Məhkəmə qərarları › İş №1(021)-163/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-163/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-163/2022 25.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdə əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu Divanlı kəndində yaşamış, 22 fevral 2022-ci il tarixdən həbsdə olan və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs оğlu satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin İ siyahısı”na daxil edilən 1,067 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin İ siyahısı”na daxil edilən 4,641 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Səma Hüseynov həmin gün 19:20-də Bərdə Yevlax avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən 17-ci kilometrliyində saxlanaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin iç sağ cibindən ayrı-ayrılıqda çəkiləri 0,861 qram və 0,206 qram olmaqla ümumi çəkisi 1,067 qram narkotik vasitə heroin iki ədəd sellofan bükümdə və çəkisi 4,641 qram psikotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmadan iki gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsində Əli adı ilə tanıdığı şəxsdən 100 manata istifadəsi üçün iki büküm heroin və bir büküm metamfetamin alaraq bir ədəd sellofana büküb gödəkcəsinin iç cibində saxlamışdır. 22 fevral 2022-ci il tarixdə tanıdığı Şahid1 onunla əlaqə saxlayıb Bərdə rayonuna aparmasını xahiş etmiş, bundan sonra o idarə etdiyi “Toyota Corolla” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Müşviq qəsəbəsinə gedib oradan Şahid1 götürmüş və bundan sonra Lökbatan dairəsinə getmiş və oradan da iki nəfər tanımadığı müştərini götürüb Bərdə rayonuna yola düşmüşdür. Yolda Yevlaxa gedən müştərilərdən biri yaxınının ölüm xəbərini aldığından Padarda düşmüşdür. Saat təxminən 19:30 radələrində Bərdə rayon X11 postuna çatanda DYP əməkdaşı idarə etdiyi avtomobili saxlatdırmış, bundan sonra o avtomobildən enib DYP əməkdaşına yaxınlaşmış, DYP əməkdaşı sənədlərinə baxandan sonra onu yola salmış, o da geri qayıdıb idarə etdiyi avtomobilə yaxınlaşan zaman yanında bir avtomobil saxlamış və həmin avtomobildən enən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmiş, o da özünü təqdim edəndən sonra polis əməkdaşları həmin vaxt avtomobildən enmiş Şahid1 və digər müştəridən şəxsiyyətləri barədə soraqlaşmış, həmin şəxslər də şəxsiyyətləri barədə bildirdikdən sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirmişdir. O da həmin zaman üzərində olan heroin və metamfetamin olduğundan heç bir etiraz etməmiş, bundan sonra polis əməkdaşları həm onu, həm də Şahid1la digər müştərini Bərdə rayon Polis Şöbəsinə birlikdə getməyi təklif etmişlər, onlar da etiraz etməmiş, bundan sonra polis əməkdaşları Natiq Fərəcəovu və adını sonradan bildiyi digər müştəri Şahid2 Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Orada onun üzərində axtarış aparılarkən o əynindəki gödəkçənin iç cibindən bir büküm çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin büküm içərisində “ kakos” kimi tanıdığı narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümü açanda oradakı iki bükümdə heroin olduğunu, digər bir bükümdə isə metamfetamin olduğunun şahidi olmuşlar. Daha sonra polis əməkdaşları Şahid1 və Şahid2 üzərinə baxış keçirmiş, lakin onlardan qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları üzərindən aşkar edilən iki büküm heroini və bir büküm metamfetamini bir ədəd zərfə qoyaraq qablaşdırıb götürmüşlər. Sonra polis əməkdaşları avtomobilinə baxış keçirmiş, lakin avtomobildən hər hansı bir qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Əməlindən səmimi peşman olmasını və evli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuşdur. 22 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax-Bərdə yolunda Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-VT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları vaxt 3-4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatları soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs əməlini etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişlər. X8 Hüseynli müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, onun və Şahid2 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibində “kakos” adı ilə tanıdığı narkotik vasitə və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib o əynində olan qara rəngli gödəkçənin iç sağ cibində olan 01 ədəd sellofan bükümü, üzərində olan şəxsiyyət vəsiqəsini, “Samsung” Markalı mobil telefonu, 01 ədəd kiçik ölçülü bıçağı və digər əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisindən 03 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda birinci bükümün içərisində kristal şəkilli, ağ rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra digər iki büküm açılmış və bükümlərin içərisindən qəhvəyi rəngli spesifik qoxuya malik maddə aşkar edilmiş, polis əməkdaşları həmin maddələrin heroinə oxşar maddələr olduğunu bildirmişlər. Sorğu zamanı Səma həmin maddələri Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Əli adlı şəxsdən ümumilikdə 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, həmin maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin maddələr və bir ədəd kiçik ölçülü bıçaq polis əməkdaşları tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 01 ədəd avtomobil açarı, 01 ədəd vizit kart Səmanın özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun və Şahid2 üzərinə baxış keçirilmiş, baxış zamanı onun və Şahid2 üzərindən narkotik vasitə və psiotrop maddələr aşkar edilməmişdir. Onların üzərindən aşkar edilmiş mobil telefon və digər əşyalar polis əməkdaşları tərəfindən onlara qaytarılmışdır. Sorğu zamanı o və Şahid2 narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiklərini, satışı ilə məşğul olmadıqlarını, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və narkotik vasitə olmasından məlumatları olmadıqlarını bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahidlər Şahid3, Şahid4, X1 və Şahid2 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə Sədərək Ticarət Mərkəzindən 8 Mart bayramında yaxşı qiymətə satmaq üçün qadın ətirləri almışdır. Ətirləri aldıqdan sonra Ağdam rayonuna getmək üçün Lökbatan dairəsinə gedib orada rayona gedən maşın gözləməyə başlamışdır. Saat təxminən 16:00 radələrində tanımadığı “ Toyota Corolla” markalı avtomobil gəlib saxlamış və sürücü Bərdə rayonuna getdiyini bildirmişdir. O da gecəyə düşməmək üçün Bərdəyə gedib oaradan başqa maşınla yaşadığı qəsəbəyə getmək qərarına gəlmişdir. Həmin vaxt avtomobildə sürücüdən başqa iki nəfər müştəri olmuşdur. O, avtomobilə arxada əyləşdikdən sonra yola düşmüşlər. Yolda təxminən Kürdəmir tərəfdə avtomobildə yatarkən pis iy gəldiyini hiss etmişdir. Yuxudan oyananda adını sonradan bildiyi sürücü Səmanın nəsə yandırıb çəkdiyini və pis iyin həmin yanandan yarandığını görmüşdür. Lakin onun nə çəkdiyini bilmədiyindən heç bir söz deməmişdir. Yolda Yevlaxa qədər gedən müştərinin birinin qohumunun rəhmətə getməsi xəbərini aldığından yarıyolda yəni Padarda maşından düşmüşdür. Saat təxminən 19:30 radələrində Bərdə X11 postuna çatanda DYP əməkdaşı Səmanı saxlamışdır. Bundan sonra Səma DYP əməkdaşına yaxınlaşmışdır. O və digər tanımadığı müştəri isə avtomobildən enmişlər. Səma geri qayıdandan sonra maşının yanına çatmış, yanlarında avtomobil saxlamış və həmin avtomobildən enən əvvəllər tanımadığı sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4 nəfər mülki geyimdə olan əməkdaşı Səmaya yaxınlaşıb ona özlərini təqdim etmişlər və Səmadan özünü təqdim etməsini istəmişlər. Səma özünü təqdim edəndən sonra polis əməkdaşları onların şəxsiyyəti barədə soraqlaşmışlar. Onlar da öz şəxsiyyətləri barədə bildirdikdən sonra polis əməkdaşları Səmaya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirmişlər. Səma da heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları həm Səmaya, həm də onlara Bərdə rayon Polis Şöbəsinə getməyi təklif etmişlər, onlar da etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları Səmanı, onu və Natiq adı ilə tanıdığı müştərini Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Orada hər üçünün üzərində axtarış aparılarkən Səma əynindəki gödəkçənin iç cibindən bir büküm çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin bükümün içərisində “kakos” kimi adlanan narkotik və “şüşə“ kimi tanınan hansısa bir maddə olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümü onun iştirakı ilə açanda oradakı iki bükümdə torpaq rəngli maddənin olduğunu, digər bir bükümdə isə ağ rəngli maddənin olduğunun şahidi olmuşdur. Səma həmin maddələri özü istifadə etmək üçün 100 manata aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları onun və Etibar adlı müştərinin üzərində axtarış aparmış, lakin qanunsuz hər hansı bir əşya aşkar etməmişlər. Bundan sonra polis əməkdaşları Səmanın üzərindən aşkar edilənləri bir ədəd zərfə qoyaraq qablaşdırıb götürmüşlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlamış və əməliyyat qrupunun üzvləri Bərdə şəhərinə yollanmışdır. Həmin gün Bakı- Bərdə marşrutu üzrə taksilik fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri istiqamətində hərəkətdə olması barədə məlumat əldə etmişlər. Saat 19:20-də Təqsirləndirilən şəxs Yevlax-Bərdə avtomobil yolunun 17-ci kilometrliyində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən yanında müştərilər Şahid1 və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlandıqdan sonra ona saxlanmasının əsaslarını bildirib hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanında olan şəxslərə də onlarla birlikdə polis Şöbəsinə getmələrini təklif etdikdə onlar da bununla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onun yanında olan şəxslər onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə aparılmış və orada Baş İdarənin təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarışda Şahid1 və Şahid2 da iştirak etmişdir. Bu zaman ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üç ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan büküm açıldıqda bükümlərin ikisinin içərisində narkotik vasitə olan heroinə oxşar maddə, birinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroin və metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroin və bir bükümdəki metamfetamini iki gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsindəki Əli adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra Şahid1 və Şahid2 üzərinə baxış keçirilmiş və baxış zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Daha sonra Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “Toyoto Corolla” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərəkən oradan qanunla qadağan edilmiş maddə, əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında həmkarı Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə Şahid3 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və qrupun təkibinə o, həmkarları Şahid6 və Şahid4 daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlanmış və əməliyyat qrupunun üzvləri qismində Bərdə şəhərinə yollanmışlar. Həmin gün Bakı-Bərdə marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri istiqamətində hərəkətdə olması barədə məlumat əldə etmişlər, saat 19:20-də Təqsirləndirilən şəxs Yevlax-Bərdə avtomobil yolunun 17-ci kilometrliyində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən yanında müştərilər Şahid1 və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona saxlanmasının əsaslarını bildirib hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanında olan şəxslərə də onlarla birlikdə polis şöbəsinə getmələrini təklif etdikdə onlar da bununla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onun yanında olan şəxslər onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə aparılmış və orada Baş İdarənin təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarışda Şahid1 və Şahid2 da iştirak etmişdir. Bu zaman ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üç ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan büküm açıldıqda bükümlərin ikisinin içərisində narkotik vasitə olan heroinə oxşar maddə, birinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroin və metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroin və bir bükümdəki metamfetamini iki gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsindəki Əli adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra Şahid1 və Şahid2 üzərinə baxış keçirilmiş və baxış zamanı onların üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “Toyoto Corolla” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərəkən oradan qanunla qadağan edilmiş maddə və əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında həmkarı Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə Şahid3 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və qrupun təkibinə o, həmkarları Şahid6 və Şahid5 daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlamış və əməliyyat qrupunun üzvləri olaraq Bərdə şəhərinə yollanmışlar. Həmin gün Bakı-Bərdə marşurutu üzrə taksü sürücüsü qismində fəaliyyət göstərən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri istiqamətində hərəkətdə olması barədə məlumat əldə etmişlər, saat 19:20-də Təqsirləndirilən şəxs Yevlax-Bərdə avtomobil yolunun 17-ci kilometrliyində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən yanında müştərilər Şahid1 və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona saxlanmasının əsaslarını bildirib hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanında olan şəxslərə də onlarla birlikdə polis Şöbəsinə getmələrini təklif etdikdə onlar da bununla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onun yanında olan şəxslər onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə aparılmış və orada Baş İdarənin təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarışda Şahid1 və Şahid2 da iştirak etmişdir. Bu zaman ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üç ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan büküm açıldıqda bükümlərin ikisinin içərisində narkotik vasitə olan heroinə oxşar maddə, birinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroin və metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroin və bir bükümdəki metamfetamini iki gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsindəki Əli adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra Şahid1 və Şahid2 üzərnə baxış keçirilmiş və baxış zamanı onların üzərindən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “Toyoto Corolla” markalı, **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən oradan qanunla qadağan edilmiş maddə, əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan Şahid6 verdiyi və iş materiallarına əlavə edilmiş şahid ifadəsi hazırkı işə heç bir aidiyyəti olmadığından və iş üzrə halları sübut etmədiyindən məhkəmə hesab etmişdir ki, Şahid6 şahidlər siyahısından, ibtidai istintaq zamanı verdiyi ifadə isə hazırki işə aidiyyatı olmadığından yolverilməz hesab edilərək məhkəmənin təşəbbüsü ilə CPM-in 323.7-ci maddəsinə uyğun olaraq sübutlar siyahısından çıxarılmalıdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası təyin olunmaqla rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, 6/1122 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,861 qram,0,206 qram, ümumi təmiz çəkisi 1,067 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,641 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra 0,967 qram qalıq çəkisi olan qablaşdırılmış heroin və 4,591 qram qalıq çəkisi olan qablaşdırılmış metamfetamin maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli, 3/256 nömrəli ekspert rəyindən görünür ki,tədqiqata əlavə edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat- məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdiriən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli 711/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid, fenilalkilamin qrupuna aid olan metamfetamin, tiryək qrupuna aid olan alkoloid və metadon aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama barədə 23 fevral 2022-ci il tarixli, 925 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərində “kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üç ədəd sellofan bükümü və bir ədəd kiçik ölçülü bıçaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd sellofan büküm açıldıqda bükümlərin ikisinin içərisində narkotik vasitə olan heroinə oxşar maddə, birinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroin və metamfetaminə oxşar maddələr, həmçinin bir ədəd bıçaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD-R” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 45 dəqiqə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üç ədəd sellofan bükümü və bir ədəd kiçik ölçülü bıçağı təqdim etməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 oktyabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 5(005)-303/2022-сi il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işi materiallarından görünür ki, 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona AR.CM-nin 234..4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə müvafiq vəsatət və təqdimatla Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, Məhkəmənin 24 fevral 2022-ci il tarixli qərarı ilə vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində 4 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 22 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 0,967 qram heroin və 4,591 qram metamfetamin maddi sübut kimi tanınaraq BMCMİ-nin Maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, həmçinin şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən bir ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin İ siyahısı”na daxil edilən 1,067 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin İ siyahısı”na daxil edilən 4,641 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Səma Hüseynov həmin gün saat 19:20-də Bərdə-Yevlax avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən 17-ci kilometrliyində saxlanaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin iç sağ cibindən ayrı-ayrılıqda çəkiləri 0,861 qram və 0,206 qram olmaqla ümumi çəkisi 1,067 qram narkotik vasitə heroin iki ədəd sellofan bükümdə və çəkisi 4,641 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 03 (üç) gün müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş - ekspertizadan sonra qalıq çəkisi 0,967 qram narkotik vasitə olan heroin və 4,591 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ümumilikdə 129 (yüz iyirmi doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 03 (üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu Divanlı kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş - ekspertizadan sonra qalıq çəkisi 0,967 qram narkotik vasitə olan heroin və 4,591 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertiza tədqiqatı ilə əlaqədar 65.00 (altmış beş) manat ekspertiza xərci tutularaq büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə-ballistik ekspertiza tədqiqatı ilə əlaqədar 64.00 (altmış dörd) manat ekspertiza xərci tutularaq büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar