Məhkəmə qərarları › İş №1(021)-163/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-163/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-163/2025 30.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 08 gün müddətinə vaxtından əvvəl əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 11.62 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd siqaret qutusunun içərisində olmaqla üzərində saxlaması, Bərdə rayon Polis Şöbəsinin Cinayət X2 Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs xx.xx.2025 tarixdə, saat 19:21-də Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq həmin tarixdə, saat 19:21-dən 19:30-dək saxlanıldığı yerdə üstü yoxlanılarkən üzərindən bir ədəd siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 11.62 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış material olmuşdur. 28 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Fəhmin Nüsrətzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 29 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsində araşdırılması aparılmış ********* nömrəli cinayət işi istintaq aiddiyəti üzrə Bərdə rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmiş və həmin tarixdə cinayət işinin icrası Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı Şahəddin Məmmədova həvalə edildiyindən icraatına qəbul edilmiş və tərəfindən istintaq davam etdirilmişdir. 30 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM- in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin istintaq materialları ilə tam sübuta yetirildiyindən Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitani Şahəddin Məmmədov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulan itiham ona elan edilmişdir. 30 iyul 2025-ci il tarixdə Bərdə RPŞ-nin İstintaq Bölməsinin sabiq müstəntiqi, polis kapitanı Şahəddin Məmmədov raportla müraciət edərək icraatında olan cinayət işlərinin çoxluğu ilə əlaqədar Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icrasının Bərdə RPŞ-nin İB-nin digər müstəntiqinə həvalə edilməsini xahiş etdiyinə görə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Bərdə RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Fərhad Əvəzliyə həvalə edildiyindən həmin cinayət işi icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir. 30 iyul 2025-ci il tarixdə Bərdə rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində "həbs" qətimkan tədbiri seçilmişdir. 20 avqust 2025-ci il tarixdə Bərdə RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Fərhad Əvəzli raportla müraciət edərək icraatında olan cinayət işlərinin çoxluğu ilə əlaqədar Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icrasının Bərdə RPŞ-nin İB-nin digər müstəntiqinə həvalə edilməsini xahiş etdiyinə görə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi ona həvalə edildiyindən həmin cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 11.62 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd siqaret qutusunun içərisində olmaqla əynində olan şalvarının sağ yan cibində saxlamış, Bərdə rayon Polis Şöbəsinin Cinayət X2 Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025 tarixdə, saat 19:21-də Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq həmin tarixdə, saat 19:21-dən 19:30-dək saxlanıldığı yerdə üstü yoxlanılarkən üzərindən bir ədəd siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 11.62 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsi, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol, təqdim olunan əşyaya baxış və götürmə haqqında protokol, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şahid ifadələri və digər istintaq sənədləri ilə tam qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 9 ünvanında ailə üzvlərilə birlikdə yaşayır və heç bir yerdə işləmir. "Nəşə" kimi tanıdığı narkotik vasitədən uzun illərdir istifadə edir. Belə ki, o, narkotik vasitəni siqaret kağızında çəkmək yolu ilə istifadə edir. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən "İlqar" marketin yaxınlığındakı dəmiryolu xəttinin kənarı ilə piyada gedərkən yerdən bir ədəd siqaret qutusu tapmış, açıb içərisinə baxanda içərisində "nəşə” kimi tanıdığı narkotik vasitə olmasını görmüş, öz istifadəsi üçün götürmüş və cibinə qoymuşdur. Elə həmin gün saat 19 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində piyada və tək halda olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini Bərdə RPŞ-nin əməkdaşları kimi təqdim etmiş və bildirmişlər ki, o, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəlidir. Polis əməkdaşları ona hüquqlarını izah edərək üzərində narkotik vasitə olubolmadığını soruşmuş, o isə əynində olan şalvarın sağ yan cibindəki siqaret qutusunda narkotik vasitə olduğunu təsdiq etmiş və polis əməkdaşları videoçəkilişlə onun üstünü yoxlamışlar. O, əynində olan şalvarın sağ yan cibindəki həmin siqaret qutusunu çıxarıb özü təqdim etmiş və içərisində "nəşə” olduğunu bildirmişdir. Kibrit qutusu açılıb içərisinə baxılmış və elektron tərəzidə çəkilmiş, onun çəkisi 16.34 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə zərfin içərisinə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürləndikdən sonra o da zərfin üzərində imza etmişdir. Orada onun üzərini yoxlayan zaman "Nokia" markalı mobil telefonu da ondan götürülmüşdür. Daha sonra onu Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt onu tutan polis əməkdaşlarından biri onun təqdim etdiyi narkotik vasitəni və mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Sonra onun izahatını alıb müvəqqəti saxlama yerinə təhvil vermişlər. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitəni tutulduğu gün Bərdə şəhəri, H.Aslanov küçəsində dəmiryolu xəttinin yaxınlığından tapmış, öz istifadəsi üçün götürüb cibinə qoymuş, üzərindən istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq olmamış və saxlanılarkən yanında heç kim olmamışdır. Qeyd edilən narkotik vasitələri kimdən və nə müqabilində əldə etməsi barədə heç nə demək istəməmişdir. Saxlanılarkən ona hər hansı fiziki və psixi təqyiq göstərilməmişdir. Məhkəmədən cinayət işi üzrə məhkəmə baxışın yekunlaşdırılmasını və hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 28 iyul 2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəflərindən 28 iyul 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19:21-də Təqsirləndirilən şəxs tərəflərindən Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri-qanuni əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd "Winston" markalı siqaret qutusunu təqdim etmişdir. Təqdim edilən 01 (bir) ədəd "Winston" markalı siqaret qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlənin "nəşə" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütləni nə məqsədlə üzərində saxlaması və haradan əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün saxladığını, dəmiryolun yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd "Winston" markalı siqaret qutusu elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16,34 qram olmuşdur. Sonra həmin kütlə 01 (bir) ədəd ağ zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra üzərinin yoxlanması zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd "Nokia" markalı mobil telefon aşkar edilmiş, həmin mobil telefon ağ zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş ilə bağlı hər hansı bir etirazının olub-olmaması, Təqsirləndirilən şəxs qarşı hər hansısa bir qanunsuz hərəkət və ya zorakılıq tətbiq olunub-olunmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs heç bir qanunsuz hərəkət və ya zorakılıq göstərilmədiyini, hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Bərdə RPŞ-nin inzibati binasına daxil olmuşlar və inzibati binada 02 (iki) ədəd zərf və 01 (bir) ədəd DVD disk təhqiqatçı Fəhmin Nüsrətzadəyə təqdim edilmişdir. Bərdə RPŞ-də təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Qarazadə X5 Murad Zabil oğlu ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdirlər. Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, polis baş leytenantı Şahid1 ibtidai araşdırma dövründə vermiş olduğu ifadə tərəflərin mövqeyi nəzərə alınmaqla elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Cinayət işinin materiallarına əlavə edilmiş 28 iyul 2025-ci il tarixdə «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında» tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün saat 19:21 dəqiqədən saat 19:30 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə şəhəri, H.Aslanov küçəsində Təqsirləndirilən şəxs üstü yoxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vaistǝ və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs 1 (bir) ədəd "Winston" markalı siqaret qutusunu təqdim etmiş və içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya olması bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 16.34 qram müəyyən olmuşdur. Həmin kütlə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütləni dəmiryolun kənarından tapdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 iyul 2025-ci il tarixdə «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» tərtib edilmiş protokoldan görünür ki, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin və X3 əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamasında şübhəli bilindiyi üçün 28 iyul 2025-ci il tarixdə, saat 19:21 dəqiqədə Bərdə şəhəri, H.Aslanov küçəsində yolda tək piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən ümumi çəkisi 16.34 qram olan 1 ədəd "Winston" markalı siqaret qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək zərfə qoyularaq qablaşdırılması, həmçinin "Nokia" markalı mobil telefonun Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuş əşya şübhəli şəxs Təqsirləndirilən şəxs, Bərdə RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ- nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən baxış keçirilərək götürülmüşdür. 28 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və Bərdə RPŞ-nin inzibati binasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişləri əks etdirən DVD disklərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını əks etdirən video görüntüdən görünmüşdür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş bir ədəd diskin içərisini açdıqda 01 ədəd videofayl aşkar edilmişdir. Həmin "20250728_192016.mp4" adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 10 dəqiqə 38 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Aslanov küçəsində üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Bərdə RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri-qanuni əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd "Winston" markalı siqaret qutusunu təqdim etmişdir. Təqdim edilən 01 ədəd "Winston" markalı siqaret qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlənin "nəşə" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütləni nə məqsədlə üzərində saxlaması və haradan əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün saxladığını, dəmiryolun yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Winston" markalı siqaret qutusu elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16,34 qram olmuşdur. Sonra həmin kütlə 01 ədəd ağ zərfdə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra üzərinin yoxlanması zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd "Nokia" markalı mobil telefon aşkar edilmiş, həmin mobil telefon ağ zərfdə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra polis əməkdaşı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə bağlı hər hansı bir etirazının olub-olmaması, ona qarşı hər hansısa bir qanunsuz hərəkət və ya zorakılıq tətbiq olunub-olunmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət və ya zorakılıq göstərilmədiyini və hər hansı bir etirazı olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatmış və videoçəkiliş dayandırılmışdır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə protokoluna əlavə edilmiş video görüntüdən görünür ki, bir ədəd diskin içərisini açdıqda 01 (bir) ədəd videofayl aşkar edilmişdir. Həmin "VİD_2025029_WA000.mp4" adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 1 dəqiqə 52 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Fəhmin Nüsrətzadə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində saxlanılaraq üstünün yoxlanıldığını, üzərindən 16,34 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 "Nokia" markalı mobil telefon aşkar edilərək götürüldüyünü bildirmişdir. Bununla da təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı üzərindən götürülmüş bir ədəd "Nokia" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd "Nokia" markalı mobil telefon sadə tiplidir, qara rənglidir, işlək vəziyyətdədir. Qeyd edilən 1 ədəd "NOKİA" markalı mobil telefonun içərisinə baxış keçirilən zaman iş üçün xüsusi əhəmiyyət kəsb edən fayl və ya material aşkar edilməmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd WİNSTON markalı siqaret qutusunda olan kütlənin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını, əgər narkotik vasitə və ya psixotrop maddədirsə də növünü, təmiz çəkisini müəyyən etmək üçün Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fəhmin Nüsrətzadə tərəfindən 28 iyul 2025-ci il tarixdə qəbul edilmiş qərarla məhkəməbioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsinin ekspertlərinə həvalə edilmiş, Gəncə Regional bölmənin 29 iyul 2025-ci il tarixli 16/680 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş Winston qabında narkotik vasitəyə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd WİNSTON siqaret qutusunda, təmiz çəkisi 11,62 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 11,62 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq- 11,58 qramdır. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs narkoman kimi xəstə olmasını, narkomaniyadan əzab çəkib-çəkməsini, məcburi müalicəyə ehtiyacının olub- olmamasını müəyyən etmək məqsədi ilə barəsində 02 sentyabr 2025-ci il tarixdə tərəfimdən qəbul edilmiş qərarla məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin ekspertlərinə həvalə edilmiş, Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 09 sentyabr 2025-ci il tarixli 1414 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotk vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon şöbəsinin 28 iyul 2025-ci il tarixli 628 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN- nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, o, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən, cəzası 01 il 07 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2007-ci il tarixdə cəza müddəti başa çatmış, Bərdə rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün rayon Məhkəməsinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Suraxanı xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 08 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin 12 iyul 2023-cü il tarixli, No 1(021)-131/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bərdə rayonu Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1-28/2-2174/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən "Heroin" narkomaniyası diaqnozu ilə Bərdə rayon X1 şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs Bərdə rayon X1 şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(021)-129/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Bərdə rayon İHB-nin Bərdə şəhər inzibati ərazi dairə üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 2172 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 9 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Spirtli içkilər içir, narkotikaya meyillidir. Cinayət işi materiallarına əlavə edilmiş "Şəxsiyyət vəsiqəsi"nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Cəfərli Fatimə adlı övladı var. Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hər hansı bir şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd WİNSTON siqaret qutusunda, təmiz çəkisi 11,62 qram qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 11,58 qram qalmış bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üstünün yoxlanılmasını və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni özündə əks etdirən 02 (iki) ədəd DVD disk qəbul edilmiş 19 sentyabr 2025-ci il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış qurudulmuş marixuana saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 02(iki) ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı bir dəlil irəli sürməmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 11.62 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd siqaret qutusunun içərisində olmaqla əynində olan şalvarının sağ yan cibində saxlamış, Bərdə rayon Polis Şöbəsinin Cinayət X2 Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025 tarixdə, saat 19:21-də Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq həmin tarixdə, saat 19:21-dən 19:30-dək saxlanıldığı yerdə üstü yoxlanılarkən üzərindən bir ədəd siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 11.62 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və cinayət işinin materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzasının əvvəli 28 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs оğlu barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 11,62 qram olmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11,58 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 44 (dırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 28 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş materiallarına əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 11,62 qram olmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 11,58 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 44 (dırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar