Məhkəmə qərarları › İş №1(021)-164/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-164/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-164/2022 19.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1988-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayonu Mustafağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Bərdə rayonu Mustafaağalı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilidə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən 6 (altı) ədəd ümumi təmiz çəkisi 1050 qram olan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etmiş, 15 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2011-ci ildə Türkan Bayramova ilə ailə qurmuşdur, həmin nikahdan 2011-ci ildə Zeynəb adlı qızı, 2013-cü ildə isə Röyal adlı oğlu dünyaya gəlmişdir. 2022-ci ilin mart ayında yaşadığı kəndin içərisində piyada şəkildə gedərkən yolun kənarından bir ədəd büküm tapmışdır. Həmin bükümü açıb içərisinə baxarkən narkotik tərkibli çətənə bitkisinə aid 7 ədəd toxum olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etmək istədiyi üçün onları şəxsi istifadəsi məqsədilə yaşadığı evə apararaq evin həyətyanı sahəsində heç kəsin yaşamadığı yarımçıq tikilinin arxa otağında əkmişdir. Toxumların hamısını əksə də, onlardan yalnız 6 ədəd kol bitmişdir. Getdikcə boy atan çətənə kollarına mütəmadi olaraq su verərək və ətraflarında bitən ot-ələfi təmizləyərək xüsusi qulluq etmişdir. 15 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində polis əməkdaşları yaşadığı ünvana gəlib onu çağırmış və həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu, bu səbəbdən videoçəkilişdən istifadə edilməklə baxış keçirəcəklərini bildirmişlər. O, baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd edərək bununla bağlı ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə evin həyətyanı sahəsinə daxil olmuş və onlara yarımçıq tikilini göstərib arxa otaqda narkotik tərkibli bitkilər əkdiyini və qulluq etdiyini səmimi şəkildə etiraf etmişdir. Daha sonra polis əməkdaşları və aqronom ilə birlikdə yarımçıq tikiliyə daxil olaraq əkdiyi toxumlardan bitmiş kolları göstərərək onların özünə məxsus olduğunu, qulluq etdiyini demişdir. Ardınca aqronom həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı kolları göstərərək onları 2022-ci ilin mart ayında əkdiyini qeyd etmiş, sonra kollar nömrələnmiş, bir-bir gövdələrindən tutulub çıxarılmış və sayılaraq 6 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra o, Bərdə rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra ona üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş, müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək əynindəki şalvarın cibindən 1 ədəd alışqan, 2 ədəd siqaret qutusu və 3 ədəd 1 manatlıq pul əskinası çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır.Yaşadığı kənd ərazisində yerdən tapdığı çətənə bitkisinə aid toxumlardan heç kimə vermədiyini, toxumlar tapması barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını və evli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru işləyir.15 iyul 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi, istifadəsi və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Vüsal Bayramovun, X2 əməliyyat müvəkkili Şahid5, X1 Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom Şahid2 da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd edərək bununla bağlı ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə daxil olmuş və yarımçıq tikilini göstərib arxa otaqda narkotik tərkibli bitkilər əkdiyini və qulluq etdiyini səmimi şəkildə etiraf etmişdir. Ardınca Təqsirləndirilən şəxs polis əməkdaşları və aqronom ilə birlikdə yarımçıq tikiliyə daxil olaraq əkdiyi toxumlardan bitmiş kolları göstərərək onların özünə məxsus olduğunu, qulluq etdiyini demişdir. Daha sonra aqronom həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kolları göstərərək onları 2022-ci ilin mart ayında əkdiyini qeyd etmişdir. Bundan sonra kollar nömrələnmiş, bir-bir gövdələrindən tutub torpaqdan çıxarılmış və sayılaraq 6 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək əynindəki şalvarın cibindən 1 ədəd alışqan, 2 ədəd siqaret qutusu və 3 ədəd 1 manatlıq pul əskinası çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı təqdim edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 15 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 18:30 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmışdır. Təqsirləndirilən şəxs evdən çölə çıxanda həmin şəxsə yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də evə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həyətyanı sahədəki yarımçıq tikilinin içərisində narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin tikiliyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə daxil olmuş, həmin şəxs onlara yarımçıq tikilini göstərib arxa otaqda narkotik tərkibli bitkilər əkdiyini və qulluq etdiyini səmimi şəkildə etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə tikiliyə daxil olaraq əkilmiş toxumlardan bitən kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini və becərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kolları göstərərək onları 2022-ci ilin mart ayında əkdiyini qeyd etmişdir. Ardınca kollar nömrələnmiş, bir-bir gövdələrindən tutmaqla çıxarılmış və sayılaraq 6 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Xəyal əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 2011-ci ildə Xəyal ilə ailə qurmuş, həmin nikahdan 2011-ci ildə Zeynəb adlı qızları, 2013-cü ildə isə Röyal adlı oğulları dünyaya gəlmişdir. Həmin vaxtdan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən evdə yaşamışlar. Onun Xəyalın narkotik tərkibli bitkilər əkib-becərməsindən heç bir xəbəri olmamışdır. 15 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində evdə olan zaman polis əməkdaşları yaşadıqları ünvana gələrək Xəyalı çölə çağırmış və narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğuna görə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra yaşadıqları evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilmiş və polis əməkdaşları tərəfindən oradan torpaqda yetişdirilmiş narkotik tərkibli bitki kolları aşkar edilmişdir. Buna görə də Xəyal polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə aparılmışdır. Həmin günədək nə onun, nə də uşaqlarının Xəyalın narkotik tərkibli bitkilər əkib-becərməsindən məlumatları olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid1 və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən daxili işlər orqanlarında xidmət edir. 2022-ci ilin iyul ayından Bərdə rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 15 iyul 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu Mustafaağalı kəndində yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi, istifadəsi və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Vüsal Bayramovun, X2 əməliyyat müvəkkili Şahid5, X1 Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom Şahid2 da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd edərək bununla bağlı ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə daxil olmuş və yarımçıq tikilini göstərib arxa otaqda narkotik tərkibli bitkilər əkdiyini və qulluq etdiyini səmimi şəkildə etiraf etmişdir. Ardınca Təqsirləndirilən şəxs polis əməkdaşları və aqronom ilə birlikdə yarımçıq tikiliyə daxil olaraq əkdiyi toxumlardan bitmiş kolları göstərərək onların özünə məxsus olduğunu, qulluq etdiyini demişdir. Daha sonra aqronom həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kolları göstərərək onları 2022-ci ilin mart ayında əkdiyini qeyd etmişdir. Bundan sonra kollar nömrələnmiş, bir-bir gövdələrindən tutub torpaqdan çıxarılmış və sayılaraq 6 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyriqanuni əşya və ya predmetin olmadığını bildirərək əynindəki şalvarın cibindən 1 ədəd alışqan, 2 ədəd siqaret qutusu və 3 ədəd 1 manatlıq pul əskinası çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı təqdim edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Həmçinin Şahid1 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilidən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin kollarını 2022-ci ilin mart ayında Bərdə rayonu Mustafaağalı kəndində yolun kənarından tapdığı toxumları dibçəklərə əkib qulluq göstərməklə yetişdirməsini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 15 iyul 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu Mustafaağalı kəndində yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi, istifadəsi və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Vüsal Bayramovun, X1 baş inspektoru Şahid3, X2 baş əməliyyat müvəkilli Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom Şahid2 da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd edərək bununla bağlı ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə daxil olmuş və yarımçıq tikilini göstərib arxa otaqda narkotik tərkibli bitkilər əkdiyini və qulluq etdiyini səmimi şəkildə etiraf etmişdir. Ardınca Təqsirləndirilən şəxs polis əməkdaşları və aqronom ilə birlikdə yarımçıq tikiliyə daxil olaraq əkdiyi toxumlardan bitmiş kolları göstərərək onların özünə məxsus olduğunu, qulluq etdiyini demişdir. Daha sonra aqronom həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kolları göstərərək onları 2022-ci ilin mart ayında əkdiyini qeyd etmişdir. Bundan sonra kollar nömrələnmiş, bir-bir gövdələrindən tutulub torpaqdan çıxarılmış və sayılaraq 6 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olubolmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək əynindəki şalvarın cibindən 1 ədəd alışqan, 2 ədəd siqaret qutusu və 3 ədəd 1 manatlıq pul əskinası çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı təqdim edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X7 Mərkəzi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli rəydən görünür ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları və X10 Mühafizəsi Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Şahid2 iştirakı ilə Bərdə rayonu Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman, yeni tikilmiş üstü vurulmamış evin içində 6 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmişdir. Onlar tərəfindən həyətyanı evə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əkilmiş 6 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş 16 iyul 2022-ci il tarixli, 16/837 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs yaşadığı evində çətənə kollarına bənzər bitkilər” yazılar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 6 (altı) ədəd ümumi təmiz çəkisi 1050 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı aqronom (mütəxəsis) Şahid2 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 1038 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 15 iyul 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilən zaman 6 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 22 dəqiqə 19 saniyə müddətində davam edən videogörüntülərdə 21 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilən zaman 6 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə saat 20:20 dəqiqədə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olarq təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində olan şalvarının yan cibində olan bir ədəd alışqan iki qutu siqaret və üç manat pulu stolun üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs razılığı ilə onun üzərinə polis əməkdaşı Şahid5 baxış keçirmiş, lakin oradan hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 20:26-da başa çatdırılmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD-R” diskə köçürülməklə maddi sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, hazırkı cinayət əməli Təqsirləndirilən şəxs törətdiyi ilk cinayət əməlidir və əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan 17 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Bərdə rayonu Mustafaağalı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilidə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən 6 (altı) ədəd ümumi təmiz çəkisi 1050 qram olan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etmiş, 15 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımçıq tikiliyə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkisinin polis əməkdaşları tərəfindən aşkar olunub götürülməsi təqsirləndirilən şəxsin etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə Bərdə rayonu, Mustafaağalı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 15 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 iyul 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2022-ci ildən 17 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Vəliyev X5 tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş ümumi təmiz çəkisi 1049.88 qram olan 6 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir ) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Mustafaağalı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş ümumi təmiz çəkisi 1049.88 qram olan 6 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar