Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-165/2022 20.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bərdə şəhəri Bakı küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı Bərdə şəhəri Bakı küçəsi ev 34-də yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub yerə yıxaraq başını həyətdə olan pilləkənə qəsdən vuraraq sonuncuya tranzitor beyin qan dövranı pozğunluğu, sağ çiyinüstü nahiyənin qançırı, ağız boşluğunun sol yarısında yanaq nahiyəsinin selikli qişasının qansızması ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır, onların birgə nikahdan 2 övladı vardır. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olsa da lakin sonradan aralarında mübahisələr baş verməyə başlamış, buna görə də onlar boşanmaq üçün məhkəməyə müraciət etmiş və 2019-cu ildən Bərdə rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmış və həmin vaxtdan ayrı yaşayırlar. Zərərçəkmiş şəxs hal-hazırda 2 az yaşlı uşaqları ilə birgə Bərdə şəhəri Bakı küçəsində yerləşən onun qardaşı evinin yerləşdiyi məhlədə ona məxsus fərdi yaşayış evində yaşayırlar. O isə Bakı şəhərində yaşayır, lakin ara-sıra övladlarını görmək üçün Bərdə rayonuna gedib-gəlir. Təxminən 1 ay əvvəl ona qohumları, arvadı İlyanə onun qızı 2005-ci il təvəllüdlü Şahid ərə vermək istədiyini bildirmişlər, lakin o buna razı olmamışdır və buna görə də xx.xx.2022-ci il tarixdə o Bərdə şəhərində yaşayan qardaşı Elxanın evinə qonaq getmişdir. Həmin gün axşam saatlarında o Elxanın məhləsində olarkən qızı Cəmilənin və arvadı İlyanənin saat 21 radələrində ona məxsus evin həyətində olduqlarını görmüşdür və bu zaman o həmin həyətə keçərək hansı səbəbdən qızı Cəmiləni ərə vermək istədiyini soruşmuş, həmin vaxt onlar arasında mübahisə baş vermiş və mübahisə zamanı İlyanə ona nalayiq sözlərlə söyüb təhqir etmiş və buna görə də İlyanəni saçından tutub pilləkənə tərəf itələmişdir və nəticədə İlyanənin başı evin pilləkəninə dəymişdi və İlyanə xəsarət almışdır. Həmin vaxt qızı Cəmilə səs-küy salmağa başlamış, buna görə də o İlyanədən aralaşaraq həyəti tərk edərək qardaşı evinə getmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, birgə nikahdan 2 övladı vardır. Mehmanla əvvəllər münasibəti yaxşı olsa da lakin sonradan münasibətləri pisləşmiş, 2019-cu ildə Bərdə rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, həmin vaxtdan ayrı yaşayırlar. O hal-hazırda himayəsində olan 2 azyaşlı uşağı ilə birlikdə Bərdə şəhəri Bakı küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Mehman isə Bakı şəhərinə gedərək orada yaşamış, ara-sıra uşaqları görmək üçün Bərdə şəhərinə gəlmişdir. Mehmanın qardaşı evi onun evi ilə qonşuluqda yerləşir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o öz evinin həyətində övladları ilə birgə oturmuşdur və bu zaman Mehman qardaşı evinin həyətindən onları görərək onun ünvanına nəlayiq sözlər işlətməyə başlamış və onun əxlaqsız olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs nəlayiq ifadələrlə təhqir edərək əxlaqsız edənlərin onun qohumları olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs qardaşının həyətindən onun həyətinə daxil olaraq onunla mübahisə etmiş və mübahisə zamanı əvvəlcə yumruqla onun başına vurmuş, sonra isə saçından tutaraq başını evin həyətində olan pilləkənə vurmuşdur, həmin vaxt qızı Cəmilə səs-küy salmağa başlamış, lakin keçmiş əri Mehman buna əhəmiyyət verməyərək onun bədən nahiyyəsinə bir neçə dəfə yumruq və təpiklə vuraraq onu döymüşdür. Hal-hazırda barışmış, ona dəymiş ziyan ödənimiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahid yetkinlik yaşına çatmayan Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X1 ibtidai istintaqda Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə vermişlər. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilmiş məhkəmə-tibb ekspertiza və pataloji anatomiya Birliyi publik hüquq şəxs tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli 582 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Xəlil qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-tranzitor beyin qan dövranı pozğunluğu, sağ çiyinüstü nahiyyənin, sağ diz oynağının ön səthinin,sağ təpə nahiyyəsinin sıyrıqları, sol çiyinüstü nahiyyənin qançırı, ağız boşluğunun sal yarısında yanaq nahiyyəsinin selikli mqişasının qansızması küt əşyanın (əşyalatrın) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və rədəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərər vurmaya aiddirlər, Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı Bərdə şəhəri Bakı küçəsi ev 34-də yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub yerə yıxaraq başını həyətdə olan pilləkənə qəsdən vuraraq sonuncuya tranzitor beyin qan dövranı pozğunluğu, sağ çiyinüstü nahiyənin qançırı, ağız boşluğunun sol yarısında yanaq nahiyəsinin selikli qişasının qansızması ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş və ayrıca olaraq məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs оğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40-cı maddəsinə əsasən, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda və zərərçəkmiş şəxsə dəyən ziyan ödənildikdə təqsirləndirilən şəxsin barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-165/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-165/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver