Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-166/2023 06.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmalakını gizli olaraq ələ keçirmək məqsədilə 01 mart 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının klidini əvvəlcədən həyətdə yerləşən hamam otağında olan şkafın üzərindən götürmüş olduğu açarla açıb evə giriş qapısından qanunsuz daxil olaraq, həmin evin qonaq otağındakı masanın üzərindən Zərərçəkmiş şəxs məxsus dəyəri dəyəri 721 (yeddi yüz iyirmi bir) manat olan 1 (bir) ədəd sarı rəngli üzərində hər birinin ölçüsü 0,055 karat, 3/3 keyfiyyətli 9 ədəd brilyant ağ şəffaf qaşlar olan, kustar üsulla hazırlanmış «583» əyarlı qızıl üzüyü və yataq otağında yerləşən şkafın içərisindən 20 (iyirmi) manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 741 (yeddi yüz qırx bir) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Belə ki, Bərdə rayonu ərazisində yerləşən əkin sahələrində fəhlə işləyib uşaqlarını dolandırır. Həyat yoldaşı X2 ilə təxminən 2016-cı il tarixdə rəsmi olaraq ayrılmışdır. Hazırda subaydır, əvvəllər məhkum edilməmişdir. 2019-cu ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2008-ci il təvəllüdlü oğlu X4 və 2009-cu il təvəllüdlü qızı X3 ilə birlikdə kirayədə yaşayır. Qonşusu Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuşdur. Aralarında əvvəllər ədavətləri və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyindən səhər saatlarında işə gedib axşam saat 17-18 radələrində işdən geri qayıdır. Zərərçəkmiş şəxs tək yaşadığı üçün işdə olarkən evində heç kim olmur. Zərərçəkmiş şəxs ilə qaynı Yaşar qonşudur. Belə ki, Xanım ilə qaynı Yaşarın həyətlərinin arasında daş hasar vardır və həmin hasarda bir ədəd ara qapısı yerləşir. Müəyyən vaxtlarda onun yaşadığı evdə şəraiti olmadığı üçün qonşusu Xanımın razılığı ilə evinin həyətində yerləşən hamam otağında yuyunur. Həmçinin, o, mütamadi olaraq qonşu kimi Yaşarın yaşadığı evə də gedib gəlmişdir. Belə ki, günün işıqlı vaxtlarında Yaşarın evinin darvazası açıq olduğundan istənilən adam həyətə daxil ola bilir. 25 fevral 2023-cü il tarixdə saat 18 radələrində qonşusu Xanımın razılığı ilə həyətdə yerləşən hamam otağında qızı Zöhrəni çimizdirən zaman hamam otağının paltar dəyişilən yerində olan şkafın üzərində açar görmüşdür. Həmin vaxt o, açara diqqətlə baxarkən Xanımın evinin açarı olduğunu zənn etdiyi üçün açarı götürüb cibinə qoymuşdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün 01 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində qonşusu Xanımın evinə girib oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Xanımın yaşadığı evdən pul və qızıl oğurlamaq fikrində olduğu üçün həmin vaxt əvvəl Yaşarın həyətinə keçərək oradan açıq qapıdan Xanımın yaşadığı evinə həyətinə daxil olmuşdur. Əvvəl götürmüş olduğu açarla Xanımın evinə daxil olan giriş qapısını açıb evin içərisinə daxil olmuşdur. Həmin vaxt qonaq otağında yerləşən masanın üzərindən 1 (bir) ədəd üzərində brilyant qaşları olan qızıl üzüyü götürüb cibinə qoyduqdan sonra pul oğurlamaq üçün yataq otağına daxil olmuşdur. Orada yerləşən paltar şkafının içərisində müxtəlif əskinazlarla çoxlu pul olmuşdur. Lakin əsasən 1, 5, 10, 20, 50 və 100 manatlıq pullar olmuş, o, isə 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 20 (iyirmi) manat pulu götürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs şübhələnməsin deyə o, bütün pulları götürməmişdir. Bundan sonra otağı tərk edib gəlmiş olduğu yerdən çıxıb yaşadığı evə gedərkən evin qapısını bağlamış və açarı götürmüş olduğu şkafın üzərinə qoyub həyətdən çıxarkən onu heç kim görməmişdir. Həmçinin bu barədə heç kimin məlumatı olmamışdır. Bundan sonra oğurladığı həmin 20 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin qızıl üzüyü isə səhəri gün yəni, 02 mart 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «köhnə bazar»da qızıl alqı-satqısı ilə məşğul olan sonradan adı ona məlum olan Tərxan adlı şəxsə yaxınlaşaraq qeyd olunan üzüyü təqdim edib özünə məxsus olduğunu və həmin qızıl üzüyü satdığını bildirdikdən sonra söhbət əsnasında 217 (iki yüz on yeddi) manata razılaşaraq qeyd olunan üzüyü Tərxan adlı şəxsə həmin qiymətə satmışdır. Bundan sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 04 aprel 2023-cü il tarixdə isə Bərdə rayon polis şöbəsinin polis əməkdaşları onun yaşadığı ünvana gedərək onun qeyd olunan oğurluq hadisəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, etiraz etməyib polis şöbəsinə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildidi ki, o, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən qeyd etdiyi əşyalardan başqa digər hər hansı bir əşyanı oğurlamamışdır. O, qeyd olunan oğurluq hadisəsindən başqa rayon ərazisində və ya digər rayon ərazisində hər hansı bir cinayət əməlini törətməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, tək olaraq ünvan 2 ünvanında yaşayır. O, Bərdə rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyindən səhər saatlarında işə gedib təxminən saat 17-18 radələrində işdən geri qayıdır. Tək yaşadığı üçün işdə olarkən evində heç kim olmadığından həyətə və evə giriş qapılarını açarla bağlayır. Qaynı Yaşar isə onunla qonşudur. Belə ki, qaynı Yaşarın həyəti ilə onun həyəti arasında daş hasar vardır və həmin hasarda bir ədəd ara qapısı yerləşir. Həmin qapı isə gündəlik olaraq açıq vəziyyətdə olur. Belə ki, günün işıqlı vaxtlarında Yaşarın evinin darvazası açıq olur, yəni istənilən şəxs həyətə daxil ola bilir. 01 mart 2023cü il tarixdə axşam saat təxminən 18 radələrində yaşadığı evə gəldikdən sonra qonaq otağında yerləşən masanın üzərində ona məxsus 1 (bir) ədəd üzərində brilyant qaşları olan qızıl üzüyünün yerində olmadığını görmüşdür. Qeyd olunan üzüyünü evin içərisində axtarsa da tapa bilməmişdir. Bundan sonra yataq otağında yerləşən paltar şkafının içərisinə baxdıqda təxminən 500 manat pulunun olmadığını görmüşdür. Belə ki, qeyd olunan yerdə 1, 5, 10, 20, 50, 100 manatlıq pul əskinasları olmuşdur. Həmin şkafın içərisində ona məxsus təxminən 1000 manata yaxın pul olmuş, çoxu isə 1 və 5 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Lakin pulu dəqiq saymadığı üçün dəqiq konkret olaraq hansı məbləğdə olmasını bilməmişdir. Həmin pullar isə işlədiyi üçün əmək haqqından yığılan pullar olmuşdur. Bundan sonra evindən 500 manat nəğd pulunu və 1 (bir) ədəd üzərində 9 ədəd brilyant qaşları olan qızıl üzüyünü axtarsada tapa bilmədiyi üçün 07 mart 2023-cü il tarixdə rayon polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Belə ki, həmin əşyalarını tapacağını zənn etdiyi üçün əvvəlcə şikayət etməmiş, lakin tapa bilmədiyi üçün şikayət etmişdir. Sonradan yaşadığı evə qayıtdıqdan sonra bir daha evindən digər hər hansı bir əşyanın oğurlanıb-oğurlanmasını aşkar etmək üçün evini axtarmışdır. Həmin vaxt ona məlum olmuş ki, onun 500 manat pul yox, 20 manat pulu və 700 manat dəyərində olan 1 (bir) ədəd qeyd olunan üzərində brilyant qaşları olan qızıl üzüyü oğurlanmışdır. Beləliklə ona ümumilikdə 720 manat maddi ziyan dəymişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ilkin olaraq 500 manat pulunun oğurlandığını zənn etdiyi üçün ərizə və izahatında 500 manat pulunun və 1 ədəd qızıl üzüyünün oğurlandığını qeyd etmişdir. Lakin sonradan yaşadığı evə qayıtdıqdan sonra həmin şkafın içərisinə baxdıqda 20 manat pulunun oğurlandığını görmüşdür. Eyni zaman da həmin 1 ədəd qızıl üzüyü isə 583 əyarlı, 3 qram çəkidə, üzərində 9 ədəd xırda brilyant qaşları olmuşdur. Həmin üzüyü ona 1988-ci il də həyat yoldaşı almış, lakin həmin vaxt qeyd olunan üzüyü neçəyə almasını xatırlamır. Lakin həmin üzüyün təxminən qiyməti 700 manat olmuşdur. Onun yaşadığı evdən qeyd olunan əşyalardan başqa hər hansı bir əşyası oğurlanmamışdır. O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında iş üzrə Şahid1 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, ünvan 5 ünvanında yaşayır. O, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazarda fərdi olaraq qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış və ehtiyacı olduğu üçün 1 ədəd qızıl üzük satmaq istədiyini bildirərək ona şəxsiyyət vəsiqəsini və 1 ədəd 583 əyarlı, təxminən 3 qram çəkidə briliant qaşlı qızıl üzüyü təqdim etmişdir. Söhbət əsnasında o, üzüyü Təqsirləndirilən şəxs 217 manata almışdır. O, qızılı əşyasını alarkən oğurluq olmasını bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin qızıl əşyasını ona satarkən özünə məxsus olması barədə məlumat vermişdir. Buna görə də o, qeyd olunan qızılı Təqsirləndirilən şəxs almışdır. Sonradan isə Təqsirləndirilən şəxs onun 217 manat pulunu geri qaytarmışdır. Məhkəmə iclasında iş üzrə Şahid2 ifadəsində bildidi ki, ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun mərhum qardaşı X1 həyat yoldaşıdır. Zərərçəkmiş şəxs qonşuluqda yaşayır. Belə ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanında tək olaraq yaşayır. Zərərçəkmiş şəxs yaşadığı həyət ilə onun həyətinin arasında daş hasarı və həyətə keçib getmək üçün qapı vardır. Həmçinin Zərərçəkmiş şəxs Bərdə rayon Mərkəzi xəstəxanasında tibbi bacısı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs işdə olduğu zaman həyət darvazası və yaşadığı fərdi yaşayış evinin qapıları bağlı olsa da lakin Zərərçəkmiş şəxs yaşadığı evin həyəti ilə onun həyəti arasında olan qapı açıq olur. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs isə onun qonşusudur. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə şərait olmadığından Zərərçəkmiş şəxs razılığı ilə dəfələrlə Zərərçəkmiş şəxs yaşadığı evə gedib gəlmişdir. Eyni zaman da günün işıqlı vaxtlarında yaşadığı evin həyət darvazı açıq olduğundan Təqsirləndirilən şəxs qonşu kimi onun da yaşadığı evə gedib gəlmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı bildirmişdir ki, o, oğurluq hadisəsindən sonra məlumatı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ona sonradan bildirmişdir ki, 01 mart 2023-cü il tarixdə təxminən saat 10 radələrində işdə olan zaman Təqsirləndirilən şəxs onun yaşadığı həyətdən keçərək Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq əvvəlcədən Zərərçəkmiş şəxs evinin açarını hamam otağında yerləşən şkafın üzərindən götürdüyü üçün həmin açarla evin qapısını açıb içəri daxil olmuş və qonaq otağında masanın üzərindən 1 (bir) ədəd üzərində brilyant qaşları olan qızıl üzüyü və yataq otağından yerləşən şkafın içərisindən isə 20 manat pulu oğurlamışdır. Zərərçəkmiş şəxs yaşadığı evə gəldikdən sonra qeyd olunan əşyalarını tapa bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin sonradan həmin əşyaları oğurlayan şəxsin qonşusu Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 03 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə evindən naməlum şəxs tərəfindən 500 (beş yüz) manat pulunun və dəyəri 700 (yeddi yüz) manat olan qızıl üzüyünün oğurlaması barədə məlumat verməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 47-48-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa dəyişikliklər və əlavələr edilərək, o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət 110-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 aprel 2023-cü il tarixli, 6/2096-9/2481 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük-üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,95 qramdır, qaşları brilyantdır, 9 ədədinin hər birinin ölçüsü 0,055 karat, 3/3 keyfiyyətlidirlər. Üzük kustar üsulla hazırlanmışdır. Aparılmış tədqiqat nəticəsində təqdim olunmuş üzüyün 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 721,0 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir) Cinayət 103-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 104-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 43-cü vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Qaradağlı kındində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 115-121-cİ vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd sarı rəngli üzərində hər birinin ölçüsü 0,055 karat, 3/3 keyfiyyətli 9 ədəd brilyant ağ şəffaf qaşlar olan, kustar üsulla hazırlanmış «583» əyarlı qızıl üzük maddi sübut kimi tanınmışdır. Həmçinin iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, əşyaya baxış keçirilməsi haqqında protokolu ifadənin yerində yoxlanılması haqqında protokolu, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 139-cu vərəqəsndə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd sarı rəngli üzərində hər birinin ölçüsü 0,055 karat, 3/3 keyfiyyətli 9 ədəd brilyant ağ şəffaf qaşlar olan, kustar üsulla hazırlanmış «583» ǝyarlı qızıl üzük qəbzlə iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə arəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 24 iyul 2023-cü il tarixdə ona elan edilmiş ittihamın məzmununa dəyişikliklər və əlavələr edilərək, o, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd sarı rəngli üzərində hər birinin ölçüsü 0,055 karat, 3/3 keyfiyyətli 9 ədəd brilyant ağ şəffaf qaşlar olan, kustar üsulla hazırlanmış «583» ǝyarlı qızıl üzüyün sahibi-iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd sarı rəngli üzərində hər birinin ölçüsü 0,055 karat, 3/3 keyfiyyətli 9 ədəd brilyant ağ şəffaf qaşlar olan, kustar üsulla hazırlanmış «583» ǝyarlı qızıl üzüyün sahibi-iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-166/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-166/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver