraq özü üzərindən kibrit qutusunda olan marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olması barədə məlumatın onlara haradan daxil olması barədə məlumatı X6 haqqında Qanuna əsasən verə bilməz. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri ünvan 2-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, ona görə də, tərəfindən 27 iyul 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndiyini, bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 27 iyul 2025-ci il tarixdə 11:12 radələrində Bərdə şəhəri E.Əsədov küçəsində saxlanıldığını, Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə üzərinin yoxlanılması keçirildiyini, Təqsirləndirilən şəxs üzərinə video çəlilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz predmet varsa təqdim edilməsi bildirildiyini, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibində 01 (bir) ədəd kibrit qutusunu çıxardaraq təqdim etdiyini, Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Bərdə şəhəri Elçin Əsədov küçəsindən yerdən tapdığını dediyini, aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildiyini, çəkisi 10.02 qram olması müəyyən edildiyini, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ekspertizaya təqdim edilməsi və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldüyü, həmçinin bundan sonra üzərinə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirildiyini və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edildiyini və Müdafiəçi onun müdafiəçisi təyin edilib polis şöbəsinə dəvət edilməklə Təqsirləndirilən şəxs X7 tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, bundan sonra onun, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini dediyini, bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir bir əşya olmadığını dediyini, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmədiyini, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunaraq və imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Əsədov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmışdırlar. Ona üzərində nə kimi qanunsuz əşya olub-olmaması barədə soruşmuşlar, olduğu təqdirdə təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və könüllü təqdim etmişdir. Onun üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini tədiq edir. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin PPX-nün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Mahiyyəti üzrə bildirir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəflərindən 27 iyul 2025-ci il tarixdə təxirəsalınmaz Əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndi. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 27 iyul 2025-ci il tarixdə 11:12 radələrində Bərdə şəhəri E.Əsədov küçəsində saxlanıldı. Təqsirləndirilən şəxs üzərinə mənim, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə üzərinin yoxlanılması keçirildi. Təqsirləndirilən şəxs üzərinə video çəlilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz predmet varsa təqdim edilməsi bildirildi. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibində 01 (bir) ədəd kibrit qutusunu çıxardaraq təqdim etdi. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Bərdə şəhəri Elçin Əsədov küçəsindən yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Çəkisi 10.02 qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ekspertizaya təqdim edilməsi və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Həmçinin bundan sonra üzərinə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirildi və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edildi və Müdafiəçi onun müdafiəçisi təyin edilib polis şöbəsinə dəvət edilməklə Təqsirləndirilən şəxs X7 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra mənim, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdi. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir bir əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı Əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxundu və imzaları ilə təsdiq edildi. Əlavə olaraq verilmiş sualara cavab olaraq bildirmişdur ki, onun Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəsi ilə bağlı əməliyyat məlumatı olmuş, lakin narkotik vasitənin satışı ilə məşğul olması və hər hansı şəxsə narkotik satması barədə məlumatı yoxdur. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Əsədov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb, ona üzərində nə kimi qanunsuz əşya olub-olmaması barədə soruşmuşlar, olduğu təqdirdə təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitənin çəkisi təxminən 10 qram olardı, kibrit qutusunun içərisində idi. Bunlarla bağlı video çəkiliş aparılmışdır. Bununla yanaşı, şahid qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Abbasov Əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəflərindən 27 iyul 2025-ci il tarixdə Əlvan Samir oğlunun üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 27 iyul 2025-ci il tarixdə 11:12 radələrində Bərdə şəhəri qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndi. Bundan sonra tərəfimizdən keçirilmiş E.Əsədov küçəsində saxlanıldı. Təqsirləndirilən şəxs üzərinə onun , Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə üzərinin yoxlanılması keçirildi. Təqsirləndirilən şəxs üzərinə video çəlilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz predmet varsa təqdim edilməsi bildirildi. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibində 01 (bir) ədəd kibrit qutusunu çıxardaraq təqdim etdi. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Bərdə şəhəri Elçin Əsədov küçəsindən yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Çəkisi 10.02 qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ekspertizaya təqdim edilməsi və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Həmçinin bundan sonra üzərinə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirildi və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edildi və Müdafiəçi onun müdafiəçisi təyin edilib polis şöbəsinə dəvət edilməklə Təqsirləndirilən şəxs X7 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra mənim, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə rayon polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili, polis baş leytenanti Şahid1 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandı. X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdi. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir bir əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı Əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmədi. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxundu və imzaları ilə təsdiq edildi. Əlavə olaraq verilmiş sualara cavab olaraq bildirmişdur ki, onun Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəsi ilə bağlı əməliyyat məlumatı olmuş, lakin narkotik vasitənin satışı ilə məşğul olması və hər hansı şəxsə narkotik satması barədə məlumatı yoxdur. Cinayət işinin 1-ci vərəqəsində olan 28 iyul 2025-ci il tarixli cinayət işi başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 28 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 01-48-ci vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz saxlanılmasında, üzərində gəzdirilməsində şübhəli bilinən Bərdə şəhəri ünvan 2-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 27 iyul 2025-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri E.Əsədov küçəsində saxlanılaraq üzərinə keçirilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7.19 qram olan bitki mənşəli kütələlər, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 11-13-cü vərəqələrində olan 27 iyul 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, 27 iyul 2025-ci il tarixdə saat 11:17 dəqiqədən 11:25 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs Bərdə şəhəri E.Əsədov küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 31-33-cü vərəqələrində olan 27 iyul 2025-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 27 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 56-cı vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 27 iyul 2025-ci il tarixdə saat 11:10-da Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması, narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunması istintaq hərəkətinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs Bərdə şəhəri Elçin Əsədov küçəsində üzərinə baxış keçirilməsi zamanı 08 dəqiqə 16 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibində 01 (bir) ədəd kibrit qutusunu çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Bərdə şəhəri Elçin Əsədov küçəsindən yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Çəkisi 10.02 qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ekspertizaya təqdim edilməsi və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Həmçinin bundan sonra üzərinə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və bir ədəd zərf istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 57-cı vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 27 iyul 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs barəsində təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bərdə rayonu PŞ-nin inzibati binasında üzərinə baxış keçirilməsi zamanı 05 dəqiqə 53 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. İlk öncə Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ağ kağız zərfdə qablaşdırdığı narkotik vasitə hesab edilən kütləni və 01 ədəd DVD diski təqdim edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bildirir. Bundan sonra X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində qanunsuz əşya olduğu halda təqdim etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Bərdə şəhəri E.Əsədov küçəsində mağazaya gedən zaman yol kənarından tapdığını bildirir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilmir, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və bir ədəd zərf istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. Cinayət işinin 14-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 27 iyul 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 27 iyul 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-79-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 4(021)-122\2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 27 iyul 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 45-47-ci vərəqələrində olan Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 28 iyul 2025-ci il tarixli 16/668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,19 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat) Qeyd: Marixuana ümumi təmiz çəkisi 7,19 qram, tədqiqata sərf edildi – 0,04 qram qalıq – 7,15 qram. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 622 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 09 sentyabr 2025-ci il tarixli 1416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 111-118-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)- 167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, üzərində qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 120-123-cü vərəqələrində olan Suraxanı Rayon Məhkəməsinin 7(010)- 781/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 19 (on doqquz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 19 gün hissəsini çəkməkdan vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 3142 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşayış yeri üzrə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla münasibəti yaxşı olmuşdur. Onun barəsində bugünə kimi Bərdə ŞİN-nə heç bir şikayət daxil olmamışdır. Spirtli içkilər içir, narkotikaya meyillidir. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 11 sentyabr 2025-ci il tarixli, 18-1-28/2-2135/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “Opioid qəbulu” diaqnozu ilə Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 134-141-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,19 qram, ekspertiza zamanı isə 0,04 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 7,15 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tanış etmədən sonra Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan AA6840949 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Sahil Abbasov adlı uşağı vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığını bildirmişdir. Məhkəmə tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroluğuna sorğu verilmişdir. Baş Prokuroluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə 28 noyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zaman Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmadığını, polis əməkdaşları tərəfindən polis şöbəsində zorakılıqla boynuna qoyulmasını bildirməsi özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroluğuna sorğu verilmiş, Baş Prokuroluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə 28 noyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Belə ki, cinayət işinə əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, üzərində qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 19 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, hazırki cinayət işi üzrə cinayət əməlini isə 27 iyul 2025-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.3-cü madəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilsə də, cəzadan azad ediliyi gündən, 2 il müddət keçmədən yenidən cinayət törətdiyinə görə məhkumluğu ödənilməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 1(021)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, cəzadan azad edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətdiyinə görə qeyd olunan hökm üzrə CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra, məhkumluqları ödənilmədən yenidən hazırki hökm üzrə qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Qərarına görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərara görə Cinayət Məcəlləsinin 83-cü maddəsində "məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi" kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər dəfələrlə məhkum olunmasna baxmayaraq islah olunmamasını, əməlində residivin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2025-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 29 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bərdə Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 27 iyul 2025-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 1(021)-162/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarı ilə məhkəmə istintaqı dövründə barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, cəzasının əvvəli 27 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd kibrit qutusunda 7,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxsn ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd kibrit qutusunda 7,15 qram qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar