Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-165/2021 25.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin vəkili X1 iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatda olan və Bərdə şəhəri, H.Aslanov küçəsi, döngə 1, ev 6-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 1 ev 6-da yaşadığı evinin həyətində yerləşən yardımçı tikilidə 3 ədəd su qabında dibçək formasında qanunsuz olaraq əkilib- becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 04 ədəd çətənə (kannabis) bitgisini xeyli miqdarda əkib yetişdirməklə, çətənə bitgilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 26 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon Polis şöbəsinin əməkdaşları onun evinin həyətində yerləşən yardımçı tikilyə baxış keçirərkən evinin həyətində olan yardımçı tikilinin içərisində su qablarında qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddəllər olan bitkilərin 3-cü siyahısına” əsasən ümumi təmiz çəkisi 200 qram olan 04 ədəd xeyli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitgiləri polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1-2 il olar ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 2021-ci ilin may ayının əvvəllərində yoldan tapdığı çətənə toxumunu evdə 3 ədəd su qabında, dibçək formasında əkmiş və vaxtı-vaxtında həmin toxumları sulayaraq qulluq etmişdir. 3 ədəd qabda əkdiyi çətənə kolları bitib, cücərmişdir. Dibçək qabları 3 ədəd olsa da birində iki ədəd çətənə kolu və qalan 2 ədəd qabın hər birində 1 ədəd cəmi 4 ədəd çətənə kolları bitdiyini görüb onlara su vermiş, bir az böyüyən kimi dibini boşaltmış və az miqdarda peyin vermişdir ki, yaxşı və tez böyüsün. Narkotik vasitəni öz istifadəsi üçün əkmişdir. Qablarda olan çətənə kollarını evinin həyətində, yardımçı tikilidə əkib becərmişdir. 26 iyun 2021-ci ildə gecə təxminən saat 23 radələrində ünvan 1 ünvanında evində olarkən qapısının döyüldüyünü görüb, qapını açarkən qapının qarşısında polis əməkdaşlarını görmüşdür. Polislər özlərini təqdim edib Bərdə rayon Polis şöbəsinin əməkdaşları olduqlarını və evinin həyətində narkotik tərkibli bitkillər əkibbecərməkdə şübhəli olduğunu bildirib evinin həyətinə baxış keçirəcəklərini demişlər. Heç bir etiraz etməmiş və hətta bu barədə ərizə də yazıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları evinin həyətində narkotik tərkibli bitkillər əkib-əkməməsini soruşduqda başa düşmüşdür ki, polisin onun evində çətənə bitkisi əkməyindən xəbəri var. Ona görə də həyətində yardımçı tikilidə qablarda 4 ədəd çətənə kolu əkib-becərdiyini bildirmiş və çətənə kollarını polislərə təqdim etmişdir. Çətənə kollarını polislər onun özünün köməkliyi ilə qablardan çıxarmışlar. Çətənə kolları nömrələnib, uzunluğu ölçülmüş və ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. Kollar tərəzidə çəkilmiş 0,534 qram olmuşdur. Polis işçiləri protokol tərtib etmiş, özü də protokolu imzalamışdır. Polis əməkdaşları ilə polis şöbəsinə gəlmiş, polis şöbəsində şübhəli şəxs kimi tutulmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdə rayon Polis şöbəsində NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və həyətindəki yardıçı tikilidə narkotik tərkibli bitkilər əkməsi barədə Bərdə rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Sonuncunun ətrafında əməliyyat tədbirləri keçirilməsinə zərurət yaranmışdır. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yardımçı tikilidə su qabında dibçək formasında tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib becərməsini, yəni onu cinayət başında yaxalamaq məqsədi ilə 26.06.2021-ci il tarixdə tərəfindən bu barədə raportla Bərdə rayon Polis şöbəsinin rəisinə müraciət etmişdir. Həmin gün, yəni 26 iyun 2021-ci il tarixdə “Əməliyyataxtarış tədbirinin keçirilməsinə dair” qərar qəbul etmişdir. Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X7 tərəfindən icra tədbirləri görülməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ünvan 1-da yaşadığı evinin həyətyanı sahəsinə və həmin yerdə olan yardımçı tikiliyə baxış keçirmək üçün Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X7, Bərdə rayon X9 böyük aqrotexniki X5 və Bərdə rayon Polis şöbəsinin İTBnin sahə polis nəfəri Şahid2 ilə birlikdə saat 2230 radələrində Təqsirləndirilən şəxs ünvan 1-da yaşadığı evinin həyət darvazası qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs nəzərinə çatdırmışdır ki, onun həyətində və yardımçı tikilidə narkotik tərkibli bitkilər əkib yetişdirməkdə şübhəli olduğuna görə həyətyanı sahəsinə və yardımçı tikiliyə onun, mütəxəssis aqronomun və qeyrilərinin iştirakı ilə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əkib-becərdiyi evinin həyətində yerləşən yardımçı tikilidə su qabında olan dibçək formasında 04 ədəd narkotik maddə çətənə bitkisini baxış iştirakçılarına göstərmişdir. Baxış zamanı bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi, diblərinə su verildiyi, inkişafı üçün münbit şərait yaradıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərinə bənzər bitkiləri özünün istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Sonuncu çətənə bitgisinə oxşar bitkilərinin toxumunu 2021-ci ilin may ayının əvvəllərində yoldan tapdığını, toxumları evdə 3 ədəd su qabında əkdiyini, vaxtı-vaxtında toxumları suvardığını, dibçək qabları 3 ədəd olsa da birində iki ədəd çətənə kolu və qalan 2 ədəd qabın hər birində 1 ədəd çətənə kolları bitdiyini, kolların dibini boşaltdığını və az miqdarda dibinə peyin verməklə yaxşı və tez böyüməsinə və bundan sonra yarpaqlarını yığıb qurudub siqaretə doldurub çəkəcəyini bildirmişdir. Çətənə kollarını Təqsirləndirilən şəxs köməkliyi ilə qablardan çıxarılaraq nömrələnmiş, uzunluğu ölçülərək təhqiqatçı tərəfindən ağ rəngli sintetik kisəyə qablaşdırılmışdır. Kollar tərəzidə çəkilmiş və cəmi çəkisi 0,534 qram gəlmişdir. Bütün əməliyyat tədbirləri videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Baxışda aqronom mütəxəssis də iştirak etmiş, əkilmiş çətənə kollarına aqeotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs çətənə kollarına qulluq edib böyütdüyünü, şəxsi istehlakı üçün istifadə edəcəyini bildirmişdir. X8 tərəfindən protokol tərtib edilmiş, özləri də protokolu imzalamışlar. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərək, polis şöbəsində şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Bərdə rayon Bitki Mühafizə Mərkəzinin böyük aqrotexniki X4 27 iyun 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 26 iyun 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Bərdə şəhəri, Həzi Aslanov küçəsi döngə 1, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, baxış zamanı həmin evdə yaşayan Təqsirləndirilən şəxs 4 ədəd narkotik vasitə hesab edilən çətənə kolunu becərməsi müəyyən edilmişdir. Hər bir çətənə bitkisinin diblərinə ayrı-ayrılıqda baxış keçirilmiş və çətənə bitkilərinin hər birinin diblərinin alaq otlarından təmizlənməsi, suvarılması, digər yolla aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 16/616 saylı 27 iyun 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “....... Təqsirləndirilən şəxs oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan .....” sözləri və imzalar olan kisədəki, ümumi sayı 4(dörd) ədəd, ümumi təmiz çəkisi 200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkisi 4 ədəd, ümumi təmiz çəkisi 200 qram, tədqiqata istifadə olundu 0,8 qram (hər obyetdən 0,2 qram), qalıq 199,2 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 834 saylı 17 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 1 ev 6-da yaşadığı evinin həyətində yerləşən yardımçı tikilidə 3 ədəd su qabında dibçək formasında qanunsuz olaraq əkilib- becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 04 ədəd çətənə (kannabis) bitgisini xeyli miqdarda əkib yetişdirməklə, çətənə bitgilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etməsi, 26 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə rayon Polis şöbəsinin əməkdaşları onun evinin həyətində yerləşən yardımçı tikilyə baxış keçirərkən evinin həyətində olan yardımçı tikilinin içərisində su qablarında qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddəllər olan bitkilərin 3-cü siyahısına” əsasən ümumi təmiz çəkisi 200 qram olan 04 ədəd xeyli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitgilərinin polis əməkdaşları tərəfindən aşkar olunub götürülməsi təqsirləndirilən şəxsin etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 19.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 01 iyul 2021-ci il tarixli 3935 saylı arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Aslanov küçəsində yaşadığı müddətdə özünü intizamlı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Küçədə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. İş materiallarında olan 24 iyun 2010-cu il tarixli AZ-İİ 472676 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 15 sentyabr 2008-ci ildə anadan olmuş X6 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 26 iyun 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 26 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 iyun 2021-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2021-ci ildən 28 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 27 iyun 2021-ci il tarixli 16/616 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan- 199,2 qram çəkidə 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan 199,2 qram çəkidə 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-165/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-165/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver