Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-164/2023 07.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X4 iştirakları ilə, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsinə dair müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayon Qarayusifli kəndində yaşayır. Təxminən 3-4 il bundan öncə onunla bir kənddə yaşayan və qohumları olan hazırki iş üzrə cavabdeh X3 ilə qeyri-rəsmi münasibətləri olub və sevgili olmuşlar. Atakişini kənd içərisində Elvin olaraq səsləyirlər. Atakişi Mahmudov ilə danışdıqları müddətlər ərzində hər zaman evlilik niyyətləri olmuşdur. Lakin atası Qaraş Əliyev onların evlənməyinə hər zaman narazıçılıq etmişdir. Onlar isə bu səbəbdən 24 may 2023- cü il tarixdə evlənmək niyyəti ilə Atakişi Mahmudov ilə birlikdə Bakı şəhərinə getmişlər. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra Bərdə rayonuna Atakişi Mahmudovun ailəsinin yaşadığı Bərdə rayon Qarayusifli kəndinə gəlmişlər. Gəldikdən bir müddət sonra 11 iyun 2023-cü il tarixdə cavabdeh ilə toy məclisləri olmuşdur. Toylarının olmasına baxmayaraq onların aralarında rəsmi nikah olmamışdır. 11 iyun 2023-cü il tarixdə baş tutmuş toy axşamı zamanı Atakişi Mahmudov ilə 2 dəfə cinsi əlaqədə olduq. 12 iyun 2023-cü il tarixdə səhər saatlarında isə yuxudan durduqdan sonra cavabdeh onun bakirə olmadığını bildirmişdir. O isə cavabdehə sadəcə onunla birlikdə cinsi əlaqədə olduğunu, həyatında başqa heç bir şəxsin olmadığını bildirmişdir. X5 inanmadığı üçün bu işdən bir müddət heç bir şəxsin məlumatı olmamasını bildirmişdir. 13 iyun 2023-cü il tarixdə Atakişi Mahmudovun evində üç günlük məclisi keçirilmişdir. Üçgünlük məclisi keçirildikdən sonra 14 iyun 2023-cü il tarixdə cavabdeh nənəsini və Zərərçəkmiş şəxs bibisini evinə çağıraraq sonuncunun bakirə olmadığını, cavabdehdən öncə qonşuları Nicat adlı şəxslə əvvəlcədən cinsi əlaqədə olduğunu bildirərək onun qızlıq pərdəsinin yoxlanılması üçün Zərərçəkmiş şəxs Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. 14 iyun 2023-cü il tarixdə cavabdeh Zərərçəkmiş şəxs, nənəsini və Zərərçəkmiş şəxs bibisini Bakı şəhərində yerləşən klinikaya apararaq orada həkim müayinəsindən keçirmişdir. Həkim müayinəsindən keçdikdən sonra həkim Zərərçəkmiş şəxs bakirə olmadığını, əvvəldən cinsi əlaqələrdə olduğunu yanlış olaraq cavabdehə və onun ailə üzvlərinə bildirmişdir. Bu səbəblə isə Zərərçəkmiş şəxs halhazırda atası evindədir. Halbuki cavabdeh və ailə üzvləri Zərərçəkmiş şəxs şərəfini alçaldaraq onun bakirə olmadığımı iddia etmişlər. X2 yuxarıda göstərilən şər-böhtanı üzrə qanuna müvafiq tədbir görülməsi üçün atası Qaraş Əliyev təşəbbüsü ilə Daxili İşlər Nazirliyinin Bərdə rayon X7 bölməsində araşdırma aparılmış və X2 iddia etdiyi Xüsusatlar öz təsdiqini tapmamışdır. X1 içərisində Zərərçəkmiş şəxs nüfuzuna xələl gətirməklə sonuncunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham edərək, barəsində yalan olduğunu bilə bilə həqiqətə uyğun olmayan məlumatları yaymaqla böhtanlar atmışdır. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X3, barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymaqla onun kənd içərisində nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətini, nüfuzlarını ləkələdiyindən və ona böhtan atdığından o, Azərbaycan Respublikası Cinayət Məcələsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Zərərçəkmiş şəxs şikayət ərizəsinin forma məzmununa riayət etməmişdir. Belə ki, tərtib olunmuş ərizədə tərəflərin statusu düzgün müəyyən olunmamış, cinayətin harada və hansı şahid ifadələri ilə təsdiq olunması qeyd olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona qanunamüvafiq qaydada cəza təyin edilməsi barədə Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkəməyə verilməsi və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-164/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-164/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver